Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-121/2023 27.04.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədova Ülviyyə Nizami qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxsin hüquqi varisi X2 və onun vəkili və nümayəndəsi Müdafiəçi2, Müdafiəçi1, Təqsirləndirilən şəxs iştirakları ilə, Təqsirləndirilən şəxs xx xxxx 1989-cu ildə Yardımlı rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli (himayəsində iki azyaşlı uşağı olan) orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Yardımlı rayonu, Avaş kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Binəqədi rayonu, Xocasən qəsəbəsi, fərdi tikili ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs avtomobili idarə edərkən, yol hərəkəti qaydalarını pozaraq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Belə ki o, 01 oktyabr 2022-ci il tarixdə, saat 19:55 radələrində etibarnamə əsasında idarə etdiyi “VAZ” 21033 markalı, **-DR-*** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə Bakı-Qazax yolunun, Qaradağ rayonu, Qobustan qəsəbəsinin 57-ci kilometrliyindən keçən hissəsində, köməkçi yolda, Qazax istiqamətində hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Qanunun 54-cü maddəsinin 1-ci hissəsinin tələblərinə əsasən nizamlayıcı tərəfindən və ya işıqfor vasitəsi ilə nizamlanmayan piyada keçidinə yaxınalaşarkən surəti lazımınca azaltmaqla yolu keçməyə başlamış piyadanı təhlükəyə məruz qoymamalı, piyada keçidinə daxil olmaqda olan, piyadaya yol vermək üçün nəqliyyat vasitəsini dayandırmalı olduğu halda bu tələblərə əməl etmədiyindən yolu sağdan sola keçən piyada, Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsində yaşayan, Zərərçəkmiş şəxs piyada keçidinin üzərində avtomobilin ön sol hissəsi ilə vuraraq ehtiyyatsızlıqdan sonuncunun baş beyin toxumasına, onun mədəciklərinə və qişalarına qansızma, başbeyin toxumasının artan ödemi, təpə sümüyünün kəllə əsasına keçən qapalı, xətti sınığı, qaraciyərin travmatik cırılması, dalağın travmatik cırılması (Splenoektomiya - cərrahi yolla çıxarılması), sağ bud sümüyünün aşağı 1/3-nin qapalı, yerinidəyişmiş sınığı, sol baldır sümüklərinin orta 1/3-nin qapalı, yerinidəyişmiş sınığı, başın alın və sol baldır nahiyələrinin sıyrıqları,o cümlədən ölümünə səbəb olan baş-beyin toxumasının ağır dərəcəli əzilməsi və təpə sümüyünün kəllə əsasına keçən xətti sınığı fonunda inkişaf edən baş beyin toxumasının artan ödemindən ibarət ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid edilən bədən xəsarətləri alaraq 08 oktyabr 2022-ci il tarixdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kliniki Tibbi Mərkəzində ölümünə səbəb olan yol nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, 01 oktyabr 2022-ci il tarixdə etibarnamə ilə idarə etdiyi, lakin sahiblik hüququ ona məxsus olmayan “VAZ 21033” markalı **-DR-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə işdən evə qayıdan zaman, saat təxminən 20 radələrində Qobustan qəsəbəsinin 61-ci kilometrliyindən keçdiyi piyada keçidinin üzərində anidən avtomobilə nəyinsə dəydiyini hiss etmiş və idarəetməni itirərək yolun kənarındakı dəmir məhəccərlərə çırpılmışdır. Avtomobildən düşdükdə yolu piyada qismində keçmək istəyən piyadanı vurduğunu və piyadanın yolun sol tərəfində qumluq əraziyə düşdüyünü görmüşdür. Daha sonra hadisə baş verən əraziyə bir neçə şəxs toplaşmış və həmin şəxslər əraziyə X20 çağıraraq piyadanı xəstəxanaya göndərmişlər. O isə hadisə yerinə gələn polis əməkdaşları ilə birlikdə polisə aparılmışdır. Həmçinin maneəni (piyadanı) görmədiyini həmin yolun köməkçi yol olduğunu, ona anidən dəydiyini bildirmişdir. Piyadanın sağ tərəfdən, yəni magistral yoldan ümumi zolaqlanmış piyada keçidinin üzərinə ilə tələsik gəlməsini onu görmədən vurmuşdur. Hərəkətdə olduğu zaman avtomobilin sürəti təxmini 60 kilometr olmuş, lakin piyada keçidinə çatdıqda isə sürəti birazda azaltmış təxminən 40-50 kilometr saata salmışdır. Həmin şəxslə heç bir ədavəti olmamış və əvvəllər onu tanımamışdır. Məhkəmə iclasında suallara cavab olaraq bildirmişdir ki, hadisə ilə bağlı çox qorxduğundan zərərçəkmiş şəxsin müalicəsində özü yox, yaxınları iştirak etmişdir. Mərhumun morq pulu, maşının pulun vermiş, lakin dəfn xərclərin qarşılmamışdır. Saatda təxminən 50-60 km sürət ilə hərəkət edirmiş. Mərhum sağ tərəfdən gəlmişdir ki, o, həmin şəxsi görməmişdir. O, görsəydi vurmazdı. Onun heç kimlə şəxsi qərəzi yoxdur. Köməkçi yolda işıq olmamışdır. Ümumiyyətlə Qobustanda işlədiyi evin sahibindən başqa heç kimi tanımırmış. Hadisədən sonra Təcili Yardıma zəng etsə də özü xəstəxanaya getməmişdir. Onun maddi vəziyyəti çox pis olmaqla 5000 manat düzəldib zərərçəkmiş tərəfə verə bilər. O, içki və narkotikdən istifadə etməmişdir. O öz ifadəsində son olaraq törətdiyi əməldən peşman olduğunu, ilk dəfə belə hadisə törətdiyini və himayəsində iki azyaşlı uşağının olduğunu nəzərə alaraq yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi X4 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, massiv 1,ev 22 ünvanında ailəsi ilə birlikdə yaşayır. 01 oktyabr 2022ci tarixdə evdə istirahət etdiyi zaman anidən qapının döyülməsini eşitmiş və həyətə çıxdığı zaman adlarını bilmədiyi, lakin üzdən tanıdığı qəsəbə sakinləri ona yaxınlaşaraq oğlu Nurlanı avtomobil vurmasını bildirmişlər. Həmin şəxslərlə birlikdə hadisə yerinə getmiş və orada ona Nurlanın xəstəxanaya aparıldığı məlum olmuşdur. Evə qayıdaraq ailə üzvləri ilə birlikdə “Semoşka” adlanan 1 saylı X15 getmişlər. Oğlu xx.xx.2022-ci il tarixdə aldığı xəsarətlərdən ölmüşdür. Həmçinin heç kəslə düşmənçiliklərinin və ədavətlərinin olmadığı, oğlu Nurlanın diş texniki olduğunu, heç kimlə də düşmənçiliyi olmadığını və hadisə baş verən zaman “Vaz” markalı avtomobilinin sürücüsünü tanımadıqlarını bildirmişdir. Məhkəmə iclasında suallara cavab olaraq bildirmişdir ki, o, ehtimal edir ki, Musa onun oğlunu qəsdən vurub öldürmüşdür. Musa Nurlanı vurub, vurduğu yerdən 70 metr uzaqda maşın yolun qırağındakı dəmirə dəyib dayanmışdır. Həmin vaxtı oğlu Nurlan məsciddən namazdan çıxıb, yolu keçəndə 3-cü zolağın üstündə vurulub. Həmin yolda işıqlar yanılı olub. Musa onu iki dəfə vurub. Bu qəsddir. Oğlu Nurlan 1993-cü il tarixdə doğulmaqla himayəsində bir azyaşlı uşağı olmuş, digər uşağı isə o öldükdən sonra doğulmuşdur. O, öz ifadəsində son olaraq şikayətçi olmaqla işin istintaqa geri qaytarılaraq yenidən araşdırılmasını istədiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, 01 oktyabr 2022-ci il tarixdə Qaradağ rayonu, Qobustan qəsəbəsində xidmətdə olduğu zaman Bakı-Qazax yolunun 57ci kilometrliyindən keçən hissəsində “Vaz 21033” markalı **-DR-*** dövlət qeydiyyat nişanlı avtomobilin piyada zolağı üzərində piyadanı vurmuşdur. X19 Yardım maşını çağırmış, X20 briqadası hadisə yerinə gəldiyində yaralının vəziyyətinin ağır olduğunu görüb onu 1-saylı X15 aparmışlar aidiyyatı üzrə Qaradağ RPİ-nə lazımi məlumatlar vermişdir. Sonra Qaradağ RPİ-nə hadisə ilə bağlı lazımi məlumatları vermiş. Hadisənin necə baş verdiyini görməmiş, həmin yerə hadisə baş verdikdən sonra gəlmişdir. Həmin şəxslərdən heç birini tanımamış, onlarla heç bir münasibəti olmayıb. Məhkəmə iclasında suallara cavab olaraq bildirmişdir ki, tarix dəqiq yadında qalmamışdır. Maşınla hadisə yerinin arasında məsafə olmuşdur. Hadisə yeri piyada keçidinin yanı olmuşdur. Maşın dəmirə dəyib dayanmışdır. Həmin yer qaranlıq olmuşdur. Hadisə magistral yolun qırağında baş vermiş və həmin yolun işığı ora düşürmüş. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X7 X18 31 oktyabr 2022ci il tarixli 92 №-li rəyindən görünür ki, mərhum Zərərçəkmiş şəxs meyitinin məhkəmə-tibbi ekspertizasında aşkar olunmuş xəsarətlər - baş beyin toxumasına, onun mədəciklərinə və qişalarına qansızma, baş-beyin toxumasının artan ödemi, təpə sümüyünün kəllə əsasına keçən qapalı, xətti sınığı, qaraciyərin travmatik cırılması, dalağın travmatik cırılması (Splenoektomiya - cərrahi yolla çıxarılması), sağ bud sümüyünün aşağı 1/3-nin qapalı, yerinidəyişmiş sınığı, sol baldır sümüklərinin orta 1/3-nin qapalı, yerinidəyişmiş sınığı, başın alın və sol baldır nahiyələrinin sıyrıqları həyati olub, bərk küt əşya (əşyalar) təsirindən törənmişlər, ölümü ilə birbaşa səbəbli əlaqəlidirlər və bu da canlı şəxslərdə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərərvurmanın əlamətlərinə malikdirlər. Mərhum Zərərçəkmiş şəxs ölümünə səbəb baş-beyin toxumasının ağır dərəcəli əzilməsi və təpə sümüyünün kəllə əsasına keçən xətti sınığı fonunda inkişaf edən baş beyin toxumasının artan ödemi olmuşdur. Mərhum Zərərçəkmiş şəxs almış olduğu xəsarətlər qərarın təsviri hissəsində göstərilən xx.xx.2022-ci il tarixdə piyada qismində olarkən baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdilər. Meyit əlamətlərinin inkişaf dərəcəsinə əsasən güman etmək olar ki, mərhum Zərərçəkmiş şəxs ölümü xx.xx.2022-ci il tarixdə, saat 01:50-də X14 baş vermişdir. Mərhum Zərərçəkmiş şəxs meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində etil spirti və narkotik maddələr aşkar edilməmişdir. (3718/K saylı, xx.xx.2022-ci il tarixli AKT). İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 30 dekabr 2022-ci il tarixli 8/3509 nömrəli rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunan məlumatlara əsasən VAZ-21033 markalı **-DR-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunun 54-cü maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa imkanı olmuşdur. Ekspertiza tədqiqatının dəyəri 85 (səksən beş) manat təşkil edir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli HK-1-315 “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə” protokolundan görünür ki, hadisə zamanı xx.xx.2022-ci il tarixdə “Vaz” 21-033 markalı ** DR *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs ayıq vəziyyətdə olmuşdur. İşdə olan xx.xx.2021-ci il tarixli sürücülük vəsiqəsindən görünür ki, Azərbaycan Respublikası DİN-nin DYPİ-si tərəfindən həmin tarixdə Təqsirləndirilən şəxs adına(xx.xx.2031-ci il tarixədək müddətə etibarlı olan) “BC” seriyalı BA025847-№-li “B1, B, C1, C”kateqoriyaları olan sürücülük vəsiqəsi verilmişdir. İşdə olan xx.xx.2022-ci il tarixli “Hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan, protokola əlavə olunmuş fotoşəkillərdən və sxemdən görünür ki, hadisə yeri Bakı-Qazax yolunun 57-ci kilometrliyinin Qaradağ rayonu, Qobustan qəsəbəsində sol köməkçi yolda üzü Qazax istiqamətinədir və hadisə yerinin həmin yer olması nəzərə alınmalıdır. İşdə olan xx.xx.2022-ci il tarixli “Nəqliyyat vasitəsinə baxış keçirilməsi barədə” protokoldan görünür ki, Təqsirləndirilən şəxs idarə etdiyi “VAZ-21033” markalı **-DR-*** dövlət qeydiyyat nişanlı minik avtomobili zədələnmiş və nasaz vəziyyətdədir. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Zərərçəkmiş şəxs xx.xx.1993-cü il tarixdə doğulmuş, atası X3r. İş materiallarında olan nikah haqqında şəhadətnamənin və doğum haqqında şəhadətnamələrin surələrindən görünür ki, Zərərçəkmiş şəxs xx.xx.2021-ci il tarixdə X11 ilə nikaha daxil olmuş, xx.xx.2021-ci il tarixdə oğlu X8 və xx.xx.2022-ci il tarixdə digər oğlu X5 doğulmuşdur. İş materiallarına əlavə edilmiş nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixdə X9 ilə nikaha daxil olmuşdur. İş materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, xx.xx.2019-cu il tarixdə doğulmuş X6 və xx.xx.2020-ci il tarixdə doğulmuş X10 atası Təqsirləndirilən şəxsdur. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-i tərəfindən tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə heç bir məlumat yoxdur. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə tədqiq edilmiş sübutların tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli tam sübuta yetir və onun əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs hadisələrin təsadüfi axarı zəminində ilk dəfə olaraq ehtiyatsızlıqdan az ağır cinayət əməli törətməsini, əməlini etiraf edərək səmimi peşman olmasını və himayəsində iki azyaşlı uşağının olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinin tələblərinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 263.2-ci maddəsində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi cəzanın məqsədlərinə nail olunması baxımından daha düzgündür. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməlidir. Məhkəmə, təqsirləndirilən şəxsin şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq hesab edir ki, gələcəkdə hökmün vaxtında və dəqiq icrasının təmin edilməsi məqsədilə onun barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin dəyişdirilərək “həbs” qətimkan tədbirinin seçilməsi daha məqsədə müvafiqdir. İş üzrə 85 (səksən beş) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 tərəfindən 20 iş saatı, məhkəmə baxışı zamanı isə Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 tərəfindən 15 iş saatı sərf olunmuşdur. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 210 (iki yüz on) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi1 vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Bürosunun hesabına ödənilməlidir. Odur ki, yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının CPMnin 344-347, 349, 351-353, 356, 358, 381 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il müddətə nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilməklə, 05 (beş) il 01 (bir) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalından dərhal həbsə alınsın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzasının əvvəli həbsə alındığı gündən, yəni 27 aprel 2023-cü il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin. İş üzrə 85 (səksən beş) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilsin. Zərərçəkmiş şəxsin hüquqi varisinə izah edilsin ki, baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar vurulmuş maddi və mənəvi ziyanla bağlı cinayət və mülki qanunvericiliyin tələblərinə əməl etməklə məhkəmədə iddia qaldırmaq hüququna malikdir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 210 (iki yüz on) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi1 vəkil işlədikləri Bakı şəhər 10 saylı Vəkil Bürosunun (“Kapitalbank” Qaradağ rayon filialı H/h ********************, kod 200220, VÖEN **********) hesabına ödənilsin. Hökmdən elan olunduğu, təqsirləndirilən şəxs tərəfindən isə hökmün surəti ona təqdim edildiyi vaxtdan 20 (iyirmi) gün müddətinə Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Rufan Mürsəlov
Məhkəmə qərarları › İş №1(002)-121/2023
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-121/2023
27.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver