Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-121/2024 01.08.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Teymur Əhməd oğlunun sədrliyi, İlyasov Ceyhun Bəhruz oğlunun katibliyi, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçiləri, X3 və Müdafiəçi iştirakları ilə, xx.xx.1991-ci ildə Naxçıvan MR Şahbuz rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, subay, fədi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs məqsədilə ilə “tez.bazar” internet səhifəsində özünün mobil telefon nömrəsini qeyd etməklə taxta pilləkan hazırlanması və təmiri ilə bağlı elan yerləşdirdikdən sonra yaşadığı evdə pilləkan hazırlanması üçün 2023-cü ilin aprel ayında onunla əlaqə saxlayaraq pilləkan sifariş verən Zərərçəkmiş şəxs iki ay ərzində üzərinə götürdüyü işi həll edəcəyinə dair qəsdən yalan vəd verib aldadaraq, vahid niyyətlə əhatə olunan qəsdlə, əvvəlcə 18 aprel 2023-cü il tarixdə zərərçəkmiş Zərərçəkmiş şəxs yaşadığı, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsindəki evində 1500 manat, daha sonra 19 aprel 2023cü il tarixdə yenə də həmin ünvanda 800 manat nəqd pul vəsaiti alıb, habelə "xxxx" ASC tərəfindən onun adına verilmiş 4098 5844 5032 4841 nömrəli “LeoBank” hesab kartının balansına sonuncu tərəfindən Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsindəki evindən 25 aprel 2023-cü il tarixdə 200 manat, 04 may 2023-cü il tarixdə 200 manat, 15 may 2023-cü il tarixdə 150 manat, 19 may 2023-cü il tarixdə 100 manat, 25 may 2023-cü il tarixdə 50 manat, 08 avqust 2023-cü il tarixdə 30 manat, 16 avqust 2023-cü il tarixdə 40 manat, 31 avqust 2023-cü il tarixdə 40 manat, 13 oktyabr 2023-cü il tarixdə isə 100 manat məbləğində pul vəsaitlərinin köçürülməsinə nail olub həmin pul vəsaitini hesabdan nəqdləşdirərək Zərərçəkmiş şəxs ümumilikdə 3210 (üç min iki yüz on) manat məbləğində pul vəsaitini ələ keçirib dələduzluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, dülgərliklə məşğul olmuşdur. Ayrı-ayrı şəxslərdən sifariş götütüb müştərilərin evində sifarişləri icra etmişdir. Taxta pilləkan və döşəmə işləri ilə məşğul olur. Özünə i saytda səhifə açaraq taxta pilləkan düzəltməyi ilə bağlı xidmətini təklif etmişdir. 2023-cü ilin aprel ayında Ədalət adlı şəxs zəng vuraraq Lökbatan qəsəbəsində yaşadığını və evinə pilləkan düzəltdirmək istədiyini demişdir. O da Ədalətlə danışandan sonra Lökbatana getmiş və ölçüləri götürmüşdür. İlkin materialların alınması üçün müəyyən qədər pul lazım olduğunu deyib Zərərçəkmiş şəxs 1500 manat pul almışdır. İşin müqabilində ümumi 4800 manat pul alacağını demişdir. Adalətdən 1500 manat almağı ilə bağlı öz xətti ilə vərəqdə qeyd yazmışdır. Bundan əlavə səhəri gün Zərərçəkmiş şəxs onun yaşadığı evdə 800 manat pul almışdır. Bununla bağlı da yenə də öz xətti ilə yazı yazıb imza etmişdir. Ədalətdən aldığı 2300 manat pula bazardan taxta almışdır. Həmin pula Ədalətin işinə başlamaq üçün taxta almışdır. Həmin taxtaları öz sexi olmadığı üçün Dərnəgül bazarında taxta malları satılan sexdə qurumağa qoymuşdur. Taxtalar quruduqdan sonra ədalətin evinin ölçüsünə uyğun pilləkan hazırlamağa başlamışdır. Bundan əlavə ədalət onun kartına aprel-may aylarında təxminən 700 manat pul göndərmişdir.09 iyun 2023-cü il tarixdə yol-nəqliyyat hadisəsi zamanı onu avtomobil vurmuş və ağır xəsarətlər aldığından yataq şəraitində olduğu üçün götürdüyü sifarişi tamamlaya bilməmişdir.Bundan sonra taxtalara qurd düşməməkdən ötrü dərman alması üçün Ədalət onun kartına iki dəfə pul atmışdır.Bir müddət keçdikdən sonra Ədalət ona zəng edərək pilləkəni artıq istəmədiyini bildirmiş və pulunu geri tələb etmişdir.Lakin o Ədalətə ziyana getdiyini, qəza keçirdiyi üçün səhhəti ilə əlaqədar işləmədiyini bildirmiş və pilləkəni düzəltməsi üçün ondan vaxt istəmişdir.Lakin Ədalət ondan pulunu tələb etmiş və bununla bağlı polisə şikayət etmişdir.Ona verilən ittiham ilə razı deyil.Belə ki, o Ədalətə qarşı heç bir dələduzluq etməmişdir.Qəza keçirdiyindən və bununla bağlı işləmədiyindən pilləkəni düzəldə bilməmişdir.Qeyd edilənlərə əsasən barəsində bəraət hökmü çıxarılmasını xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Lökbatan qəsəbəsində yaşayır. Hazırda Azərbaycan Dəmir yolları QSC-də mühəndis işləyir. 2023-cü ilin aprel ayında evin daxilində olan pilləkanlarını düzəltdirmək üçün usta axtarmağa başlamışdır. Sosial şəbəkədə gördüyü usta xidməti elanı ilə əlaqədar olaraq qeyd edilən nömrə ilə əlaqə salxamışdır. Həmin şəxs ona özünü Yasin kimi təqdim etmişdir. Mobil telefonla danışdıqdan sonra Yasin onun yaşadığı ünvana gəlmişdir. O, Yasinə evində pilləkan düzəltdirmək istədiyini demişdir. Yasin evdə ölçüləri götürmüşdür. Bildirmişdir ki, taxtaları alıb qurutduqdan sonra işə başlayacaqdır. Razılaşmaya əsasən Yasin ondan işin görülməsi müqabilində 4800 manat pul alacağını bildirmişdir. İlkin olaraq o, Yasinə evdə 1500 manat pul vermişdir. Həmin pulu Yasin ondan beh kimi almışdır. Bununla bağlı öz əlyazması ilə pul alması barədə qeyd yazıb imza etmişdir. Bundan sonra Yasin çıxıb getmişdir. Səhəri günü ona zəng edərək əlavə 800 manat lazım olmasını bildirmişdir. Bu məqsədlə evlərinə gəlmişdir və həmin pulu da yazıb götürmüşdür. Müxtəlif vaxtlarda əlavə olaraq Yasinin Leo bank kartana hissə-hissə 910 manat pul göndərmişdir. Lakin bundan sonra Təqsirləndirilən şəxs müxtəlif bəhanələr gətirmişdir və onun işini görməmişdir.O, Yasinə zəng edərək pilləkəni görmək istədiyini və onunla görüşməli olduğunu bildirmişdir.Yasin ona 20 Yanvar dairəsində görüşəcəklərini bildirmiş, lakin o, həmin ərazidə xeyli gözləsə də Yasin gəlib çıxmamışdır.Bundan sonra o, aldadıldığını bilib Yasindən pulunu tələb etmişdir.Lakin Yasin müxtəlif bəhanələr gətirərək onun pulunu qaytarmamış və o bununla bağlı polisə şikayət etmişdir.Hal-hazırda ona dəymiş ziyan Yasin tərəfindən ödənilmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ərizə təqdim edərək Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyanın ödənildiyi və təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. İş materillarında olan məhkəmə-tibbi ekspertizasının 30 iyun 2023-cü il tarixli 449 nömrəli rəyindən görünür ki, vət. X2 məhkəmə-tibbi ekspertizası zamanı aşkar edilmiş xəsarətlər – başın təpə-ənsə nahiyələrinin qançır – zəif şişkinliyi, sağ almacıq nahiyəsinin dərialtı hematoması, sol qalça nahiyəsinin qançırı bərk küt əşya (əşyalar) təsirindən müayinədən bir neçə saat əvvəl törənmişlər, qərarın təsviri hissəsində göstərilən xx.xx.2023-cü il tarixdə və şəraitdə əmələ gələ bilərdilər və dərəcələrinə görə sağ almacıq nahiyəsinin dərialtı hematoması sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya, başın təpə - ənsə nahiyələrinin qançır – zəif şişkinliyi və sol qalça nahiyəsinin qançırı isə həm ümumilikdə və həm də ayrı-ayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduqları üçün dərəcələri təyin edilmir. İş materillarında olan cinayət işinin başlanması və aidiyyəti üzrə göndərilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi fakta görə Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə başlanmışdır. İş materillarında olan təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 26 yanvar 2024cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. İş materillarında olan Cinayət işinə əlavə edilmiş bank məlumatlarına baxış keçirilməsi haqqında potokoldan görünür ki, Zərərçəkmiş şəxs məxsus “Beynəlxalq Bank” kartı vasitəsilə 25 aprel 2023-cü il tarixdə 200 manat, 04 may 2023-cü il tarixdə 200 manat, 15 may 2023-cü il tarixdə 150 manat, 19 may 2023-cü il tarixdə 100 manat, 25 may 2023-cü il tarixdə 50 manat, 08 avqust 2023-cü il tarixdə 30 manat, 16 avqust 2023cü il tarixdə 40 manat, 31 avqust 2023-cü il tarixdə 40 manat, 13 oktyabr 2023-cü il tarixdə 100 manat məbləğində pul Təqsirləndirilən şəxs məxsus “Leo” bank kartına göndərilmişdir. İş materillarından görünür ki, Təqsirləndirilən şəxs öz xətti ilə Zərərçəkmiş şəxs 18 aprel 2023-cü il tarixdə 1500 manat, 19 aprel 2023-cü il tarixdə 800 manat alması barədə qeydlər yazmışdır. İş materillarında olan Aərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Bakı Hərbi Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarına əsasən CM-nin 305 və 300.1.7-ci maddələri tətbiq edilməklə Təqsirləndirilən şəxs barəsində CM-nin 178.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət işinin icraatına xitam verilmişdir.Bundan başqa Səbail Rayon Polis İdarəsinin xx.xx.2023-cü il tarixli qərarına əsasən CPM-nin 40.3-cü və CM-nin 73.2-ci maddələri tətbiq edilməklə Təqsirləndirilən şəxs barəsində CM-nin 178.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət işinin icraatına xitam verilmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı əməlini qismən etiraf edərək dələduzluq etmədiyi barədə ifadə versə də, həmin fakt iş materillarında olan sədədlər və zərərçəkmiş şəxsin ifadəsi ilə təsdiq edildiyindən məhkəmə təqsirləndirilən şəxsin ifadəsinə tənqidi yanaşaraq bu ifadəni özünü müdafiə məqsədi ilə cinayət məsuliyyətindən boyun qaçırmaq üçün verilmiş ifadə kimi qiymətləndirir. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə tədqiq edilmiş sübutların tam,hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq, daxili inamını rəhbər tutaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli tam sübuta yetir və onun əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsulliyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə edərək ona qarşı şikayət-tələbin olmamsını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli mülkiyyət əleyhinə olan cinayətlər kateqoriyasına aiddir və bu tip cinayət əməllərinin ictimai-təhlükəliliyi şəxsin mülkiyyət hüquqlarının və maraqlarının pozulmasında ifadə olunur.Təqsirləndirilən şəxs tərəfindən zərərçəkmiş şəxsə vurulmuş ziyan tam olaraq ödənildiyindən onun törətdiyi cinayət əməlinin ictimai-təhlükəliliyi də aradan qalxmışdır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinin tələblərinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və içtimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndində göstərilmişdir ki,məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsisndə işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-ci maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, zərərçəkmiş şəxslə barışıq əldə edilməsini, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərədə tutulmuş islah işləri cəzasının təyin edilməsi cəzanın məqsədlərinə nail olunması baxımından daha ədalətli və düzgündür. İş üzrə mülki iddia, məhkəmə xərci və maddi sübut yoxdur. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 40 (qırx) saata görə 240 (iki yüz qırx) manat məbləğində pul X1, məhkəmə baxışı zamanı göstərilmiş hüquqi yardımla bağlı 15 (on beş) saata görə 90 (doxsan) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X3 vəkil işlədiyi Bakı şəhər 10 saylı vəkil bürosunun hesabına odənilməlidir. Odur ki, yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının CPM-nin 344-347, 349, 351-353, 356, 358, 381 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək aylıq qazancından dövlət nəfinə 15 (on beş) faiz məbləğdə pul tutulmaqla 06 (altı) ay müddətə islah işləri cəzasına məhkum edilsin. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə icra qurumuna həvalə edilsin. İslah işləri üzrə cəzasının əvvəli qazancından tutulmaların aparıldığı vaxtdan hesablansın. İş üzrə mülki iddia, məhkəmə xərci və maddi sübut yoxdur. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 40 (qırx) saata görə 240 (iki yüz qırx) manat məbləğində pul X1, məhkəmə baxışı zamanı göstərilmiş hüquqi yardımla bağlı 15 (on beş) saata görə 90 (doxsan) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X3 vəkil işlədiyi Bakı şəhər 10 saylı vəkil bürosunun hesabına ödənilsin. Hökmdən elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətinə Qaradağ rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim: Teymur Qurbanov
Məhkəmə qərarları › İş №1(002)-121/2024
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-121/2024
01.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver