Məhkəmə qərarları › İş №1(002)-118/2021

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-118/2021

02.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-118/2021 02.06.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Məmmədova Ülviyyə Nizami qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs xx xxxxxxx 1970-ci ildə Goranboy rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, fərdi əməklə məşğul olan, Bakı şəhər Xətai rayon Məhkəməsinin 04 oktyabr 2019-cu il tarixli hökmü ilə ilə CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə 02 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və hazırda cəza çəkən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, hal-hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs qızının Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təkrarən qabaqcadan əlbir olan bir qrup şəxs halında etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib zərərçəkmiş şəxslərə xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışları X3 və şəxsiyyəti istintaqla araşdırılan qeyriləri ilə cinayət əlaqəsinə girib qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək faktiki heç bir işlə məşğul olmadıqları halda 10 iyun 2016-cı il tarixdə aralarında əldə olunmuş cinayətkar razılaşmaya əsasən Yaşar Səmədov və qeyriləri ilə birlikdə Tovuz rayonu, Dönuk Qırıqlı kəndinə gedərək əvvəllər tanımadıqları heyvandarlıqla məşğul olan kənd sakini Zərərçəkmiş şəxs12 ilə görüşüb “iş birliyi” adı altında onlara nisyə mal-qara satmağı təklif edəcəkləri Zərərçəkmiş şəxs12 inandırmaq üçün danışıq zamanı yalandan Yaşar Səmədova öz aralarında “Hacı” deyə müraciət edib inanclı, halal insan olduqları görüntüsü yaratmış, Təqsirləndirilən şəxs, Yaşar Səmədov və qeyriləri ilə guya birlikdə uzun müddət Bakı şəhərində restoran işlədən etibarlı iş adamı kimi özlərini Zərərçəkmiş şəxs12 təqdim edib onlara nisyə olaraq diri şəkildə xırda və iribuynuzlu mal-qara verəcəyi halda Bakı şəhərinə apardıqdan sonra 14 iyun 2016-cı il tarixdə pulunu tam şəkildə ödəyəcəklərinə dair yalan vəd verməklə inam və etibarını qazanmış, bu adla Təqsirləndirilən şəxs, Yaşar Səmədov və qeyriləri həmin tarixdə Tovuz rayonu, Dönük Qırıqlı kəndində Zərərçəkmiş şəxs12 etibarından sui-istifadə edib aldadaraq ümumi dəyəri 2420 manat təşkil edən 22 baş xırdabuynuzlu və ümumi dəyəri 4450 manat təşkil edən 6 baş iribuynuzlu mal-qaranı öz hesablarına tutduqları “Mercedes” markalı ** KV *** qeydiyyat nişanlı yük avtomobilinə yüklədikdən sonra Zərərçəkmiş şəxs12 tam inandırmaq üçün pulu onun övladı Şahid2 ödəyəcəklərini deyib özləri ilə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən “Meyvəli” ticarət mərkəzinin yanına gətirib ələ keçirərək Şahid2 inandırmaq üçün səhəri gün görüşəcəklərini deyərək sonradan heç bir məbləğdə pul ödəməyib Zərərçəkmiş şəxs12 ümumilikdə 6870 manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə şəxsiyyəti istintaqla araşdırılan “Pərvanə” və “Ruslan” adlı şəxslə cinayət əlaqəsinə girib qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək faktiki heç bir işlə məşğul olmadıqları halda 16 sentyabr 2017-ci il tarixdə aralarında əldə olunmuş cinayətkar razılaşmaya əsasən “Pərvanə” və “Ruslan” adlı şəxslərlə birlikdə Tovuz rayonu, Aşağı Quşçu kəndinə gedərək əvvəllər tanımadıqları kənd təsərrüfatı mallarının əkib-becərilməsi ilə məşğul olan kənd sakini Zərərçəkmiş şəxs9 ilə görüşüb onların guya birlikdə uzun müddət Bakı şəhərində kənd təsərrüfatı mallarının satışı ilə məşğul olan etibarlı iş adamı kimi özlərini Zərərçəkmiş şəxs9 təqdim edib onlara nisyə olaraq üzüm verəcəyi halda Bakı şəhərinə aparıb satıb qısa müddətdə pulunu tam şəkildə ödəyəcəklərinə dair yalan vəd verməklə inam və etibarını qazanmış, bu adla Təqsirləndirilən şəxs, “Pərvanə” və “Ruslan” adlı şəxslərlə birlikdə həmin tarixdə Zərərçəkmiş şəxs9 etibarından sui-istifadə edib aldadaraq ümumi dəyəri 2650 manat təşkil edən 1 ton çəkidə üzümü Tovuz rayonu, Aşağı Quşçu kəndində ələ keçirərək sonradan heç bir məbləğdə pul ödəməyib Zərərçəkmiş şəxs9 2650 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə şəxsiyyəti istintaqla araşdırılan “Pərvanə” və “Ruslan” adlı şəxslə cinayət əlaqəsinə girib qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək faktiki heç bir işlə məşğul olmadıqları halda 13 oktyabr 2017-ci il tarixdə aralarında əldə olunmuş cinayətkar razılaşmaya əsasən “Pərvanə” və “Ruslan” adlı şəxslərlə birlikdə Tovuz rayonu, Aşağı Quşçu kəndinə gedərək əvvəllər tanımadıqları kənd təsərrüfatı mallarının əkib-becərilməsi ilə məşğul olan kənd sakini Zərərçəkmiş şəxs8 ilə görüşüb onların guya birlikdə uzun müddət Bakı şəhərində kənd təsərrüfatı mallarının satışı ilə məşğul olan etibarlı iş adamı kimi özlərini Zərərçəkmiş şəxs8 təqdim edib onlara nisyə olaraq kartof verəcəyi halda Bakı şəhərinə aparıb satıb qısa müddətdə pulunu tam şəkildə ödəyəcəklərinə dair yalan vəd verməklə inam və etibarını qazanmış, bu adla Təqsirləndirilən şəxs, “Pərvanə” və “Ruslan” adlı şəxslərlə birlikdə 14 oktyabr 2017-ci il tarixdə Zərərçəkmiş şəxs8 etibarından sui-istifadə edib aldadaraq ümumi dəyəri 4110 manat təşkil edən 5 ton çəkidə kartofu ələ keçirərək sonradan heç bir məbləğdə pul ödəməyib Zərərçəkmiş şəxs8 4110 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə şəxsiyyəti istintaqla araşdırılan “Pərvanə” və “Ruslan” adlı şəxslə cinayət əlaqəsinə girib qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək faktiki heç bir işlə məşğul olmadıqları halda 14 oktyabr 2017-ci il tarixdə aralarında əldə olunmuş cinayətkar razılaşmaya əsasən “Pərvanə” və “Ruslan” adlı şəxslərlə birlikdə Tovuz rayonu, Aşağı Quşçu kəndinə gedərək əvvəllər tanımadıqları kənd təsərrüfatı mallarının əkib-becərilməsi ilə məşğul olan kənd sakini Zərərçəkmiş şəxs10 Şəmşəd qızı ilə görüşüb onların guya birlikdə uzun müddət Bakı şəhərində kənd təsərrüfatı mallarının satışı ilə məşğul olan etibarlı iş adamı kimi özlərini Zərərçəkmiş şəxs10 təqdim edib onlara nisyə olaraq kartof və sarımsaq verəcəyi halda Bakı şəhərinə aparıb satıb qısa müddətdə pulunu tam şəkildə ödəyəcəklərinə dair yalan vəd verməklə inam və etibarını qazanmış, bu adla Təqsirləndirilən şəxs, “Pərvanə” və “Ruslan” adlı şəxslərlə birlikdə həmin tarixdə Zərərçəkmiş şəxs10 etibarından sui-istifadə edib aldadaraq ümumi dəyəri 3117 manat təşkil edən 2 ton 468 kiloqram çəkidə kartof və 600 kiloqram çəkidə sarımsağı Tovuz rayonu, Aşağı Quşçu kəndində ələ keçirərək sonradan heç bir məbləğdə pul ödəməyib Zərərçəkmiş şəxs10 3117 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə şəxsiyyəti istintaqla araşdırılan “Pərvanə” və “Ruslan” adlı şəxslə cinayət əlaqəsinə girib qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək faktiki heç bir işlə məşğul olmadıqları halda 16 oktyabr 2017-ci il tarixdə aralarında əldə olunmuş cinayətkar razılaşmaya əsasən “Pərvanə” və “Ruslan” adlı şəxslərlə birlikdə Tovuz rayonu, Aşağı Quşçu kəndinə gedərək əvvəllər tanımadıqları kənd təsərrüfatı mallarının əkib-becərilməsi ilə məşğul olan kənd sakini Zərərçəkmiş şəxs7 ilə görüşüb onların guya birlikdə uzun müddət Bakı şəhərində kənd təsərrüfatı mallarının satışı ilə məşğul olan etibarlı iş adamı kimi özlərini Zərərçəkmiş şəxs7 təqdim edib onlara nisyə olaraq kartof verəcəyi halda Bakı şəhərinə aparıb satıb qısa müddətdə pulunu tam şəkildə ödəyəcəklərinə dair yalan vəd verməklə inam və etibarını qazanmış, bu adla Təqsirləndirilən şəxs, “Pərvanə” və “Ruslan” adlı şəxslərlə birlikdə həmin tarixdə Zərərçəkmiş şəxs7 etibarından sui-istifadə edib aldadaraq ümumi dəyəri 2257,92 manat təşkil edən 6 ton 272 kiloqram çəkidə kartofu Tovuz rayonu, Aşağı Quşçu kəndində ələ keçirərək sonradan heç bir məbləğdə pul ödəməyib Zərərçəkmiş şəxs7 2257,92 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə şəxsiyyəti istintaqla araşdırılan “Pərvanə” və “Ruslan” adlı şəxslə cinayət əlaqəsinə girib qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək faktiki heç bir işlə məşğul olmadıqları halda 13 oktyabr 2017-ci il tarixdə aralarında əldə olunmuş cinayətkar razılaşmaya əsasən “Pərvanə” və “Ruslan” adlı şəxslərlə birlikdə Tovuz rayonu, Aşağı Quşçu kəndinə gedərək əvvəllər tanımadıqları kənd təsərrüfatı mallarının əkib-becərilməsi ilə məşğul olan kənd sakini Zərərçəkmiş şəxs5 ilə görüşüb onların guya birlikdə uzun müddət Bakı şəhərində kənd təsərrüfatı mallarının satışı ilə məşğul olan etibarlı iş adamı kimi özlərini Zərərçəkmiş şəxs5 təqdim edib onlara nisyə olaraq üzüm verəcəyi halda Bakı şəhərinə aparıb satıb 23 oktyabr 2017-ci il tarixdə pulunu tam şəkildə ödəyəcəklərinə dair yalan vəd verməklə inam və etibarını qazanmış, bu adla Təqsirləndirilən şəxs, “Pərvanə” və “Ruslan” adlı şəxslərlə birlikdə 14 oktyabr 2017-ci il tarixdə Zərərçəkmiş şəxs5 etibarından sui-istifadə edib aldadaraq ümumi dəyəri 1500 manat təşkil edən 3 ton çəkidə üzümü Tovuz rayonu, Aşağı Quşçu kəndində ələ keçirmiş, bundan sonra vahid cinayətkar niyyətlərinin davamı olaraq 17 oktyabr 2017-ci il tarixdə Zərərçəkmiş şəxs5 yanına Tovuz rayonu, Aşağı Quşçu kəndinə gələrək əlavə olaraq ümumi dəyəri 850 manat təşkil edən 1 ton 700 kiloqram çəkidə üzümü ələ keçirərək sonradan heç bir məbləğdə pul ödəməyib Zərərçəkmiş şəxs5 ümumilikdə 2350 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə şəxsiyyəti istintaqla araşdırılan “Pərvanə” və “Ruslan” adlı şəxslə cinayət əlaqəsinə girib qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək faktiki heç bir işlə məşğul olmadıqları halda 13 oktyabr 2017-ci il tarixdə aralarında əldə olunmuş cinayətkar razılaşmaya əsasən “Pərvanə” və “Ruslan” adlı şəxslərlə birlikdə Tovuz rayonu, Aşağı Quşçu kəndinə gedərək əvvəllər tanımadıqları kənd təsərrüfatı mallarının əkib-becərilməsi ilə məşğul olan kənd sakini Zərərçəkmiş şəxs4 ilə görüşüb onların guya birlikdə uzun müddət Bakı şəhərində kənd təsərrüfatı mallarının satışı ilə məşğul olan etibarlı iş adamı kimi özlərini Zərərçəkmiş şəxs4 təqdim edib onlara nisyə olaraq kartof verəcəyi halda Bakı şəhərinə aparıb satıb 23 oktyabr 2017-ci il tarixdə pulunu tam şəkildə ödəyəcəklərinə dair yalan vəd verməklə inam və etibarını qazanmış, bu adla Təqsirləndirilən şəxs, “Pərvanə” və “Ruslan” adlı şəxslərlə birlikdə 14 oktyabr 2017-ci il tarixdə Zərərçəkmiş şəxs4 etibarından sui-istifadə edib aldadaraq ümumi dəyəri 490 manat təşkil edən 1 ton 400 kiloqram çəkidə kartofu Tovuz rayonu, Aşağı Quşçu kəndində ələ keçirmiş, bundan sonra vahid cinayətkar niyyətlərinin davamı olaraq 17 oktyabr 2017-ci il tarixdə Zərərçəkmiş şəxs4 yanına Tovuz rayonu, Aşağı Quşçu kəndinə gələrək əlavə olaraq ümumi dəyəri 700 manat təşkil edən 2 ton kartofu ələ keçirərək sonradan heç bir məbləğdə pul ödəməyib Zərərçəkmiş şəxs4 ümumilikdə 1190 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə şəxsiyyəti istintaqla araşdırılan “Pərvanə” və “Ruslan” adlı şəxslə cinayət əlaqəsinə girib qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək faktiki heç bir işlə məşğul olmadıqları halda 19 oktyabr 2017-ci il tarixdə aralarında əldə olunmuş cinayətkar razılaşmaya əsasən “Pərvanə” və “Ruslan” adlı şəxslərlə birlikdə Tovuz rayonu, Aşağı Quşçu kəndinə gedərək əvvəllər tanımadıqları kənd təsərrüfatı mallarının əkib-becərilməsi ilə məşğul olan kənd sakini Zərərçəkmiş şəxs6 qızı ilə görüşüb onların guya birlikdə uzun müddət Bakı şəhərində kənd təsərrüfatı mallarının satışı ilə məşğul olan etibarlı iş adamı kimi özlərini Zərərçəkmiş şəxs6 təqdim edib onlara nisyə olaraq sarımsaq və sarımsaq toxumu verəcəyi halda Bakı şəhərinə aparıb satıb qısa müddətdə pulunu tam şəkildə ödəyəcəklərinə dair yalan vəd verməklə inam və etibarını qazanmış, bu adla Təqsirləndirilən şəxs, “Pərvanə” və “Ruslan” adlı şəxslərlə birlikdə həmin tarixdə Zərərçəkmiş şəxs6 etibarından sui-istifadə edib aldadaraq ümumi dəyəri 1969 manat təşkil edən 358 kiloqram çəkidə sarımsaq toxumu və 4117,5 manat təşkil edən 915 kiloqram sarımsağı Tovuz rayonu, Aşağı Quşçu kəndində ələ keçirərək sonradan heç bir məbləğdə pul ödəməyib Zərərçəkmiş şəxs6 ümumilikdə 6086,5 manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə şəxsiyyəti istintaqla araşdırılan “Səadət”, “Pərvanə” və “Ruslan” adlı şəxslə cinayət əlaqəsinə girib qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək faktiki heç bir işlə məşğul olmadıqları halda 06 yanvar 2018-ci il tarixdə aralarında əldə olunmuş cinayətkar razılaşmaya əsasən “Səadət”, “Pərvanə” və “Ruslan” adlı şəxslərlə birlikdə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 1-ci yaşayış massivi adlanan yerə gedərək əvvəllər tanımadıqları heyvandarlıqla məşğul olan qəsəbə sakini X5 ilə görüşüb Təqsirləndirilən şəxs əvvəlcədən aralarında olan razılaşmaya əsasən Zərərçəkmiş şəxs3 07 yanvar 2018-ci il tarixdə qızına toy edəcəyini, həmin toyda istifadə edilməsi üçün mal ətinə ehtiyacları olduğunu və toyun səhəri günü pulunu tam şəkildə ödəyəcəklərinə dair yalan vəd verməklə Zərərçəkmiş şəxs3anın inam və etibarını qazanmış, bu adla Təqsirləndirilən şəxs, “Səadət”, “Pərvanə” və “Ruslan” adlı şəxslərlə birlikdə 07 yanvar 2018-ci il tarixdə Zərərçəkmiş şəxs3anın etibarından sui-istifadə edib aldadaraq ümumi dəyəri 1500 manat təşkil edən 150 kiloqram mal ətini Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 1-ci yaşayış massivi adlanan ərazidə ələ keçirərək, Zərərçəkmiş şəxs3anı inandırmaq məqsədilə həmin vaxt 100 manat ödəniş etsələrdə sonradan heç bir məbləğdə pul ödəməyib Zərərçəkmiş şəxs3aya 1400 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə şəxsiyyəti istintaqla araşdırılan “Səadət”, “Pərvanə” və “Ruslan” adlı şəxslə cinayət əlaqəsinə girib qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək faktiki heç bir işlə məşğul olmadıqları halda 06 yanvar 2018-ci il tarixdə aralarında əldə olunmuş cinayətkar razılaşmaya əsasən “Səadət”, “Pərvanə” və “Ruslan” adlı şəxslərlə birlikdə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 1-ci yaşayış massivi adlanan yerə gedərək əvvəllər tanımadıqları heyvandarlıqla məşğul olan qəsəbə sakini Zərərçəkmiş şəxs2 ilə görüşüb Təqsirləndirilən şəxs əvvəlcədən aralarında olan razılaşmaya əsasən Zərərçəkmiş şəxs2 07 yanvar 2018-ci il tarixdə qızına toy edəcəyini, həmin toyda istifadə edilməsi üçün qoyun ətinə ehtiyacları olduğunu və toyun səhəri günü pulunu tam şəkildə ödəyəcəklərinə dair yalan vəd verməklə Zərərçəkmiş şəxs2 inam və etibarını qazanmış, bu adla Təqsirləndirilən şəxs, “Səadət”, “Pərvanə” və “Ruslan” adlı şəxslərlə birlikdə 07 yanvar 2018-ci il tarixdə Zərərçəkmiş şəxs2 etibarından sui-istifadə edib aldadaraq ümumi dəyəri 1300 manat təşkil edən 104 kiloqram qoyun ətini Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 1-ci yaşayış massivi adlanan ərazidə ələ keçirərək sonradan heç bir məbləğdə pul ödəməyib Zərərçəkmiş şəxs2 1300 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə şəxsiyyəti istintaqla araşdırılan “Səbinə” və “Səfər” adlı şəxslə cinayət əlaqəsinə girib qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək faktiki heç bir işlə məşğul olmadıqları halda 11 yanvar 2018-ci il tarixdə aralarında əldə olunmuş cinayətkar razılaşmaya əsasən “Səbinə” və “Səfər” adlı şəxslərlə birlikdə Bakı şəhəri, Qaradağ rayonu, Ümid qəsəbəsinə gedərək əvvəllər tanımadıqları heyvandarlıqla məşğul olan qəsəbə sakini X4 ilə görüşüb Təqsirləndirilən şəxs əvvəlcədən aralarında olan razılaşmaya əsasən Zərərçəkmiş şəxs1ova özünü şəhid ailəsi kimi təqdim edərək 12 yanvar 2018-ci il tarixdə qızına toy edəcəyini, həmin toyda istifadə edilməsi üçün qoyun ətinə ehtiyacları olduğunu və toyun səhəri günü pulunu tam şəkildə ödəyəcəklərinə dair yalan vəd verməklə Zərərçəkmiş şəxs1ovun inam və etibarını qazanmış, bu adla Təqsirləndirilən şəxs, “Səbinə” və “Səfər” adlı şəxslərlə birlikdə həmin tarixdə Zərərçəkmiş şəxs1ovun etibarından sui-istifadə edib aldadaraq ümumi dəyəri 850 manat təşkil edən 5 baş xırdabuynuzlu mal-qaranı avtomobilə yüklədikdən sonra Zərərçəkmiş şəxs1ovu tam inandırmaq üçün yaşadıqları evi göstərmək üçün övladı Ağasəf Şahsuvarovunda onlarla birlikdə getməsini deyərək mal qaranı (yoxsa xırda buynuzlu mal-qaranı) ünvan 3 ünvanına gətirib ələ keçirərək sonradan heç bir məbləğdə pul ödəməyib Zərərçəkmiş şəxs1ova 850 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə şəxsiyyəti istintaqla araşdırılan “Məlahət” adlı şəxs və qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək faktiki heç bir işlə məşğul olmadıqları halda 13 may 2018-ci il tarixdə aralarında əldə olunmuş cinayətkar razılaşmaya əsasən Təqsirləndirilən şəxs şəxsiyyəti istintaqla araşdırılan şəxslə birlikdə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, “Qurd Qapısı” adlanan yerə gedərək əvvəllər tanımadıqları heyvandarlıqla məşğul olan qəsəbə sakini Zərərçəkmiş şəxs11 ilə görüşüb 14 may 2018-ci il tarixdə pulunu tam şəkildə ödəyəcəklərinə dair yalan vəd verməklə Zərərçəkmiş şəxs11 inam və etibarını qazanmış, bu adla həmin tarixdə Zərərçəkmiş şəxs11 etibarından sui-istifadə edib aldadaraq ümumi dəyəri 888 manat təşkil edən 74 kiloqram quzu ətini Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, “Qurd Qapısı” adlanan ərazidə ələ keçirərək sonradan heç bir məbləğdə pul ödəməyib Zərərçəkmiş şəxs11 888 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, əvvəllər Bakı şəhəri, Qaradağ rayonu ərazisində yerləşən «Meyvəli» Ticarət Mərkəzində kənd təsərrüfatı məhsullarının satışı ilə məşğul olmuşdur. Orada satdığı malları Azərbaycan Respublikasının müxtəlif rayonlarından gətirərək satışını həyata keçirmişdir. O, ticarət mərkəzində alış verişini Pərvanə və Ruslan adlı şəxslərlə birlikdə etmişdir. Onlar rayona gedib kənd təsərrüfatı malları gətirən zaman Ruslan icarəyə avtomobil götürmüş və həmin avtomobillə rayonlara gedib kənd təsərrüfatı məhsulları götürüb gətirmişlər. O, 2016-cı il tarixdə Yaşar Səmədov və digərləri ilə birlikdə Tovuz rayonu, Dönük Qırıqlı kəndinə gedərək əvvəllər tanımadığı heyvandarlıqla məşğul olan kənd sakini Zərərçəkmiş şəxs12 ilə görüşüb ondan 6870 manat dəyərində iri və xırda buynuzlu heyvanları aldadaraq almış və pulunu ödəməmişdir. Daha sonra 2017-ci ilin avqust ayında Ruslan və Pərvanə ilə birlikdə Tovuz rayonuna gedən zaman yolun kənarında üzüm satan Kəmalə adlı qadınla tanış olmuşlar, onun vasitəsilə əri Samirlə tanış olmuşlar, bir neçə dəfə ondan pulunu sonradan vermək şərtilə kənd təsərrüfatı mallarını götürüb satıb sonradan pulunu ödəmişlər. Sonradan 2017-ci ilin oktyabr ayında bir neçə günün içərisində Samir vasitəsilə Tovuz rayonu, Quşçu kənd sakinləri Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs6, Azər Abıyev, Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs10 kənd təsərrüfatı mallarını götürüb Meyvəli ticarət mərkəzində satsalarda sonradan pulunu verməmişlər. O, 2017-ci ilin sentyabr ayında Zərərçəkmiş şəxs9 ümumi dəyəri 2650 manat təşkil edən 1 ton çəkidə üzümü satmaq məqsədilə almış, lakin sonradan pulunu ödəməmişdir. O, 2018-ci ilin yanvar ayının 6-da pula ehtiyacı olduğu üçün fikirləşmişdir ki, bir neçə yerdən nisyə ət götürüb satsın və pul qazansın. Bundan sonra tanışı Səadət və Pərvanə adlı qadınları evinə dəvət etmiş, onlarda Ruslan adlı şəxslə birlikdə onun evinə gəlmişlər. Bundan sonra Ruslanın idarə etdiyi avtomobillə Lökbatan qəsəbəsinə gəlmişlər, orada Xublar adlı qadının yaşadığı evə gəlmişlər, o özü həmin qadınla danışaraq qızına toy edəcəyi üçün 160 kiloqram mal ətinə ehtiyacı olduğunu bildirmişdir. Xublar da ona 150 kiloqram maksimum ət verə biləcəyini və ətin hər kiloqramını 9 manatdan hesablayacağını bildirmişdir. Bundan sonra Xublara demişdir ki, qonşuluqda başqa mal əti satan varsa ona da xəbər etsin, bu zaman Xublar qardaşının qonşusu Süleymana zəng vurmuş və Süleymanla da danışaraq 160 kiloqram hər kiloqramını 9 manatdan mal ətini razılaşmışlar. Sevda demişdir ki, səhəri gün gəlib əti götürəcəkdir. Səhəri gün, yəni 07 yanvar 2018-ci il tarixdə yenə də Səadət və Pərvanə ilə birlikdə Ruslanın idarə etdiyi avtomobillə birlikdə həmin yerə gəlmişlər, orada heyvanı kəsdirib əti götürmüş və pulunu qısa müddətdə verəcəyinə dair söz vermişdir. Sonradan ətin hər kiloqramını müxtəlif mağazalara satmışdır. Bundan başqa 11 yanvar 2018-ci il tarixdə yenidən ət götürmək üçün tanışı Səbinə və Səfər adlı şəxslə birlikdə Bakı şəhəri, Qaradağ rayonu, Ümid qəsəbəsinə gedərək oradan İsif adlı şəxsdən 5 baş xırda buynuzlu mal qaranı götürüb, lakin sonradan pulunu verməmişdir. O, öz ifadəsində əlavə olaraq bildirmişdir ki, yanında olan şəxslərin onun işlərindən xəbərləri olmamış, həmin şəxslər elə bilmişlər ki, o mal qaranın pulunu tam şəkildə verəcəkdir. Bundan başqa 13 yanvar 2018-ci il tarixdə tanışı Məlahət adlı qadınla birlikdə Bakı şəhəri, Qaradağ rayonu, «Qurd qapısı» adlanan yerə gedərək orada Nəvai adlı şəxsdən 74 kiloqram quzu ətini götürüb satsalar da sonradan pulunu ödəməmişlər. O, öz ifadəsində son olaraq törətdiyi əməldən peşman olduğunu bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X4 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, Bakı şəhəri, Qaradağ rayonu, Ümid qəsəbəsində fərdi tikili evdə ailəsi ilə birlikdə yaşayır və orada qoyun-quzu saxlamaqla fərdi əməklə məşğul olur. 11 yanvar 2018-ci il tarixdə saat 13:00-da o, yaşadığı evində yaxınlığında qoyun otaran zaman bir göy rəngli 3585UY67 dövlət qeydiyyat nömrəsi olan «Reno» markalı avtomobil saxlamış və avtomobildən ilk olaraq tanımadığı kişi düşüb ona yaxınlaşıb özünü Səfər adı ilə təqdim edərək satılıq heyvan olub olmamasını soruşmuşdur. O da həmin şəxsə demişdir ki, satılıq heyvan var və təklif etmişdir ki, yaşadığı həyətə gəlsin ki, heyvanları ora gətirib ona göstərsin. Sürücü idarə etdiyi avtomobilə əyləşərək onun yaşadığı evə tərəf getmiş, o da otardığı heyvanları həyətə sürmüş, o heyvanları həyətə apardıqdan sonra həmin avtomobildən Səfər adlı sürücü və iki qadın düşüb həyətə gəlmişlər. Səfər demişdir ki, yanında olan Sevda adlı qadın şəhid ailəsidir, qızını ərə verir, ona 3 kabablıq və 2 böyük qazanlıq qoyun lazımdır. Sevda ona yaxınlaşıb Səfərin dediklərini təsdiq edərək ona qızını ərə vermək üçün 5 ədəd qoyun lazım olduğunu bildirmişdir. O Sevda ilə qoyunların pulu barəsində söhbət edən zaman Səfər ona yaxınlaşıb demişdir ki, namaz vaxtıdır, namaz qılmalıdır və namaz qılmaq üçün ona icazə versin ki, otağa keçsin. O da həmin şəxsə demişdir ki, hamama girib dəstəmaz alsın və otağa keçib namazını qılsın. Səfər onun dediyi kimi hamama girib dəstəmaz almış və o Səfərlə birlikdə gedib otağı göstərmiş və otaqdan çıxmışlar. Bir azdan Səfərin «Allah Əkbər» deməsini eşitmiş və otağa gəldikdə görmüşdür ki, Səfər oğlu Ağaverdinin gödəkcəsini asılqandan götürüb qarşısına yerə atıb üstündə namaz qılır, o mane olmamaq üçün otaqdan çıxmışdır. Ordan çıxarkən sevdanın qohumu olan qızın otağın qarşısında olduğunu görmüşdür. Otaqdan çıxıb Sevdanın yanına həyətə gəlmiş, onunla qoyunların pulu barəsində danışıq aparmağa davam etmişdir. O, Sevda üçün 3 baş quzu və 2 baş qoyun seçib ayaqlarını bağlamış, hərəsinin öz qiymətini demiş və ümumi hesablayıb Sevdanın ona 870 manat verməli olduğunu bildirmişdir. O, Sevdaya demişdir ki, şəhid ailəsi olduğu üçün 20 manat keçir və Sevda ona 850 manat verməlidir. Sevda demişdir ki, aldığı qoyunların pulunu ona 13 yanvar 2018-ci il tarixdə verəcəkdir. O razılaşmışdır. Həmin vaxt artıq oğlu Ağaverdini də evə çağırmış və Ağaverdinin köməkliyi ilə qoyun və quzunun ayaqlarını bağlamışdır. Sevda ona demişdir ki, narahatçılıq olmasın deyə oğlu Ağaverdi onunla getsin və yaşadığı evi ona göstərsin ki, sonra əlaqə saxlamaq mümkün olsun. Həmin vaxt Səfər demişdir ki, 5 baş qoyun onun avtomobilinə yerləşməyəcək və ona demişdir ki, taksi çağırsın. O da Azər adlı tanış taksi sürücüsünə zəng edib yaşadığı ünvana dəvət etmiş, Azər gələndən sonra 3 baş qoyunu Azərin idarə etdiyi avtomobilin yük yerinə qoymuşlar, 2 baş quzunu isə səfərin idarə etdiyi avtomobilin yük yerinə yerləşdirmişlər, Ağaverdi və Sevda Azərin avtomobilinə əyləşmişlər, adını bilmədiyi digər qadın isə Səfərin idarə etdiyi avtomobilə əyləşib çıxıb getmişlər. Onlar gedəndən sonra oğlu Ağaverdi ona zəng edərək artıq Sevdanın evində olduğunu və evdə iki nəfər də xəstə adam olduğunu bildirmişdir. X8 avtomobili ilə geri qayıtmış, həmin vaxt Ağaverdidən Sevdaya inanıb inanmadığını soruşmuş, Ağaverdi də cavabında Sevdanın yaşadığı evin qarşısında xeyir şər evini göstərib həmin yerdə 12 yanvar 2018-ci il tarixdə qızı üçün toy edəcəyini və 13 yanvar 2018-ci il tarixdə onların pulunu verəcəkdir. Həmçinin Sevda getməmişdən öncə özünə məxsus olan ***-***-**-** nömrəsini vermiş və həmin nömrə ilə onunla əlaqə saxlamağın mümkün olduğunu bildirmişdir. 12 yanqvar 2018-ci il tarixdə Sevda ilə mobil telefon vasitəsilə əlaqə saxlayaraq heyvanları kəsib kəsmədiyini soruşmuş, Sevda da cavabında heyvanları kəsdiyini və yaxşı heyvan olduğunu bildirmişdir. 13 yanvar 2018-ci ildə Sevda ilə əlaqə saxlayıb pulu istədikdə Sevda yorğun olduğunu və 14 yanvar 2018-ci il tarixdə gətirəcəyini bildirmişdir. Sonradan nə qədər Sevda ilə əlaqə saxlasa da Sevda gətirib pulu verməmişdir, ona görə də polisə ərizə ilə müraciət etmişdir. O, öz ifadəsində son olaraq təqsirləndirilən şəxsə qarşı şikayətçi olduğunu bildirmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 1-ci massivdə yaşayır. Zərərçəkmiş şəxs3 qızı onun qonşusudur. 06 yanvar 2018-ci il tarixdə saat 10 radələrində onun mobil telefonuna qonşusu İsayev İsmayıl zəng vuraraq qoyun istəyən olduğunu bildirmiş, o da həmin vaxt evdə olmadığını axşam çağı gələcəyini bildirmişdir. Həmin gün saat 18 radələrində evdə olan zaman İsmayıl ona zəng edib evlərinə çağırmış, o da etiraz etməyərək razılaşmış, İsmayılgilə gedəndə orada 3 nəfər qadın 2 nəfər kişi olduğunu görmüşdür. Həmin qadınlardan biri Sevda adlı qadın ona demişdir ki, qızı üçün toy edir, bu səbəbdən 160 kiloqram mal ətini Xublargildən götürmüş, bir o qədər də qoyun əti lazım olduğunu ona demişdir, söhbət zamanı o, heç bir problem olmadığını və hər kiloqramının 12 manatdan satacağını demişdir. Sevda da razılaşıb səhəri gün gəlib əti götürəcəyini demişdir. Lakin həmin vaxta qədər ona məlum olmamışdır ki, Sevda əti götürən zaman pulunu verməyəcəkdir. Bundan sonra səhəri gün yenə də həmin adamlar onun evinə gəlmişlər və özləri ilə birlikdə Cəfər adlı qəssabı da gətirmişlər, Cəfər qoyunları kəsəndən sonra avtomobilə yükləmişlər və bu zaman Sevda ona demişdir ki, ətin pulunu 08 yanvar 2018-ci il tarixdə toydan sonra verəcəkdir, o da etiraz edərək hansı səbəbdən əvvəlcədən belə bir şərti ona demədiyini bildirmişdir. Sonra məcbur olub razılaşmış və səhəri gün 08 yanvar 2018-ci il tarixdə axşam satlarında o, evdə olmayan zaman Sevda onun evinə zəng vurmuş və pulu ayın 12 yanvar 2018-ci il tarixdə verəcəyini bildirmişdir. Lakin sonradan həmin müddətdə gəlib başa çatsa da onun pulu verilməmişdir. Belə olan halda məcbur olub bu barədə polisə ərizə ilə müraciət etmişdir. O, öz ifadəsində son olaraq təqsirləndirilən şəxsə qarşı şikayətçi olduğunu bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X5 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, ünvan 4 ünvanında qardaşı İsmayıl və ailə üzvləri ilə birlikdə yaşayır. Həmin evdə balaca bir fermaları da vardır, həmin fermada iri buynuzlu mal-qara saxlayırlar. 06 yanvar 2018-ci il tarixdə saat 11:30 radələrində yaşadıqları evdə olan zaman onların evlərinə 3 qadın və bir kişi gəlmişdir, həmin qadınlardan biri adının Sevda olduğunu və qızı üçün 07 yanvar 2018-ci il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Zabrat-2 qəsəbəsində toy edəcəyini bildirmiş, toyda istifadə edilməsi üçün 160 kiloqram mal əti lazım olduğunu və pulunu toyun səhəri gün verəcəklərini bildirmişdir. Həmin vaxt atası ehtiyyatsızlıqdan yıxılaraq qolunu sındırdığı üçün əməliyyat üçün onlara pul lazım olmuş və bu səbəbdən onlarla razılaşmışlar. Sevda demişdir ki, 07 yanvar 2018-ci il tarixdə səhər saatlarında gəlib əti götürəcəklər. Həmçinin onlara qoyun əti də lazım olduqlarını dedikləri üçün qonşuluqda yaşayan Süleymana da sifariş göndərmişlər ki, əgər qoyun satmaq istəyirsə gəlib satsın. Bundan sonra Süleymanda gəlmiş və Sevda onunla da danışmışdır. Səhəri gün həmin şəxslər yenidən gəlmiş və Sevdagil gələnə qədər onlar malı kəsməmişlər. Sevdagil gələndən sonra qonşuluqda yaşayan qəssab Cəfəri çağırmışlar və Cəfər gəlib 30 manat pulun müqabilində onların 150 kiloqram çəkidə malını kəsmiş və ümumilikdə Sevdagil onlara 1500 manat pul verməli olmuşlar, həmin pulun 100 manatını vermişlər, qalan pulu isə 08 yanvar 2018-ci il tarixdə verəcəklərini demişlər. Eyni qaydada Süleymandan da ət götürmüşlər, lakin söz verdikləri kimi qalan pulu verməmişlər. Onlarda məcbur olub bu barədə polisə ərizə ilə müraciət etmişlər. O, öz ifadəsində son olaraq təqsirləndirilən şəxsə qarşı şikayətçi olduğunu bildirmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs6 qızı öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, Tovuz rayonu, Aşağı Quşçu kəndində yaşayır və həmin kənddə kənd təsərrüfatı mallarının əkib-becərilməsi ilə məşğul olur. 19 oktyabr 2017-ci il tarixdə həm kəndlisi Samir ona zəng vuraraq pulunu sonradan vermək şərtilə kartof, sarımsaq və üzüm istəyən olduğunu bildirmişdir. O da həmin şəxsləri onun evinə gətirməsini xahiş etmişdir. Bir neçə dəqiqədən sonra Prado markalı avtomobillə Samir yanında bir kişi iki qadınla birlikdə gəlmişlər, qadınlardan biri özünü Sevda kimi təqdim etmiş və ondan pulunu sonradan vermək şərtilə 358 kiloqram hər kiloqramı 5,50 manatdan sarımsaq toxumu və 915 kiloqram hər kiloqramı 4,50 manatdan sarımsaq istəmiş, o da etiraz etməmiş, bundan sonra onlar tərəfindən Qazel markalı avtomaşın gətirilmiş və Sevda ondan yuxarıda qeyd olunan çəkidə sarımsaq toxumu və sarımsaq götürüb çıxıb getmişdir. Lakin sonradan pulunu verməmiş, buna görə də polisə şikayət etmişdir. O, öz ifadəsində son olaraq təqsirləndirilən şəxsə qarşı şikayətçi olduğunu bildirmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs9 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, Tovuz rayonu, Aşağı Quşçu kəndində yaşayır və həmin kənddə kənd təsərrüfatı mallarının əkib-becərilməsi ilə məşğul olur. 15 sentyabr 2017-ci il tarixdə o, heyvan otarmağa gedən zaman arvadı Kəmalə yaşadıqları kəndin yolun kənarında üzüm satmış, bu zaman Kəmalə ona zəng vuraraq bir nəfər adam gəldiyini və pulunu sonradan ödəmək şərtilə nisyə üzüm istədiyini bildirmişdir. O da evə gələndən sonra danışa biləcəklərini bildirmişdir. Aradan bir qədər keçmişdir ki, Sevda adlı qadın özü ona zəng vurmuş və o da Sevdanı evə dəvət etmişdir. Aradan bir qədər keçəndən sonra Sevda yanında Ruslan və bir nəfər qadınla birlikdə “Toyota Prado” markalı avtomobillə onun yaşadığı evə gəlmişdir, evlərində söhbət zamanı pulunu sonradan ödəmək şərtilə Sevda ondan 1 ton üzüm istəmişdir. O da razılaşıb pulunu sonradan ödəmək şərtilə ümumi dəyəri 2650 manat təşkil edən 1 ton üzümü götürmüşdür, bundan sonra Sevda həmin şəxslərlə birlikdə bir neçə dəfə yaşadıqları kəndə gəlmiş, onlarla söhbət edərək kənd təsərrüfatı mallarını götürüb satmaq istədiyini və pulunu sonra verəcəyini bildirmişdir. O da Sevdaya inanmış və 15 oktyabr 2017-ci il tarixdən 18 oktyabr 2017-ci il tarixədək Sevda onun vasitəsilə kənd sakinlərinə kənd təsərrüfatı malları götürsə də sonradan nə onun 2650 manatını nə də ki, digər şəxslərin mallarının pulunu verməmişdir. Ona görə də hamısı Sevdadan polisə şikayət etmişlər. O, öz ifadəsində son olaraq təqsirləndirilən şəxsə qarşı şikayətçi olduğunu bildirmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs10 Şəmşəd qızı öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, Tovuz rayonu, Aşağı Quşçu kəndində yaşayır və həmin kənddə kənd təsərrüfatı mallarının əkib-becərilməsi ilə məşğul olur. 14 oktyabr 2017-ci il tarixdə həm kəndlisi Samir ona zəng vuraraq kartof, üzüm və sarımsaq istəyən olduğunu bildirmişdir. O da Samirə demişdir ki, həmin şəxsləri onun həyətinə gətirsin. Aradan 30-35 dəqiqə keçəndən sonra Samir yanında Sevda, Ruslan adlı şəxslə birlikdə “Toyota Prado” markalı avtomobillə onun evinə gəlmişlər, həmin vaxt Sevda onunla danışıb 2 ton 468 kiloqram kartof və 600 kiloqram sarımsaq istəmişdir. Həmin kənd təsərrüfatı mallarının qiyməti 3117 manat etmişdir, Sevda pulu sonra verəcəyini dedikdə o, razılaşmamış, bundan sonra Samir demişdir ki, heç bir problem yoxdur, pulu Sevda gətirib verəcəkdir. Bundan sonra Samirə inanmış və həmin gün Sevda 2 ton 468 kiloqram kartofu və 600 kiloqram sarımsağı götürüb “Kamaz” markalı avtomaşına yükləyib aparmışdır, sonradan Sevda 3117 manat pulu verməmişdir. Ona görə də o, bu barədə şikayət etmişdir. O, öz ifadəsində son olaraq təqsirləndirilən şəxsə qarşı şikayətçi olduğunu bildirmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs11 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, «Qurd Qapısı» adlanan yerdə yaşayır. 13 may 2018-ci il tarixdə yaşadığı evdə olan zaman onun istifadəsində olan mobil telefona bir nəfər tanımadığı sonradan adının Məlahət olduğunu bildiyi qadın zəng vurmuş və 70 kiloqram quzu əti lazım olduğunu və pulunu 14 may 2018-ci il tarixdə verəcəyini bildirmiş, o da razılaşmışdır. Həmin vaxt Məlahət ona demişdir ki, özü gələ bilmir, Sevda adlı qadını saat 20 radələrində göndərəcəkdir və əti ona təhvil verməyi xahiş etmişdir. O da beş baş quzunu kəsmiş və ümumi çəkisi 65 kiloqram gəlmiş, axşam saat 20 radələrində bir “BMV” markalı avtomobillə Sevda adlı qadın gəlmiş, həmin vaxt avtomobili bir nəfər cavan oğlan idarə etmişdir. Sevda 65 kiloqram ətin az olduğunu və bir başda kəsmək lazım olduğunu bildirmişdir. Bundan sonra o bir baş quzu da kəsmiş və ümumilikdə 74 kiloqram əti onların avtomobilinə yükləmiş, Sevdaya ümumilikdə ətin qiymətinin 888 manat olduğunu bildirmişdir, Sevda da razılaşıb əti götürüb getmişdir, lakin sonradan onun pulunu verməmişlər. O da məcbur olub bu barədə polisə ərizə ilə müraciət etmişdir. O, öz ifadəsində son olaraq təqsirləndirilən şəxsə qarşı şikayətçi olduğunu bildirmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs12 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, Təqsirləndirilən şəxs və X2 əvvəllər tanımamış, onlarla heç bir münasibəti olmamışdır. 10 iyun 2016-cı il tarixdə Tovuz rayonu, Dönük Qırıqlı kəndində yerləşən özünə məxsus heyvan yatağında olan zaman bir “Mersedes” markalı avtomobillə iki kişi və iki qadın gəlmişlər. Kişilərdən biri özünü Hacı Yaşar kimi təqdim etmiş, qadınlardan biri isə özünü Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Hacı Yaşar adlı şəxs onunla danışaraq Bakı şəhərində restoran işlətdiklərini, restoranın sahibinin Təqsirləndirilən şəxs olduğunu bildirmiş və demişlər ki, 14 iyun 2016-cı il tarixdə pulunu ödəmək şərtilə 22 baş xırda buynuzlu və 5 baş iri buynuzlu mal qara lazımdır. O, ilk əvvəl razılaşmayanda təklif etmişlər ki, bir nəfər onlarla birlikdə Bakı şəhərinə getsin, orada qalacaq yeri varsa bir neçə gün qalsın, sonra pulu götürüb geri qayıtsın. O da oğlu Vüsalı onlarla göndərməyə razılaşmışdır və danışıqlarına görə 22 baş xırda buynuzlu mal qaranın hər birini 110 manatdan, 5 baş iri buynuzlu mal qaranı isə hər birini 650 manatdan razılaşmışlar, həmin vaxt onun bir baş 1200 manat dəyərində iri buynuzlu cin mal qarası da olduğu üçün Yaşar həmin inəyi anası üçün almaq istədiyini və pulunu digər mal qara ilə birlikdə 14 iyun 2016-cı il tarixdə verəcəyini bildirmişdir. O da razılaşıb həmin mal qaranın hamısını qonşu kənd sakini Ədalət adlı şəxsin “Mersedes” markalı avtomaşınına yüklədikdən sonra oğlu Vüsalı da onlara qoşaraq Bakı şəhərinə yola salmış, həmin vaxt Təqsirləndirilən şəxs əlyazma yazaraq 5 baş iri buynuzlu və 22 baş xırda buynuzlu mal qaranı götürməsini qeyd etmişdir. Bakı şəhərinə çatandan sonra Vüsalı Abşeron rayonu, Məhəmmədi kəndində yaşayan xalasının evinin yanında düşürüb səhəri gün götürəcəklərini desələr də qeyd edilən vaxtda gəlməmişlər, nə də ki, sonradan 14 iyun 2016-cı il tarixdə də mal qaranın pulunu verməmişlər, mobil telefon nömrələrinə zəng çatmamış, bu səbəbdən polisə gedərək şikayət ərizəsi vermişlər. O, öz ifadəsində son olaraq təqsirləndirilən şəxsə qarşı şikayətçi olduğunu bildirmişdir. Zərərçəkmiş şəxs4 məhkəmə iclaslarının vaxtı və yeri barəsində rəsmi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə teleqram ünvanlayaraq ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini və təqsirləndirilən şəxsə qarşı şikayətçi olduğunu bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin ifadəsi elan edilmişdir. Zərərçəkmiş şəxs4 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Tovuz rayonu, Aşağı Quşçu kəndində yaşayır və həmin kənddə kənd təsərrüfatı mallarının əkib becərilməsi ilə məşğul olur. 13 oktyabr 2017-ci il tarixdə həm kəndlisi Samir ona zəng vuraraq pulunu sonradan vermək şərtilə kartof və üzüm istyən olduğunu bildirmişdir. O da həmin şəxsləri onun evinə gətirməsini xahiş etmişdir, bir neçə dəqiqədən sonra Prado markalı avtomobillə Samir yanında bir kişi iki qadınla birlikdə gəlmişlər, qadınlardan biri özünü Sevda kimi təqdim etmiş və ondan pulunu sonradan vermək şərtilə hər kiloqrammı 0,35 manatdan olmaqla kartof istəmiş, o da etiraz etməmiş, bundan sonra onlar tərəfindən Kamaz markalı avtomaşın gətirilmiş və Sevda ondan 14 oktyabr 2017-ci il tarixdə 1 ton 400 kiloqram çəkidə kartof götürmüşdür. 17 oktyabr 2017-ci il tarixdə yenidən Sevda onun yanına gələrək əlavə olaraq 2 ton da kartof götürmüş və hamısının bir yerdə pulunu 23 oktyabr 2017-ci il tarixdə verəcəyinə dair söz vermişdir. Lakin həmin müddət gəlib başa çatsada Sevda onların pulunu verməmişdir, ona görə də bu barədə polisə ərizə ilə müraciət etmişlər. Zərərçəkmiş şəxs5 məhkəmə iclaslarının vaxtı və yeri barəsində rəsmi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə teleqram ünvanlayaraq ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini və təqsirləndirilən şəxsə qarşı şikayətçi olduğunu bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin ifadəsi elan edilmişdir. Zərərçəkmiş şəxs5 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Tovuz rayonu, Aşağı Quşçu kəndində yaşayır və həmin kənddə kənd təsərrüfatı mallarının əkib becərilməsi ilə məşğul olur. 13 oktyabr 2017-ci il tarixdə həm kəndlisi Samir ona zəng vuraraq pulunu sonradan vermək şərtilə kartof və üzüm istyən olduğunu bildirmişdir. O da həmin şəxsləri onun evinə gətirməsini xahiş etmişdir, bir neçə dəqiqədən sonra Prado markalı avtomobillə Samir yanında bir kişi iki qadınla birlikdə gəlmişlər, qadınlardan biri özünü Sevda kimi təqdim etmiş və ondan pulunu sonradan vermək şərtilə hər kiloqramı 0,50 manatdan olmaqla üzüm istəmiş, o da etiraz etməmiş, bundan sonra onlar tərəfindən Kamaz markalı avtomaşın gətirilmiş və Sevda ondan 14 oktyabr 2017-ci il tarixdə 3 ton çəkidə üzüm götürmüşdür. 17 oktyabr 2017-ci il tarixdə yenidən Sevda onun yanına gələrək əlavə olaraq 1 ton 700 kiloqram da üzüm götürmüş və hamısının bir yerdə pulunu 23 oktyabr 2017-ci il tarixdə verəcəyinə dair söz vermişdir. Lakin həmin müddət gəlib başa çatsada Sevda onların pulunu verməmişdir, ona görə də bu barədə polisə ərizə ilə müraciət etmişlər. Zərərçəkmiş şəxs7 məhkəmə iclaslarının vaxtı və yeri barəsində rəsmi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə teleqram ünvanlayaraq ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini və təqsirləndirilən şəxsə qarşı şikayətçi olduğunu bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin ifadəsi elan edilmişdir. Zərərçəkmiş şəxs7 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Tovuz rayonu, Aşağı Quşçu kəndində yaşayır və həmin kənddə kənd təsərrüfatı mallarının əkib becərilməsi ilə məşğul olur. 16 oktyabr 2017-ci il tarixdə həm kəndlisi Samir ona zəng vuraraq kartof istəyən olduğunu bildirmişdir. O da Samirə demişdir ki, həmin şəxsləri onun həyətinə gətirsin. aradan 20-25 dəqiqə keçəndən sonra Samir yanında Sevda, Ruslan adlı şəxslə birlikdə Tofota Prado markalı avtomobillə onun evinə gəlmişlər, həmin vaxt Sevda onunla danışıb kartofun 1 kiloqramını 0,36 manatdan razılaşmışlar, o da 6 ton 272 kiloqram kartofu Sevdaya verib pulunu istədikdə Sevda pulunu sonra verəcəyini bildirmiş, o isə kartofu vermək istəməyəndə Samir ona demişdir ki, narahatçılıq üçün səbəb yoxdur, bundan sonra Samirə inanıb ümumi dəyəri 6 ton 272 kiloqram çəkidə kartofu vermişdir, həmin vaxt Sevdla kartofu Kamaz markalı avtomaşına yükləyib aparmış, lakin sonradan pulunu verməmişdir. Ona görə də o bu barədə şikayət etmişdir. Zərərçəkmiş şəxs8 məhkəmə iclaslarının vaxtı və yeri barəsində rəsmi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə teleqram ünvanlayaraq ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini və təqsirləndirilən şəxsə qarşı şikayətçi olduğunu bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin ifadəsi elan edilmişdir. Zərərçəkmiş şəxs8 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Tovuz rayonu, Aşağı Quşçu kəndində yaşayır və həmin kənddə kənd təsərrüfatı mallarının əkib becərilməsi ilə məşğul olur. 13 oktyabr 2017-ci il tarixdə həm kəndlisi Samir ona zəng vuraraq kartof istəyən olduğunu bildirmişdir. O da Samirə demişdir ki, həmin şəxsləri onun həyətinə gətirsin. aradan 20 dəqiqə keçəndən sonra Samir yanında Sevda, Ruslan adlı şəxslə birlikdə Tofota Prado markalı avtomobillə onun evinə gəlmişlər, həmin vaxt Sevda onunla danışıb kartofun 1 kiloqramını 0,28 manatdan razılaşmışlar, həmin vaxt Sevda kartofun pulunu sonra verəcəyini dedikdə o razılaşmamış, bundan sonra Samir demişdir ki, heç bir problem yoxdur, pulu Sevda gətirib verəcəkdir. Bundan sonra Samirə inanmış və səhəri gün Sevda həmin Prado markalı avtomobillə gəlib ondan 5 ton kartofu götürüb Kamaz markalı avtomaşına yükləyib aparmışdır, sonradan o Sevdanın yanına Bakı şəhərinə gedib pulunu tələb etmiş və Sevda həmin pulun 3100 manatını versədə qalan 1010 manat pulu isə verməmişdir. Ona görə də o bu barədə şikayət etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, Bakı şəhər sakini Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. Həmin şəxsi sonradan tanımışdır. Onunla düşmənçiliyi, ədavəti olmamışdır. Baş vermiş hadisə ilə əlaqədar olaraq bildirmişdir ki, 10 iyun 2016-cı il tarixdə saat təxminən 13 radələrində atası heyvanlarını saxladıqları pay torpaq sahəsində olarkən, əvvəllər tanımadığı adını sonradan bildiyi Bakı şəhər sakinləri Təqsirləndirilən şəxs, Xatirə Dadaşova, Hacı Yaşar adlı şəxs və sürücü Qasım adlı cavan oğlan «Mersedes» markalı **-DG-*** dövlət qeydiyyat nişanlı taksi avtomobili ilə gəlmişlər. O, həmin vaxt bir qədər aralıda heyvanları yemlədikləri koma kimi düzəltdiyi yerdə imiş. O da atasının yanında həmin şəxsləri görüb onlara yaxınlaşmışdır. Onlar atası ilə söhbət edirmişlər. Sonradan tanıdığı Hacı Yaşar adlı şəxs atasından soruşmuşdur ki, quzunun bir ədədi neçəyədir. Atası da 1 baş 20 kiloqramlıq quzunu 110 manat pula aldığını, alsalar qiymətdə razılaşacağını bildirdi. Hacı Yaşar demişdir ki, onlara 1 ədəd deyil çox quzu lazımdır. Atası da cəmi 22 baş quzuları olduğunu bildirmişdir. Hacı, Sevda adlı qadını göstərib bildirmişdir ki, həmin qadın restoran müdiridir, onun Bakı şəhərində özünə məxsus 3 restoranı var və heyvanlar da restoran üçün lazımdır. Onlar quzulara baxdıqdan sonra bəyəndiklərini bildirmişlər və əlavə olaraq ətlik dana lazım olduğunu bildirmişlər. Atası da 6 baş danasının olduğunu demişdir. Onlar danalara da baxmaq istədiklərini bildirmişlər. Həmin vaxt iri buynuzlu heyvanları Tovuz rayonu, Dönük Qırıqlı kəndi ərazisində yerləşən «Vladivostok» adlı kafenin yaxınlığında otlaq sahəsində otlayırmışlar. Atası danaları göstərmək üçün onlarla birlikdə «Mersedes» markalı avtomobillə otlaq sahəsinə getmişdir. O isə orada qalmışdır. Danalara baxdıqdan sonra atası onlarla birlikdə qayıtmışdır. Həmin şəxslər atasına danaları da bəyəndiklərini bildirmişlər və 1 baş dananı hansı qiymətə satdıqlarını soruşmuşlar. Atası da 1 baş dananı 660 manat pula satdığını demişdir. Bundan sonra onlar atası ilə danışıb razılaşmışlar və atası onlara 1 baş quzunu 1 -110 manata, 1 baş dananı isə 650 manat pula satmağa razı olmuşdur. Bundan sonra onlar 22 ədəd quzuları və 5 baş dananın hamısını almaq istədiklərini bildirmişlər. Atası 22 ədəd quzunu - 2.420 (iki min dörd yüz iyirmi) manata, 5 baş dananı isə - 3.250 (üç -in iki yüz əlli) manat pula həmin şəxslərə satmağa razı olmuşdur. Həmin vaxt Hacı Yaşar adlı şəxs 1 baş cins inəklərini də bəyənib anası üçün almaq istədiyini bildirmişdir. Hacı Yaşar adlı şəxs atası ilə danışıb razılaşmışlar və həmin cins inəyi atası Hacı Yaşar adlı şəxsə 1200 manata satmağa razı olmuşdur. Hacı Yaşar və Sevda adlı qadın demişlər ki, heyvanları restoran üçün alırlar, üzərlərində nəğd pulları yoxdur, heyvanları Bakı şəhərinə aparıb pulunu sonra yollayacaqlar. Onlar danışmışlar ki, əvvəllər də başqa yerlərdən müqavilə ilə heyvanlar alıb aparıb pulunu sonra göndərmişlər. Atası pulun heç olmazsa yarısını vermələrini, qalanını sonra göndərmələrini bildirmişdir. Onlar onları inandırmağa çalışmışlar ki, narahat olmasınlar, heyvanları yük avtomobili ilə yığıb aparandan sonra, iyun ayının 14-nə kimi pulu göndərəcəklər. Onlar atasına demişlər ki, bir nəfər şəxsi onlarla birlikdə Bakı şəhərinə göndərsin, həm restoranlarını, həm də evlərini görüb tanıyar, 2-3 gün Bakı şəhərində qaldıqdan sonra, pulu həmin şəxsə verib yola salarlar. Atası da ona həmin şəxslərlə birlikdə Bakı şəhərinə getməyini bildirmişlər. O da razılaşmışdır. Bundan sonra Hacı Yaşar, Sevda adlı qadın və onlarla birlikdə gələn şəxs gedib Qovlar şəhərində Məşədilər kənd sakini Şahid1 Mansur oğlunun «Mersedes» markalı avtomobili ilə heyvanlarını Bakı şəhərinə aparmağa danışıb razılaşmışlar. Bundan sonra onlar heyvanları: 22 baş quzunu, 5 baş dananı və 1 baş cins inəyi Ədalətin «Mersedes» markalı **-KV-*** dövlət qeydiyyat nişanlı markalı yük avtomobinə yığmışlar. Özünü restoranın müdiri kimi təqdim edən Təqsirləndirilən şəxs kağız parçasına onlardan aldığı heyvanların sayını, məbləğini yazıb altından imza etmişdir. Həmin kağız parçasına o da imza etmişdir. Atası kağız parçasını özündə saxlamışdır. Bundan başqa Sevda adlı qadın öz şəxsiyyət vəsiqəsinin kserosurətini də atasına vermişdir. Hacı Yaşar və Sevda adlı qadın atasına istifadə etdikləri mobil telefon nömrələrini yazıb vermişlər. Bundan sonra o, həmin şəxslərlə birlikdə «Mersedes» markalı avtomobillə Bakı şəhərinə yola düşmüşdür. O, Sevda və Xatirə adlı qadınlar «Mersedes» markalı minik avtomobilində, Hacı Yaşar isə yük avtomobilində gedirmiş. Gəncə şəhərində Hacı Yaşar yük avtomobilindən düşüb «Mersedes» markalı minik avtomobilə əyləşmiş, o isə yük avtomobilinə minmişdir. Bakı şəhərinə çatanda Sevda adlı qadın Bakı şəhərində yaşayan qohumlarının olub-olmadığını soruşmuşdur. O da Abşeron rayonunun Məhəmmədli qəsəbəsində xalasının evi olduğunu bildirmişdir. Bundan sonra Sevda adlı qadın ona demişdir ki, o, «Mersedes» markalı taksi avtomobili ilə xalasının evinə getsin, orada rahat yatıb dincəlsin, səhəri gün günorta onu gəlib götürəcəklər. Taksi sürücüsü sonradan tanıdığı Qoşqar adlı şəxs onu Məhəmmədli qəsəbəsində «Ramil» market adlı ərzaq mağazasının yaxınlığında düşürərək çıxıb getmişdir. O da xalasının yaşadığı evə getmişdir. Səhəri gün o, Sevda adlı qadınla mobil telefon vasitəsi ilə əlaqə saxlamışdır. Sevda ona demişdir ki, taksi sürüsüsünün onu düşürdüyü marketin yanında gözləsin, saat 13 radələrində onu avtomobillə oradan götürəcəklər və onu restorana aparacaqlar. Saat 13 radələrindən 16 radələrinə qədər o, marketin qarşısında gözləmiş, lakin heç kim gəlməmişdir. O da bu barədə zəng edib atasına bildirmişdir. Bundan sonra Sevda adlı qadın ona zəng edərək restorana bazarlıq etdiklərini, buna görə gələ bilmədiklərini, axşam üstü gəlib onu götürəcəklərini bildirmişdir. O da axşamüstü saat 20 radələrindən 21 radələrinə qədər yenə marketin qarşısında onları gözləmişdir, lakin yenə heç kəs gəlib onu götürməmişdir. O, Sevda adlı qadına zəng edəndə o, restoranın işlərinə görə gələ bilmədiklərini, səhəri gün günorta vaxtı Gənclik metrosunun yaxınlığından onu gəlib götürəcəklərini bildirmişlər. Lakin səhəri gün o, Gənclik metrosunun yaxınlığında günorta saatlarında nə qədər gözləsə də onlar yenə gəlməmişlər. Bundan sonra o, Sevda adlı qadına zəng edəndə o, müxtəlif bəhanələr gətirərək gah restoranın işinə görə gah digər səbəblərə görə ləngidiklərini bildirmişdir. O, atasına bu barədə zəng edib bildirmişdir. Sevda adlı qadın da atası ilə danışıb bildirmişdir ki, narahat olmasınlar, heyvanların pulunu iyun ayının 14-nə qədər verəcəklər. İyun ayının 14-nə qədər o qalıb gözləmişdir. Lakin onlar pulu gətirib verməmişlər. İyun ayının 14-də Sevda adlı qadının və Hacı Yaşar adlı şəxsin mobil telefonlarına zəng çatmamışdır. Ona məlum olmuşdur ki, Sevda və Hacı adlı şəxslər onları aldatmışlar. 15 iyun 2016-cı il tarixdə atası ona zəng edib qayıtmağını bildirmişdir. Bundan sonra o, evə qayıtmışdır. Atası yenə bir müddət gözləməyi qərara almışdır. Lakin onlar hər dəfə Hacı Yaşar və Sevda adlı şəxslərə zəng edəndə gah onların telefonları sönülü olur, gah da götürüb yenə müxtəlif bəhanələr gətirərək pulumuzu verəcəklərini, gözləməyimizi bildirirdilər. Atası 23.06.2016-cı il tarixdə hadisə barədə ərizə yazıb poçtla Tovuz RPŞ-nin Qovlar polis bölməsinə göndərmişdir. Bildirmişdir ki, Bakı şəhər sakinləri Sevda adlı qadın və Hacı Yaşar adlı şəxs onların etibarlarından istifadə edərək aldadıb 22 baş quzularını, 5 baş danalarını və 1 baş cins inəklərini alıb ələ keçirmişlər, onlara 6870 (altı min səkkiz yüz yetmiş) manat ziyan vurmuşlar. Şahid1 Mansur oğluna məhkəmə iclasının vaxtı və yeri barəsində rəsmi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə teleqram ünvanlayaraq ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Məhkəmə iclasında şahidin ifadəsi elan edilmişdir. Şahid1 Mansur oğlu ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, o, özünə məxsus olan Mersedes markalı yük avtomaşını ilə yaşadığı Tovuz rayonunda yük daşımaqla məşğul olur. Təqsirləndirilən şəxs və X2 əvvəllər tanımamış, onlarla heç bir münasibəti və şəxsi ədavəti olmamışdır. 10 iyun 2016-cı il tarixdə saat 18 radələrində onun mobil telefonuna tanımadığı Yaşar adlı şəxs zəng vuraraq Bakı şəhərinə mal qara aparmaq lazım olduğunu bildirmiş, onlar 200 manata razılaşmışlar və danışmışlar ki, 22 baş xırda buynuzlu, 5 baş iri buynuzlu mal qaranı aparacaqdır. Bundan sonra Dönük Qırıqlı kəndində gedərək orada «vladivostok» restoranın yanında yataqdan mal qaranı götürən zaman həmin mal qaranın əvvəllər tanıdığı Zərərçəkmiş şəxs12 məxsus olduğunu öyrənmiş və mal qaranı nisyə götürdüklərini görmüşdür. Orada bir baş əlavə inəkdə avtomaşına yükləndiyi üçün 250 manata razılaşmışlar və oruc öz oğlu Vüsalı da onlarla göndərmişdir. Bundan sonra Bakı şəhərinə yola düşmüşlər, Bakı şəhərində Meyvəli ticarət mərkəzinin yanında sabah görüşəcəklərini deyib Vüsalı taksi ilə xalası gilə göndərmişlər, daha sonra ona demişlər ki, mal qaranı Qobu qəsəbəsinə aparmaq lazımdır. O da etiraz etməyərək həmin yerə mal qaranı aparıb boşaltmış və orada yaşar ona 215 manat pul verərək olan pulu olduğunu bildirmiş, o da etiraz etməmişdir. Sonradan isə ona məlum olmuşdur ki, Yaşargil Orucun pulunu verməmişlər. İş materiallarında olan tələbnamə və hökmlərin surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhər Sabunçu rayon Məhkəməsinin 22 iyun 2016-cı il tarixli hökmü ilə CM-nin 306.1-ci maddəsinə əsasən 01 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və 22 iyun 2017-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Daha sonra Bakı şəhər Xətai rayon Məhkəməsinin 04 oktyabr 2019-cu il tarixli hökmü ilə CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə 02 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və cəzasının əvvəli 28 aprel 2019-cu il tarixdən hesablanmışdır. Göründüyü kimi Təqsirləndirilən şəxs hazırki əməli cinayətin residivini yaratmışdır. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə tədqiq edilmiş sübutların tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli tam sübuta yetir və onun əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs əməlini etiraf etməsini cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində cinayətin residivinin olması cəzanı ağırlaşdıran haldır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinin tələblərinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinin tələbindən aydın olur ki, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi daha məqsədə müvafiq, həmdə cəzanın məqsədlərinə nail olunması baxımdan daha ədalətlidir. Həmin Məcəllənin 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəsisəsində çəkməlidir. Həmin Məcəllənin 66.5-ci maddəsində göstərilir ki, cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Təqsirləndirilən şəxs Bakı şəhər Xətai rayon Məhkəməsinin 04 oktyabr 2019-cu il tarixli hökmü ilə hal-hazırda azadlıqdan məhrumetmə növündə cəza çəkməsi nəzərə alınmalıdır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 40 iş saatı sərf olunmuşdur. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 240 (iki yüz qırx) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Bürosunun hesabına ödənilməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358, 381 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 və 178.2.4cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Ona təyin olunmuş hazırki cəza, Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Xətai rayon Məhkəməsinin 04 oktyabr 2019-cu il tarixli hökmü ilə təyin edilmiş 02 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla Təqsirləndirilən şəxs qəti olaraq 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Xətai rayon Məhkəməsinin 04 oktyabr 2019-cu il tarixli hökmü ilə hal-hazırda azadlıqdan məhrumetmə növündə cəza çəkməsi nəzərə alınsın. Cəzasının əvvəli 28 aprel 2019-cu il tarixdən hesablansın. Cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəksin. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı göstərilmiş hüquqi yardımla bağlı 240 (iki yüz qırx) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Bürosunun hesabına ödənilsin. Zərərçəkmiş şəxslərə izah edilsin ki, cinayət nəticəsində ona vurulmuş maddi və ya mənəvi ziyanın ödənilməsi məqsədilə mülki qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmədə iddia qaldırmaq hüququna malikdirlər. Hökmdən elan olunduğu, təqsirləndirilən şəxs tərəfindən isə hökmün surəti ona təqdim edildiyi vaxtdan 20 (iyirmi) gün müddətinə Qaradağ rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar