Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-117/2025 05.08.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Fətəliyev Emin Mirzə oğlunun sədrliyi, Əliyeva Zülfiyyə Vidadi qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1989-cu il tarixdə Şirvan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 28 aprel 2025-ci il tarixli hökmü ilə 1 il 9 ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 1 il 9 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Ağdam rayonu, Əlimədədli kəndində qeydiyyatda olan və ünvan 1 ünvanda yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Qaradağ Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 180.2.2-ci maddəsi ilə verilən ittihama əsasən o, tamah niyyəti ilə özgənin əmlakını açıq olaraq talamaq məqsədi ilə 27 fevral 2025-ci il tarixdə gecə saat 23 radələrində ünvan 2 ünvanının qarşısında olan zaman qonşusu və tanışı Zərərçəkmiş şəxs2 yaxınlaşaraq mobil telefonla danışmaq bəhanəsi ilə sonuncunun 370 manat dəyərində "HONOR" markalı "X6 B" modelli, həmin telefonda aktiv edilərək istifadə etdiyi ikisinin ümumi qiyməti 10 manat təşkil edən ***-***-**-** və 070- ***-**-** saylı GSM nömrəli mobil telefon aparatını əlindən alıb oradan uzaqlaşmaqla Zərərçəkmiş şəxs2 ümumilikdə 380 manat məbləğində əmlakını açıq talayaraq soyğunçuluq etmişdir. Bundan başqa o, tamah niyyəti ilə özgənin əmlakını açıq olaraq talamaq məqsədi ilə 07 mart 2025-ci il tarixdə gecə saat 00:20 radələrində Qaradağ rayonu Lökbatan qəsəbəsi 28 may küçəsində yerləşən Bravo marketin qarşısında olan zaman qaynı Zərərçəkmiş şəxs1 mobil telefonu ilə danışmaq bəhanəsi ilə sonuncunun 1400 manat dəyərində "İPHONE 13" markalı, həmin telefonda aktiv edilərək istifadə etdiyi ikisinin ümumi qiyməti 10 manat təşkil edən ***-***-**-** və ***-***-**-** saylı GSM nömrəli mobil telefon aparatını əlindən alıb oradan uzaqlaşmaqla Zərərçəkmiş şəxs1 ümumilikdə 1410 manat məbləğində əmlakını açıq talayaraq təkrar soyğunçuluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 180.2.2-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, o, 28 fevral 2025-ci il tarixdə Bakı şəhəri Lökbatan qəsəbəsində yaşadığı ünvanın yaxınlığında olan zaman tanıdığı Zərərçəkmiş şəxs2 görmüş və Zərərçəkmiş şəxs2 məxsus mobil telefonu danışmaq adı ilə həmin şəxsdən almışdır. Bir qədər müddət keçdikdən sonra o, oradan uzaqlaşmışdır. Daha sonra Nailin bu barədə polisə müraciət etdiyini müəyyən etmişdir. Nailin telefonunu götürməkdə məqsədi müəyyən qədər borcunu ödəmək istəməsi olmuşdur. Sonradan Nailin bu barədə polisə şikayət etdiyini bilərək mobil telefonu həmin şəxsə geri qaytarmışdır. Bundan başqa, o, 07 mart 2025-ci il tarixdə təxminən saat 23 radələrində qaynı Zərərçəkmiş şəxs1 ilə onların yaşadığı ünvandan çıxaraq, Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsində fəaliyyət göstərən Bravo marketin yaxınlığına gəlmişlər. Elnurun istifadəsində “İPHONE 13” markalı mobil telefon olduğu ona məlum olmuş, özünün isə istifadəsində mobil telefon olmadığından Elnurun telefonunu götürüb özü istifadə etmək qərarına gəlmişdir. Bravo marketin yaxınlığında olan zaman Zərərçəkmiş şəxs1 "sən telefonu mənə ver zəng edib qaytaracağam" demişdir. Elnur razılaşaraq mobil telefonu ona vermişdir. Sonra Zərərçəkmiş şəxs1 kart verərək mağazadan siqaret almasını bildirmiş, Elnur mağazaya daxil olduqdan sonra o, oradan uzaqlaşaraq bacısının yaşadığı Xəzər rayonu Binə qəsəbəsinə getmişdir. Elnurun baş vermiş hadisə ilə bağlı polisə müraciət etdiyi ona məlum olmuşdur. 08 mart 2025-ci il tarixdə Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsinə gəlmişdir. Polis əməkdaşları ona yaxınlaşaraq Qaradağ RPİ-nin 10-cu polis şöbəsinə dəvət etmişlər. 10-cu polis şöbəsində olan zaman Elnurdan götürdüyü mobil telefonu polis əməkdaşlarına təhvil vermişdir.Hadisəni tək törətmiş, zərərçəkmiş şəxslərə qarşı hər hansı bir fiziki zor tətbiq etməmiş, Elnur və Nail adlı şəxslər özlərinə məxsus olan mobil telefonları ona könüllü surətdə vermişlər. Elnura və Nailə qarşı etdiyi əməllərindən peşmandır. Yüngül cəza verilməsini xahiş edir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, zərərçəkmiş şəxslərin ifadələri və iş materiallarında olan digər sənədlər ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında Zərərçəkmiş şəxs1 ifadəsində bildirmişdir ki, 06 mart 2025-ci il tarixdə saat 23:30 radələrində yaşadığı Bakı şəhəri, ünvan 5 ünvanında olan zaman bacısı X4 əri Təqsirləndirilən şəxs ona zəng vuraraq görüşmək istədiyini deyərək onu Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Təzə evlər adlanan ərazidə adını bilmədiyi kafenin qarşısına dəvət etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs dediyi yerə getmişdir. 07 mart 2025-ci il tarixdə saat 00:20 radələrində orada Təqsirləndirilən şəxs ilə görüşən zaman, Elman taksi fəaliyyəti ilə məşğul olmaq üçün icarəyə avtomobil götürdüyünü bildirib ona birlikdə Lökbatan qəsəbəsi ərazisində olan marketin yanına getməyi təklif etmişdir. O, da inanaraq Təqsirləndirilən şəxs ilə birlikdə piyada qeyd olunan marketin yanına getmişlər. Yolda Təqsirləndirilən şəxs avtomobilin sahibinə zəng vurmaq üçün telefonunu istəmiş, bu zaman özünə məxsus üzərində (055) ***-**-** və (077) ***-**- ** saylı GSM nömrələri olan "İphone 13" markalı mobil telefonu Elmana vermişdir “Bravo” marketin qarşısına çatanda isə Təqsirləndirilən şəxs ona “Leo bank” kartını verərək marketdən siqaret almasını xahiş etmiş, o, da bank kartını Təqsirləndirilən şəxs alaraq "Bravo" marketə daxil olmuşdur. Marketdə olan zaman kartın balansında pul olmadığını biləndən sonra marketdən çıxmış, lakin həmin vaxt Təqsirləndirilən şəxs marketin qarşısında görə bilməmişdir. Təqsirləndirilən şəxs verdiyi mobil telefonunun üzərində olan nömrəyə zəng vurub Təqsirləndirilən şəxs harada olduğunu soruşanda, Təqsirləndirilən şəxs müxtəlif bəhanələr gətirərək gah gəldiyini demiş, gah da mobil telefonu qaytarmaq üçün ondan pul istəmişdir. Yaşadığı evə gedib Təqsirləndirilən şəxs onu aldadaraq telefonunu aldığını bildirəndə bacısı Leyla Qurbanova baş vermiş hadisə barədə Daxili İşlər Nazirlyinin 102 xidmətinə zəng vurub məlumat vermişdir. Təqsirləndirilən şəxsla həmişə normal münasibəti olmuşdur. Təqsirləndirilən şəxs telefonu ondan danışıb qaytarmaq adı ilə almışdır. Mobil telefonunun 1400 manat, mobil telefonda olan GSM nömrələrin isə ümumilikdə 10 manat qiyməti olmuşdur. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs ilə 7-8 ay ərzində tanışlığı olmuşdur. Elman ailəsi ilə onun yaşadığı evin yaxınlığında kirayə yaşamış, hər zaman Təqsirləndirilən şəxs ilə normal münasibət saxlamışdır. 27 fevral 2025-ci il saat 23:00 radələrində yaşadığı evin yanında təsadüfən Elmanla rastlaşmışdır. Həmin vaxt Təqsirləndirilən şəxs ondan danışmaq məqsədi ilə mobil telefonunu istəmiş, o, isə inanaraq özünə məxsus üzərində (050) ***-**-** və (070) ***-**-** saylı GSM nömrələr olan “HONOR” markalı ”X6b” modelli mobil telefonunu ona vermişdir. Təqsirləndirilən şəxs mobil telefonu ondan alandan sonra yaxınlıqda olan “Brend” рaltar mağazasının yanında bir nəfər şəxslə görüşüb qayıdacağını bildirib getmiş, lakin geri gəlməmişdir. Bundan sonra o, anasının istifadə etdiyi mobil telefonla Elman Əızimovun mobil telefonuna zəng vurub harada olduğunu soruşanda Elman əvvəlcə müxtəlif bəhanələr gətirərək telefonu verəcəyini desə də, sonradan telefonu başqa birinə verdiyini və ona qaytarmayacağını deyəndə, o, bu barədə Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng vurub məlumat vermişdir. O, DİN-in 102 xidmətinə məlumat verən zaman əsəbi və həyacanlı olduğu üçün Elmanın telefonu ondan götürəndən sonra qaçdığını səhvən bildirmiş, əslində Elmanın yaxınlıqda olan mağazanın yanına gedib qayıdacağını və yolda mobil telefonla danışacağını bildirəndə o, razılaşaraq telefonunu Elmana özü könüllü şəkildə vermişdir. Mobil telefonunu 370 manata, telefonun üzərində olan (050) ***-**-** və (070) ***-**-** saylı nömrələri isə ümumilikdə 10 manata almışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işinin başlanılması və icraata qəbul edilməsi haqqında qərardan görünür ki, xx.xx.2025-ci il tarixdə (saat 15:00) fakta görə Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış, icraata qəbul edilməklə istintaqı aparılmışdır (i.v.1). Şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə saat 16:30-da tutulmuşdur (i.v.50-51). Cinayət əməlinin tövsif edilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsindən CM-nin 180.2.2-ci maddəsinə tövsif edilmişdir (i.v. 58). Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.2.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə nəzərdə tutulmuş ittiham elan edilmişdir (i.v. 60-61). Həbs qətimkan tədbirinin seçilməsi haqqında Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həmin tarixdə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli tutulduğu 09 mart 2025ci il tarixdən, saat 16:30-dan hesablanmış və saxlanılması üçün Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı istintaq təcridxanasına təhvil verilmişdir (i.v. 80-83). Təqsirləndirilən şəxsə yenidən ittiham elan olunması haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.2.2-ci maddəsi ilə yenidən ittiham elan edilmişdir. Təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinin uzadılmaması haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, həbsdə saxlama müddəti xx.xx.2025-ci il tarixdə başa çatan Təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrum etmə cəzası təyin edildiyindən, onun həbsdə saxlama müddətinin uzadılması barədə təqdimatın verilməsi məqsədəuyğun hesab edilməmişdir (i.v. 171-172). Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanılması haqqında 31 may 2025-ci il tarixli protokollardan və protokollara əlavə edilmiş fotoşəkillərdən görünür ki, o, ifadəsi yerində yoxlanılarkən, 27 fevral 2025-ci il tarixdə saat 23 radələrində tanışlıq münasibətində olduğu qonşusu Zərərçəkmiş şəxs2 “HONOR” markalı “X6B” modelli mobil telefonunu danışmaq adı ilə götürüb uzaqlaşdığı ünvan 6 ünvanının qarşısını, həmçinin 07 mart 2025-ci il tarixdə saat 00:20 radələrində qaynı zərərçəkmiş şəxs X5 “İPHONE 13” markalı mobil telefonunu danışmaq adı ilə götürüb uzaqlaşdığı Qaradağ rayonu Lökbatan qəsəbəsi 28 may küçəsində yerləşən Bravo marketin qarşısını göstərmişdir (i.v. 128-134). Əşyaya baxış keçirilməsi haqqında xx.xx.2025-ci il tarixli 002330 nömrəli protokoldan və protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, Zərərçəkmiş şəxs1 təqdim edilmiş “İPHONE 13” markalı mobil telefonun ona məxsus olduğunu bildirmişdir (i.v. 84-86). Əşyaya baxış keçirilməsi haqqında xx.xx.2025-ci il tarixli 002335 nömrəli protokoldan və protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, Zərərçəkmiş şəxs2 təqdim edilmiş “HONOR” markalı “X6 B” modelli mobil telefonun ona məxsus olduğunu bildirmişdir (i.v. 84-89). Maddi sübut hesab etmək haqqında xx.xx.2025-ci il tarixli 002368 nömrəli qərardan görünür ki, Zərərçəkmiş şəxs1 “İPHONE 13” markalı mobil telefonu iş üzrə maddi sübut kimi tanınmışdır (i.v. 90). Maddi sübut hesab etmək haqqında xx.xx.2025-ci il tarixli 002375 nömrəli qərardan görünür ki, Zərərçəkmiş şəxs2 “HONOR” markalı “X6B” modelli mobil telefonu iş üzrə maddi sübut kimi tanınmışdır (i.v. 92). xx.xx.2025-ci il tarixli qəbzlərdən görünür ki, Zərərçəkmiş şəxs1 “İPHONE 13” markalı mobil telefonu və Zərərçəkmiş şəxs2 “HONOR” markalı “X6B” modelli mobil telefonu həmin zərərçəkmiş şəxslərə qaytarılmışdır (i.v. 94-95). Zərərçəkmiş şəxs1 notariat ofisində verilmiş xx.xx.2025-ci il tarixli ərizəsindən və Zərərçəkmiş şəxs2 notariat ofisində verilmiş xx.xx.2025-ci il tarixli ərizəsindən görünür ki, zərərçəkmiş şəxlər Təqsirləndirilən şəxs barəsində heç bir şikayət və tələbləri olmadığını bildirərək ərizələrinin nəzərə alınmasını xahiş etmişlər (i.v. 97, 124). Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən daxil olmuş tələbnaməyə xx.xx.2025-ci il tarixli cavabdan və Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 28 aprel 2025-ci il tarixli 1(002)-57/2025 nömrəli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 09 ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 01 il 09 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir (i.v. 111-113, 114-123). İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Van Mexelen və başqalarının Niderlanda qarşı” işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində göstərilmişdir ki, sübutların mümkünlüyü əsasən milli qanunvericiliklə tənzimlənən məsələ olduğundan məhz milli məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. Məhkəmənin (İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin) vəzifəsi şahid ifadələrinə qiymət vermək deyil, ümumilikdə məhkəmə araşdırmasının ədalətli keçirilibkeçirilməməsinə, o cümlədən təqdim olunan sübutların necə əldə olunmasını müəyyən etməkdən ibarətdir. “B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət prosesual qanunvericiliyi müəyyən edir (Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız Cinayət Prosesual Məcəlləsində (bundan sonra - CPM) göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-nin həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olub-olmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericilik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət prosesual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, CPM-nin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tətqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPM-nin 349.3, 349.4, 349.5-ci maddələri). “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli qərarında göstərilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 nömrəli Plenum qərarının 37-ci bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif edə və ya ona qarşı irəli sürülmüş ittihamdan ayrıayrı bəndləri çıxara bilər. İttihamın bu şəkildə dəyişdirilməsi hökmün nəticəvi hissəsində deyil, təsviri-əsaslandırıcı hissəsində əks etdirilməli və əsaslandırılmalıdır. Lakin, nəzərə almaq lazımdır ki, cinayətin tövsifinin belə dəyişdirilməsinə yalnız o şərtlə yol verilə bilər ki, təqsirləndirilən şəxsin cinayət qanununun yeni maddəsi ilə tövsif olunan hərəkətləri və yaxud hərəkətsizliyi ona qarşı irəli sürülmüş (məhkəməyə verilən) ittihamda nəzərə alınmış olsun, daha ağır cinayətin əlamətlərinə malik olmasın və yaxud dəyişdirilmiş ittiham faktiki hallarına görə məhkəmədə baxılan ittihamdan əhəmiyyətli dərəcədə fərqlənməsin, ittihamın dəyişdirilməsi isə təqsirləndirilən şəxsin müdafiə hüququnu pozmasın. Daha ağır ittiham dedikdə aşağıdakılar başa düşülməlidir: a) təqsirləndirilən şəxsə cinayət qanununun sanksiyası daha ağır cəza nəzərdə tutan norması tətbiq olunur; b) ittihama, təqsirləndirilən şəxsə istinad edilməyən əlavə faktlar (epizodlar) daxil edilir ki, bu da cinayətin CM-in daha ağır cəza nəzərdə tutan maddəsinə tövsif edilməsinə səbəb olur, yaxud əməlin hüquqi tövsifini dəyişməsə də, faktiki hallar baxımından ittihamın həcmini genişləndirir. Təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulmasına səbəb olduğu halda ittihamın məzmununun başqa şəkildə dəyişdirilməsi də faktiki hallara görə məhkəmədə baxılan ittihamdan əhəmiyyətli dərəcədə fərqlənən ittihamın təqsirləndirilən şəxsə istinad edilməsi kimi qiymətləndirilməli və belə dəyişikliyə yol verilməməlidir (məsələn, ittihamda göstərilən əməllərin əvəzinə başqa əməllərin və yaxud qəsdin yönəldiyi obyektə, təqsirin formasına və s. mühüm əlamətlərə görə fərqlənən cinayətin təqsirləndirilən şəxsə istinad edilməsi). Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir. Beləliklə, məhkəmə təqsirləndirilən şəxsin əməlinə hüquqi qiymət verərək, yuxarıda qeyd olunan və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanaraq, belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə 27 fevral 2025-ci il tarixdə saat 23 radələrində ünvan 7 ünvanının qarşısında olan zaman qonşuluğunda yaşayan tanışı Zərərçəkmiş şəxs2 yaxınlaşaraq danışmaq bəhanəsi ilə sonuncunun 370 manat dəyərində "HONOR" markalı "X 6 В" modelli, həmin telefonda aktiv edilərək istifadə etdiyi ikisinin ümumi qiyməti 10 manat təşkil edən (050) ***-**-** və (070) ***-**-** saylı GSM nömrəli mobil telefon aparatını istəmiş, Zərərçəkmiş şəxs2 inandıraraq mobil telefonu alaraq yaxınlıqda olan “Brend” рaltar mağazasının yanında bir nəfər şəxslə görüşüb qayıdacağını bildirib oradan uzaqlaşmış, Zərərçəkmiş şəxs2 onun geri qayıtmadığını görərək həmin şəxslə apardığı telefon danışığından sonra aldadıldığını başa düşmüş, beləliklə də, aldatma və etibardan sui-istifadə etmək yolu ilə Zərərçəkmiş şəxs2 ümumilikdə 380 manat dəyərində əmlakını ələ keçirərək dələduzluq etmişdir. Bundan başqa o, tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə 07 mart 2025-ci il tarixdə saat 00:20 radələrində qaynı Zərərçəkmiş şəxs1 Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Təzə evlər adlanan ərazidə adını bilmədiyi kafenin qarşısına dəvət etmiş, onlar həmin ünvanda görüşən zaman, o, taksi fəaliyyəti ilə məşğul olmaq üçün icarəyə avtomobil götürdüyünü bildirib Zərərçəkmiş şəxs1 onunla birlikdə qəsəbə ərazisində olan marketin yanına getməyi təklif etmiş, onlar birlikdə piyada qeyd olunan marketin yanına getmişlər. Yolda avtomobilin sahibinə zəng vurmaq üçün Zərərçəkmiş şəxs1 mobil telefonunu istəmiş, Zərərçəkmiş şəxs1 qohumu olduğundan inanaraq 1400 manat dəyərində "İPHONE 13" markalı, həmin telefonda aktiv edilərək istifadə etdiyi ikisinin ümumi qiyməti 10 manat təşkil edən (055) ***-**-** və (077) ***-**-** saylı GSM nömrəli mobil telefon aparatını ona vermiş, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 28 may küçəsində yerləşən Bravo marketin qarşısında olan Zərərçəkmiş şəxs1 inamını möhkəmlətmək üçün balansında pul olmayan bank kartını verərək marketdən onun üçün siqaret almağını xahiş etmiş, Zərərçəkmiş şəxs1 bank kartını ondan götürərək "Bravo" marketə daxil olub marketdə olan zaman kartın balansında pul olmadığını biləndən sonra marketdən çıxmış və onun gəlmədiyini görərək həmin şəxslə apardığı telefon danışığında aldadıldığını başa düşmüş, beləliklə də, aldatma və etibardən sui-istifadə etmək yolu ilə Zərərçəkmiş şəxs1 ümumilikdə 1410 manat dəyərində əmlakını ələ keçirərək təkrarən dələduzluq etmişdir. İbtidai istintaq tərəfindən verilən ittihamda Təqsirləndirilən şəxs mobil telefonları zərərçəkmiş şəxslərin əlindən alıb özgənin əmlakını açıq talamaqla soyğunçuluq etdiyi göstərilmişdir. Lakin işin faktiki hallarına nəzər saldıqda bu xüsusatlar təsdiqini tapmamış, Təqsirləndirilən şəxs tərəfindən mobil telefonların zərərəçəkmiş şəxslərdən zorla alınmadığı, mobil telefonların zərərçəkmiş şəxslərin könüllü iradələri əsasında Təqsirləndirilən şəxs verildiyi, Təqsirləndirilən şəxs mobil telefonları zərərçəkmiş şəxslərdən götürdükdən sonra qaçmadığı, adi sərbəst yerişlə, hər hansı müqavimətlə üzləşməyəcəyinə arxayın olaraq oradan uzaqlaşıb gözdən itdikdən sonra həmin telefonları ələ keçirməyə nail olduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 uzun müddət tanımış və onunla uzun müddət tanışlıq münasibətində olmuş, Zərərçəkmiş şəxs1 isə Təqsirləndirilən şəxs qaynı olmuş, hər iki zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs dediklərinə inanaraq, Təqsirləndirilən şəxs tərəfindən aldadılmalarını güman etməmişlər. Təqsirləndirilən şəxs yuxarıda təsvir edildiyi kimi aldadıcı üsullardan istifadə etməklə hər iki zərərçəkmiş şəxsin könüllü olaraq mobil telefonlarını ona vermələrinə nail olmuş, Təqsirləndirilən şəxs mobil telefonları zərərçəkmiş şəxslərdən götürdükdən sonra hər iki zərərçəkmiş şəxslərin gözləri qarşısında qaçaraq uzaqlaşmamışdır. İşin faktiki hallarından da göründüyü kimi, hər iki epizod zamanı Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərdən mobil telefonları açıq talama, yəni soyğunçuluq yolu ilə deyil, aldatma və etibardan suiistifadə etmə yolu ilə aldığı sübut olunmuşdur. Hər iki zərərçəkmiş şəxs mobil telefonları Təqsirləndirilən şəxs verərkən onlar Təqsirləndirilən şəxs etibar edərək sonuncu tərəfindən hüquqa zidd hərəkətlərə məruz qalacaqlarını güman etməmişlər. Təqsirləndirilən şəxs mobil telefonları zərərçəkmiş şəxslərdən danışmaq adı ilə götürdükdən sonra hər iki zərərçəkmiş şəxsin gözləri qarşısında qaçaraq uzaqlaşsa idi, dələduzluq əməli soyğunçuluq əməlinə çevriləcəkdi. Lakin işin faktiki hallarından da göründüyü kimi, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərdən mobil telefonları danışmaq adı ilə götürdükdən sonra onların gözləri qarşısında qaçmamış, hər iki zərərçəkmiş şəxs tərəfindən müqavimətə rast gəlməyəcəyindən, onların inanmalarından və etibar etmələrindən istifadə edərək oradan adi yerişlə uzaqlaşıb gözdən itməyə nail olmuşdur. Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərlə tanışlıq və qohumluq münasibətlərinin olmasından, zərərçəkmiş şəxslərin inam və etibarından, həmçinin aldadıcı üsullardan istifadə edərək onların mobil telefonlarını ələ keçirməyə nail olmuşdur. Təqsirləndirilən şəxs başqa şəxslərlə danışmaq adı ilə mobil telefonu zərərçəkmiş şəxslərdən götürməsi, həmçinin Zərərçəkmiş şəxs1 daha da inandırmaq üçün icarayə götürəcəyi avtomobilin sahibi ilə telefonla danışmaq istədiyini deməsi və niyyətinə çatmaq üçün zərərçəkmiş şəxsin diqqətini yayındırmağa çalışmaq məqsədilə balansında pul vəsaiti olmayan bank kartını Zərərçəkmiş şəxs1 verərək marketdən onun üçün siqaret almağını xahiş etməsi Təqsirləndirilən şəxs dələduzluq yolu ilə zərərçəkmiş şəxslərin əmlaklarını ələ keçirməyin üsullarıdır. Bir daha qeyd etmək lazımdır ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsləri aldadıb mobil telefonlarını ələ keçirməyə nail olmasının səbəbi zərərçəkmiş şəxslərlə tanışlıq və qohumluq münasibətlərinin olmasından və nəticədə zərərçəkmiş şəxslərin ona olan inamlarından irəli gəlmişdir. Buna görə də, Təqsirləndirilən şəxs hər iki zərərçəkmiş şəxsdən mobil telefonları danışmaq adı ilə götürdükdən sonra qaçmasına ehtiyac olmamış, hər iki zərərçəkmiş şəxsə qarşı hər hansı zor tətbiq etmədən, zor tətbiq edəcəyi ilə hədələmədən onların gözləri qarşısında adi sərbəst yerişlə uzaqlaşıb gözdən itmişdir. Zərərçəkmiş şəxslər Təqsirləndirilən şəxs mobil telefonla başqa şəxslərlə danışmasına inanıb orada gözləmişlər. Müqayisə üçün qeyd edək ki, Təqsirləndirilən şəxs tanışlıq və qohumluq münasibətlərinin olmadığı başqa şəxsdən mobil telefonu danışmaq adı ilə götürsə idi, onun həmin şəxsin gözü qarşısında adi sərbəst yerişlə arxayın şəkildə uzaqlaşıb gözdən itməsi mümkün deyildi, buna görə də, Təqsirləndirilən şəxs həmin şəxsin telefonunu ələ keçirmək üçün aşkar şəkildə qaçıb uzaqlaşardı. Çünki Təqsirləndirilən şəxsla tanışlıq və qohumluq münasibətində olmayan hər hansı şəxs Təqsirləndirilən şəxs adi sərbəst yerişlə arxayın şəkildə uzaqlaşdığını görərək Təqsirləndirilən şəxs mobil telefonu talamağa çalışdığını asanlıqla başa düşərdi və Təqsirləndirilən şəxs həmin hüquqazidd hərəkətinin qarşısını almaq üçün tədbirlər görməyə çalışardı. Nəticədə Təqsirləndirilən şəxs da qaçıb uzaqlaşacağından əvvəllər tanımadığı hər hansı şəxsin mobil telefonunu soyğunçuluq yolu ilə talamış olardı. Zərərçəkmiş şəxs2 28 fevral 2025-ci il tarixdə Daxili İşlər Nazirliyinin 102 xidmətinə məlumat verərək qonşusu Elman adlı şəxsin onun mobil telefonunu alaraq qaçması barədə məlumat vermişdir. Lakin Zərərçəkmiş şəxs2 həmin məsələ ilə əlaqədar Bakı şəhəri Qaradağ RPİ-nin 10-cu PŞ-də verdiyi ərizə zamanı və izahatı alınarkən, Təqsirləndirilən şəxs ondan mobil telefonunu danışmaq məqsədilə alıb “Brend” mağazasının yanında bir nəfər şəxslə görüşüb qayıdacağını deyərək Təqsirləndirilən şəxs geri qayıtmadığını bildirmişdir. İzahatı alınan zaman Zərərçəkmiş şəxs2 nəyə görə DİN-nin 102 xidmətinə verdiyi məlumatda Təqsirləndirilən şəxs ondan mobil telefonunu alıb qaçdığını deməsi barədə sual veriləndə, Zərərçəkmiş şəxs2 cavab verərək bildirmişdir ki, DİN-nin 102 xidmətinə məlumat verən zaman əsəbi və həyəcanlı olduğu üçün o, Elmanın qaçmasını səhvən bildirmişdir. Telefonu Elmana özü vermiş, Elman da yaxınlıqdakı mağazanın yanına gedib qayıdacağını və yolda telefonla danışacağını bildirəndə o, da Təqsirləndirilən şəxsla razılaşmışdır. Zərərçəkmiş şəxs2 bu barədə dediklərini təhqiqatın və ibtidai istintaqın sonrakı gedişatında, həmçinin məhkəmə istintaqı zamanı da təsdiqləmiş, ziddiyyətli ifadələr verməmişdir. Bu da ki, Zərərçəkmiş şəxs2 izahatında və ifadələrində səmimi olduğunu deməyə kifayət qədər əsas verir. Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 mobil telefonları ələ keçirdikdən sonra Təqsirləndirilən şəxs hər iki mobil telefon barəsində sərbəst şəkildə sərəncam vermək imkanına malik olmuşdur. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 etdiyi şikayət əsasında iki gün sonra mobil telefonu həmin zərərçəkmiş şəxsə qaytarmışdır. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 mobil telefonunu isə bir gün sonra Qaradağ RPİ-nin əməkdaşlarına təqdim etmişdir. Həmin müddətlərdə Təqsirləndirilən şəxs dələduzluq yolu ilə ələ keçirdiyi mobil telefonlar barəsində istədiyi şəkildə sərəncam vermək ixtiyarı olmuşdur. Bununla da, Təqsirləndirilən şəxs hər iki əməlində başa çatmış dələduzluq cinayətinin tərkibi olduğu öz təsdiqini tapmışdır. Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərin mobil telefonlarını ələ keçirdikdən sonra, artıq zərərçəkmiş şəxslərin Təqsirləndirilən şəxs təqib etmələri qeyri-mümkün olmuş, zərərçəkmiş şəxslərin Təqsirləndirilən şəxs mobil telefonlar barədə sərbəst şəkildə sərəncam verməsinin qarşısını almağa imkanları olmamışdır. Təqsirləndirilən şəxs yuxarıda qeyd edilən əməlləri Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 180.2.2-ci maddəsinin deyil, Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsinin tərkibini yaradır. Halbuki istintaq orqanı Təqsirləndirilən şəxs qarşı səhvən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 180.2.2-ci maddəsi ilə nəzərdə tutulmuş ittiham irəli sürmüşdür. Müəyyən edilmişdir ki, istintaq orqanı Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 180.2.2-ci maddəsi ilə ittiham elan edərkən, yalnız mobil telefon aparatlarını hər iki zərərçəkmiş şəxsin əlindən alıb oradan uzaqlaşıb özgənin əmlakını açıq talamaqla soyğunçuluq etdiyini qeyd etməklə kifayətlənmiş, lakin ittihamda göstərilənlər cinayət işinin ibtidai isintaq materialları, həmçinin məhkəmə istinaqı zamanı təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxslərin ifadələri ilə sübut edilməmişdir. Əksinə Təqsirləndirilən şəxs əməlində təkrar dələduzluq etmə əməlinin olduğu müəyyən edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs özgənin əmlakını təkrarən açıq talamaqla soyğunçuluq etməsini təsdiq edən sübut, xüsusən də, Təqsirləndirilən şəxs tərəfindən hadisənin baş vermə mexanizmindən də göründüyü kimi, soyğunçuluq əməlinin törədilməsinə dəlalət edən hər hansı dəlil mövcud deyildir. Onun özgənin əmlakını açıq talamasını təsdiq edəcək, soyğunçuluq əməlinin tərkibini yaradacaq hər hansı hal yoxdur. Göründüyü kimi ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 180.2.2-ci maddəsinin mövcudluğu sübut edilməmiş, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs əməlləri düzgün tövsif edilməmişdir. İşin faktiki halları Təqsirləndirilən şəxs hər iki epizod üzrə dələduzluq əməlini törətdiyinə dəlalət edir. İşin faktiki hallarından göründüyü kimi, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsində nəzərdə tutulan hərəkətləri ona qarşı irəli sürülmüş (məhkəməyə verilən) ittihamda nəzərə alınmışdır, həmin hərəkətlər ibtidai istintaq zamanı müəyyən edilmiş işin hallarında nəzərdə tutulmuşdur. CM-nin 178.2.2-ci maddəsi CM-nin 180.2.2-ci maddəsinə nisbətən yüngül cinayətdir. CM-nin 178.2.2-ci maddəsinə dəyişdirilmiş ittiham faktiki hallarına görə məhkəmədə baxılan ittihamdan əhəmiyyətli dərəcədə fərqlənmir. İttihamın CM-nin 180.2.2-ci maddəsindən CM-nin 178.2.2-ci maddəsinə dəyişdirilməsi təqsirləndirilən şəxsin müdafiə hüququnu pozmur. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə istinad edilən əməl məhkəməyə verilən ittihamda göstərilən əməldir. CM-nin 178.2.2-ci maddəsi ilə nəzərdə tutulan əməlin yönəldiyi obyekt CM-nin 180.2.2-ci maddəsində olduğu kimi mülkiyyət münasibətləridir. CM-nin 178.2.2-ci maddəsi CM-nin 180.2.2-ci maddəsi kimi təqsirin formasına görə qəsdən törədilən əməldir. CM-nin 178.2.2-ci maddəsində nəzərdə tutulan cinayət CM-nin iqtisadi sahədə cinayətlər bölməsinin mülkiyyət əleyhinə cinayətlər fəslində nəzərdə tutulan cinayətdir, yəni CM-nin 178.2.2-ci maddəsi CM-nin 180.2.2-ci maddəsi kimi CM-nin eyni fəslində yerləşir. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli 7 nömrəli Qərarının 8ci bəndində göstərilmişdir ki, “oğurluqdan, soyğunçuluqdan və quldurluqdan fərqli olaraq dələduzluğun törədilməsi zamanı təqsirkar zərərçəkmişin əmlakını onun iradəsinə zidd olaraq hər hansı yolla (gizli şəkildə, zor tətbiq etməklə və zor tətbiq etmə hədəsi ilə) ələ keçirmir, həmin əmlak aldadılması və ya etibarından sui-istifadə edilməsi nəticəsində zərərçəkmiş şəxsin özü tərəfindən könüllü olaraq təqsirkara verilir”. İşin faktiki hallarından göründüyü kimi, Təqsirləndirilən şəxs aldatma və etibardan sui-istifadə etməsi nəticəsində zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 tərəfindən mobil telefonlarını könüllü olaraq ona verilməsinə nail olmuşdur. Ali Məhkəmənin həmin plenum qərarının 20-ci bəndində göstərilmişdir ki, “təqsirkar şəxs tərəfindən aldatma və ya etibardan sui-istifadə etmə əmlaka əlçatanlığı təmin etmək məqsədi ilə tətbiq edildikdə və bu halı əmlakın mülkiyyətçisi və ya sahibi müəyyən etdikdən sonra da təqsirkar zərərçəkmiş şəxsin iradəsinə zidd olaraq əmlakın ələ keçirilməsi və ya onu özünün və ya digər şəxslərin sərəncamında saxlanılması üçün aşkar hərəkətlər etdikdə onun əməli bu hərəkətlərin xarakterindən və ictimai təhlükəliliyindən asılı olaraq soyğunçuluq və ya quldurluq kimi qiymətləndirilməlidir (məsələn, şəxsin mobil telefondan zəng etmək adı ilə onu mülkiyyətçidən və ya sahibindən götürməsi, zərərçəkmiş əmlakının geri qaytarılmasını tələb etdikdən dərhal sonra hadisə yerindən qaçması, yaxud da telefonu özündə saxlamaq məqsədi ilə zərər çəkmiş şəxsin həyatı və sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq etməsi və ya belə zorakılıq tətbiq edəcəyi ilə hədələməsi)”. İşin faktiki hallarından da göründüyü kimi, Təqsirləndirilən şəxs aldatma və etibardan sui-istifadə etmə nəticəsində zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 mobil telefonlarını aldatma və etibardan sui-istifadə yolu ilə ələ keçirməsi gedişatında və mobil telefonları ələ keçirdikdən dərhal sonra bu halın hüquqa zidd olduğunu mobil telefonların mülkiyyətçiləri olan zərərçəkmiş şəxslər aşkar etməmişlər. Çünki yuxarıda da qeyd edildiyi kimi, Təqsirləndirilən şəxs mobil telefonları zərərçəkmiş şəxslərdən onların könüllü iradələri əsasında götürdükdən sonra, oradan qaçaraq deyil, adi sərbəst yerişlə uzaqlaşaraq gözdən itmişdir. Buna görə də, zərərçəkmiş şəxslər Təqsirləndirilən şəxs hüquqa zidd hərəkət etdiyini güman etməmişlər və Təqsirləndirilən şəxs da zərərçəkmiş şəxsin iradəsinə zidd olaraq əmlakın ələ keçirilməsi və ya onu özünün və ya digər şəxslərin sərəncamında saxlanılması üçün aşkar hərəkətlər etməyə, yəni oradan qaçaraq uzaqlaşmağa, həmçinin zərərçəkmiş şəxsin həyatı və sağlamlığı üçün təhlükəli olan və ya olmayan zorakılıq tətbiq etmə və ya belə zorakılıq tətbiq edəcəyi ilə hədələmə kimi hərəkətlər etməyə məcbur olmamışdır. Zərərçəkmiş şəxslər yalnız Təqsirləndirilən şəxs qayıtmadığını görüb onunla telefon danışığı apardıqdan sonra mobil telefonlarının Təqsirləndirilən şəxs tərəfindən ələ keçirildiyini bilmişlər. Bundan başqa, Zərərçəkmiş şəxs2 ibtidai istintaq zamanı verdiyi ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs ondan danışıb qaytarmaq adı ilə aldığı mobil telefonunu 370 manata və həmin mobil telefonun üzərində olan (050) ***-**-** və (070) ***- **-** saylı GSM nömrələrini ümumilikdə 10 manata almışdır. (050) ***-**-** saylı mobil telefonun balansında isə 1 manat danışıq konturu olmuşdur. Baş vermiş hadisə nəticəsində ona ümumilikdə 381 manat maddi ziyan dəymişdir. Bundan başqa, Zərərçəkmiş şəxs1 ibtidai istintaq zamanı verdiyi ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs ondan danışıb qaytarmaq adı ilə aldığı "İphone 13" markalı mobil telefonunu 1400 manata və həmin mobil telefonda olan (055) ***-**-** və (077) ***-**-** saylı GSM nömrələrini isə 10 manata almış, GSM nömrələrinin hər birində 2 manat danışıq konturu olmuş, ümumilikdə ona 1414 manat ziyan dəymişdir. Lakin hər iki epizod üzrə verilən ittihamda Zərərçəkmiş şəxs2 380 manat, Zərərçəkmiş şəxs1 isə 1410 manat məbləğində maddi ziyan dəydiyi qeyd edilmişdir. Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1, həmçinin Təqsirləndirilən şəxs ittihamda göstərilən ziyanları mübahisələndirmədiklərindən, GSM nömrələrdə danışıq konturunun nə qədər olması barədə dəqiq məlumat verilmədiyindən, mobil telefonun və GSM nömrələrinin dəyərləri iş üzrə əhəmiyyət kəsb etdiyindən, həmçinin mobil telefonlar sahiblərinə qaytarıldığından, zərərçəkmiş şəxslərin təqsirləndirilən şəxsə qarşı şikayət və tələbləri olmadığından Təqsirləndirilən şəxs verilmiş ittihamda Zərərçəkmiş şəxs2 380 manat, Zərərçəkmiş şəxs1 isə 1410 manat maddi ziyan dəyməsi hesab edilməlidir. Bundan başqa, bəzi ibtidai istintaq sənədlərində Zərərçəkmiş şəxs1 adı səhvən “Elman” kimi qeyd edilmişdir. Lakin Zərərçəkmiş şəxs1 AA******* nömrəli şəxsiyyət vəsiqəsinin surətinə əsasən, həmçinin elektron məhkəmə informasiya sistemində yoxlanılarkən, Zərərçəkmiş şəxs1 adının “Elnur” kimi qeyd edildiyi müəyyən edilmişdir. Odur ki, cinayət işinin materiallarında olan prosessual sənədlərdə Zərərçəkmiş şəxs1 adı “Elnur” hesab edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsinə əsasən, dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə təkrar törədildikdə - dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs təqsirini etiraf etməsini, əməlindən peşman olduğunu bildirməsini, zərərəçəkmiş şəxslərin ona qarşı şikayət və tələblərinin olmamasını cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir. Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, yüngülləşdirici halları, habelə cəzanın fərdiləşdirilməsi prinsipini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona həmin cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Ona görə də onun barəsində azadlıqdan məhrumetmə cəzası təyin edilməlidir. Bundan başqa, müəyyən edilmişdir ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin icraatında Təqsirləndirilən şəxs barəsində olan hazırki 1(002)-117/2025 nömrəli cinayət işi Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsində Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 180.2.2-ci maddəsi ilə ********* nömrə altında istintaq olunduğu müddətdə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 11 mart 2025-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində 09 mart 2025-ci il tarixdən hesablanmaqla 03 (üç) ay müddətinə “həbs” qətimkan tədbiri seçilmiş və saxlanılması üçün Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına təhvil verilmişdir. İbtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Bakı şəhəri Qaradağ rayon prokurunun 31 may 2025ci il tarixli qərarı ilə təqsirləndirilən şəxs Əzimov X6 Rayon Polis idarəsinin müvəqqəti saxlama yerinə keçirilmişdir. Həmin iş üzrə Qaradağ Rayon Polis idarəsində aparılan ibtidai istintaq tamamlanaraq 08 iyun 2025-ci il tarixdə aidiyyəti üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə göndərilmişdir. Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti bitdiyinə görə o, 09 iyun 2025-ci il tarixdə Qaradağ Rayon Polis idarəsinin müvəqqəti saxlama yerindən həbsdən azad edilmişdir. Bundan əlavə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin icraatında Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəsi ilə digər cinayət işi (İş № 1(002)-57/2025) olmuş, həmin iş üzrə çıxarılmış Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 28 aprel 2025-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 09 ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 01 il 09 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilib məhkəmə iclas zalında dərhal həbsə alınaraq saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq təcridxanasına göndərilmiş, barəsində seçilmiş “həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, cəzasını məntəqə tipli cəzaçəkmə müəssəsində çəkməsi qərara alınmışdır. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 28 aprel 2025-ci il tarixli hökmü 19 may 2025-ci il tarixdən qanuni qüvvəyə minmişdir. Qaradağ Rayon Məhkəməsinin 19 may 2025-ci il tarixli “hökmün və ya məhkəmənin digər yekun qərarının icra edilməsi haqqında göstəriş”indən görünür kimi, həmin sənəd 19 may 2025-ci il tarixdə Bakı İstintaq Təcridxanasına göndərilmişdir. Lakin Bakı İstintaq Təcridxanasının 21 iyun 2025-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti bitdiyindən xx.xx.2025-ci il tarixdə etap edildiyi Bakı şəhəri Qaradağ RPİ-nin müvəqqəti saxlama yerindən azad edilmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin hökmünün icrasına dair göstəriş Bakı İstintaq Təcridxanasına daxil olmamışdır. Bakı İstintaq Təcridxanasının 21 iyun 2025-ci il tarixli məktubundan, həmçinin Təqsirləndirilən şəxs Bakı şəhəri Qaradağ Rayon Məhkəməsində keçirilən məhkəmə iclaslarına özünün sərbəst şəkildə gələrək iştirak etməsindən, həmin müddətlərdə onun hər hansı nəzarət altında olmamasından, heç bir yerdə saxlanılmamasından müəyyən etmək mümkün oldu ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 28 aprel 2025-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəsi ilə təqsirli bilinərək ona təyin edilmiş 01 il 09 ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə və 01 il 09 ay müddətinə azadlıqdan məhrumetmə cəzaları icra edilməmişdir. Yəni Təqsirləndirilən şəxs həmin cəzaları çəkməmişdir. Eləcə də, həmin 28 aprel 2025-ci il tarixli hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs üzərində saxlanılmış həbs qətimkan tədbiri də icra edilməmişdir. Çünki Təqsirləndirilən şəxs hazırki 1(002)-117/2025 nömrəli cinayət işi Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Azərbaycan Respublikası CM-nin 180.2.2-ci maddəsi ilə ********* nömrə altında istintaq olunduğu müddətdə barəsində 09 mart 2025-ci il tarixdən 09 iyun 2025-ci il tarixədək seçilmiş həbs qətimkan tədbiri ilə əlaqədar Bakı İstintaq Təcridxanasında saxlanılmışdır, yəni həmin iş üzrə seçilmiş həbs qətimkan tədbiri icra edilmişdir. Ona görə də, 28 aprel 2025-ci il tarixli hökmü qanuni qüvvəyə minənədək seçilmiş həbs qətimkan tədbiri Təqsirləndirilən şəxs hazırda cəza təyin edilərkən nəzərə alına bilməz, çünki yuxarıda qeyd edildiyi kimi, həmin qətimkan tədbiri faktiki olaraq icra edilməmişdir. Həmçinin Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 28 aprel 2025-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs barəsində təyin edilmiş 01 il 09 ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə və 01 il 09 ay müddətinə azadlıqdan məhrumetmə cəzaları icra edilmədiyindən həmin cəzanın hər hansı çəkilmiş hissəsi də mövcud deyildir, buna görə də yeni hökmlə təyin olunacaq qəti cəza müddətinə hesablanma halı tətbiq edilməyəcəkdir. Hazırki iş üzrə cinayətlər 27 fevral 2025-ci il tarixlərdə və 07 mart 2025-ci il tarixlərdə baş vermişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 28 aprel 2025-ci il tarixli hökmü isə 19 may 2025-ci il tarixdə qanuni qüvvəyə minmişdir. Beləliklə də, müəyyən edilmişdir ki, hazırki iş üzrə cinayətlərin törədildiyi tarixlər Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 28 aprel 2025-ci il tarixli hökmü qanuni qüvvəyə minməmişdən əvvəlki tarixlərdə törədilmişdir. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli qararının 16-cı bəndində göstərilir ki, birinci hökm çıxarılanadək şəxsin başqa cinayətə görə CM-nin 66.5-ci maddəsinə əsasən cəza təyin edilməsi məsələsinə baxarkən məhkəmələr Cinayət Məcəlləsinin 66.2-ci və yaxud 66.3-cü maddələri ilə, əlavə cəzalara münasibətdə isə CM-in 66.4-cü maddəsində nəzərdə tutulmuş qaydaları tətbiq edirlər. Bu zaman qəti cəza məcmuya daxil olan cinayətlərdən hər hansı birinə görə təyin edilmiş ən ciddi cəzadan daha ciddi olmalıdır. Cinayət işi üzrə hökm çıxarıldıqdan sonra məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olması müəyyən edilərsə və əgər cinayətlər birinci və ikinci hökmlərlə Azərbaycan Respublikası CM-nin eyni maddəsi ilə tövsif olunmuşdursa, qəti cəza həmin Məcəllənin 66.5-ci maddəsinə əsasən təyin edilir. Qanunun mənasından göründüyü kimi, cinayət işi üzrə hökm çıxarıldıqdan sonra məhkumun hökmə qədər başqa cinayəti etməkdə təqsirli olduğu müəyyən edilərsə, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda məhkəmə həm əvvəlki, həm də sonrakı hökmlə müəyyən edilmiş cəzaları tam və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs hazırkı iş üzrə cinayət əməlini Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 28 aprel 2025-ci il tarixli hökmü çıxarılmazdan, daha dəqiq desək qanuni qüvvəyə minməmişdən əvvəl törətdiyi müəyyən olunduğundan, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.4 və 66.5ci maddələrinə əsasən Təqsirləndirilən şəxs hazırki hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 28 aprel 2025-ci il tarixli hökmü ilə təyin edilmiş 01 il 09 ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə və 01 il 09 ay müddətinə azadlıqdan məhrumetmə cəzası ilə qismən toplanılaraq ona qəti cəza təyin edilməli, lakin 28 aprel 2025-ci il tarixli hökmə əsasən təyin edilmiş cəza çəkilmədiyindən hər hansı qəti cəza müddətinə hesablanılma halı tətbiq edilməməlidir. Təqsirləndirilən şəxs 09 mart 2025-ci il tarixdən 09 iyun 2025-ci il tarixədək həbsdə olduğu 03 (üç) ay müddət azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmalı və ona təyin olunacaq cəzadan çıxılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin başlanğıcı 05 avqust 2025-ci il tarixdən hesablanmalı və barəsində seçilmiş “başqa yerə getməmək haqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilərək məhkəmə iclas zalından dərhal həbsə alınmalı, “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübutlarla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış bir ədəd “HONOR” markalı “X6B” modelli mobil telefonun Zərərçəkmiş şəxs2 və “İPHONE 13” markalı mobil telefonun Zərərçəkmiş şəxs1 qaytarılması nəzərə alınmalıdır. İş üzrə məhkəmə xərci yoxdur. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin ibtidai istintaqda və məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkilləri X3 və Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı və xx.xx.2025-ci il tarixli 141 saylı qərarları ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün xx.xx.2025-ci il tarixədək 6 (altı) manat, həmin tarixdən sonra isə 11 (on bir) manat miqdarında müəyyən edilmişdir. İş üzrə mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358, 381 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.2-ci maddəsindən həmin Məcəllənin 178.2.2-ci maddəsinə tövsif edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.4 və 66.5-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs hazırki hökmlə təyin edilmiş 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasını Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 28 aprel 2025-ci il tarixli hökmü ilə təyin edilmiş 01 (bir) il 09 (doqquz) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə və 01 (bir) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs 02 (iki) il 06 (altı) ay müddətə müddətə azadlıqdan məhrum etmə və 01 (bir) il 09 (doqquz) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 09 mart 2025-ci il tarixdən 09 iyun 2025-ci il tarixədək həbsdə olduğu 03 (üç) ay təyin olunmuş cəzadan çıxılmaqla, onun üzərində qəti olaraq 02 (iki) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə və 01 (bir) il 09 (doqquz) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası saxlanılsın. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilsin və məhkəmə iclas zalından dərhal həbsə alınaraq saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına göndərilsin. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 05 avqust 2025-ci il tarixdən hesablansın. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd “HONOR” markalı “X6B” modelli mobil telefonun Zərərçəkmiş şəxs2 və “İPHONE 13” markalı mobil telefonun Zərərçəkmiş şəxs1 qaytarılması nəzərə alınsın. Cinayət işi üzrə məhkəmə xərci yoxdur. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 56 (əlli altı) saata görə 480 (dörd yüz səksən) manat məbləğində pul X2, məhkəmə baxışı zamanı göstərilmiş hüquqi yardımla bağlı 25 (iyirmi beş) saata görə 275 (iki yüz yetmiş beş) manat məbləğində pul Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Bürosunun hesabına ödənilsin. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunandan (həbsdə olan təqsirləndirilən şəxsə təqdim edildiyi gündən) 20 gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Emin Fətəliyev
Məhkəmə qərarları › İş №1(002)-117/2025
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-117/2025
05.08.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver