Məhkəmə qərarları › İş №1(002)-120/2025

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-120/2025

18.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-120/2025 18.09.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Novruzov Rafael Fərid oğlunun katibliyi, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Zərərçəkmiş şəxsin qanuni nümayəndəsi (anası) Nümayəndə, Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 2002-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay (faktiki ailəli olmaqla himayəsində bir azyaşlı uşağı olan), orta təhsilli, rəsmi işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Bakı şəhəri, Qaradağ rayonu, ünvan 2 ünvanında yaşayan və “barəsində başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında qapalı məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 16 yaşına çatmamış şəxslə cinsi əlaqədə olmuşdur. Belə ki, Təqsirləndirilən şəxs evlənmək məqsədilə tanış olduğu aşkar surətdə 16 yaşına çatmayan, xx xxxxxx 2008-ci il təvəllüdlü Zərərçəkmiş şəxs ilə 04 sentyabr 2023-cü il tarixdə saat 23:00 radələrində yaşadığı Bakı şəhəri, Qaradağ rayonu, ünvan 3 ünvanında yerləşən yataq otağında cinsi əlaqədə olmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 152.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək və ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək bildirmişdir ki, anası ağır “xərçəng” xəstəsi olduğu üçün əsgərlikdən gəldikdən sonra evlənmək qərarına gəldi. Noyabrın 4-də toy olduğunu və 17 iyun 2024-cü il tarixdə uşağının anadan olduğunu bildirdi. Hal-hazırda Zərərçəkmiş şəxs ilə faktiki ər-arvad kimi biryerdə yaşadıqlarını, törətdiyi əməldən peşman olduğunu və məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində ona Azərbaycan Respublikası CM-nın 152.1-ci maddəsi ilə özünü təqsirli bilərək göstərmişdir ki, ailəsi ilə birlikdə göstərdiyi ünvanda yaşayır. Zərərçəkmiş şəxs ilə ilk dəfə cinsi əlaqədə olduğu Bakı şəhəri, Qaradağ rayonu, ünvan 3 ünvanını göstərə bilər. Zərərçəkmiş şəxs ilə rəsmi nikah olmadan ailə qurmuş və himayəsində həmin nikahdan bir azyaşlı uşağı var. Əqli və psixoloji cəhətdən sağlamdır, hər hansı bir xəstəxanada psixiatrik qeydiyyatda deyil. Əvvəllər cinayət məsuliyyətinə cəlb edilmədiyi üçün məhkumluğu olmayıb. Zərərçəkmiş şəxs ilə eyni məhəllədə yaşamış və hər gün demək olar ki, Səadəti görürmüş. 2022-ci ilin iyul ayında hərbi xidmətdən tərxis olunmuşdur. Təxminən həmin ərəfələrdə Zərərçəkmiş şəxs yaşadığı məhəllədə görmüş və yaxınlaşıb ona ürəyini açmışdır. Səadət də eyni zamanda ondan xoşu gəldiyini bildirmişdir. Bu xəbəri o, anası Şahid1 ilə bölüşmüş və Səadətgilə elçi göndərmək istədiyini bildirmişdir. Anası onun fikrinə hörmətlə yanaşaraq ona özünün xəstə olduğunu, onsuz da onu evləndirmək istədiyini, yaxşı ki, öz seçiminin olduğunu bildirmişdir. Belə ki, anası onun bilmədiyi xəstəlikdən uzun müddətdir ki, əziyyət çəkir, sağalması mümkün deyil, günü gündən xəstəlik anasının sağlamlığını əlindən alır. Bundan sonra anası Şahid1 onun atası Şahid2lə həmin mövzu barədə danışmış və atasının da razılığı olduqdan sonra el adəti ilə Səadətə elçi getmişdirlər. Səadətin ailəsi isə qız 18 yaşına çatdıqdan sonra rəsmi nikah bağlamalarına razı olmuşlar. Anasının səhhətinin pis olduğunu, günü-gündən sağlamlığını itirdiyi üçün heç olmasa anası oğul toyu görsün düşüncəsi ilə Səadəti qaçırmaq düşüncəsinə gəlmişdir. Bu fikrini Zərərçəkmiş şəxs ilə bölüşdükdə Zərərçəkmiş şəxs onun bu fikrinə heç bir reaksiya verməmişdir. Mütəmadi Səadətlə telefon ilə danışmış, Səadəti hazırlıqlara aparıb-gətirmişdir. Səadət ara-sıra nəyə görə onu qaçırtmaq istədiyini ondan soruşan zaman o, hər dəfə anasının səhhətini səbəb olaraq göstərmişdir. Bir müddət keçəndən sonra Səadət onun qaçırmaq fikri ilə razılaşmışdır. Təxminən 2023-cü ilin avqust ayında Səadəti götürüb yaşadığı evə aparmışdır. Valideynləri ilk başda onların bu hərəkətlərinə qarşı çıxmışlar. Belə ki, onun atası Şahid2 bu hərəkətin doğru olmadığını, gərək ki, böyüklər ilə məsləhət etməli olduğunu ona qətiyyətlə bildirsə də, nəticədə valideynləri onlarla razılaşmışlar. Səadəti qaçırandan sonra onunla yaşadığı evdə gizlənmişlər. Səadətin qohumları, yəni dayıları onları axtarmışlar, xəbər göndǝrǝrǝk Səadəti qaytarmasını və Səadət yetkinlik yaşına çatanda toy etmələrini bildirmişlər. Səadət ilə eyni yataqda yatsa da aralarında cinsi əlaqə olmamışdır. Daha sonra Səadətin dayılarının gəlib qızı aparacaqları onda qorxu yaratmışdır. Səadətin aparılmaması üçün o, yeganə çıxışı yolunu Səadətlə cinsi əlaqədə olmaqda görmüşdür. Bu səbəbdən də Səadətə dayılarının onları ayırmaq istədiklərini demiş, daha sonra isə çıxış yolunun cinsi əlaqədə olduğunu bildirmişdir. Səadət onun fikri ilə razılaşmış, o, ilk dəfə xx.xx.2023-cü il tarixdə yaşadığı Bakı şəhəri, Qaradağ rayonu, ünvan 4 ünvanında öz yataq otağında Səadətlə təbii yolla cinsi əlaqədə olmuşdur. Səhəri gün, yəni xx.xx.2023-cü il tarixdə Səadət cinsi əlaqədə olduqlarını onun anasına bildirmişdir. Anası isə heç bir şey demədən toya hazırlıq görülməli olduğunu bildirmişdir. Təxminən həmin ilin sentyabr ayının 7-8 tarixlərində onun anası Səadətin anasıgilǝ getmiş, anası Səadətin anası Nümayəndə artıq onların cinsi əlaqədə olduqlarını, bu hərəkətin geri dönüşü olmadığını bildirərək ailələr arasında barışığın əldə olunmasını xahiş etmişdir. Elə həmin günü onun ailəsi ilə qayınanası Nümayəndəgilin arasında barışıq olmuşdur. Barışıqdan sonra el adəti ilə xx.xx.2023-cü il tarixdə qız toyu. xx.xx.2023-cü il tarixdə oğlan toyu olmuşdur. Qeyri rəsmi nigahdan xx.xx.2024-cü il tarixdə onların oğlan övladı dünyaya gəlmişdir. Zərərçəkmiş şəxs ilə ilk dəfə cinsi əlaqədə olan Səadətin həmin vaxt 15 yaşı olub. Tutduğu əməlin cinayət tərkibli olduğundan məlumatım olmayıb. Zərərçəkmiş şəxs ilə xx.xx.2023-cü il tarixdə cinsi əlaqədə olan zaman Səadət həmin gecəyə qədər bakirə olub və Səadətin qızlıq pərdəsi onun tərəfdən Səadətin könüllü razılığı əsasında Səadət onunla cinsi əlaqədə olan zaman pozulmuşdur. Məhkəmə iclasında iştirak etmiş xx xxxxxx 2008-ci ildə anadan olmuş Zərərçəkmiş şəxs qanuni nümayəndəsi (anası) Nümayəndə iştirakı ilə verdiyi ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, Təqsirləndirilən şəxs məhlədə görüb bəyəndiyini, sonra elçilik olduğunu və sonra qoşulub qaçdığını bildirmişdir. Bundan sonra 28 sentyabr 2023-cü ildə qız toyu, 04 noyabr 2023-cü il tarixdə oğlan toyu olmuşdur. Halhazırda təqsirləndirilən şəxslə ər-arvad kimi yaşadıqlarını, 17 iyun 2024-cü il tarixdə övladının anadan olduğunu bildirmişdir. Təqsirləndirilən şəxslə heç bir düşmənçilik və ədavətinin olmadığını bildirmişdir. Şikayəti və tələbi yoxdur. Zərərçəkmiş şəxs tərəfindən 18 sentyabr 2025-ci ildə məhkəməyə təqdim olunmuş və qanuni nümayəndəsinin iştirakı ilə verdiyi ərizədə göstərilmişdir ki, Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı heç bir şikayət və tələbinin olmadığını, faktiki olaraq ər-arvad kimi bir ünvanda yaşadıqlarını, bir azyaşlı uşaqlarının olduğunu, təqsirləndirilən şəxs ağır cəza alacağı təqdirdə bunun ailəsinin dağılmasına səbəb ola biləcəyini və məhkəmədən təqsirləndirilən şəxsə yüngül cəza verilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı qanuni nümayəndəsi Nümayəndə iştirakı ilə verdiyi ifadəsində göstərmişdir ki, qeyri-rəsmi ailə qurmazdan əvvəl anası, atası və qardaşları ilə birgə yaşayırdılar. Ağazadə ilə qeyri-rəsmi nikahdan bir azyaşlı uşağı var. Əqli və psixoloji cəhətdən sağlamdır, hər hansı bir xəstəxanada psixiatrik qeydiyyatda deyil. Təxminən 2022-ci ilin iyul ayında hazırlığa gedərkən qonşuluqda yaşayan Təqsirləndirilən şəxs ona yaxınlaşaraq sevgisini etiraf etdi. O da bəyəndiyini etiraf etdi. Təqsirləndirilən şəxs elçi getmək istədiyini bildirmiş, o da razılıq vermişdir. Ailələri tanış olduqdan sonra Ağazadə onu hazırlıqlara aparıb-gətirməyə başlamış və eyni zamanda Ağazadə ilə telefonla danışmışdır. Ağazadə ilə münasibəti normal olmuş və Ağazadənin onunla ailə qurmaq fikri ciddi idi. Bir müddət danışıqdıqdan sonra Ağazadə ailə qurmaq üçün qoşulub qaçmağını ona təklif etdikdə o, bir müddət düşündükdən sonra Ağazadənin onunla ailə qurmaq fikrinin ciddi olduğuna tam əmin olduqdan sonra Ağazadənin onu qaçırmaq təklifi ilə razılaşmış və ona bu barədə istəyini və razılığını bildirmişdir. Bundan sonra xx.xx.2023-cü il tarixdə könüllü olaraq öz razılığı əsasında Ağazadəyə qoşulub Ağazadənin yaşadığı evə qaçmışdır. Təqsirləndirilən şəxs evində olanda anası Nümayəndə "whatsapp" tətbiqi vasitəsi ilə mesaj yazaraq ona guya Ağazadə ilə Şamaxı rayonuna qaçdığını demişdir. Belə ki, valideynləri onu Ağazadəgilə gəlib görə bilərdilər. Bu səbəbdən də anasına yalan danışmışdır. Ağazadə onu qaçırdandan 2-3 gün sonra təxminən xx.xx.2023-cü il tarixdə Ağazadənin yaşadığı evdə onun könüllü razılığı ilə Ağazadə ilə onun arasında cinsi münasibət olmuşdur. xx.xx.2023-cü il tarixdə isə Ağazadənin anası Şahid1 oğlu Ağazadə ilə cinsi əlaqə barədə məlumat vermişdir. xx.xx.2023-cü il tarixdə qayınanası Şahid1 onun anasıgilin yaşadığı evə barışıq danışığı üçün getmiş, anası ilə danışdıqdan sonra həmin günü axşam, Şahid1, qayınatasının xalası Tamara, Ağazadənin bibilǝri Ruhiyyə, Dünya el adəti ilə barışığa getmişlər və barışıq əldə olunmuşdur. Bir müddət keçəndən sonra, yəni xx.xx.2023-cü il tarixdə qız toyu, xx.xx.2023-cü il tarixdə xına yaxdı mərasimi, xx.xx.2023-cü il tarixdə də Ağazadə ilə oğlan toyu olmuşdur. Bu evlilikdən xx.xx.2024-cü il tarixdə oğlan övladı Muxtar dünyaya gəlmişdir. Təqsirləndirilən şəxs yaşadığı evə öz razılığı əsasında ailə qurmaq üçün könüllü olaraq Ağazadəyə qoşulub getmişdir. Ağazadə ona qarşı zor göstərməmişdir. Ağazadə ilə könüllü olaraq öz razılığı əsasında cinsi əlaqədə olmuşdur. Ağazadə onunla zorla cinsi ǝlaqədə olmayıb. Ağazadə ona qarşı seksual xarakterli zorakılıq hərəkətləri etməmişdir. Ağazadə onu seksual xarakterli hərəkətlər etməyə məcbur etməyib və ona qarşı əxlaqsız hərəkətlər etməmişdir. Ağazadə ilə onun arasında baş verənlər onun könüllü olaraq razılığı əsasında olmuşdur. Ağazadənin onun 15 yaşı olmasından məlumatı olmuşdur. Şahid1 məhkəmə iclaslarının vaxtı və yeri barədə təkrarən məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş və iştirak etməməsi barədə məlumat verməmişdir. Məhkəmə iclasında tərəflərin razılığı ilə Şahid1 istintaqda verdiyi ifadəsi elan edilmişdir. Şahid1 ibtidai istintaqda verdiyi ifadəsində göstərmişdir ki, o, ailəsi ilə birgə yaşayır. Təqsirləndirilən şəxs onun oğludur. Zərərçəkmiş şəxs onun oğlunun rəsmi də olmasa, həyat yoldaşıdır. 2022-ci ildə iyul ayında oğlu Ağazadə hərbi xidmətdən gəldikdən sonra Səadəti görüb bəyənmiş və ailə qurmaq qərarına gəlmişdir. Ağazadə evlənmək istədiyini dedikdə o, Ağazadəyə xəstə olduğunu və evlənsə onunda toyunu görəcəyini bildirmişdir. Çox keçmədən onlar Səadətgilə elçiliyə gedirlər. Böyüklər arasında danışıq olmuşdur ki, qız yetkinlik yaşına çatandan sonra el adəti ilə toy edib rəsmi nikah bağlasınlar. 2023-cü ilin sentyabr ayında oğlu Təqsirləndirilən şəxs heç kəsə demədən, ancaq Səadətin razılığını almaqla ailə qurmaq məqsədilə onu öz ailəsi yaşadığı yerə gətirdi. Atası və anası yetkinlik yaşına çatmayan qızı qaçırdığına görə oğullarına etiraz etsələr də, daha sonra oğulları ilə barışdılar. Səadətlə Ağazadə ilk cinsi əlaqədə olduqlarını anasına danışıblar. Artıq heçnə etmək olmadığı üçün toy etmək qərarına gəliblər. Ağazadənin anası Əsiyə Səadətin anası Nümayəndə artıq uşaqlarının cinsi əlaqədə olduqlarını bildirib, barışıq olmasını təklif etdi. Beləliklə, ailələr arasında barışıq oldu. xx.xx.2023 tarixdə qız toyu, xx.xx.2023-cü il tarixdə isə oğlan toyu oldu. Hazırda da Ağazadə ilə Səadət yuxarıda qeyd edilən ünvanda birgə yaşayırlar. Səadətin 18 yaşı tamam olduqdan sonra onların rəsmi nikahları olacaqlarını bildiriblər. Məhkəmə iclasında şahid qismində iştirak etmiş Şahid2 öz ifadəsində ibtidai istintaqda verdiyi ifadəni təsdiq etdiyini və təqsirləndirilən şəxs olan oğlu Təqsirləndirilən şəxs qarşı ifadə verməkdən imtina etdiyini bildirmişdir. Şahid2 ibtidai istintaqda verdiyi ifadəsində göstərmişdir ki, o, ailəsi ilə birgə yaşayır. Təqsirləndirilən şəxs onun oğludur. Zərərçəkmiş şəxs onun oğlunun rəsmi də olmasa, həyat yoldaşıdır. 2022-ci ildə iyul ayında oğlu Ağazadə hərbi xidmətdən gəldikdən sonra Səadəti görüb bəyənmiş və ailə qurmaq qərarına gəlmişdir. Çox keçmədən onlar Səadətgilə elçiliyə gedirlər. Böyüklər arasında danışıq olmuşdur ki, qız yetkinlik yaşına çatandan sonra el adəti ilə toy edib rəsmi nikah bağlasınlar. 2023-cü ilin sentyabr ayında oğlu Təqsirləndirilən şəxs heç kəsə demədən, ancaq Səadətin razılığını almaqla ailə qurmaq məqsədilə onu öz ailəsi yaşadığı yerə gətirdi. Atası və anası yetkinlik yaşına çatmayan qızı qaçırdığına görə oğullarına etiraz etsələr də, daha sonra oğulları ilə barışdılar. Səadətlə Ağazadə ilk cinsi əlaqədə olduqlarını anasına danışıblar. Artıq heçnə etmək olmadığı üçün toy etmək qərarına gəliblər. Ağazadənin anası Əsiyə Səadətin anası Nümayəndə artıq uşaqlarının cinsi əlaqədə olduqlarını bildirib, barışıq olmasını təklif etdi. Beləliklə, ailələr arasında barışıq oldu. xx.xx.2023 tarixdə qız toyu, xx.xx.2023-cü il tarixdə isə oğlan toyu oldu. Hazırda da Ağazadə ilə Səadət yuxarıda qeyd edilən ünvanda birgə yaşayırlar. Səadətin 18 yaşı tamam olduqdan sonra onların rəsmi nikahları olacaqlarını bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və X2” X5 22 aprel 2025-ci il tarixli, 142 №-li rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə tibbi müayinədən keçərkən özünün deməsinə görə xx.xx.2024-cü il tarixdən bu günə kimi Təqsirləndirilən şəxs ilə ər-arvad münasibətində yaşayırlar. xx.xx.2024-cü ildə övladları dünyaya gəlib. Qeyri-təbii yolla cinsi əlaqəni inkar edir. Son cinsi əlaqə xx.xx.2025-ci il tarixdə olub. Sonuncu aybaşı tsikli xx.xx.2025-ci il tarixdə olmuşdur. Müayinə olunan orta boylu, düzgün bədən quruluşlu, kafi qidalıdır. Bədən səthində hər hansı xəsarət və xəsarət izi aşkar edilməmişdir. Xarici cinsiyyət üzvləri qadın tiplidir, düzgün inkişaf etmişdir, böyük cinsiyyət dodaqları kiçik cinsiyyət dodaqlarını qapayır, selikli qişası çəhrayı rəngdədir. Qızlıq pərdəsi məməciklər şəklində olub, doğmuş qadına məxsusdur. Cinsiyyət üzvündə və onun ətrafında hər hansı xəsarət və xəsarət izi aşkar olunmadı. Zərərçəkmiş şəxs qızlıq pərdəsinin tamlığı pozulmuşdur, doğmuş qadına məxsusdur, xəsarət və ya xəsarət izi aşkar edilmədi. Zərərçəkmiş şəxs arxa keçəcək nahiyəsində onunla qeyri-təbii yolla cinsi əlaqədə olmanı göstərən əlamətlər aşkar edilmədi. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş 27 may 2025-ci il tarixli “toplanmış sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, məhkəmə tibbi ekspertizasının xx.xx.2025-ci il tarixli 142 nömrəli rəyi və Zərərçəkmiş şəxs götürülmüş 03 ədəd toy fotoşəkili cinayət işi üzrə sübut əhəmiyyəti kəsb etdiyindən cinayət işi üzrə maddi sübut növü kimi qiymətləndirilmiş və cinayət işinə əlavə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğuna dair əməliyyat sorğu kartotekasında heç bir məlumat yoxdur. Məhkəmə baxışı zamanı müdafiə tərəfinin təqdim etdiyi Bakı şəhəri Qaradağ Rayon Qobustan Bələdiyyəsinin 17 sentyabr 2025-ci il tarixli, 64\BB saylı məktubunda göstərilmişdir ki, Bakı şəhəri, Qaradağ rayonu, ünvan 3 ünvanında yaşayan və Azərbaycan Respublikası CM-nin 152.1-ci maddəsi ilə ittiham olunan Təqsirləndirilən şəxs Bakı şəhəri, Qaradağ rayonu, ünvan 5 ünvanında qeydiyyatda olan xx.xx.2008-ci il təvəllüdlü Zərərçəkmiş şəxs ilə xx.xx.2023-cü tarixində el adəti üzrə toy edərək evlənmişdir. Və bu qeyri-rəsmi nikahdan xx.xx.2024-cü il tarixində oğlan övladı doğulmuşdur. Cütlük hal-hazırda Bakı şəhəri, Qaradağ rayonu, ünvan 3 ünvanında birlikdə yaşayır. Təqsirləndirilən şəxs əvvəllər ailəli olmayıb. Məhkəmə baxışı zamanı müdafiə tərəfinin təqdim etdiyi “X6” X7 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli məlumatından aydın olur ki, Zərərçəkmiş şəxs tərəfindən xx.xx.2024-cü il tarixdə kişi cinsli uşaq doğulmuş və xx.xx.2024-cü il tarixdə ana və övladı kafi vəziyyətdə evə buraxılmışdır. Cinayət işi materiallarında olan tibbi sənədlərdən aydın olur ki, təqsirləndirilən şəxsin anası Şahid1 “uşaqlığın 47.9 x 46.8 mm ölçülü törəməsi. Assit.” diaqnozu ilə xəstədir. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə tədqiq edilmiş sübutların tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli tam sübuta yetir və onun əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 152.1-ci maddəsinə tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə olaraq az ağır cinayət əməli törətməsini, əməlini etiraf edərək səmimi peşman olmasını, himayəsində bir azyaşlı uşağı olmaqla zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını, eləcə də zərərçəkmiş şəxslə hal-hazırda faktiki ər-arvad münasibətində olmaqla birlikdə yaşamasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinin tələblərinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 152.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəmüvafiqdir. Məhkəmə, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədə müvafiq hesab etsə də, ona cəza təyin edərkən ilk dəfə olaraq cinayət əməli törətməsini, zərərçəkmiş şəxslə barışaraq zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını, baş vermiş hadisədən dərin peşmançılıq hissi keçirməsini, himayəsində azyaşlı uşağının olmasını və eləcə də zərərçəkmiş şəxslə hal-hazırda faktiki ər-arvad münasibətində olmaqla birlikdə yaşamasını nəzərə alaraq təqsirləndirilən şəxsin azadlıqdan məhrum etmə cəzasına şərti olaraq məhkum edilməsini məqsədəuyğun, həm də cəzanın məqsədlərinə nail olunması baxımından daha ədalətli və düzgün hesab edir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarında məhkəmələrə tövsiyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1-ci maddəsinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama, azadlığın məhdudlaşdırılması və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Məhkəmə təqsirləndirilən şəxsə təyin edilmiş cəzanı çəkmədən islah olunmasını mümkün hesab etməklə, üzərinə CM-nin 70.5-ci maddəsində göstərilən; onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini və iş yerini dəyişməmək və ailəsinə maddi yardım göstərmək vəzifələrinin qoyulmasını məqsədə uyğun hesab edir. Cinayət işinin materiallarından aydın olur ki, Təqsirləndirilən şəxs qeyd olunan cinayət əməlinə görə 31 yanvar 2025-ci il tarixdə saat 14:56-da şübhəli şəxs kimi tutulmuş, 02 fevral 2025-cİ il tarixdə saat 12:25-də təqsirləndirilən şəxs kimi dindirilmə başa çatdıqdan sonra barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilməklə Qaradağ RPİ-nin MSY-dən azad edilmişdir. İş üzrə maddi sübut kimi tanınmış 03 ədəd toy fotoşəkil maddi sübut kimi cinayət işində saxlanmalıdır. İş üzrə mülki iddia yoxdur. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili X3 tərəfindən 28 aprel 2025-ci il tarixədək sərf edilmiş 40 saata görə 240 manat, 28 aprel 2025-ci il tarixdən sonrakı dövrə görə sərf edilmiş 10 saata görə 110 manat olmaqla, ümumilikdə 350 (üç yüz əlli) manat, məhkəmə baxışı zamanı isə Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən sərf edilmiş 30 iş saatına görə 330 (üç yüz otuz) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Bakı şəhər 10 saylı Vəkil Bürosunun hesabına ödənilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358, 381 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 152.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il 02 (iki) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq edilməklə ona təyin olunmuş 01 (bir) il 02 (iki) ay müddətə azadlıqdan məhrumetmə cəzası 02 (iki) il sınaq müddəti müəyyən edilməklə şərti tətbiq edilsin. Barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi vaxtdan hesablansın. Zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs götürülmüş və maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmiş 03 (üç) ədəd fotoşəkil cinayət işində saxlanılsın. İş üzrə mülki iddia yoxdur. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili X3 tərəfindən 28 aprel 2025-ci il tarixədək sərf edilmiş 40 saata görə 240 manat, 28 aprel 2025-ci il tarixdən sonrakı dövrə görə sərf edilmiş 10 saata görə 110 manat olmaqla, ümumilikdə 350 (üç yüz əlli) manat, məhkəmə baxışı zamanı isə Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən sərf edilmiş 30 iş saatına görə 330 (üç yüz otuz) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Bakı şəhər 10 saylı Vəkil Bürosunun hesabına ödənilsin. Hökmdən elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətinə Qaradağ rayon məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar