Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(002)-113/2024 07.03.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Teymur Əhməd oğlunun sədrliyi, İlyasov Ceyhun Bəhruz oğlunun katibliyi, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs Hüseyn oğlunun, Müdafiəçi iştirakları ilə, xx.xx.1979-cu il tarixdə Qobustan rayonu Yekəxana kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, əvəllər məhkum edilməmiş orta təhsilli, evli, fərdi əməklə məşğul olan, Qobustan rayonu Yekəxana kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşayan Təqsirləndirilən şəxs Hüseyn oğlunun Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair sadələşdirilmiş icraat materialına məhkəmənin binasında, açıq məhkəmə baxış iclasında baxaraq M ÜƏ Y Y Ə N E T D İ : Yekun protokola əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs Hüseyn oğlu xx.xx.2024-cü il tarixdə, saat 09:30 radələrində Bakı şəhəri, ünvan 2 ünvanında nikahdan kənar birgə yaşadığı Zərərçəkmiş şəxs ilə şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı əynində olan şalvarın üzərindən çıxardığı kəmərlə sonuncunun baş, sifət və bədəninin müxtəlif nahiyyələrinə qəsdən vuraraq ona - başın sol gicgah nahiyəsinin dərialtı hematoması, sol bazu, sol dirsək oynağı , sol said , sol əlin arxa səthinin , sol bud və sol baldır nahiyələrinin qançırları, sağ əlin arxa səthinin sıyrığı sağ əlin arxa səthinin sıyrığı ilə müşayət oiunan dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarəti yetirmişdir. Məhkəmə iclasında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs Hüseyn oğlu Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə özünü təqsirli bilərək bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə səhər saatlarında yaşadıqları evdə qardaşı ilə telefon danışığı zamanı iş zamanı geyindiyim iş geyimini (kanbinzonu) əyninə balaca olduğu üçün iş paltanını qardaşına verəcəyini bildirən zaman Natəvan ona yenicə yuyub təmizlədiyi iş paltarını qaradşına verdiyinə görə etiraz etmiş, bu səbəbdən yaranmış mübahisə zamanı o əynində olan şalvarın üzərindən kəmərini çıxararaq Zərərçəkmiş şəxs baş sifət və bədəninin müxtəlif nahiyələrinə bir neçə dəfə vurmuşdur.Əməlindən peşmandır və hal-hazırda zərərçəkmiş şəxs ilə aralarında barışıq əldə olunmasını nəzərə alaraq barəsində olan işə xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə birlikdə Bakı şəhəri, ünvan 2 ünvanında yaşayırlar. xx.xx.2024-cü il tarixdə səhər saatlarında yaşadıqları evdə onun yanında Təqsirləndirilən şəxs qardaşı ilə telefon danışığı zamanı onun yenicə yuyub təmizlədiyi iş paltarını qardaşına verəcəyini bildirən zaman o, Mehdiyə etiraz etmiş və buna görə aralarında mübahisə yaranmış, mübahisə zamanı Təqsirləndirilən şəxs əynində olan şalvarın kəmərini çıxararaq onun baş sifət və bədənin nahiyyələrindən vurmuşdur. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ərizə təqdim edərək Təqsirləndirilən şəxs Hüseyn oğlundan şikayət və tələbinin olmadığını bildirmişdir. İş materiallarında olan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Hüseyn oğlu barəsində cinayət iş üzrə icraata Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsinə əsasən xitam verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya birliyinin Qaradağ rayon şöbəsi tərəfindən verilmiş 58 nömrəli xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, Zərərçəkmiş şəxs aşkar edilmiş xəsarətlər - başın sol gicgah nahiyəsinin dərialtı hematoması, sol bazu, sol dirsək oynağı , sol said , sol əlin arxa səthinin , sol bud və sol baldır nahiyələrinin qançırları, sağ əlin arxa səthinin sıyrığı sağ əlin arxa səthinin sıyrığı bərk küt əşya (əşyalar) təsirindən, müayinədən bir neçə saat əvvəl törənmişlər, qərarın təsviri hissəsində göstərilən xx.xx.2024-cü il tarixdə və şəraitdə əmələ gələ bilərdilər və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir. Məhkəmə tərəflərin ifadəsini və iş materiallarını araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs Hüseyn oğlu cinayət məsuliyyətindən azad edilməklə cinayət təqibi üzrə icraata xitam verilməlidir. Belə ki, Təqsirləndirilən şəxs Hüseyn oğlu Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarına əsasən Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsində nəzərdə tutulmuş qaydada cinayət məsuliyətindən azad edilsə də, həmin qərar qanuni qüvvəsini almadan Təqsirləndirilən şəxs Hüseyn oğlu Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 43, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikasının CPM-nin 40.3-cü maddənin tələbindən aydın olur ki, şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Həmin Məcəllənin 43.1.2-ci maddəsində göstərilir ki, bu Məcəllənin 39.1.4, 39.1.6– 39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda cinayət təqibinə xitam verilir. Məhkəmə Təqsirləndirilən şəxs Hüseyn oğlunun törətdiyi əməldən səmimi peşmanlıq hissi keçirməsini, zərərçəkmiş şəxslə barışmasını və zərərçəkmişin ondan heç bir şikayət və tələbinin olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Hüseyn oğlu cinayət məsulliyətindən azad edilməklə barəsində olan cinayət təqibinə xitam verilməlidir. İş üzrə mülki iddia, məhkəmə xərcləri və maddi sübut yoxdur. Təhqiqat araşdırması zamanı göstərilmiş hüquqi yardımla bağlı 20 (iyirmi) saata görə 120 (bir yüz iyirmi) manat məbləğində pul X1, məhkəmə araşdırması zamanı göstərilmiş hüquqi yardımla bağlı 20 (iyirmi) saata görə 120 (bir yüz iyirmi) manat məbləğində pul Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı vəkil bürosunun hesabına ödənilməlidir. Odur ki, yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının CM-nin 73, CPM-nin 43-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : Təqsirləndirilən şəxs Hüseyn oğlu Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə cinayət məsuliyətindən azad edilməklə barəsində olan cinayət təqibi üzrə icraata xitam verilsin. Təhqiqat araşdırması zamanı göstərilmiş hüquqi yardımla bağlı 20 (iyirmi) saata görə 120 (bir yüz iyirmi) manat məbləğində pul X1, məhkəmə araşdırması zamanı göstərilmiş hüquqi yardımla bağlı 20 (iyirmi) saata görə 120 (bir yüz iyirmi) manat məbləğində pul Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı vəkil bürosunun hesabına ödənilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 20 (iyirmi) gün müddətində Qaradağ rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Teymur Qurbanov
Məhkəmə qərarları › İş №1(002)-113/2024
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №1(002)-113/2024
07.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver