Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-114/2024 28.03.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Saat 10:20-də X5 İslah oğlunun sədrliyi, Məmmədova Kəminə Elşad qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1985-ci ildə Yardımlı rayonu Qaraqaya kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, himayəsində bir azyaşlı və bir yetkinlik yaşına çatmayan uşaqları olan, orta təhsilli, işləməyən, məhkum olunmuş və məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qediyyatda olan və ünvan 2yan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəlsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda narkotik vasitə hesab edilən heroini əldə edib üzərində saxlayaraq daşımış, 15 yanvar 2024-cü il tarixdə saat 18:00 radələrində Qaradağ RPİ-nin CAŞ-nin əməkdaşları tərəfindən Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Nizami küçəsində yerləşən “Kabab evi”-nin yaxınlığında saxlanılıb, Qaradağ RPİ-nin inzibati binasına gətirilərək həmin tarixdə saat 19:00 radələrində dəvət olunmuş müdafiəçinin iştirakı ilə video çəkiliş vasitəsilə üzərində aparılmış şəxsi axtarış və götürmə zamanı əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən bir ədəd siqaretin gümüşü kağız kəsiyinə yığılmış təmiz çəkisi 0,267 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkoitik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, saxlanıldıqdan iki-üç ay öncə narkotik maddə heroin (kakos) qəbul etməyə başlamışdır. xx.xx.2024-cü il tarixdə şəxsi işləri ilə bağlı Bakı şəhərində “Kubinka” adlanan əraziyə getmişdir. Həmin gün saat 13:00 radələrində Kubinka adlanan ərazidə yerləşən çayxanda oturub çay içərkən bir nəfər şəxs çayxanaya daxil olmuşdur. O, həmin şəxsin hərəkətlərindən onun narkotik maddə qəbul etdiyini başa düşmüş, həmin şəxslə aralarında ünsiyyət yaranmışdır. Söhbət zamanı tanımadığı şəxs narkotik maddə olan heroin satdığnı bildirərək ondan narkotik vasitə olan heroin almağı təklif etmiş, o da narkotik maddə qəbul etdiyi üçün həmin şəxsin bu təklifi ilə razılaşmışdır. Bundan sonra onlar çayxanadan çölə çıxmış, tanımadığı şəxsə ona “ sən mənə 10 manat pul ver gedim sənə narkotik maddə gətirim” sözlərini demiş, o da tanımadığı şəxsə 10 manat pul vermişdir. Bir qədər sonra həmin şəxs 10 manat pul müqabilində bir ədəd siqaretin gümüşü kağız kəsiyinə bükülmüş narkotik maddə olan heroini gətirib ona vermiş, o da həmin narkotik maddəni əynindəki qara rəngli cins şalvarının sağ yan cibinə qoyaraq oradan uzaqlaşmış, işi bitikdən sonra yaşadığı Qızıldaş qəsəbəsinə getmək üçün Lökbatan qəsəbəsinə gəlmişdir. Həmin gün saat 18:00 radələrində Lökbatan qəsəbəsi Nizami küçəsində yerləşən “Kabab evi”-nin qarşısından keçərkən iki nəfər mülki geyimdə olan şəxs ona yaxınlaşmış, xidməti vəsiqələrini təqdim edərək Qaradağ RPİ-nin Cinayət Axtarış Şöbəsinin əməkdaşları olduqlarını bildirib ondan anket məlumatlarını soruşmuşlar, o da polis əməkdaşlarına Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Polis əməkdaşları ondan şəxsiyyətini təsdiq edən sənədi istəmişlər, o da polis əməkdaşlarına şəxsiyyət vəsiqəsinin üzərində olmadığını demişdir. Bundan sonra polis əməkdaşları ona narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib onu Qaradağ RPİ-nə gətirmişlər. Qaradağ RPİ-də xidməti otaqların birində müdfafıəçinin iştirakı ilə mobil telefon vaistəsi ilə video çəkliş aparılmaqla üzərində axtarış aparılmışdır. Şəxsi axtarışa başlanılmazdan əvvəl ona üzərindəki qanuni və ya qeyri-qanuni əşyaları masanın üzərinə qoyması təklif olunmuş, bu təklifdən sonra o, əynindəki qara rəngli cins şalvarının sağ yan cibində saxladığı 01 ədəd siqaretin gümüşü kağız kəsiyinə yığılmış bükümü masanın üzərinə qoyaraq üzərində başqa heç bir əşyasının olmadığını bildirmişdir. Masanın üzərinə qoyduğu bükümü açmış, bükümün içərisində qəhvəyi rəngli, toz şəklində narkotik maddə heroinə oxşar kütlə aşkar olunmuşdur. Həmin narkotik vasitəni şəxsi istifadəsi üçün əldə etmiş, əməlimdən peşmandır. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı müdafiəçinin iştirakı ilə 17 yanvar 2024-cü il tarixdə təqsirləndirilən şəxs qismində dindirilərkən yuxarıda qeyd olunan ifadə ilə eyni məzmunlu ifadə vermişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 126.6-cı maddəsinə əsasən, təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Məhkəmə Təqsirləndirilən şəxs ona verilən ittihamda özünü təqsirli bilməsi barədə məhkəmədə və ibtidai istintaq zamanı verdiyi etirafedici ifadələri ilə yanaşı onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsinin məhkəmə baxışı zamanı tədqiq edilmiş aşağıdakı sübut növləri ilə də tam təsdiq olunması qənaətinə gəlir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Qaradağ rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsində baş əməliyyat müvəkkili vəzifəsində işləyən Şahid1 ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə xidmət etdiyi Qaradağ RPİ-nin Cinayət Axtarış Şöbəsinə Bakı şəhəri, Qaradağ rayonu, Qızıldaş qəsəbəsində yaşayan Fərhad adlı şəxsin Lökbatan qəsəbəsi ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşqul olması barədə əməliyyat məlumat daxil olmuşdur. Daxil olmuş əməliyyat məlumatı Qaradağ RPİ-nin rəhbərliyinə məruzə olunduqdan sonra o və Qaradağ RPİ-nin CAŞ-nin kiçik inspektoru, polis serjantı Şahid2 ibarət əməliyyat qrupu yaradılmış, həmin məlumat əsasında tərəflərindən müvafiq əməliyyat tədbirləri keçirilmişdir. xx.xx.2024-cü il tarixdə saat 18:00 radələrində Lökbatan qəsəbəsi, “Kabab evi”-nin qarşısında əvvəlcədən daxil olmuş əməliyyat məlumatındakı zahiri görkəminə görə Fərhad adlı şəxsə oxşar bir nəfərə yaxınlaşaraq, xidməti vəsiqələrini təqdim edərək ona Qaradağ RPİ-nin CAŞ-nin əməkdaşları olduqlarını bildirdikdən sonra ondan anket məlumatlarını soruşmuşlar. Həmin şəxs də Təqsirləndirilən şəxs olduğunu bildirmiş, ondan şəxsiyyət vəsiqəsini tələb edərkən həmin şəxs şəxsiyyət vəsiqəsinin olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirərək onu Qaradağ RPİ-nə gətirərək şəxsiyyətini müəyyən etmişlər. Bu barədə müvafiq sənədləşmə aparıldıqdan sonra Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğundan toplanmış materiallarla birlikdə Qaradağ RPİ-nin TŞ-nin təhqiqatçısı, polis polkovnik-leytenantı Elman Abdullayevə təhvil verilmiş, Təqsirləndirilən şəxs təhqiqatçı Elman Abdullayev tərəfindən tutulmuş, müdafiəçi dəvət olunmuş, tərəfindən mobil telefon vasitəsi ilə video çəkliş aparılmaqla Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkəti həyata keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindəki əşyaları masanın üzərinə qoyması təklif olunmuşdur. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki qara rəngli cins şalvarının sağ yan cibində saxladığı 01 ədəd siqaretin gümüşü kağız kəsiyinə yığılmış bükümü masanın üzərinə qoyaraq üzərində başqa heç bir əşyasının olmamasını bildirmişdir. Təqsirləndirilən şəxs masanın üzərinə qoyduğu bükümü açmış, bükümün içərisindən qəhvəyi rəngli, toz şəklində narkotik maddə heroinə oxşar kütlə aşkar olunmuşdur. İlkin sorğu zamanı Təqsirləndirilən şəxs bükümün içərisindəkinin narkotik maddə olan kakos olmasını, narkotik maddənin özünə məxsus olmasını öz istifadəsi üçün aldığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərinə əlavə olaraq şəxsi axtarış keçirilmiş, lakin hər hansı bir əşya aşkar olunmamışdır. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş, narkotik maddə heroinə bənzər kütlə zərfə qoyularaq möhürlənmiş, bu barədə protokol tərtib olunmuş, protokola və zərfin üzərinə imzalar etmişlər. Təqsirləndirilən şəxs tərəflərindən saxlanılarkən ona qarşı hər hansı bir zor tətbiq olunmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Qaradağ rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsində kiçik inpektor vəzifəsində işləyən Şahid2 Şahid1 verdiyi ifadə ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə uyğun olaraq ekspertiza rəylərini də sübut növü kimi qəbul edir. Belə ki, cinayət işinə əlavə olunmuş məhkəmə-kimyəvi ekspertizasının 16 yanvar 2024cü il tarixli, 3-16-16/2-6/257 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün № 46” dairəvi möhür əksi, “imza”, “Təqsirləndirilən şəxs...”, ad, soyad və imzalar olan bir ədəd zərfdə bir ədəd gümüşü rəngli kağız bükümdə təmiz çəkisi- 0,267 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə- heroindir. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji X3 Şəxsin 15 yanvar 2024-cü il tarixli, 453 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs Opioidlərin qəbulu edilməsi nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Lakin hal-hazırda abstinensiya, intokasiya əlamətlərinin olmaması nəzərər alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq onun narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarına əlavə edilmiş 15 yanvar 2024-cü il tarixli “Şəxsi axtarış və götürmə haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmiş, Qaradağ RPİ-nin TŞ-nin təhqiqatçısı, polis polkovnik- leytenantı Elman Abdullayev şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində qeyri-qanuni əşya yaxud hər hansı predmet varsa könüllü təqdim etməyi təklif etmiş və sonuncu əynindəki qara rəngli cins şalvarının sağ yan cibindən bir ədəd siqaretin gümüşü kağız kəsiyindəki bükümü masanın üzərinə qoymuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs bükümdəkinin narkotik maddə kakos olmasını, həmin kakosu öz istifadəsi üçün aldığını bildirmişdir. Bundan sonra həmin büküm açılmış, bükümün içərisində qəhvəyi rəngli toz şəkilli maddə aşkar olunmuş, həmin büküm bağlanmış, zərfə qoyularaq möhürlənmişdir. Əlavə olaraq Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, lakin hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna qiymət verib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi və onun həmin əməli törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir, onun əməlinin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur, ona qanunla müəyyən edilmiş qaydada cəza təyin edilməlidir. Cinayət işinə əlavə edilmiş Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 03 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2022-ci il tarixli Bakı şəhəri Suraxanı rayon məhkəməsinin Qərarı ilə Azərbaycan Respublikası Milli Məclisinin “05” noyabr 2021-ci il tarixli aministiya qərarına əsasən təyin edilmiş cəzası 06 (altı) ay azaldılmaqla üzərində qəti olaraq 02(iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılmışdır. Təqsirləndirilən şəxs xx.xx.2022ci il tarixdə cəzasının sonu ilə həbsdən azad olunmuşdur. Cinayət işinə əlavə edilmiş doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı və bir yetkinlik yaşına çatmayan övladları xx.xx.2011-ci il təvəllüdlü X1 və 15 mart 2009-cu il təvəllüdlü X2 vardır. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti 10 saylı Tibbi Sosial Ekspert Komissiyası tərəfindən verilmiş tibbi çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs debillik dərəcəsində kəmağıllıq, qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu vardır. Cinayət işinin materiallarına əlavə edilmiş Bakı şəhəri Qaradağ rayon İcra Hakimiyyəti Başçısının Qızıldaş qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli səmimi etiraf etməsini, himayəsində bir azyaşlı və bir yetkinlik yaşına çatmayan uşaqlarının olmasını, uşağında əqli xəstəliyin olmasını , yaşayış yeri üzrə müsbət xarakterizə olmasını onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmədə Azərbaycan Respublikası CM-in 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal kimi cinayətlərin residivi müəyyən edilmişdir. Belə ki, cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs cəzasını çəkib qurtardığı gündən iki il keçməmiş yenidən qəsdən az ağır cinayət törətmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinin tələbinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Göründüyü kimi Təqsirləndirilən şəxs əvvəllər qəsdən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və məhkumluğu götürülmədən və ya ödənilmədən qəsdən az ağır cinayət törətmişdir. Ona görə də o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən məhkumluğu ödənilməmiş şəxs hesab olunur. Əvvəllər qəsdən cinayət törətməyə görə məhkum olunmuş Təqsirləndirilən şəxs yenidən qəsdən az ağır cinayət törətməsi cinayətin residivini yaradır. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən törədilmiş cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək ona həmin maddələrin sanksiyasında nəzərdə tutulmuş qaydada azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən 15 yanvar 2024-cü il tarixdən 17 yanvar 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasından çıxılmaqla ona qəti cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın əvvəli 28 mart 2024-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməli, barəsində həbs qətimkan tədbiri seçilməli və məhkəmə iclas zalında həbsə alınmalıdır. Təqsirləndirilən şəxs saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına göndərilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Cinayət Məcəlləsinin 99-1.1.1 və 99-1.1.2-ci maddələrində məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin, məhkumun cinayət yolu iləəldə etdiyi pul vəsaitləri və ya digər əmlakın, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlərin məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, iş üzrə nəzərdə tutulmuş müsadirə edilməli əmlak olmadığından yuxarıda qeyd olunan müddəa tətbiq olunmamalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut kimi tanınmaqla Qaradağ RPİ-nin maddi sübutların saxlanma kamerasında saxlanılan Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,217 qram narkotik vasitə heroin məhv edilməlidir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 198-ci maddəsinə uyğun olaraq məhkəmə məsrəfləri ilə əlaqədar məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, ibtidai istintaq zamanı keçirilmiş məhkəmə-ekspertizası ilə əlaqədar Təqsirləndirilən şəxs 65 (altmış beş) manat məbləğində pul məhkəmə məsrəfi kimi tutularaq dövlət büdcəsinə ödənilməlidir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1 və 197.1.5-ci maddəsinə əsasən isə təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği də məhkəmə məsrəflərinə aiddir. Həmin Məcəllənin 193.2 və 193.4-cü maddələrinə əsasən isə belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx.xx.2001-ci il tarixli, 31 nömrəli qərarına 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla təqsirləndirilən şəxsə göstərilmiş 12 (on iki) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsi hesabından Müdafiəçi 72 (yetmiş iki) manat pul onun vəkil işlədiyi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 15 yanvar 2024-cü il tarixdən 17 yanvar 2024-cü il tarixədək şübhəli şəxs kimi tutulduğu 02 (iki) gün müddət ona təyin olunmuş azadlıqdan məhrumetmə cəzasından çıxılmaqla üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 28 mart 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin və barəsində “həbs” qətimkan tədbiri seçilsin. Təqsirləndirilən şəxs məhkəmə iclas zalından həbsə alınsın və saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına göndərilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılsın. İş üzrə maddi sübut kimi Qaradağ RPİ-nin maddi sübutların saxlanma kamerasında saxlanılan Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,217 qram narkotik vasitə heroin məhv edilsin. İbtidai istintaq zamanı keçirilmiş məhkəmə ekspertizasına görə 65 (altmış beş) manat xərc Təqsirləndirilən şəxs məhkəmə məsrəfi kimi tutularaq dövlət büdcəsinə ödənilsin. Dövlət büdcəsi hesabından Müdafiəçi üçün 72 (yetmiş iki) manat pul onun vəkil işlədiyi 10 saylı Vəkil bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. X7
Məhkəmə qərarları › İş №1(002)-114/2024
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-114/2024
28.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver