Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-120/2023 13.09.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Abbasov Fərid Zirəddin oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə, Müdafiəçilər Müdafiəçi1 və Müdafiəçi2 iştirakları ilə, Təqsirləndirilən şəxslər: xx xxxxxx 1977-ci il tarixdə Naxçıvan MR, Kəngərli rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, əvvəllər məhkum olunmamış, "xxxx" QSC-nə məxsus "xxxx" MMC-nin “X27”nun rəisi vəzifəsində işləyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan və barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 xx xxxxx 1959-cu il tarixdə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, əvvəllər məhkum olunmamış, "xxxx" QSC-yə məxsus "xxxx" MMC-nin “X27”nun rəisinin təmir işlər üzrə müavini vəzifəsində işləyən, ünvan 2 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan və barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 162.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 üzərinə texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilməsinə baxmayaraq, bu qaydaların pozulması hərəkətlərinə yol verərək ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır dərəcəli bədən xəsarəti yetirilməsinə səbəb olan əmək mühafizəsi qaydalarını pozma cinayətini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs1 "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə məxsus "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağlanmış xx.xx.2019-cu il tarixli, 623 №-li əmək müqaviləsinə əsasən, həmin MMC-nin “X27”-nun rəisi vəzifəsində işləyərkən, üzərinə texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilməklə, istehsalatda təhlükəsiz iş şəraitinin yaradılmasını, ətraf mühitin qorunmasını təmin etməli olduğu halda, bu tələblərə əməl etməyərək “X27nun rəisinin X15 müqaviləsinə 1 saylı Əlavə”nin Funksional başlığının 6-cı bəndinin tələbini pozaraq, öz əməlinin ictimai təhlükəli nəticələr verə biləcəyi imkanını lazımi diqqət və ya ehtiyatlılıq göstərərək qabaqcadan görməli olduğu və görə biləcəyi halda, bunları görməyərək, tabeçiliyində olan, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağlanmış xx.xx.2019-cu il tarixli, 619 №-li əmək müqaviləsinə əsasən “X27”-nun təkər cütü sexinin çilingəri peşəsində işləyən Zərərçəkmiş şəxs xx.xx.2022-ci il tarixdə, saat 09:30 radələrində, işlədiyi, Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi, Dəmiryolçular küçəsində yerləşən depoda həmin deponun təkər cütü sexinin ustası X13 tərəfindən verilən şifahi göstərişdən sonra iş sahəsində mövcud qaydaların tələblərinə uyğun olmayan (başmaqları və iti metal ucluqları olmayan) söykəmə nərdivanını gətirərək deponun qazanxanasının içərisindəki divara söykəyib tavana yaxın hissədə olan su borusunun vintini açmaq üçün nərdivana çıxdıqdan sonra nərdivanın sürüşməsi nəticəsində 1.9 metr hündürlükdən döşəmənin üzərinə yıxılmaqla sağ aşağı ətrafda tam hərəkət məhdudluğu ilə müşayiət olunan sağ sirkə kasasının hər iki sütununun qapalı, yerdəyişmiş sınığından (skelet dartma bərpası) ibarət, dərəcəsinə görə ümumi əmək qabiliyyətinin 1/3 hissəsindən az olmamaqla (35%) dayanıqlı itirilməsinə səbəb olan sağlamlığa ağır zərərvurmaya aid bədən xəsarəti alması ilə səbəbli əlaqə təşkil edən əməyin mühafizəsi qaydalarını pozmaqla ehtiyatsızlıqdan insan sağlamlığına ağır zərər vurmuşdur. Təqsirləndirilən şəxs2, üzərinə texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilməsinə baxmayaraq, bu qaydaların pozulması hərəkətlərinə yol verərək ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır dərəcəli bədən xəsarəti yetirilməsinə səbəb olan əmək mühafizəsi qaydalarını pozma cinayətini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs2 "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə məxsus "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağlanmış 25 fevral 2019-cu il tarixli, 651 №-li əmək müqaviləsinə əsasən, həmin MMC-nin “X27”-nun rəisinin təmir üzrə müavini vəzifəsində işləyərkən, üzərinə texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilməklə, müəssisənin fəaliyyəti və öz işi ilə əlaqədar bütün normativ sənədlərin tələblərinə əməl etməli və iş sahəsində mövcud qaydaların tələblərinə uyğun olmayan (başmaqları və iti metal ucluqları olmayan) söykəmə nərdivanının istifadəsinə yol verməməli olduğu halda, bu tələblərə əməl etməyərək “X27nun rəisinin Təmir üzrə müavininin X15 müqaviləsinə 1 saylı Əlavə”nin Məsuliyyətlər başlığının 6-cı bəndinin və “Hündürlükdə iş zamanı texniki təhlükəsizlik Qaydaları”nın 10.1, 10.2-ci bəndlərinin tələblərini pozaraq, öz əməlinin ictimai təhlükəli nəticələr verə biləcəyi imkanını lazımi diqqət və ya ehtiyatlılıq göstərərək qabaqcadan görməli olduğu və görə biləcəyi halda, bunları görməyərək, tabeçiliyində olan, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağlanmış xx.xx.2019-cu il tarixli, 619 №-li əmək müqaviləsinə əsasən “X27”-nun təkər cütü sexinin çilingəri peşəsində işləyən Zərərçəkmiş şəxs xx.xx.2022-ci il tarixdə, saat 09:30 radələrində işlədiyi, Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi, Dəmiryolçular küçəsində yerləşən depoda həmin deponun təkər cütü sexinin ustası X13 tərəfindən verilən şifahi göstərişdən sonra iş sahəsində mövcud qaydaların tələblərinə uyğun olmayan (başmaqları və iti metal ucluqları olmayan) söykəmə nərdivanını gətirərək deponun qazanxanasının içərisindəki divara söykəyib tavana yaxın hissədə olan su borusunun vintini açmaq üçün nərdivana çıxdıqdan sonra nərdivanın sürüşməsi nəticəsində 1.9 metr hündürlükdən döşəmənin üzərinə yıxılmaqla sağ aşağı ətrafda tam hərəkət məhdudluğu ilə müşayiət olunan sağ sirkə kasasının hər iki sütununun qapalı, yerdəyişmiş sınığından (skelet dartma bərpası) ibarət, dərəcəsinə görə ümumi əmək qabiliyyətinin 1/3 hissəsindən az olmamaqla (35%) dayanıqlı itirilməsinə səbəb olan sağlamlığa ağır zərərvurmaya aid bədən xəsarəti alması ilə səbəbli əlaqə təşkil edən əməyin mühafizəsi qaydalarını pozmaqla ehtiyatsızlıqdan insan sağlamlığına ağır zərər vurmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək və ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, o, 25 fevral 2019-cu ildən bu vaxta qədər "xxxx" QSC-nə məxsus "xxxx" MMC-nin “X27”-nun rəisi vəzifəsində işləməklə, deponun rəisi kimi səlahiyyətlərinə vaqonların təmirinin keyfiyyətli qaydada aparılmasına rəhbərlik etmək, işçilərin əmək intizamına əməl etmələrinə, davamiyyətlərinə nəzarət etmək, iş şəraitinin yaxşılaşdırılmasını təşkil etmək, işçilərə təhlükəsiz iş şəraitinin yaradılmasını təmin etmək və sair işləri yerinə yetirmək daxil olmuşdur. Zərərçəkmiş şəxs 2019-cu ildən tanımış, onunla normal münasibətləri olmaqla, aralarında ədavət, düşmənçilik və ya qohumluq olmamışdır. Zərərçəkmiş şəxs "xxxx" MMC-nin “X27”-nun təkər cütü sexində diyircəkli yastıqların təmiri üzrə çilingər peşəsində işləmiş və işi vaqonun təkərlərinin diyircəkli yastıqlarının boltlarının sökülməsi və ya bərkidilməsindən, eləcə də ustanın digər tapşırıqlarını yerinə yetirməkdən ibarət olmuşdur. xx.xx.2022-ci il tarixdə, saat 09:30 radələrində işlədiyi müəssisədə olduğu zaman ona təkər cütü sexinin çilingəri Zərərçəkmiş şəxs nərdivandan yıxıldığı barədə məlumat verilmiş və o, tez hadisənin baş verdiyi yerə - təkər cütü sexinə yaxınlaşarkən sexin qarşısında olan deponun qazanxanasında bir neçə nəfər işçilərin toplaşdığını, Zərərçəkmiş şəxs qazanxananın qarşısında, hadisə yerindən bir az kənarda stolda oturuqlu vəziyyətdə olmaqla əli ilə sağ bud nahiyəsini tutduğunu görmüş və Niyaməddinin həmin nahiyənin möhkəm şəkildə ağrıdığını deməsini eşitmişdir. Rəis müavini Təqsirləndirilən şəxs2, böyük usta Şahid2, usta Azadağa Ağayev, işçi Şahid1 da orada olmuş, o, nə baş verdiyini soruşmuş və usta Azadağa Ağayev ona “mənə dedilər ki, çəndə su yoxdu, mən də Niyaməddinə dedim ki, get nərdivanı gətir, sonra da getdim ki, ona kömək üçün bir işçi göndərim, Niyaməddin isə məni gözləmədən gedib nərdivanı gətirib qoyub bura, çıxıb ki, su krantını yoxlasın, işçimiz Samir kənardan ona dayan çıxma mən gəlim nərdivanı tutum sonra çıxarsan deyib, o, Samiri gözləmədən nərdivana çıxıb, sonra isə nərdivan sürüşübdü və Niyaməddin nərdivandan yıxılıbdı” kimi sözlər demişdir. Bir neçə dəqiqədən sonra onun qardaşı, müəssisədə mütəxəssis işləyən Əlvan Məmmədov da ora gəlmiş, bundan sonra o, Əlvanla və Şahid2la birlikdə Əlvanın idarə etdiyi avtomobillə Zərərçəkmiş şəxs xəstəxanaya yola salmış, sonra Şahid2 ona zəng edərək Niyaməddini əvvəlcə “Sədəf” klinikasına, oradan isə travmatologiya xəstəxanasına apardıqlarını demişdir. O, çilingər Zərərçəkmiş şəxs hündürlükdə olan su borusunun krantını açmağa dair təkər cütü sexinin ustası Azadağa Ağayev tərəfindən göstəriş verilməsi haqda heç nə eşitməmiş, həmin vaxtlar Azadağa Ağayevdən hadisə barədə ətraflı soruşduğu zaman Azadağa ona “Niyaməddinə dedim ki, nərdivanı gətirsin, ancaq ona demədim ki, nərdivana qalxıb su krantını yoxlasın. Düzdü, məqsədim o idi ki, Niyaməddin Nərdivanı gətirib su krantının yaxınlığına qoyduqdan sonra başqa bir işçini də ona kömək üçün göndərim və onlardan biri nərdivanı tutsun, digəri isə nərdivana qalxıb çənə gedən su krantını yoxlasın, lakin mən Niyaməddinə su krantını yoxlamağa dair göstəriş verməmişəm, o özü heç kimə demədən tək olaraq nərdivana qalxıb su krantını yoxlamaq istəyibdi və sonra da hündürlükdən yıxılıbdı” kimi sözlər demiş, Azadağa Ağayevin dediyi bu sözlərdən sonra isə o, çəndə su olmadığına görə Azadağanın Niyaməddinə və başqa bir işçiyə çənə gedən su krantını yoxlatmaq istədiyini və bu məqsədlə də Niyaməddinə nərdivanı gətirməyi deməsini, lakin Niyaməddinə konkret olaraq su krantını yoxlamağa dair heç bir göstəriş vermədiyini və Niyaməddin nərdivanı gətirdikdən sonra təxminən 3 metr hündürlükdə olan su borusunun krantını təkbaşına yoxlamaq istəyərkən məlum hadisənin baş verdiyini başa düşmüşdür. Zərərçəkmiş şəxs bir neçə gün xəstəxana şəraitində müalicə aldıqdan sonra evə yazılmış və evdə müalicəsi davam etdirilmişdir. X19 çilingər Zərərçəkmiş şəxs “Nərdivanı gətir, diyircəkli yastığı gətir, təkərin üstünü təmizlə, yerə tökülən mayeni sil” və sair kimi tapşırıqlar və ya göstərişlər vermək səlahiyyəti olmuş və Zərərçəkmiş şəxs ustası olaraq Azadağanın tapşırıqlarını yerinə yetirməyə borclu olmuşdur. Zərərçəkmiş şəxs təkər cütü sexinin çilingəri olduğu üçün onun yerinə yetirdiyi işlərə birbaşa nəzarəti həmin sexin ustası Azadağa Ağayev etmiş, hadisənin baş verdiyi gün və ümumiyyətlə bütün günlər Niyaməddinə texniki təhlükəsizliyə dair təlimatı Azadağa Ağayev keçmiş, işçilər öz ustaları tərəfindən təlimatlandırıldıqdan sonra əməyin mühafizəsi və texniki təhlükəsizlik üzrə mühəndis Şahid3 işçilərin təlimat keçib-keçmədiklərinə dair jurnalları yoxlayaraq müvafiq qeydlərini aparmış və təlimatlandırılma zamanı öz əlavələrini (əməyin mühafizəsi və texniki təhlükəsizlik üzrə təlimatda göstərilən qaydaları) işçilərə keçmiş, sonra isə işçilər buna dair müvafiq sənədlərə imza edərək işlərinə başlamışlar. Zərərçəkmiş şəxs yerinə yetirdiyi işlər üzərində onun ümumi nəzarəti olmuş, yəni o, deponun rəisi olaraq bütün işçilərin işlərinə və təhlükəsiz iş şəraitinin yaradılmasına ümumi nəzarət etmiş, həmçinin rəisin təmir üzrə müavini Təqsirləndirilən şəxs2 da işçilərin təhlükəsiz şəraitdə işləmələrinə nəzarət etmiş, baş usta Şahid2 və mühəndis Şahid3 da işçilər üzərində özlərinə aid hissədə müvafiq nəzarətlərini etmişlər. xx.xx.2022-ci il tarixdə, saat 09:30 radələrində Zərərçəkmiş şəxs hündürlüyə qalxıb su krantını açmaq istəyərkən istifadə etdiyi taxta nərdivanı o, baş vermiş hadisədən əvvəllər “X27”-nun müxtəlif sexlərində görmüş, bu nərdivandan işçilər hündürlüyə qalxarkən istifadə etmiş və bunu rəisin təmir üzrə müavini Təqsirləndirilən şəxs2, eləcə də deponun digər işçiləri də görmüş, qeyd olunan nərdivan əvvəllərdən də depoda olmaqla işçilər tərəfindən istifadə edilmişdir. "xxxx" MMC-nin “X27”-nun təkər cütü sexinin ustası X13 orqanizmində olan xəstəlik səbəbindən xəstəxana şəraitində müalicə aldıqdan sonra evə yazılmış və bir neçə gün ev şəraitində müalicə aldıqdan sonra 12 dekabr 2022-ci il tarixdə yaşadığı evdə vəfat etmişdir. Qeyd olunan nərdivan təkər cütü sexində təkər yonan dəzgahdan çıxan metal toz və qırıntılarının vaqon və konteynerə yükləməkdə istifadə olunub. O öz ifadəsində daha sonra göstərmişdir ki, yuxarıda qeyd olunan hadisə ilə əlaqədar özünü təsirli bilməsədə və verilmiş mülki iddianı qəbul etməsədə hadisə baş verdiyi vaxtdan hal hazıradək rəhbəri olduğu müəssisədə çilingər işləyən Zərərçəkmiş şəxs həmin müəssisəsdə qalıb işləməsinə müvafiq şərait yaratmaqla hər zaman onun qayğısına qalmış və humanistik edərək zərərçəkmiş şəxsə könüllü olaraq altı min altı yüz manat məbləğində maddi yardım göstərmişlər və bundan sonrada onun səhhəti daim diqqət mərkəzində saxlanılacaqdır. Rəhbəri olduğu müəssisə dövlət balansında olmaqla strateji əhəmiyyət malik dəmir yolu vaqonlarının təmiri ilə məşğuldur. Hal-hazırda zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbi yoxdur, aralarında tam barışıq əldə edilmişdir. Odur ki, bunların nəzərə alınaraq barəsində bəraət hökmü çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək və ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, o, 25 fevral 2019-cu ildən bu vaxta qədər "xxxx" QSC-nə məxsus "xxxx" MMC-nin “X27”-nun rəisinin təmir üzrə müavini vəzifəsində işləmiş, səlahiyyətlərinə vaqonların təmirinin keyfiyyətli qaydada aparılmasını təşkil və rəhbərlik etmək, ustalar tərəfindən işçilərin əmək intizamına əməl edilməsinə nəzarət etmək, işçilərin təhlükəsiz şəraitdə işləmələrinə və iş şəraitinin yaxşılaşdırılmasına nəzarət etmək, işçilərin davamiyyətini yoxlamaq və sair işləri yerinə yetirmək daxil olmuşdur. Zərərçəkmiş şəxs 2019-cu ilin fevral ayından tanımış, onunla normal münasibətləri olmaqla, aralarında ədavət, düşmənçilik və ya qohumluq olmamışdır. Zərərçəkmiş şəxs “X27”-nun təkər cütü sexində diyircəkli yastıqların təmiri üzrə çilingər peşəsində işləmiş və işi vaqonun təkərlərinin diyircəkli yastıqlarının boltlarının sökülməsi və ya bərkidilməsindən ibarət olmuşdur. xx.xx.2022-ci il tarixdə, saat 09:30 radələrində o, işlədiyi müəssisədə olmaqla inzibati və təsərrüfat sexinin işçilərinə cari təlimat keçdikdən sonra müəssisənin sexlərini yoxlayaraq təkər cütü sexinə yaxınlaşdığı vaxt həmin sexin qarşısında olan qazanxanada bir neçə nəfər işçilərin toplaşdığını görərək nə baş verdiyini soruşmuş və ona təkər cütü sexinin çilingəri Zərərçəkmiş şəxs nərdivandan yıxılaraq xəsarət aldığı deyilmişdir. O, dərhal zəng edib hadisə barədə deponun rəisi Təqsirləndirilən şəxs1 məlumat vermiş, bir neçə dəqiqədən sonra Təqsirləndirilən şəxs1 da ora gəlmiş və bundan sonra o, gedib öz işləri ilə məşğul olmağa başlamış, sonra isə Niyaməddinin xəstəxanaya aparıldığını eşitmişdir. Sonradan o, hadisə zamanı Niyaməddinin əllərini yumaq üçün çənə gedən su borusunun krantını yoxlamaq məqsədi ilə taxta nərdivana qalxaraq təxminən 3 metr məsafədə olan su borusunun krantını yoxlamaq istəyərkən nərdivanın sürüşməsi nəticəsində hündürlükdən yıxılaraq sağ ayağından xəsarət aldığını eşitmişdir. O, xx.xx.2022-ci il tarixdə, saat 09:30 radələrində Zərərçəkmiş şəxs hündürlükdə olan su borusunun krantını açmağa dair usta Azadağa Ağayev tərəfindən göstəriş verilməsi haqda heç nə eşitməmiş, ümumiyyətlə isə Zərərçəkmiş şəxs təkər cütü sexinin çilingəri olduğu üçün onun yerinə yetirdiyi işlərə birbaşa nəzarəti həmin sexin ustası Azadağa Ağayev etmiş, həmin gün və bütün günlər Niyaməddinə texniki təhlükəsizliyə dair təlimatı Azadağa Ağayev keçmişdir. Hadisənin baş verdiyi gün “X27”-nda olan bütün işçilər, o cümlədən Zərərçəkmiş şəxs öz ustaları tərəfindən təlimatlandırılmış, bundan sonra əməyin mühafizəsi və texniki təhlükəsizlik üzrə mühəndis Şahid3 işçilərin təlimat keçib-keçmədiklərinə dair jurnalları yoxlamış və həmin jurnallarda müvafiq qeydlərini aparmış, sonra isə işçilər təlimatlandırılmaya dair müvafiq sənədlərə imza edərək işlərinə başlamışlar. O, təmir üzrə rəis müavini olaraq deponun ustalarının və baş ustanın işlərinə nəzarət etmiş, lakin konkret olaraq çilingərlərin və ya digər işçilərin işlərinə birbaşa nəzarəti o etməmiş, ancaq işçilərin təhlükəsiz şəraitdə işləmələrində onun da ümumi nəzarəti olmuş, eləcə də böyük usta Şahid2 və mühəndis Şahid3 da işçilər üzərində nəzarətləri olmuş, ümumi olaraq isə bütün işçilərə təhlükəsiz iş şəraitinin yaradılmasını deponun rəisi Təqsirləndirilən şəxs1 təmin etmişdir. O, xx.xx.2022ci il tarixdə, saat 09:30 radələrində Zərərçəkmiş şəxs hündürlüyə qalxıb su krantını açmaq istəyərkən istifadə etdiyi taxta nərdivanı baş vermiş hadisədən əvvəllər də işlədiyi “X27”nun müxtəlif sexlərində görmüş, həmin nərdivandan işçilər hündürlüyə qalxarkən istifadə etmiş və bunu deponun rəisi Təqsirləndirilən şəxs1, eləcə də deponun digər işçiləri də görmüş, qeyd olunan taxta nərdivan əvvəllərdən də depoda olmaqla işçilər tərəfindən istifadə edilmişdir. Qeyd olunan nərdivan təkər cütü sexində təkər yonan dəzgahdan çıxan dəmir qırıntılarını vaqonlara yükləməkdə istifadə olunur. O öz ifadəsində daha sonra göstərmişdir ki, yuxarıda qeyd olunan hadisə ilə əlaqədar özünü təsirli bilməsədə və verilmiş mülki iddianı qəbul etməsədə hadisə baş verdiyi vaxtdan hal-hazıradək müavin olduğu müəssisədə çilingər işləyən Zərərçəkmiş şəxs həmin müəssisəsdə qalıb işləməsinə müvafiq şərait yaratmaqla hər zaman onun qayğısına qalmış və humanistik edərək zərərçəkmiş şəxsə könüllü olaraq altı min altı yüz manat məbləğində maddi yardım göstərmişlər və bundan sonrada onun səhhəti daim diqqət mərkəzində saxlanılacaqdır. İşlədiyi müəssisə dövlət balansında olmaqla strateji əhəmiyyət malik dəmir yolu vaqonlarının təmiri ilə məşğuldur. Hal-hazırda zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbi yoxdur, aralarında tam barışıq əldə edilmişdir. Odur ki, bunların nəzərə alınaraq barəsində bəraət hökmü çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, o, 2015-ci ildən “X27”-nun təkər cütü sexində diyirçəkli yasdıqların təmiri üzrə çilingər peşəsində işləmiş, əsas işi vaqonların dəmir təkərlərinin sökülməsi və təmirindən ibarət olmuş, iş saatı 08:00-dan 17:00-dək olan vaxtı əhatə etmişdir. 18 may 2022-ci il tarixdə, saat 09:30 radələrində o, işdə olduğu zaman işlədiyi deponun təkər cütü sexinin ustası Azadağa Ağayev onu yanına çağıraraq, yaxınlıqda olan su çənində suyun qurtardığı üçün sexdə olan taxta nərdivanı götürüb qazanxanaya yaxınlaşaraq nərdivanla çənə gedən su borusunun krantını açıb çənə su doldurmasını və bir nəfər digər işçini də nərdivanı tutmağa kömək üçün onun yanına göndərəcəyini demiş, o, usta Azadağa Ağayevə etiraz etməyərək yaxınlıqdakı taxta nərdivanı götürüb qazanxanaya yaxınlaşmış və nərdivanı qazanxanadakı divara söykəyib, digər işçinin gəlməsini gözləmədən, təxminən dörd metr hündürlükdəki su krantını açmaq üçün nərdivana çıxmış, həmin vaxt qazanxananın işçisi Şahid1 da qazanxanada olmaqla öz işləri ilə məşğul olmuş və o, nərdivana çıxarkən Samir ona “gözlə işlərimi qurtarıb gəlim nərdivanı tutum” kimi sözlər demiş, lakin o, Samirin gec gələcəyini düşünərək nərdivana çıxmağa davam etmiş və nərdivanın təxminən son iki pilləsinə çatdığı vaxt anidən nərdivanın ayağı sürüşmüş, nərdivanla birlikdə yerə yıxılmış, bu vaxt taxta nərdivan onun altında qalmış və o, sağ ayağının “omba” nahiyəsinin möhkəm ağrıdığını, xəsarət aldığını hiss etmişdir. Yaxınlıqda olan iş yoldaşı Şahid1 onun yıxıldığını görüb qışqıraraq köməyə adam çağırmış və dərhal onun yanına qaçmış, sonra isə digər iş yoldaşları da gəlib onu yerdən qaldırıb stula oturtmuşlar. Bundan sonra hadisə yerinə ustası Azadağa Ağayev, digər işçilər və deponun rəisi Təqsirləndirilən şəxs1 da gəlmiş, orada usta Azadağa Ağayev və böyük usta Şahid2 onun səhhəti ilə bağlı xərcləri qarşılayacaqlarını və həkimə evdə yıxıldığını bildirməyi xahiş etmiş, o isə buna etiraz etməmişdir. Daha sonra Şahid2 onu Qaradağ rayonu, Sahil qəsəbəsində yerləşən “Sədəf” klinikasına aparmış, orada onun sağ ayağı rentgen müayinəsi edildikdən sonra, sağ bud və omba nahiyəsində sınıqlar olduğu müəyyən olunmuşdur. Bundan sonra Şahid2 və deponun rəisi Təqsirləndirilən şəxs1 qardaşı Əlvan Məmmədov onu Bakı şəhərində yerləşən “Travmatologiya Xəstəxanası”na aparmış, xəstəxanada o, yenidən rentgen müayinəsi və digər müayinələr edildikdən sonra sağ ayağına mil qoyulmuş, 23 gün xəstəxana şəraitində müalicə aldıqdan sonra, evə yazılaraq müalicəsini ev şəraitində davam etdirmişdir. İşlədiyi deponun rəhbər vəzifəli şəxsləri ilkin olaraq ona kömək edəcəklərini desələr də və ilk vaxtlar bir qədər maddi köməklik etsələr də, hazırda ev şəraitində müalicə almasına baxmayaraq, heç kim tərəfindən ona hər hansı yardım edilmədiyinə görə o, işlədiyi deponun rəhbər vəzifəli şəxslərindən şikayətçi olmaqla yanaşı onların barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. O, təkər cütü sexinin çilingəri olduğu üçün yerinə yetirdiyi işlərə birbaşa nəzarəti həmin sexin ustası Azadağa Ağayev etmiş, hadisənin baş verdiyi gün və ümumiyyətlə bütün günlər ona texniki təhlükəsizliyə dair cari (günlük) təlimatı Azadağa Ağayev keçmiş, texniki təhlükəsizlik üzrə mühəndisi Şahid3 da onun və bütün digər işçilərin yerinə yetirdiyi işlər üzərində ümumi nəzarəti olmuş, ümumi olaraq bütün işçilərə təhlükəsiz iş şəraitinin yaradılmasını deponun rəisi Təqsirləndirilən şəxs1 təmin etmiş, işçilərin təhlükəsiz şəraitdə işləmələrinə depo rəisinin təmir üzrə müavini Təqsirləndirilən şəxs2 da nəzarət etmiş, vaqonların depo və əsaslı təmiri sahəsinin böyük ustası Şahid2 da işçilərin üzərində özünə müvafiq hissədə nəzarəti olmuşdur. O, xx.xx.2022-ci il tarixdə, saat 09:30 radələrində hündürlüyə qalxıb su krantını açmaq istəyərkən istifadə etdiyi taxta nərdivanı baş vermiş hadisədən əvvəllər də işlədiyi “X27”-nun müxtəlif sexlərində görmüş və bu nərdivandan işçilər hündürlüyə qalxarkən istifadə etmiş, bunu Deponun rəisi Təqsirləndirilən şəxs1, depo rəisinin təmir uzrə müavini Təqsirləndirilən şəxs2, vaqonların depo və əsaslı təmiri sahəsinin böyük ustası Şahid2, usta Azadağa Ağayev, eləcə də deponun digər işçiləri də görmüş, qeyd olunan taxta nərdivan əvvəllərdən də depoda olmaqla işçilər tərəfindən istifadə edilmişdir. Zərərçəkmiş şəxs 07 sentyabr 2023-cü il tarixdə keçirilən məhkəmə iclasında yazılı ərizə təqdim edərək, təqsirləndirilən şəxslərlə barışdığını, onlara qarşı heç bir şikayət və tələbinin olmadığını, ona vurulmuş ziyana görə altı min altı yüz manat məbləğində pul aldığını, mülki iddia tələbindən imtina etdiyini və təqsirləndirilən şəxslərə ən yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, o, 2022-ci ilin fevral ayından bu vaxta qədər "xxxx" QSC-nə məxsus "xxxx" MMC-nin “X27”-nda qazanxana maşinisti işləmiş, Zərərçəkmiş şəxs onun iş yoldaşı olmaqla, aralarında normal münasibət olmuş, Zərərçəkmiş şəxs “X27”-nun təkər cütü sexində diyircəkli yastıqların təmiri üzrə çilingər opeşəsində işləmiş və işi vaqonun təkərlərinin diyircəkli yastıqlarının boltlarının sökülməsi və ya bərkidilməsindən, eləcə də ustanın digər tapşırıqlarını yerinə yetirməkdən ibarət olmuşdur. xx.xx.2022-ci il tarixdə, saat 09:30 radələrində o, işlədiyi müəssisədə olmaqla təkər cütü sexinin orta hissəsində yerləşən qazanxananın qapısını açıb qazanxanaya daxil olduğu zaman Zərərçəkmiş şəxs taxta nərdivanı əlində tutaraq onun arxası ilə tək olaraq qapıdan içəri keçdiyini və aparıb nərdivanı çənə gedən, təxminən 4 metr hündürlükdəki su krantının alt hissəsi istiqamətindən qoyaraq divara söykədiyini görmüş və Niyaməddin ona nərdivana çıxıb su krantını açacağını demişdir. Həmin vaxt o, qazanxananın su qızdırıcı avadanlığının krantını açmaq işi ilə məşğul olduğundan Niyaməddinə “Gözlə məni, nərdivana çıxma hələ, bir-iki dəqiqəyə gəlim nərdivanı tutum sonra çıxarsan” kimi sözlər demiş, lakin Niyaməddin onu gözləmədən nərdivana çıxaraq təxminən 1.9-1.95 metr hündürlüyə qalxmış və elə bu zaman nərdivan sürüşmüş, o, tez qaçıb öz ayaqları ilə nərdivanəın sürüşməsinin qarşısını almağa çalışmış, lakin gücü çatmamış və nərdivan sürüşmüş, Zərərçəkmiş şəxs hündürlükdən yerə yıxılmaqla nərdivan onun sağ ayağının alt hissəsində qalmış, sonra isə inildəməyə başlamış və əli ilə sağ ayağını tutub ayağının ağrıdığını demişdir. O, dərhal yaxınlaşıb Niyaməddini yerdən qaldırmaq istəmiş, lakin gücü çatmadığından uca səslə çağıraraq işçiləri köməyə səsləmiş, iş yoldaşları İbrahimlə Sənan onun səsini eşidərək gəlmiş və onlar birlikdə köməkləşib Niyaməddini sexin qarşısına çıxardıb stulda oturtmuş, sonra ora ustalar, rəis müavini və deponun rəisi də gəlmiş, bir qədər sonra isə Zərərçəkmiş şəxs xəstəxanaya aparılmışdır. Zərərçəkmiş şəxs təkər cütü sexinin çilingəri olduğu üçün yerinə yetirdiyi işlərə birbaşa nəzarəti həmin sexin ustası Azadağa Ağayev etmiş, həmin gün və ümumiyyətlə bütün günlər Niyaməddinə texniki təhlükəsizliyə dair təlimatı Azadağa Ağayev keçmiş, eləcə də deponun böyük ustası Şahid2, mühəndis Şahid3, rəisin təmir üzrə müavin Təqsirləndirilən şəxs2 və depo rəisi Təqsirləndirilən şəxs1 da işçilərin işlərində özlərinə aid hissədə nəzarətləri olmuşdur. xx.xx.2022-ci il tarixdə, saat 09:30 radələrində Zərərçəkmiş şəxs hündürlüyə qalxıb su krantını açmaq istəyərkən istifadə etdiyi taxta nərdivanı baş vermiş hadisədən əvvəllər də o, “X27”-nun müxtəlif sexlərində görmüş, həmin nərdivandan işçilər hündürlüyə qalxarkən istifadə etmiş və bunu deponun rəisi Təqsirləndirilən şəxs1, rəisin təmir uzrə müavini Təqsirləndirilən şəxs2, eləcə də deponun digər işçiləri də görmüş, həmin taxta nərdivan əvvəllərdən də depoda olmaqla işçilər tərəfindən istifadə edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, o, 25 fevral 2019-cu ildən bu vaxta qədər "xxxx" QSC-nə məxsus "xxxx" MMC-nin “X27”-nun Vaqonların depo və əsaslı təmiri sahəsinin böyük ustası vəzifəsində işləmiş, səlahiyyətlərinə vaqonların təmirinin keyfiyyətli qaydada aparılmasını təşkil etmək, avadanlıqların saz vəziyyətdə olmasını təmin etmək, işçilərin nizam-intizam qaydalarına əməl etmələrinə nəzarət etmək və sair işləri yerinə yetirmək daxil olmuşdur. Zərərçəkmiş şəxs uşaqlıqdan tanımış, onunla eyni qəsəbədə, qonşuluqda yaşamış, aralarında normal münasibətləri olmuşdur. Niyaməddin təxminən 5-6 ildir ki, “X27”-nun təkər cütü sexində diyircəkli yastıqların təmiri üzrə çilingər peşəsində işləmiş və işi vaqonun təkərlərinin diyircəkli yastıqlarının boltlarının sökülməsi və ya bərkidilməsi, eləcə də ustasının nəzarəti altında digər işlərin yerinə yetirilməsindən ibarət olmuşdur. xx.xx.2022-ci il tarixdə, saat 09:30 radələrində o, işlədiyi müəssisədə olmaqla mexaniki sexdə olduğu zaman Zərərçəkmiş şəxs nərdivandan yıxılaraq xəsarət aldığını eşitmiş və tez təkər cütü sexinə tərəf gəlmiş, sexin qarşısındakı qazanxanada bir neçə nəfər işçilərin toplaşdığını, Zərərçəkmiş şəxs qazanxananın qarşısında, hadisə yerindən bir az kənarda stulda oturuqlu vəziyyətdə olmaqla əli ilə sağ bud nahiyəsini tutduğunu görmüşdür. Həmin vaxt rəis müavini Təqsirləndirilən şəxs2 və usta Azadağa Ağayev də orada olmuş, o, nə baş verdiyini soruşmuş və Azadağa Ağayev ona “Niyaməddinə dedim ki, get nərdivanı gətir, o da gedib nərdivanı gətirib qoyub bura, çıxıb ki, su krantını yoxlasın, işçimiz Samir kənardan ona dayan çıxma mən gəlim nərdivanı tutum sonra çıxarsan deyibdi, Niyaməddin isə Samiri gözləmədən nərdivana çıxıbdı, sonra isə nərdivan sürüşübdü və Niyaməddin nərdivandan yıxılıbdı” kimi sözlər demişdir. Bir neçə dəqiqədən sonra deponun rəisi Təqsirləndirilən şəxs1 da ora gəlmiş və sonra o Əlvan Məmmədovla birlikdə Niyaməddini əvvəlcə “Sədəf” klinikasına, oradan isə travmatologiya xəstəxanasına aparmış, Zərərçəkmiş şəxs bir neçə gün xəstəxanada yataraq müalicə aldıqdan sonra evə yazılmaqla müalicəsi ev şəraitində davam etdirilmişdir. O, xx.xx.2022ci il tarixdə, saat 09:30 radələrində Zərərçəkmiş şəxs hündürlükdə olan su borusunun krantını açmağa dair təkər cütü sexinin ustası Azadağa Ağayev tərəfindən konkret olaraq göstəriş verilməsi haqda heç nə eşitməmiş, lakin Azadağa ona “Mən Niyaməddinə dedim ki, nərdivanı gətirsin” kimi sözlər demişdir. Zərərçəkmiş şəxs təkər cütü sexinin çilingəri olduğu üçün onun yerinə yetirdiyi işlərə birbaşa nəzarəti həmin sexin ustası Azadağa Ağayev etmiş, texniki təhlükəsizliyə dair təlimatı ona Azadağa Ağayev keçmişdir. Onun Zərərçəkmiş şəxs yerinə yetirdiyi işlər üzərində ümumi nəzarət olmuş, yəni o, böyük usta olaraq deponun ustalarının işlərinə nəzarət etmiş, konkret olaraq çilingərlərin işlərinə birbaşa nəzarəti isə o, etməmişdir. Həmçinin, ümumi olaraq bütün işçilərə təhlükəsiz iş şəraitinin yaradılmasını deponun rəisi Təqsirləndirilən şəxs1 təmin etmiş, işçilərin təhlükəsiz şəraitdə işləmələrinə depo rəisinin təmir üzrə müavini Təqsirləndirilən şəxs2 nəzarət etmiş, mühəndis Şahid3 da işçilərin üzərində özünə müvafiq hissədə nəzarəti olmuşdur. xx.xx.2022-ci il tarixdə, saat 09:30 radələrində Zərərçəkmiş şəxs hündürlüyə qalxıb su krantını açmaq istəyərkən istifadə etdiyi taxta nərdivanı o, baş vermiş hadisədən əvvəllər də “X27”-nun müxtəlif sexlərində görmüş, həmin nərdivandan işçilər hündürlüyə qalxarkən istifadə etmiş və bunu deponun rəisi Təqsirləndirilən şəxs1, rəisinin təmir uzrə müavini Təqsirləndirilən şəxs2, eləcə də deponun digər işçiləri də görmüş, qeyd olunan taxta nərdivan əvvəllərdən də depoda olmaqla işçilər tərəfindən istifadə edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, o, 24 avqust 2020-ci ildən bu vaxta qədər "xxxx" QSC-nə məxsus "xxxx" MMC-nin “X27”-nun əməyin mühafizəsi və texniki təhlükəsizlik üzrə mühəndisi vəzifəsində işləmiş, səlahiyyətlərinə işçilərin əməyinin mühafizə edilməsi, təhlükəli risklərin müəyyən edilməsi, risk dərəcəsinin hesablanması və rəhbərliyə məruzə edilməsi, işçilərin fərdi mühafizə vasitələrindən istifadə qaydalarına nəzarət edilməsi, işçilərin təhülkəsiz iş şəraitində işləmələrinə nəzarət edilməsi və sair işlərin yerinə yetirməsi daxil olmuşdur. Zərərçəkmiş şəxs xx.xx.2020-ci ildən tanımış, onunla aralarında normal münasibətləri olmuşdur. Zərərçəkmiş şəxs “X27”-nun təkər cütü sexində diyircəkli yastıqların təmiri üzrə çilingər peşəsində işləmiş və işi vaqonun təkərlərinin diyircəkli yastıqlarının boltlarının sökülməsi və ya bərkidilməsindən, eləcə də onun üzrəində olan ustanın göstərişlərini icra etməkdən ibarət olmuşdur. xx.xx.2022-ci il tarixdə, saat 08 radələrində "xxxx" MMC-nin “X27”-nda olan bütün işçilər, o cümlədən təkər cütü sexində çilingər işləyən Zərərçəkmiş şəxs öz ustaları tərəfindən təlimatlandırılmış və bundan sonra o, gələrək işçilərin təlimat keçib-keçmədiklərinə dair jurnalları yoxlamış, bütün işçilərə təlimatlandılırılma aparıldığına əmin olmuş, sonra isə həmin jurnallarda müvafiq qeydlərini aparmış, eləcə də işçilərə təlimatlandırılma zamanı öz əlavələrini (əməyin mühafizəsi və texniki təhlükəsizlik üzrə təlimatda göstərilən qaydaları) keçmiş, sonra işçilər təlimatlandırılmaya dair müvafiq sənədlərə imza edərək işlərinə başlamışlar. Saat 09:30 radələrində o, işlədiyi müəssisədə olmaqla xidməti otaqda olduğu zaman Zərərçəkmiş şəxs nərdivandan yıxılaraq xəsarət aldığını eşitmiş, dərhal hadisənin baş verdiyi yerə, yəni deponun qazanxanasına tərəf gəlmiş, hadisə yerinə çatdıqda Niyaməddinin hadisə yerindən biraz kənarda stulda oturduğunu görmüş və onun sağ ayağında ağrı olduğunu dediyini eşitmişdir. Həmin vaxt orada deponun təkər cütü sexinin ustası Azadağa Ağayev, təmir üzrə rəis müavini Təqsirləndirilən şəxs2 və digər işçilər də olmuş, o, nə baş verdiyini soruşmuş və usta Azadağa Ağayev ona “Mənə dedilər ki, çəndə su yoxdu, mən də Niyaməddinə dedim ki, get nərdivanı gətir, ancaq ona demədim ki, nərdivanı gətirəndən sonra çıx su krantını yoxla, sonra da getdim ki, ona kömək üçün bir işçi göndərim, Niyaməddin isə məni gözləmədən gedib nərdivanı gətirib qoyub bura, çıxıb ki, su krantını yoxlasın, işçimiz Samir kənardan ona dayan çıxma mən gəlim nərdivanı tutum sonra çıxarsan deyib, o, Samiri gözləmədən nərdivana çıxıb, sonra isə nərdivan sürüşübdü və Niyaməddin nərdivandan yıxılıbdı, düzdü, məqsədim o idi ki, Niyaməddin Nərdivanı gətirib su krantının yaxınlığına qoyduqdan sonra başqa bir işçini də ona kömək üçün göndərim və onlardan biri nərdivanı tutsun, digəri isə nərdivana qalxıb çənə gedən su krantını yoxlasın, lakin mən Niyaməddinə su krantını yoxlamağa dair göstəriş verməmişəm, o özü heç kimə demədən özü tək olaraq nərdivana qalxıb su krantını yoxlamaq istəyibdi” kimi sözlər demişdir. Zərərçəkmiş şəxs təkər cütü sexinin çilingəri olduğu üçün onun yerinə yetirdiyi işlərə birbaşa nəzarəti həmin sexin ustası Azadağa Ağayev etmiş, həmin gün və ümumiyyətlə bütün günlər Niyaməddinə texniki təhlükəsizliyə dair cari (günlük) təlimatı Azadağa Ağayev keçmişdir. Onun Zərərçəkmiş şəxs, eləcə də bütün digər işçilərin yerinə yetirdiyi işlər üzərində ümumi nəzarəti olmuş, həmçinin bütün işçilərə təhlükəsiz iş şəraitinin yaradılmasını deponun rəisi Təqsirləndirilən şəxs1 təmin etmiş, işçilərin təhlükəsiz şəraitdə işləmələrinə rəisin təmir üzrə müavini Təqsirləndirilən şəxs2 da nəzarət etmişdir. xx.xx.2022-ci il tarixdə, saat 09:30 radələrində Zərərçəkmiş şəxs hündürlüyə qalxıb su krantını açmaq istəyərkən istifadə etdiyi taxta nərdivanı o, baş vermiş hadisədən əvvəllər də “X27”-nun müxtəlif sexlərində görmüş, həmin nərdivandan işçilər hündürlüyə qalxarkən istifadə etmiş və bunu deponun rəisi Təqsirləndirilən şəxs1, depo rəisinin təmir uzrə müavini Təqsirləndirilən şəxs2, eləcə də deponun digər işçiləri də görmüş, qeyd olunan taxta nərdivan əvvəllərdən də depoda olmaqla işçilər tərəfindən istifadə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X8 Publik Hüquqi şəxsin Qaradağ rayon şöbəsinin 20 avqust 2022-ci il tarixli, 511 nömrəli rəyindən görünür ki, vətəndaş Zərərçəkmiş şəxs məhkəmə-tibbi ekspertizası zamanı aşkar edilmiş xəsarətlər – sağ sirkə kasasının hər iki sütunun qapalı, yerinidəişmiş sınığı bərk küt əşya təsirindən, qərarın təsviri hissəsində göstərilən və onun tibbi yardım üçün X3 və Ortopediya İnstituna müraciət etdiyi 18 may 2022-ci il tarixdə və şəraitdə törənməsi mümkündür. Vət. Zərərçəkmiş şəxs almış olduğu xəsarətin sağlamlığa zərəvurma dərəcəsi şəxsin müalicəsi tam başa çatadıqdan sonra hadisədən 120 gün keçməklə yəni 18 sentyabr 2022-ci il tarixdə onun təkrar məhkəmə-tibbi müayinəsindən sonra əlavə olaraq təyin ediləcəkdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X8 Publik Hüquqi şəxsin Qaradağ rayon şöbəsinin 10 oktyabr 2022-ci il tarixli, 36/511 nömrəli rəyindən görünür ki, vətəndaş Zərərçəkmiş şəxs məhkəmə-tibbi ekspertizası zamanı aşkar edilmiş xəsarət- sağ aşağı ətrafda tam hərəkət məhdudluğu ilə müşayiət olunan sağ sirkə kasasının hər iki sütunun qapalı, yerinidəişmiş sınığı (sklet dartma bərpası) bərk küt əşya təsirindən, qərarın təsviri hissəsində göstərilən və onun tibbi yardım üçün X3 və Ortopediya İnstituna müraciət etdiyi 18 may 2022-ci il tarixdə və qərarda göstərilən şəraitdə törənməsi mümkündür və dərəcəsinə görə ümumi əmək qabiliyyətinin 3/1 hissəsindən az olmamaqla (35%) dayanıqlı itirilməsinə səbəb olan sağlamlığa AĞİR zərərvurmaya aid edilir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin Mühəndis-texniki ekspertizalar şöbəsinin ekspertinin 14 noyabr 2022-ci il tarixli, 10/6713 saylı rəyinin “Tədqiqatın Nəticəsi” hissəsindən görünür ki, iş sahəsində mövcud qaydaların tələblərinə uyğun olmayan (başmaqları və iti metal ucluqları olmayan) söykəmə nərdivanın istifadəsinə yol verildiyinə görə, baş vermiş hadisə ilə əlaqədar "Hündürlükdə iş zamanı texniki təhlükəsizlik Qaydaları"nın 10.1, 10.2 bəndlərinin, "X27nun rəisinin X15 müqaviləsinə 1 saylı Əlavə"nin Funksiyonal başlığının 6 bəndinin, "X27nun Depo rəisinin Təmir üzrə müavini"nin X15 müqaviləsinə 1 saylı Əlavə"nin Məsuliyyətlər başlığının 6 bəndinin tələbi və "X27nun Təkər cütü sexinin ustasının X15 müqaviləsinə 1 saylı Əlavə"nin Funksiyonal başlığının 9 bəndinin tələbləri pozulmuşdur ki, bu da baş vermiş hadisənin texniki səbəbi olmuşdur. "xxxx" MMC-nin "X27'nda təhlükəsiz iş şəraitinin yaradılması təmin edilmədiyinə görə, "X27nun rəisinin X15 müqaviləsinə 1 saylı Əlavə"nin Funksiyonal başlığının 6 bəndinin tələbləri "X27"nun rəisi tərəfindən pozulmuşdur. "xxxx" MMC-nin "X27"nda mövcud qaydaların tələblərinə uyğun olmayan söykəmə nərdivandan istifadə edilməsinə yol verildiyinə görə, "Hündürlükdə iş zamanı texniki təhlükəsizlik Qaydaları"nın 10.1, 10.2 bəndlərinin və "X27nun rəisinin Təmir üzrə müavininin X15 müqaviləsinə 1 saylı Əlavə"nin Məsuliyyətlər başlığının 6 bəndinin tələbləri "X27'nun Depo rəisinin Təmir üzrə müavini tərəfindən pozulmuşdur. "xxxx" MMC-nin "X27nun Təkər cütü sexinin ustası X13 iş sahəsində mövcud qaydaların tələblərinə uyğun olmayan (başmaqları və iti metal ucluqları olmayan) söykəmə nərdivandan istifadə edilməsinə göstəriş verdiyinə görə, onun tərəfindən "Hündürlükdə iş zamanı texniki təhlükəsizlik Qaydaları"nın 10.1, 10.2 bəndlərinin və "X27nun Təkər cütü sexinin ustasının X15 müqaviləsinə 1 saylı Əlavə"nin 9 bəndinin tələbi pozulmuşdur. -hamar dayaq (parket, metal, lövhə, beton) səthlərdə belə nərdivanlardan istifadə edərkən onların aşağı uclarına rezindən və ya başqa sürüşkən olmayan materiallardan başmaqlar taxılmalıdır. Eksperytiza tədqiqatının dəyəri 102 manat təşkil etmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs1 müdafiəçisi Müdafiəçi1 yazılı vəsatətlə məhkəməyə müraciət edərək ibtidai istintaq zamanı keçirilən ekspertiza nəticəsində alınmış ekspert rəyinin əsassız olduğunu bildirərək iş üzrə komission məhkəmə-təhlükəsizlik texnikası ekspertizasını keçiliməsini xahiş etmişdir. Qaradağ rayon məhkəməsinin 20 iyun 2023-cü il tarixli qərarı ilə verilmiş vəsatət təmin edilərək iş üzrə əlavə məhkəmə-təhlükəsizlik texnikası ekspertizası təyin edilmiş və ekspertlər qarşısında aşağıdakı suallar qoyulmuşdur: 1.Təhlükəsizlik texnikası üzrə normativ aktların yuxarıda qeyd olunan bədbəxt hadisə ilə əlaqədər hansı tələbləri pozulmuşdur, əgər pozulmuşdursa, bunlar nədən ibarətdir?
2. Təhlükəsizlik texnikasının və əməyin mühafizəsi qaydaları kim (kimlər) tərəfindən pozulmuşdur?
3. Zərərçəkmişin özü tərəfindən qaydaların və təlimatların tələbləri pozulmuşdurmu?
4. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hərəkətləri (hərəkətsizlikləri) ilə Zərərçəkmiş şəxs nərdivandan yıxılaraq xəsarət alması hadisəsi arasında hər hansı səbəbli əlaqə mövcuddurmu? İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin Mühəndis-texniki ekspertizalar şöbəsinin ekspertinin 03 avqust 2023-cü il tarixli, 10/4923 saylı rəyinin “Tədqiqatın Nəticəsi” hissəsindən görünür ki: Baş vermiş hadisə ilə əlaqədar, "Hündürlükdə iş zamanı texniki təhlükəsizlik Qaydaları"nın 10.1, 10.2 bəndlərinin, ""xxxx" MMC "X27nun rəisinin X15 müqaviləsinə 1 saylı Əlavə"sinin 6 bəndinin, ""xxxx" MMC "X27nun Depo reisinin Təmir üzrə müavini"nin X15 müqaviləsinə 1 saylı Əlave"sinin 6 bəndinin və "xxxx" MMC "X27nun Təkər cütü sexinin ustasının X15 müqaviləsinə 1 saylı Əlavə"sinin 9 bəndinin tələbi pozulmuşdur. "xxxx" MMC "X27nda mövcud qaydaların tələblərinə uyğun olmayan, yəni hamar dayaq səthlərdə (parket, metal, lövhə, beton) aşağı uclarına rezindən və ya başqa sürüşməyən materialdan başmaqları olmayan söykəmə tipli nərdivandan istifadə edilməsi baş vermiş hadisənin səbəbi olmuşdur. "xxxx" MMC-nin "X27'nda təhlükəsiz iş şəraitinin yaradılması təmin edilmədiyinə görə, "X27nun rəisinin X15 müqaviləsinə 1 saylı Əlavə"nin Funksiyonal başlığının 6 bəndinin tələbləri "X27'nun rəisi tərəfindən pozulmuşdur. "xxxx" MMC-nin "X27'nda mövcud qaydaların tələblərinə uyğun olmayan söykəmə nərdivandan istifadə edilməsinə yol verildiyinə görə, "Hündürlükdə iş zamanı texniki təhlükəsizlik Qaydaları"nın 10.1, 10.2 bendlərinin və "X27nun rəisinin Təmir üzrə müavininin X15 müqaviləsinə 1 saylı Əlavə"nin Məsuliyyətlər başlığının 6 bəndinin tələbləri "X27'nun Depo rəisinin Təmir üzrə müavini tərəfindən pozulmuşdur. "xxxx" "X27nun Teker cütü sexinin ustası X13 iş sahəsində mövcud qaydaların tələblərinə uyğun olmayan (başmaqları olmayan) söykəmə nərdivandan istifade edilməsinə göstəriş verdiyinə görə, onun tərəfindən "Hündürlükdə iş zamanı texniki təhlükəsizlik Qaydaları"nın 10.1, 10.2 bəndlərinin və "X27nun Təkər cütü sexinin ustasının X15 müqaviləsinə 1 saylı Əlavə"nin 9 bəndinin tələbi pozulmuşdur. Hadisənin baş vermə səbəb və şəraitini nəzərə aldıqda, zərərçəkmiş şəxsin özü tərəfindən qaydaların və təlimatların tələblərinin pozulması halı müəyyən edilmədi. Qərarın dördüncü sualı hüquqi xarakter daşıdığına görə, həmin sual üzrə tədqiqat aparılmadı. Həmin məsələyə məhkəmə tərəfindən qiymət verilə bilər. Ekspertiza tədqiqatının dəyəri 102 manat təşkil etmişdir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Bakı şəhəri, Qaradağ rayonu prokurorunun köməkçisi, İ dərəcəli hüquqşünas, X2 “Təqsirləndirilən şəxs qismində tanınanadək ölmüş şəxs barəsində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsi haqqında” 05 yanvar 2023-cü il tarixli qərarından görünür ki, yuxarıda qeyd olunan hadisə ilə əlaqədar "xxxx" MMC-nin “X27”-nun Təkər çütü sexinin ustası vəzifəsində işləmiş X7 cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətdikdən sonra təqsirləndirilən şəxs qismində tanınanadək ölməsi ilə əlaqədar barəsində cinayət təqibinə bərəatverici əsaslar olmadan xitam verilmişdir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Bakı şəhəri, Binəqədi RİH-nın Xocasən qəsəbəsi üzrə nümayəndliyi tərəfindən verilmiş 10 yanvar 2023-cü il tarixli arayışdan məlum olur ki, Təqsirləndirilən şəxs1 Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən qəsəbəsi, Yeni-yol küçəsi 116 saylı evdə yaşamaqla ailə üzvüləri qardaşı X10 xx.xx.1980-cı il təvəllüdlü, qardaşı arvadı X9 xx.xx.1980-cı il təvəllüdlü, qardaşı qızı X11 xx.xx.2008-ci il təvəllüdlü, qardaşı oğlu X4 xx.xx.2011-ci il təvəllüdlü ailə üzvləri ilə birlikdə yaşayır və onlar barəsində qəsəvə nümayəndəliyinə heç bir şikayət-təqdimat daxil olmamışdır. İş materiallarında olan Sumqayıt şəhər İcra Hakimiyyəti MKTB-nin 23 saylı MKTS-si tərəfindən verilmiş 21 dekabr 2022-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 müsbət xarakterizə olunur. İş materiallarına əlavə edilmiş Sumqayıt şəhər İcra Hakimiyyəti MKTB-nin 23 saylı MKTS-nin ailə tərkibi haqqında arayışdan görünür ki, Təqsirləndirilən şəxs2 ailə üzvləri arvadı-1962-ci il təvəllüdlü X5, 1989-cu il təvəllüdlü X14, 1990-cı il təvəllüdlü X12 və 1997ci il təvəllüdlü X6 ibarətdir. İş materiallarında olan tələbnamələrdən görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkumluqları barədə heç bir məlumat yoxdur. Dövlət ittihamçısı yekun çıxışı zamanı təqsirləndirilən şəxslər barəsində əlavə cəza olaraq 2 (iki) il müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəzasının verilməsini təklif etmişdir. Məhkəmə təqsirləndirilən şəxslər barəsində qeyd olunan maddənin sanksiyasında nəzərdə tutulmayan əlavə cəzasının verilməsini məqsədə müvafiq hesab etmir. Belə ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs1 haz-hazırdada “X27”-nun rəisi vəzifəsində, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs2 isə “X27”-nun vaqon deposunun rəisinin təmir üzrə müavini vəzifəsində işləməklə onların fəaliyyət göstərdikləri sahə dövlət balansında olmaqla strateji əhəmiyyətə malik dəmir yolu vaqonlarının təmiri ilə məşğuldur. Bundan başqa məhkəmə, təqsirləndirlən şəxslər tərəfindən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlliyini, onların şəxsiyyətini və zərərçəkmiş şəxsin hal-hazırda həmin müəssədə işləməklə təqsirləndirilən şəxslərə qarşı heç bir şikayət və tələbinin olmamasını nəzərə alaraq əlavə cəza kimi müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəzasının verilməsi məqsədə müvafiq hesab etmir. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə tədqiq edilmiş sübutların tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətmiş olduqları cinayət əməli tam sübuta yetir və onların əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 162.1-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməllərində cinayət olmasını aradan qaldıran hallar, həmçinin onaların cinayət məsulliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs1 ilk dəfə olaraq ehtiyatsızlıqdan böyük ictimai təhlükə törətməyən cinayət əməli törətməsini, zərərçəkmiş şəxsə vurulmuş ziyanı ödəməklə tam barışıq əldə etməsini və zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs1 əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, Təqsirləndirilən şəxs2 ilk dəfə olaraq ehtiyatsızlıqdan böyük ictimai təhlükə törətməyən cinayət əməli törətməsini, zərərçəkmiş şəxsə vurulmuş ziyanı ödəməklə tam barışıq əldə etməsini və zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs2 əməllərində cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinin tələblərinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxslərin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onların ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 162.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə cəzasının təyin edilməsi daha məqsədəmüvafiq, həmdə cəzanın məqsədlərinə nail olunması baxımından daha düzgündür. İş üzrə maddi sübut kimi tanınmış və Qaradağ rayon Prokurorluğunun maddi sübutların saxlanc otağına verilmiş: başmaqları və iti metal ucluqları olmayan, taxta materialdan hazırlanmış, 9 pilləli, ümumi uzunluğu 3 metr, eni 55 sm olan söykəmə nərdivan hökm qanuni qüvvəyə mindikdən sonra "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə məxsus "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin “X27na” qaytarılmalıdır. İş üzrə 204 (iki yüz dörd) manat ekspertiza xərci Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq dövlət nəfinə ödənilməlidir. Zərərçəkmiş şəxs məhkəmə iclası zamanı verdiyi mülki iddiadan imtina etdiyi üçün iş üzrə mülki iddiaya xitam verilməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Odur ki, yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının CPMnin 344-347, 349, 351-353, 356, 358, 381 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə
HÖKM ETDİ:
Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 162.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 3000 (üç min) manat məbləğində cərimə cəzasına məhkum edilsin. Barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzanın icrası Bakı şəhər Probasiya İdarəsinə tapşırılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 162.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 3000 (üç min) manat məbləğində cərimə cəzasına məhkum edilsin. Barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzanın icrası Bakı şəhər Probasiya İdarəsinə tapşırılsın. Zərərçəkmiş şəxs tərəfindən verilmiş mülki iddia üzrə icraata xitam verilsin. İş üzrə 204 (iki yüz dörd) manat məbləğində ekspertiza xərci təqsirləndirilən şəxslərdən müştərək qaydada tutularaq dövlət nəfinə ödənilsin. İş üzrə maddi sübut kimi tanınmış və Qaradağ rayon Prokurorluğunun maddi sübutların saxlanc otağına verilmiş başmaqları və iti metal ucluqları olmayan, taxta materialdan hazırlanmış, 9 pilləli, ümumi uzunluğu 3 metr, eni 55 sm olan söykəmə nərdivan höküm qanuni qüvvəyə mindikdən sonra "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə məxsus "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin “X27na” qaytarılsın. Hökmdən elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətinə Qaradağ rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Sədrlik edən: Rufan Mürsəlov