Məhkəmə qərarları › İş №1(002)-119/2021

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-119/2021

15.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-119/2021 15.03.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Məmmədova Ülviyyə Nizami qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs xx xxxxxx 2000-ci ildə Saatlı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, əvvəllər məhkum olunmamış, subay, işləməyən, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Bakı şəhəri, Səbail rayonu, 20-ci sahə, A.İsmayılov küçəsi, dalan 1, ev 7 ünvanında yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş və Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə əldə edib saxlamaqla daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla daşımış, xx.xx.2020-ci il tarixdə saat 20:55-də Qaradağ RPİ-nin CAŞ-nin və Qaradağ RPİ-nin 10-cu PB-nin əməkdaşları tərəfindən Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, “Cənub Qapısı” yaşayış kompleksinin giriş hissəsində saxlanılaraq Qaradağ RPİ-nin 10-cu polis bölməsinin inzibati binasına gətirilərək dəvət olunmuş müdafəçinin iştirakı ilə həmin gün saat 22 radələrində üzərinə videoçəkiliş vasitəsi ilə şəxsi axtarış və götürmə keçirilərkən əynindəki boz rəngli cins şalvarının arxa sağ cibindən 01 ədəd siqaretin gümüşü kağızına bükülmüş bükümdə təmiz çəkisi 0,273 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, o, ünvan 1 ünvanında qeydiyyatdadır, Bakı şəhəri, Səbail rayonu, 20-ci sahə, A.İsmayılov küçəsi, dalan 1, ev 7 ünvanında valideynləri ilə birlikdə yaşayır. Hal-hazırda heç bir yerdə işləmir. O, bu hadisədən təxminən 2-3 ay əvvəl bir neçə dəfə narkotik vasitə sayılan “kakos”, yəni heroini siqaret kağızının üzərində yandırıb tüstüsünü qəbul etmişdir. Narkotik maddə qəbul etdiyinə görə əvvəllər məhkum olunmamışdır. İşin mahiyyəti üzrə bildirmişdir ki, xx.xx.2020-ci il tarixdə axşam saatlarında o, Bakı şəhəri, “Kubinka” deyilən yerə getmişdir. Həmin gün təxminən saat 19:00 radələrində onun “Kubinka” deyilən ərazidə bir nəfər tanımadığı, adını bilmədiyi təxminən 35 yaşında qarabəniz, orta boylu bir kişi cinsli şəxslə ünsiyyəti yaranmışdır. O, narkotik vasitə heroin almaq istədiyini həmin şəxsə demişdir. Həmin şəxs ona siqaretin gümüşü kağızına bükülmüş narkotik vasitə heroini 5 manat pulun müqabilində satmış və o, narkotik vasitə heroini əynindəki boz rəngli cins şalvarının arxa sağ cibinə qoymuşdur. O, oradan Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən “Cənub Qapısı” yaşayış kompleksinin qarşısına gəlmişdir. O, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, “Cənub Qapısı” yaşayış kompleksində yaşayan Rəşad adlı tanışı ilə görüşmək istəyirmiş, lakin Rəşadın ünvanını bilmədiyi üçün onu tapa bilməmiş, yaşadığı ünvana getmək istəyərkən yaşayış kompleksinin giriş hissəsində onunla mülki geyimdə olan şəxslər rastlaşıb vəsiqələrini göstərib polis əməkdaşları olduqlarını bildirmişlər. Həmin polis əməkdaşları onun adını, soyadını və harada yaşamağını soruşmuşlar. O, həmin şəxslərə Təqsirləndirilən şəxs olduğunu deyib Bakı şəhəri, Səbail rayonu, 20-ci sahə deyilən yerdə yaşadığını bildirmiş və üzərində narkotik vasitə olduğu üçün özünü şübhəli aparmışdır. Polis əməkdaşları ona özünü şübhəli apardığı üçün onlarla Qaradağ RPİ-nin 10-cu PB-nə gedəcəyini deyib 10-cu PB-nə aparmışlar. 10-cu PB-nin inzibati binasında otaqların birində onun vəkilinin və polis əməkdaşlarının iştirakı ilə videoçəkiliş vasitəsilə üzərinə şəxsi axtarış keçirilmişdir. Onun üzərinə axtarış keçirilməzdən əvvəl ona təklif olunmuşdur ki, üzərində hər hansı bir qanunsuz əşya və ya predmet varsa könüllü olaraq həmin əşyaları masanın üzərinə qoysun. O, əynindəki boz rəngli cins şalvarının arxa sağ cibindən bir ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş bükümü və 01 ədəd mobil telefonunu masanın üzərinə qoyaraq bildirmişdir ki, bükümün içərisindəki “kakos”, yəni narkotik vasitə heroindir, özünündür, öz istifadəsi üçün xx.xx.2020-ci il tarixdə saat 19 radələrində Bakı şəhərində “Kubinka” deyilən yerdə tanımadığı şəxsdən 5 manata alaraq üzərində saxlamışdır. Həmin büküm açılmış, bükümün içərisində qəhvəyi rəngli, iysiz, toz şəklində narkotik vasitə heroin aşkar olunmuşdur. Üzərinə şəxsi axtarış aparılanda üzərindən hər hansı bir əşya aşkarlanmamışdır. Bundan sonra üzərindən aşkar olunaraq götürülmüş narkotik vasitə heroin zərfə qoyularaq möhürlənmişdir. Bu barədə protokol tərtib olunmuş, zərfin üzərinə və protokola imzalar etmişlər. Bir daha bildirmişdir ki, üzərindən aşkar edilmiş narkotik vasitə heroin onun olmuşdur, öz istifadəsi üçün əldə etmişdir, həmin maddəni kimə isə satmaq və ya pay vermək kimi niyyəti olmamışdır. Onun narkotik vasitə heron qəbul etməyindən ailə üzvlərindən heç kimin məlumatı olmayıb. Polis əməkdaşları onu saxlayıb 10-cu polis bölməsinə aparanda və polis bölməsində olan zaman ona heç bir zor tətbiq etməmişlər. O, narkotik vasitə heroinin qəbulu ilə məşğul olsa da heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Hal-hazırda törətdiyi əməldən səmimi peşman olduğunu və bir daha belə hərəkətlərə yol verməyəcəyini bildirərək ona azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qaradağ RPİ-nin CAŞ-nin kiçik inspektoru Şahid1 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, o, 2019-cu ildən DİO-da, həmçinin həmin vaxtdan da Qaradağ RPİ-nin CAŞ-nin kiçik inspektoru vəzifəsində xidmət edir, rütbəsi polis kiçik serjantıdır. İşin mahiyyəti üzrə bildirmişdir ki, xx xxxxxx 2020-ci il tarixdə saat 20:55 radələrində Qaradağ RPİ-nin 10-cu PB-nin CA üzrə kiçik inspektoru, polis baş serjantı Şahid2 ilə birlikdə Qaradağ rayonunun inzibati ərazisində xidmətdə olarkən Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən “Cənub Qapısı” yaşayış kompleksinin girişində bir nəfər şəxsin narkotik sərxoşluq vəziyyətində olmağından şübhələnib həmin şəxsə yaxınlaşıb xidməti vəsiqələrini təqdim edərək polis əməkdaşı olduğuqlarını bildirib adını soruşduqda həmin şəxs özünü təqdim edib xx.xx.2000-ci ildə Saatlı şəhərində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olan, Bakı şəhəri, Səbail rayonu, 20-ci sahə, A.İsmayılov küçəsi, dalan 1, ev 7 ünvanında yaşayan Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Həmçinin onlar Təqsirləndirilən şəxs saxlayanda ölkədə baş verən hərbi vəziyyət ilə əlaqədar olan komendant saatının başlanmasına 5 dəqiqə qalmışdır. Bütün bunlar onlarda şübhə yaratdığından Təqsirləndirilən şəxs saat 21:10-da Qaradağ RPİ-nin 10-cu PB-nə dəvət etmişlər. Qaradağ RPİ-nin 10-cu polis bölməsində xidməti otaqların birində videoçəkliş vasitəsilə Təqsirləndirilən şəxs üzərinə vəkilinin iştirakı ilə şəxsi axtarış və götürmə keçirilmişdir. Videoçəkilişi telefon vasitəsilə Qaradağ RPİ-nin 10-cu PB-nin CA üzrə kiçik inspektoru, polis baş serjantı Şahid2 aparmışdır. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilməzdən əvvəl ona təklif olunmuşdur ki, üzərində qeyri-qanuni əşya(lar) varsa könüllü təqdim etsin. Təqsirləndirilən şəxs könüllü olaraq əynində olan boz rəngli cins şalvarının sağ arxa cibindən gümüşü rəngli siqaret kağızına bükülmüş bükümü və 01 ədəd mobil telefonu çıxarıb masanın üzərinə qoymuşdur. Həmin bükülü açılarkən içərisində qəhvəyi rəngli, iysiz, toz şəklində narkotik vasitəyə oxşar kütlə aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin maddənin narkotik vasitə hesab edilən “kakos” olduğunu, həmin gün axşam saatlarında Kubinka adlanan yerdə tanımadığı şəxsdən 5 (beş) manata özünün istifadəsi üçün aldığını demişdir. Əlavə axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən hər hansı bir əşya aşkarlanmamışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 01 ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş büküm zərfə qoyularaq qablaşdırılmış, 222 saylı möhürlə möhürlənmişdir. Bundan sonra vəkilin, Təqsirləndirilən şəxs, onun, Şahid2 iştirakı ilə protokol tərtib edilmiş, protokol və zərf iştirakçılar tərəfindən imzalanmışdır. Protokol tərtib edilərkən şəxsi axtarış və götürmədə iştirak edən iştirakçılar tərəfindən heç bir ərizə və şikayət daxil olmamışdır. Məhkəmə kimyəvi ekspertizasından sonra məlum olmuşdur ki, həmin bükülünün içərisində narkotik vasitə heroin olmuşdur. O öz ifadəsində əlavə olaraq bildirmişdir ki, onlar Təqsirləndirilən şəxs Qaradağ RPİ-nin 10-cu PB-nə dəvət edərkən Təqsirləndirilən şəxs onlara qarşı hər hansı bir formada müqavimət göstərməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qaradağ RPİ-nin 10-cu PB-nin CA üzrə kiçik inspektoru, polis baş serjantı Şahid2 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, 2000-ci ildən DİO-da, 2012-ci ildən tutduğu vəzifədə xidmət edir, rütbəsi polis baş serjantıdır. İşin mahiyyəti üzrə bildirmişdir ki, xx xxxxxx 2020-ci il tarixdə saat 20:55 radələrində Qaradağ RPİ-nin CAŞ-nin kiçik inspektoru, polis kiçik serjantı Şahid1 ilə birlikdə Qaradağ rayonunun inzibati ərazisində xidmətdə olarkən Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən “Cənub Qapısı” yaşayış kompleksinin girişində bir nəfər şəxsin narkotik sərxoşluq vəziyyətində olmağından şübhələnib həmin şəxsə yaxınlaşıb xidməti vəsiqələrini təqdim edərək polis əməkdaşı olduğuqlarını bildirib adını soruşduqda həmin şəxs özünü təqdim edib xx.xx.2000-ci ildə Saatlı şəhərində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olan, Bakı şəhəri, Səbail rayonu, 20-ci sahə, A.İsmayılov küçəsi, dalan 1, ev 7 ünvanında yaşayan Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Həmçinin onlar Təqsirləndirilən şəxs saxlayanda ölkədə baş verən hərbi vəziyyət ilə əlaqədar olan komendant saatının başlanmasına 5 dəqiqə qalmışdır. Bütün bunlar onlarda şübhə yaratdığından Təqsirləndirilən şəxs saat 21:10-da Qaradağ RPİ-nin 10-cu PB-nə dəvət etmişlər. Qaradağ RPİ-nin 10-cu polis bölməsində xidməti otaqların birində videoçəkliş vasitəsilə Təqsirləndirilən şəxs üzərinə vəkilinin iştirakı şəxsi axtarış və götürmə keçirilmişdir. Videoçəkilişi telefon vasitəsilə o özü aparmışdır. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilməzdən əvvəl ona təklif olunmuşdur ki, üzərində qeyri-qanuni əşya(lar) varsa könüllü təqdim etsin. Təqsirləndirilən şəxs könüllü olaraq əynində olan boz rəngli cins şalvarının sağ arxa cibindən gümüşü rəngli siqaret kağızına bükülmüş bükümü və 01 ədəd mobil telefonu çıxarıb masanın üzərinə qoymuşdur. Həmin bükülü açılarkən içərisində qəhvəyi rəngli, iysiz, toz şəklində narkotik vasitəyə oxşar kütlə aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin maddənin narkotik vasitə hesab edilən “kakos” olduğunu, həmin gün axşam saatlarında Kubinka adlanan yerdə tanımadığı şəxsdən 5 (beş) manata özünün istifadəsi üçün aldığını demişdir. Əlavə axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən hər hansı bir əşya aşkarlanmamışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 01 ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş büküm zərfə qoyularaq qablaşdırılmış, 222 saylı möhürlə möhürlənmişdir. Bundan sonra vəkilin, Təqsirləndirilən şəxs, onun, Şahid1 iştirakı ilə protokol tərtib edilmiş, protokol və zərf iştirakçılar tərəfindən imzalanmışdır. Protokol tərtib edilərkən şəxsi axtarış və götürmədə iştirak edən iştirakçılar tərəfindən heç bir ərizə və şikayət daxil olmamışdır. Məhkəmə kimyəvi ekspertizasından sonra məlum olmuşdur ki, həmin bükülünün içərisində narkotik vasitə heroin olmuşdur. Onlar Təqsirləndirilən şəxs Qaradağ RPİ-nin 10-cu PB-nə dəvət edərkən Təqsirləndirilən şəxs onlara qarşı hər hansı bir formada müqavimət göstərməmişdir. İşdə olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli 6/2645 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “vət. Təqsirləndirilən şəxs...” sözləri olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 0,273 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. Qeyd: heroinin təmiz çəkisi-0,273 qram, tədqiqata sərf olundu-0,050 qr., qalıq-0,223 qr. Ekspertiza tədqiqatının dəyəri 81,82 (səksən bir manat səksən iki qəpik) manat təşkil edir. İşdə olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji X6 Şəxsi Ambulator X1 xx xxxxxx 2020-ci il tarixli 3404 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi ilə nəticələnən Asılılıq Sindromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş üzrə maddi sübut kimi tanınmış, Təqsirləndirilən şəxs götürülmüş təmiz çəkisi 0,273 qram olan narkotik vasitə heroinin, məhkəmə kimyəvi ekspertizası tədqiqatına sərf edildikdən sonra qalıq qalmış 0,223 qram hissəsi saxlanması üçün Qaradağ RPİ-nin maddi sübutları saxlama otağına təhvil verilmişdir. İş materiallarında olan və məhkəmə iclası zamanı tədqiq edilmiş 1 ədəd DVD diskə baxış keçirilərkən müəyyən edilmişdir ki, Qaradağ RPİ-nin 10-cu PB-nin inzibati binasında polis əməkdaşlarının və vəkilinin iştirakı ilə videoçəkiliş vasitəsilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilir. Təqsirləndirilən şəxs əynində olan boz rəngli cins şalvarının sağ arxa cibindən gümüşü rəngli siqaret kağızına bükülmüş bükümü çıxarıb masanın üzərinə qoyur. Təqsirləndirilən şəxs həmin maddənin narkotik vasitə hesab edilən “kakos” olduğunu, həmin gün axşam saatlarında Kubinka adlanan yerdə tanımadığı şəxsdən 5 (beş) manata özünün istifadəsi üçün aldığını deyir. Daha sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilir, üzərindən hər hansı bir qadağan olunmuş əşya aşkarlanmır. Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş bir ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş narkotik vasitə heroinə bənzər kütlə zərfə qoyularaq qablaşdırılıb, 222 saylı möhürlə möhürlənib götürülür. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumuğu barədə heç bir məlumat yoxdur. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə tədqiq edilmiş sübutların tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli tam sübuta yetir və onun əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsulliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə olaraq az ağır cinayət əməli törətməsini və əməlini etiraf edərək səmimi peşman olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinin tələblərinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli 4 saylı qərarında məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi daha məqsədə müvafiq, həmdə cəzanın məqsədlərinə nail olunması baxımdan daha ədalətlidir. Cinayət işinin materiallarından aydın olur ki, Təqsirləndirilən şəxs qeyd olunan cinayət işi ilə əlaqədar faktiki olaraq xx xxxxxx 2020-ci il tarixdə tarixdə saxlanılaraq şübhəli şəxs qismində tutulmuş və xx xxxxxx 2020-ci il tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməklə MSY-dən azad edilmişdir. Odur ki, Təqsirləndirilən şəxs tutulduğu 02 (iki) gün müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən cəza təyini zamanı nəzərə alınmalıdır. Bundan sonra Təqsirləndirilən şəxs məhkəmə istintaqından yayındığına görə xx xxxxxx 2021-ci il tarixdə barəsində “həbs” qətimkan tədbiri seçilməklə axtarış elan edilmiş və xx xxxxxx 2021-ci il tarixdə tutularaq Bakı İstintaq Təcridxanasına təhvil verilmişdir. Eyni zamanda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsində nəzərdə tutulmuş vəzifələrin yerinə yetirilməsi Təqsirləndirilən şəxs üzərinə qoyulmalıdır. Təqsirləndirilən şəxs məcburi müalicəyə cəlb edilməli və ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmış və Qaradağ RPİ-də saxlanılan ümumi qalıq çəkisi 0,223 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. 1 ədəd DVD disk cinayət işində saxlanılmalıdır. İş üzrə 81,82 (səksən bir manat səksən iki qəpik) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilməlidir. İbtidai istintaq zamanı və məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili X4 tərəfindən 26 iş saatı, məhkəmə baxışı zamanı isə Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 20 iş saatı sərf olunmuşdur. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 156 (yüz əlli altı) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X2 və 120 (yüz iyirmi) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Bürosunun hesabına ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358, 381 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il 08 (səkkiz) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs həbsdə qaldığı 22 (iyirmi iki) gün müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesabı ilə hesablanmaqla, hazırkı hökmlə təyin olunmuş cəzadan çıxılsın və ona qəti olaraq 01 (bir) il 06 (altı) ay 16 (on altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalından dərhal azad edilsin. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə: yaşadığı Bakı şəhəri, Səbail rayonu, 20-ci sahə, A.İsmayılov küçəsi, dalan 1, ev 7 ünvanını hər gün gecə saat 24:00-dan növbəti gün səhər saat 06:00-dək, habelə gün ərzində Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin, bu cəzanın icrası müddəti onun cəzanı icra edən - probasiya nəzarətini həyata keçirən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrası Bakı şəhər Probasiya İdarəsinə tapşırılsın. Təqsirləndirilən şəxs məcburi müalicəyə cəlb edilsin və ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Qaradağ RPİ-də saxlanılan ümumi qalıq çəkisi 0,223 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. 1 ədəd DVD disk cinayət işində saxlanılsın. İş üzrə 81,82 (səksən bir manat səksən iki qəpik) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərilmiş hüquqi yardımla bağlı 156 (yüz əlli altı) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X2 və məhkəmə baxışı zamanı göstərilmiş hüquqi yardımla bağlı 120 (yüz iyirmi) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Bürosunun (“Kapitalbank” Qaradağ rayon filialı H/h ********************, kod 200220, VÖEN **********) hesabına ödənilsin. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətinə Qaradağ rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar