Məhkəmə qərarları › İş №1(002)-12/2021

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-12/2021

15.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-12/2021 15.04.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həsənov İslam Telman oğlunun sədrliyi, Mustafayeva Zeynəb Əbülfət qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs3, Təqsirləndirilən şəxs və onun müdafiəçisi – Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1964-cü ildə Salyan şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, əvvəllər məhkum olunmamış, pensiyaçı, 2-ci qrup əlil, ünvan 1 ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs nəqliyyat vasitəsini idarə etmək hüququ olmadığı halda nəqliyyat vasitəsi idarə edərkən yol-hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozaraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olmuş yol-nəqliyyat hadisəsi törətmişdir. Belə ki, o, xx xxxxxx 2019-cu ildə saat 17:10 radələrində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 1-ci və 8-ci bəndinin tələblərini pozaraq Salyan Rayon Məhkəməsi tərəfindən xx xxxxxxx 2018-ci ildən xx xxxxx 2019-cu ilədək 6 ay müddətə nəqliyyat vasitələrini idarəetmə hüququndan məhrum olunmaqla nəqliyyat vasitəsini idarəetmək hüququ olmadan, Ələt-Astara-İran sərhədi yolunun Bakı şəhəri Qaradağ rayonu ərazisindən keçən 11-ci kilometrində idarə etdiyi “Hyundai Accent” minik markalı, **-CD-*** dövlət qeydiyyat nişanlı avtomobillə Ələt qəsəbəsi istiqamətində yolun sağı ilə düzünə 85-90 km/saat sürətlə hərəkətdə olarkən sağa manevr etməzdən əvvəl bu manevrin təhlükəsiz başa çatdırılmasına əmin olmalı, avtomobilin hərəkət sürətini nəzərə alaraq sağa doğru manevr edərkən avtomobilin yolun hərəkət hissəsindən kənara çıxmasını, idarəolunmaz vəziyyətə düşməsinin baş verməməsini, yerdəyişmə zamanı təhlükəsiz manevr etməli və hərəkətin digər iştirakçıları üçün maneə yaratmamalı olduğu halda bunu etməyib “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, hadisənin qarşısını almağa texniki imkanı olsa da ala bilməyib onun sol tərəfindən Zərərçəkmiş şəxs4 90 km/saat sürətlə idarə etdiyi “Mercedes Benz C220” minik markalı, **-CB-*** dövlət qeydiyyat nişanlı avtomobil ötən zaman avtomobili sağa manevr etmiş, avtomobil yolun ehtiyat hissəsində olan palçığa düşərək idarəetməni itirib yola çıxaraq Zərərçəkmiş şəxs3 100 km/saat sürətlə idarə etdiyi “Mercedes Benz C220 CDİ” minik markalı, **-UM- *** dövlət qeydiyyat nişanlı avtomobilin arxa sağ yan tərəfi ilə toqquşduqdan sonra Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə məxsus metal çəpərə dəymiş, ondan sonra Zərərçəkmiş şəxs3 idarə etdiyi “Mercedes Benz C220 CDİ” minik markalı avtomobil idarəolunmaz vəziyyətdə hərəkət edərək Zərərçəkmiş şəxs4 idarə etdiyi “Mercedes Benz C220” minik marka avtomobilin sol arxa yan tərəfinə dəymiş, nəticədə ehtiyatsızlıqdan “Mercedes Benz C 220 CDİ” minik markalı, **-UM-*** dövlət qeydiyyat nişanlı avtomobildə olan sərnişinlər Zərərçəkmiş şəxs2 dərəcəsi təyin olunmayan sağlamlığa zərər vurmayan sol budun qançırı xəsarətini yetirməsinə, Zərərçəkmiş şəxs1 İV bel fəqərəsinin sağ yan çıxıntısının sınığı xəsarətini yetirməklə sağlamlığına az ağır zərər vurmasına, “Mercedes Benz C220” minik markalı, **-CB-*** dövlət qeydiyyat nişanlı avtomobili zədələyərək Zərərçəkmiş şəxs4 390 manat ziyan vurmasına, “Mercedes Benz C 220 CDİ” minik markalı, **-UM-*** dövlət qeydiyyat nişanlı avtomobili zədələyərək Zərərçəkmiş şəxs3 1800 manat ziyan vurmasına və 8 paqon metr metal təhlükəsizlik səddi əzilərək Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 515 manat 20 qəpik ziyan vurmasına səbəb olmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, xx xxxxxx 2019-cu il tarixdə saat təxminən 16 radələrində idarə etdiyi “Hyundai Accent” minik markalı, **-CD-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhərində tələbə olan uşaqlarına baş çəkmək üçün yaşadığı Salyan şəhərindən Bakı şəhərinə yola düşmüşdür. Avtomobili texniki cəhətdən saz vəziyyətdə, yüksüz və sərnişinsiz olmuşdur. Həmin gün saat 17:10 radələrində Ələt-Asara- İran sərhədi yolunun Qaradağ rayonunun Ələt qəsəbəsi ərazisindən keçən hissəsi ilə iki zolaqlı yolun sağ zolağı ilə 85 km/saat sürətlə Ələt istiqamətinə doğru hərəkətdə olarkən həmin vaxt yolun sol zolağı ilə hərəkət edən avtomobilinin dövlət qeydiyyat nişanını və sürücüsünün ad, soyadını sonradan bildiyi Zərərçəkmiş şəxs4 idarə etdiyi “Mercedes Benz” minik markalı, **-CB-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə anidən yolun sol hissəsindən sağ hissəsinə doğru manevr edərək sonuncunun idarə etdiyi avtomobil onun idarə etdiyi avtomobilin sol yan güzgüsünə dəymişdir. Bu zaman onun idarə etdiyi avtomobil yolun ehtiyat hissədəki palçıqlığa düşmüş və bu səbəbdən də o, avtomobilin idarəetməsini itirmişdir. Bundan sonra avtomobili yolun hərəkət hissəsinə qaytarıb hərəkəti tənzimləmək istəsə də ondan asılı olmayan səbəblərdən hadisənin qarşısını ala bilməmiş və nəticədə idarə etdiyi avtomobil yolun sol hərəkət hissəsinə doğru istiqamətlənib əvvəlcə sol zolaqda hərəkətdə olan digər avtomobilinin dövlət qeydiyyat nişanını və sürücüsünün ad, soyadını sonradan bildiyi Zərərçəkmiş şəxs3 idarə etdiyi “Mercedes Benz C 220” minik markalı, **-UM-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa sağ qanad hissəsinə, sonra isə metal arakəsmə çəpərə çırpılmış və avtomobil yenidən sağa istiqamətlənərək yolun sağ kənarına çıxıb dayanmışdır. O, dərhal avtomobildən düşmüş və görmüşdür ki, idarə etdiyi avtomobilin dəydiyi “Mercedes Benz” minik markalı, **-UM-*** dövlət qeydiyyat nişanlı avtomobil onun idarə etdiyi avtomobilin sağ yan güzgüsünə dəyən “Mercedes Benz” minik markalı, **-CB-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Hadisə nəticəsində “Mercedes Benz” minik markalı, **-UM-*** dövlət qeydiyyat nişanlı avtomobildə olan qadınlar xəsarət aldığından onları az sonra hadisə yerinə gələn TTY avtomobili ilə xəstəxanaya aparmışlar. Hadisə nəticəsində o və digər sürücülər heç bir xəsarət almadığı üçün hadisə yerində qalıb polis əməkdaşlarını gözləmişlər. Baş vermiş yol nəqliyyat hadisəsinin baş verməsində onun heç bir təqsiri olmamış, hadisənin baş verməsinə səbəb Zərərçəkmiş şəxs4 idarə etdiyi “Mercedes Benz” minik markalı, **-CB-*** dövlət qeydiyyat nişanlı avtomobilin anidən yolun sol hissəsindən sağ hissəsinə doğru hərəkət edərək onun idarə etdiyi avtomobilin sol yan güzgüsünə dəyməsi və bunun nəticəsində də idarə etdiyi avtomobilin yolun ehtiyat hissəsindəki palçıqlığa düşməsi olmuşdur. Bu səbəbdən də o, avtomobilin idarəetməsini itirmiş və nəticədə özündən asılı olmayan səbəblərə görə yol-nəqliyyat hadisəsinin qarşısını ala bilməmişdir. Hadisə nəticəsində avtomobili əzilmiş və ona 5131 manat maddi ziyan dəymişdir. Son olaraq baş vermiş hadisədə özünü təqsirli bilmədiyini, heç bir yol hərəkət qayda pozuntusuna yol vermədiyini bildirib barəsində bəraət hökmü çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, xx xxxxxx 2019-cu il tarixdə idarə etdiyi avtomobillə həyat yoldaşı Zərərçəkmiş şəxs2 ilə birlikdə Masallı rayonundan Bakı şəhərinə qayıtmaq üçün yola düşmüşlər. Avtomobil texniki cəhətdən saz vəziyyətdə olmuşdur. Salyan rayonu ərazisindən keçərən yolda olan iki nəfər tanımadığı qadın və 1 nəfər cavan oğlanı sərnişin qismində götürüb yola davam etmişlər. Qadınlar arxa oturacaqda, oğlan isə qabaq oturacaqda oturmuşdur. Ələt qəsəbəsinə çatmamış cavan oğlan avtomobildən düşmüş, onlar isə yola davam etmişlər. Saat 17:10 radələrində Ələt-Asara-İran sərhədi yolunun Qaradağ rayonu Ələt qəsəbəsi ərazisindən keçən hissəsi ilə iki zolaqlı yolun sol zolağı ilə saatda təxminən 100 km sürətlə Ələt qəsəbəsi istiqamətinə hərəkətdə olarkən qarşıda eyni zolaqla hərəkətdə olan “Mercedes Benz” minik markalı avtomobilə işıqları söndürüb yandırmaqla yol verməsini istəmişdir. Həmin avtomobil kəskin sağa istiqamətləndikdə sağ zolaqla hərəkətdə olan “Hyundai Accent” minik markalı avtomobil toqquşmadan yayınmaq üçün sağ ehtiyat hissəyə çıxdıqda avtomobil ehtiyat hissədəki palçıqlığa düşdüyündən oynayaraq idarəetmədən çıxıb sola doğru istiqamətlənərək qabaq hissəsi onun idarə etdiyi avtomobilin arxa sağ qanad hissəsinə dəyərək toqquşdu. Toqquşmadan sonra “Hyundai Accent” minik markalı avtomobil metal arakəsmə çəpərə, onun idarə etdiyi avtomobil isə sağ zolaqda hərəkətdə olan “Mercedes Benz” minik markalı avtomobilin sol yan hissəsinə dəydikdən sonra sol metal arakəsmə çəpərə çırpılıb dayanmışdır. Hadisə nəticəsində həyat yoldaşı Vüsalə və sonradan adını bildiyi Şahid xəsarət aldığından onları az sonra hadisə yerinə gələn TTY avtomobili ilə xəstəxanaya yola salmışdır. Hadisə nəticəsində o, heç bir xəsarət almadığı üçün hadisə yerində qalıb baxışda iştirak etmişdir. Sonradan məlum olmuşdur ki, Rərvanə Həsənova sınıq xəsarəti, Vüsalə isə əzik xəsarəti almışdır. “Mercedes Benz” minik markalı, **-CB-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs4, “Hyundai Accent” minik markalı, **-CD-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü isə Təqsirləndirilən şəxsdur. Hadisə nəticəsində avtomobili əzilib, ona ümumilikdə 1800 manat maddi ziyan dəymişdir. Zərərçəkmiş şəxs sonda təqsirləndirilən şəxs tərəfindən vurulmuş maddi ziyanın bu günədək ödənilmədiyini, buna görə də vurulmuş maddi ziyanı tələb edərək, təqsirləndirilən şəxsdən şikayətçi olduğunu bildirərək, bu barədə ərizəsini məhkəməyə təqdim etmişdir. Zərərçəkmiş şəxs4 məhkəmənin xx xxxxxxxx 2020-ci il tarixli iclasında ifadə verərək göstərmişdir ki, xx xxxxxx 2019-cu il tarixdə idarə etdiyi avtomobillə Lənkəran şəhərindən Bakı şəhərinə yola düşmüşdür. Avtomobili texniki cəhətdən saz vəziyyətdə olub, yolda iki nəfər tanımadığı sərnişin götürmüşdür. Saat 17:10 radələrində Ələt-Asara-İran sərhədi yolunun Qaradağ rayonu Ələt qəsəbəsi ərazisindən keçən hissəsi ilə iki zolaqlı yolun sol zolağı ilə saatda təxminən 90 km/saat sürətlə Ələt qəsəbəsi istiqamətinə hərəkətdə olmaqla sağ zolaqla hərəkətdə olan “Hyundai Accent” minik markalı avtomobili ötdükdə həmin vaxt arxada eyni zolaqla hərəkətdə olan “Mercedes Benz” minik markalı avtomobil işıqları söndürüb yandırmaqla yol verməsini istəmişdir. Ötmə əməliyyatını tamamlayıb həmin avtomobilə yol vermək üçün sağ zolağa keçib hərəkəti davam etdirmişdir. Bu vaxt ötmək üçün yol verdiyi “Mercedes Benz” minik markalı avtomobil metal arakəsmə çəpərə dəydikdən sonra onun idarə etdiyi avtomobilin arxa sol qapı hissəsinə dəyərək toqquşmuşdur. Sonra o, idarə etdiyi avtomobili yoldan çıxarıb yolun sağ kənarında saxlamışdır. Avtomobildən düşdükdən sonra görmüşdür ki, “Hyundai Accent” markalı avtomobil ondan arxada, “Mercedes Benz” markalı avtomobil isə qabaqda sağ ehtiyat hissədə dayanmışdır. Sonradan məlum olmuşdur ki, “Hyundai Accent” markalı avtomobil ehtiyat hissədəki palçıqlığa düşdüyündən oynayaraq idarəetmədən çıxıb və sola doğru istiqamətlənərək qabaq hissəsi “Mercedes Benz” markalı avtomobilin arxa sağ qanad hissəsinə dəydikdən sonra metal arakəsmə çəpərə, “Mercedes Benz” markalı avtomobil isə onun idarə etdiyi avtomobilə dəymişdir. Hadisə nəticəsində “Mercedes Benz” minik markalı, **-UM-*** dövlət qeydiyyat nişanlı avtomobildə olan iki qadın xəsarət aldığından onları az sonra hadisə yerinə gələn TTY avtomobili ilə xəstəxanaya yola salmışlar. Hadisə nəticəsində o, heç bir xəsarət almadığı üçün hadisə yerində qalıb baxışda iştirak etmişdir. Sonradan məlum olmuşdur ki, sərnişinlərdən Rərvanə Həsənova sınıq xəsarəti, Vüsalə isə əzik xəsarəti alıblar. “Mercedes Benz” minik markalı, **-UM-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs3, “Hyundai Accent” minik markalı, **-CD-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü isə Təqsirləndirilən şəxsdur. Hadisə nəticəsində avtomobili əzilmiş, ona 390 manat maddi ziyan dəymişdir. Hazırda Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və maddi tələbi yoxdur, göstərdiyi halların nəzərə alınmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, xx xxxxxx 2019-cu il tarixdə anası Şahid ilə birlikdə Salyan rayonundan Bakı şəhərinə qayıtmaq üçün yolun kənarında dayandığı vaxt sonradan adını bildiyi Zərərçəkmiş şəxs3 idarə etdiyi “Mercedes Benz” minik markalı, **-UM-*** dövlət qeydiyyat nişanlı avtomobilə əyləşmişlər. Avtomobildə başqa iki nəfər sərnişin var idi, onlardan kişi sərnişin qabaq sağ oturacaqda, qadın isə arxa sol oturacaqda əyləşmişdi. Saat 17:10 radələrində Ələt-Asara-İran sərhəddi yolunun Qaradağ rayonu Ələt qəsəbəsi ərazisindən keçən hissəsi ilə iki zolaqlı yolun sol zolağı ilə Ələt qəsəbəsi istiqamətinə hərəkətdə olarkən Ramiz avtomobili yüksək sürətlə idarə etdiyi üçün anası və avtomobildə olan Ramizin arvadı Vüsalə avtomobili yavaş sürməsini demişdir. Bu vaxt qəflətən yolda toz-duman qalxmış və içərisində olduğu avtomobilin sağ yan tərəfinə zərbə dəymişdir. Zərbədən avtomobilin sol yan hissəsi metal arakəsmə çəpərə çırpıldıqdan sonra digər avtomobilə, yəni sonradan adını bildiyi Zərərçəkmiş şəxs4 idarə etdiyi “Mercedes Benz” minik markalı, **-CB-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəyib yolun sağ kənarında dayanmışdır. Həmin yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət aldığı üçün DİN-nin 102 xidmətinə və təcili tibbi yardıma məlumat verilmişdir. Təxminən 30 dəqiqə sonra hadisə yerinə TTY avtomobili gəlib Ramizin arvadı Vüsaləni xəstəxanaya aparmışdır. Təxminən 20 dəqiqə sonra isə Ramizin qardaşı oğlu idarə etdiyi avtomobillə gəlib onu Bakı şəhərindəki KTM-ə aparmışdır. Baş vermiş yol nəqliyyatı hadisəsi nəticəsində onun omba nahiyəsi sınmışdır. Onu xəstəxanada saxlamaq istəsələr də, lakin Ramizin təşəbbüsü ilə anası onu evə aparmış və ev şəraitində müalicə almışdır. İbtidai istintaq zamanı Ramiz onun müalicəsi üçün ümumilikdə 880 manat pul verib bildirmişdir ki, həmin pulu Aydın vermiş və gələcəkdə də müalicəsi və müayinəsi üçün tələb olunan lazımı kömək göstəriləcəkdir. Buna görə o, ibtidai istintaq dövründə zərər vuran şəxslərdən şikayətçi olmadığı barədə ərizə vermişdir. Lakin daha sonra həmin pul məbləği ona sığorta ödənilməyəcəyi əsası ilə onlardan geri alınmışdır. Buna görə də ibtidai istintaq dövründə onun tərəfindən verilmiş ərizə etibarsızdır. Ona dəymiş ziyan ödənilmədiyi üçün anası sonradan bu barədə Baş Prokurorluğa şikayət etmişdir. Baş vermiş yol nəqliyyatı hadisəsi nəticəsində o İV bel fəqərəsinin sağ yan çıxıntısının sınığı xəsarətini almış və o, onun hələ də aldığı xəsarətə görə dəhşətli ağrıları olur. O, bir neçə dəfə ağrıları ilə bağlı həkimə müraciət edərək müayinə və müalicə olunmuşdur. Ümumilikdə anası Pərvanə onun müalicəsinə 4000 (dörd min) manat xərc çəkmişdir. Buna baxmayaraq aldığı müalicələr heç bir müsbət nəticə verməmiş və nəticədə onun təcili əməliyyat olunmsı məsləhət görülmüş, lakin maddi imkanları aşağı olduğundan o, lazımı əməliyyatı etdirə bilmir. Zərərçəkmiş şəxs sonda Təqsirləndirilən şəxs tərəfindən vurulmuş maddi ziyanın bu günədək ödənilmədiyini, buna görə də vurulmuş maddi ziyanı tələb edərək, təqsirləndirilən şəxsdən şikayətçi olduğunu bildirərək, bu barədə ərizəsini məhkəməyə təqdim etmişdir. Zərərçəkmiş Zərərçəkmiş şəxs2 məhkəmənin xx xxxxxxxx 2020-ci il tarixli iclasında ifadə verərək göstərmişdir ki, xx xxxxxx 2019-cu il tarixdə əri Zərərçəkmiş şəxs3 idarə etdiyi Mercedes Benz C220 CDİ minik markalı 90UM617 dövlət qeydiyyat nişanlı avtomobilin arxa oturacağanda solda oturaraq Masallı rayonundan Bakı şəhərinə qayıtmaq üçün yola düşmüşlər. Salyan rayonu ərazisindən keçərkən əri yolda olan iki nəfər tanımadığı qadın və 1 nəfər cavan oğlanı sərnişin qismində götürmüşdür. Qadınlar arxa oturacaqda sağında, cavan oğlan isə qabaq sağ oturacaqda oturaraq yolu davam etmişlər. Oğlan Ələt qəsəbəsinə çatmamış avtomobildən düşmüş, onlar isə yola davam etmişlər. Həmin gün saat 17:10 radələrində Ələt-Asara-İran sərhədi yolunun Qaradağ rayonu Ələt qəsəbəsi ərazisindən keçən hissəsi ilə iki zolaqlı yolun sol zolağı ilə Ələt qəsəbəsi istiqamətinə hərəkətdə olarkən Ramiz qarşıda eyni zolaqla hərəkədə olan Mercedes Benz minik markalı avtomobilə işıqları söndürüb yandırmaqla yol verməsini istəmişdir. Həmin avtomobil kəskin sağa istiqamətləndikdə sağ zolaqla hərəkətdə olan Hyundai Accent minik markalı avtomobil toqquşmadan yayınmaq üçün sağ ehtiyat hissəyə çıxdı və avtomobil ehtiyat hissədəki palçıqlığa düşüb idarəetmədən çıxaraq sola doğru istiqamətlənib qabaq hissəsi əri Ramizin idarə etdiyi avtomobilə dəyərək toqquşmuşdur. Toqquşmadan sonra Hyundai Accent minik markalı avtomobil metal arakəsmə çəpərə, onlar olduğu avtomobil isə sağa istiqamətlənərək sağ zolaqda hərəkətdə olan Mercedes Benz minik markalı avtomobilin sol yan hissəsinə dəydikdən sonra sol metal arakəsmə cəpərə çırpılıb dayanmışdır. Hadisə nəticəsində özü və sonradan adını bildiyi sərnişin Rərvanə Həsənova xəsarət almışdır. Bir neçə dəqiqə keçdikdən sonra hadisə yerinə gələn TTY avtomobili ilə əri onları xəstəxanaya yola salmışdır. Sonradan məlum olmuşdur ki, Mercedes Benz C220 minik markalı 42CB610 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs4, Hyundai Accent minik markalı 99CD769 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü isə Təqsirləndirilən şəxs olmuşdur. Hazırda Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və maddi tələbi yoxdur, göstərdiyi halların nəzərə alınmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, xx xxxxxx 2019-cu il tarixdə qızı Rəvanə ilə birlikdə Salyan rayonundan Bakı şəhərinə qayıtmaq üçün yolun kənarında dayandığı vaxt adını sonradan bildiyi Zərərçəkmiş şəxs3 idarə etdiyi “Mercedes Benz” minik markalı, **-UM-*** dövlət qeydiyyat nişanlı avtomobilə əyləşmişlər. Avtomobildə başqa iki nəfər sərnişin var idi. Onlardan kişi sərnişin qabaq sağ oturacaqda, qadın arxa oturacaqda solda, o isə ortada, Rəvanə isə sağda əyləşmişlər. Saat 17:10 radələrində Ələt-Asara-İran sərhədi yolunun Qaradağ rayonu Ələt qəsəbəsi ərazisindən keçən hissəsi ilə iki zolaqlı yolun sol zolağı ilə Ələt qəsəbəsi istiqamətinə hərəkətdə olarkən Ramiz avtomobili saatda 140 km saat yüksək sürətlə idarə etdiyi üçün o və Ramizin arvadı Vüsalə avtomobili yavaş sürməsini demişlər. Bu vaxt qəflətən yolda toz, duman olmuş və içərisində olduğu avtomobilin sağ yan tərəfinə zərbə dəymişdir. Zərbədən avtomobilin sol yan hissəsi metal arakəmə çəpərə çırpıldıqdan sonra sonradan ad soyadını bildiyi Zərərçəkmiş şəxs4 idarə etdiyi “Mercedes Benz” minik markalı, **-CB-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəyib yolun sağ kənarında dayanmışdır. Hadisə nəticəsində qızı Rəvanə xəsarət aldığına görə DİN-nin 102 xidmətinə və TTYS-na məlumat verilmişdir. Təxminən 30 dəqiqə sonra hadisə yerinə TTY avtomobili gələrək Ramiz arvadı Vüsaləni xəstəxanaya yola salmışlar. Qızı Rəvanəni isə təxminən 20 dəqiqə sonra hadisə yerinə gələn Ramizin qardaşı oğlunun idarə etdiyi avtomobillə Bakı şəhərindək KTM-ə aparmışlar. Xəstəxanada müayinə olunduqdan sonra məlum olmuşdur ki, qızının omba nahiyəsi sınıb. Həkimlər Rəvanəni xəstəxanada saxlamaq istəsələr də o razılaşmamışdır. Belə ki, Ramizin qohumları bildirdilər ki, Rəvanənin bütün xərclərini çəkəcək və sağaldacaqlar. Onlar həmin gün evə qayıdaraq, müalicəni evdə davam etdirmişlər. Ramiz hər gün onlara gəlmiş və ümumilikdə 880 (səkkiz yüz səksən) manat pul verərək bildirmişdir ki, həmin pulu Aydın vermiş və gələcəkdə də müalicəsi və müayinəsi üçün tələb olunan lazımı kömək göstəriləcəkdir. Sonradan müstəntiq Qəzənfər Mansurov bir neçə dəfə onlara gəlib izahatlarını almış və Rəvanə MTE müayinəsindən keçmişdir. xx xxxx 2020-ci il tarixdə isə Qəzənfər Mansurov demişdir ki, sürücülər onlara dəymiş zərəri tam ödəyəcək, Rəvanəni tam sağaldacaqlar. Amma onlara barışıq ərizəsi verməlidirlər. Onlar da müsəntiqlə razılaşmışlar, onun dediyi qaydada barışıq ərizəsi yazmışlar və Rəvanə və o, ərizəni imzalamışlar. Ərizə verdikdən sonra onlarla heç kim maraqlanmamışdır. Həmçinin sonradan onlara verilən 880 manat pul məbləği sığorta ödənilməyəcəyi əsası ilə onlardan geri alınmışdır. Buna görə də, həmin məsələ ilə bağlı Azərbaycan Respublikası Baş Prokurorluğuna ərizə ilə müraciət etmişdir. Həmçinin bildirir ki, baş vermiş yol nəqliyyatı hadisəsi nəticəsində ümumilikdə qızının müalicəsinə 4000 (dörd min) manat xərc çəkmişdir. İş üzrə zərərçəkmiş Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin nümayəndəsi Nümayəndə məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasına gəlməmiş və məhkəməyə ərizə ünvanlayaraq, işə iştirakları olmadan baxılmasını xahiş etmişdir. Ərizədə göstərilmişdir ki, xx xxxxxx 2019-cu il tarixində Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 11-ci kilometrində “Mercedes” markalı, **-UM-***, “Mercedes” markalı, **-CB-*** və Təqsirləndirilən şəxs idarə etdiyi “Hyundai” markalı, **-CD-*** dövlət qeydiyyat nişanlı avtomobillərlə törədilən yol-nəqliyyat hadisəsi nəticəsində yolun 8 p/m metal təhlükəsizlik səddi yararsız hala salınmış və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 515,20 manat məbləğində ziyan vurulmuşdur. Təqsirləndirilən şəxs idarə etdiyi avtomobil hadisə baş verdiyi tarixdə sığorta olunmadığından vurulmuş ziyanla bağlı tələb təqsirləndirilən şəxsə yönəldilmişdir. Baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində yol təsərrüfatına vurulmuş ziyanın Agentliyə ödənilməsini xahiş edirlər. Cinayət iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarın ləğv olunması və fakta görə cinayət işi başlanması haqqında xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, yol nəqliyyat hadisəsi nəticəsində az ağır xəsarət alması faktına görə Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsinə bilavasitə tabe olan yol nəqliyyat hadisələrinə dair işlər üzrə İstintaq və Təhqiqat şöbəsində araşdırılmış HK-1/162 nömrəli material üzrə cinayət işi başlanmasının rədd edilməsinə dair xx xxxx 2019-cu il tarixli qərarı əsassız olduğundan ləğv edilmiş, yol-nəqliyyat hadisəsi nəticəsində az ağır xəsarət alması faktına görə Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış, cinayət işinin ibtidai istintaqının aparılması Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsinə bilavasitə tabe olan yol nəqliyyat hadisələrinə dair işlər üzrə İstintaq və Təhqiqat şöbəsinə həvalə edilmişdir. (İ cild, i.v. 1-2) xx xxxxxx 2019-cu il tarixli “Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi barədə” protokol, əlavə edilmiş sxem və foto cədvəldən görünür ki, Yol-nəqliyyat hadisələri dair işlər üzrə istintaq və təhqiqat şöbəsinin müstəntiqi, polis mayoru X7 10-cu tağımın inspektoru X6 və dəvət olunmuş hal şahidlərinin iştirakları ilə hadisə yerinə baxış keçirilmiş və baxış zamanı müəyyən olunmuşdur ki, yol-nəqliyyat hadisəsinin baş verdiyi Ələt- Astara-İran sərhəddi yolunun 11-ci km-dir. Yolun işlər işlək hissəsi düzdür, örtüyü asfaltdır və örtüyünün vəziyyəti quruntludur. Yol örtüyünün hər iki istiqamət üçün ümumi eni 8 metr, işlək hissəsinin eni 7,5 metr, ehtiyat hissəsinin eni 3 metrdir. Hərəkət zolaqlarının sayı 2, yolun işlək hissəsində aşkar edilmiş nişan xəttləri ağ qırıq xəttlərdir. İşlək hissəyə sağdan ehtiyat hissə, soldan metal çəpər birləşir. Ehtiyyat hissədən sonra soldan yol yerləşir. Hadisə yerində avtomobillərin hərəkətləri üçün maksimum sürət həddi saatda 110 km saat sürət nəzərdə tutulmuşdur. Hadisə yerində “Hyundai” markalı, **-CD-*** dövlət qeydiyyat nişanlı avtomobil yolun solunda qabaq tərəfi, “Mercedes” markalı, **-UM-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa tərəfi əzik, “Mercedes” markalı, **-CB-*** dövlət qeydiyyat nişanlı avtomobilin sol arxa qapılarında batıq vardır. Asfalt üzərində palstmas qırıntısı aşkar edilmişdir. Protokolun doğruluğu iştirakçılar tərəfindən imzaları ilə təsdiq edilmişdir. (İ cild, i.v. 12-18) Sərxoşluq vəziyyətinin tibbi müayinəsinin xx xxxxxx 2019-cu il tarixli, 49 saylı aktdan görünür ki, Zərərçəkmiş şəxs4 xx xxxxxx 2019-cu il tarixində baş vermiş yol-nəqliyyat hadisəsi zamanı ayıq olmuş, alkoqol sərxoşluğu yoxdur. (İ cild, i.v. 13) Sərxoşluq vəziyyətinin tibbi müayinəsinin xx xxxxxx 2019-cu il tarixli, 50 saylı aktdan görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2019-cu il tarixində baş vermiş yol-nəqliyyat hadisəsi zamanı ayıq olmuş, alkoqol sərxoşluğu yoxdur. (İ cild, i.v. 14) Sərxoşluq vəziyyətinin tibbi müayinəsinin xx xxxxxx 2019-cu il tarixli, 51 saylı aktdan görünür ki, Zərərçəkmiş şəxs3 xx xxxxxx 2019-cu il tarixində baş vermiş yol-nəqliyyat hadisəsi zamanı ayıq olmuş, alkoqol sərxoşluğu yoxdur. (İ cild, i.v. 15) AD № 205999 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, “Mercedes Benz C220” minik markalı, **-CB-*** dövlət qeydiyyat nişanlı avtomobil X1 məxsusdur. (İ cild, i.v.17) ƏN-Vİ № 419475 saylı nəqliyyat vasitələrinə sərəncam verilməsi haqqında sərəncamdan görünür ki, X3 xx xxxxxxxx 2018-ci il tarixdə “Mercedes Benz C220” minik markalı, **-CB-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair sürücülük hüququ olduqda idarə etmək, sərəncam vermək hüququ da daxil olmaqla bir sıra hüquqları 1 il müddətinə, yəni xx xxxxxxxx 2019-cu il tarixədək Zərərçəkmiş şəxs4 etibar etmişdir. (İ cild, i.v.17) AB № 704769 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, “Hyundai Accent” minik markalı, **-CD-*** dövlət qeydiyyat nişanlı avtomobil Təqsirləndirilən şəxs məxsusdur. (İ cild, i.v.26) Azərbaycan Respublikası BDYPİ Şirvan RQİ TBŞ tərəfindən xx.xx.2012-ci il tarixində verilmiş AB seriyalı 737006 nömrəli sürücülük vəsiqəsindən görünür ki, Təqsirləndirilən şəxs “B” dərəcəli sürücülük hüququ vardır və vəsiqə xx.xx.2022-ci ilədək etibarlıdır. (İ cild, i.v. 26) AD № 140253 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, “Mercedes Benz C220 CDİ” minik markalı, **-UM-*** dövlət qeydiyyat nişanlı avtomobil X10 məxsusdur. (İ cild, i.v.27) ƏN-İV № 701371 saylı nəqliyyat vasitələrinə sərəncam verilməsi haqqında sərəncamdan görünür ki, X12 xx xxxxxx 2019-cu il tarixdə “Mercedes Benz C220 CDİ” minik markalı, **-UM-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair nəqliyyat vasitəsini idarə etmək hüququ da daxil olmaqla bir sıra hüquqları xx xxxx 2019-cu il tarixədək Zərərçəkmiş şəxs3 etibar etmişdir. (İ cild, i.v.27) “xxxx” Kiçik Müəssisəsi tərəfindən verilmiş ziyan aktından görünür ki, “Hyundai Accent” minik markalı, **-CD-*** dövlət qeydiyyat nişanlı avtomaşına “xxxx” Kiçik Müəssisəsinin avtoservisində qəzadan sonra baxış keçirilmiş və Avtomaşına dəymiş ziyan 5131 manat təşkil edir. (İ cild, i.v. 43) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Növbəti Hissələri İdarəetmə Xidməti tərəfindən verilmiş xx xxxx 2019-cu il tarixli, 003-2731-1219 saylı məktubdan görünür ki, Təhlükəsiz Şəhər Xidmətinin Ələt-Astara yolunun 11-ci km-dəki müşahidə kameralarının xx.xx.2019-cu il tarixli saat 27.00-dan 17.20-dək olan müddətdəki videogörüntüləri 1 ədəd DVD diskdə təqdim edilmişdir. (İ cild, i.v. 47) Diskə baxış haqqında xx xxxx 2019-cu il tarixli protokoldan görünür ki, YNH-nə dair işlər üzrə İstintaq və Təhqiqat Şöbəsinin müstəntiqi, polis mayoru Qəzənfər Mansurov hal şahidlərinin iştirakı ilə diskə baxış keçirmiş və baxış zamanı müəyyən olunmuşdur ki, Zərərçəkmiş şəxs4 idarə etdiyi “Mercedes Benz” markalı, **-CB-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə yolun solu ilə Ələt-Astara-iran sərhəddi yolu ilə Ələt istiqamətində hərəkət etdirərkən avtomaşını sağa çıxır. Həmin vaxt yolun sağı ilə hərəkətdə olan “Hundai Accent” markalı, **-CD-*** dövlət qeydiyyat nişanlı avtomobil manevr edir, lakin həmin avtomobillər arasında toqquşma baş vermir. “Hyundai Accent” markalı avtomobil sağa manevr edərkən yolun sağ kənarındakı palçığa düşür və avtomobil oynayaraq magistral yola çıxır, magistral yolda “Mercedes Benz” markalı, **-UM-*** dövlət qeydiyyat nişanlı avtomaşına toqquşub, gedib metal çəpərə dəyir. “Mercedes Benz” markalı, **-UM- *** dövlət qeydiyyat nişanlı avtomobil isə “Mercedes Benz” markalı, **-CB-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəyir. Protokolun doğruluğunu iştitakçılar imzaları ilə təsdiq etmişlər. (İ cild, i.v 48) Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X11- Təcrübi və X9 rayon şöbəsi tərəfindən xx xxxx 2019-cu il tarixdə verilmiş 180 nömrəli canlı şəxsin ekspertizasının rəyindən görünür ki, 1976-cı il təvəllüdlü Zərərçəkmiş şəxs2 sol budun qançırı müəyyən edilmişdir. Xəsarət bərk küt əşya təsirindən törənmişdir, qərarda göstərildiyi kimi xx xxxxxx 2019-cu il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdi və sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduğu üçün dərəcəsi təyin edilmir. Zərərçəkmiş şəxs2 adına tərtib edilmiş tibbi sənəddə qeyd olunan “sağ budçanaq oynağının hemartrozu” diaqnozu hər hansı bir xəsarətin obyektiv əlamətləri ilə müşayiət olunmadığına və obyektiv müayinə zamanı öz təsdiqini tapmadığına görə xəsarət kimi qiymətləndirilməsi mümkün deyildir. (İ cild, i.v. 50-52) Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X11- Təcrübi və X9 rayon şöbəsi tərəfindən xx xxxx 2019-cu il tarixdə verilmiş 224 nömrəli canlı şəxsin ekspertizasının rəyindən görünür ki, 1987-ci il təvəllüdlü Zərərçəkmiş şəxs1 Əbdül qızının bədəni üzərində aşkar edilmiş xəsarət – İV bel fəqərəsinin sağ yan çıxıntısının sınığı bərk küt əşya təsirindən törənmişdir, qərarda göstərildiyi kimi xx xxxxxx 2019-cu il tarixdə sərnişini olduğu avtomaşında baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdi və dərəcəsinə görə səhhətin uzun müddətə pozulmasına səbəb olan sağlamlığa Az ağır zərərvurmaya aiddir. (İ cild, i.v. 53-55) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxx 2019-cu il tarixli, 5837 saylı məhkəmə yol-nəqliyyat hadisələrinin məhkəmə ekspertizasının rəyindən görünür ki, istintaq tərəfindən göstərilən şəraitdə “Mercedes- Benz C 220” markalı, **-CB-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs4 hadisənin qarşısının alınması ilə əlaqədar olan hərəkətlərinin tədqiqi xüsusi texniki bilik tələb etmir. “Hyundai Accent” markalı, **-CD-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində tədqiq oluan şəraitdə “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. İstintaq tərəfindən təqdim olunan məlumatlara əsasən “Mercedes-Benz C 220” markalı, **-UM-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs3 hadisənin qarşısını alınması ilə əlaqədar hərəkətlərini texniki-nöqteyi nəzərdən tədqiq etməyə lüzum yoxdur. Ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat təşkil edir. (İ cild, i.v. 57-61) Maddi sübutun tanınması haqqında xx xxxxxx 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs idarə etdiyi “Hyudai Accent” minik markalı, **-CD-*** dövlət qeydiyyat nişanlı avtomobil, Zərərçəkmiş şəxs3 idarə etdiyi “Mercedes Benz C220 CDİ” minik markalı, **-UM-*** dövlət qeydiyyat niaşnlı avtomobil, Zərərçəkmiş şəxs4 idarə etdiyi “Mercedes Benz C220” minik markalı, **-CB-*** dövlət qeydiyyat nişanlı avtomobil və hadisə yerində olan Təhlükəsiz Şəhər Xidmətinin Ələt-Astara yolunun 11-ci kilometrliyindəki videomüşahidə kameralarının xx xxxxxx 2019-cu il tarixli saat 17:00-dan 17:20-dək olan müddətdəki videogörüntüləri əks etdiyən 1 ədəd DVD disk iş üzrə maddi sübut hesab edilmiş, avtomobillərin sahibinə qaytarılması nəzərə alınmış və 1 ədəd DVD diski cinayət işi materiallarına əlavə edilmişdir. (İ cild, i.v. 74) ƏƏSM-nin yanında DSMF-nun Salyan rayon şöbəsi tərəfindən xx xxxx 2017-ci il tarixdə verilmiş 000949 saylı vəsiqənin surətindən görünür ki, Təqsirləndirilən şəxs İİ dərəcəli əlildir. (İ cild, i.v.78) Salyan RİHB-nin Salyan şəhər İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə olunur. (İ cild, i.v. 83) Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən ünvanlanmış tələbnaməyə xx xxxxxx 2020-ci il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (İ cild, i.v. 97) n Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X16 İdarəsi tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli, 016-19444-1220 saylı məktubdan görünür ki, DİN-in Baş X16 İdarəsinin Qeydiyyat-İmtahan İdarəsinin kompüter uçot bazasının məlumatlarına əsasən xx xxxxxxx 1964-cü il təvəllüdlü Təqsirləndirilən şəxs xx xxx 2012-ci il tarixdə AB 737006 nömrəli “B” kateqoriyalı sürücülük vəsiqəsi verilmişdir və o, sürücülük hüququndan məhrum edilənlər siyahısında yoxdur. (İ cild, i.v. 104) “xxxx” MMC-nin emalatxanasının sədri X2 tərəfindən verilmiş xx xxxx 2019-cu il tarixli rəydən görünür ki, “Mercedes Benz C220” markalı, **-CB-*** dövlət qeydiyyat nişanlı avtomobilə yol nəqliyyat hadisəsi nəticəsində 390 (üç yüz doxsan) manat məbləğində maddi ziyan dəymişdir. (İ cild, i.v. 106) “X4 Xidməti” MMC tərəfindən verilmiş xx xxxxxx 2019-cu il tarixli arayışdan görünür ki, yol nəqliyyat hadisəsi nəticəsində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin balansında olan yol təsərrüfatına 515,20 manat maddi ziyan dəymişdir. (İ cild, i.v. 141) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X16 İdarəsi tərəfindən verilmiş xx xxx 2020-ci il tarixli, 016-40988-1220 saylı məktubdan görünür ki, xx xxxxxxx 1964-cü il təvəllüdlü Təqsirləndirilən şəxs xx xxx 2012-ci il tarixdə AB 737006 nömrəli “B” kateqoriyalı sürücülük vəsiqəsi verilmişdir. Təqsirləndirilən şəxs sürücülük hüququndan məhrum edilənlərin kartotekasına əsasən Salyan Rayon Məhkəməsi tərəfindən xx xxxxxxx 2018-ci ildən xx xxxxx 2019-cu ilədək 06 (altı) ay müddətə nəqliyyat vasitələrini idarəetmə hüququndan məhrum olunmuşdur. Təqsirləndirilən şəxs sürücülük vəsiqəsi məhkəmənin hökmünə əlavə edilməmişdir. (İ cild, i.v. 148) Salyan Rayon Məhkəməsinin 3(057)-428/2018 saylı, xx xxxxxxx 2018-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə təqsirli bilinmiş, barəsində nəqliyyat vasitələrini idarə etmək hüququnun 06 ay müddətə məhdudlaşdırılması növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. (İ cild, i.v. 150) Sübutların qiymətləndirilməsi haqqında xx xxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. Sürücülər Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs3 əməllərində cinayət tərkibi olmadığına görə barələrində cinayət işinin başlanması rədd edilmişdir. “Mercedes Benz 220” minik markalı, **-CB-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Zərərçəkmiş şəxs4, “Mercedes Benz C 220 CDİ” minik markalı, **-UM-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Zərərçəkmiş şəxs3 oğlu qəbul edilmişdir. Təqsirləndirilən şəxs elan olunan ittihama Zərərçəkmiş şəxs2 aldığı sağlamlığa zərər vurmayan xəsarət, “Mercedes Benz C220” minik markalı, **-CB-*** dövlət qeydiyyat nişanlı və “Mercedes Benz C220 CDİ” minik markalı, **-UM-*** dövlət qeyidyyat nişanlı avtomobillərin və mütal təhlükəsizlik səddinin əzilməsi nəticəsində dəymiş ziyan daxil edilmişdir. Şahid ifadəsində sürücü Zərərçəkmiş şəxs3 idarə etdiyi “Mercedes Benz” minik markalı, **-UM-*** dövlət qeydiyyat nişanlı avtomobili 140 km/saat sürətlə idarə etməsi barədə göstərdiyi xüsusat rədd edilmişdir. (İ cild, i.v. 158-165) Qətimkan tədbiri seçilməsi haqqında xx xxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. (İ cild, i.v. 187-188) Məhkəmə istintaqı dövründə müdafiə tərəfinin vəsatəti əsasında Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 1(002)-183/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qərardadı ilə təkrar məhkəmə-yol nəqliyyat hadisələri ekspertizası təyin edilmiş, ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin rəhbərliyinə həvalə edilməklə, ekspertizanın iş materialları və iş materiallarına əlavə edilmiş yol-nəqliyyat hadisəsinin görüntülərini özündə əks etdirən video diskə baxış keçirilməklə əlaqəli aparılması qərara alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli, 8/2158 saylı məhkəmə yol-nəqliyyat hadisələrinin məhkəmə ekspertizasının rəyindən görünür ki, diskdə əks olunan görüntülərə əsasən yol-nəqliyyat hadisəsi mexanizmi üzrə məlumatların müəyyən edilməsi məqsədilə hal-hazırda işlənib hazırlanmış və yol-nəqliyyat hadisələri ekspertizası praktikasında istifadə olunması üçün təsdiq olunmuş metodik vəsait yoxdur. Ona görə də diskdə əks olunan görüntülərə baxış keçirməklə zəruri məlumatların müəyyən edilməsi məhkəmə yol-nqəliyyat hadisələri ekspertizasının səlahiyyətinə aid deyildir. Nəqliyyat vasitələri arasında toqquşmanın baş verib-verməməsi məhkəmə yol-nəqliyyat hadisələri ekspertizası yolu ilə müəyyən edilmir. Toqquşmanın baş verib-verməməsi kompleks məhkəmə kimyəvi və nəqliyyat-trasoloji ekspertizası yolu ilə nəqliyyat vasitələrinə təmir olunmamış vəziyyətdə ekspertlər tərəfindən baxış keçirilməklə müəyyən edilir. “Mercedes Benz-C220” markalı, **-CB-*** dövlət qeydiyyat nişanlı avtomobillə “Hyundai Accent” markalı, **-CD-*** dövlət qeydiyyat nişanlı avtomobil arasında toqquşmanın baş verməməsi şəraitində “Hyundai Accent” markalı, **-CD-*** dövlət qeydiyyat nişanlı avtomobilin hərəkət hissəsindən sağ ehtiyat hissəsinə çıxaraq idarəolunmaz vəziyyətə düşməsi sürücü Təqsirləndirilən şəxs sağa doğru apardığı manevrin hərəkət təhlükəsizliyini təmin etməməsi ilə əlaqədar olmuşdur. Hazırki ekspertizanın təyini haqqında qərarda məhkəmə tərəfindən konkret olaraq “Mercedes Benz-C220” markalı avtomobillə “Hyundai Accent” markalı avtomobil arasında toqquşmanın baş verib-verməməsi göstərilmədiyindən və nəqliyyat hadisələri ekspertizası yolu ilə müəyyən edilmədiyindən “Mercedes Benz-C220” markalı, **-CB-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs4 hadisənin qarşısının alınması ilə əlaqədar hərəkətləri üzrə tədqiqat aparmaq mümkün deyildir. Təqdim olunan məlumatlara əsasən “Mercedes Benz-C 220 CDİ” markalı, **-UM-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs3 hadisənin qarşısının alınması ilə əlaqədar hərəkətləri xüsusi texniki bilik tələb etmir. Hazırki ekspetizanın təyini haqqında qərarda məhkəmə tərəfindən konkret olaraq “Mercedes Benz-C220” markalı avtomobillə “Hyundai Accent” markalı avtomobil arasında toqquşmanın baş verib-verməməsi göstərilmədiyindən və nəqliyyat vasitələri arasında toqquşmanın baş verib-verməməsi məhkəmə yol-nəqliyyat hadisələri ekspertizası yolu ilə müəyyən edilmədiyindən “Hyundai Accent” markalı, **-CD- *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hadisənin qarşısının alınması ilə əlaqədar hərəkətləri üzrə tədqiqat aparmaq mümkün deyildir. Ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat təşkil edir. (İİ cild, i.v. 2-6) Bundan sonra Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 1(002)-12/2021 saylı, xx xxxxxx 2021-ci il tarixli qərarı ilə cinayət işi üzrə Məhkəmə Ekspertizası Mərkəzinin 5837 nömrəli, xx xxxx 2019-cu il tarixli rəyi ilə xx xxxxxx 2020-ci il tarixli, 8/2158 nömrəli rəyləri arasındakı anlaşılmazlıqların aradan qaldırılması və həqiqi halların müəyyən edilməsi ilə bağlı iş üzrə kompleks məhkəmə yol-nəqliyyat hadisələri və videotexniki ekspertizası təyin edilmişdir. Həmin qərarın icrası ilə bağlı verilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxx 2021-ci il tarixli, 8/460-4/215 saylı məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş 1 ədəd “Princo” markalı diskdə qeydə alınmış videoyazıda qeydə alınan görüntülərdə tədqiqatı tələb olunan hadisənin baş verdiyi zaman Zərərçəkmiş şəxs4 idarə etdiyi “Mercedes Benz 220” markalı, **-CB-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə sürücü Təqsirləndirilən şəxs idarə etdiyi “Hyundai Accent” markalı, **-CD-*** dövlət qeydiyyat nişanlı avtomobil arasında toqquşma hadisəsinin baş vermədiyi müəyyən olunmuşdur. Rəyin tədqiqi hissəsində göstərilənlərə əsasən “Mercedes Benz 220” markalı, **-CB-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs4 və “Hyundai Accent” markalı, **-CD-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hadisənin qarşısının alınması ilə əlaqədar hərəkətləri üzrə tədqiqat aparılmır. Ekspertiza tədqiqatının dəyəri 200 (iki yüz) manat təşkil edir. Məhkəməyə təqdim edilmiş və cinayət işinə əlavə edilmiş Zərərçəkmiş şəxs1 Əbdül qızı tərəfindən verilmiş ərizədən görünür ki, Təqsirləndirilən şəxs ona dəymiş maddi ziyanı ödəmədiyindən ondan şikayətçidir. Məhkəməyə təqdim edilmiş və cinayət işinə əlavə edilmiş Zərərçəkmiş şəxs3 Abdil oğlu tərəfindən verilmiş ərizədən görünür ki, Təqsirləndirilən şəxs ona dəymiş maddi ziyanı ödəmədiyindən ondan şikayətçidir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin, şahidin məhkəmədə səsləndirdiyi və iş materiallarında olan ifadələri, cinayət işi üzrə ibtidai istintaq və məhkəmə istintaqı dövründə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146) Təqsirləndirilən şəxs istər ibtidai istintaq dövründə, istərsə də məhkəmədə özünü təqsirli hesab etməyərək, ifadəsində göstərdikləri xüsusatlara münasibətdə məhkəmə hesab edir ki, onun heç bir mötəbər hala əsaslanmayan ifadəsi ittihamı təkzib edən sübut kimi qəbul edilə bilməz. Məhkəmə hesab edir ki, həmin ifadələr özünü müdafiə xarakterli olmaqla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən yayınmaq məqsədi ilə verilmiş və məhkəmə istintaqı zamanı araşdırılmış digər mötəbər sübutlarla öz təsdiqini tapmamışdır. Belə ki, təqsirləndirilən şəxs öz ona elan olunmuş ittiham üzrə özünü təqsirli hesab etməməsinə əsas olaraq yol nəqliyyat hadisəsinin Zərərçəkmiş şəxs4 idarə etdiyi “Mercedes Benz” minik markalı, **-CB-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə anidən yolun sol hissəsindən sağ hissəsinə doğru manevr edərək idarə etdiyi avtomobilin onun idarə etdiyi avtomobilin sol yan güzgüsünə dəyməsi, bu zaman onun idarə etdiyi avtomobilim yolun ehtiyat hissədəki palçıqlığa düşməsi və bu səbəbdən də onun avtomobilin idarəetməsini itirməsi ilə əsaslandırmışdır. İbtidai istintaq dövründə yol nəqliyyat hadisəsinin videogörüntüsü əldə edilmiş və həmin video görüntüyə baxış keçirilərkən müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs4 idarə etdiyi “Mercedes Benz” markalı, **-CB-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə yolun solu ilə Ələt-Astara-iran sərhəddi yolu ilə Ələt istiqamətində hərəkət etdirərkən avtomaşını sağa çıxır. Həmin vaxt yolun sağı ilə hərəkətdə olan “Hundai Accent” markalı, **-CD-*** dövlət qeydiyyat nişanlı, yəni təqsirləndirilən şəxsin idarə etdiyi avtomobil manevr edir, lakin həmin avtomobillər arasında toqquşma baş vermir. Bununla belə məhkəmə istintaqı dövründə təyin edilmiş kompleks məhkəmə yolnəqliyyat hadisələri və videotexniki ekspertizası qərarının icrası ilə bağlı verilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxx 2021-ci il tarixli, 8/460-4/215 saylı məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının rəyi üzrə nəqliyyat hadisəsinin videogörüntüsünü əks etdirən diskdə qeydə alınmış videoyazıda qeydə alınan görüntülər tədqiq olunmuş və müəyyən edilmişdir ki, hadisənin baş verdiyi zaman Zərərçəkmiş şəxs4 idarə etdiyi “Mercedes Benz 220” markalı, **-CB-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə sürücü Təqsirləndirilən şəxs idarə etdiyi “Hyundai Accent” markalı, **-CD-*** dövlət qeydiyyat nişanlı avtomobil arasında toqquşma hadisəsi baş verməmişdir. Məhkəmə yuxarıda qeyd edilənləri nəzərə alıb Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlinin tövsifi məsələsini müzakirə edərək hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəsi ilə tövsif edilmiş və onun həmin maddədə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdırlar. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsinə əsasən bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllərin alkoqollu içkilərin qəbulu, narkotik vasitələrdən, psixotrop maddələrdən və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoş halda olan və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən törədilməsi ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda - üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə altı min manatdan səkkiz min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istimarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2013-cü il tarixli qərarına əsasən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ilə bağlı cinayət işləri üzrə şəxsin təqsirlilik məsələlərini həll edərkən məhkəmələr işin bütün faktiki hallarını hərtərəfli, tam və obyektiv araşdırmaqla yanaşı, həm də təqsirləndirilən şəxsin “Yol hərəkəti haqqında” Qanunun məhz hansı normasının tələblərini pozduğunu və bu pozuntunun konkret nədə ifadə olunduğunu göstərməli, həmin qayda pozuntuları ilə baş vermiş nəticə arasında səbəbli əlaqənin mövcudluğunu, habelə təqsirləndirilən şəxsin yol-nəqliyyat hadisəsinin qarşısını almaq üçün texniki cəhətdən imkanının olub-olmadığını müəyyənləşdirməlidir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndinə əsasən, Mexaniki nəqliyyat vasitəsinin sürücüsü: ürücülük vəsiqəsini (fərdi nəqliyyat vasitəsinin sahibi olmadıqda, sürücünün icarə və ya digər əşya hüquqlarına dair müqaviləsini, nəqliyyat vasitəsini idarə etmək hüququna dair müəyyən edilmiş qaydada təsdiqlənmiş etibarnaməsini və ya nəqliyyat vasitəsinə ümumi mülkiyyət hüququna dair şəhadətnaməsini), sürücülük vəsiqəsi müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən alınmış olduqda isə onu əvəz edən xüsusi arayışı, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsini, bu Qanunun 6-1-ci maddəsinin İ hissəsində nəzərdə tutulmuş daşımaları həyata keçirən nəqliyyat vasitələrinə münasibətdə taxoqrafın yoxlanması haqqında şəhadətnaməni (taxoqrafın yoxlanmasına dair möhür vurulmadığı halda), avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası və sərnişin daşımaları xidmətini həyata keçirən avtonəqliyyat vasitələri ilə daşınan sərnişinlərin (şəhərdaxili və ya qəsəbədaxili daşınan sərnişinlər istisna olmaqla) fərdi qəza sığortası müqaviləsinin “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq bağlanmasını təsdiq edən icbari sığorta şəhadətnaməsini, nəqliyyat vasitələrindən kommersiya məqsədləri üçün istifadə edildikdə xüsusi razılıq və ya yol (marşrut) vərəqəsini və daşınan yüklərə dair sənədləri özündə saxlamalıdır. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 1-ci hissəsinə əsasən, Sürücü hərəkətə başlamazdan, yerdəyişməzdən, dönməzdən, ötməzdən və dayanmazdan qabaq müvafiq istiqamətə dönmək üçün xarici işıqsiqnallarının köməyiilə, bunlar olmadıqda və ya nasazlıq yarandıqda isə əl işarələri ilə siqnal verməlidir. Bu zaman manevr təhlükəsiz olmalı və hərəkətin digər iştirakçıları üçün maneə yaratmamalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 56.1 və 56.1.1-ci maddələrinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilməsi məntəqə tipli cəzaçəkmə müəssisələrində müəyyən edilir. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29cumaddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” xx xxxxxx 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islahetmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın cinayət əməlini törətmiş şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs hadisəni ilk dəfə təsadüfi axarı zəmnində törətməsini (CM-nin 59.1.1), yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını, İİ dərəcəli əlil olmasını, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs2 ona qarşı hər hansı şikayət və tələbinin olmadığını (CM-59.2) nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, azadlıqdan məhrumetmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər, bu növ cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyalarında nəzərdə tutulmuş həddə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, azadlıqdan məhrumetmə növündə cəzası təyin edilməli, Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsinə çəkməli (CM-nin 56.1.1) və cəzaçəkmə müddətinin əvvəli onun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanmalı (CİM-67.2), təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalı (CPM-353.4.12), iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri təqsirləndirilən şəxsdən alınaraq dövlət büdcəsi xeyrinə tutulmalı (CPM-198.1.), iş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs idarə etdiyi “Hyudai Accent” minik markalı, **-CD-*** dövlət qeydiyyat nişanlı avtomobilin, Zərərçəkmiş şəxs3 idarə etdiyi “Mercedes Benz C220 CDİ” minik markalı, **-UM-*** dövlət qeydiyyat nişanlı avtomobilin, Zərərçəkmiş şəxs4 idarə etdiyi “Mercedes Benz C220” minik markalı, **-CB- *** dövlət qeydiyyat nişanlı avtomobilin sahiblərinə qaytarılması nəzərə alınmalı, hadisə yerində olan Təhlükəsiz Şəhər Xidmətinin Ələt-Astara yolunun 11-ci kilometrliyindəki videomüşahidə kameralarının xx xxxxxx 2019-cu il tarixli saat 17:00-dan 17:20-dək olan müddətdəki videogörüntüləri əks etdirən 1 ədəd DVD disk cinayət işi materiallarında saxlanılmalıdır. (CPM-132.) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə zərərçəkmiş şəxslərə vurulmuş ziyanın ödənilməsinə dair məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, iş üzrə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3 və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin nümayəndəsi Nümayəndə yazılı şəkildə iddia ərizəsi vermədiklərindən, vurulmuş ziyanın ödənilməsinə dair qərar qəbul etmək məhkəmənin səlahiyyətində deyil. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 89.1–ci maddəsinə görə, cinayət qanunu ilə nəzərdə tutulmuş əməl nəticəsində maddi ziyan vurulması qənaətinə gəlməyə kifayət qədər əsaslar olduqda onun cinayət mühakimə icraatı qaydasında ödənilməsi barədə cinayət işinin icraatı zamanı iddia vermiş fiziki və ya hüquqi şəxs mülki iddiaçı qismində tanınır. Həmin Məcəllənin 89.2-ci maddəsinə görə, mülki iddiaçı qismində tanınma haqqında qərar təhqiqatçı, müstəntiq, prokuror və məhkəmə tərəfindən qəbul edilir. Adı çəkilən Məcəllənin 183.1-ci maddəsinə görə, cinayət mühakimə icraatı zamanı mülki iddia cinayət təqibi başlanandan məhkəmə istintaqı başlananadək istənilən an verilə bilər. Qeyd edilən Məcəllənin 183.3-cü maddəsinə görə cinayət mühakimə icraatı zamanı mülki iddia yalnız yazılı formada verilə bilər. İş materiallarından görünür ki, iş üzrə Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3 və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi müstəntiq tərəfindən müvafiq qərarlarla zərərçəkmiş qismində tanınmış və onlara Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 87-ci maddəsində nəzərdə tutumuş hüquqları izah edilsə də, onlar vurulmuş ziyanın ödənilməsinə dair iddia ərizəsi verməmişlər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 180.2-ci maddəsinə görə isə, şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır. Bu səbəbdən məhkəmə hesab edir ki, zərərçəkmiş şəxslərə onların bu hüququ izah edilməlidir. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, Cinayət Prosessual Məcəlləsinin: 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir; 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir; “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin x xxxxxx 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4 cü və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyə nedilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş dövlət hesabına göstərilən hüquqi yardım barədə hesabatdan görünür ki, müdafiəçi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi işə qoşularaq məhkəmə baxışı zamanı 80 (səksən) iş saatı cinayət işi üzrə Təqsirləndirilən şəxs dövlət hesabına hüquqi yardım göstərmişdir. Odur ki, Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı dövlət hesabına göstərilmiş 80 (səksən) iş saatı hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 480 (dörd yüz səksən) manat məbləğində pul Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından işlədiyi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358, 384 və 388-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə təqsirli bilinərək, 02 (iki) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3 və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə izah edilsin ki, onlara vurulmuş ziyanın ödənilməsinə dair mülki mühakimə icraatı qaydasında iddia ərizəsi ilə cavabdehin olduğu yer üzrə məhkəməyə müraciət edə bilərlər. Ekspertiza tədqiqatlarının dəyəri olan 400 (dörd yüz) manat ekspertiza xərci Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə ödənilsin. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs idarə etdiyi “Hyudai Accent” minik markalı, **-CD-*** dövlət qeydiyyat nişanlı avtomobilin, Zərərçəkmiş şəxs3 idarə etdiyi “Mercedes Benz C220 CDİ” minik markalı, **-UM-*** dövlət qeydiyyat nişanlı avtomobilin, Zərərçəkmiş şəxs4 idarə etdiyi “Mercedes Benz C220” minik markalı, **-CB- *** dövlət qeydiyyat nişanlı avtomobilin sahiblərinə qaytarılması nəzərə alınsın və hadisə yerində olan Təhlükəsiz Şəhər Xidmətinin Ələt-Astara yolunun 11-ci kilometrliyindəki videomüşahidə kameralarının xx xxxxxx 2019-cu il tarixli saat 17:00-dan 17:20-dək olan müddətdəki videogörüntüləri əks etdiyən 1 ədəd DVD disk cinayət işi materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı dövlət hesabına göstərilmiş 80 (səksən) iş saatı hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 480 (dörd yüz səksən) manat məbləğində pul Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından işlədiyi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: İslam Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar