Məhkəmə qərarları › İş №1(002)-12/2024

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-12/2024

29.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-12/2024 29.01.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Dadaşova Şəfa Əliövsət qızının sədrliyi, Məmmədova Ülviyyə Nizami qızının katibliyi, Dövlət ittihamçısı Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1983-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli (himayəsində bir yetkinlik yaşına çatmayan və bir azyaşlı uşağı olan), orta təhsilli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, Bakı şəhəri, Qaradağ rayonu, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “ev dustaqlığı” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 185.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs talama məqsədi olmadan qanunsuz olaraq avtomobil ələ keçirərək, zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmuşdur. Belə ki, o, 20 fevral 2023-cü il tarixdə təxminən saat 23:00-da Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, Neftçilər küçəsində yerləşən avtotəmir emalatxanasından Zərərçəkmiş şəxs məxsus “Nissan Tiana” markalı ** DP *** dövlət qeydiyyat nişanlı avtomaşını talama məqsədi olmadan qanunsuz olaraq ələ keçirərək Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsində yerləşən 17 saylı Birləşmiş Şəhər Xəstəxanasının qarşısında hərəkətdə olarkən idarəetməni itirmiş və avtomaşını yolun kənarında olan səkiyə çırpmaqla aşırmış nəticədə Zərərçəkmiş şəxs ümumilikdə xeyli miqdarda yəni, 10735 manat maddi ziyan vurmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək və ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsində yol kənarında yerləşən avtomobil təmiri sexində avtomobil təmiri ustası işləyir. Zərərçəkmiş şəxs idarə etdiyi “Nissan Tiana” markalı ** DP *** dövlət qeydiyyat nişanlı avtomaşının təmirə ehtiyacı olması səbəbindən onun emalatxanasına təhvil verilmişdir. xx.xx.2023-cü il tarixdə o, Zərərçəkmiş şəxs məxsus nəqliyyat vasitəsini, sonuncuya məlumat vermədən idarə etmişdir. Qobustan qəsəbəsi istiqamətində hərəkət edən zaman 17 saylı Birləşmiş şəhər Xəstəxanasının yaxınlığında manevr edərkən əks istiqamətdə qarşıdan gələn avtomaşınla toqquşmamaq üçün nəqliyyat vasitəsini cəld öz yoluna çevirmiş, nəqliyyat vasitəsi yolun kənarına, daşlıq olan hissəsinə istiqamətlənmiş və aşaraq bir neçə dəfə fırlanmışdır. Həmin vaxt o, nəqliyyat vasitəsini saatda 80-90 km sürəti ilə idarə etmiş, ondan başqa Şahid1 və Afət adlı tanışları da nəqliyyat vasitəsində olmuşlar. Onları nəqliyyat vasitəsindən tanımadığı şəxslər çıxarmışlar, hadisə yerinə gəlmiş TTY briqadası isə onlara ilk tibbi yardım göstərmişdir. Zərərçəkmiş şəxs tərəfindən işlədiyi emalatxanada təmir üçün saxlanılmış “Nissan Tiana” markalı **-DP-*** dövlət qeydiyyat nişanlı avtomaşını mülkiyyətçinin icazəsi olmadan təmirdən sonrakı vəziyyətini yoxlamaq məqsədilə sürmüş və nəticədə yol nəqliyyat hadisəsi törətmişdir. O, törətdiyi yol nəqliyyat hadisəsi zamanı xəsarət alsa da Məhkəmə Tibbi Ekspertizasından keçməkdən imtina etmişdir. Daha sonar, törətdiyi əməldən peşman olduğunu, özünü təqsirli bildiyini, himayəsində bir yetkinlik yaşına çatmayan və bir azyaşlı övladının olduğunu, zərərçəkmiş şəxsə vurulmuş ziyanın bir hissəsini ödədiyini və ilk dəfə cinayət məsuliyyətinə cəlb edildiyini nəzərə alaraq, məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin məhkəmə və istintaq dövründə verdiyi, şahidlərin istintaq dövründə verdikləri ifadələri, ekspertiza rəyləri və iş materiallarında olan digər sənədlər ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, özünə məxsus “Nissan Tiana” markalı **-DP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini təmirə ehtiyacı olduğu üçün xx.xx.2023-cü il tarixdə əvvəllər tanıdığı Təqsirləndirilən şəxs adlı ustanın fəaliyyət göstərdiyi emalatxanaya yerləşdirmiş, nəqliyyat vasitəsini idarə etməsi üçün ona razılıq verməmişdir. Nəqliyyat vasitəsi barədə məlumat əldə etmək məqsədilə o, ara-sıra sonuncu ilə telefon vasitəsilə əlaqə saxlamışdır. xx.xx.2023-cü il tarixdə saat 17:00-da o, qəsəbədə olan zaman Təqsirləndirilən şəxs hansısa avtomaşınla qəza törətdiyini eşitmişdir. xx.xx.2023-cü il tarixdə saat 16:00-da Təqsirləndirilən şəxs səhhəti ilə maraqlanmaq məqsədilə onun yaşadığı evə getmiş və orada öyrənmişdir ki, sonuncu ona məxsus olan “Nissan Tiana” markalı **-DP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə qəza törətmiş, nəticədə nəqliyyat vasitəsi zədələnmişdir. Nəqliyyat vasitəsinin zədələnməsi barədə təqdim edilmiş qüsur aktında dəymiş zərərin ümumi məbləği 10735 manat göstərilmişdir. Bundan əlavə məhkəmə iclasında qeyd etmişdir ki, Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş zərər bu qədər vaxt ərzində tamamilə aradan qaldırılmadığından aralarında barışıq əldə olunmamışdır. Şahid1 məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə heç bir məlumat verməmişdir. Barəsində məcburi gətirmə barədə qərar qəbul edilərək aidiyyəti orqanlara göndərilməsinə baxmayaraq, şahidin məhkəmə iclasında iştirakı təmin edilməmişdir. Məhkəmə işə həmin şahidin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Onun ibtidai istinaq dövründə verdiyi ifadəsindən görünür ki, xx.xx.2023-cü il tarixdə axşam saatlarında o, evdə olan zaman Təqsirləndirilən şəxs ona zəng edərək emalatxananın icarə pulunu ona vermək istədiyini bildirmişdir. Bir neçə dəqiqədən sonra Təqsirləndirilən şəxs “Nissan Tiana” markalı **-DP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Afət adlı tanışı ilə bərabər onun yaşadığı ünvana gəlmişdir. Pulu təqdim etmək istədikdə Təqsirləndirilən şəxs pulu işlədiyi emalatxanada unutduğunu müəyyən etmiş, bu səbəbdən onunla və Afət adlı xanımla geri qayıtmışlar. Onlar Qobustan qəsəbəsi istiqamətində hərəkət edən zaman 17 saylı Birləşmiş şəhər Xəstəxanasının yaxınlığında Təqsirləndirilən şəxs manevr edərkən əks istiqamətdə qarşıdan gələn avtomaşınla toqquşmamaq üçün avtomaşını cəld öz yoluna çevirmişdir. Bu zaman avtomaşın yolun daşlıq hissəsinə doğru istiqamətlənmiş nəticədə aşaraq bir neçə dəfə fırlanmışdır. Qəza nəticəsində çevrilmiş nəqliyyat vasitəsindən onları tanımadığı şəxslər çıxarmış, hadisə yerinə gəlmiş TTY briqadası onlara ilk tibbi yardım göstərmişdir. Hadisədən sonra başında və bədənində küt ağrılar yaranmışdır. O, Təqsirləndirilən şəxs nəqliyyat vasitəsinin kimə məxsus olması barədə soruşmamış, onun avtomobil ustası olduğunu, qəza nəticəsində zərər görmüş nəqliyyat vasitəsini emalatxananın qarşısında gördüyünü bildirmişdir. Şahid2 məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə heç bir məlumat verməmişdir. Barəsində məcburi gətirmə barədə qərar qəbul edilərək aidiyyəti orqanlara göndərilməsinə baxmayaraq, şahidin məhkəmə iclasında iştirakı təmin edilməyərək səbəbləri barədə də məlumat verilməmişdir. Məhkəmə işə həmin şahidin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsində Şahid2 göstərmişdir ki, o, Qobustan qəsəbəsində kafedə fəaliyyət göstərmiş, orada onu hamı Afət olaraq tanımış, kafeyə müştəri kimi gələn Təqsirləndirilən şəxs adlı şəxslə də orada tanış olmuşdur. xx.xx.2023-cü il tarixdə təxminən saat 23:45-da işdən çıxaraq yolun kənarında avtomaşın gözləyən zaman Təqsirləndirilən şəxs markasını və dövlət qeydiyyat nişanını xatırlamadığı nəqliyyat vasitəsilə yaxınlaşmış onu gedəcəyi yerə aparmasını təklif etmiş, o da razılaşmışdır. Onlar birlikdə hərəkət edərək Təqsirləndirilən şəxs dostunun evinin qarşısına gəlmiş, dostu da onların olduğu nəqliyyat vasitəsinə əyləşmiş və yollarına davam etmişlər. Təqsirləndirilən şəxs nəqliyyat vasitəsini Qobustan qəsəbəsi istiqamətindən Bakı şəhəri istiqamətinə doğru sürətlə idarə edərkən ani əyləcə basmış və nəqliyyat vasitəsi yerində bir neçə dəfə çevrilmişdir. Çevrilmiş vəziyyətdə olan nəqliyyat vasitəsindən onları tanımadığı şəxslər çıxarmış və hadisə yerinə gəlmiş TTY briqadası onlara ilk tibbi yardım göstərmişdir. Cinayət işinin 1-ci vərəqində olan 05 aprel 2023-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 185.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmışdır. Cinayət işinin 39-40-cı vərəqələrində olan 06 aprel 2023-cü il tarixli qüsur aktından görünür ki, 99DP652 dövlət qeydiyyat nişanlı, Nissan Teana-95 markalı minik nəqliyyat vasitəsində cəmi 10735 manat qüsur aşkar olunduğu müəyyən edilmişdir. Cinayət işinin 66-67-ci vərəqələrində olan 26 aprel 2023-cü il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs ittiham elan edilməsi üçün barəsində axtarış elan edilmiş və ********* nömrəli cinayət işinin icraatı dayandırılmışdır. Cinayət işinin 77-ci vərəqəsində olan xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, həmin gün, saat 15:00-da Təqsirləndirilən şəxs saxlanılaraq Qaradağ RPİ-nin MSY-nə təqdim edilmişdir. Cinayət işinin 78-ci vərəqəsində olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işinin icraatı təzələnmişdir. Cinayət işinin 97-ci vərəqəsində olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-nin 185.1-ci maddəsində həmin Məcəllənin 185.2.4-cü maddəsinə tövsif olunmuşdur. Cinayət işinin 99-100-cü vərəqələrində olan xx.xx.2023-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 185.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunmuşdur. Cinayət işinin 120-123-cü vərəqələrində olan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs etmənin əvvəli xx.xx.2023-cü il, saat 15:00-dan hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 124-cü vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-dən xx.xx.2023-cü il tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxsPaşayev Ramiz oğlunun məhkumluğu barədə heç bir məlumat yoxdur. Cinayət işinin 130-132-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 12 may 2023-cü il tarixli 9/2644 nömrəli rəyindən görünür ki, Bakı şəhərində yerləşən avtomağaza və avtoservis müsəssisəslərində mövcud olan qiymətlərə, internet saytı (Turbo.az) məlumatlarına əsasən yol-nəqliyyat hadisəsindən əvvəlki vəziyyətdə, xarici əmtəə görünüşü və hərəkət hissələri saz vəziyyətdə olan təyinatı üzrə istifadəyə yararlı 2005-ci il buraxılışlı “Nissan Tiana” markalı ** DP *** dövlət qeydiyyat nişanlı avtomobilin istismar müddəti nəzərə alınaraq hadisə baş verən tarixə normal vəziyyətdə respublikadaxili orta bazar pərakəndə satış qiyməti təxminən 10000,0 manat müəyyən edilir. Ona görə də ekspert qeyd edir ki, tədqiq edilən 2005-ci il buraxılışlı “Nissan Tiana” markalı ** DP *** dövlət qeydiyyat nişanlı avtomobilin hazırkı vəziyyətdə əksər hissələri dəyişilməklə əsaslı təmir olunması rentabelli hesab olunmur və həmin avtomobilin orta bazar parakəndə satış qiyməti təxminən 10000,0 manat müəyyən ediməklə dəymiş ziyan 10000,00 manat müəyyən edilir.Qərarda göstərilən 2005-ci il buraxılışlı “Nissan Tiana” markalı ** DP *** dövlət qeydiyyat nişanlı avtomobilin istifadəyə yaralı olub-olmaması ekspert-əmtəəşünasın səlahiyyətlərinə aid deyil. Cinayət işinin 129-cu vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, keçirilmiş ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil edir. İş üzrə Zərərçəkmiş şəxs məxsus “Nissan Tiana” markalı ** DP *** dövlət qeydiyyat nişanlı avtomaşını iş üçün əhəmiyyət kəsb etdiyindən maddi subut kimi tanınmış və Məhkəmənin hökmünədək saxlanılması üçün Zərərçəkmiş şəxs təhvil verilmişdir. Cinayət işinə əlavə edilmiş Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri “ev dustaqlığı” qətimkan tədbiri ilə əvəz edilmişdir. Cinayət işinə əlavə edilmiş Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli məhkəmə hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Cinayət işinə əlavə edilmiş xx.xx.2023-cü il tarixli Zərərçəkmiş şəxs təqdim etdiyi ərizədən görünür ki, təqsirləndirilən şəxs tərəfindən ona 3000 manat pul ödənildiyini və qalan məbləğlə bağlı aylıq ödəmələr barədə razılığa gələrək razılığa davam edəcəyi halda təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi olmadığını, ona yüngül cəza verilməsini xahiş etdiyini bildirmişdir. Cinayət işinə əlavə edilmiş xx.xx.2024-cü il tarixli Zərərçəkmiş şəxs təqdim etdiyi ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən 500 manat da zərərçəkmiş şəxsə ödənilmiş, qalan borcu da hissə-hissə ödəyəcəyi təqdirdə heç bir şikayəti olmayacaq və təqsirləndirilən şəxsin azadlıqdan məhrum edilməsini istəməməklə ona yüngül cəza verilməsini xahiş edir. Cinayət işinə əlavə edilmiş nikah haqqında və doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2008-ci il tarixdə X2 ilə nikaha daxil olmuş, bu nikahdan xx.xx.2008-ci il tarixdə X4 və xx.xx.2009-cu il tarixdə X3 doğulmuşdur. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün, zərərçəkmiş şəxsin məhkəmə iclasında verdiyi ifadəsi, ekspert rəyi və digər iş materialları ilə onun avtomobil və ya başqa nəqliyyat vasitəsini talama məqsədi olmadan qanunsuz ələ keçirərək (qaçırma) zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla törədildiyi tamamilə sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 185.2.4-cü maddəsi ilə tövsif edilməli və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 185.2.4-cü maddəsinə əsasən Avtomobil və ya başqa nəqliyyat vasitəsini talama məqsədi olmadan qanunsuz ələ keçirmə (qaçırma) zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla törədildikdə-üç min manatdan altı min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” “24” dekabr 2021-ci il № 15 qərarında tövsiyə olunur ki, hökmdə məhkəmə tərəfindən müəyyən edilən, irəli sürülmüş ittihamın həlli üçün əhəmiyyət kəsb edən hallar təsvir edilməli, məhkəmənin həmin halların həqiqət olub-olmaması inamına gəlməsi üçün əsas verən sübutlar şərh edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs özünü təqsirli bilməsini, əməlindən peşman olmasını, himayəsində bir yetkinlik yaşına çatmayan və bir azyaşlı azyaşlı uşağının olmasını, zərərçəkmiş şəxsə vurulmuş ziyanın qismən ödənilməsini və ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Cinayət işi materiallarına əlavə olunmuş Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, onun barəsində seçilmiş “həbs” qətimkan tədbiri “ev dustaqlığı” qətimkan tədbiri ilə əvəz edilərkən öncəliklə onun azadlıqda olduğu halda zərərçəkmişə vurulmuş zərərin aradan qaldırması hallarının mümkünlüyünün daha real olması nəzərə alınmışdır. Zərərçəkmiş şəxsin çıxışı və barışıqla bağlı məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən zərərin az qismi ödənildiyindən onlar arasında əldə olunmuş barışıq formal, qeyri-stabil, şərtləndirilmiş xarakter daşıyır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, yüngülləşdirici halları, habelə cəzanın fərdiləşdirilməsi prinsipini, cinayət törətmiş şəxs Təqsirləndirilən şəxs şəxsiyyətini və davranışını və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 185.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona həmin cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Göstərilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 185.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli və həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Həmçinin məhkəmə hesab edir ki Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri ləğv edilərək, barəsində “həbs” qətimkan tədbiri seçilməli o, məhkəmə iclas zalından həbsə alınmalı və saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına göndərilməli və hökmün icrası Xidmətin Konvoy Taboruna həvalə edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs azadlığı cəzaçəkmə müddətinin əvvəli onun tutulduğu xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cinayət işinin materiallarına əlavə edilmiş ibtidai istintaq dövründə dövlət hesabına göstərilən hüquqi yardım barədə hesabatdan görünür ki, müdafiəçi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi ibtidai istintaq dövründə 38 (otuz səkkiz) iş saatı cinayət işi üzrə Təqsirləndirilən şəxs hüquqi yardım göstərmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsə dövlət hesabına Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi qismində təyin edilmiş və müdafiəçi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmə istintaq dövründə 35 (otuz beş) iş saatı cinayət işi üzrə Təqsirləndirilən şəxs hüquqi yardım göstərmişdir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2008-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən göstərilmiş 38 (otuz səkkiz) saat hüquqi xidmətə görə 228 (iki yüz iyirmi səkkiz) manat məbləğində pul, məhkəmə baxışında Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən göstərilmiş 35 (otuz səkkiz) saat hüquqi xidmətə görə 210 (iki yüz on) manat məbləğində pul Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından 10 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Mülki iddia ilə bağlı məsələni məhkəmə həll edərkən zərərçəkmiş şəxsin mülki iddia ərizəsini geri götürməsini nəzərə alır. İş üzrə maddi sübut kimi tanınmış Nissan Tiana markalı 99DP652 qeydiyyat nişamlı avtomaşının sahibi Zərərçəkmiş şəxs təhvil verilməsi nəzərə alınmalıdır. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 50 (əlli) manat Təqsirləndirilən şəxsPaşayev Ramiz oğlundan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. İş üzrə xüsusi müsadirə ediləcək əmlak yoxdur. Təqsirləndirilən şəxsPaşayev Ramiz oğlunun barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Şərh olunanlara və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 185.2.4-cü maddəsi ilə təqsirli bilinərək 02 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri ləğv edilərək, barəsində həbs qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalından həbsə alınaraq saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına göndərilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Cəzaçəkmə müddətinin əvvəli xx.xx.2023-cü il tarixdən hesablansın. İş üzrə maddi sübut kimi tanınmış Nissan Tiana markalı 99DP652 qeydiyyat nişamlı avtomaşının sahibi Zərərçəkmiş şəxs təhvil verilməsi nəzərə alınsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142593, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. İş üzrə mülki iddia və xüsusi müsadirə ediləcək əmlak yoxdur. Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən göstərilmiş 38 (otuz səkkiz) saat hüquqi xidmətə görə 228 (iki yüz iyirmi səkkiz) manat məbləğində pul, məhkəmə baxışında Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən göstərilmiş 35 (otuz səkkiz) saat hüquqi xidmətə görə 210 (iki yüz on) manat məbləğində pul Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından 10 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən, elan olunduğu andan, həbsdə saxlanılan məhkum isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədiyi halda, məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Şəfa Dadaşova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar