Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-122/2024 06.05.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Dadaşova Şəfa Əliövsət qızının sədrliyi, Məmmədova Ülviyyə Nizami qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx.xx.1982-ci ildə Qobustan rayonu, Təsi kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli (himayəsində bir yetkinlik yaşına çatmayan və bir azyaşlı uşağı olan), əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, Şamaxı rayonu, Məlikçobanlı kəndində qeydiyyatda olmaqla Abşeron rayonu, Müşfiq qəsəbəsi, 28 May küçəsi, nömrəsiz fərdi tikili evdə yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs yol hərəkəti qaydalarını pozaraq ehtiyyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olmuşdur. Belə ki, o, xx.xx.2023-cü il tarixdə saat 13:30-da Bakı şəhəri, Qaradağ rayonu, Güzdək qəsəbəsi, «Qızılqaya» daş karxanasında icarə müqaviləsi əsasında idarə etdiyi X5 məxsus yükləyici ZL 50G markalı 10-J-117 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini yeməkxananın qarşısında geriyə hərəkətə gətirərkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 13-cü hissəsinin tələblərini pozaraq yəni, nəqliyyat vasitəsini geriyə hərəkət etdirməzdən əvvəl etdiyi manevrin hərəkətin təhlükəsizliyinin təmin edəcəyinə əmin olmalı, nəqliyyat vasitəsini geriyə doğru hərəkət etdirərəkən digər şəxslərin köməyindən istifadə etməli, hərəkətin təhlükəsizliyi təmin olunmadığı vəziyyətdə nəqliyyat vasitəsini geriyə doğru manevr etdirməməli halda cinayətkarcasına etinasızlıq edərək qanunun qeyd olunan tələblərinə əməl etməmiş, arxa sağ təkərin arxa tərəfində duran piyada X1 üzərinə təkər ilə çıxaraq ehtiyatsızlıqdan zədə şoku, sol bud sümüyünün yuxarı 1/3-nin qapalı sınığı, çanaq sümüklərinin çoxsaylı sınıqları, qasıq nahiyyəsinin əzilmiş-cırılmış yarası, bel, sol sağrı və sol bud nahiyələrinin qançırları, sol diz oynağının sıyrıqlarından – ibarət, canlı şəxslərdə dərəcələrinə görə həyat üçün təhlükəli olan, sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər yetirərək həmin zaman zərər çəkmiş şəxsin ölümünə səbəb olmuşdur. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, icarə müqaviləsi əsasında ZL 50 G markalı 10- J-117 dövlət qeydiyyat nişanlı yükləyici nəqliyyat vasitəsi ilə daş karxanasında işləmişdir. xx.xx.2023-cü il tarixdə saat 13:30-da Qaradağ rayonu, Güzdək qəsəbəsi, Qızılqaya daşkarxanasında olan kafedən nahar fasiləsindən çıxıb idarə etdiyi nəqliyyat vasitəsinin mühərrikini işə salmışdır. Qarşı tərəfdə avtomobil olduğu üçün idarə etdiyi nəqliyyat vasitəsini park etdiyi yerdən çıxarmaq üçün sol güzgü ilə arxaya baxmaqla təxminən bir-iki metr geriyə asta hərəkətə gətirmişdir ki, nəqliyyat vasitəsinin geri tərəfdə nəyəsə söykəndiyini və kişi qışqırığını eşitmişdir. Dərhal nəqliyyat vasitəsini dayandırmış aşağı enmiş, arxa sağ təkərin arxa tərəfində fəhlə işləyən E.Q.İsmayılovun xəsarət aldığını və yerdə uzandığını görmüşdür. Bu zaman kafedən Şahid2, kafeni işlədən Şahid1 və tanımadığı bir neçə kamaz sürücüləri çıxmış və köməyə yaxınlaşmışlar. Xəsarət alan E.Q.İsmayılovu Şahid2 idarə etdiyi avtomobilə yerləşdirmişlər və həkimə apararkən xəsarət alan piyada yolda öldüyü üçün onu birbaşa Qaradağ rayon tibbi ekspertizasına aparmışlar. Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, himayəsində bir yetkinlik yaşına çatmayan və bir azyaşlı uşağının olmasını, ölmüş zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışmasını, zərərçəkmiş şəxsin hüquqi varisinin ona qarşı şikayət və tələbinin olmamasını nəzərə alaraq məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı zərərçəkmiş şəxsin hüquqi varisinin ibtidai istintaq zamanı verdiyi, şahidlərin məhkəmə iclasında verdikləri ifadələri, məhkəmə-tibbi, məhkəmə yol-nəqliyyat hadisəsi ekspertizalarının rəyləri və işin digər halları ilə tam sübuta yetirilmişdir. Zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs məhkəmə iclaslarının vaxtı və yeri barəsində rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclaslarına gəlməmiş, lakin məhkəməyə notarial qaydada təsdiq edilmiş ərizə ünvanlayaraq Təqsirləndirilən şəxs ilə barışdığını, ona və ailəsinə dəymiş maddi ziyanın ödənildiyini, təqsirləndirilən şəxsə qarşı heç bir iddia, şikayət və tələbinin olmadığını. məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsinə etirazı olmadığını bildirmişdir. Məhkəmə işə zərərçəkmiş şəxsin hüquqi varisinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsində zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs göstərmişdir ki, X6 atasıdır. xx.xx.2023-cü il tarixdə məlumat almışdır ki, atası E.Q.İsmayılov həmin tarixdə günorta saatlarında işlədiyi Bakı şəhəri, Qaradağ rayonu, Güzdək qəsəbəsində işlədiyi daş karxanasında Təqsirləndirilən şəxs idarə etdiyi yükləyici ZL 50G markalı 10-J-117 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsininin arxaya hərəkətə gətirilməsi zamanı üzərinə həmin nəqliyyat vasitəsinin təkərinin çıxması səbəbindən xəsarətlər almış və ölmüşdür. Hadisədən sonra Təqsirləndirilən şəxs özü və qohumları ailəsinə başsağlığı vermişlər. Hadisə ilə əlaqədar heç bir şikayəti, tələbi, iddiası yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 öz ifadəsində göstərmişdir ki, Qaradağ rayonu, Güzdək qəsəbəsində yerləşən Qızılqaya daş karxanasında işləyir. xx.xx.2023-cü ili tarixdə saat 13:30-da Qızılqaya daşkarxanasında nahar fasiləsində olarkən Təqsirləndirilən şəxs nahar fasiləsindən kafedən çıxmış, təxminən üç dəqiqədən sonra kafenin qarşısından uca səslə kişi qışqırığı səsi gəlmişdir. Dərhal o, kafeni işlədən Şahid1 və tanımadığı iki nəfər Kamaz sürücüləri kafedən çölə çıxdıqda Təqsirləndirilən şəxs az öncə kafenin qarşısında dayandırdığı nəqliyyat vasitəsinin arxa sağ təkərin arxa tərəfində karyerdə fəhlə işləyən, lakin şəxsən tanımadığı E.Q.İsmayılovun nəqliyyat vasitəsinin onu vurması nəticəsində aldığı xəsarətlərdən müvazinətini itirmiş, yerdə uzanmış vəziyyətdə olduğunu görmüşdür. Mərhum E.Q.İsmayılovu idarə etdiyi avtomobilə yerləşdirmiş, təkbaşına həkimə apararkən aldığı xəsarətlər səbəbindən sonuncu yolda ölmüş, bu səbəbdən onu birbaşa Qaradağ rayon tibbi ekspertizasına gətirmişdir. Bundan sonra Qaradağ rayon prokurorluğunun müstəntiqi hadisə yerinə gəlmiş, vəfat etmiş şəxsi müayinə etmişdir. Təqsirləndirilən şəxs yol nəqliyyat hadisəsi nəticəsində vəfat etmiş E.Q.İsmayılovla ədavəti və düşmənçiliyi olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 öz ifadəsində göstərmişdir ki, Qaradağ rayonu, Güzdək qəsəbəsində yerləşən Qızılqaya daş karxanasında kafedə işləyir. xx.xx.2023-cü ili tarixdə saat 13:30-da Qızılqaya daş karxanasında nahar fasiləsində olarkən Təqsirləndirilən şəxs kafedən çıxmışdır. Təxminən üç dəqiqədən sonra kafenin qarşısından uca səslə kişi qışqırığı eşitmişdir. Dərhal o, daş karxanasında işləyən Şahid2 və tanımadığı iki nəfər Kamaz sürücüləri kafedən çölə çıxdıqda Təqsirləndirilən şəxs nəqliyyat vasitəsinin arxa sağ təkərin arxa tərəfində E.Q.İsmayılovun xəsarət almış vəziyyətdə yerdə uzandığını görmüşdür. Xəsarət alan E.Q.İsmayılovu təcili həkimə aparmaq məqsədilə Şahid2 idarə etdiyi avtomobilə yerləşdirmişdir. Sonradan məlum olmuşdur ki, E.Q.İsmayılov aldığı xəsarətlərdən yolda vəfat etdiyi üçün Şahid2 onu birbaşa Qaradağ rayon tibbi ekspertizasına aparmışdır. Cinayət işinin 1-ci vərəqəsində olan 30 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. Cinayət işinin 9-cu vərəqəsində olan sərxoşluq vəziyyətinin tibbi müayinəsi haqqında 30 oktyabr 2023-cü il tarixli aktdan görünür ki, Təqsirləndirilən şəxs alkoqol sərxoşluğu müəyyən olunmamışdır. Cinayət işinin 19-cu vərəqəsində olan xx.xx.2023-cü il tarixli təhvil-təslim aktından və 20-21-ci vərəqələrdə olan texnikanın icarə müqaviləsindən görünür ki, X8 icarə müqaviləsi əsasında ZL50G markalı yükləyici nəqliyyat vasitəsini Təqsirləndirilən şəxs təhvil vermişdir. Cinayət işinin 22-ci vərəqəsində olan SV 001539 nömrəli sürücülük vəsiqəsindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2018-ci il tarixdə Ağsu RB tərəfindən verilmiş «T, TK, TT, H, HT, HK» kateqoriyalı və xx.xx.2028-ci il tarixədək etibarlı olan sürücülük vəsiqəsi verilmişdir. Cinayət işinin 26-cı vərəqəsində olan nəqliyyat vasitələrinə sərəncam verilməsi haqqında etibarnamədən və qeydiyyat şəhadətnaməsinin surətlərindən görünür ki, X9 yükləyici ZL50G markalı nəqliyyat vasitəsini X5 etibarnamə əsasında vermişdir. Cinayət işinin 33-38-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X7” X14 27 noyabr 2023-cü il tarixli, 99 nömrəli rəyindən görünür ki, mərhum X1 meyitinin məhkəmə-tibbi ekspertizasında aşkar olunmuş xəsarətlər: zədə şoku, sol bud sümüyünün yuxarı 1/3-nin qapalı sınığı, çanaq sümüklərinin çoxsaylı sınıqları, qasıq nahiyyəsinin əzilmiş-cırılmış yarası, bel, sol sağrı və sol bud nahiyyələrinin qançırları, sol diz oynağının sıyrığı həyati olub, ölümündən az əvvəl bərk küt əşya (əşyalar) təsirindən törənmişlər, ölümü ilə birbaşa səbəbli əlaqəlidirlər. Mərhum E.Q.İsmayılovun almış olduğu xəsarətlər qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni xx.xx.2023-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı piyada qismində olarkən hərəkətdə olan yük avtomaşının vurması nəticəsində əmələ gələ bilərdilər və bu canlı şəxslərdə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malikdirlər. Mərhum E.Q.İsmayılovun ölümünə səbəb sol bud sümüyünün yuxarı 1/3-nin qapalı sınığı, çanaq sümüklərinin çoxsaylı sınıqları nəticəsində inkişaf etmiş zədə şoku olmuşdur. Meyit əlamətlərinin inkişaf dərəcəsinə əsasən güman etmək olar ki, mərhum E.Q.İsmayılovun ölümü onun meyitinin meyitxanada müayinəsi başlanandan (müayinə xx.xx.2023-cü il tarixdə saat 15:50-də başlanmışdır) 2-4 saat əvvəl baş vermişdir. Mərhum E.Q.İsmayılovun meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində etil spirti və narkotik maddələr aşkar edilməmişdir. (3930/K saylı xx.xx.2023-cü il tarixli 3930/K saylı AKT). Cinayət işinin 39-cu vərəqəsində olan xx.xx.2023-cü il tarixli zərərçəkmiş şəxs qismində tanınma haqqında qərardan görünür ki, iş üzrə X6 zərərçəkmiş şəxs qismində tanınmışdır. Cinayət işinin 42-ci vərəqəsində olan notarial qaydada təsdiq edilmiş ərizədən görünür ki, X10 əri X1 vəfatı ilə əlaqədar olaraq oğlu Zərərçəkmiş şəxs hüquqi varis qismində tanınmasını xahiş etmişdir. Cinayət işinin 44-cü vərəqəsində olan Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, o, Qızılqaya daş karxanasında baş vermiş yol-nəqliyyat hadisəsində ölmüş atası X1 hüquqi varisi qismində tanınmasını xahiş etmişdir. Cinayət işinin 45-46-cı vərəqələrində olan xx.xx.2023-cü il tarixli zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınma haqqında qərardan görünür ki, iş üzrə X1 hüquqi varisi qismində oğlu Zərərçəkmiş şəxs tanınmışdır. Cinayət işinin 54-55-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 12 dekabr 2023-cü il tarixli 8/3655 nömrəli rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən ZL 50G markalı 10-J- 117 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 13-cü hissəsinin uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Cinayət işinin 53-cü vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, keçirilmiş məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının xərci 85 (səksən beş) manat təşkil edir. Cinayət işinin 56-cı vərəqəsində olan xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs ittiham elan etmək üçün şübhəli şəxs kimi tutulmasından ötrü axtarış elan edilmişdir. Cinayət işinin 57-ci vərəqəsində olan xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs yeri müəyyən edilib tutulanadək cinayət işi üzrə icraat dayandırılmışdır. Cinayət işinin 60-cı vərəqəsində olan xx.xx.2024-cü il tarixli könüllü gəlmə haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs könüllü olaraq Qaradağ RPİ-nin İŞ-nə gəlmişdir. Cinayət işinin 61-ci vərəqəsində olan xx.xx.2024-cü il tarixli qərardan görünür ki, cinayət işinin icraatı təzələnmişdir. Cinayət işinin 82-ci vərəqəsində olan DİN BDYP Qİİ-nin verdiyi xx.xx.2023-ci il tarixli 3-13-16/2-171016/2023 nömrəli məktubla müəyyən edilmişdir ki, Azərbaycan Respublikası DİN BDYPİ Qeydiyyat-İmtahan İdarəsinin kompüter uçot bazasına əsasən Təqsirləndirilən şəxs xx.xx.2022-ci ildə xx.xx.2032-ci il tarixədək etibarlı olan BD 036064 nömrəli «BC» kateqoriyalı sürücülük vəsiqəsi verilmişdir və onun sürücülük hüququnun məhdudlaşdırılması ilə bağlı məlumat qeydə alınmamışdır. Cinayət işinin 84-cü vərəqəsində olan Azərbaycan Respublikası Kənd Təsərrüfat Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 3-22- 1/2-2242-/2023-nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs Ağsu rayonu üzrə X15 Müfəttişliyi tərəfindən xx.xx.2018-ci il tarixdə SV seriyalı 001539 nömrəli T, TK, TT, H, HT, HK kateqoriyalı sürücülük vəsiqəsi 10 il müddətinə verimişdir və xx.xx.2023-cü il tarixində sürücülük hüququna hər hansı bir məhdudiyyət qoyulmamışdır. Cinayət işinin 85-ci vərəqəsində olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməsi ilə bağlı heç bir məlumat yoxdur. Cinayət işinin 90-91-ci vərəqələrində olan doğum haqqında şəhadətnamələrin və 92ci vərəqədə olan nikah haqqında şəhadətnamənin surətlərindən görünür ki, xx.xx.2010-cu il tarixdə doğulmuş X3 və xx.xx.2015-ci il tarixdə doğulmuş X4 atası Təqsirləndirilən şəxsdur. Təqsirləndirilən şəxs xx.xx.2004-cü il tarixdə X11 ilə nikaha daxil olmuşdur. Cinayət işinin 94-cü vərəqəsində olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. Cinayət işinin 101-102-ci vərəqələrində olan xx.xx.2024-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona həmin maddə ilə ittiham elan edilmişdir. (saat 10:30) Cinayət işinin 115-116-cı vərəqələrində olan xx.xx.2024-cü il tarixli qətimkan tədbiri seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Cinayət işinin materiallarına əlavə edilmiş zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs məhkəməyə ünvanlandığı xx.xx.2024-cü il tarixli notarial qaydada təsdiq edilmiş ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı heç bir şikayət, tələb və iddiası yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Belə ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, özünün, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidin ifadələri, məhkəmə-tibbi, məhkəmə yol-nəqliyyat hadisələri ekspertizalarının rəyləri və digər iş materialları ilə onun yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan cinayəti törətməsi tamamilə sübuta yetirildi. Onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə düzgün tövsif olunmuşdur, odur ki, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsinə əsasən avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda - üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 45.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növü bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmuş hallarda, cinayətin xarakteri, təqsirkar şəxsin şəxsiyyəti və cinayətin digər halları nəzərə alınmaqla, bir ildən beş ilədək müddətə təyin edilə bilər. 45.2-ci maddəyə əsasən isə nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Bu cəza növünün digər əsas cəzalara əlavə olaraq təyin edildiyi hallarda, habelə şərti məhkum etmə zamanı əlavə cəzanın müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablanır. “Yol hərəkəti haqqında və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 07 oktyabr 2004-cü il tarixli 2 №li Qərarının 10cu bəndində qeyd edilir ki, bu qəbildən olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən cinayətin baş verməsində zərərçəkən və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkənə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkən şəxsin, təqsirkarın ailə üzvü və yaxud yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar aydınlaşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinə əsasən yol hərəkətləri iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. Həmin Qanununun 42-ci maddəsinin Xİİİ hissəsinə əsasən nəqliyyat vasitəsinin geriyə hərəkətinə o şərtlə icazə verilir ki, bu manevr təhlükəsiz olsun və hərəkətin digər iştirakçılarına maneə yaratmasın. Lazım gəldikdə, sürücü başqa şəxslərin köməyindən istifadə etməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs əməlindən peşman olmasını, ehtiyatsızlıqdan ilk dəfə az ağır cinayət törətməsini, ölmüş zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışmasını, zərərçəkmiş şəxsin hüquqi varisinin ona qarşı şikayət və tələbinin olmamasını, ailəli olmaqla himayəsində bir yetkinlik yaşına çatmayan və biz azyaşlı uşağının olmasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Göstərilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrumetmə növündə əsas və əlavə cəzalar təyin edilməli və o, azadlıqdan məhrum etmə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzalarını məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkirlər. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 67.2-ci maddəsinə əsasən cəzaçəkmə müəssisəsindən keçirilmiş məhkumlar istisna olmaqla cəzanın icrası müddəti məhkumun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Bu baxımdan məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan əsas və əlavə cəzalar cəzanın məqsədini təmin edir. Ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək, məhkəmə hesab edir ki, iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 85 manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2008-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. İbtidai istintaq dövründə müdafiəçi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X12 tərəfindən Təqsirləndirilən şəxs dövlət hesabına göstərilmiş 20 (iyirmi) iş saatı hüquqi yardıma görə 120 (bir yüz iyirmi) manat məbləğində pul, məhkəmə istintaqı dövründə müdafiəçi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs dövlət hesabına göstərilmiş 33 (otuz üç) iş saatı hüquqi yardıma görə 198 (bir yüz doxsan səkkiz) manat məbləğində pul Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia, maddi sübut və xüsusi müsadirə ediləcək əmlak yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346, 347-349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 03 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli məhkumun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 85 manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142593, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. İbtidai istintaq dövründə müdafiəçi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X12 tərəfindən Təqsirləndirilən şəxs dövlət hesabına göstərilmiş 20 (iyirmi) iş saatı hüquqi yardıma görə 120 (bir yüz iyirmi) manat məbləğində pul, məhkəmə istintaqı dövründə müdafiəçi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs dövlət hesabına göstərilmiş 33 (otuz üç) iş saatı hüquqi yardıma görə 198 (bir yüz doxsan səkkiz) manat məbləğində pul Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə mülki iddia, maddi sübut və xüsusi müsadirə ediləcək əmlak yoxdur. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Şəfa Dadaşova
Məhkəmə qərarları › İş №1(002)-122/2024
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-122/2024
06.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver