Məhkəmə qərarları › İş №1(002)-118/2022

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №1(002)-118/2022

25.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(002)-118/2022 25.05.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədova Ülviyyə Nizami qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs 12 avqust 1994-cü ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs 12 aprel 2021-ci il tarixdə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində yerləşən Baş Gömrük İdarəsinin inzibati binasının qarşısında Zərərçəkmiş şəxs etibarından sui-istifadə etməklə onu Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinə gizir rütbəsinə işə düzəldəcəyini vəd edib aldadaraq 6500 manat pulunu ələ keçirərək vədinə əməl etməyib Zərərçəkmiş şəxs xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Beləliklə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, o, ünvan 3 ünvanında yaşayır. Rəsmi olaraq dövlət işində işləmir. Əvvəllər məhkum olunmuşdır. Hərbidə ehtiyatda olan baş leytenantdır. Tik-tok sosial şəbəkəsi vasitəsi ilə Dilarə adlı qadınla tanış olmuşdur. O, hərbi dəniz qüvvələrində mülki işçi kimi işləyirmiş, sosial şəbəkədə adını Nuran Əskərov kimi qeyd etdiyi üçün o, onu “Nuran” kimi tanıyırmış, əvvəllər hərbi dəniz qüvvələrində zabit kimi çalışdığını ona bildirmişdir. Təxminən 1 ay ərzində danışmış və cəmisi 2 dəfə görüşləri olmuşdur. Söhbət əsnasında Dilarə ona demişdir ki, neçə ildir ki, hərbi dəniz qüvvələrinə zabit kimi düzəlmək istəyir. Ondan tanışının olub-olmamasını soruşmuşdur. O, bu barədə maraqlanıb məlumat verəcəyini bildirmişdir. Adını çəkmək istəmədiyi tanışı ilə bu barədə danışmış, bu işin 10000 manata alınacağını bildirmiş, lakin onun üçün bu işi 6500 manata həll edə biləcəyini demişdir. O, Dilarəni müddətdən artıq həqiqi hərbi xidmətə qadın hərbi qulluqçusu kimi işə düzəldəcəyini bildirmişdir. Dilarədən 6500 manat pulu Bakı şəhəri, Binəqədi rayonu ərazisində almışdır. Dilarəyə siyahıda verilən sənədləri yığmasını bildirmişdir. Təxminən bir həftə sonra telefonla Dilarə ilə danışarkən onun rəfiqəsi Mətanət adlı qadın onların söhbətini eşitmişdir. O da hərbi qulluqçu olmaq istədiyini bildirmişdir. Belə ki, əvvəllər hərbidə mülki şəxs kimi çalışdığını demişdir. O daha sonra mobil telefon vasitəsi ilə Mətanətlə danışmış, hansı işə düzələcəyi barədə suallar vermişdir. O, onun suallarını cavablandırmış, işə düzəlmək üçün lazım olan məbləği Mətanət ilə özü danışmışdır. Mətanət adlı qadına Dilarəyə düzələn qiymətə onu da işə düzəldəcəyini demişdir. Mətanətlə bu işi düzəltmək üçün 6500 manata razılaşmışdır. 12 aprel 2021-ci il tarixdə Bakı şəhəri Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən Bakı şəhər Baş Gömrük İdarəsinin qarşısında Mətanətlə görüşmüş, Mətanət ona sənədləri və 6500 manat pulu vermişdir. Mətanət ona verdiyi 6500 manat pulu borca götürdüyünü, işini tez həll etməyini xahiş etmişdir. O, Mətanətə 24 may 2021-ci il tarixdə kursların başladığını, şənbə və bazar günləri kurs olmadığını Mətanətin nəzərinə çatdırmışdır. Mətanədən aldığı 6500 manat pulu özündə saxlamışdır. Bu ərəfdə onun şəxsi münasibətlər zəmnində Dilarə ilə mübahisəsi düşmüşdür. Dilarə onu sevgili kimi qəbul edirmiş, lakin o, işdən kənar söhbətlərə görə onu narahat etməməsini nəzərinə çatdırmışdır. Dilarə və Mətanətin işə düzəlmə prosesi gedərkən müalicə almaq məqsədilə Gürcüstan Respublikasına getmişdir. İki gün sonra Dilarəyə yığıb işə düzəlmək üçün nəzərdə tutulan kursların dayandığını və işin alınmayacağını bildirmişdir. Mətanətə bu barədə məlumat verməsini Dilarədən xahiş etmişdir. Ümumi puldan 1500 manat xərclədiyini Dilarəyə bildirmiş, lakin 10 günə Bakı şəhərinə çatan kimi pulu tam geri ödəyəcəyini demişdir. Lakin Dilarə onunla telefon danışığı zamanı işə düzəlmək istəyindən daşındığını bildirmiş və ondan 6500 manat pulu geri istəmişdir. O da təqribən 10 gün sonra Gürcüstan Respublikasından Bakı şəhərində qayıtmışdır. Dilarə ilə görüşərək ondan aldığı 6500 manatı pulu geri ödəmişdir. Zərərçəkmiş şəxs Raiq qızından aldığı 6500 manat pulu öz sərfiyyatına xərcləmiş və hal-hazırda vurulmuş ziyanı tam ödəmişdir. O, öz ifadəsində daha sonra törətdiyi əməldən peşman olduğunu, zərərçəkmiş şəxsə vurduğu maddi ziyanı tamamilə ödədiyini, zərərçəkmiş şəxslə barışmaqla zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmadığını, vurduğu ziyanın 25% ni, yəni 1625 manat məbləğində dövlət büdcəsinə ödəniş etdiyini bildirərək cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs məhkəməyə ərizə təqdim edərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsi tətbiq edilməklə onun Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə cinayət məsuliyyətindən azad edilməsi və həmin maddə ilə barəsində olan cinayət təqibinə xitam verilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs məhkəmə iclaslarının vaxtı və yeri barəsində rəsmi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə teleqram ünvanlayaraq Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş maddi ziyanın ödənildiyini, onunla barışdığını və heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin ifadəsi elan edilmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsində Zərərçəkmiş şəxs öz ifadəsində göstərmişdir ki, ailəvi dostu olan və uzun müddət tanıdığı Şahid yaşadığı ünvan 4 ünvanında olarkən Dilarənin mobil telefon vasitəsi ilə tanımadığı şəxs ilə danışdığını eşitmişdir. Söhbət əsnasında eşitmişdir ki, həmin şəxs Dilarəni hərbiyə işə düzəltmək istəyir. O, özü də əvvəllər hərbi hissədə mülki işçi kimi işləmişdir. Özünün də hərbçi olmaq arzusu olmuşdur. Ona görə də Dilarəyə telefon ilə danışdığı şəxsin mobil telefon nömrəsini ona verməsini xahiş etmişdir. Dilarə etiraz edərək onun işi düzəlmədiyini bildirmişdir. Hələ ki, işlə bağlı həmin şəxslə danışır. Yəni ki, ortada heç bir nəticə yoxdur. O, Dilarəyə bildirmişdir ki, mənim yaşım səninkindən azdır, sənin işin düzəlirsə, deməli mənimki də alınacaq. Dilarə ona bu işə boyun olmadığını bildirmişdir. O, özü Dilarənin telefonundan həmin şəxsin, yəni özünü Nuran kimi təqdim edən şəxsin mobil telefonunu götürmüşdür. O, Nuran adlı şəxslə telefon əlaqəsi saxlamış və Dilarənin rəfiqəsi olduğunu bildirmiş, həmin şəxslə müəyyən vaxt telefon əlaqəsi saxlamış və həmin şəxs onu yuxarı vəzifələrdə qohum və tanışları olduğuna inandırmış, özünü Azərbaycan Respublikası Prezidentinin Araşdırma, Koordinasiya və Kəşfiyyat üzrə köməkçisinin birinci müavini Nuran Əskərov kimi təqdim etmişdir. O, ona bildirmişdir ki, Müdafiə Nazirliyinin nəzdində yerləşən N saylı hərbi hissənin rabitə hissəsinə müavin vəzifəsinə təyin etdirəcək və ona gizir rütbəsi veriləcək. O, onun sözlərinə inanmışdır. O, hərbi sahədə işləyən vəzifəli şəxslərin adlarını çəkirmiş, özünü Nurlan kimi təqdim edən şəxslə danışıb görüş təyin etmiş, Nurlanın dediyi sənədləri yığmışdır. Ondan istədiyi sənədləri və 6500 manat pulu 12 aprel 2021-ci il tarixdə Bakı şəhəri Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən Bakı Baş Gömrük İdarəsinin qarşısında ona vermişdir. Nurana demişdir ki, həmin pulu borca almış, işini tez bir zamanda düzəltməsini xahiş etmişdir. Nurlan ona bildirmişdir ki, may ayının 24-də kurslar başlayır, şənbə və bazar günləri kurs olmur. O, pulu verdikdən sonra bir müddət keçmiş, Nuran ilə əlaqə saxlamış və kurslardan nə xəbər olması barədə maraqlanmışdır. O, demişdir ki, hal-hazırda başı qarışıqdır. Bir az gözləməyini bildirmişdir. O, Dilarə ilə əlaqə saxlamış, ondan işin nə yerdə olduğunu soruşmuşdur. Dilarə bildirmişdir ki, hələ gözləyir, işi düzəlməmişdir. Bir neçə ay gözlədikdən sonra Nuranın onu aldatdığını görmüş və pulunu tələb etməyə başlamışdır. Həmin vaxtı ona məlum olmuşdur ki, özünü Nuran kimi təqdim edən şəxs əslində Təqsirləndirilən şəxsdur. O, nəhayət Elvinin onu aldatdını başa düşüb polis bölməsinə ərizə ilə müraciət etmişdir. Həmin vaxtı yanında 5 yaşlı oğlu olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, 2021-ci ilin aprel ayının əvvəllərində Təqsirləndirilən şəxs ilə tik-tok sosial şəbəkəsi vasitəsi ilə tanış olmuşdur. Həmin vaxtı o, dəniz qüvvələrində mülki işçi kimi işləyirmiş, Təqsirləndirilən şəxs sosial şəbəkədə adını Nuran Əskərov kimi qeyd etdiyi üçün o, onu “Nuran” kimi tanımışdır. Təqsirləndirilən şəxs ona bildirmişdir ki, əvvəllər hərbi dəniz qüvvələrində zabit kimi çalışmışdır. Təxminən bir ay ərzində danışmış və cəmisi 2 dəfə görüşləri olmuşdur. Söhbət əsnasında Elvin ona demişdir ki, onu Sahil Mühafizə rütbəsinə zabit kimi işə düzəldə bilər. Elvin ona bildirmişdir ki, həmin bu iş 10000 manata alınar. Elvin ona demişdir ki, həmin bu işi ona 6500 manata həll edə bilər. O da Elvinin bu təklifi ilə razılaşmışdır. 2021-ci il aprel ayında Təqsirləndirilən şəxs ilə Binəqədi rayonu ərazisində görüşərək ona 6500 manat pul vermişdir. Elvin ona demişdir ki, 2021-ci ilin may ayının sonlarında kurslar başlayır, həmin kurslarda iştirak edəcəyini qeyd etmişdir. Lakin sonrdan o, işə düzəlmək fikrindən daşınmış və ona görə Elvindən pulunu geri qaytarmasını istəmişdir. Elvin də ondan aldığı 6500 manatı geri qaytarmışdır. O, işi ilə əlaqədar olaraq Elvinlə telefon danışıqları olan zaman həmin bu söhbəti rəfiqəsi Mətanət eşitmişdir. Mətanət ondan kimlə və nə haqda danışmağı barədə soruşmuşdur. O da Mətanətə demişdir ki, onu işə düzəltməkdə köməklik edən Nuran adlı şəxslə danışdığını bildirmişdir. Mətanət həmin şəxsin nömrəsini ondan istəmiş, lakin həmin şəxsin nömrəsini Mətanətə verməmişdir. Çünki onun öz işi hələ düzəlməmişdir. Sonradan söhbət əsasında Mətanət özü ona bildirmişdir ki, onun xəbəri olmadan telefonundan gizlincə həmin şəxsin nömrəsini götürüb iş barəsində əlaqə saxlayaraq danışmışdır. Daha sonra 12 aprel 2021-ci il tarixdə Bakı şəhəri Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən Bakı şəhər Baş Gömrük İdarəsinin qarşısında Təqsirləndirilən şəxs ilə görüşərək ona 6500 manat pul vermişdir. Lakin, Mətanətin dediyinə görə Təqsirləndirilən şəxs ondan aldığı 6500 manatı qaytarmadığı üçün barəsində Qaradağ RPİ-nin 10-cu PB-nə ərizə ilə müraciət etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-i tərəfindən tərtib edilmiş tələbnamədən aydın olur ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs məhkəməyə təqdim etdiyi "xxxx" ASCnin Bakıxanov filialının 06.05.2022-ci il tarixli, 21323 saylı qəbzindən görünür ki, Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət işi ilə əlaqədar dəymiş ziyanın 25%-ni yəni, 1625 manat məbləğində pul vəsaitini X2 hesabına ödəmişdir. İş materiallarına əlavə edilmiş Bakı şəhər Binəqədi rayon Məhkəməsinin 29.03.2022-ci il tarixli qərarıdan görünür ki, Təqsirləndirilən şəxs barəsində 17 iyun 2022ci il tarixədək “həbs” qətimkan tədbiri seçilmişdir. Həbsdə saxlanılma müddətinin əvvəli 29 mart 2022-ci il tarixdən hesablanmışdır. Beləliklə məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə tədqiq edilmiş sübutların tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli tam sübuta yetir və onun əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə tövsif edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsnin 73-1.2-ci maddəsində göstərilir ki, bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs cinayət nəticəsində vurulmuş ziyanı zərərçəkmiş şəxsə tamamilə ödəməsini və zərərçəkmiş şəxslə barışmasını, habelə cinayət nəticəsində vurulmuş ziyanın 25%-ni, yəni 1625 manat miqdarında dövlət büdcəsinə ödəniş etməsini nəzərə alıb hesab edir ki, Təqsirləndirilən şəxs həmin əmələ görə cinayət məsuliyyətindən azad edilməli, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsnin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası CPM-nin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir): Beləliklə məhkəmə hesab edir ki, barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsnin 73-1.2-ci maddəsi tətbiq edilməklə, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməlidir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün istintaq zamanı Bakı şəhər 10 saylı vəkil bürosunun vəkili X4 tərəfindən 40 iş saatı, məhkəmə baxışı zamanı isə Bakı şəhər 10 saylı vəkil bürosunun vəkili Müdafiəçi 20 iş saatı sərf olunmuşdur. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 240 (iki yüz qırx) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X3 və 120 (yüz iyirmi) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədikləri Bakı şəhər 10 saylı vəkil bürosunun hesabına ödənilməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Yuxarıda şərh olunanlara əsasən Azərbaycan Respublikası CPM-in 43, 321, 344- 347, 356, 358, 381 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilsin və Cinayət Məcəlləsinin 178.2.4cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin və onun Binəqədi rayon Məhkəməsinin 29 mart 2022-ci il tarixli qərarı ilə həbsdə olması nəzərə alınsın. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərilmiş hüquqi yardımla bağlı 240 (iki yüz qırx) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X3 və məhkəmə baxışı zamanı göstərilmiş hüquqi yardımla bağlı 120 (yüz iyirmi) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi oğlunun vəkil işlədikləri Bakı şəhər 10 saylı Vəkil Bürosunun (“Kapitalbank” Qaradağ rayon filialı H/h ********************, kod 200220, VÖEN **********) hesabına ödənilsin. Qərardan elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar