Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-119/2023 16.03.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Teymur Əhməd oğlunun sədrliyi, İlyasov Ceyhun Bəhruz oğlunun katibliyi, Dövlət ittihamcısı Dövlət ittihamçısı, Zərərçəkmiş şəxsin hüquqi varisi X2, Təqsirləndirilən şəxs, X1 iştirakları ilə, Təqsirləndirilən şəxs: xx xxxx 1979-cu ildə Beyləqan rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, "xxxx" KFT MMC-də kəsim sexinin müdiri vəzifəsində işləyən, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2nda yaşayan, barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 162.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin materiallarına məhkəmənin binasında acıq məhkəmə iclasında baxaraq M Ü Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixli əmək müqaviləsinə əsasən “Qoç Ət" X8 MMCdə kəsim sexinin müdiri olaraq texniki təhlükəsizlik və əməyin mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs kimi xx.xx.2022-ci il tarixli, həmin MMC-də kəsim sexinin müdirinin vəzifə təlimatı”-nın 3, 4-cü bəndlərinin tələblərinə əsasən avadanlığın və başqa əsas vəsaitlərin vaxtında tənzimlənməsinə və texniki cəhətdən düzgün istismarına, onların qrafik üzrə təmirinə, təhlükəsiz və sağlam əmək şəraitinin yaradılmasına, eləcə də əmək şəraitindən asılı olaraq işçilərə güzəştlərin verilməsinin təmin edilməsinə, işçilər tərəfindən əməyin mühafizəsi, təhlükəsizlik texnikasının norma və qaydalarına, istehsalat və əmək intizamına, daxili əmək rejiminə riayət edilməsinə nəzarət etməli olduğu, eləcə də “Ət çeşidləmə bölümündə olan elektrik mikserinin istifadə təlimatın”nın 1, 3-cü bəndlərinin tələblərinə əsasən təmizləmə və texniki qulluq zamanı maşında işə düşəcək avadanlıq və hissələri söndürülməsinə, məhsul maşının kamerasına boşaldıldıqdan sonra ilkin idarəetmə panelindən söndürülmə düyməsi basılaraq, bundan başqa əsas rubilnikdən söndürüldükdən sonra təmizlik işləri görülməsinə nəzarət etməli olduğu halda cinayətkarcasına etinasızlıq edərək həmin vəzifələrini yerinə yetirmədiyindən xx.xx.2022-ci il tarixli əmək müqaviləsi əsasında həmin MMC-də xadimə vəzifəsində işləyən xx.xx.1982-ci il təvəllüdlü Zərərçəkmiş şəxs xx.xx.2022-ci il tarixdə, saat 14 radələrində MMC-nin Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan-Puta yolunda yerləşən kəsim sexində işlək vəziyyətdə (yaxud baş elektrik açarından tam söndürülməmiş) mikserdə təmizlik işləri görərkən mikserin hərəkətdə olan hissələrinə toxunan yuxarı ətrafının həmin hissələr tərəfindən dartılması nəticəsində mikserin kamerasına düşüb hərəkətdə olan hissələrin arasında qalaraq ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmanın əlamətlərinə malik, başın alın-təpə-sol gicgah, qaşarasıalın-təpə nahiyələrinin əzilmiş-cırılmış yarası, sol yuxarı ətrafın bazu nahiyəsinin yuxarı 1/3-dən travmatik amputasiyası, döş qəfəsinin soldan İİ-İİİ-İV-V-Vl-Vİİ-Vİİİ-İX-X qabırğaların qapalı, yerinidəyişmiş sınıqları, sol ağciyərin travmatik cırılmış yarası, sağ baldır sümüklərinin aşağı 1/3-nin açıq yerini dəyişmiş sınığı, sol yanaq nahiyəsinin əzilmişcırılmış yarası, sol baldır nahiyəsinin yuxarı 1/3-nin əzilmiş yarası, döş və qarın nahiyələrinin ön səthlərinin sıyrıqları və ölümünə səbəb olan kəllə tağı və əsas sümüklərinin çoxsaylı, qəlpəli sınıqları nəticəsində baş beyin toxumasının əzilib-dağılması kimi xəsarətlərdən hadisə yerində ölmüş, bununla da Zərərçəkmiş şəxs ehtiyatsızlıqdan ölümünə səbəb olmuşdur. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 162.2-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, "xxxx" KFT MMC-də kəsimxananın müdiri vəzifəsində işləyir. Kəsimxananın müdiri kimi vəzifəsi kəsimxanada görülən bütün işlərə ümumi nəzarəti həyata keçirmək ibarətdir. Zərərçəkmiş şəxs 2022-ci ilin dekabr ayının əvvəlindən "xxxx" KFT MMC-də xadimə vəzifəsində işləməyə başlamışdır. 28 dekabr 2022-ci il tarixdə kəsim sexinin dönər istehsalat sahəsində təmizlik işlərinin görülməsi üçün Rəqsanə təxminən saat 14 radələrində kəsim sexinin qarşısında yolun kənarında olan "xxxx" KFT MMC-in dükanında olan zaman sexdən ona zəng edilərək xadimə işləyən Rəqsanənin dönər istehsalat sahəsində qurğunun hissələrinin arasında qalması barədə məlumat verilmişdir. O, dərhal ora getmiş və içəri daxil olduqda Rəqsanənin baş və bədən nahiyəsinin qurğunun içərisində olmasını görmüşdür. O, həmin vaxt FHN 112 zəng xidmətinə, eyni zamanda DİN 102 zəng xidmətinə zəng edərək məlumat vermişdir. FHN Xüsusi Xilasetmə hissəsinin əməkdaşları gələrək Zərərçəkmiş şəxs meyitini qurğudan çıxarmışlar. Zərərçəkmiş şəxs iş gördüyü vaxt qurğuda elektrik enerjisi olmuşdur, lakin nə üçün olması barədə məlumat verə bilmir.Törətdiyi əməldən səmimi peşmançılıq hissi keçirir.Zərərçəkmiş şəxsin hüquqi varisi ilə aralarında barışıq əldə olunub.Evlidir və himayəsində bir azyaşlı uşağı vardır.Qeyd edilənlərə əsasən ona həbslə əlaqəli olmayan cəza verilməsini xahiş edir. Məhkəmə baxışı zamanı zərərçəkmiş şəxsin hüquqi varisi X4 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun arvadıdır. Arvadı Zərərçəkmiş şəxs 2022-ci ilin dekabr ayının əvvələrindən Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan-Puta yolunda yerləşən "xxxx" X8 Məhdud Məsuliyyətli Cəmiyyətinin Kəsim sexində xadimə vəzifəsində işləməyə başlamışdır. Təxminən 15-20 gün olardı ki, orada işləməyirmiş. Zərərçəkmiş şəxs 28 dekabr 2022-ci il tarixdə arvadı Rəqsanə səhər saat 08.00-da işə getmişdir. Həmin gün günorta saatlarında Rəqsanənin qardaşı Əjdər ona zəng edərək Rəqsanənin iş yerində xəsarət aldığını bildirmiş, daha sonra isə Əjdər yenidən zəng edərək Rəqsanənin öldüyünü demişdir. Daha sonra o, dərhal arvadı Zərərçəkmiş şəxs işlədiyi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin kəsim sexinə getmişdir. Orada onu içəri buraxmamışlar. Daha sonra Zərərçəkmiş şəxs meyitinin müayinə olunması üçün MTE PA ETT Birliyinin Qaradağ rayon şöbəsinə aparıldığını öyrənərək ora getmişdir. Meyitxanada Rəqsanənin meyiti onlara təhvil verilmişdir. O, orada işləyən işçilərdən hadisənin necə baş verməsini soruşduqda həmin şəxslər ona Rəqsanənin mikserin arasında qalaraq öldüyünü bildirmişlər. Zərərçəkmiş şəxsin hüquqi varisi X4 məhkəmə iclasında ərizə təqdim edərək Təqsirləndirilən şəxs heç bir şikayət və tələbinin olmamasını bildirmişdir. Məhkəmə baxışı zamanı Şahid3 ifadəsində bildirmişdir ki, o, "xxxx" KFT MMC-də çeşidləyici-qəssab vəzifəsində işləyir. "xxxx" KFT MMC-də kəsimxananın müdiri Təqsirləndirilən şəxsdur. “Onun "xxxx" KFT MMC-də çeşidləyici-qəssab kimi vəzifəsi ətin tullantılarının ayrılmasından, ətin qurğuda çəkilməsində, ətin qurğuda qarışdırılmasından, ətlərin qablaşdırılmasından və s. ibarətdir. 28 dekabr 2022-ci il tarixdə təxminən saat 14 radələrində o, ət çəkən qurğuda ətin qarışdırılması prosedurunu həyat keçirmiş və daha sonra “stop” düyməsini sıxaraq qurğunu söndürmüş, daha sonra həmin düymənin aşağısında olan ikinci düymədəndə qurğunu söndürmüş və əti boşaldaraq digər otağa keçərək əti qablaşdırmağa başlamışdır. O, işini bitirdikdən sonra xadimə Rəqsanə qurğunu təmizləməyə başlamışdır. Həmin vaxt Rəqsanə qurğunu tək təmizləmiş və digər xadimə Gülbacı onların yanında digər otaqda olmuşdur. O, bir neçə dəqiqə sonra qurğu olan otaqdan qışqırıq səsinin gəldiyini eşitmiş, dərhal ora getmiş, ora çatdıqda artıq Rəqsanənin qurğunun içərisində hərəkətsiz vəziyyətdə olduğunu, içərinin qan oluduğunu görmüşdür. O, dərhal qurğunun stop düyməsinə toxunmuş, lakin artıq qurğu dayanmışdır. Ondan sonra Vüsal və digər şəxslər də həmin otağa gəlmişlər, o, pis olduğu üçün otaqdan çıxmışdır. Həmin vaxt FHN 112 zəng xidmətinə, eyni zamanda DİN 102 zəng xidmətinə zəng edilərək məlumat verilmişdir. Həmin vaxt qurğuda elektrik enerjisi olmuşdur. Məhkəmə baxışı zamanı Şahid1 ifadəsində bildirmişdir ki, o, "xxxx" KFT MMC-də çeşidləyici-qəssab vəzifəsində işləyir. "xxxx" KFT MMC-də kəsimxananın müdiri Təqsirləndirilən şəxsdur. "xxxx" KFT MMC-də kəsimxanası Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşir. 28 dekabr 2022-ci il tarixdə gün ərzində Nurlanla növbəli şəkildə ət çəkən qurğuda işləmişdir. Həmin gün təxminən saat 14.00 radələrində qurğu olan otaqdan qışqırıq səsinin gəldiyini eşitmiş və ilkin olaraq Nurlan həmin otağa keçmiş, o da həmin otağa keçdikdən Nurlanın dizinə vurduğunu görmüş və pis olduğu üçün qapıda dayanaraq qurğuya yaxınlaşmamışdır. Nurlan ona xadimə işləyən Rəqsanənin qurğunun içərisində olduğunu və hərəkətsiz vəziyyətdə qaldığını, içərisinin qan olduğunu bildirmişdir. Həmin vaxt FHN 112 zəng xidmətinə, eyni zamanda DİN 102 zəng xidmətinə zəng edilərək məlumat verilmişdir. Məhkəmə baxışı zamanı Şahid2 ifadəsində bildirmişdir ki, hal-hazırda "xxxx" KFT MMC-nin kəsim sexində nəzarətçi vəzifəsində işləyir. "xxxx" KFT MMC-də kəsimxananın müdiri Təqsirləndirilən şəxsdur. "xxxx" KFT MMC-də kəsimxanası Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşir. Zərərçəkmiş şəxs "xxxx" KFT MMC-də xadimə vəzifəsində işləyir. 28 dekabr 2022-ci il tarixdə saat təxminən 14.00 radələrində o, naharda olan zaman kəsimxananın ərazisinə daxil olan istehsalat sahəsinin qarşısında çoxlu adamların olduğunu görmüşdür. Orada olan zaman işçilər ona xadimə işləyən Rəqsanənin istehsalat sahəsində ət çəkən mikserin arasında qalması barədə məlumat vermişdir. O, dərhal içəri daxil olaraq həmin qurğuya yaxınlaşmışdır. Rəqsanənin baş və bədən nahiyəsinin qurğunun içərisində olmasını, özünün isə hərəkətsiz vəziyyətdə olmasını görmüşdür. Həmin vaxt FHN 112 zəng xidmətinə, eyni zamanda DİN 102 zəng xidmətinə zəng edilərək məlumat verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və X7” Publik Hüquqi şəxsin Qaradağ rayon şöbəsindən daxil olmuş 25 yanvar 2023-cü il tarixli, 115 nömrəli rəyindən görünür ki, 1982-ci il təvəllüdlü Zərərçəkmiş şəxs meyitinin məhkəmə-tibbi ekspertizasında aşkar olunmuş xəsarətlər - baş beyin toxumasının əzilib-dağılması, başın alın-təpə-sol gicgah, kəllə tağı və əsas sümüklərinin çoxsaylı, qəlpəli sınıqları, qaşarası-alın-təpə nahiyələrinin əzilmiş-cırılmış yarası, sol yuxarı ətrafın bazu nahiyəsinin yuxarı 1/3-dən travmatik amputasiyası, döş qəfəsinin soldan İİ-İİİ-İV-V-Vl- Vİİ-Vİİİ-İX-X qabırğaların qapalı, yerinidəyişmiş sınıqları, sol ağciyərin travmatik cırılmış yarası, sağ baldır sümüklərinin aşağı 1/3-nin açıq yerini dəyişmiş sınığı, sol yanaq nahiyəsinin əzilmiş-cırılmış yarası, sol baldır nahiyəsinin yuxarı 1/3-nin əzilmiş yarası, döş və qarın nahiyələrinin ön səthlərinin sıyrıqları. Göstərilən xəsarətlər həyati olub, ölümündən az əvvəl bərk küt əşya (əşyalar) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən xx.xx.2022-ci il tarixdə əmələ gələ bilərdilər və ölümü ilə birbaşa səbəbli əlaqəlidirlər, dərəcələrinə görə canlı şəxslərdə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmanın əlamətlərinə malikdirlər. Mərhum Zərərçəkmiş şəxs ölümünə səbəb kəllə tağı və əsası sümüklərinin çoxsaylı, qəlpəli sınıqları nəticəsində baş beyin toxumasının əzilib-dağılması olmuşdur. Mərhum Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətlərin xarakterini və lokalizasiyasını nəzərə alıb demək olar ki, həmin xəsarətlər qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni elektrik ət qarışdırıcı qurğusunun hissələrinin arasında qalması nəticəsində törənə bilərdilər. Meyit əlamətlərinin inkişaf dərəcəsinə əsasən güman etmək olarki, mərhum Zərərçəkmiş şəxs ölümü onun meyitinin meyitxanada müayinə olunduğu (xx.xx.2022-ci il tarixdə saat 17:00-da) 3-6 saat əvvəl baş vermişdir. Mərhum Zərərçəkmiş şəxs meyitindən götürülmüş qanda məhkəməkimya tədqiqatı nəticəsində etil spirti və narkotik maddələr aşkar edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilən məhkəmə-təhlükəsizlik texnikası ekspertizasının 19 yanvar 2023-cü il tarixli 10/44 nömrəli rəyindən görünür ki, baş vermiş hadisə ilə əlaqədar «Təşkilat, idarə, müəssisələrin fəhlə və qulluqçuları üçün nümunəvi daxili nizam qaydaları»nın 11 bəndinin, «Ət çeşidləmə bölümündə olan elektrik mikserinin istifadə təlimatı»nın 1, 3 bəndlərinin və «Kəsim sexinin müdirinin vəzifə təlimatı»nın 3, 4 bəndlərinin tələbləri pozulmuşdur ki, bu da hadisənin səbəbi olmuşdur. «Ət çeşidləmə bölümündə olan elektrik mikserinin istifadə təlimatı»nın 1, 3 bəndlərinin tələblərinə görə mikserdə təmizlik işlərinə başlamazdan əvvəl mikser baş elektrik açarından söndürülməlidir. Əmək müqaviləsi ilə xadimə peşəsinə təyin olunmuş və təlimatlandırılmış Zərərçəkmiş şəxs kəsim sexindəki işlək vəziyyətdə (yaxud baş elektrik açarından tam söndürülməmiş) mikserdə təmizlik işləri apardığına və bu zaman mikserin hərəkərdə olan hissələrinə toxunmaqla öz fərdi təhlükəsizliyini qorumadığına görə, «Təşkilat, idarə, müəssisələrin fəhlə və qulluqçuları üçün nümunəvi daxili nizam qaydaları»nın 11 bəndinin və «Ət çeşidləmə bölümündə olan elektrik mikserinin istifadə təlimatı»nın 1, 3 bəndlərinin tələbləri onun özü tərəfindən pozulmuşdur. Kəsim sexindəki işlək vəziyyətdə (yaxud baş elektrik açarından tam söndürülməmiş) mikserdə təmizlik işlərinin aparılmasına yol verildiyinə görə, «Ət çeşidləmə bölümündə olan elektrik mikserinin istifadə təlimatı»nın 1, 3 bəndlərinin və «Kəsim sexinin müdirinin vəzifə təlimatı»nın 3, 4 bəndlərinin tələbləri kəsim sexinin müdiri tərəfindən pozulmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilən təkrar məhkəmə-təhlükəsizlik texnikası ekspertizasının 26 yanvar 2023-cü il tarixli 10/476 nömrəli rəyindən görünür ki, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan-Puta yolunda yerləşən "xxxx" X8 MMC-nin kəsim sexində olan istifadə olunan ət qarışdıran maşında təmizlik işlərinin təhlükəsiz aparılması üçün maşının baş elektrik açarından ayrılması təmin edilmədiyinə görə, baş vermiş hadisə ilə əlaqədar «Təşkilat, idarə, müəssisələrin fəhlə və qulluqçuları üçün nümunəvi daxili nizam qaydaları»nın 11-ci bəndinin, «Ət çeşidləmə bölümündə olan elektrik mikserinin istifadə təlimatı»nın 1, 3 bəndlərinin və «Kəsim sexinin müdirinin vəzifə təlimatı»nın 3, 4 bəndlərinin tələbləri pozulmuşdur ki, bu da hadisənin texniki səbəbi olmuşdur. «Ət çeşidləmə bölümündə olan elektrik mikserinin istifadə təlimatı»nın 1, 3 bəndlərinin tələblərinə görə mikserdə təmizlik işlərinə başlamazdan əvvəl mikser baş elektrik açarından söndürülməlidir. Əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydalarına dair təlimatlandırılaraq işə xadimə peşəsində işə buraxılmış Zərərçəkmiş şəxs kəsim sexindəki işlək vəziyyətdə (yaxud baş elektrik açarından tam söndürülməmiş) mikserdə təmizlik işləri apardığına və bu zaman mikserin hərəkətdə olan hissələrinə toxunmaqla öz fərdi təhlükəsizliyini qorumadığına görə, onun tərəfindən «Təşkilat, idarə, müəssisələrin fəhlə və qulluqçuları üçün nümunəvi daxili nizam qaydaları»nın 11-ci bəndinin və «Ət çeşidləmə bölümündə olan elektrik mikserinin istifadə təlimatı»nın 1, 3 bəndlərinin tələbləri pozulmuşdur. Kəsim sexindəki işlək vəziyyətdə olan (yaxud baş elektrik açarından tam söndürülməmiş) mikserdə təmizlik işlərinin aparılmasına yol verdiyinə görə, vəzifə təlimatının 3, 4 bəndlərinin və «Ət çeşidləmə bölümündə olan elektrik mikserinin istifadə təlimatı»nın 1, 3 bəndlərinin tələbləri kəsim sexinin müdiri tərəfindən pozulmuşdur. İş materiallarından görünür ki, "xxxx" KFT MMC-nin səlahiyyətlərini yerinə yetirən şəxs X5 ilə Təqsirləndirilən şəxs arasında xx.xx.2021-ci il tarixdə əmək müqaviləsi bağlanılmış və müqaviləyə görə Təqsirləndirilən şəxs kəsim sexinin müdiri peşəsinə təyin olunmuşdur. İş materillarında olan DİN-nin BƏSİİ-dən verilmiş tələbnamədən aydın olur ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə məlumat yoxdur. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə tədqiq edilmiş sübutların tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli tam sübuta yetirilir və onun əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikasının CM-nin 162.2-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsulliyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin saksiyasında nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təmin edilməlidir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinin tələblərinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cü maddəsinin tələblərinə əsasən Təqsirləndirilən şəxs ilk dəfə olaraq az ağır cinayət əməli törətməsini və törətdiyi əməldən səmimi peşman olmasını, himayəsində bir azyaşlı uşağının olmasını, zərərçəkmiş şəxsin hüquqi varisinin ona qarşı şikayət-tələbinin olmamasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinin tələblərinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinin tələblərinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Qeyd olunanlara əsasən məhkəmə Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədə müvafiq hesab etsə də, ona cəza təyin edərkən ilk dəfə olaraq az ağır cinayət əməli törətməsini , törətdiyi əməldən səmimi peşman olmasını və zərərçəkmiş şəxsin hüquqi varisinin ona qarşı şikayət və tələbinin olmamasını, himayəsində bir azyaşlı uşağının olmasını nəzərə alaraq onun müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə cəzasına şərti olaraq məhkum edilməsini məqsədəuyğun, həm də cəzanın məqsədlərinə nail olunması baxımından daha ədalətli və düzgün hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1-ci maddəsinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama, azadlığın məhdudlaşdırılması və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Məhkəmə Təqsirləndirilən şəxs təyin edilmiş cəzanı çəkmədən islah olunmasını mümkün hesab etməklə, üzərinə CM-nin 70.5-ci maddəsində göstərilən vəzifələrdən birini, yəni onun davranışı üzərlərinə nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsinin qoyulmasını məqsədəuyğun hesab edir. Azərbaycan Respublikası CPM-nin 197-198-ci maddələrinə əsasən ekspertə verilməli olan məbləğ məhkəmə məsrəflərinə aid olduğundan, məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. İş üzrə 202 (iki yüz iki) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. İş üzrə maddi subut və mülki iddia yoxdur. Yuxarıda şərh olunanlara əsasən Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358, 381 və 384-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin1 162.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətə dövlət və özünü idarəetmə orqanlarında maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tədbiq edilməklə ona təyin olunmuş 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası 02 (iki) il sınaq müddəti müəyyən edilməklə şərti tətbiq edilsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi vaxtdan hesablansın. Barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxsnın üzərinə, sinaq müddəti ərzində onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxsnın yaşayış yeri üzrə icra və probasiya şöbəsinə həvalə edilsin. İş üzrə 202 (iki yüz iki) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilsin. İş üzrə maddi subut və mülki iddia yoxdur. Hökmdən elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətinə Qaradağ rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim: Teymur Qurbanov
Məhkəmə qərarları › İş №1(002)-119/2023
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-119/2023
16.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver