Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-117/2023 02.05.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədova Ülviyyə Nizami qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs xx xxxxxxxx 1994-cü ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək CM-nin 69.3-cü maddəsinə əsasən qəti olaraq 02 il 02 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə çəkilməmiş qalmış 04 ay 20 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası 02 ay 10 gün müddətə azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilmiş və xx.xx.2022-ci il tarixdə cəzasının sonu ilə azad olunmuş, məhkumluğu ödənilməmiş və ya götürülməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs saxlanc yerinə qanunsuz daxil olmaqla, özgənin əmlakını açıq talayaraq soyğunçuluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs özgənin əmlakını ələ keçirmək məqsədi ilə 08 avqust 2022-ci il tarixdə saat 22 radələrində, Zərərçəkmiş şəxs məxsus ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin qarşısına gəlib hasardan aşmaqla yaşayış sahəsinə qanunsuz daxil olub saxlanc yeri hesab olunan mağazanın arxa tərəfindəki açıq qapıdan içəri daxil olaraq masanın altındakı “karton” pul qutusunu götürüb mağazadan çıxaraq gizli yolla talayarkən ev sahibi Zərərçəkmiş şəxs mağazanın içərisində olan müşahidə kamerası vasitəsilə onu aşkar edib evdən çıxaraq qışqırıb səsləməsinə baxmayaraq öz hərəkətlərini davam etdirib qutunun içərisində olan Zərərçəkmiş şəxs məxsus 300 manat pulu açıq talayaraq soyğunçuluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 180.2.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək göstərmişdir ki, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 ünvanında valideynləri ilə birlikdə yaşayır. Qaradağ rayonunda törətdiyi oğurluq əməlinə görə 5 saylı cəzaçəkmə müəssisəsində cəza çəkmişdir. 25 noyabr 2022-ci il tarixdə həbs müddəti bitdiyi üçün azad olunmuşdur. Hal-hazırda işləmir. 07 avqust 2022-ci il tarixdə Puta qəsəbəsində adını unutduğu kafedə yemək yeyib içki içdikdən sonra evə getmişdir. Saat 21 radələrinə yaşadığı Qaradağ rayonu, Qızıldaş qəsəbəsi, Yeni massiv 1, ev 34 ünvanına çatmışdır. Evdə valideynləri ilə aralarında narazılıq olduğu üçün onlarla mübahisə edib yenidən bayıra çıxmışdır. 07 avqust 2022-ci il tarixdə Puta qəsəbəsinə qayıtmağa qərar vermişdir. Saat 22 radələrində piyada yolda gedərkən Qızıldaş qəsəbəsi, 2-ci massivdə yerləşən mağazaya gözü sataşmışdır. Maddi vəziyyəti pis olduğu üçün mağazaya girməyə qərar vermişdir. Mağazanın arxa tərəfi həyət evinin içərisində idi. Mağazanın bayır tərəfdən qapısı bağlı olduğundan evin hasarından tullanıb həyətə düşmüşdür. Bu zaman mağazanın arxa qapısının açıq olduğunu görmüşdür. Daha sonra mağazaya daxil olmuşdur. Mağazanın içərisində işıq yanılı olmuşdur. Mağazaya girdikdə satıcını yeri tərəfə getmiş və orada kalkulyatorun yanında olan karton qutuda pulları görmüşdür. Daha sonra içində pul olan karton qutunu götürüb çıxmaq istəyərkən həyətdəki evdən bir nəfər şəxsin evin qapısından çıxdığını görmüşdür. Həmin şəxs onu görüb qışqırmağa başlamış və bu zaman o, həyəcanlanıb əlindəki pul dolu karton qutunu mağazanın içərisinə atıb daha sonra daş hasardan tullanıb qaçaraq oradan uzaqlaşmışdır. Oradan isə kirayə yaşadığı Puta qəsəbəsindəki evə gəlmişdir. O, həmin mağazdan oğurluq etmək istəsə də mağazanın sahibi onu gördüyü üçün pul qutusunu atıb qaçmış və oradan heçnə oğurlaya bilməmişdir. O, mağazada olan pul dolu karton qutunu götürüb çıxmaq istəyərkən həyət evindəki evin qapısının açıldığını, bir nəfər şəxsin çölə çıxdığını və onu gördüyünü, bu zaman əlindəki qutunu çıxış qapısının yanında olan stulun yanında yerə atıb qaçaraq oradan uzaqlaşdığını, 2021-ci il tarixdə Qaradağ rayonunda Lökbatan qəsəbəsində aptekdən pul oğurladığı üçün Qaradağ Rayon Məhkəməsi tərəfindən ona 2 il ay 6 ay azadlığın məhdudlaşdırılması cəzası verildiyini və hal-hazırda cəzasını çəkib qurtardığını, mağazadan oğurluq üçün konkret olaraq heç bir məbləğ nəzərdə tutmadığını, Nə qədər pul olsa götürüb çıxacağını, zərərçəkmiş şəxsin bildirdiyi kimi oradan 300 manat pul oğurlamadığını, onun həmin mağazadan oğurluq etmək istəsə də mağazanın sahibinin onu gördüyü üçün pul qutusunu tullayıb qaçdığından heçnə götürə bilmədiyini bildirmişdir. O məhkəmə iclasında öz ifadəsinə əlavə olaraq bildirmişdir ki, kassada o qədər pul olmamış, onun gördüyü 5-10 manatlıq və xırda pullar olmuşdur. Həmçinin hava küləkli olduğundan ola bilər ki, pul qutusunu atdıqdan sonra külək həmin pulları uçurmuşdur. O, zərərçəkmiş şəxslə barışıq əldə etmək üçün ziyanı ödəmişdir. O, 300 manat pulu oğurlamamışdır. Sadəcə zərərçəkmiş şəxsin səsini eşidərkən qapının ağzında həyəcanlandığı üçün bir neçə saniyə dayanmış və pulu atıb qaçmışdır. O, qutudan pulu götürməmişdir. O, özünü CM-nin 29,177.2.3-cü maddəsi ilə təqsirli bilir. O, öz ifadəsində son olaraq etdiyi əmələ haqq qazandırmadığını, lakin vəziyyətinin nəzərə alınmasını xahiş etdiyini bildirmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, Laçın rayonu, Ağbulaq kəndində qeydiyyatda olsa da hal hazırda Bakı şəhəri, Qaradağ rayonu, Qızıldaş qəsəbəsi, 2-ci masssiv fərdi yaşayış evində müvəqqəti yaşayır. Ailəlidir. O həmin ünvanda yerləşən yaşayış evinin həyətində mağaza işlədir. Həmin mağazanın iki giriş qapısı vardır. O qapılardan biri küçəyə, digər arxa tərəfdə olan giriş isə evin həyətinə açılır. xx.xx.2022-cı il tarixdə saat 22 radələrində o, mağazanın küçə tərəfə açılan qapısını bağlayıb istirahət üçün arxa qapıdan, yəni mağazanın həyətə açılan qapısından evə getmişdir. Bu zaman mağazanın həyətə açılan qapısını açıq qoymuşdur. Bundan sonra mağazaya quraşdırdığı kamera vasitəsilə bir nəfər şəxsin mağazanın həyətə açılan açıq qapıdan daxil olaraq orada rəfdə olan pul qutusunun içinə baxdığını, orada olan dəyəri yüksək pulları seçdiyini aşkarlamışdır. Bu zaman o həmin şəxsin arxasınca qaçmış, lakin şəxs onun səsini eşidib həyətin arxa tərəfindən hasardan tullanaraq qaçmışdır. Bu zaman həmin adamın Qızıldaş qəsəbəsində yaşayan Təqsirləndirilən şəxs olduğunu görmüşdür. Natiq onun səsindən oğurladığı qutunu yerə atıb qaçmışdır. O da qutunu götürüb mağazaya qayıtmış və pulları sayan zaman qutudan 300 manatın oğurlandığını aşkar etmişdir. Bundan sonra o bu barədə polisə məlumat vermişdir. Baş vermiş hadisə ilə bağlı ona 300 (üç yüz) manat məbləğində ziyan dəymişdir. Təqsirləndirilən şəxs tanıdığını, əvvəllər bir neçə dəfə onun mağazasına gəlib ərzaq aldığını, eyni qəsəbədə qaldığını, həmin şəxslə heç bir ədavəti və düşmənçiliyi olmadığını, ərizəsində bildirdiyi kimi Təqsirləndirilən şəxs əli ilə tutub saxlamadığını, cinayətkarın şəxsiyyətini yerində bildiyini, sadəcə olaraq ərizəsində fikrini düzgün izah edə bilmədiyi üçün səhv yazdığını, Təqsirləndirilən şəxs mağazadan pul qutusunu götürüb çıxarkən onun qapıdan çıxdığını görüb pul qutusunu mağazanın çıxışında olan stulun yanına ataraq qaçdığını göstərmişdir. Həmin vaxt pul qutusunda təxminən 550-600 manat aralığında pul olduğunu, həmin gün səhər pul qutusuna 420 manat pul qoyduğunu, bundan əlavə də pul qutusunda pul olduğunu, lakin cinayət hadisəsindən sonra qutuda olan pulları saydıqda təxminən 300 manat pulun olmadığını, həmin şəxsin mağazaya daxil olarkən ilk olaraq əlini pul qutusuna aparıb pulu götürmək istəyərkən evin içərisindən onun qışqırdığını eşidib pul qutusunu götürüb qaçmaq istəmişdir. O, öz ifadəsində daha sonra göstərmişdir ki, təqsirləndirilən şəxs pulu götürüb mağazadan çıxarkən onun səsini eşidib dayanmış və qapının ağzında bir neçə saniyə ləngimişdir. O, təqsirləndirilən şəxsin arxasınca qaçmış, lakin sonra evə qayıtmışdır. Məhkəmə gedişatında təqsirləndirilən şəxs ona vurulmuş 300 manat ziyanı ödəmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs məhkəməyə yazılı ərizə təqdim edərək təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını, ona yüngül cəza verilməsini xahiş etdiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, Laçın rayonu, Ağbulaq kəndində qeydiyyatdadır və hal hazırda ünvan 5 ünvanında fərdi yaşayış evində ailəsi ilə birlikdə yaşayır. Ailəlidir, 2 övladı var. İşləmir. Yoldaşı Zərərçəkmiş şəxs göstərilən yaşayış evinin həyətində mağaza işlədir. Həmin mağazanın iki giriş qapsısı vardır. Qapılardan biri küçəyə, digər arxa tərəfdə olan giriş isə onların evinin həyətinə açılır. xx.xx.2022-cı il tarixdə saat 22 radələrində əri Şafa mağazanın küçə tərəfə açılan qapısını bağlayıb evə istirahət üçün arxa qapıdan, yəni mağazanın həyətə açılan qapısından evə gəlmişdir. Bu zaman o, mətbəxdə ev işləri ilə məşğul olmuşdur. O, Şafanın qonaq otağından səsini eşitmiş və dərhal qonaq otağına keçmişdir. Orada olarkən Şafadan nə baş verdiyini soruşmuş və kameraya baxdıqda mağazaya adam girdiyini görmüşdür. Bundan sonra əri Şafa həmin şəxsin arxasınca evin qapısından çölə çıxmışdır. Uşaqlar qorxduğu üçün o, qapıdan çölə çıxmamış, sadəcə olaraq qapının qarşısında dayanmışdır. Əri Şafa qapıdan çıxdıqda həmin şəxs qaçaraq oradan uzaqlaşmışdır. Bundan sonra Şafa pul qutusunu götürüb saymağa başlamışdır. Daha sonra ona mağazada olan pul qutusundan təxminən 300 manat pulun əksik olduğunu və həmin şəxsin oğurladığını bildirmişdir. Şafa həmin şəxsin qonşuluqda yaşayan Təqsirləndirilən şəxs adlı şəxs olduğunu, hərdən mağazaya gəldiyini bildirmişdir. Bundan sonra əri Şafa DİN-in 102 xidmətinə zəng edərək məlumat vermişdir. Hadisə yerinə polis əməkdaşları gəlmişdir. Daha sonra hadisə yerindən əlbarmaq izləri götürmüşlər və evdə əri Şafanın ərizə və izahatını almışlar. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X4 Hüquqi Şəxsin 30 dekabr 2022-ci il tarixli 3498 nömrəli rəyindən görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs qeyd olunan cinayət törədilən anda hər hansı psixi xəstəlik müəyyən edilmir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs cinayət əməlini törədilən anda xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik müəyyən edilmir. Təqsirləndirilən şəxs qərarda qeyd edilən əməli törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməldir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəlik aşkar edilmir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hazırda ifadə vermək qabiliyyəti və onun baş verənləri düzgün qavrayıb təsvir edə bilmək iqtidarındadır. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs qeyd olunan cinayət törədilən anda hər hansı psixi xəstəlik qeyd edilməyib. Təqsirləndirilən şəxs öz hərəkətlərini faktiki xarakterini və ictimai təhlükəkliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hazırda da hər hansı psixi xəstəlik aşkar olunmur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri alına düşmür. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hazırda da hər hansı psixi xəstəlik aşkar olunmur.Təqsirləndirilən şəxs qeyd olunan cinayət əməlini törədərkən əqli-intellektual imkanlarında hər hansı dəyişiklik yaranmamışdır. Əqli-intellektual imkanlarına görə hadisə zamanı öz hərəkətlərini ölçübbiçmək qabiliyyətinə malik olmuşdur.Təqsirləndirilən şəxs əqli-intellektual imkanları normaya uyğundur. Eqosentrizm, məsuliyyətsizlik, səthilik, başqalarının hiss və həyəcanlarına qarşı biganəlik kimi xarakterik xüsusiyyətlərə malikdir. Fərdi-psixi xüsusiyyətlərinə özündən uydurmağa və başqalarının təsiri altında hərəkət etməyə meyllilik əlamətləri aşkar olunmadı.Təqsirləndirilən şəxs cinayət törədən zaman fizioloji affekt vəziyyətində olmamışdır.Təqsirləndirilən şəxs cinayət törətdiyi zaman şüuruna və fəaliyyətinə təsir göstərə bilən psixi-emosional vəziyyətdə olmamışdır. Cinayət işi üzrə üzləşdirmə istintaq hərəkəti keçirilərkən Zərərçəkmiş şəxs araşdırma zamanı verdiyi ifadəsini Təqsirləndirilən şəxs üzünə deyib təsdiq edərək, onu 07 avqust 2022-ci il tarixdə saat 22 radələrində işlətdiyi mağazadan 300 manat pulu soyğunçuluq yolu ilə ələ keçirməkdə ifşa etmişdir. «Hadisə yerinə baxış keçirilməsi barədə» 07 avqust 2022-ci il tarixli protokoldan görünür ki, hadisə yeri ünvan 5 ünvanında yerləşən həyət evinə bitişik ərzaq mağazasıdır. Hadisə yerinin müayinəsi zamanı hadisə yerindən götürülmüş əl-barmaq izləri xx.xx.2022-ci il tarixli, 069-6959-1222 saylı məktubla DİN-in KTİ-nin ADİS-in məlumat bankında olan şəxslərin əl əksləri ilə müqayisə edilməsi üçün DİN-in KTİ-nə göndərilmişdir. DİN-in KTİ-dən daxil olmuş 011-9836-1222 saylı, xx.xx.2022-ci il tarixli məktuba əsasən hadisə yerindən götürülmüş əl izlərindən 01 ədədinin xx.xx.1994-cü il təvəllüdlü, Bakı şəhərində anadan olmuş, Təqsirləndirilən şəxs sol əlinin şəhadət barmağı ilə eynilik təşkil etdiyi müəyyən edilmişdir. «Videogörüntüyə baxış keçirilməsi haqqında» 03 noyabr 2022-ci il tarixli protokoldan görünür ki, 07 avqust 2022-ci il tarixdə Zərərçəkmiş şəxs məxsus ünvan 5 ünvanında yerləşən həyət evinə bitişik ərzaq mağazasına bir nəfər qara köynəkli, qara şalvarlı şəxs açıq qapıdan içəri daxil olaraq orada olan masanın alt hissəsindəki karton qutunu götürərək çölə çıxır. Videogörüntü 44 saniyə davam edir. “Videogörüntüyə baxış keçirilməsi haqqında” 22 dekabr 2022-ci il tarixli protokoldan görünür ki, 07 avqust 2022-ci il tarixdə Zərərçəkmiş şəxs məxsus ünvan 5 ünvanında yerləşən həyət evinə bitişik ərzaq mağazasına bir nəfər qara köynəkli, qara şalvarlı şəxs açıq qapıdan içəri daxil olaraq orada olan masanın alt hissəsindəki karton qutunu götürərək çölə çıxır. Videogörüntü 44 saniyə davam edir. Baxışda iştirak edən Təqsirləndirilən şəxs həqiqətəndə həmin videogörüntünün 07 avqust 2022-ci il tarixdə ünvan 5 ünvanında yerləşən mağazadan etdiyi oğurluq hadisəsini özündə əks etdirən videogörüntü olmasını, həmin videogörüntüdəki şəxsin özü olmasını, lakin zərərçəkmiş şəxsi gördükdən sonra pul qutusunu əlindən atıb heçbir şey götürməyək oradan qaçdığını bildirmişdir. İşdə olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən tərtib edilmiş tələbnamədən, hökmün və qərarın surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək CM-nin 69.3-cü maddəsinə əsasən qəti olaraq 02 il 02 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə çəkiləmiş qalmış 04 ay 20 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası 02 ay 10 gün müddətə azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilmiş və xx.xx.2022-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməsə də məhkəmə onun bu ifadəsini öz məsuliyyətini yüngülləşdirmək məqsədilə verdiyi qeyri-səmimi ifadə kimi qiymətləndirir. Belə ki, məhkəmə baxışı zamanı videogörüntüyə baxış keçirilən zaman da müəyyən edilmişdir ki, təqsirləndirilən şəxs mağazanın daxilindən bir ədəd pul qutusunu götürüb mağazadan həyətə çıxmaq istəyərkən dayanmış və bir neçə saniyə ləngiyərək mağazanı tərk etmişdir. Həmin ləngimə zamanı təqsirləndirilən şəxsin hansı hərəkət etməsi bilavasitə görünməsə də həmin ləngimə müddəti onun qeyd olunan pul qabından pulu götürməsi üçün vaxt itirdiyinə dəlalət edir. Bundan başqa iş materiallarından aydın olur ki, Zərərçəkmiş şəxs elə ilk gündən polis bölməsinə öz xətti ilə yazdığı şikayət ərizəsi və izahatında, eləcə də sonrakı ifadələrində təqsirləndirilən şəxs tərəfindən 300 manat məbləğində pulun götürüldüyünü bildirmiş və bunu təqsirləndirilən şəxsin üzünə qarşı da çəkinmədən demişdir. Bundan əlavə təqsirləndirilən şəxsin məhkəmə gedişatı dövründə zərərçəkmiş şəxslə barışıq əldə etmək məqsədilə 300 manat məbləğində pulu qaytarması bir daha onun verilmiş ittihamı dolayısı ilə qəbul etməsini təsdiq edir. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə tədqiq edilmiş sübutların tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli tam sübuta yetir və onun əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 180.2.3-cü maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsulliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə vurulmuş ziyanı ödəməsi cəzanı yüngülləşdirən haldır. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinin tələblərinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi daha məqsədə müvafiq, həmdə cəzanın məqsədlərinə nail olunması baxımdan daha ədalətlidir. Həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəsisəsində çəkməlidir. Cinayət işinin materiallarından aydın olur ki, Təqsirləndirilən şəxs qeyd olunan cinayət işi ilə əlaqədar faktiki olaraq 22 dekabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və 23 dekabr 2022-ci il tarixdə barəsində “həbs” qətimkan tədbiri seçilməsindən imtina edilmiş və “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Odur ki, bu hal Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən cəza təyini zamanı nəzərə alınmalıdır. İbtidai istintaq zamanı və məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili X3 tərəfindən 45 iş saatı, məhkəmə baxışı zamanı isə Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 20 iş saatı sərf olunmuşdur. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 270 (iki yüz yetmiş) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X2 və 120 (yüz iyirmi) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədikləri Bakı şəhər 10 saylı Vəkil Bürosunun hesabına ödənilməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358, 381 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs şübhəli şəxs kimi tutulduğu 01 (bir) gün müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hazırkı hökmlə təyin olunmuş cəzadan çıxılsın və onun üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə saxlanılsın. Barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalından dərhal həbsə alınsın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzasının əvvəli həbsə alındığı gündən, yəni 02 may 2023-cü il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərilmiş hüquqi yardımla bağlı 270 (iki yüz yetmiş) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X2 və məhkəmə baxışı zamanı göstərilmiş hüquqi yardımla bağlı 120 (yüz iyirmi) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədikləri Bakı şəhər 10 saylı Vəkil Bürosunun (“Kapitalbank” Qaradağ rayon filialı H/h ********************, kod 200220, VÖEN **********) hesabına ödənilsin. Hökmdən elan olunduğu, təqsirləndirilən şəxs tərəfindən isə hökmün surəti ona təqdim edildiyi vaxtdan 20 (iyirmi) gün müddətinə Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Rufan Mürsəlov
Məhkəmə qərarları › İş №1(002)-117/2023
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-117/2023
02.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver