Məhkəmə qərarları › İş №1(002)-115/2024

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-115/2024

28.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-115/2024 28.03.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Abbasov Fərid Zirəddin oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs2, Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxx 1976-cı ildə Gədəbəy rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, "xxxx" MMC-də sürücü vəzifəsində işləmiş, əvvəllər məhkum olunmamış, Gədəbəy rayonu, Qurudərə kəndinə qeydiyyatda olmaqla, Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Xəzri y/m, nömrəsiz fərdi evdə yaşayan, barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozaraq ehtiyyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına və digər zərərçəkmiş şəxsin ölümünə səbəb olan yol nəqliyyat hadisəsi törətmişdir. Belə ki, o, 24 noyabr 2023-cü il tarixdə saat 18 radələrində özünə məxsus olan “AC” 234668 “BC” kateqoriyalı sürücülük vəsiqəsi əsasında idarə etdiyi, texniki cəhətdən saz vəziyyətdə olan “Mersedes Benz V280” markalı **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazsində Lökbatan-Bakı yolunun 1-ci km-də, “Aqrovest” adlanan yerin qarşısında 40 km/saat sürətlə Lökbatan qəsəbəsi istiqamətində hərəkətdə olarkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə əsasən yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı olduğu halda cinayətkarcasına etinasızlıq edərək qanunun qeyd olunan tələblərinə əməl etməyib yol hərəkəti qaydalarını pozaraq yolun sağ kənarı ilə hərəkətdə olan piyadalar Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 avtomaşının qabaq hissəsi ilə vuraraq ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs2 sağlamlığına döş sümüyünün qapalı, yerdəyişmiş sınığı, başın sol təpə nahiyyəsinin əzilmiş yarası, sağ qaşüstü və başın ənsə nahiyyələrinin dǝraltı hematomaları, hər iki diz oynağının sıyrıqları ilə müşayət olunan ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan az ağır zərər vurulmasına, habelə Zərərçəkmiş şəxs3 travmatik şok, çanaq sümüklərinin yerinidəyişmiş çoxsaylı, qəlpəli sınıqları, sol diz oynağının sıyrığı ilə müşayət olunan həyat üçün təhlükəli olan sağlamlığa ağır dərəcəli zərərvurmaya aid bədən xəsarətləri alaraq həmin xəsarətlərdən 24 noyabr 2023-ci il tarixdə saat 22:50-da müalicə aldığı, Bakı şəhəri, X7 ölümünə səbəb olan yol nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək və ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, "Mersedes Benz V280 minik" markalı **-BX-*** dövlət nömrə nişanlı mikroavtobus özünə məxsusdur və özü idarə edir. Ona məxsus avtomobil həmişə saz vəziyyətdə olmuşdur. Belə ki, o hər gün Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsində yerləşən Limana saat 08:00 radələrində işə getmiş və saat 18:00 radələrində işdən evə qayıdırmış. O 24 noyabr 2023-cü il tarixdə təxminən saat 18:45 radələrində idarə etdiyi yuxarıda göstərdiyi mikroavtobus ilə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində yerləşən “Binə” ticarət mərkəzini keçdikdən sonra saatda 60 km/sürətlə yolun birinci hərəkət hissəsi ilə hərəkətdə olarkən "Aqrovest" adlanan yerin yaxınlığında birdən qarşısına yolu soldan sağa iki nəfər şəxsin keçdiyini görmüş və onunla həmin iki nəfər şəxsin arasında olan məsafə az olduğundan ani vəziyyətdə ayağını əyləcə basmışdır. Lakin o idarə etdiyi mikroavtobusla həmin iki nəfər şəxsi mikroavtobusun qabaq hissəsi ilə vurmuşdur. Həmin şəxslədən biri mikroavtobusun alın şüşəsinə, ikinci şəxs isə mikroavtobusun qabaq “bamper” hissəsinə dəyərək yerə yıxılmışlar. O mikroavtobusu saxlamış və mikroavtobusdan düşərək yerdə olan şəxslərə köməklik göstərmişdir və Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə zəng edərək törətdiyi hadisə barədə məlumat vermişdir. Əlavə olaraq hadisə baş verən anda mikroavtobusda sərnişin və yük olmamış və piyadaları təxminən 5-10 metr məsafədən gördüyünü və gördüyü anda əylǝcı basdığını bildirmişdir. O, öz ifadəsində son olaraq törətdiyi əməldən peşman olduğunu, zərərçəkmiş şəxsin hüquqi varisi və zərərçəkmiş şəxs ilə barışmaqla onlara lazimi köməkliklərin göstərildiyini, onların heç bir şikayət və tələblərinin olmadığını nəzərə alaraq məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs1 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək bildirmişdir ki, xx xxxxxxxx 1962-ci ildə doğulmuş Zərərçəkmiş şəxs3 onun anasıdır. O, 24 noyabr 2023-cü il tarixdə təxminən saat 18:50 radələrində evdə olduğu zaman ona bildirmişlər ki, anası Zərərçəkmiş şəxs3 Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən “Binə” ticarət mərkəzində olan iş yerindən çıxaraq yaşadığı evə gedən zaman Lökbatan qəsəbəsində "Aqrovest" adlanan yolda YNH-si zamanı hadisə nəticəsində xəsarət almış daha sonra xəstəxanaya aparmışlar. O, xəstəxanaya çatanda anası Zərərçəkmiş şəxs3 hadisə zamanı aldığı xəsarətlərdən vəfat etdiyini bilmişdir. Həmçinin bildirmişdir ki, anası Zərərçəkmiş şəxs3 heç bir xəstəliyi olmamışdır. Zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs1 məhkəməyə yazılı ərizə təqdim edərək təqsirləndirilən şəxslə barışdığını, onlara dəymiş ziyanın ödənildiyini, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət tələblərinin olmadığını bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X5 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək bildirmişdir ki, o Bakı şəhəri, Qaradağ rayonu, Lökabatan qəsəbəsi ərazisində yerləşən "Binə" ticarət mərkəzində tikiş sexində işləyir. Hər gün saat 18 radələrində işdən çıxaraq "Aqrovest" adlanan ərazidə avtobus dayanacağına piyada gedərək oradan avtobus vasitəsilə evə gedirmiş. O, 24 noyabr 2023-cü il tarixdə həmişə olduğu kimi saat 18 radələrində işdən çıxaraq onunla birlikdə qəsəbədə yaşayan Zərərçəkmiş şəxs3 ilə birlikdə "Binə" ticarət mərkəzindən çıxaraq Lökbatan qəsəbəsindən şəhər istiqamətinə gedən yolu keçərək hərəkət istiqamətlərini ayıran beton yolayrıcında üzü Lökbatan qəsəbəsi istiqamətdə olan yolu keçmişlər. Onlar üzü Lökbatan qəsəbəsinə tərəf yolayrıcı olan torpaq yol ilə hərəkət edən zaman "Aqrovest" adlı idarəyə çatmamış avtomaşın onları vurmuş, nəticəsində o və Mehriban zərbənin təsirindən yerə yıxılmışlar. Bu zaman o özündən getmiş və gözünü açdıqda özünü xəstəxanada görmüşdür. Zərərçəkmiş şəxs X5 məhkəməyə notariat qaydada təsdiq olunmuş ərizə təqdim edərək təqsirləndirilən şəxslə barışdığını, onlara dəymiş ziyanın ödənildiyini, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət tələblərinin olmadığını və təqsirləndirilən şəxsə yüngül cəza verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X4 X10 Qaradağ rayon şöbəsinin 18 dekabr 2023-cü il tarixli 107 №-li rəyindən görünür ki:

1. Mərhum Zərərçəkmiş şəxs3 meyitinin məhkəmə-tibbi travmatik şok, çanaq sümüklərinin ekspertizasında aşkar olunmuş xəsarətlər yerinidəyişmiş çoxsaylı, qəlpəli sınıqları, sol diz oynağının sıyrığı həyati olub, ölümündən əvvəl bərk küt əşya (əşyalar) təsirindən törənmişlər, ölümü ilə birbaşa səbəbli əlaqəlidirlər.

2. Mərhum Zərərçəkmiş şəxs3 almış olduğu xəsarətlər qərarın təsviri hissəsində göstərilən şəraitdə yəni 24 noyabr 2023-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı piyada qismində olarkən hərəkətdə olan minik avtomaşının onu vurması nəticəsində əməlǝ gələ bilərdilər və bu da canlı şəxslərdə ümumulikdə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zǝrǝrvurmanın əlamətlərinə malikdirlər.

3. Mərhum Zərərçəkmiş şəxs3 ölümünə səbəb çanaq sümüklərinin çoxsaylı, qəlpəli yerinidəyişmiş sınıqları nəticəsində inkişaf edən travmatik şok olmuşdur.

4. Meyit əlamətlərinin inkişaf dərəcəsinə əsasən güman etmək olar ki, mərhum Zərərçəkmiş şəxs3 ölümü 24 noyabr 2023-cü il tarixdə, saat 22:50-də X7 baş vermişdir.

5. Mərhum Zərərçəkmiş şəxs3 meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində etil spirti və narkotik maddələr aşkar edilməmişdir. (4263/K saylı xx.xx.2023-cü il tarixli AKT). İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X4 X10 Qaradağ rayon şöbəsinin 02 fevral 2024-cü il tarixli 55 №-li rəyindən görünür ki:

1. Vǝt. X2 məhkəmə-tibbi ekspertizası zamanı aşkar edilmiş xəsarətlər döş sümüyünün qapalı, yerdəyişmiş sınığı, başın sol təpə nahiyəsinin əzilmiş yarası, sağ qaşüstü və başın ənsə nahiyələrinin dərialtı hematomaları, hər iki diz oynağının sıyrıqları küt əşya (əşyalar) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən xx.xx.2023cü il tarixdə əmələ gələ bilərdilər və dərəcələrinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zǝrǝrvrumaya aid edilir.

2. Vǝt. X2 almış olduğu xəsarətlərin xarakteri lokalizasiyalarını nəzərə alıb demək olar ki, həmin xəsarətlər qərarın təsviri hissəsində göstərilən şəraitdə yəni, hərəkətdə olan minik avtomobilinin piyadanı vurması nəticəsində əmələ gələ bilərdilər. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 06 fevral 2024-cü il tarixli 877 saylı rəyindən görünür ki, 1.2a İstintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən, “Mercedes Benz V280” markalı **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. 2b. Mövcud şəraitdə hadisə yerində “Mercedes Benz V280” markalı **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobilin qalmış 7 metr tormoz izinə uyğun hərəkət sürəti 40 km/saatdır Lakin rəyin tədqiqi hissəsində göstərilən səbəblərə görə “Mercedes Benz V280” markalı **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobilin tormozlanmadan əvvəlki hərəkət sürəti 40 km/saatdan artıq olmuşdur. Ekspertiza tədqiqatının dəyəri 85 (səksən beş) manat təşkil etmişdir. İş materiallarında olan 24 noyabr 2023-cü il tarxli 2/47882 saylı sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, hadisə günü Təqsirləndirilən şəxs alkoqol sərxoşluğu vəziyyətində olmamışdır. İş materiallarında olan BDYPİ Qİİ-dən alınmış 29 dekabr 2023-cü il tarixli 3-13-16/2- 182913/2023 nömrəli məktubdan məlum olur ki, 23 avqust 1984-cü il təvəllüdlü Təqsirləndirilən şəxs DİN BDYPİ Qeydiyyat İmtahan İdarəsinin informasiya uçot bazasına görə xx.xx.2017-ci il tarixdə (xx.xx.2027-ci il tarixədək müddətə etibarlı olan olan) «BC» kateqoriyalı AC seriyalı 234668 nömrəli sürücülük vəsiqəsi verilmiş və sürücülük hüququnun məhdudlaşdırılması ilə bağlı hər hansı məlumat qeydə alınmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-i tərəfindən tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə heç bir məlumat yoxdur. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə tədqiq edilmiş sübutların tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli tam sübuta yetir və onun əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs hadisələrin təsadüfi axarı zəminində ilk dəfə olaraq ehtiyatsızlıqdan az ağır cinayət əməli törətməsini, əməlini etiraf edərək səmimi peşman olmasını, zərərçəkmiş şəxsin hüquqi varisi və zərərçəkmiş şəxs ilə barışmaqla ona qarşı heç bir şikayət və tələblərinin olmamasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinin tələblərinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 263.2-ci maddəsində nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etməklə beş ildən aşağı müddətdə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi cəzanın məqsədlərinə nail olunması baxımından daha məqsədə müvafiqdir. Azərbaycan Respublikası CM-nin 56.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəza çəkmə müəssisəsində çəkməlidir. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 85 (səksən beş) manat Təqsirləndirilən şəxs alınaraq dövlət nəfinə ödənilməlidir. İbtidai istintaq zamanı və məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili X6 tərəfindən 35 iş saatı, məhkəmə baxışı zamanı isə Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 20 iş saatı sərf olunmuşdur. Odur ki, Təqsirləndirilən şəxs oğluna göstərilmiş hüquqi yardımla bağlı 210 (iki yüz on) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X3 və 120 (yüz iyirmi) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Bürosunun hesabına ödənilməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Odur ki, yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının CPMnin 344-347, 349, 351-353, 356, 358, 381 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ:

Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətə nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilməklə, 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli məhkumun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə 85 (səksən beş) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 210 (iki yüz on) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X3 və 120 (yüz iyirmi) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədikləri Bakı şəhər 10 saylı Vəkil Bürosunun (“Kapitalbank” Qaradağ rayon filialı H/h ********************, kod 200220, VÖEN **********) hesabına ödənilsin. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Hökmdən elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətinə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Sədrlik edən: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar