Məhkəmə qərarları › İş №1(002)-114/2025

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-114/2025

10.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-114/2025 10.07.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Abbasov Fərid Zirəddin oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Müdafiəçi, Cinayət qanuni ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1976-cı il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Belə ki, Təqsirləndirilən şəxs Baybala oğlu 12 may 2025-ci il tarixdə, saat təxminən 17 radələrində alkoqol sərxoşluq altında yaşadıqları ünvan 3 ünvanında arvadı Zərərçəkmiş şəxs ilə şəxsi münasibətlər zəmnində aralarında yaranmış mubahisə zamanı əli ilə bir neçə dəfə qəsdən arvadının sifətinə sillə ilə vurmuş, daha sonra onun ayağından tutaraq qəsdən özünə tərəf çəkib sonuncunun əyləşdiyi çarpayıdan yerə yıxaraq bel nahiyəsində hərəkət məhdudiyyəti ilə müşayiət olunan qançır və şişkinlik şəklində yumuşaq toxumaların əziyi eləcə də sol bazu nahiyyəsində qançırı kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığın yüngül zərərvurmaya aid bədən xəsarətləri yetirmişdir. Məhkəmə iclasında cinayət qanuni ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək və təhqiqat zamanı verdiyi izahatını təsdiq edərək göstərmişdir ki, o, spirtli içki qəbu etdikdən sonra sərxoş vəziyyətdə yaşadığı evə qaytarmışdır. Arvadı ilə aralarında yaranan mübahisə zamanı əli ilə bir iki dəfə onu vurmuşdur. Bu hadisəni görən qızı qorxaraq polisə məlumat vermişdir. Bundan sonra polislər ora gəlmişdirlər. O, öz ifadəsində son olaraq törətdiyi əməldən peşman olduğunu, rəsmi heç bir yerdə işləməməklə maddi durumunun aşağı olduğunu, zərərçəkmiş şəxslə barışmaqla zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbin olmamasını və himayəsində bir yetkinlik yaşına çatmayan uşağının olmasını nəzərə alaraq məhkəmədən ona yüngül cəza verilməsini xahiş etdiyini bildirmişdir. Cinayət qanuni ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs təhqiqat zamanı verdiyi ifadəsində göstərmişdir ki, on doqquz ildir ki, Zərərçəkmiş şəxsla rəsmi nikah əsasında ailə həyatı qurmuşdur. Bu nikahdan onların iki övladları, böyük qızları 2007-ci il təvəllüdlü Fidan, kiçik qızları 2010-ci il təvəllüdlü Türkan doğulmuşlar. Son dövrdə ailə münasibətlərində müəyyən gərginliklar yaranmış aralarında fikir ayrılıqları, qarşılıqlı anlaşılmazlıqlar, maddi və mənəvi çətinliklər səbəbilə münasibətlərdə soyuqluq yaranmışdır. Bu gərginliklər zaman-zaman mübahisələrin yaranmasına səbəb olmuşdur. 12 may 2025-ci il tarixində saat təxminən 17 radələrində o, spirtli içki qəbu etdikdən sonra sərxoş vəziyyətdə yaşadığı evə qaytarmışdır. Həmin vaxt evdə arvadı Afaq və böyük qızı Türkan olmuşdur. Onun sərxoş halda evə gəlməsi Afaq tərəfindən narazılıqla qarşılanmış və aralarında sözü mübahisə baş vermişdir. Sözlə mübahisə zamanı əsəbləri daha da şidətlənmiş, Abduəliyev Rizvan əsəbi vəziyyətdə arvadı Afaqın sifətinə və bədəninin müxtəlif nahiyələrinə bir neçə dəfə əli ilə zərbə endirmişdir. Hadisənin bir başa şahidi onların böyük qızı Türkan olmuşdur. O, baş verənlərdən dərhal sonra təşviş və qorxu içində Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng vuraraq məlumat vermişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs təhqiqat zamanı verdiyi izahatını təsdiq edərək göstərmişdir ki, on döqquz ildir ki, Təqsirləndirilən şəxs Baybala oğlu ilə rəsmi nikah əsasında ailə həyatı qurmuşdur. Bu nikahdan onların iki övladları böyük qızları 2007-ci il təvəllüdlü, kiçik qızları 2010-ci il təvəllüdlü Türkan doğulmuşlar. Ailə münasibətlərində son dövrlər müəyyən gərginliklərin yarandığı, aralarında fikir ayrılıqları, qarşılıqlı anlaşılmazlıqlar, maddi və mənəvi çətinliklər səbəbilə münasibətlərdə soyuqluğun yaranması müşahidə olmağa başlamışdır. 12 may 2025-ci il tarixdə, saat təxminən 17 radələrində, Abdulǝliyev Rizvan Baybala oğlu spirtli içki qəbul etdikdən sonra sərxoş vəziyyətdə yaşadıqları ünvan 2 ünvanına gəlmişdir. Həmin vaxt evdə onların böyük qızı Türkan olmuşdur. Abdulǝliyev Rizvanin sarxoş vəziyyətdə evə gəlməsinə görə aralarında sözlə mübahisə baş vermiş, daha sonra mübahisə şiddətlənmişdir. Mübahisə zamanı Təqsirləndirilən şəxs Baybala oğlu əsəbləşərək onun sifətinə bir neçə dəfə əli ilə sillə vurmuş, daha sonra isə onu çarpayıda əyləşdiyi vəziyyətdə ayağından tutaraq öz tərəfinə çəkmiş və nəticədə o, yerə yıxılmışdır. Hadisənin birbaşa şahidi onların böyük övladı Türkan olmuşdur. Türkan baş verənləri görüb təşvişə düşərək dərhal Daxili İşlər Nazirliyinin "102" xidmətinə zəng etmiş və hadisə barədə məlumat vermişdir. O öz ifadəsində son olaraq Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmamasının nəzərə alınaraq ona cəza verilməməsini məhkəmədən xahiş etmişdir. İşdə olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X6 X9 Qaradağ Rayon şöbəsi tərəfindən verilmiş 23 may 2025-ci il tarixli 284 nömrəli rəyindən görünür ki, Vǝtəndaş Zərərçəkmiş şəxs məhkəmə-tibbi ekspertizası zamanı aşkar edilmiş xəsarətlər -bel nahiyəsinin hərəkət məhdudluğu ilə müşayiət olunan qançır - şişkinlik halında yumşaq toxumalarının əziyi, sol bazu nahiyəsinin qançırı küt əşya (əşyalar) təsirindən müayinədən 1- 2 gün əvvəl törənmişlər, qərarın təsviri hissəsində göstərilən və onun tibbi yardım üçün X8 müraciət etdiyi xx.xx.2025-ci il tarixdə əmələ gələ bilərdilər və dərəcələrinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zǝrǝrvurmaya aid edilir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən tərtib edilmiş tələbnamədən və Qaradağ Rayon Məhkəməsinin 10 yanvar 2018-ci il tarixli 1(002)-28/2018 saylı qərarın surətindən aydın olur ki, Təqsirləndirilən şəxs CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat üzrə materala CM-nin 73.2-ci maddəsinə əsasən xitam verilməklə o cinayət məsuliyyətindən azad edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-ci maddəsinin qeyd hissəsinə görə şəxs bu Məcəllənin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə tədqiq edilmiş sübutların tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq belə nəticəyə gəlir ki, X1 törətmiş olduğu cinayət əməli tam sübuta yetir və onun əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. X1 əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə, X1 himayəsində bir yetkinlik yaşına çatmayan uşağının olmasını və zərərçəkmiş şəxslə barışmaqla zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. X1 əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, X3 təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının aşağı həddə təyin edilməsi cəzanın məqsədlərinə nail olunması baxımından daha ədalətli və düzgündür. Eyni zamanda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsində nəzərdə tutulmuş vəzifələrin yerinə yetirilməsi X1 üzərinə qoyulmalıdır. Təhqiqat zamanı və məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. Təhqiqat zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili X7 tərəfindən 15 iş saatı, məhkəmə baxışı zamanı isə Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 20 iş saatı sərf olunmuşdur. Odur ki, cinayət qanuni ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 165 (yüz altmış beş) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X4, 220 (iki yüz iyirmi) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Bürosunun hesabına ödənilməlidir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358, 381 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs üzərinə: yaşadığı ünvan 2 ünvanını hər gün gecə saat 23:00dan növbəti gün səhər saat 07:00-dək, habelə gün ərzində Bakı şəhərinin, Sumqayıt şəhərinin və Abşeron rayonunun inzibati ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin, bu cəzanın icrası müddəti onun cəzanı icra edən - probasiya nəzarətini həyata keçirən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrası Bakı şəhər Probasiya İdarəsinə tapşırılsın. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Cinayət qanuni ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs təhqiqat zamanı göstərilmiş hüquqi yardımla bağlı 165 (yüz altmış beş) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X4, məhkəmə baxışı zamanı göstərilmiş hüquqi yardımla bağlı 220 (iki yüz iyirmi) manat pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədikləri Bakı şəhər 10 saylı Vəkil Bürosunun hesabına ödənilsin. Hökmdən elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətinə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar