Məhkəmə qərarları › İş №1(002)-114/2023

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-114/2023

15.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-114/2023 15.03.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Saat 10:55-də X4 İslah oğlunun sədrliyi, Məmmədova Kəminə Elşad qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçilər Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi2 və Müdafiəçi1, Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakları ilə, xx xxxxxx 1978-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, məhkum olunmuş və məhkumluğu ödənilməmiş, fərdi əməklə məşğul olan, Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi, ünvan 1 ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan təqdbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə, xx xxxxxxxx 1991-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi, ünvan 2 ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1-ci və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq,məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs1 özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 ilə danışıb razılaşaraq qabaqcadan əlbir olan bir qrup şəxs halında 01 noyabr 2to22-ci il tarixdə saat 01 radələrində Zərərçəkmiş şəxs məxsus Bakı şəhəri Qaradağ rayonu Ələt qəsəbəsi Füzuli küçəsində yerləşən nömrəsiz fərdi yaşayış evinin qarşısına düşərək hasardan aşmaqla həyətyanı sahəyə qanunsuz daxil olub həyətdə inşa edilmiş, saxlanc yeri hesab olunan quş hinindən Elnur İsrafılova məxsus və hər birinin qiyməti 15 (on beş) manat olmaqla, ümumilikdə 420 (dörd yüz iyirmi) manat dəyərində 28 (iyirmi səkkiz) ədəd ev göyərçinlərini gizli olaraq talamaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs2 özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1 ilə danışıb razılaşaraq qabaqcadan əlbir olan bir qrup şəxs halında 01 noyabr 2022-ci il tarixdə saat 01 radələrində Zərərçəkmiş şəxs məxsus Bakı şəhəri Qaradağ rayonu Ələt qəsəbəsi Füzuli küçəsində yerləşən nömrəsiz fərdi yaşayış evinin qarşısına gələrək hasardan aşmaqla həyətyanı sahəyə qanunsuz daxil olub həyətdə inşa edilmiş, saxlanc yeri hesab olunan quş hinindən Zərərçəkmiş şəxs məxsus və hər birinin qiyməti 15 (on beş) manat olmaqla, ümumilikdə 420 (dörd yüz iyirmi) manat dəyərində 28 (iyirmi səkkiz) ədəd ev göyərçinlərini gizli olaraq talamaqla oğurluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, rəsmi heç bir yerdə işləmir, lakin fəhləlik edərək qazanc əldə edir. Təqsirləndirilən şəxs2 tanıyır, Feyruz Ələt qəsəbəsində yaşayır, Feyruzla normal münasibəti vardır.31 oktyabr 2022-ci il tarixdə saat 22 radələrində o, tanışı Təqsirləndirilən şəxs2 ilə Ələt qəsəbəsində yerləşən kafelərin birində çörək yeyib spirtli içki qəbul etmiş, bir qədər yeyib içdikdən sonra söhbət zamanı qərara gəlmişlər ki, qəsəbədə yaşayan, eləcə də «quşbaz» kimi tanıdıqları Elnur adlı şəxsin ev göyərçinlərini oğurlasınlar. Onlar kafedən çıxıb Elnurun yaşadığı ünvan istiqamətdə getmiş, 01 noyabr 2022-ci il tarixə keçən gecə saat təxminən 01 radələrində Elnurun yaşadığı ünvanın qarşısına çatmışlar. O, hasardan bir qədər aralıda dayanıb ətarfa baxmış, Elnurun yaşadığı evin ətrafı daş hasarla əhatə olunmuşdur. O, bir qədər ətrafa baxaraq onların hərəkətlərini görən heç bir şəxsin olub-olmadığını dəqiqləşdirdikdən sonra Feyruza kömək edib sonuncunun ayaqlarının aşağı hissəsindən tutaraq hasardan həyətə keçməyinə kömək etmiş, Feyruz hasarı keçib həyətə düşmüş, bundan sonra Feyruzun arxasınca hasara qalxaraq həyətə keçib göyərçinlər saxlanılan damın üstündə gözləmişdir. Feyruz ev göyərçinləri saxlanılan damın içinə daxil olaraq oradan 28 ədəd ev göyərçinlərini özləri ilə apardıqları kisəyə yığmışdır. Sonra Feyruz hasarın üstünə çıxaraq görəçinlər olan kisəni götürüb küçəyə tullanmış, o, Feyruzun arxası ilə yerə tullanmışdır. O, göyərçinlər olan kisəni Feyruzdan alıb bildirmişdir ki, göyərçinləri özü yaşadığı evin həyətində saxlayacaqdır. Feyruz onunla razılaşmış və hər biri öz evinə getmişlər. O, evə getdikdən sonra göyərçinləri yaşadıqları evin həyətində tikiliyə yığmışdır. Səhəri gün görmüşdür ki, göyərçinlərdən 01 ədədi ölmüşdür. Bundan sonra o, Feyruzla görüşüb göyərçinlərdən birinin öldüyünü bildirmişdir. 10 noyabr 2022-ci il tarixdə saat 11 radələrində Qaradağ RPİ-nin 11 -ci PB-nin əməkdaşları yaşadığı ünvanın qarşısına gəlib Elnur İsrafılovun evindən oğurluq etməsində onun şübhəli olduğunu bildirib göyərçinlərin və avadanlıqların yerini soruşmuşlar. O, polis əməkdaşlarına səmimi olaraq etiraf etmişdir ki, oğurluq hadisəsini tanışı Feyruzla birlikdə törətmişdir və oğurladıqları göyərçinlər onun həyətindəki tikilidədir, lakin Elnurun həyətindən göyərçin quşlarından başqa heç bir alət oğurlamadığını bildirmişdir. Bundan sonra polis əməkdaşları onun icazəsi ilə həyətində olan tikiliyə baxış keçirmişlər, baxış zamanı oradan 27 ədəd göyərçin quşları aşkar edilmişdir. Bu barədə polis əməkdaşları protokol tərtib etmişlər və protokolu o, imzası ilə təsdiq etmiş, törətdiyi cinayət əməlinə görə onu Qaradağ RPİ-nin 11-ci Polis Bölməsinə dəvət etmişlər. Qaradağ RPİ-si 11 -ci Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılarkən, ona heç bir təzyiq göstərilməmiş, qanun çərçivəsində rəftar edilmişdir. Zərərçəkmiş şəxs məxsus quşları oğurlamalarına səbəb sonuncunun saxladıqları göyərçinlərin onların saxladıqları göyərçinləri tutması olmuşdur. Əməlindən peşmandır. Məhkəmə iclasında digər təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, rəsmi heç bir yerdə işləmir, lakin fəhləlik edərək qazanc əldə edir. Təqsirləndirilən şəxs1 tanıyır, Tərlan Ələt qəsəbəsində yaşayır, onun Tərlanla normal münasibəti olmuşdur. 31 oktyabr 2022-ci il tarixdə saat 22 radələrində o, tanışı Təqsirləndirilən şəxs1 ilə Ələt qəsəbəsində yerləşən kafelərin birində yemək yeyib spirtli içki qəbul etmiş, bir qədər yeyib- içdikdən sonra söhbət zamanı qərara gəlmişlər ki, qəsəbədə yaşayan, eləcə də, «quşbaz» kimi tanıdıqları Elnur adlı şəxsin ev göyərçinlərini oğurlasınlar. Onlar kafedən çıxıb Elnurun yaşadığı ünvan istiqamətdə getmişlər. 01 noyabr 2022-ci il tarixə keçən gecə saat təxminən 01 radələrində onlar Elnurun yaşadığı ünvanın qarşısına çatmışlar. O, Tərlanla birlikdə hasardan bir qədər aralıda dayanıb ətarfa baxmışlar. Belə ki, Elnurun yaşadığı evin ətrafı daş hasarla əhatə olunmuşdur. Onlar bir qədər ətrafa baxaraq, onların hərəkətlərini görən heç bir şəxsin olub-olmadığını dəqiqləşdirdikdən sonra Tərlan ona kömək edib ayaqlarının aşağı hissəsindən tutaraq hasardan həyətə keçməsinə kömək etmiş, o, hasarı keçib həyətə düşmüşdür. Bundan sonra Tərlan onun arxasınca hasara qalxaraq həyətə keçib göyərçinlər saxlanılan damın üstündə gözləmişdir. O, göyərçinlər saxlanılan damın içinə daxil olaraq, oradan 28 ədəd ev göyərçinlərini özləri ilə apardıqları kisəyə yığmış və hasarın üstünə çıxaraq göyərçinlər olan kisəni götürüb küçəyə tullamışdır. Tərlan da onun arxasınca yerə tullanmış, göyərçinlər olan kisəni ondan alıb bildirmişdir ki, göyərçinləri özünün yaşadığı evin həyətində saxlayacaqdır. O, Tərlanın təklifi ilə razılaşdıqdan sonra öz evinə getmişdir. Ertəsi gün o, Tərlanla görüşmüş, Tərlan ona bildirmişdir ki, oğurladıqları 28 ədəd ev göyərçinlərindən biri ölmüşdür. O, oğurluq hadisəsini 01 noyabr 2022-ci il tarixdə saat 01 radələrində Təqsirləndirilən şəxs1 ilə birlikdə törətmiş, oğurluq törədərkən, onları kimsə görməmişdir. Qaradağ RPİ-nin 11-ci Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılarkən, ona heç bir formada təzyiq göstərilməmişdir. Zərərçəkmiş şəxs məxsus quşları oğurlamalarına səbəb sonuncunun saxladıqları göyərçinlərin onların saxladıqları göyərçinləri tutması olmuşdur. Əməlindən peşmandır. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkəmədə verdikləri ifadələr özünümüdafiə xarakteri daşımaqla cinayət məsuliyyətindən yayınmaq məqsədi daşıyır. Belə ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı müdafiəçilərinin iştirakı ilə 12 noyabr 2022-ci il tarixdə təqsirləndirilən şəxs qismində vermiş olduğu ifadələrində məhkəmədə verdikləri ifadələr ilə eyni ifadələr versələr də, məhkəmədə verdikləri ifadələrindən fərqli olaraq ibtidai istintaq zamanı verdikləri ifadələrində «quşbaz» kimi tanıdıqları Elnur adlı şəxsin ev göyərçinlərini oğurlayıb sataraq 400-450 manat dəyərində gəlir əldə etmək niyətində olmalarını, lakin göyərçinləri satmaq üçün müştəri axtarsalar da, tapa bilmədiklərini bildirmişlər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 126.6-cı maddəsinə əsasən, təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqsirli olmaları özlərinin etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin ifadəsi, ekspert rəyləri və işin digər halları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, Qaradağ rayonu Baş Ələt qəsəbəsi Füzuli küçəsi nömrəsiz evdə ailəsi ilə birlikdə yaşayır. O, hazırda yaşadığı Füzuli küçəsində yerləşən evində 30 ədəd ev göyərçini saxlamış, həmin göyərçinləri həyətinin içində, hamam-tualetə yaxın yerdə tikdiyi 1,5 metr hündürlüyündə quş damında saxlamışdır. 30 oktyabr 2022-ci il tarixdə saat 18 radələrində o, qardaşı Rövşən İsrafılovun xəstəliyi ilə əlaqədar olaraq, yaşadığı Qaradağ rayonu Baş Ələt qəsəbəsi Füzuli küçəsində yerləşən evindən çıxaraq, Bakı şəhəri Xətai rayonu ərazisində yerləşən xəstəxanaya getmiş, ailəsi isə, Qaradağ rayonu Ələt qəsəbəsi Əzizbəyov küçəsində yaşayan atası Haqverdi İsarfılovun yaşadığı ünvana getmişlər. O, 01 noyabr 2022-ci il tarixdə saat 16:30-da yaşadığı ünvana qayıtmış, evin dəmir darvazasının kilidini açıb həyətə daxil olan vaxt görmüşdür ki, həyətdəki quş damının dəmir tordan olan qapısı açıqdır. Sonra o, quş damına yaxınlaşıb içinə baxarkən görmüşdür ki, quş damının içində saxladığı 28 ədəd ev göyrəçinləri quş damının içərisində yoxdur, yəni oğurlanmışdır. Quş damının yanında köhnə hamam olmuş, o, həmin hamamdan «əldamı» kimi istifadə etmiş və məişətdə istifadə olunan əşyaları oraya yığmışdır. O, əldamına baxarkən, 01 ədəd cilalayıcı dəzgah, 01 ədəd qaynaq aparatı və 08 ədəd sverlo ilə birlikdə 01 ədəd perfejeratorun saxladığı ağ rəngli qutunun içərisində olmadığını müəyyən etmiş və evindən oğurluq olduğunu başa düşüb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin «102» xidmətinə zəng edərək, oğurluq hadisəsi baradə məlumat vermişdir. Bir müddət sonra Qaradağ RPİ-nin əməkdaşları yaşadığı ünvana gəlib hadisə yerinin müayinəsini aparmışlar. O, polis əməkdaşları ilə birgə evinin həyətinə küçədən quraşdırılmış videokamera ilə əks olunmuş videogörüntüyə baxmış, evinin həyətindən göyərçinləri oğurlamış şəxslərin videogörüntüdə əks olunduqlarını, həmin şəxslərin Ələt qəsəbəsi sakinləri Tərlan və Feyruz adlı şəxslər olduqlarını aşkar etmişdir. Ona məxsus evin həyətyanı sahəsindən cəmi 28 (iyirmi səkkiz) ədəd ev göyərçini oğurlanmış, hər bir göyərçinin qiyməti təxminən 15 (on beş) manat olmuş, ona görə də, ona 420 (dörd yüz iyirmi) manat məbləğdə maddi ziyan dəymişdir. Bununla yanaşı, oğurluq etmiş şəxslər quş damının dəmir tordan olan qapısını sındırdıqları üçün həmin qapının düzəldilməsi üçün onun əlavə olaraq 25 (iyirmi beş) manat xərci də çıxmışdır. Hadisə günü o, göyərçinlərin oğurlandığını və oğurlamış şəxslərin Ələt qəsəbə sakinləri olduqları, eləcə də, həyətyanı sahədə «əldamı» kimi istifadə etdiyi tikilidə qutuda saxladığı 01 ədəd cilalayıcı dəzgah, 01 ədəd qaynaq aparatı və 08 ədəd sverlo ilə birlikdə 01 ədəd perfejeratorun saxladığı ağ rəngli qutunun içərisində olmadığını müəyyən etdiyinə görə, həmin əşyaların da Tərlan və Feyruz adlı şəxslər tərəfindən oğurlandıqlarını düşündüyündən, ərizə və izahatında həmin əşyaların da oğurlanması barədə məlumat vermişdir. Polis əməkdaşları getdikdən sonra o, əldamına baxdıqda, orada qutunun içinə yığdığı 01 ədəd cilalayıcı dəzgah, 01 ədəd qaynaq aparatı və 08 ədəd sverlo ilə birlikdə 01 ədəd perfejeratorun saxladığı qutunun içərisində deyil, dağınıq vəziyyətdə künc tərəfdə olduğunu aşkar etmişdir. Bundan əlavə zərəçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək təqsirləndirilən şəxsləri bağışlamasını, ona dəymiş zərərin tam ödənilməsini bildirmiş, hazırda təqsirləndirilən şəxslərə qarşı heç bir iddia və tələbinin olmamasının nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə uyğun olaraq ekspertiza rəylərini də sübut növü kimi qəbul edir. Belə ki, cinayət işinə əlavə olunmuş məhkəmə-əmtəəşünaslıq ekspertizasının 9/8377 saylı, 29 noyabr 2022-ci il tarixli rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda göstərilən 27 ədəd ev göyərçininin 2022-ci ilin oktyabr ayına olan bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 405,0 manat (27x15,0) müəyyən edilir. Cinayət işinə əlavə olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 nömrəli X1 tərəfindən Qaradağ RPİ-nin İstintaq Şöbəsinə göndərilmiş xx.xx.2022-ci il tarixli, 1/2356 saylı məktubda, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 qeyd olunan Xəstəxanaya müraciət etmədikləri qeyd olunmuşdur. Cinayət işinə əlavə olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” publik hüquqi şəxsindən Qaradağ RPİ-nin İstintaq Şöbəsinə daxil olmuş xx.xx.2022-ci il tarixli, 11948 saylı məktubda, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 qeyd olunan Xəstəxanada müalicədə olmadıqları qeyd olunmuşdur. Cinayət işinə əlavə olunmuş 10 noyabr 2022-ci il tarixli “Elektron məlumat daşıyıcısına baxış keçirilməsi haqqında “ protokoldan görünür ki, ibtidai istintaq zamanı zərərçkəmiş şəxs Elnur İsrafılov tərəfindən təqdim edilmiş diskə baxış keçirilmiş və baxış zamanı müəyyən edilmişdir ki, diskdə “WhatsApp Video 2022- 11-11 at 20.36.18”, “WhatsApp Video 2022-11- 11 at 20.36.19 (1)”, “WhatsApp Video 2022-11- 11 at 20.36.19 (2)”, “WhatsApp Video 2022- 11-11 at 20.36.19” və «WhatsApp Video 2022-11- 11 at 20.36.20» adlı 05 ədəd «.mp4» formatlı videofayllar vardır. Hər bir videofayl müvafiq olaraq, 02 dəqiqə 50 saniyə ərzində davam etmiş və videofaylın hər birində açıq hava şəraitində, küçədə yol kənarında fərdi yaşayış evləri yerləşməsi və işıq dirəklərindən küçənin gecə lampaları ilə işıqlandırılması müəyyən olunmuşdur. Hər bir videofaylda, iki nəfər gödəkçə geyinmiş kişi cinsli şəxslərin küçə ilə hərəkət etməsi və biri digərinin ardınca, videogörüntüdə sağ tərəfdə yerləşən fərdi yaşayış evinin hasarından aşaraq həyətə qanunsuz daxil olmaları, uzun müddət sonra həmin şəxslərdən birinin evin hasarından aşaraq küçəyə tərəf tullanması, dərhal ardınca digər şəxsin əlində olan ağ rəngli, içi dolu kimi görünən iri torbanı evin həyətyanı sahəsindən hasardan bayıra, küçəyə tərəf çıxardıb atması və küçədə gözləyən şəxsə verməsi, daha sonra isə, ikinci şəxsin də evin həyətyanı sahəsindən hasardan aşaraq küçəyə tərəf tullanması, hər ikisinin iti addımlarla və bəzən asta qaçışla həmin evdən uzaqlaşmaqla hadisə yerindən qaçdıqları müşahidə olunmuşdur. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna qiymət verib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmələri və onların həmin əməlləri törətməkdə təqsirli olmaları tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidirlər, onların əməllərinin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur, onlara qanunla müəyyən edilmiş qaydada cəza təyin edilməlidir. Cinayət işinə əlavə edilmiş Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. Cinayət işinə əlavə edilmiş Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən və Azərbaycan Respublikası Ədliyyə Nazirli Penitensiar xidmətin 14 saylı cəzaçəkmə müəssisəsinin cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs1 sonuncu dəfə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib , həmin Məcəllənin 68.1.1-1, 67.1 və 93.1.2-ci madələrinə əsasən 02 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2021-ci il tarixli Bakı şəhəri Qaradağ rayon məhkəməsinin Qərarı ilə barəsində “8 noyabr-Zəfər Günü münasibətilə aministiya edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin “05” noyabr 2021-ci il tarixli Qərarının 4-cü bəndi tətbiq edilərək təyin edilmiş 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası 06 (altı) ay azaldılmaqla üzərində qəti olaraq 01(bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılmışdır. X2 xx.xx.2022-ci il tarixdə cəzasının sonu ilə həbsdən azad olunmuşdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs1 tərəfindən dəymiş ziyanın tamamilə ödənilməsini və zərərçəkmiş şəxslə barışığın əldə olunmasını onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmədə Azərbaycan Respublikası CM-in 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hal kimi cinayətlərin residivi müəyyən edilmişdir. Belə ki, cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 cəzasını çəkib qurtardığı gündən iki il keçməmiş yenidən qəsdən az ağır cinayət törətmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinin tələbinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Göründüyü kimi Təqsirləndirilən şəxs1 əvvəllər qəsdən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və məhkumluğu götürülmədən və ya ödənilmədən qəsdən az ağır cinayət törətmişdir. Ona görə də o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən məhkumluğu ödənilməmiş şəxs hesab olunur. Əvvəllər qəsdən cinayət törətməyə görə məhkum olunmuş Təqsirləndirilən şəxs1 yenidən qəsdən ağır cinayət törətməsi cinayətin residivini yaradır. Məhkəmə Təqsirləndirilən şəxs1 təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən törədilmiş cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək ona həmin maddələrin sanksiyasında nəzərdə tutulmuş qaydada azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən 10 noyabr 2022ci il tarixdən 12 noyabr 2022-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasından çıxılmaqla ona qəti cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs1 təyin ediləcək cəzanın əvvəli 15 mart 2023-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilməli, barəsində həbs qətimkan tədbiri seçilməli və məhkəmə iclas zalında həbsə alınmalıdır. Təqsirləndirilən şəxs1 saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına göndərilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə Təqsirləndirilən şəxs2 ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, dəymiş ziyanın tamamilə ödənilməsini və zərərçəkmiş şəxslə barışığın əldə olunmasını onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmədə Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 1-ci bəndində məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Bundan başqa, cəza təyini məsələsini həll edərkən məhkəmə Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamının tələbləri də nəzərə almalıdır. Azərbaycan Respublikası CPM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları da nəzərə alır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cəzanı yüngülləşdiriən halları, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini, sonuncunun təqsirləndirildiyi maddənin sanksiyasında azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəza növünün müəyyən edildiyini, hazırda onun cəmiyyətdən təcrid edilməsinə zərurətin olmadığını nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs2 barəsində azadlığın məhdudlaşdırılması cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona həmin cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 şübhəli şəxs qismində tutulduğu 10 noyabr 2022-ci il tarixdən 12 noyabr 2022-ci il tarixədək, yəni 02 (iki) gün müddət Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən bir günə iki gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulmaqla, 04 (dörd) gün müddət təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti cəza saxlanılmalıdır. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs2 üzərinə Bakı şəhəri və Abşeron rayonu hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə qətimkan” tədbiri ləğv edilərək, barəsində “başqa yerə getməmək haqqında iltizam qətimkan” tədbiri seçilməlidir. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Cinayət Məcəlləsinin 99-1.1.1 və 99-1.1.2-ci maddələrində məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin, məhkumun cinayət yolu iləəldə etdiyi pul vəsaitləri və ya digər əmlakın, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlərin məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, iş üzrə nəzərdə tutulmuş müsadirə edilməli əmlak olmadığından yuxarıda qeyd olunan müddəa tətbiq olunmamalıdır. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış 27 (iyirmi yeddi) ədəd göyərçinin zərərçəkmiş şəxsə geri qaytarılması nəzərə alınmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 198-ci maddəsinə uyğun olaraq məhkəmə məsrəfləri ilə əlaqədar məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, ibtidai istintaq zamanı keçirilmiş məhkəmə-ekspertizası ilə əlaqədar 50 (əlli) manat xərc Təqsirləndirilən şəxs1 25 (iyirmi beş) manat və Təqsirləndirilən şəxs2 25 (iyirmi beş) manat məbləğində pul məhkəmə məsrəfi kimi tutularaq dövlət büdcəsinə ödənilməlidir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hüquqlarının müdafiəsi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi2 və Müdafiəçi1 tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1 və 197.1.5-ci maddəsinə əsasən isə təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği də məhkəmə məsrəflərinə aiddir. Həmin Məcəllənin 193.2 və 193.4-cü maddələrinə əsasən isə belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx.xx.2001-ci il tarixli, 31 nömrəli qərarına 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla təqsirləndirilən şəxslərə göstərilmiş 12 (on iki) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsi hesabından müdafiəçilər Müdafiəçi2 üçün 72 (yetmiş iki) manat və Müdafiəçi1 üçün 72 (yetmiş iki) manat pul onların vəkil işlədikləri Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 10 noyabr 2022-ci il tarixdən 12 noyabr 2022-ci il tarixədək şübhəli şəxs kimi tutulduğu 02 (iki) gün müddət ona təyin olunmuş azadlıqdan məhrumetmə cəzasından çıxılmaqla üzərində qəti olaraq 02 ( iki) il 05 (beş) ay 28 ( iyirmi səkkiz ) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 15 mart 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin və barəsində “həbs” qətimkan tədbiri seçilsin. Təqsirləndirilən şəxs1 məhkəmə iclas zalından həbsə alınsın və saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına göndərilsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 02 ( iki ) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 10 noyabr 2022-ci il tarixdən 12 noyabr 2022-ci il tarixədək, yəni 02 (iki) gün həbsdə olma müddətinin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutularaq, 04 (dörd) gün müddət təyin olunmuş cəzadan çıxılmaqla, onun üzərində qəti olaraq 01 ( bir ) il 11 ( on bir ) ay 26 ( iyirmi altı ) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs2 üzərinə Bakı şəhəri və Abşeron rayonunun hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin və barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilsin və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut 27 (iyirmi yeddi) ədəd göyərçinin zərərçəkmiş şəxsə geri qaytarılması nəzərə alınsın. İbtidai istintaq zamanı keçirilmiş məhkəmə ekspertizasına görə 50 (əlli) manat xərc Təqsirləndirilən şəxs1 25 (iyirmi beş) manat və Təqsirləndirilən şəxs2 25 (iyirmi beş) manat olmaqla məhkəmə məsrəfi kimi tutularaq dövlət büdcəsinə ödənilsin. Dövlət büdcəsi hesabından müdafiəçilər Müdafiəçi2 üçün 72 (yetmiş iki) manat və Müdafiəçi1 üçün 72 (yetmiş iki) manat pul onların vəkil işlədikləri 10 saylı Vəkil bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs1 isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Azər Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar