Məhkəmə qərarları › İş №1(002)-115/2022

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-115/2022

28.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-115/2022 28.04.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədova Ülviyyə Nizami qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs xx xxxxxxxx 1984-cü ildə Ağdaş şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli (himayəsində iki azyaşlı uşağı olan), orta təhsilli, fərdi əməklə məşğul olan, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 18 avqust 2020-ci il tarixli hökmü ilə CM-nin 177.2.5-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 04 iyun 2021-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş qalmış 06 ay 11 gün hissəsindən vaxtından əvvəl şərti azad edilmiş, 07 dekabr 2021-ci il tarixdə cəza müddəti başa çatmış, məhkumluğu ödənilməmiş və ya götürülməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Bakı şəhəri, Qaradağ rayonu Lökbatan qəsəbəsi, X16 küçəsi, ev 27, mənzil 20 ünvanında yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə əldə edib saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq 01 büküm kustar üsulla hazırlanmış təmiz çəkisi 0,212 qram olan narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla daşımış, 19 yanvar 2022-ci il tarixdə saat 17:40-da Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində yerləşən “Binə” ticarət mərkəzi 2-ci sırada Qaradağ RPİ-nin 10-cu PB-nin əməkdaşları tərəfindən saxlanılıb, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Müsəvi küçəsi 7-də yerləşən 10-cu PB-nə gətirilərək üzərində keçirilən şəxsi axtarış və götürmə zamanı əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən bir ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş vəziyyətdə təmiz çəkisi 0,212 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, o, əvvəllər Azərbaycan Respublikası CM-nin bir neçə maddəsi ilə məhkum olunmuşdur. O, Bakı şəhəri, Qaradağ rayonu, Binə ticarət mərkəzinin 2-ci sırasında olan mağazalarda işləmişdir. O, uzun müddətdir ki, narkotik vasitələrdən istifadə edirmiş. Narkotik vasitədən istifadə etməyə başlayanda tanımadığı şəxslərdən alaraq istifadə etmişdir. 19 yanvar 2022-ci il tarixdə saat 16 radələrində o, əvvəllər onunla birlikdə həbsdə olan məhkum yoldaşı Mansur adlı şəxslə Bakı şəhəri, Qaradağ rayonu, Binə ticarət mərkəzinə gələn zaman 165 nömrəli avtobusda qarşılaşmışdır. O, Mansurun da narkotik vasitələrdən istifadə etdiyini bilirmiş. O, Mansurla söhbət edən zaman üzərində narkotik vasitə heroin olub olmadığını soruşmuş, Mansurda ona üzərində olduğunu və satdığını demişdir. O, Mansura 5 manat vermiş və bunun müqabilində Mansur ona bir ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş bükümdə narkotik vasitə olan heroini vermişdir. O, 01 ədəd siqaretin gümüşü rəngli kağızında olan narkotik vasitə heroini bədənində ağrılar olan zaman münasib yer taparaq istifadə etmək üçün əynində olan qara rəngli cins şalvarın sağ yan cibinə qoymuşdur. Həmin gün saat 17 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Binə ticarət mərkəzinin 2-ci sırasında olan zaman bir nəfər polis əməkdaşı ona yaxınlaşıb özünü təqdim edərək polis əməkdaşı olduğunu bildirib ona bir neçə sual vermişdir. Bundan sonra onu narkotik vasitələrin istifadəsində şübhəli olduğunu bildirib Qaradağ RPİ-nin 10cu PB-nə dəvət etmişdir. O da heç bir etiraz etmədən polis əməkdaşı ilə birlikdə polis bölməsinə getmişdir. Polis bölməsində narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu və üzərinə şəxsi axtarış keçiriləcəyi ona bildirilmişdir. Ona hüquq və vəzifələri izah olunmuş, müdafiəçi təqdim olunmuş və şübhəli şəxs qismində tutulduqdan sonra xidməti otaqların birində polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə videoçəkilişlə üzərinə şəxsi axtarış keçirilmişdir. Bu zaman ona üzərində qanunsuz əşya və ya maddə varsa könüllü olaraq təqdim etməyini bildirmişlər. O da gizlətməyin heç bir əhəmiyyəti olmadığını başa düşüb əynində olan qara rəngli cins şalvarın sağ yan cibində saxladığı 01 ədəd siqaretin gümüşü rəngli kağızında olan bükümü çıxarıb masanın üzərinə qoymuş, o, narkotik vasitə heroini cibindən çıxaran zaman cibi dar olduğu üçün heroinin bir hissəsi cibinin içərisinə tökülmüşdür. Polis əməkdaşları tərəfindən üzərinə şəxsi axtarış keçirilən zaman cibinə tökülmüş narkotik vasitə də aşkar olunmuşdur. O, həmin bükümün içərisində narkotik vasitə heroin olduğunu bildirmişdir. Polis əməkdaşları tərəfindən təqdim etdiyi və aşkar olunmuş bükülüyə baxış keçirilmiş və içərisində qəhvəyi rəngli toz şəkilli maddə olması müəyyən olunmuşdur. Polis əməkdaşları üzərindən aşkar olunaraq götürülmüş maddənin haradan aldığını soruşanda o, həmin maddəni öz istifadəsi üçün 19 yanvar 2022-ci il tarixdə saat 16 radələrində Qaradağ rayonu, Binə ticarət mərkəzinin yaxınlığında 165 nömrəli avtobusda Mansur adlı şəxsdən 5 manata aldığını bildirmişdir. Bundan sonra isə bütün hərəkətlər protokollaşdırılmış onun və iştirakçıların iştirakı ilə həmin maddə zərfə qoyulub 222 nömrəli möhür ilə möhürlənmiş və onlar imzaları ilə protokolun doğruluğunu təsdiq etmişlər. O öz ifadəsində son olaraq əməlindən peşman olduğunu və himayəsində iki azyaşlı uşağı olduğunu bildirərək məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qaradağ RPİ-nin 10-cu PB-nin sahə müvəkkili Şahid1 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, o, Qaradağ RPİ-nin 10-cu PB-də sahə müvəkkili vəzifəsində işləyir. 19.01.2022-ci il tarixdə saat 17:40-da Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində yerləşən “Binə” ticarət mərkəzində xidmət aparan zaman 2-ci sırada bir nəfər şəxsin özünü şübhəli apardığını görüb, həmin şəxsə yaxınlaşıb özünü təqdim edərək, həmin şəxsin də özünü təqdim etməsini istəmişdir. Həmin şəxs özünü şübhəli aparıb, suallarına düzgün cavab verməmişdir. O, həmin şəxsin özünü şübhəli apardığını görüb və onu şəxsiyyətinin müəyyən olunması üçün Qaradağ RPİ-nin 10-cu PB-nə dəvət etmişdir. Həmin şəxs də ona heç bir etiraz etmədən onunla birlikdə Qaradağ RPİ-nin 10-cu PB-nə gəlmişdir. Orada həmin şəxsin xx.xx.1984-cü ildə Ağdaş şəhərində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olan və Bakı şəhəri, Qaradağ rayonu Lökbatan qəsəbəsi, X16 küçəsi, ev 27, mənzil 20 ünvanında yaşayan Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. O, bölmə rəisinin adına raport yazaraq hadisə barədə məlumat verib, Etibar barəsində tədbir görülməsini bildirmişdir. Orada təhqiqatçı Cəmşid Əliyev, Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etməsi üçün vəkil dəvət edərək həmin vəkilin iştirakı ilə Etibarı şübhəli şəxs qismində tutmaqla hüquq və vəzifələrini izah etmişdir. Bundan sonra onun, Qaradağ RPİ-nin 10-cu PB-nin əməliyyat müvəkkili Şahid2 və müdafiəçinin iştirakı ilə 10cu PB-nin əməliyyat müvəkkili Şahid3 mobil telefonla apardığı videoçəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməyə başlanmışdır. Şəxsi axtarış keçirməmişdən əvvəl Etibara üzərində qeyri qanuni maddə və ya əşya varsa çıxarıb təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd siqaretin gümüşü rəngli kağıza bükülmüş bükümü çıxarıb masanın üzərinə qoymuşdur. Bu zaman Etibarın üzərinə şəxsi axtarış keçirilməyə başlanmış və masanın üzərinə qoyduğu bükümü götürdüyü cibinə baxan zaman orada dağınıq halda qəhvəyi rəngli toz şəkilli maddə aşkar olunmuşdur. Etibar həmin bükümün içərisində və cibindən aşkar olunan maddənin narkotik vasitə olan heroin olmasını, cibindən çıxaran zaman cibinə dağıldığını, həmin heroini 19 yanvar 2022-ci il tarixdə Bakı şəhəri, Qaradağ rayonu, Binə ticarət mərkəzinə gələn zaman 165 nömrəli avtobusda “Mansur” adlı şəxsdən 5 manat pul verib şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Həmin büküm açılmış və iştirakçılara nümayiş etdirilmiş, bükümün içərisinə baxdıqda büküm içərisində qəhvəyi rəngli, kəskin iyli, toz şəkilli maddə olması müəyyən edilmişdir. Bundan sonra axtarış iştirakçılarının iştirakı ilə Etibarın üzərindən aşkar olunmuş kütlə qablaşdırılmış, möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Bu barədə protokol tərtib olunmuş, iştirakçılara ucadan oxunmuş, iştirakçılar və Etibar tərəfindən həmin protokolun doğruluğu imzalarla təsdiq edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qaradağ RPİ-nin 10-cu PB-nin əməliyyat müvəkkili Şahid2 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, 19.01.2022-ci i tarixdə Təqsirləndirilən şəxs Qaradağ RPİ-nin 10cu PB-nin sahə inspektoru Şahid1 tərəfindən Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində yerləşən “Binə” ticarət mərkəzində saxlanılaraq Qaradağ RPİ-nin 10-cu PB-nə gətirilmiş və bu barədə raportla müraciət olunmuşdur. Təqsirləndirilən şəxs barəsində araşdırma aparılması təhqiqatçı Cəmşid Əliyevə həvalə edilmişdir. Cəmşid Əliyev, Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etməsi üçün vəkil dəvət edərək həmin vəkilin iştirakı ilə Etibarı şübhəli şəxs qismində tutmaqla hüquq və vəzifələrini izah etmişdir. Bundan sonra onun, Etibarın və müdafiəçinin iştirakı ilə 10-cu PB-nin polis əməliyyat müvəkkili Şahid3 mobil telefonla apardığı videoçəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməyə başlanmışdır. Şəxsi axtarış keçirməmişdən əvvəl Etibara üzərində qeyri qanuni maddə və ya əşya varsa çıxarıb təqdim etməsini təklif edilmişdir. Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd siqaretin gümüşü rəngli kağıza bükülmüş bükümü çıxarıb masanın üzərinə qoymuşdur. Bu zaman Etibarın üzərinə şəxsi axtarış keçirilməyə başlanmış və masanın üzərinə qoyduğu bükümü götürdüyü cibinə baxan zaman orada dağınıq halda qəhvəyi rəngli toz şəkilli maddə aşkar olunmuşdur. Etibar həmin bükümün içərisində və cibindən aşkar olunan maddənin narkotik vasitə olan heroin olmasını, cibindən çıxaran zaman cibinə dağıldığını, həmin heroini 19 yanvar 2022-ci il tarixdə Bakı şəhəri, Qaradağ rayonu, Binə ticarət mərkəzinə gələn zaman 165 nömrəli avtobusda “Mansur” adlı şəxsdən 5 manat pul verib şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Həmin büküm açılmış və iştirakçılara nümayiş etdirilmiş, bükümün içərisinə baxdıqda büküm içərisində qəhvəyi rəngli, kəskin iyli, toz şəkilli maddə olması müəyyən edilmişdir. Bundan sonra axtarış iştirakçılarının iştirakı ilə Etibarın üzərindən aşkar olunmuş kütlə qablaşdırılmış, möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Bu barədə protokol tərtib olunmuş, iştirakçılara ucadan oxunmuş, iştirakçılar və Etibar tərəfindən həmin protokolun doğruluğu imzalarla təsdiq edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qaradağ RPİ-nin 10-cu PB-nin əməliyyat müvəkkili Şahid3 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək Qaradağ RPİ-nin 10-cu PB-nin digər əməkdaşları Şahid1 və Şahid2 ifadələrində göstərdiyi xüsusatları bir daha təsdiqləmişdir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 20 yanvar 2022-ci il tarixli, 6/374 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №222” dairəvi möhür əksləri olan, “Təqsirləndirilən şəxs götürülmüş...” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0,212 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. Qeyd: heroin təmiz çəkisi: 0,212 qr., sərf edildi: 0,050 qr., qalıq: 0,162 qr;. Ekspertiza tədqiqatının dəyəri 114 (yüz on dörd) manat təşkil edir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji X15 Şəxsi Ambulator X1 23 fevral 2022-ci il tarixli, 905 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan Asılılıq sindromu (Narkomaniya Xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İstintaq zamanı Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 01 ədəd bükümdə ilkin təmiz çəkisi 0,212 qram olan narkotik vasitə olan heroin maddi sübut kimi tanınmış və qalıq qalmış 0,162 qram çəkidə narkotik vasitə olan heroin saxlanması üçün Qaradağ RPİnin saxlanc anbarına təhvil verilmişdir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinin 21 fevral 2022-ci il tarixli, 434 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda “EMOSİONAL DAVAMSİZ TİP ŞƏXSİYYƏT POZUNTUSU” (F.60.3) müəyyən edilir. Bunu cinayət işi materialları, anamnestik məlumatlar (yeniyetmə yaşlarından əsəbi olması, xarici qıcıqların təsirindən tez qıcıqlanması, əsəb gərginlik anlarında özünə xəsarət yetirməsi, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” “Oyanıq tipli psixopatiya, dekompensasiya vəziyyəti” diaqnozu ilə məcburi müalicədə olması) və hal-hazırkı psixiatrik müayinənin nəticələri (əhvali ruhiyyəsinin dəyişkən olması, emosional sferasının dayanıqsızlığı və s.) sübut edir. Cinayət işi materiallarının və aparılmış psixiatrik müayinənin nəticələrinin tədqiqinə əsasən məhkəmə-psixiatrik ekspertizası qoyulmuş sualları aşağıdakı kimi cavablandırır: Yoxlanılan şəxs Təqsirləndirilən şəxs emosional davamsız tip şəxsiyyət pozuntusu müəyyən edilir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs müəyyən edilən şəxsiyyət pozuntusu o dərəcədə ifadə olunmayıb ki, ictimai təhlükəli əməli törətdiyi zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmasın. Təqsirləndirilən şəxs ictimai təhlükəli əməli törətdiyi zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci və ya 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. İş materiallarına əlavə edilmiş nikah haqqında şəhadətnamənin surətindən aydın olur ki, Təqsirləndirilən şəxs ilə X4 arasında 11.12.2015-ci il tarixdə nikah bağlanmışdır. İş materiallarına əlavə edilmiş şəxsiyyət vəsiqələrinin surətlərindən aydın olur ki, X6 17.02.2016-cı il tarixdə və X7 08.10.2018-ci il tarixdə doğulmuşdur. İş materiallarında olan DVD diskə məhkəmə iclasında baxış keçirilmiş və müəyyən edilmişdir ki, Qaradağ RPİ-nin 10-cu polis bölməsinin inzibati binasında xidməti otaqların birində dəvət edilmiş müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilir. Şəxsi axtarış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs təklif olunur ki, üzərində qeyri-qanuni əşya və ya maddə vardırsa təqdim etsin. Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd siqaretin gümüşü rəngli kağıza bükülmüş bükümü çıxarıb masanın üzərinə qoymuşdur. Bu zaman onun üzərinə şəxsi axtarış keçirilməyə başlanmış və masanın üzərinə qoyduğu bükümü götürdüyü cibinə baxan zaman orada dağınıq halda qəhvəyi rəngli toz şəkilli maddə aşkar olunmuşdur. Etibar həmin bükümün içərisində və cibindən aşkar olunan maddənin narkotik vasitə olan heroin olmasını, cibindən çıxaran zaman cibinə dağıldığını, həmin heroini 19 yanvar 2022-ci il tarixdə Bakı şəhəri, Qaradağ rayonu, Binə ticarət mərkəzinə gələn zaman 165 nömrəli avtobusda “Mansur” adlı şəxsdən 5 manat pul verib şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Həmin büküm açılmış və bükümün içərisində qəhvəyi rəngli, toz şəkilli maddə olması müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən tərtib edilmiş tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 18 avqust 2020-ci il tarixli hökmü ilə CM-nin 177.2.5-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 04 iyun 2021-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş qalmış 06 ay 11 gün hissəsindən vaxtından əvvəl şərti azad edilmiş, 07 dekabr 2021-ci il tarixdə cəza müddəti başa çatmışdır. Göründüyü kimi Təqsirləndirilən şəxs hazırki əməli cinayətin residivini yaratmışdır. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə tədqiq edilmiş sübutların tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli tam sübuta yetir və onun əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs əməlini etiraf edərək səmimi peşman olmasını və himayəsində iki azyaşlı uşağı olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində cinayətin residivinin olması cəzanı ağırlaşdıran haldır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinin tələblərinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsində göstərilir ki, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayət törətməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, təqsirkarın şəxsiyyətini, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi daha məqsədə müvafiq, həmdə cəzanın məqsədlərinə nail olunması baxımdan daha ədalətlidir. Həmin Məcəllənin 56.1.3-cü maddəsinin tələbinə görə xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün cəzanın ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilir. Cinayət işinin materiallarından aydın olur ki, Təqsirləndirilən şəxs qeyd olunan cinayət işi ilə əlaqədar olaraq 19 yanvar 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Qaradağ rayon Məhkəməsinin 21 yanvar 2022-ci il tarixli qərarı ilə barəsində “həbs” qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs məcburi müalicəyə cəlb edilməli və ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmış və Qaradağ RPİ-də saxlanılan ümumi qalıq çəkisi 0,162 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə 114 (yüz on dörd) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilməlidir. İş üzrə maddi sübut kimi tanınmış 1 ədəd DVD disk cinayət işində saxlanılmalıdır. İş üzrə mülki iddia yoxdur. İbtidai istintaq zamanı və məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili X11 oğlu tərəfindən 30 iş saatı, məhkəmə baxışı zamanı isə Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 20 iş saatı sərf olunmuşdur. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 180 (yüz səksən) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X11 oğlunun və 120 (yüz iyirmi) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Bürosunun hesabına ödənilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358, 381 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il 07 (yeddi) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzasının əvvəli tutulduğu gündən, yəni 19 yanvar 2022-ci il tarixdən hesablansın. Cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs məcburi müalicəyə cəlb edilsin və ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Qaradağ RPİ-də saxlanılan ümumi qalıq çəkisi 0,162 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə 114 (yüz on dörd) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilsin. İş üzrə maddi sübut kimi tanınmış 1 ədəd DVD disk cinayət işində saxlanılsın. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərilmiş hüquqi yardımla bağlı 180 (yüz səksən) manat manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X11 oğlunun və məhkəmə baxışı zamanı göstərilmiş hüquqi yardımla bağlı 120 (yüz iyirmi) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədikləri Bakı şəhər 10 saylı Vəkil Bürosunun (“Kapitalbank” Qaradağ rayon filialı H/h ********************, kod 200220, VÖEN **********) hesabına ödənilsin. Hökmdən elan olunduğu, təqsirləndirilən şəxs tərəfindən isə hökmün surəti ona təqdim edildiyi vaxtdan 20 (iyirmi) gün müddətinə Qaradağ rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar