Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(002)-115/2025 21.08.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Fətəliyev Emin Mirzə oğlunun sədrliyi, Əliyeva Zülfiyyə Vidadi qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X3, zərərçəkmiş şəxs Məmmədova (Vahidli) Aysel Sarıxan qızının, müdafiəçi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1991-ci ildə Cəbrayıl rayonu, Balyand kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olmayan, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan, Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq icra etməmişdir. Belə ki, o, cavabdeh kimi ondan xx.xx.2020-ci il tarixdən başlayaraq xx.xx.2013-cü il təvəllüdlü X6 və xx.xx.2015-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay 170,00 manat olmaqla, ümumilikdə 340,00 manat sabit pul məbləğində aliment tutularaq tələbkar Məmmədova (Vahidli) Aysel Sarıxan qızına ödənilməsinə dair Bakı şəhəri, Binəqədi rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(001)-3667/2020 saylı qanuni qüvvəyə minmiş qətnaməsini üzrsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Bakı şəhəri, Qaradağ rayon məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 15 gün müddətinə inzibati qaydada həbs edilməsinə, icra sənədindəki tələbi icra etməsi üçün ona yeni müddət təyin edilərək xx.xx.2025-ci il tarixdə məsuliyyəti elan olunmaqla rəsmi xəbərdarlıq edilməsinə baxmayaraq öz hərəkətlərini davam etdirməklə, şəxsi maraq niyyətilə, cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilən xx.xx.2025-ci il tarixədək 16660,00 (on altı min altı yüz altımış) manat məbləğində aliment borcunu zərərçəkmiş şəxs Məmmədova (Vahidli) Aysel Sarıxan qızına ödəməyərək sonuncuya maddi ziyan vurmaqla yanaşı, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq qəsdən icra etməməklə, ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2020-ci ilin əvvəllərində onun keçmiş həyat yoldaşı X9 ilə ailə münasibətləri çox pis olduğundan, nikahları rəsmi qaydada xitam olunmuşdur. Belə ki, xasiyyətləri uyğun gəlməmiş, tez-tez aralarında mübahisələrin yaranması səbəbindən A.Vahidli nikah qeydinin ləğvi və aliment tələbinə dair məhkəməyə iddia ərizəsi ilə müraciət etmişdir. Binəqədi Rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 2(001)-3667/2020 saylı icra sənədinə ondan, xx.xx.2020-ci il tarixdən başlayaraq xx.xx.2013-cü il təvəllüdlü X6 və xx.xx.2015-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay 170,00 manat olmaqla, ümumilikdə 340,00 manat sabit pul məbləğində aliment tutularaq tələbkar X5 xeyrinə ödənilməsi qeyd edilmişdir. İcra sənədi xx.xx.2020-cı il tarixdə icraata daxil olmuş, müvafiq qaydada icraya yönəldilmiş, icraata başlamaq haqqında qərar qəbul edilərək icra edilməsi üçün tələbin könüllü icrasına dair bildirişlə birlikdə ona göndərilmiş, lakin dəfələrlə xəbardarlıq edilməsinə baxmayaraq, xx.xx.2021-ci il tarixindən etibarən icra sənədinin icrasını təmin etmədiyindən görülmüş icra tədbirləri nəticəsində onun icra şöbəsinə gətirilməsi təmin olunmuş, izahatı alınmış, habelə aliment üzrə yaranmış borcun ödənilməsi icra məmuru tərəfindən ondan tələb edilmişdir. Aliment borcunu ödəmədiyi üçün xx.xx.2023-cü il tarixdə yenidən izahatı alınaraq, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş və o, Qaradağ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 10 (on) gün müddətində inzibati qaydada həbs edilmişdir. Onun işlə təmin olunmağına köməklik göstərilməsi üçün xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası ƏƏSMN-nin tabeliyində X2 Bakı Regional Məşğulluq filialına icra məmuru tərəfindən müraciət edilmiş, filiala və ya agentiyin 1 saylı DOST mərkəzinə müraciət etməyi tövsiyyə edilsə də, qeydiyyata alınması üçün filiala heç bir səbəb olmadan getməmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə onun ölkədən getmək hüququ müvəqqəti olaraq məhdudlaşdırılmışdır. İcra sənədinin icrasını təmin etmədiyi üçün xx.xx.2025-ci il tarixdə barəsində təkrar inzibati protokol tərtib edilmiş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsilə təqsirli bilinərək 15 (on beş) gün müddətində inzibati həbs edilmişdir. İcra məmuru tərəfindən xx.xx.2023, xx.xx.2023 və xx.xx.2025-ci il tarixlərində məhkəmə qərarını icra etmədiyinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunacağı haqqında xəbardarlıq edilməsinə baxmayaraq, aliment borcundan 3060 manat ödəniş etmiş, 16660 manat ödənilməmiş aliment borcu yaranmışdır. Sözügedən aliment borcunun ondan tutularaq tələbkarın xeyrinə ödənilməsini, əks halda Azərbaycan Respublikası cinayət qanunvericiliyinə uyğun cəzalandırılması üçün barəsində qanunamüvafiq tədbir görülməsinə köməklik göstərməsini tələbkar X9 İcra şöbəsinə ünvanladığı ərizəsində xahiş etmişdir. Fərdi əməklə, yəni fəhləliklə məşğul olmaqla ayda təxminən 700,00-800,00 manat məbləğində qazanc əldə etmişdir. Məhkəmə qətnaməsi üzrə yaranmış aliment borcunu ödəməməsinin səbəbi məhkəmənin çıxardığı qətnamə ilə razı olmadığı ilə əsaslandıraraq, məhkəmə qətnaməni çıxararkən onun imkanlarını nəzərə almadan ədalətsiz qətnamə çıxararaq, yüksək məbləğdə aliment kəsilmiş, lakin heç bir səbəb olmadan həmin qətnamədən yuxarı instansiya məhkəmələrinə şikayət verməmişdir. Kifayət qədər spirtli içkilər, xüsusən də pivə içdiyi üçün, bədxərc olduğuna görə qazancını dostları ilə birlikdə vaxt keçirmək üçün yemək-içmək məclislərinə xərclədiyinə görə, yığılan aliment borcunu ödəməyə laqeyd yanaşmışdır. Məşğulluq mərkəzində işaxtaran kimi qeydiyyata durmamasının səbəbi isə təklif olunan işlərə görə əmək haqqının çox az olması ilə əlaqədar olmuşdur. Ən əsası isə keçmiş qaynatasından acığı gəldiyi üçün məhkəmə qətnaməsi üzrə aliment borcunu zərərçəkmiş şəxsə qəsdən, qərəzli olaraq ödəməmişdir. Zərərçəkmiş şəxs ilə barışıq əldə etmiş, zərərçəkmiş şəxsə olan ziyanı tam olaraq ödəmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri və iş materiallarında olan digər sənədlər ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Məmmədova (Vahidli) Aysel Sarıxan qızı ifadəsində göstərmişdir ki, 2020-ci ilin əvvəllərində keçmiş həyat yoldaşı Təqsirləndirilən şəxs ilə ailə münasibətləri çox pis olduğundan onların nikahları rəsmi qaydada xitam olunmuşdur. Belə ki, Təqsirləndirilən şəxs ilə xasiyyətləri uyğun gəlməmiş, tez-tez aralarında mübahisələr yarandığından, o, nikah qeydinin ləğvi və aliment tələbinə dair məhkəməyə iddia ərizəsi ilə müraciət etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 2(001)-3667/2020 saylı icra sənədinə əsasən borclu Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdən başlayaraq xx.xx.2013-cü il təvəllüdlü X6 və xx.xx.2015-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay 170,00 manat olmaqla, ümumilikdə 340,00 manat sabit pul məbləğində aliment tutularaq onun xeyrinə ödənilməlidir. Borclu Təqsirləndirilən şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş və borclu Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 10 (on) gün müddətində inzibati qaydada həbs edilmiş, həmçinin Qaradağ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə Təqsirləndirilən şəxs ölkədən getmək hüququ müvəqqəti olaraq məhdudlaşdırılmışdır. Borclu Təqsirləndirilən şəxs icra sənədinin icrasını təmin etmədiyindən xx.xx.2025-ci il tarixdə onun barəsində təkrar inzibati protokol tərtib edilmiş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsilə təqsirli bilinərək 15 (on beş) gün müddətində inzibati həbs edilmişdir. Borclu Vahidli X11 Rayon Məhkəməsinin 2(001)- 3667/20 nömrəli, xx.xx.2020-cı il tarixli icra sənədinə əsasən aliment borcundan 3060 manat ödəniş etmiş, 16660 manat ödənilməmiş aliment borcu yaranmışdır. Sözügedən aliment borcunun Təqsirləndirilən şəxs tutularaq onun xeyrinə ödənilməsini, əks halda Azərbaycan Respublikası cinayət qanunvericiliyinə uyğun cəzalandırılması üçün Təqsirləndirilən şəxs barəsində qanunamüvafiq tədbir görülməsinə köməklik göstərməsini o, İcra şöbəsinə ünvanladığı ərizəsində xahiş etmişdir. Təqsirləndirilən şəxs fərdi əməklə, yəni taksi fəaliyyəti ilə məşğul olmaqla, ayda təxminən 1000,00-1500,00 manat məbləğində qazanc əldə etməsinə baxmayaraq, övladlarının saxlanılması üçün nəzərdə tutulmuş aliment pulunu ona ödəməkdən qərəzli olaraq yayınmışdır. Təqsirləndirilən şəxs hazırda iş üzrə ona dəyən ziyanı, yəni aliment borcunu tam olaraq ödədiyinə görə Təqsirləndirilən şəxs qarşı hər hansı şikayəti və tələbi yoxdur, həmin şəxs ilə barışmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Qaradağ rayon icra şöbəsinin icra məmuru Şahid2 ifadəsində göstərmişdir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən verilmiş 2(001)-3667/2020 nömrəli, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən borclu Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdən başlayaraq xx.xx.2013-cü il təvəllüdlü X6 və xx.xx.2015-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay 170,00 manat olmaqla, ümumilikdə 340,00 manat sabit pul məbləğində aliment tutularaq tələbkar X5 xeyrinə ödənilməlidir. İcra sənədi xx.xx.2020-cı il tarixdə icraata daxil olmuş, müvafiq qaydada icraya yönəldilmiş, icraata başlamaq haqqında qərar qəbul edilərək icra edilməsi üçün tələbin könüllü icrasına dair bildirişlə birlikdə tərəflərə göndərilmişdir. Həmin icra sənədi əvvəlcə Qaradağ rayon icra şöbəsinin böyük icra məmuru Şahid1 icraatında olmuş, Şahid1 məzuniyyətə getdikdən sonra həmin icra sənədi onun icraatına verilmişdir. Borclu Təqsirləndirilən şəxs dəfələrlə xəbardarlıq edilməsinə baxmayaraq, xx.xx.2021-ci il tarixindən etibarən icra sənədinin icrasını təmin etmədiyindən görülmüş icra tədbirləri nəticəsində onun şöbəyə gətirilməsi təmin olunmuş, izahatı alınmış, habelə aliment üzrə yaranmış borcun ödənilməsi ondan tələb edilmişdir. Borclu Təqsirləndirilən şəxs aliment borcunu ödəmədiyindən xx.xx.2023-cü il tarixdə yenidən görülmüş icra tədbirləri nəticəsində şöbəyə gətirilmiş, təkrarən izahatı alınmiş, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş və borclu Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 3(002)-2000/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 10 (on) gün müddətində inzibati qaydada həbs edilmişdir. Borclu Təqsirləndirilən şəxs işlə təmin olunmasına köməklik göstərilməsi üçün xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası ƏƏSMN-nin tabeliyində olan X2 Bakı Regional Məşğulluq filialına müraciət edilmişdir. Lakin Azərbaycan Respublikası ƏƏSMN-nin tabeliyində olan X2 Bakı Regional Məşğulluq filialından daxil olmuş xx.xx.2023-cü il tarixli məktuba əsasən Təqsirləndirilən şəxs işlə təmin olunması məqsədi ilə həmin şəxs ilə mobil telefon vasitəsilə əlaqə yaradılaraq, filiala və ya agentiyin 1 saylı DOST mərkəzinə müraciət etməsi tövsiyə edilsə də, Təqsirləndirilən şəxs müraciət etmədiyindən həmin şəxsin işaxtaran kimi qeydiyyata alınması və ona münasib iş təklif edilməsi mümkün olmamışdır. xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs yaşadığı ünvan 3 ünvanına baxış keçirilsə də, tələbin yönəldilə biləcəyi əmlak aşkar edilməmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 8(002)- 292/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə Təqsirləndirilən şəxs ölkədən getmək hüququ müvəqqəti olaraq məhdudlaşdırılmışdır. Borclu Təqsirləndirilən şəxs icra sənədinin icrasını təmin etmədiyindən xx.xx.2025-ci il tarixdə onun barəsində təkrar inzibati protokol tərtib edilmiş, Qaradağ Rayon Məhkəməsinin 3(002)-353/25 saylı, xx.xx.2025-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsilə təqsirli bilinərək 15 (on beş) gün müddətində inzibati həbs edilmişdir. Borclu Təqsirləndirilən şəxs xx.xx.2023, xx.xx.2023 və xx.xx.2025-ci il tarixlərində məhkəmə qərarını icra etmədiyinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunması haqqında xəbardarlıq edilmişdir. Borclu Vahidli X11 Rayon Məhkəməsinin 2(001)-3667/20 nömrəli, xx.xx.2020-cı il tarixli icra sənədinə əsasən aliment borcundan 3060 manat ödəniş etmiş, 16660 manat ödənilməmiş aliment borcu yaranmışdır. Borclu Vahidli X11 Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş həmin qətnaməsini qanunla müəyyən olunmuş müddət ərzində icra etməmiş, borcluya dəfələrlə xəbərdarlıq edilməsi, müvafiq qaydada inzibati məsuliyyətlərə cəlb olunmasına baxmayaraq, yenə də məhkəmə qərarını icra etməsi üçün yetərli tədbirlər görməmiş, bu isə onun qeyd olunan məhkəmə qətnaməsinin icrasından qərəzli olaraq yayınmasına dəlalət edir. Məhkəmə iclasında iştirak etməyən, ibtidai istintaqda verdiyi ifadəsi məhkəmə iclasında elan edilərək tədqiq edilmiş şahid Qaradağ rayon icra şöbəsinin böyük icra məmuru Şahid1 da Şahid2 ifadəsinə oxşar ifadə verərək borclu Təqsirləndirilən şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq icra etmədiyini bildirmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” qərardan görünür ki, 29 aprel 2025-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CMnin 306.1-ci maddəsilə cinayət işi başlanmış, icraata qəbul edilməklə istintaqı aparılmışdır (i.v. 1-2). “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” və “qətimkan tədbiri seçmək haqqında” 19 may 2025-ci il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlıb edilərək ona həmin maddə ilə ittiham elan edilmiş və barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (i.v. 118-119, 139-140). “Sübutların qiymətləndirilməsi” haqqında 19 may 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə elan olunmuş xx.xx.2025-ci il tarixli ittiham və barəsində həmin tarixdə seçilmiş qətimkan tədbiri dəyişdirilmədən qüvvədə saxlanılmış, aparılan cinayət təqibi üzrə əhəmiyyət kəsb edən ifadələr və digər sənədlər sübut kimi qiymətləndirilmişdir (i.v. 142-146). 18 aprel 2025-ci il tarixli təqdimatdan görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 20 avqust 2020-ci il tarixli, 2(001)-3667/2020 nömrəli icra sənədinə əsasən Təqsirləndirilən şəxs 16.660,00 manat aliment borcu üzrə ödəniş etməmişdir. Ona görə də borclu Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi məsələsinə baxılması məsələsi xahiş edilmişdir (i.v. 6-7). Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 20 avqust 2020-ci il tarixli, 2(001)- 3667/2020 nömrəli qətnaməsindən, eyni tarixli və nömrəli icra vərəqəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə X5 arasında 25 iyul 2024-cü il tarixdə 1 saylı Bakı “ASAN Xidmət” Mərkəzinin qeydiyyat şöbəsində nikahın bağlanması haqqında akt qeydləri kitabında 1501 nömrə ilə qeydə alınmış nikah pozulmuşdur. 08 oktyabr 2013-cü il təvəllüdlü X6 və 23 may 2015-ci il təvəllüdlü X4 anaları X5 yanında qalmaları müəyyən edilmişdir. V.Təqsirləndirilən şəxs və Y.Təqsirləndirilən şəxs yetkinlik yaşına çatanadək saxlanılmaları üçün cavabdeh Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixindən başlayaraq hər ay hər uşağa görə 170 (bir yüz yetmiş) manat olmaqla iki uşağın saxlanılması üçün ümumilikdə 340 (üç yüz qırx) manat sabit pul məbləğində aliment tutularaq iddiaçı X7 ödənilməlidir (i.v. 8-12, 13-14). Bakı şəhəri Qaradağ rayon İcra və Probasiya Şöbəsinin İcraata başlamaq haqqında 25 avqust 2020-ci il tarixli qərarından görünür ki, Binəqədi Rayon Məhkəməsinin 20 avqust 2020-ci il tarixli, 2(001)-3667/2020 nömrəli icra sənədi üzrə icraata başlanılmışdır (i.v. 15). Bakı şəhəri Qaradağ rayon İcra və Probasiya Şöbəsi tərəfindən Təqsirləndirilən şəxs ünvanlanmış 25 avqust 2020-ci il tarixli bildirişdən görünür ki, həmin bildirişlə ona Binəqədi Rayon Məhkəməsinin 20 avqust 2025-ci il tarixli, 2(001)-3667/2020 nömrəli icra sənədində göstərilən tələbin yerinə yetirilməsi üçün 10 gün müddət verilmişdir (i.v. 16). Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 8(002)-50/2023 nömrəli qərardadından görünür ki, Binəqədi Rayon Məhkəməsinin 20 avqust 2020-ci il tarixli, 2(001)-3667/2020 nömrəli icra sənədinin icrası məqsədilə borclu Təqsirləndirilən şəxs Qaradağ rayon İcra və Probasiya Şöbəsinə məcburi gətirilməsinə dair həmin şöbənin icra məmuru, 1-ci dərəcəli ədliyyə qulluqçusu Şahid1 təqdimatı Qaradağ Rayon Məhkəməsinə daxil olmuşdur. Həmin təqdimatda göstərilmişdir ki, borclu Təqsirləndirilən şəxs icraata başlamaq haqqında qərarın surətini və bildirişi qəbul etmiş, edilən çoxsaylı xəbərdarlıqlara baxmayaraq icra şöbəsinə gəlməkdən boyun qaçırmış, həmin günədək icra sənədi üzrə tələbi təmin etməmiş. Buna görə də, icra məmurunun təqdimatı təmin edilərək Təqsirləndirilən şəxs Qaradağ rayon İcra və Probasiya Şöbəsinə məcburi gətirilməsi haqqında qərarda qəbuyl edilmişdir (i.v. 26). Borclunun axtarışı haqqında Qaradağ rayon İcra və Probasiya Şöbəsinin icra məmuru, İ dərəcəli ədliyyə qulluqçusu Şahid1 13 aprel 2023-cü il tarixli qərarından görünür ki, Binəqədi Rayon Məhkəməsinin 20 avqust 2020-ci il tarixli, 2(001)-3667/2020- 007 nömrəli icra sənədi üzrə borclu Təqsirləndirilən şəxs yaşadığı yeri müəyyən etmək mümkün olmadığından onun axtarışı elan edilmişdir (i.v. 29). Bakı şəhəri Qaradağ rayon İcra Şöbəsinin icra məmuru Şahid2 tərtib etdiyi 14 sentyabr 2023-cü il tarixli inzibati xəta haqqında MN ******* nömrəli protokoldan görünür ki, Binəqədi Rayon Məhkəməsinin 20 avqust 2020-ci il tarixli, 2(001)-3667/2020-007 nömrəli icra vərəqəsinə əsasən yığılmış 12920 manat aliment borcu Təqsirləndirilən şəxs tərəfindən ödənilməmiş, bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir (i.v. 36-37). Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 14 sentyabr 2023-cü il tarixli 3(002)- 2000/2023 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini üzürsüz səbəbdən icra etməkdən qərəzli olaraq boyun qaçırdığına görə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib 10 (on) gün müddətində inzibati həbs tətbiq edilmişdir (i.v. 38-40). Bakı şəhəri Qaradağ rayon İcra Şöbəsinin icra məmuru, İ dərəcəli ədliyyə qulluqçusu Şahid2 tərəfindən Təqsirləndirilən şəxs ünvanlanmış 14 sentyabr 2023-cü il tarixli “cinayət məsuliyyətinə cəlb olunması barədə xəbərdarlıq”dan görünür ki, həmin xəbədarlıqla Təqsirləndirilən şəxs Binəqədi Rayon Məhkəməsinin 20 avqust 2020-ci il tarixli, 2(001)- 3667/2020-007 nömrəli icra sənədində olan tələbin onun tərəfindən 10 gün müddətində könüllü olaraq təmin edilməmiş, həmin ay da daxil olmaqla aliment borcu 12920 manat təşkil etmişdir. Binəqədi Rayon Məhkəməsinin yuxarıda qeyd olunan icra sənədini ödəməməsi səbəbindən Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 14 sentgyabr 2023-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib 10 (on) gün müddətinə inzibati həbs edilmişdir. xx.xx.2023-cü il tarixdə şəxsiyyətini təsdiq edən sənədlə birlikdə, Qaradağ rayon İcra Şöbəsinə gəlib icra üzrə tələbi təmin etməsi tələb olunmuş, əks halda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlıb olunmasına dair barəsində toplanmış materialların Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İstintaq İdarəsinə göndəriləcəyi barədə xəbərdar edilmişdir (i.v. 41-42). Bakı şəhəri Qaradağ rayon İcra Şöbəsinin icra məmuru, İ dərəcəli ədliyyə qulluqçusu Şahid1 02 oktyabr 2023-cü il tarixli təqdimatından görünür ki, Vahidli X11 Rayon Məhkəməsinin 20 avqust 2020-ci il tarixli, 2(001)-3667/2020-007 nömrəli icra sənədinin icrasını tam şəkildə təmin etmədiyinə görə, Təqsirləndirilən şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə təqdimatla müraciət edilmişdir (i.v. 45). Bakı şəhəri Qaradağ rayon İcra Şöbəsinin icra məmuru, İ dərəcəli ədliyyə qulluqçusu Şahid1 tərəfindən Təqsirləndirilən şəxs ünvanlanmış 02 oktyabr 2023-cü il tarixli “cinayət məsuliyyətinə cəlb olunması barədə xəbərdarlıq”dan görünür ki, həmin xəbədarlıqla Təqsirləndirilən şəxs Binəqədi Rayon Məhkəməsinin 20 avqust 2020-ci il tarixli, 2(001)- 3667/2020-007 nömrəli icra sənədində olan tələb onun tərəfindən 10 gün müddətində könüllü olaraq təmin edilməmiş, həmin ay da daxil olmaqla aliment borcu 8160 manat təşkil etmişdir. Binəqədi Rayon Məhkəməsinin yuxarıda qeyd olunan icra sənədini ödəməməsi səbəbindən Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib 10 (on) gün müddətinə inzibati həbs edilmişdir. xx.xx.2023-cü il tarixdə şəxsiyyətini təsdiq edən sənədlə birlikdə, Qaradağ rayon İcra Şöbəsinə gəlib icra üzrə tələbi təmin etməsi tələb olunmuş, əks halda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunmasına dair barəsində toplanmış materialların Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İstintaq İdarəsinə göndəriləcəyi barədə 2-ci dəfə xəbərdar edilmişdir (i.v. 46-47). Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 11 oktyabr 2023-cü il tarixli 8(002)- 292/2023 nömrəli qərardadından görünür ki, borclu Təqsirləndirilən şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır (i.v. 52-53). Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan X2 Bakı Regional Məşğulluq Filialının 31 oktyabr 2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs həmin nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sistemində (MEİS) işaxtaran və ya işsiz kimi qeydiyyata alınmadığından münasib işlə təmin edilməsi üçün müvafiq tədbirlərin görülməsi mümkün olmamışdır. Qeyd olunanlara uyğun olaraq filialın əməkdaş tərəfindən Təqsirləndirilən şəxs ilə telefon əlaqəsi (***-***-**- **) saxlanılaraq ona MEİS-də işaxtaran və işsiz kimi qeydiyyata alınması, həmçinin məşğulluğun təmin edilməsi istiqamətində lazımi tədbirlərin görülməsi məqsədilə filiala (və ya Nazirliyin tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyinin 1 saylı “DOST” mərkəzinə) müraciət etməsi tövsiyə olunmuşdur (i.v. 56). Borclunun axtarışı haqqında Qaradağ rayon İcra və Probasiya Şöbəsinin icra məmuru, İ dərəcəli ədliyyə qulluqçusu Şahid1 24 sentyabr 2023-cü il tarixli qərarından görünür ki, Binəqədi Rayon Məhkəməsinin 20 avqust 2020-ci il tarixli, 2(001)-3667/2020- 007 nömrəli icra sənədi üzrə borclu Təqsirləndirilən şəxs yaşadığı yeri müəyyən etmək mümkün olmadığından onun axtarışı elan edilmişdir (i.v. 62). Bakı şəhəri Qaradağ rayon İcra Şöbəsinin icra məmuru Şahid1 tərtib etdiyi 24 fevral 2025-ci il tarixli inzibati xəta haqqında MN ******* nömrəli protokoldan görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 20 avqust 2020-ci il tarixli, 2(001)-3667/2020-007 nömrəli icra vərəqəsinə əsasən borclu Təqsirləndirilən şəxs tələbkar X7 ödəməli olduğu aliment borcunu ödəməmiş, nəticədə Təqsirləndirilən şəxs 15980 manat aliment borcu yaranmışdır. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir (i.v. 68-69). Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 24 fevral 2025-ci il tarixli 3(002)- 353/2025 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini üzürsüz səbəbdən icra etməkdən qərəzli olaraq boyun qaçırdığına görə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib 15 (on beş) gün müddətində inzibati həbs tətbiq edilmişdir (i.v. 70-71). Bakı şəhəri Qaradağ rayon İcra Şöbəsinin icra məmuru, İ dərəcəli ədliyyə qulluqçusu Şahid1 tərəfindən Təqsirləndirilən şəxs ünvanlanmış 12 mart 2025-ci il tarixli “cinayət məsuliyyətinə cəlb olunması haqqında xəbərdarlıq”dan görünür ki, həmin xəbədarlıqla Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 20 avqust 2020-ci il tarixli, 2(001)-3667/2020-007 nömrəli icra sənədində olan tələb onun tərəfindən 10 gün müddətində könüllü olaraq təmin edilməmiş, həmin ay da daxil olmaqla aliment borcu 16320 manat təşkil etmişdir. Binəqədi Rayon Məhkəməsinin yuxarıda qeyd olunan icra sənədini ödəməməsi səbəbindən Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib 15 (on beş) gün müddətinə inzibati həbs edilmişdir. xx.xx.2025-ci il tarixdə Təqsirləndirilən şəxs şəxsiyyətini təsdiq edən sənədlə birlikdə Qaradağ rayon İcra Şöbəsinə gəlib icra üzrə tələbi təmin etməsi tələb olunmuş, əks halda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunmasına dair barəsində toplanmış materialların Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İstintaq İdarəsinə göndəriləcəyi barədə 3-cü dəfə xəbərdar edilmişdir (i.v. 72-73). Borclu Təqsirləndirilən şəxs tərəfindən tələbkar X7 xx.xx.2020-xx.xx.2025-ci illər üzrə ödədiyi aliment puluna dair cədvəldən görünür ki, Təqsirləndirilən şəxs həmin müddətdə icra sənədində nəzərdə tutulan aliment borcu üzrə A.S.Vahidliyə 3060 manat ödəniş etmiş, lakin 16660 manatı isə ödəməmişdir (i.v. 88-89). 21 dekabr 2022-ci il tarixli, 14 sentyabr 2023-cü il tarixli və 24 fevral 2025-ci il tarixli X8 Bakı şəhəri Qaradağ rayon İcra Şöbəsində verdiyi izahatlarının surətlərindən görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 20 avqust 2020-ci il tarixli, 2(001)- 3667/2020-007 nömrəli icra sənədindən xəbərdar olduğunu, maddi durumu imkan vermədiyindən və daimi işləyə bilmədiyinə görə icra sənədini tam şəkildə icra etməmiş, 24 fevral 2025-ci il tarixədək aliment borcu üzrə cəmi 3060 manat ödəniş aparmışdır (i.v. 21- 23, 32-34, 64-66). Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tələbnaməyə verilmiş 20 may 2025-ci il tarixli cavabdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (i.v. 110). Şəxsiyyət vəsiqələrinin surətlərindən və elektron məhkəmə sistemindən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs aliment ödənilməli xx.xx.2013-cü il təvəllüdlü X12 və xx.xx.2015-ci il təvəllüdlü X10 vardır (i.v. 90). Cinayət işinin materiallarına əlavə edilmiş zərərçəkmiş şəxs Məmmədova (Vahidli) Aysel Sarıxan qızının məhkəmə iclasında təqdim etdiyi notariatda təsdiq edilmiş xx.xx.2025-ci il tarixli ərizəsindən görünür ki, Vahidli X11 Rayon Məhkəməsinin xx.xx.2020ci il tarixli 2(001)-3667/2020 saylı qətnaməsinə əsasən, övladları X10 və X6 yetkinlik yaşına çatana kimi saxlanılması üçün ödənilməli olan aliment borcunu tam şəkildə ödəmişdir. Uşaqların yetkinlik yaşına çatana kimi ödənilməli olan alimentdən imtina edir. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsinə, azadlığa buraxılmasına razıdır, etiraz etmir. Cinayət işinin materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs məhkəmə iclasında təqdim etdiyi ərizəsindən görünür ki, aliment borcunu valideynləri vasitəsilə tam şəkildə ödəmişdir. Zərərçəkmiş şəxsin ona qarşı şikayəti və tələbi yoxdur. Əməlindən peşmandır, özünü təqsirli bilir. Onun barəsində zərərçəkmiş şəxsin verdiyi ərizəni və onun heç bir etirazının olmadığını nəzərə alaraq cinayət təqibi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün, zərərçəkmiş şəxsin və şahidlərin məhkəmə iclasında verdikləri ifadələri ilə və digər iş materialları ilə onun qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq icra etməmə cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə tövsif edilmişdir. Lakin, müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yaranmışdır. Belə ki, zərərçəkmiş şəxs Məmmədova (Vahidli) Aysel Sarıxan qızının və təqsiləndirilən şəxs Təqsirləndirilən şəxs məhkəməyə təqdim etdikləri ərizələrindən və məhkəmə iclasında verdikləri ifadələrindən göründüyü kimi, hər iki şəxs bir-biriləri ilə barışmış, zərərçəkmiş şəxsə dəymiş ziyan, yəni aliment borcu tamamilə ödənilməklə məhkəmə qətnaməsi tamamilə icra edilmiş, zərərçəkmiş şəxsin təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur, hər iki şəxs cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsinə əsasən, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini qərəzli olaraq icra etməmə və ya həmin məhkəmə aktlarının icrasına maneçilik törətmə - iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya üç yüz iyirmi saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Azərbaycan Respublikası CM-nin 306-cı maddəsinin qeyd hissəsində göstərilmişdir ki, CM-nin 306.1 və ya 306.2-ci maddələrində nəzərdə tutulmuş əməlləri törətmiş şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini həmin əməllərlə bağlı hökm qanuni qüvvəyə minənədək tam icra etdikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2012-ci il 2 oktyabr tarixli “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin şərh edilməsi haqqında” Qərarında göstərilmişdir ki, məhkəmə aktlarının qərəzli icra edilməməsini aşağıdakılara əsasən müəyyən etmək olar: - məhkəmə qərarında nəzərdə tutulmuş tələblərin həmin qərarda müəyyən edilmiş müddət ərzində icra edilməməsi; - borcluya məhkəmə qərarının icra edilməməsi haqqında dəfələrlə rəsmi xəbərdarlıq edilməsi; borclunun məhkəmə qərarını icra etməməsinə görə inzibati məsuliyyətə cəlb edilməsi; borclu tərəfindən məhkəmə qərarının icrası üçün yetərli tədbirlərin görülməməsi; borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının olması. Eyni zamanda, tələbin yönəldilməsi mümkün olan əmlakın və pul vəsaitinin gizlədilməsi, icradan yayınmaq məqsədilə əmlakın özgəninkiləşdirilməsi və borcun tam ödənilməsi imkanı olduğu halda kiçik məbləğin ödənilməsi ilə məhkəmə qərarının icrasından yayınma məhkəmə aktlarının qərəzli icra edilməməsi kimi qiymətləndirilməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306-cı maddəsinin “Qeyd” hissəsinin həmin Məcəllənin 11-ci fəsli və Azərbaycan Respublikası Cinayət - Prosessual Məcəlləsinin 39, 40, 41 və 43-cü maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 7 iyul 2023-cü il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306-cı maddəsində təsbit olunmuş cinayət əməlini törətmiş şəxsin həmin maddənin “Qeyd” hissəsinə əsasən təkrarən cinayət məsuliyyətindən azad edilməsi istisna edilmir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306-cı maddəsində təsbit olunmuş cinayət əməlini törətmiş şəxs həmin maddənin “Qeyd” hissəsində göstərilmiş şərtləri yerinə yetirdiyi halda, onun barəsində cinayət təqibinə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 40.3 və 43.1.2-ci maddələrinə əsasən xitam verilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 40.3-cü maddəsinə əsasən, şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Həmin Məcəllənin 43.1.2-ci maddəsində göstərilmişdir ki, Cinayət-Prosessual Məcəlləsinin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda, məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Məhkəmə iş materiallarını araşdıraraq, müdafiə tərəfinin cinayət təqibinə zərərçəkmiş şəxsin təqsirləndirilən şəxslə barışması ilə əlaqədar xitam verilməsinə razılığını, Təqsirləndirilən şəxs əməlindən peşman olmasını, zərərçəkmiş şəxslə barışmasını və ona dəymiş ziyanı tamamilə ödəməsini, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını, beləliklə də, məhkəmə qətnaməsinin icra edilməsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi və barəsində Azərbaycan Respublikası CM-nin 306-cı maddəsi ilə cinayət işi üzrə cinayət təqibinə həmin maddənin qeyd hissəsinə əsasən xitam verilməsi məqsədə uyğundur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarı ilə seçilmiş həbs qətimkan ləğv edilməli və o, dərhal məhkəmə iclas zalından azad edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş vəkilə dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2025-ci il tarixli 141 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat miqdarında müəyyən edilmişdir. İş üzrə maddi sübut, mülki iddia və ekspertiza xərcləri yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 40.3, 43.1.2, 321.2.1, 321.2.2 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə həmin maddənin qeyd hissəsinə əsasən xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi və işlə tanış olduğu 30 saata görə 330 (üç yüz otuz) manat məbləğində pul Azərbaycan Respublikasının Dövlət büdcəsinin hesabından Bakı şəhər 10 saylı Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə mülki iddia, maddi sübut və ekspertiza xərci yoxdur. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim: Emin Fətəliyev
Məhkəmə qərarları › İş №1(002)-115/2025
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №1(002)-115/2025
21.08.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver