Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-115/2021 03.02.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Məmmədova Ülviyyə Nizami qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi, Zərərçəkmiş şəxsin hüquqi varisi X6, Təqsirləndirilən şəxs iştirakları ilə, Təqsirləndirilən şəxs xx xxxx 1962-ci ildə Masallı rayonunda doğulmuş, Azərbaycan Respublikasını vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, Socar Neft Şirkətinin nəzdində 3 saylı Nəqliyyat idarəsində qaldırıcı vəzifəsində işləyən, ünvan 1 mənzil 42 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdə saat 18 radələrində özünə məxsus texniki cəhətdən saz vəziyyətdə olan «Mercedes Benz E220 CDİ» markalı, **-SN-*** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə Bakı şəhəri Qaradağ rayonu, Lökbatan qəsəbəsindən keçən Lökbatan-Xocahəsən yolunun 2-ci kilometrliyində yerləşən «Abşeron Port»-un qarşısında Xocahəsən istiqamətində 20-30 km/saat sürətlə hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğun olaraq sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olan halda, qeyd olunan Qanunun göstərilən tələbini pozaraq, yolu sağdan sola keçmək istəyən piyada X5 idarə etdiyi avtomobilin qabaq sağ tərəfi ilə vurub ehtiyyatsızlıqdan U.T.Muradovanın hadisə yerində ölümünə səbəb olmuş baş beyinə qansızma, baş beyinin ağır dərəcəli əzilməsi, başın sol gicgah sümüyünün açıq, basılmış sınığı, sol bazu sümüyünün yuxarı 1/3-nin qapalı sınığı, sağ baldır sümüyünün orta 1/3-nin qapalı sınığı, sağ baldırın aşağı 1/3-nin iç səthinin sıyrığı xəsarətlərindən ibarət dərəcələrinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malik xəsarətlər yetirməklə, yol-nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, heç kəslə ədavəti, düşmənçiliyi yoxdur. Hazırda ünvan 2 mənzil 42 ünvanında qeydiyyatda olmaqla faktiki olaraq ailə üzvləri ilə birlikdə yaşayır. Ailəlidir, 2 övladı vardır. «Socar» neft şirkətinin nəzdində 3 saylı avtomobil idarəsində qaldırıcı maşinist vəzifəsində çalışır. 1990- 1991-ci il tarixdən avtomobil sürmək hüququna malikdir və «B» kateqoriyalı sürücüdür. 3 saylı avtomobil idarəsində iş vaxtı bitdikdən sonra ailəsini dolandırmaq üçün özünə məxsus olan «Mersedes-Benz E220CDİ» markalı **-SN-*** dövlət nömrə nişanlı avtomobilli ilə taksi fəaliyyəti ilə məşğuldur. xx.xx.2020-ci il tarixdə saat 17:50-də daimi müştərisi olan Mirvari adlı qadın onunla telefon əlaqəsi saxlamış, ondan xahiş etmişdir ki, yaşadığı Lökbatan qəsəbəsində yerləşən Səfərbərlik və Hərbi xidmətə çağırış idarəsinin qarşısındakı 5 mərtəbəli binanın qarşısından sonuncunun qohumlarını götürərək Bakı şəhəri, metronun «Qara Qarayev» stansiyasının yanına aparsın. O, həmin vaxt Lökbatan qəsəbəsində Mədəniyyət sarayının qarşısında dayanmışdı. O, Mirvari adlı müştərisi ilə razılaşmışdır. Mirvari ilə danışdıqdan 10 dəqiqə sonra o, Mirvarinin yaşadığı 5 mərtəbəli binanın qarşısında dayanmışdır. Mirvari ilə telefon əlaqəsi saxlayaraq binanın qarşısında olduğunu bildirmişdir. Təxminən 10-15 dəqiqə sonra Mirvari ilə birlikdə tanımadığı 3 nəfər qadın binadan düşmüşlər. Həmin qadınlardan yaşlı olanı qabaq sağ oturacaqda, qalan 2 nəfəri isə arxa oturacaqda oturmuşdular. Onlar maşına əyləşdikdən sonra o, Lökbatan qəsəbəsi, 28 may küçəsi ilə hərəkətini davam etdirib Lökbatan qəsəbəsində olan «ARAZ» yanacaq doldurma məntəqəsinin yanına gəlmişdir. Orada olan dairədən sola dönərək Lökbatan-Xocahəsən yolunun Bakı şəhəri Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində keçən yolla Xocahəsən qəsəbəsi istiqamətində hərəkətini davam etdirmişdir. O, avtomobili saatda 50-60 km sürətlə yolun sağ hərəkət zolağı ilə sürürdü və həmin vaxt qarşısında dövlət nömrə nişanını xatırlamadığı avtobus hərəkət etmişdir. Həmin şossedə «Abşeron Port» adlanan yerin qarşısından 100-150 metr keçdikdən sonra o, anidən 2 nəfər piyadanın qaçaraq yolu keçdiyini görmüşdür. Sonra qarşısında hərəkət edən avtobus hərəkətini tam dayandırmışdır. O da sürətini azaltmış və avtobusun sol tərəfindən hərəkətini davam etdirməyə başlayan zaman isə avtobusda hərəkətini davam etdirmişdir. O, avtobusu ötmək istəyən zaman avtobusun qarşısından onun avtomaşının qarşısına bir nəfər piyada çıxmışdır. O, dərhal ayağını əyləcə basıb maşınının sürətini aşağı salmış, sonra ayağını əyləcdən götürüb maşını bir qədər yolun sol tərəfinə çəkmişdir ki, piyadanı vurmasın. Lakin həmin bir nəfər piyada qaçaraq yola çıxmış və o, maşını saxlaya bilməyib həmin bir nəfər piyadanı maşının sağ tərəfi ilə vurmuşdur. O, həmin piyadanı vuran zaman maşının qabaq alın şüşəsi sınmışdı və onun yolu görməyi məhdudlaşmışdır. Dərhal maşını yolun sağ tərəfinə çəkib saxlamış, maşınla vurduğu şəxsə yaxınlaşmışdır. Həmin vaxt görmüşdür ki, maşınla vurduğu şəxs qadındır. O, dərhal həmin qadını qucağına almışdır ki, ilkin tibbi yardım göstərsin. Lakin həmin vaxt qadının baş nahiyyəsindən qan axırdı. O, hadisə barədə dərhal təcili tibbi yardıma məlumat vermiş və həkim briqadasının gəlməyini gözləmişdir. Həkim briqadası hadisə yerinə gələn zaman maşınla vurduğu piyada ölmüşdü. Həkim briqadası da hadisə yerinə gəldikdə piyadanın ölümünü təsdiqləmişdir. O öz ifadəsində əlavə olaraq bildirmişdir ki, şahid qismində ifadə verərkən həyəcanlı idi və törətdiyi yol nəqliyyat hadisəsinin təsiri altında olmuşdur. Lakin müəyyən bir müddətdən sonra baş vermiş hadisəni yadına salan zaman və şahidlərlə söhbət edən zaman onun yadına düşmüşdür ki, yolun sağ tərəfi ilə dövlət nömrə nişanını və markasını xatırlamadığı avtobus hərəkət etmişdir və onun avtomobillə vuraraq ölümünə səbəb olduğu şəxs həmin avtobusun qarşısından onun qarşısına çıxmışdır. O, idarə etdiyi avtomobillə vurduğu şəxsi görməmiş, həmin şəxs anidən onun sağ tərəfindən hərəkət edən dövlət nömrə nişanını və markasını xatırlamadığı avtobusun qarşısından onun hərəkət zolağına çıxmışdır. Lökbatan-Xocahəsən yolunun Bakı şəhəri Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində keçən Xocahəsən qəsəbəsi istiqamətində yolun sol zolağında hərəkətdə olan zaman 4 nəfər piyada yolun ortasında dayanması və həmin piyadları görən zaman sürətini azaltsa da idarə etdiyi avtomobili saxlamayıb hərəkətini davam etdirib həmin 4 nəfər piyadan bir nəfərini vuraraq ölməsinə səbəb olması barədə vermiş olduğu ifadəsi düzgün deyildir. Belə ki, Lökbatan-Xocahəsən yolunun Bakı şəhəri Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisindən keçən Xocahəsən qəsəbəsi istiqamətində yolun sağ zolağı ilə hərəkətdə olmuş və həmin vaxt yolu keçən 2 piyada görmüşdür. Sürətini azaldıb qarşısında dayanmış vəziyyətdə olan avtobusu keçmək istyən zaman avtobusun qarşısından 2 nəfər anidən onun qarşına çıxmış və o, onlardan birini vurmuşdur. O, qeyd etmişdir ki, ilkin ifadə zamanı həyəcanlı olmuş və hadisəni düzgün yadına sala bilməmişdir. O öz ifadəsində daha sonra göstərmişdir ki, hadisədən sonra mərhumun dəfnlə bağlı bütün xərclərini ödəmiş və yaxınları ilə barışıq əldə etmişdir. Hal-hazırda törətdiyi əməldən çox peşman olduğunu və məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi X8 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, yuxarıda göstərilən ünvanda ailəsi ilə yaşayır. Heç kəslə ədavəti, düşmənçiliyi yoxdur. X2 xx.xx.1974-cü ildə Şirvan rayonunda anadan olmaqla Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, orta təhsilli, ailəli, əvvəllər məhkum olunmamış, ünvan 3 mənzil 77 ünvanında onunla birlikdə yaşayırdı. Təranə sağ ikən sağlam idi. Heç kəslə ədavəti, düşmənçiliyi yox idi. X2 sağ ikən Bakı şəhəri Qaradağ rayonu, Lökbatan qəsəbəsində fəaliyyət göstərən «SƏDƏRƏK» TMdə dərzi işləyirdi. Hər gün səhər saat 08 radələrində işdə olurdu. Axşam isə saat 18 radələrində işdən çıxaraq avtobusla yaşadıqları evə gəlirdi. xx.xx.2020-ci il tarixdə Bakı şəhəri Qaradağ rayonu, Lökbatan qəsəbəsindən keçən Lökbatan-Xocahəsən yolunun 2-ci kilometrliyində Xocahəsən istiqamətində arvadının ölümünə səbəb olmuş yol nəqliyyat hadisəsi ilə əlaqədar onu deyə bilər ki, X2 hadisə yerində ölmüşdür. Bundan sonra həmin tarixdə arvadının meyidi Bakı şəhəri Qaradağ rayon məhkəmə-tibbi ekspertizasında müayinə olunduqdan sonra onu Yardımlı rayonu, Əsdaba kənd qəbiristanlıqda dəfn etmişlər. Hadisədən sonra ona məlum olmuşdur ki, arvadını ehtiyatsızlıqdan vuran «MERCEDES BENZ E220 CDİ minik» markalı **-SN-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxsdur. Hansı ki, onlar sürücünü əvvəllər tanımamışlar və heç bir münasibətləri olmamışdır. Baş vermiş hadisəni yol nəqliyyat hadisəsi kimi qiymətləndirirlər. O öz ifadəsində daha sonra göstərmişdir ki, hadisədən sonra təqsirləndirilən şəxs tərəfindən ailəsinə maddi və mənəvi yardımlar göstərilmişdir. X8 məhkəməyə yazılı ərizə təqdim edərək təqsirləndirilən şəxs ilə barışdığını, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələblərinin olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, heç kəslə ədavəti, düşmənçiliyi yoxdur. ünvan 4 ünvanında qeydiyyyatda olmaqla faktiki olaraq ailə üzvləri ilə birlikdə yaşayır. xx xxxxxx 2020-ci il tarixdə Bakı şəhəri Qaradağ rayonu, Lökbatan qəsəbəsində bacısı Mirvarinin evində övladları Könül və Nigarla birlikdə olmuşdur. Həmin gün saat 17- 18 radələrində o, övladları ilə birlikdə metronun «Qara Qarayev» stansiyasına getməli idilər. Bacısı Mirvari onlar üçün taksi sifariş etmişdi. Taksi sifarişindən bir neçə dəqiqə sonra isə taksi bacısının yaşadığı binanın qarşısına gəlmişdir. O və övladları Nigar və Könül taksiyə əyləşmişdilər. Həmin sürücünü əvvəllər tanımışlar, lakin onunla heç bir münasibətləri olmamışdır. O, həmin taksidə sağ qabaq oturacaqda, övladları Nigar və Könül isə arxa oturacaqda oturmuşdular. Taksi sürücüsü Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsindən keçən Lökbatan-Xocasən yolunun 2-ci kilometrliyində Xocasən istiqamətində hərəkətdə idi. Xocasən qəsəbəsi istiqamətdə hərərkətdə olan zaman «Abşeron Port» adlanan yerin qarşısında 2 nəfər piyadanın yolu keçdiyini görən sürücü avtomobilin sürətini azaltmışdı. Lakin avtomobili saxlamayıb hərəkətini yolun sol zolağı ilə davam etdirmişdi. Həmin vaxt onların sağ tərəfindən markasını və dövlət nömrə nişanını görmədiyi avtomobil keçmişdir. Onlar hərəkətlərini davam etdirən zaman yolda dayanmış 2 nəfər piyadadan biri hərəkətini iri addımlarla davam etdirmişdi. Sürücü isə avtomobili saxlaya bilməyib həmin piyadanı avtomobilin sağ tərəfi ilə vurmuşdur. Sürücü avtomobili yol kənarında saxlamışdır. Taksi sürücüsü avtomobili təxminən saatda 50-60 km sürətlə idarə edirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, heç kəslə ədavəti, düşmənçiliyi yoxdur. ünvan 5 ünvanında qeydiyyyatda olmaqla faktiki olaraq ailə üzvləri ilə birlikdə yaşayır. xx xxxxxx 2020-ci il tarixdə Bakı şəhəri Qaradağ rayonu, Lökbatan qəsəbəsində xalası Mirvarinin evində anası Gülarə və bacısı Nigarla birlikdə olmuşdur. Həmin gün saat 17-18 radələrində onlar birlikdə metronun «Qara Qarayev» stansiyasına getməli idilər. Xalası Mirvari onlar üçün taksi sifariş etmişdir. Taksi sifarişindən bir neçə dəqiqə sonra isə taksi xalasının yaşadığı binanın qarşısına gəlmişdi. Onlar taksiyə əyləşmişlər. Həmin sürücünü əvvəllər tanımışlar, lakin onunla heç bir münasibətləri olmamışdır. Anası Gülarə taksidə sağ qabaq oturacaqda, o, isə bacısı ilə arxa oturacaqda oturmuşlar. Taksi sürücüsü Bakı şəhəri Qaradağ rayonu, Lökbatan qəsəbəsindən keçən Lökbatan-Xocasən yolunun 2-ci kilometrliyində Xocasən istiqamətində hərəkətdə idi. Xocasən qəsəbəsi istiqamətində hərərkətdə olan zaman «Abşeron Port» adlanan yerin qarşısında 2 nəfər piyadanın yolu keçdiyini görən sürücü avtomobilin sürətini azaltmışdır. Lakin avtomobili saxlamayıb hərəkətini yolun sol zolağı ilə davam etdirmişdir. Həmin vaxt onların sağ tərəflərindən markasını və dövlət nömrə nişanını görmədiyi avtomobil keçmişdi. Onlar hərəkətlərini davam etdirən zaman yolda dayanmış 2 nəfər piyadadan biri hərəkətini iri addımlarla davam etdirmişdi. Sürücü isə avtomobili saxlaya bilməyib həmin piyadanı avtomobilin sağ tərəfi ilə vurmuşdur. Sürücü avtomobili yol kənarında saxlamışdır. Taksi sürücüsü avtomobili təxminən saatda 50-60 km sürətlə idarə edirdi. Şahid1 məhkəmə iclasının vaxtı və yeri barəsində məlumat verilməsinə baxmayaraq, o məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə də məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə iclasında şahidin ifadəsi elan edilmişdir. Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, heç kəslə ədavəti, düşmənçiliyi yoxdur. Laçın rayonu Hacıxanlı kəndində qeydiyyatda olmaqla, ünvan 6 mənzil 12 ünvanında ailə üzvləri ilə bilrikdə yaşayır. Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixə kimi tanımamış, onunla heç bir münasəbəti olmayıb. xx xxxxxx 2020-ci il tarixdə saat 18 radələrində yol vərəqəsi əsasında idarə etdiyi «HOVO» markalı **-BB-*** dövlət qeydiyyat nişanlı yük maşını ilə Bakı şəhəri Qaradağ rayonu, Lökbatan qəsəbəsindən keçən Lökbatan-Xocasən yolunun 2-ci kilometrliyində Lökbatan qəsəbəsi istiqamətində hərəkətdə olmuşdur. «Abşeron Port»un qarşısında olan zaman Xocasən istiqamətində hərəkət edən avtomobilin işığına o, yolu keçən 2 nəfər piyadanı görmüşdür. Həmin vaxt idarə etdiyi yük maşınının sürətini azaltmışdır. O, həmin piyadaların gəldiyi istiqamətə baxan zaman Xocasən qəsəbəsi istiqamətində hərəkətdə olan markasını və dövlət nömrə nişanını görmədiyi avtomobilin yolu keçmək istəyən piyadanı vurduğunu eşitmişdir. Həmin vaxt o, idarə etdiyi avtomobili yolun kənarında saxlayıb hadisə olan yerə gəlmişdir. Hadisə yerində olan zaman yolu keçmək istəyən piyadanı vuran avtomobilin «Mercedes» markalı **-SN- *** dövlət qeydiyyat nişanlı avtomobil olduğunu görmüşdür. O, hadisənin konkret olaraq necə və hansı şəraitdə baş verdiyini görməmişdir. Şahid4 məhkəmə iclasının vaxtı və yeri barəsində məlumat verilməsinə baxmayaraq, o məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə də məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə iclasında şahidin ifadəsi elan edilmişdir. Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadəsində bacısı Şahid3 ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X11-Təcrübi və X9 rayon şöbəsinin xx xxxxxx 2020-ci il tarixli 92-№-li rəyindən görünür ki: 1.X1 meyitində baş beyinə qansızma, baş beyinin ağır dərəcəli əzilməsi, başın sol gicgah sümüyünün açıq, basılmış sınığı, sol bazu sümüyünün yuxarı 1/3-nin qapalı sınığı, sağ baldır sümüyünün orta 1/3-nin qapalı sınığı, sağ baldırının aşağı 1/3-nin iç səthinin sıyrığı müəyyən edilmişdir. Xəsarətlər bərk küt əşya (əşyalar) təsirindən törənmişlər və qərarın təsviri hissəsində göstərildiyi kimi xx.xx.2020-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdilər və bu da canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərərvurmanın əlamətlərinə malikdirlər və T.U.Muradovanın ölümü ilə bir-başa səbəbli əlaqəlidirlər. 2.Mərhum T.U.Muradovanın ölümünə səbəb başın küt travması nəticəsində başın sol gicgah sümüyünün basılmış açıq sınığı, baş beyinin əzilməsi və baş beyinə qansızma olmuşdur. Ölüm meyitin müayinəsindən təxminən 6-8 saat əvvəl baş vermişdir. 3.Mərhum T.U.Muradovanın meyitindən götürülmüş qanda məhkəmə-kimya təhqiqatı nəticəsində etil spirti və narkotik maddələr aşkar edilməmişdir. (xx.xx.2020-ci il tarixli 3066/K saylı AKT). İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli 8/2190-№-li rəyindən görünür ki, «Mersedes Benz E220» markalı, **-SN-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat təşkil edir. İşdə olan xx.xx.2020-ci il tarixli «Hadisə yerinə baxış keçirilməsi» haqqında protokoldan görünür ki, hadisə yeri Bakı şəhəri Qaradağ rayonu, Lökbatan qəsəbəsindən keçən Lökbatan-Xocahəsən yolunun 2-ci kilometrliyində yerləşən «Abşeron Port»-un qarşısında Xocahəsən istiqamətində olan yoldur və hadisə yerində qana bənzər ləkələr vardır. Hadisə yerindən heç bir maddi sübut götürülməmişdir. Baxış zamanı fotoşəkillər çəkilərək və hadisə yerinin sxemi tərtib olunaraq protokola əlavə olunmuşdur. İşdə olan xx.xx.2020-ci il tarixli «Nəqliyyat vasitəsinə baxış keçirilməsi və texniki vəziyyətin yoxlanılması» haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs məxsus «Mercedes Benz E220 CDİ» markalı, **-SN-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin qabaq sağ farası və qabaq alın şüşəsinin sağ tərəfi zədələnmiş vəziyyətdədir. Bu hala fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur. İşdə olan xx.xx.2020-ci il tarixli 2/18726-№-li «Sərxoşluq vəziyyətinin tibbi müayinəsi» aktından görünür ki, sürücü Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə yolnəqliyyat hadisəsi törədərkən ayıq vəziyyətdə olmuşdur. İşdə olan Azərbaycan Respublikası DİN-nin BDYPİ-nin Qeydiyyat-İmtahan İdarəsinin kompyuter uçot bazasının məlumatlarına əsasən xx.xx.1962-ci il təvəllüdlü Təqsirləndirilən şəxs xx.xx.2019-cu iltarixdə AC seriyalı 565479 “B” kateqoriyalı sürücülük vəsiqəsi verilmiş və o, sürücülük hüququndan məhrum edilənlər siyahısında yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-i tərəfindən tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə heç bir məlumat yoxdur. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə tədqiq edilmiş sübutların tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli tam sübuta yetir və onun əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs hadisələrin təsadüfi axarı zəminində ilk dəfə olaraq ehtiyatsızlıqdan az ağır cinayət əməli törətməsini, əməlini etiraf edərək səmimi peşman olmasını, zərərçəkmiş şəxsin hüquqi varisiylə barışmaqla, zərərçəkmiş şəxsin hüquqi varisinin ona qarşı heç bir şikayət və tələblərinin olmamasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinin tələblərinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 263.2-ci maddəsində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi cəzanın məqsədlərinə nail olunması baxımından məqsədə müvafiqdir. Azərbaycan Respublikası CM-nin 56.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəza çəkmə müəssisəsində çəkməlidir. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat Təqsirləndirilən şəxs alınaraq dövlət nəfinə ödənilməlidir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 20 iş saatı sərf olunmuşdur. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 120 (yüz iyirmi) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Bürosunun hesabına ödənilməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Odur ki, yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının CPMnin 344-347, 349, 351-353, 356, 358, 381 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətə nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilməklə, 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli məhkumun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə 100 (yüz) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilsin. Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı göstərilmiş hüquqi yardımla bağlı 120 (yüz iyirmi) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Bürosunun (“Kapitalbank” Qaradağ rayon filialı H/h ********************, kod 200220, VÖEN **********) hesabına ödənilsin. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Hökmdən elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətinə Qaradağ rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Rufan Mürsəlov
Məhkəmə qərarları › İş №1(002)-115/2021
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-115/2021
03.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver