Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-114/2022 20.04.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədova Ülviyyə Nizami qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Müdafiəçilər Müdafiəçi2 və Müdafiəçi1 iştirakları ilə, Təqsirləndirilən şəxslər xx xxxxxxx 1993-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 xx xxxx 1992-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, Sədərək TM-nin Xalça Bazarında satıcı işləyən, orta təhsilli, evli (himayəsində bir azyaşlı uşağı olan), əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 bir qrup şəxs halında ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Belə ki, o, 17 yanvar 2022-ci il tarixdə saat 18 radələrində qardaşı Təqsirləndirilən şəxs2 ilə bir qrup şəxs halında Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 28 May küçəsində yerləşən “Can” aptekin qarşısında dayanmış Vaz 2104 markalı ** BF *** dövlət qeydiyyat nişanlı avtomobildə avtomobilin sürücüsü Zərərçəkmiş şəxs ilə heç bir əsaslı səbəb olmadan mübahisə edərək ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq edilməsi ilə müşayiət edilən hərəkətlər edib Zərərçəkmiş şəxs sifət nahiyyəsinə qəsdən bir dəfə yumruq zərbəsi vurmuş, bundan sonra avtomobildən düşərək öz hərəkətlərini davam etdirib Zərərçəkmiş şəxs sifət nahiyyəsinə yumruq zərbələri vuraraq onu yerə yıxdıqdan sonra qardaşı Təqsirləndirilən şəxs2 ilə birlikdə sonuncunun bədəninin müxtəlif nahiyyələrinə təpik zərbələri vuraraq Zərərçəkmiş şəxs sol gözətrafı nahiyənin qançırı, burun nahiyəsinin və sağ dirsək oynağının sıyrıqlarından ibarət sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduqları üçün dərəcələri təyin edilməyən bədən xəsarətləri yetirib xuliqanlıq etmişdir. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs2 bir qrup şəxs halında ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Belə ki, o, 17 yanvar 2022-ci il tarixdə saat 18 radələrində qardaşı Təqsirləndirilən şəxs1 ilə bir qrup şəxs halında Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 28 May küçəsində yerləşən “Can” aptekin qarşısında Zərərçəkmiş şəxs ilə heç bir əsaslı səbəb olmadan mübahisə edərək ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq edilməsi ilə müşayiət edilən hərəkətlər etməklə əvvəlcə Təqsirləndirilən şəxs1 qeyd edilən ünvanda dayanmış Vaz 2104 markalı ** BF *** dövlət qeydiyyat nişanlı avtomobildə avtomoblin sürücüsü Zərərçəkmiş şəxs sifət nahiyyəsinə bir dəfə yumruq zərbəsi vurmuş, bundan sonra avtomobildən düşərək öz hərəkətlərini davam etdirib Zərərçəkmiş şəxs sifət nahiyyəsinə yumruq zərbələri vuraraq onu yerə yıxdıqdan sonra o, Təqsirləndirilən şəxs1 ilə birlikdə qəsdən sonuncunun bədəninin müxtəlif nahiyyələrinə təpik zərbələri vuraraq Zərərçəkmiş şəxs sol gözətrafı nahiyənin qançırı, burun nahiyəsinin və sağ dirsək oynağının sıyrıqlarından ibarət sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduqları üçün dərəcələri təyin edilməyən bədən xəsarətləri yetirib xuliqanlıq etmişdir. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, o, İntizamı 3-4 il olar ki, Qızıldaş qəsəbə sakini kimi tanıyır. İntizam Vaz 2104 markalı ** BF *** dövlət qeydiyyat nişanlı avtomobil ilə taksi fəaliyyəti ilə məşğul olur. İntizam həmin avtomobil ilə Lökbatan qəsəbəsində yerləşən Sədərək TM-də taksi fəaliyyəti ilə məşğul olur, səhərlər Sədərək TM-nə gedəndə, axşamlar isə evə qayıdanda 1 manatdan sərnişin götürür. O da dava-dalaş baş verən günə qədər Sədərək TM-də satıcı işləmişdir. Qardaşları Amil və Hacalı da Sədərək TM-də satıcı işləyirlər. Çox zaman o, qardaşı Amil və Hacalı Sədərək TM-nə işə gedəndə və gələndə İntizamın avtomobili ilə gedibgəlirmişlər. İntizam ilə aralarında heç bir ədavət və ya düşmənçilikləri olmamışdır. İşin mahiyyəti üzrə bildirmişdir ki, 17.01.2022-ci il tarixdə təxminən saat 17:10 radələrində o, Hacalı və Amil Sədərək TM-də işdən çıxdıqdan sonra sərnişin qismində İntizamın idarə etdiyi VAZ 2104 markalı avtomobilə əyləşmişlər, onlar Qızıldaş qəsəbəsinə gedirmişlər. X8 qəsəbəsindəki mobil telefon mağazasından mobil telefonunu götürməli olmuşdur. O, avtomobilin ön oturacağında, Amil, Hacalı və digər tanımadığı sərnişin isə arxa oturacaqda əyləmişlər. Böyük X8 qəsəbəsinə çatanda Qaradağ şadlıq sarayının yanında İntizama demişdir ki, işıqforu keçib bir dəqiqəlik saxlayar, mobil telefonu mağazadan götürüb gələcəkdir. Həmin vaxt təxminən saat 17:30 radələri olmuşdur. Lakin işıqforun qırmızı işığı yandığı üçün İntizam Qaradağ şadlıq sarayının yanında avtomobili saxlayıb Hacalıya demişdir ki, burda düşsün. Qardaşı Hacalı isə İntizama demişdir ki, işıqforu keçib avtomobili saxlasın. İntizam avtomobili irəli sürüb “Can” adlanan aptekin yanında saxlamış, qardaşı Hacalı avtomobildən düşüb telefonunu götürməyə getmişdir. Bu zaman o, əsəblərini cilovlaya bilməyib İntizama nalayiq ifadələrlə “maşının içini .., təkərini beləbelə edim, maşını harada deyirlər orada saxla” demişdir. İntizam ona demişdir ki, “özünə hörmət elə, ağzının danışığını bil”. O isə İntizama demişdir ki, özünə hörmət edir, “səni vuraram cırıq-cırıq olarsan”. İntizam da həmin vaxt onu nalayiq sözlərlə təhqir etmişdir. İntizamın sözlərindən sonra o, əsəblərini cilovlaya bilməyib onun sifətinin sol tərəfinə bir yumruq zərbəsi vurmuşdur. İntizam da onu vurmaq istəyəndə qardaşı Amil əllərini aralarına verib dalaşmaq lazım deyil demişdir. O, avtomobildən aşağı düşmüş, İntizam da avtomobildən aşağı düşmüşdür. Bu zaman qardaşı Hacalı gəlib çıxmış və onun gödəkçəsinin arxasından tutub onu 5-6 metr məsafədə oradan uzaqlaşdırmışdır. O, geriyə çevriləndə görmüşdür ki, İntizam kiçik qardaşı Amil ilə mübahisə edib ona əl-qol atır. O, qardaşı Hacalının əlindən çıxıb yenidən İntizamın üzərinə yeriyib onun sifətinə bir dəfə də yumruq zərbəsi vurmuş və İntizam zərbənin təsrindən yerə yıxılmışdır. İntizam yerə yıxılandan sonra bir dəfə İntizama təpik zərbəsi vurmuşdur. Qardaşı Hacalı da həmin vaxt əsəblərini cilovlaya bilməyib İntizama yaxınlaşıb yerdə yıxılmış vəziyyətdə olduğu zaman ona bir dəfə təpik zərbəsi vurmuşdur. Daha sonra isə ətrafa yığışan tanımadığı təxminən 7-8 nəfər şəxs və qardaşı Amil araya keçib onları aralamış və onlar evlərinə çıxıb getmişlər. O, öz ifadəsində əlavə olaraq bildirmişdir ki, dava-dalaş Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 28 May küçəsində yerləşən “Can” aptekin qarşısında İntizamın idarə etdiyi avtomobildə, daha sonra isə küçədə baş vermişdir, ümumilikdə təxminən 5-6 dəqiqə davam etmişdir, ətrafa tanımadığı təxminən 10-15 nəfər şəxs yığışmışdır. Dava-dalaş zamanı İntizam ona əl-qol atsa da onu vura bilməmişdir. Dava-dalaş zamanı qardaşı Amil Zərərçəkmiş şəxs vurmamışdır. Lakin qardaşı Hacalı İntizam yerə yıxılandan sonra bir dəfə İntizama təpiklə zərbə vurmuşdur. O, avtomobildən düşdükdən sonra nalayiq ifadələr işlətməmişdir. O öz ifadəsində son olaraq məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, o, İntizamı 3-4 il olar ki, Qızıldaş qəsəbə sakini kimi tanıyır. İntizam Vaz 2104 markalı ** BF *** dövlət qeydiyyat nişanlı avtomobil ilə taksi fəaliyyəti ilə məşğul olur. İntizam həmin avtomobil ilə Lökbatan qəsəbəsində yerləşən Sədərək TM-də taksi fəaliyyəti ilə məşğul olur, səhərlər Sədərək TM-nə gedəndə, axşamlar isə evə qayıdanda 1 manatdan sərnişin götürür. O, qardaşları Amil və Ramil Sədərək TM-də satıcı işləyirlər, Ramil dava-dalaş baş verən gündən sonra işdən çıxmışdır. Çox zaman o, qardaşları Amil və Ramil Sədərək TMnə işə gedəndə və evə qayıdanda İntizamın avtomobili ilə gedib-gəlirmişlər. İntizam ilə aralarında heç bir ədavət və ya düşmənçilikləri olmamışdır. İşin mahiyyəti üzrə bildirmişdir ki, 17.01.2022-ci il tarixdə təxminən saat 17:10 radələrində o, Ramil və Amil Sədərək TMdə işdən çıxdıqdan sərnişin qismində İntizamın idarə etdiyi VAZ 2104 markalı avtomobilə əyləşmişlər, onlar Qızıldaş qəsəbəsinə gedirmişlər. O, Lökbatan qəsəbəsindəki mobil telefon mağazasından mobil telefonunu götürməli olmuşdur. Ramil avtomobilin ön oturacağında, Amil, o və digər tanımadığı sərnişin isə arxa oturacaqda əyləmişlər. O, Lökbatan qəsəbəsinə çatanda Qaradağ şadlıq sarayının yanında İntizama demişdir ki, “işıqforu keçib bir dəqiqəlik saxlayarsan, mobil telefonu təmir yerindən götürüb gələcəyəm”. Həmin vaxt təxminən saat 17:40 radələri olmuşdur. Lakin işıqforun qırmızı işığı yandığı üçün İntizam Qaradağ şadlıq sarayının yanında avtomobili saxlayıb ona demişdir ki, düşsün. O, isə İntizama demişdir ki, işıqforu keçib avtomobili saxlasın. İntizam avtomobili irəli sürüb “Can” adlanan aptekin yanında saxlamış, o, avtomobildən düşüb telefonunu götürməyə getmişdir. Bir neçə dəqiqə sonra o, telefonu təmir yerindən götürüb qayıdanda görmüşdür ki, avtomoblin arxa oturacağında onlarla birlikdə əyləşmiş sərnişin qardaşı Ramili əyləşdiyi oturacaqdan aşağı düşürdür, qardaşı Amil isə əlini araya verib İntizam ilə Ramili aralaşdırır. O, fikirləşmişdir ki, Ramil ilə İntizam mübahisə edir və Ramili qucaqlayıb avtomobildən 5-6 metr kənara aparmışdır. O, geriyə çevriləndə görmüşdür ki, İntizam kiçik qardaşı Amil ilə mübahisə edib ona əl-qol atır. Bu zaman Ramil onun əlindən çıxıb yenidən İntizamın üzərinə yeriyib onun sifətinə bir dəfə də yumruq zərbəsi vurmuş və İntizam zərbənin təsirindən yerə yıxılmışdır. İntizam yerə yıxılandan sonra Ramil bir dəfə İntizama təpik zərbəsi vurmuşdur. O da həmin vaxt əsəblərini cilovlaya bilməyib İntizama yaxınlaşıb yerdə yıxılmış vəziyyətdə olduğu zaman ona bir dəfə təpik zərbəsi vurmuşdur. Daha sonra isə ətrafa yığışan tanımadığı təxminən 7-8 nəfər şəxs və qardaşı Amil araya keçib onları aralamışlar və onlar evə çıxıb getmişlər. O, öz ifadəsində əlavə olaraq bildirmişdir ki, dava-dalaş Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 28 May küçəsində yerləşən “Can” aptekin qarşısında baş verib, ətrafa tanımadığı təxminən 7-8 nəfər şəxs yığışmışdır. Dava-dalaş zamanı o, Zərərçəkmiş şəxs bir dəfə təpiklə zərbə vurmuşdur. Lakin dəqiq olaraq təpik zərbəsinin onun bədəninin hansı nahiyyəsinə dəydiyini bilmir. Dava-dalaş zamanı Zərərçəkmiş şəxs onu vurmamışdır. Dava-dalaş zamanı qardaşı Şahid Zərərçəkmiş şəxs vurmamışdır, əksinə araya keçib dava-dalaşı sakitləşdirməyə çalışmışdır. Dava-dalaş zamanı nalayiq ifadələr işlədilməmişdir. O, öz ifadəsində son olaraq məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, o, Yardımlı rayonu, Bilnə kəndində qeydiyyatdadır, ünvan 3 ünvanında ailəsi ilə birlikdə yaşayır. O, Vaz 2104 markalı ** BF *** dövlət qeydiyyat nişanlı avtomobili icarəyə götürüb taksi fəaliyyəti ilə məşğul olub ailəsini dolandırır. Həmin avtomobil ilə o, Lökbatan qəsəbəsində yerləşən Sədərək TM-də taksi fəaliyyəti ilə məşğul olur, axşamlar evə qayıdanda isə Sədərək TM-dən Qızıldaş qəsəbəsinə 1 manatdan sərnişin götürür. Ramil, Hacalı və Amil qardaşlarını 3-4 il olar ki, Qızıldaş qəsəbə sakinləri kimi tanıyır, onlar Sədərək TM-nin Xalça Bazarında satıcı işləyir, arada-bir sərnişin kimi onun idarə etdiyi avtomobil ilə Qızıldaş qəsəbəsindən Sədərək TMnə gediblər və Sədərək TM-dən Qızıldaş qəsəbəsinə qayıdırlar, onlarla heç bir ədavətləri və ya düşmənçilikləri olmamışdır. İşin mahiyyəti üzrə bildirmişdir ki, 17.01.2022-ci il tarixdə təxminən saat 17:10 radələrində Ramil, Hacalı və Amil qardaşları Sədərək TM-də sərnişin qismində idarə etdiyi VAZ 2104 markalı avtomobilə əyləşmişlər, onlar Qızıldaş qəsəbəsinə gedirmişlər. Ramil avtomobilin ön oturacağında, Amil, Hacalı və digər tanımadığı sərnişin isə arxa oturacaqda əyləmişlər. Hacalı avtomobilə əyləşəndə ona demişdir ki, Lökbatan qəsəbəsində yerləşən Qaradağ şadlıq sarayının yanında avtomobili saxlayar, avtomobildən düşüb telefonunu götürüb gələcəkdir. O da təxminən saat 17:30 radələrində Qaradağ şadlıq sarayının yanında avtomobili saxlamışdır ki, Hacalı düşsün. Hacalının qardaşı Ramil ona demişdir ki, sür, qabaqda saxlayarsan. O da Ramilə demişdir ki, onun üçün fərqi yoxdur, lakin “biriniz avtomobili burada saxlamağı, biriniz isə qabaqda saxlamağı” deyirsiniz və avtomobili irəli sürmüşdür. Təxminən 10-15 metr irəli sürüb işıqforu keçib yolun sağında yerləşən “Can” adlanan aptekin yanında avtomobili saxlatdırıb avtombildən düşüb getmişdir. O, Hacalını gözləyirmiş, bu zaman Ramil nalayiq ifadələrlə “maşının içini .., təkərini belə-belə edim..” demişdir. O isə Ramilə demişdir ki, nalayiq sözlər işlətmək lazım deyil. Avtomobil dayanmış vəziyyətdə olmuşdur. Ramil ona demişdir ki, “səni vuraram cırıq-cırıq olarsan”. O, üzünü Ramilə tərəf çevirib ona demişdir ki, “sən qələt edib məni vurarsan”. Bu zaman Ramil sağ əlini ilə onun sifətinin sol tərəfinə bir yumruq zərbəsi vurmuşdur. Ramil ona zərbə vurandan sonra o, Ramilə tərəf çevrilib istəmişdir ki, onu əli ilə vursun. Bu zaman onun arxasında, yəni arxa oturacaqda əyləşən Amil əllərini araya verib demişdir ki, “dalaşmayın”. Ramil ona demişdir ki, avtomobildən aşağı düşsün, aşağıda dalaşsınlar və avtomobildən düşüb gödəkçəsini çıxartmışdır. Həmin vaxt Ramilin qardaşı Hacalı gəlib Ramilin qolundan tutub onu təxminən 5-6 metr kənara aparmışdır. O da artıq avtomobildən aşağı düşmüşdür. Arxada əyləşən Amil də avtomobildən aşağı düşmüş və ona demişdir ki, Ramilə baş qoşmasın. O, Amilə demişdir ki, nə üçün araya girmişdir. Bu mövzuda Amil ilə onun arasında sözlə mübahisə yaranmışdır. O, Amil ilə sözlə mübahisə edən zaman Ramil Hacalının əlindən çıxıb qəfil onun üstünə gəlib onun sifətinə bir neçə yumruq zərbəsi vurmuş və o, zərbələrin təsirindən özünü saxlaya bilməyib yerə yıxılmışdır. Yerə yıxılanda sağ qolu üstə yıxıldığından sağ qolundan da xəsarət almışdır. O, yerə yıxılandan sonra Ramil burun nahiyyəsinə təpiklə bir dəfə zərbə vurmuş, lakin zərbə yavaş dəymişdir. Həmin vaxt ətrafda olan tanımadığı təxminən 10-15 nəfər şəxslər araya keçib onu ayağa qaldırıb, Ramili kənara çəkib dava-dalaşı sakitləşdirmişlər. Daha sonra o, idarə etdiyi avtomobilə əyləşib bir az özünə gəldikdən sonra 10-cu PB-nə gedib ərizə və izahat vermişdir. O, öz ifadəsində daha sonra göstərmişdir ki, dava-dalaş Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 28 May küçəsində yerləşən “Can” aptekin qarşısında əvvəlcə idarə etdiyi avtomobildə, daha sonra isə küçədə baş vermişdir, təxminən 7-8 dəqiqə davam etmişdir və ətrafda olan tanımadığı təxminən 10-15 nəfər şəxslər araya keçib onu ayağa qaldırıb dava-dalaşı sakitləşdirmişlər. Ramil əvvəlcə onu yumruqla avtomobildə vurmuş, avtomobildən düşdükdən sonra da onu döymüşdür. Dava-dalaş zamanı o, Ramilə özünü müdafiə etmək üçün əl-qol atsa da onu vurmamış, eləcə də Hacalını və Amili də vurmamışdır. Dava-dalaş zamanı o, sifətinin sol tərəfindən, sağ tərəf qolundan və burun nahiyyəsindən xəsarət almşdır. Baş vermiş dava-dalaş ilə bağlı qeydə alınmış videogörüntü ona təqdim olunmuş və həmin video görüntüyə baxmışdır. Ona həmin vaxt məlum olmuşdur ki, avtomobildən yerə düşdükdən sonra 1-ci dəfə ona yumruğu vuran şəxs Ramil olmuş, 2-ci dəfə ona yumruq vurub yerə yıxan şəxs də Ramildir, o yerə yıxıldıqdan sonra yerdə yıxılmış vəziyyətdə olanda isə ona Ramil, eləcə də Hacalı təpik zərbəsi vurmuşdur, onların digər qardaşları Amil isə ona hər hansı bir formada zərbə vurmamışdır. O, öz ifadəsində daha sonra göstərmişdir ki, hadisədən sonra səhhəti ilə bağlı uzun müddət işləyə bilməmiş və qazanc əldə etməkdən məhrum olmuşdur. Lakin təqsirləndirilən şəxslər tərəfindən ona hər hansı bir formada maddi və ya mənəvi köməklik göstərilməmişdir. Buna baxmayaraq onun hal-hazırda heç bir şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxs məhkəməyə yazılı ərizə təqdim edərək təqsirləndirilən şəxslər ilə barışdığını, onlara qarşı heç bir şikayət və tələbinin olmadığını, təqsirləndirilən şəxslərə yüngül cəza verilməsini xahiş etdiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, o, İntizamı 3-4 il olar ki, Qızıldaş qəsəbə sakini kimi tanıyır. İntizam Vaz 2104 markalı ** BF *** dövlət qeydiyyat nişanlı avtomobil ilə taksi fəaliyyəti ilə məşğul olur. İntizam həmin avtomobil ilə Lökbatan qəsəbəsində yerləşən Sədərək TM-də taksi fəaliyyəti ilə məşğul olur, səhərlər Sədərək TM-nə gedəndə, axşamlar isə evə qayıdanda 1 manatdan sərnişin götürür. O, qardaşları Ramil və Hacalı Sədərək TM-də satıcı işləyirlər, Ramil dava-dalaş baş verən gündən sonra işdən çıxmışdır. Çox zaman o, qardaşları Ramil və Hacalı Sədərək TM-nə işə gedəndə və evə qayıdanda İntizamın avtomobili ilə gedib-gəlirmişlər. İntizam ilə aralarında indiyə qədər heç bir ədavəti və ya düşmənçiliyi olmamışdır. İşin mahiyyəti üzrə bildirmişdir ki, 17.01.2022-ci il tarixdə təxminən saat 17:10 radələrində o, qardaşları Ramil və Hacalı Sədərək TM-də işdən çıxdıqdan sərnişin qismində İntizamın idarə etdiyi VAZ 2104 markalı avtomobilə əyləşmişlər, onlar Qızıldaş qəsəbəsinə gedirmişlər. Hacalı Lökbatan qəsəbəsindəki mobil telefon mağazasından mobil telefonunu götürməli olmuşdur. Ramil avtomobilin ön oturacağında, Hacalı, o və digər tanımadığı sərnişin isə arxa oturacaqda əyləmişlər. Hacalı Lökbatan qəsəbəsinə çatanda Qaradağ şadlıq sarayının yanında İntizama demişdir ki, “işıqforu keçib bir dəqiqəlik saxlayarsan, mobil telefonu təmir yerindən götürüb gələcəyəm”. Həmin vaxt təxminən saat 17:40 radələri olarmış. Lakin işıqforun qırmızı işığı yandığı üçün İntizam Qaradağ şadlıq sarayının yanında avtomobili saxlayıb Hacalıya demişdir ki, burda düşsün. Hacalı isə İntizama demişdir ki, işıqforu keçib avtomobili saxlasın. İntizam avtomobili irəli sürüb “Can” adlanan aptekin yanında saxlamış, Hacalı avtombildən düşüb telefonunu götürməyə getmişdir. Bu zaman Ramil əsəblərini cilovlaya bilməyib İntizama nalayiq ifadələrlə “maşının içini.., təkərini belə-belə edim, maşını harada deyirlər orada saxla” demişdir. İntizam da Ramilə demişdir ki, “özünə hörmət elə, ağzının danışığını bil”. Ramil isə İntizama demişdir ki, “mən özümə hörmət edirəm, səni vuraram cırıq-cırıq olarsan”. İntizam da həmin vaxt onu nalayiq sözlərlə təhqir etmişdir. İntizamın sözlərindən sonra Ramil əsəblərini cilovlaya bilməyib onun sifətinə bir yumruq zərbəsi vurmuşdur. İntizam da onu vurmaq istəyəndə o, əllərini onların arasına verib dalaşmaq lazım deyil demişdir. Ramil avtomobildən aşağı düşmüş, İntizam da avtomobildən aşağı düşmüş, bu zaman qardaşı Hacalı gəlib çıxmış və Ramili arxadan tutub onu 5-6 metr məsafədə oradan uzaqlaşdırmışdır. O, İntizama demişdir ki, “davadalaş etmək lazım deyil, qəsəbə adamıyıq, avtomobilə əyləşib getsin”. Bu zaman İntizam onunla mübahisə edib ona əl-qol atmışdır. Bu zaman Ramil Hacalının əlindən çıxıb yenidən İntizamın üzərinə yeriyib onun sifətinə bir dəfə də yumruq zərbəsi vurmuş və İntizam zərbənin təsrindən yerə yıxılmışdır. İntizam yerə yıxılandan sonra Ramil bir dəfə də İntizama təpik zərbəsi vurmuşdur. Həmin vaxt qardaşı Hacalı da əsəblərini cilovlaya bilməyib İntizama yaxınlaşıb yerdə yıxılmış vəziyyətdə olduğu zaman ona bir dəfə təpik zərbəsi vurmuşdur. Daha sonra isə ətrafa yığışan tanımadığı təxminən 7-8 nəfər şəxs və o özü araya keçib onları aralaşdırmışlar və sonra evə çıxıb getmişlər. Dava-dalaş Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 28 May küçəsində yerləşən “Can” aptekin qarşısında İntizamın idarə etdiyi avtomobildə, daha sonra isə küçədə baş vermişdir, ümumilikdə təxminən 5-6 dəqiqə davam etmişdir, ətrafda olan tanımadığı təxminən 7-8 nəfər şəxs araya keçib aranı sakitləşdirmişdir. Dava-dalaş zamanı İntizam ona əl-qol atsa da onu vura bilməmişdir. Dava-dalaş zamanı o, Zərərçəkmiş şəxs vurmamışdır, araya keçib davadalaşı sakitləşdirməyə çalışmışdır. Dava-dalaş zamanı nalayiq ifadələr işlədilməmişdir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X5 X11 Qaradağ rayon şöbəsinin 24 yanvar 2022-ci il tarixli 44 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi ekspertizası zamanı aşkar edilmiş xəsarətlər-sol gözətrafı nahiyənin qançırı, burun nahiyəsinin və sağ dirsək oynağının sıyrıqları bərk küt əşya (əşyalar) təsirindən müayinədən 1 günə qədər əvvəl törənmişlər, qərarın təsviri hissəsində göstərilən 17.01.2022-ci il tarixdə və şəraitdə əmələ gələ bilərdilər və sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduqları üçün dərəcələri təyin edilmir. Vət. Zərərçəkmiş şəxs almış olduğu xəsarətlərin xarakteri və lokalizasiyalarını nəzərə alıb demək olar ki, həmin xəsarətlər əl çatan nahiyədə olsa belə şəxsin özü tərəfindən yetirilməsi inandırıcı deyildir. İş materiallarında olan 01 ədəd DVD diskə məhkəmə iclasında tərəflərin iştirakı ilə baxış keçirilərkən Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində “Qaradağ” şadlıq sarayının və “Can” adlanan aptekin yaxınlığında yolun kənarında bir neçə şəxsin dava etdiyi və dava zamanı tərəflərin göstərdiyi kimi Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən döyüldüyü müəyyən olunur. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 27 dekabr 2016-cı il tarixdə doğulmuş X4 atası Təqsirləndirilən şəxs2dur. İş materiallarında olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 məhkumluğu barədə heç bir məlumat yoxdur. İş materiallarında olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 məhkumluğu barədə heç bir məlumat yoxdur. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə tədqiq edilmiş sübutların tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətmiş olduqları cinayət əməli tam sübuta yetir və onların əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs1 qarşı zərərçəkmiş şəxsin heç bir şikayət və tələbinin olmamasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs1 əməlində cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, Təqsirləndirilən şəxs2 himayəsində bir azyaşlı uşağının olmasını, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs2 əməlində cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxslər tərəfindən törətdiyi əməllərdən səmimi peşmançılıq hissi keçirməmələrini və zərərçəkmiş şəxsə hər hansı bir maddi köməklik etməməklə barışmağa cəhd etməmələrini məhkəmə onların şəxsiyyətini mənfi xarakterizə edən hal kimi qiymətləndirir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Həmin Qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Beləliklə, məhkəmə, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onların ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 oğluna və Təqsirləndirilən şəxs2 oğluna təqsirli bilindikləri maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi daha məqsədə müvafiq, həmdə cəzanın məqsədlərinə nail olunması baxımından daha ədalətli və düzgündür. Cinayət işinin materiallarından aydın olur ki, Təqsirləndirilən şəxs1 qeyd olunan cinayət işi ilə əlaqədar olaraq 26 yanvar 2022-ci il tarixdə şübhəli şəxs kimi tutulmuş, 28 yanvar 2022-ci il tarixdə Qaradağ rayon Məhkəməsinin qərarı ilə barəsində “həbs” qətimkan tədbiri seçilməsindən imtina edilmiş, daha sonra barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Odur ki, bu hallar Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən cəza təyini zamanı nəzərə alınmalıdır. Cinayət işinin materiallarından aydın olur ki, Təqsirləndirilən şəxs2 qeyd olunan cinayət işi ilə əlaqədar 27 yanvar 2022-ci il tarixdə şübhəli şəxs kimi tutulmuş və 28 yanvar 2022-ci il tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Odur ki, bu hallar Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən cəza təyini zamanı nəzərə alınmalıdır. Eyni zamanda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsində nəzərdə tutulmuş vəzifələrin yerinə yetirilməsi Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərinə qoyulmalıdır. Hadisənin görüntülərini əks etdirən 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia yoxdur. İbtidai istintaq və məhkəmə baxışı zamanı təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanları olmadığı üçün onlara dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. İstintaq zamanı onların hüquqlarının müdafiəsi üçün Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkilləri X6 və X7 tərəfindən 43 iş saatı, məhkəmə baxışı zamanı isə onların hüquqlarının müdafiəsi üçün Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi2 və Müdafiəçi1 tərəfindən 20 iş saatı sərf olunmuşdur. Odur ki, təqsirləndirilən şəxslərə göstərilmiş hüquqi yardımla bağlı 258 (iki yüz əlli səkkiz) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X2, 258 (iki yüz əlli səkkiz) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X3, 120 (yüz iyirmi) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi2 və 120 (yüz iyirmi) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi1 vəkil işlədikləri Bakı şəhər 10 saylı Vəkil Bürosunun hesabına ödənilməlidir. Odur ki, yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının CPMnin 344-347, 349, 351-353, 356, 358, 381 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ : Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesabı ilə hesablanmaqla hazırkı hökmlə təyin olunmuş cəzadan çıxılsın və ona qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 üzərinə: yaşadığı ünvan 2 ünvanını hər gün gecə saat 24:00dan növbəti gün səhər saat 06:00-dək, habelə gün ərzində Bakı şəhərinin inzibati ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs1 cəzasını yaşayış yeri üzrə çəksin, bu cəzanın icrası müddəti onun cəzanı icra edən - probasiya nəzarətini həyata keçirən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrası Bakı şəhər Probasiya İdarəsinə tapşırılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 şübhəli şəxs kimi tutulduğu 01 (bir) gün müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesabı ilə hesablanmaqla, ona hazırkı hökmlə təyin olunmuş cəzadan çıxılsın və ona qəti olaraq 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 üzərinə yaşadığı ünvan 2 hər gün gecə saat 24:00-dan növbəti gün səhər saat 06:00-dək, habelə gün ərzində Bakı şəhərinin inzibati ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs2 cəzasını yaşayış yeri üzrə çəksin, bu cəzanın icrası müddəti onun cəzanı icra edən - probasiya nəzarətini həyata keçirən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrası Bakı şəhər Probasiya İdarəsinə tapşırılsın. Hadisənin görüntülərini əks etdirən 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxslərə göstərilmiş hüquqi yardımla bağlı 258 (iki yüz əlli səkkiz) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X2, 258 (iki yüz əlli səkkiz) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X3, 120 (yüz iyirmi) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi2 və 120 (yüz iyirmi) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi1 vəkil işlədikləri Bakı şəhər 10 saylı Vəkil Bürosunun hesabına ödənilsin. Hökmdən elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətinə Qaradağ rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Rufan Mürsəlov
Məhkəmə qərarları › İş №1(002)-114/2022
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-114/2022
20.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver