Məhkəmə qərarları › İş №1(002)-12/2025

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-12/2025

08.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-12/2025 08.07.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Teymur Əhməd oğlunun sədrliyi, İlyasov Ceyhun Bəhruz oğlunun katibliyi, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs xx xxxx 2006-cı il tarixdə Lənkəran rayonu Girdəni kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırması cəzasına məhkum edilmiş, CM-nin 69.3-cü maddəsi tətbiq edilməklə üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırması cəzası saxlanılmış, Lənkəran rayonu, Girdəni kəndində qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilməklə Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 180.1 və 177.2.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə M ÜƏ Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs tanışı Təqsirləndirilən şəxs tamah niyyətilə özgənin əmlakını açıq yolla talama məqsədi ilə 26 iyul 2023-cü il tarixdə, saat 18.00 radələrində Bakı şəhəri, Nizami rayonunda, «Koroğlu» metrostansiyasının yaxınlığında yetkinlik yaşına çatmamış Zərərçəkmiş şəxs2 məxsus 700 manat dəyərində “X6 11" markalı mobil telefonu zəng etmək bəhanəsi ilə ondan alıb sonuncunun gözü qarşısında oradan qaçıb uzaqlaşaraq soyğunçuluq etmişdir. Bundan başqa o, özgənin əmlakını gizli olaraq talama məqsədilə təkrarən, 25 noyabr 2023-cü il tarixdə, saat 11 radələrində xörək paylayan işlədiyi Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisindəki “Abşeron Ticarət Mərkəzi” nin grişində yerləşən «Köz Dönər» kafesində masanın üzərində olan kitabın arasında saxlanılan Zərərçəkmiş şəxs1 məxsus 338 manat pulu, 400 manat dəyərində «Samsung» modelli mobil telefonu və kafenin qarşısında saxlanılmış 215 manat dəyərində velosipedi ümumilikdə Zərərçəkmiş şəxs1 məxsus 953 { doqquz yüz əlli üç) manat dəyərində əmlakı gizli olaraq talamaqla təkrar oğurluq etmişdir. Məhkəmə iclasında təqsrləndirilən şəxs Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 180.1 və 177.2.2-ci maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2023-cü ilin iyul ayında parkda gəzişən zaman təxminən onunla həmyaş olan bir nəfər şəxsin parkda oturduğunu görmüşdür. Həmin vaxt onun adının sonradan Zərərçəkmiş şəxs2 olduğunu öyrəndiyi şəxsə yaxınlaşaraq telefonunda internet balansının olub-olmadığını soruşmuşdur. Zərərçəkmiş şəxs2 də ona internet balansının olmadığını bildirmişdir. O, Əlinin danışığından onun cənub zonasından olduğunu hiss etmiş və bu barədə ondan soruşduqda o Astara rayonundan olduğunu demişdir. Bundan sonra onunla söhbət etmiş və bir-birinə tanışlıq vermişlər. Söhbətin sonunda o, Əliyə mobil nömrəsini vermiş və nə vaxt istəsə zəng edə biləcəyini bildirmişdir. Həmin günün sabahı Əli ona zəng edərək Yasamal rayonunda biraz işinin olduğunu və işini görüb qutardıqdan sonra onunla görüşmək üçün Xırdalana gələcəyini bildirmişdir. O da ona Xırdalana gəlməməsini, özünün də dostu ilə görüşmək üçün “Koroğlu" metrostansiyasma gələcəyi üçün onun da “Koroğlu”metrostansiyasına gəlməsini demiş Əli də onunla razılaşmışdır. O,, Əli ilə "Koroğlu” metrostansiyasının yaxınlığında görüşmüşdür. Həmin vaxt orada o, Əli ilə biraz söhbət etmiş və ondan mahnıya qulaq asmaq üçün mobil telefonunu istəmişdir. O, Əlinin mobil telefonu ilə mahnıya qulaq asa-asa ona mağazaya gedəcəyini və onu burada gözləməsini bildirmişdir. Əli də razılaşmış və o, oradan mağazaya getmək adı ilə uzaqlaşmışdır. Daha sonra o, metroya minərək 20 yanvar metrostansiyasma gəlmiş və orada tanımadığı şəxsə yaxınlaşaraq X6 11 markalı mobil telefonu satmaq istədiyini demişdir. Bundan sonra o, həmin telefonu 80 manata satmışdır. Daha sonra mağazadan çıxaraq həmin pulu öz şəxsi ehtiyaclarına xərcləmişdir. Bundan başqa yuxarıda qeyd olunan hadisədən bir neçə ay sonra Qaradağ rayonu, Lökbatan qəsəbəsində “Abşeron" Ticarət mərkəzinin girişində yerləşən “Köz Dönər” kafesində ofisant olaraq işə başlamışdır.xx.xx.2023-cü il tarixdə pula ehtiyacı olduğu üçün həmin kafedə işləyən Fərid adlı oğlanın “Samsung" markalı telefonunu, stolun üstündəki kitabın arasından 338 manat pulu və kafeyə məxsus velosipedi oğurlayıb “Sədərək” ticarət mərkəzinin şirniyyat sektorunun içərisinə doğru hərəkət etmişdir. Şirniyyat sektorunun birinin qarşısında velosipedi atıb getmiş və Sədərək ticarət mərkəzinin qarşısında taksilərdən birilə “20 Yanvar" metrosuna getmişdir. Mobil telefonu lombarda 80 manata girov qoymuşdur. Oğurladığı 338 manat pulu şəxsi ehtiyaclarına xərcləmişdir.Törətdiyi əməldən peşmandır.Zərər çəkmiş şəxslərə dəymiş ziyanı tam ödəmişdir.Qeyd edilənlərə əsasən ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, oğurluq hadisəsndən 3-4 ay əvvəl Qaradağ rayonu, Lökbatan qəsəbəsində “Abşeron” Ticarət mərkəzinin girişində yerləşən “Köz Dönər” kafesində dönərçi olaraq işə başlamışdır. Hadisədən 3-4 gün qabaq Məhəmməd adlı şəxsi ofisant olaraq işə qəbul etmişdir. xx.xx.2023-cü il tarixdə, saat 11:00 radələrində kafedə ərzaq bitdiyi üçün “Meyvəli” bazarına getmişdir. Kafeyə qayıdarkən Məhəmmədin işdə olmadığını görüb və kafedə işləyən Xəyalə xanımdan Məhəmmədin harada olduğunu soruşmuşdur. O isə cavabında Məhəmmədin sanitar qovşağına getdiyini söyləmişdir. Təxminən 30-40 dəqiqə gözləyəndən sonra Məhəmmədin işə qayıtmadığını görüb Məhəmmədə zəng vurmuşdur, Məhəmməd isə zənginə cavab verməmişdir. O, dərhal şübhələnib kafeyə ümumi baxış keçirmişdir. Nətəcədə müəyyən etmişdir ki, kafenin qabağında dayanmış bir ədəd velosiped, özünə məxsus olan “Samsunq” markalı telefon və kafenin içərisində stolun üstündə olan kitabın arasından 338 manat pul Məhəmməd Məhəmməd tərəfindən oğurlanıb aparmışdır. Məhəmmədin onun zənglərinə cavab vermədiyini görüb DİN- nin 102 xidmətinə zəng edib oğurluq barədə məlumat vermişdir. Zərərçəkmiş şəxs1 məhkəmə iclasında ərizə təqdim edərək təqsrləndirilən şəxs Təqsirləndirilən şəxs tərəfindən “ona dəymiş ziyanın ödənildiyini və Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Müdafiə tərəfi, Zərərçəkmiş şəxs2, şahidlər Şahid1 və Şahid2 məhkəmə baxışında iştiraklarını tələb etmədiyindən məhkəmə tərəfindən zərərçəkmiş şəxsin və şahidlərin ibtidai istintaq zamanı verdikləri ifadələr elan edilmişdir. İbtidai istintaq zamanı yetkinlik yaşına çatmayan şəxs Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, 25 iyul 2023-cü il tarixdə, saat 17 radələrində yaşadığı evdən çıxıb tanışı ilə görüşmək üçün Abşeron rayonu, Xırdalan şəhərində yerləşən Heydər Əliyev parkına doğru getmişdir. O, həmin gün təxminən saat 17:30 radələrində Heydər Əliyev parkına daxil olub parkın İçərisində olan skamyalardan birində oturub gözləməyə başlamışdır. O, bir qədər gözlədikdən sonra tanımadığı bir nəfər onunla həmyaş olan şəxs ona yaxınlaşaraq ondan internet balansının olub-olmadığını soruşmuşdur. O da həmin şəxsə internetinin olmadığını demişdir. Bundan sonra həmin şəxs onun yanında əyləşib söhbət edərək tanışlıq verməyə başlamışdır. Belə ki, həmin şəxs yaxınlıq qurmaq üçün mehribancasına danışaraq ondan haradan gəldiyini və burada nə etdiyini də soruşmuşdur. Həmçinin həmin şəxs adının Məhəmməd olduğunu və “Tima” ləqəbi iiə tanındığını, istifadəsində ***-***-**-** mobil nömrəsi olduğunu demişdir. Onlar təxminən 20-30 dəqiqə söhbət etdikdən sonra sağollaşdıq və hərə öz işini görməyə getmişdir. Həmin günün sabahı o evdə olan zaman Məhəmmədin mobil nömrəsinə zəng edərək nə etdiyini soruşmuşdur. Məhəmməd də ona dostuyla görüşmək üçün Koroğlu metrostansiyasının yaxınlığına gedəcəyini bildirmişdir. O da Məhəmmədə Yasamalda bir qədər işi olduğunu və işini görüb qutardıqdan sonra görüşmək üçün Koroğluya gələcəyini demişdir. 26 iyul 2023-cü il tarixdə saat 15 radələrində o, Koroğlu metrostansiyasının yaxınlığında, Bakı şəhəri, Nizami rayonu ərazisində Məhəmmədlə görüşmüşdür. Həmin vaxt onlar bir qədər söhbət etdikdən sonra Məhəmməd ondan dostuna zəng etmək üçün mobil telefonunu istəmişdir. O da X6 11 markalı mobil telefonunu zəng edib danışması üçün Məhəmmədə vermişdir. Məhəmməd telefonla danışa-danışa uzaqlaşdığından onda onun telefonunu götürüb qaçması ilə bağlı şübhə yaranmağa başlamışdır. Bu məqsədlə o, Məhəmmədə səslənərək ona yanına gəlməsini və burada danışmasını bildirmişdir. Həmin vaxt Məhəmməd ona yaxınlaşdığını və telefonunu istədiyini görüb telefonu qulağından çəkərək qəflətən qaçmağa başlamışdır. O, Məhəmmədin qaçdığını görüb arxası ilə qaçaraq dayanmasını və telefonunu qaytarmasını dəfələrlə qışqıraraq desə də, Məhəmməd buna məhəl qoymayıb qaçaraq oradan uzaqlaşmış və onu itirmişdir. Bundan sonra o, küçədə tanımadığı bir nəfər şəxsin mobil telefonu ilə ailə üzvlərinə zəng edərək bu barədə məlumat vermiş və onlar da öz növbəsində DİN-in 102 zəng xidməti mərkəzinə məlumat vermişlər. O, X6 11 markalı 6/128 GB yaddaşlı mobil telefonu hadisədən təxminən 2-3 ay öncə 800 manata almışdır. Həmin mobil telefonun hal-hazırki dəyəri təxminən 700 manat olar. Bundan başqa mobil telefonun üzərində ***-***-**-** GSM nömrəli mobil nömrə olmuşdur. Hadisədən sonra ailə üzvləri ilə biraz araşdırdıqda müəyyən etmişlər ki, həmin şəxsin adı Rüfət Babayevdir. Babası Zahidə bu barədə məlumat verdikdə babası dediklərini səhv başa düşüb Rüfətin tanışı olduğunu düşünmüş və ona görə şikayət ərizəsində Rüfəti tanışı olaraq qeyd etmişdir. O, ilk dəfə Məhəmmədlə Xırdalan şəhərində Heydər Əliyev parkında görüşdüyü üçün babası məsələni səhv anlayaraq bu formada izahat vermişdir. Məhəmməd adlı şəxs ona məxsus mobil telefonu Bakı şəhəri, Nizami rayonu ərazisində ələ keçirmişdir. Zərərçəkmiş şəxs2 qanuni nümayəndəsi Nümayəndə2 məhkəmə teleqram ünvanlayaraq təqsrləndirilən şəxs Təqsirləndirilən şəxs tərəfindən dəymiş ziyanın ödənildiyini və Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, ünvan 1 ünvanında yerləşən “Park20Shopping’' ticarət mərkəzində yerləşən “Vertu" telefon və aksesuarları mağazasında satıcı olaraq işləyir. Onun işi mağazadakı məhsulların satışını həyata keçirməkdən və mağazaya öz mobil telefonunu və digər elektron əşyasını satmağa gələn müştərilərin həmin əşyalarını almaqdan ibarətdir. Öz əşyasını satmaq istəyən şəxslərdən biz ilk öncə vəsiqəsinin surətini, telefon mobil nömrəsini və mail ünvanını aldıqdan sonra həmin şəxsdən satdığı məhsulun oğurluq olmaması ilə bağlı yazılı və imzalı sənəd alınır. Belə ki, müştəri əşyasını satdıqdan sonra tərtib edilmiş sənədə bu barədə öz xətti ilə yazı yazaraq imza edir. 26 iyul 2023-cü il tarixdə adının sonradan Təqsirləndirilən şəxs olduğunu öyrəndiyi şəxs yanında bir nəfər şəxslə mağazaya gələrək həmin şəxsə məxsus X6 11 markalı mobil telefonunu satmaq istədiyini bildirmişdir. O da hər kəsə etdiyi kimi Təqsirləndirilən şəxs şəxsiyyət vəsiqəsinin surətini və digər məlumatları alıb həmin telefonun oğurluq olmaması ilə bağlı sənədə qol çəkdirdikdən sonra telefonu təhvil almışdır. Həmin telefonun qarşılığında onlara verdiyi pulun məbləğini hal-hazırda xatırlamıra. O həmin vaxt Məhəmməddən həmin telefonun oğurluq olub olmadığını soruşmuşdur. Məhəmməd də ona telefonun oğurluq olmadığını demişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs hadisədən bir ay əvvəl tanımışdır və onunla yaxın dostluq münasibəti vardır. 25 noyabr tarixində saat 17 radələrində evdə istirahət etdiyi zaman Məhəmməd ona zəng edərək təcili pula ehtiyacı olduğunu və onun şəxsiyyət vəsiqəsi ilə anasına aid mobil telefonu satmaq istədiyini və həmin puldan ona da verəcəyini bildirmişdir. O da maddi vəziyyəti aşağı olduğu üçün onun dediyi ilə razılaşmış və “20 Yanvar” metrosunun çıxışında onunla görüşmüşdür. Sonra bir neçə mobil telefon satılan mağazalara girmiş və həmin telefonu satmaq istədiklərini bildirmişlər. Lakin mağazadək! satıcılar onlarla razılaşmamışlar. Daha sonra orada “Lombard" olduğunu görmüş və telefonu Lombarda girov qoymaq qərarına gəlmişlər. Lombarda girib “Samsunq" markalı mobil telefonu təqdim etmişlər. Lombard telefonu yoxladıqdan sonra telefon üçün 80 manat pul verəcəklərini bildirmişlər. Onlar həmin qiymətlə razılaşmışlar. Pulu götürdükdən sonra Məhəmməd ona 15 manat vermişdir. Bundan sonra vaxtının az olduğunu, işə getməli olduğunu Məhəmmədə demiş və oradan işə getmişdir. Dostu Təqsirləndirilən şəxs həmin mobil telefonun anasına aid olduğunu və anasının icazəsi ilə onu satmaq istədiyini ona bildirmişdir və həmin telefonu oğurlamasından tam məlumatsız olmuşdur. İş materiallarından görünür ki, ********* nömrəli cinayət işi 01 dekabr 2024-cü il tarixdə fakta görə Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsilə başlanılmışdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə ********* nömrəli cinayət işi üzrə şübhəli şəxs qismində tutularaq RPİ-nin MSY-nə yerləşdirilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Azərbaycan Respiblikası CM-nin 177.1-ci maddəsilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilməklə barəsində "nəzarət altına vermə” qismində qətimkan tədbiri seçilmişdir. İş materiallarından görünür ki, xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs olduğu yer müəyyən edilmədiyindən barəsində axtarış elan edilərək Azərbaycan Respublikası CPMin 53.1,2-ci maddəsinə əsasən cinayət təqibi üzrə icraat dayandırılmışdır. İş materiallarından görünür ki, xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs istintaqa təqdim edildiyindən iş üzrə icraat təzələnərək istintaqı davam etdirilmişdir. İş materiallarından görünür ki, xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs barəsində seçilmiş "nəzarət altına vermə” qətimkan tətbiri nəzərə alınaraq MSY-dən azad edilmişdir. İş materiallarından görünür ki, xx.xx.2024-cü il tarixdə Nizami RPİ-nin İŞ-də istintaqı aparılaraq göndərilmiş ********* nömrəli cinayət işi icraatda olan ********* nömrəli cinayət işinə birləşdirilmiş və cinayət işi ********* nömrə altında istintaqı davam etdirilmişdir. İş materiallarından görünür ki, ********* nömrəli cinayət işi xx.xx.2023-cü il tarixdə Abşeron RPİ-nin İŞ-nin müstəntiqi, polis kapitanı X2 tərəfindən Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsilə başlanaraq istintaq aparılmışdır. İş materiallarından görünür ki, xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs olduğu yer müəyyən edilmədiyindən barəsində axtarış elan edilərək Azərbaycan Respublikası CPMin 53.1,2-ci maddəsinə əsasən cinayət təqibi üzrə icraat dayandırılmışdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə tutularaq Abşeron RPİ-yə gətirilmişdir. İş materiallarından görünür ki, xx.xx.2023-cü il tarixdə ********* nömrəli cinayət işi üzrə icraat təzələnmişdir. İş materiallarından görünür ki, xx.xx.2023-cü il tarixdə Quliyev X1 RPİ MSY-dən azad edilmiş və barəsində seçilmiş “nəzarət altına vermə” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. İş materiallarından görünür ki, xx.xx.2023-cü il tarixdə Abşeron RPİ-nin İŞ-nin müstəntiqi, polis kapitanı X3 tərəfindən ********* nömrəli cinayət işinin aidiyyəti üzrə Nizami RPİ- nin İŞ-nə göndərilmişdir. İş materiallarından görünür ki, xx.xx.2024-cü il tarixdə Nizami RPİ-nin İŞ-nin müstəntiqi, polis mayoru Xəlil Atakişiyev tərəfindən ********* nömrəli cinayət işiaidiyyəti üzrə Qaradağ RPİ- nin İŞ-nə göndərilmişdir. İş materiallarından görünür ki, xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsindən həmin Məcəllənin 177.2.2 və 180.1 -ci maddələrinə tövsif edilmişdir. İş materiallarından görünür ki, xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs olduğu yer müəyyən edilmədiyindən barəsində axtarış elan edilərək Azərbaycan Respublikası CPMin 53.1.2-ci maddəsinə əsasən ********* nömrəli cinayət işi üzrə icraatın dayandırılmışdır. İş materiallarından görünür ki, xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs istintaqa təqdim edildiyindən ********* nömrəli iş üzrə icraat təzələnərək istintaqı davam etdirilmişdir. İş materiallarından görünür ki, xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs barəsində seçilmiş “nəzarət altına vermə” qətimkan tədbiri qüvvəsində saxlanılmışdır. İş materiallarında olan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarına gəlmədiyi üçün barəsində axtarış elan edilmişdir. İş materiallarında olan Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsi 10-cu Polis Şöbəsindən daxil olmuş məktubdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə tutularaq məhkəməyə gətirilmişdir. İş materiallarında olan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs yetkinlik yaşına çatdığından barəsində seçilmiş “nəzarət altına vermə” qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə əvəz edilmişdir. İş materiallarında olan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməklə axtarış elan edilmişdir. İş materiallarında olan Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsi 10-cu Polis Şöbəsindən daxil olmuş məktubdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə tutularaq Bakı İstintaq Təcridxanasına təhvil verilmişdir.. İş materiallarında olan Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırması cəzasına məhkum edilmiş, CM-nin 69.3-cü maddəsi tətbiq edilməklə üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırması cəzası saxlanılmışdır. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə tədqiq edilmiş sübutların tam,hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli tam sübuta yetir və onun əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 180.1 və 177.2.2-ci maddələri ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsulliyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsinin sanksiyasında - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 180.1-ci maddəsinin sanksiyasında üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə nəzərdə tutulmuşdur. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf edərək peşman olmasını, cinayət əməlini törədən zaman yetkinlik ytaşına çatmayan şəxs olmasını zərərçəkmiş şəxslərə dəymiş ziyanı ödəyərək aralarında barışıq əldə olunmasını, cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli mülkiyyət əleyhinə olan cinayətlər kateqoriyasına aiddir və bu tip cinayət əməllərinin ictimai-təhlükəliliyi şəxsin mülkiyyət hüquqlarının və maraqlarının pozulmasında ifadə olunur.Təqsirləndirilən şəxs tərəfindən zərərçəkmiş şəxslərə vurulmuş ziyan ödənildiyindən onun törətdiyi cinayət əməlinin ictimai-təhlükəliliyi də aradan qalxmışdır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinin tələblərinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və içtimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndində göstərilmişdir ki,məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsisndə işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-ci maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, vurulmuş ziyanın miqdarını, dəymiş ziyanın ödənilərək zərərçəkmiş şəxslə barışıq əldə edilməsini, məsuliyyətini yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərədə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi cəzanın məqsədlərinə nail olunması baxımından daha ədalətli və düzgündür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.4-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması altı aydan beş ilədək müddətə təyin edilir. Həmin Məcəllənin 85.4-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması yetkinlik yaşına çatmayanlara iki aydan iki ilədək müddətə təyin edilir. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası CM-nın 52-1 maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. Belə ki, həmin maddə tələb edir: 52-1.1. Azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin müddəalarına əsasən: 15.5-1. Azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. 51-2.1. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. 51-3.1. Azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək saxanıldığı 02 (iki) gün, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək saxanıldığı 02 (iki) gün, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək saxanıldığı 01 (bir) gün, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək saxanıldığı 01 (bir) gün, xx.xx.2024-cü il tarixdə saxlanıldığı 01 (bir) gün və xx.xx.2025-ci il tarixdən hökm elan edilənədək, yəni xx.xx.2025-ci il tarixədək həbsdə olduğu 05 (beş) ay 21 (iyirmi bir) gün ona qəti cəza təyin edilərkən nəzərə alınmalıdır. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə icra qurumuna həvalə edilməlidir. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2025-ci il tarixli 141 nömrəli Qərarının dərc edildiyi xx.xx.2025-ci il tarixədək isə vəkilin sərf etdiyi hər saat üçün 11 manat miqdarında əmək haqqı ödənilməlidir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 41 (qırx bir) saata görə 246 (iki yüz qırx altı) manat məbləğində pul Zərərçəkmiş şəxs2səfa Qurban oğlunun, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı xx.xx.2025-ci il tarixədək 40 (qırx) saata görə 240 (iki yüz qırx) manat, xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək 10 (on) saata görə 110 (bir yüz on) manat məbləğində pul Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı vəkil bürosunun hesabına ödənilməlidir. Odur ki, yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının CPM-nin 344-347, 349, 351-353, 356, 358, 381 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1 və 177.2.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək, CM-nin 180.1-ci maddəsi ilə 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına, CM-nin 177.2.2-ci maddəsi ilə 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzalar qismən toplanılmaqla ona 01 (bir) il 09 (doqquz) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının CM-nin 66.5-ci maddəsinə əsasən Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli hökmü ilə təyin edilmiş 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası hazırki cəza ilə qismən toplanılmaqla ona 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs tutma altında və həbsdə olduğu 05 (beş) ay 28 (iyirmi səkkiz) gün – azadlıqdan məhrumetmənin 1 gününə azadlığın məhdudlaşdırılması cəzasının 2 gün hesabı azadlığın məhdudlaşdırılması cəzasına hesablansın və üzərində qəti olaraq 01 (bir) il 04 (dörd) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalından dərhal həbsdən azad edilsin. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhərinin və Abşeron rayonunun rayonunun hüdudlarını tərk etməmək, axşam saat 22:00-dan səhər saat 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə icra qurumuna həvalə edilsin. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 41 (qırx bir) saata görə 246 (iki yüz qırx altı) manat məbləğində pul Zərərçəkmiş şəxs2səfa Qurban oğlunun, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı xx.xx.2025-ci il tarixədək 40 (qırx) saata görə 240 (iki yüz qırx) manat, xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək 10 (on) saata görə 110 (bir yüz on) manat məbləğində pul Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı vəkil bürosunun hesabına ödənilsin. Hökmdən elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətinə Qaradağ rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim: Teymur Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar