Məhkəmə qərarları › İş №1(002)-123/2021

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-123/2021

12.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-123/2021 12.04.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Məmmədova Ülviyyə Nizami qızının katibliyi, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs2, Müdafiəçilər Müdafiəçi3, Müdafiəçi2 və Müdafiəçi1 iştirakları ilə, Təqsirləndirilən şəxslər xx xxxxxxxx 1996-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Bakı şəhəri Qaradağ rayonu, ünvan 1 ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 xx xxxxxx 1992-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli (himayəsində üç azyaşlı uşağı olan), orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Bakı şəhəri Qaradağ rayonu, ünvan 1 ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs3 xx xxxxx 1960-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, 2-ci qrup əlil olan, Bakı şəhəri Qaradağ rayonu, ünvan 1 ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1 və 221.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs2 ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilir ondan ötrü ki, o, bir qrup şəxs halında ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində silah qismində istifadə olunan əşya ilə zor tətbiq olunması ilə müşayiət olunan qərəzli hərəkətlər edərək xuliqanlıq cinayətini törətmişdir. Belə ki, o, həmyerlisi Zərərçəkmiş şəxs2 xx.xx.2020-ci il tarixdə təxminən saat 17:30 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, massiv 1 ünvanında, yolun kənarında atası Şahid1 döyüb xəsarət yetirməsini bəhanə edərək qardaşı Təqsirləndirilən şəxs3 və əmisi Təqsirləndirilən şəxs1 ilə bir qrup şəxs halında dərhal Zərərçəkmiş şəxs2 yaşadığı Bakı şəhəri, Qaradağ rayonu, ünvan 2 ünvanına gedərək, qəsdən ictimai qaydanı kobud surətdə pozub, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan, cəmiyyətdə insanlar arasında bərqərar olunmuş birgə yaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər etməklə Zərərçəkmiş şəxs2 küçəyə çağırmış, sonuncu küçəyə çıxaraq əlində olan silah qismində istifadə etdiyi dəmir boru ilə onun və Təqsirləndirilən şəxs3 baş nahiyələrindən vuraraq xəsarət yetirməsindən sonra, o, üzərində olan soyuq silah hesab edilməyən, təsərrüfat təyinatlı mətbəx bıçağı ilə Zərərçəkmiş şəxs2 iki dəfə vuraraq, ona sol çiyin nahiyyəsinin və döş qəfəsinin sol yarısının daxilə nüfuz etməyən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül dərəcəli bədən xəsarətləri yetirməklə xuliqanlıq etmişdir. Təqsirləndirilən şəxs3 ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilir ondan ötrü ki, o, bir qrup şəxs halında ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində silah qismində istifadə olunan əşya ilə zor tətbiq olunması ilə müşayət olunan qərəzli hərəkətlər edərək xuliqanlıq cinayətini törətmişdir. Belə ki, o, həmyerlisi Zərərçəkmiş şəxs2 xx.xx.2020-ci il tarixdə təxminən saat 17:30 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, massiv 1 ünvanında, yolun kənarında atası Şahid1 döyüb xəsarət yetirməsini bəhanə edərək qardaşı Təqsirləndirilən şəxs2 və əmisi Təqsirləndirilən şəxs1 ilə bir qrup şəxs halında dərhal Zərərçəkmiş şəxs2 yaşadığı Bakı şəhəri, Qaradağ rayonu, ünvan 2 ünvanına gedərək, qəsdən ictimai qaydanı kobud surətdə pozub, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan, cəmiyyətdə insanlar arasında bərqərar olunmuş birgə yaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər etməklə Zərərçəkmiş şəxs2 küçəyə çağırmış, sonuncu küçəyə çıxaraq əlində olan silah qismində istifadə etdiyi dəmir boru ilə onun və Təqsirləndirilən şəxs2 baş nahiyələrindən vuraraq xəsarət yetirməsindən sonra, Zərərçəkmiş şəxs2 əlindən dəmir borunu alaraq sonuncunun baş nahiyəsindən bir dəfə vurmaqla başın sol alın təpə nahiyəsinin əzilmiş yarası ilə müşayiət olunan sağlamlığın qısa müddətinə pozulmasına səbəb olmuş yüngül dərəcəli bədən xəsarəti, daha sonra səs-küyə hadisə yerinə gəlmiş Zərərçəkmiş şəxs2 qardaşı Zərərçəkmiş şəxs1 əlində olan silah qismində istifadə etdiyi həmin dəmir boru ilə üç dəfə vuraraq, başın ənsə nahiyəsinin əzilmiş yarası, sol təpə nahiyəsinin dərialtı hematoması ilə müşayiət olunan sağlamlığa yüngül dərəcəli və sağ saidin sıyrığı ilə müşayiət olunan sağlamlığa zərər vurmayan xəsarətlər yetirməklə xuliqanlıq etmişdir. Təqsirləndirilən şəxs1 ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilir ondan ötrü ki, o, bir qrup şəxs halında ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində silah qismində istifadə olunan əşya ilə zor tətbiq olunması ilə müşayət olunan qərəzli hərəkətlər edərək xuliqanlıq cinayətini törətmişdir. Belə ki, o, həmyerlisi Zərərçəkmiş şəxs2 xx.xx.2020-ci il tarixdə təxminən saat 17:30 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, massiv 1 ünvanında, yolun kənarında qardaşı Şahid1 döyüb xəsarət yetirməsini bəhanə edərək sonuncunun övladları Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə bir qrup şəxs halında dərhal Zərərçəkmiş şəxs2 yaşadığı Bakı şəhəri, Qaradağ rayonu, ünvan 2 ünvanına gedərək, qəsdən ictimai qaydanı kobud surətdə pozub, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan, cəmiyyətdə insanlar arasında bərqərar olunmuş birgə yaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər etməklə, silah qismində istifadə etdiyi əlində olan təkər açarı ilə bir dəfə Zərərçəkmiş şəxs2 sağ bazu nahiyyəsinə vuraraq, sağ bazunun qançırı ilə müşayiət olunan sağlamlığa zərər vurmayan xəsarətlər yetirməklə xuliqanlıq etmişdir. Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası CM-nin 221.2.1 və 221.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, Şahid1 onun atasıdır, Təqsirləndirilən şəxs3 isə onun qardaşıdır. Onlarla münasibətləri normaldır. Zərərçəkmiş şəxs2 və onun qardaşı Zərərçəkmiş şəxs1 isə onun anasının əmisi oğlanlarıdır və onlarla münasibətləri normal olmuşdur. Lakin qardaşı Cəmilin onlarla münasibətləri pis olmuşdur. Belə ki, təxminən hadisədən 15 gün əvvəl Cəmil yolla gedən zaman Novruzun yanında fit çaldığına görə mübahisələri olmuş və həmin zaman Novruz əli ilə Cəmilin sifət nahiyyəsindən vurmuşdur. Buna görə də onların münasibətləri pozulmuşdur. xx.xx.2020-ci il tarixdə təxminən saat 17:30 radələrində o, işdən evə gələndə yolda əmisi Nağı ilə oğlu Xətainin əmisinin idarə etdiyi avtomaşınla evə tərəf getdiyini görmüş və o da onlarla birlikdə evə gəlmişdir. Əmisi Nağı ilə onların həyəti yanyanadır. O, avtomaşına əyləşən kimi atası Bakir, əmisi Nağının mobil telefonuna zəng edərək təcili özünü evə çatdırmasını demişdir. O, Cəmilin uşaqlarına nəsə olmasını düşünmüşdür. Onlar birlikdə təxminən üç dəqiqədən sonra həyətin qarşısında avtomaşından düşmüşlər. Həyət qapısında atasının sifət nahiyyəsində xəsarət izləri görmüşdür. Həmin vaxt kimsə TTY stansiyasına zəng etmişdir. O, atasından nə baş verdiyini soruşduqda atası bildirmişdir ki, qohumları Valeh onu Məscidin yanında döymüşdür. O, evə gedərək evdən mətbəxdə olan çörək doğramaq üçün istifadə edilən bıçağı götürərək şalvarının kəmər yerinə keçirdərək həyət darvazasından çıxmaq istəyəndə əmisi oğlu Xətai qarşını kəsmiş və onu küçəyə buraxmamışdır. Bu zaman Cəmildə gəlmiş və onlar birlikdə həyət darvazasından çıxaraq Valehin yaşadığı evə tərəf qaçmışdır. Orada Valehi həyətdən küçəyə çağırmışdır. Valeh əlində dəmir parçası ilə küçəyə çıxmışdır. Cəmil ondan atasını nə üçün vurduğunu soruşmuşdur. Bu zaman Valeh onu və qardaşı Cəmili nalayiq sözlər ilə söyüb təhqir edərək əlində olan dəmir parçası ilə hər ikisinin baş nahiyyəsindən vurmuşdur. Bu zaman o, üzərində olan evdən götürdüyü bıçaqla Valehin bədənindən vurmuşdur. Lakin Valeh onları əlində olan dəmir parçası ilə vurmaqda davam etdiyindən o, ikinci dəfə bıçağı onun bədəninə vurmuşdur. Valeh yerə çökəndə qardaşı Cəmil Valehin yerə atdığı dəmir parçasını götürmüş və Valehin baş nahiyyəsindən bir dəfə zərbə ilə vurmuşdur. Valeh qışqıraraq qardaşı Novruzu çağırmışdır. Həmin zaman Xətai və əmisı Nağı onların yanına çatmışdır. Əmisi Nağı əlində olan dəmir parçası ilə Valehin sağ qol nahiyyəsindən bir dəfə vurmuşdur. Bu vaxt Valehin qardaşı Novruz həyətdən küçəyə çıxmış və onlara tərəf gələrək nalayiq sözlər ilə söymüşdür. Cəmil də Valehin onları vurduğu dəmir parçası ilə Novruzun baş nahiyyəsindən vurmuşdur. Həmin zaman orada olan Valehin qonşuluğunda yaşayan qonşuları çölə çıxmış və onlar sakitləşdirmişlər. Onun əlində olan bıçaq həmin zaman yerə düşmüşdür. Orada olan şəxslər onları sakitləşdirdikdən sonra o, qardaşı Cəmil, əmisi Nağı və əmisi oğlu Xətai ilə birlikdə evə gəlmişlər. O, evə gələndə Valehin onları vurduğu dəmir parçasını götürərək özləri ilə evə gətirmişdir. Onlar yolda evə gələn zaman məscidin yaxınlığında anası Gülcahan və bibisi Gülbacı qabaqlarına çıxmış və anası onları görən kimi özündən getmişdir. Evdə X24 zəng etmişlər, TTY gəldikdən sonra onları xəstəxanaya aparmışlar. O öz ifadəsində daha sonra göstərmişdir ki, hal-hazırda əməlindən səmimi peşmandır. Zərərçəkmiş şəxslərlə barışdığını, zərərçəkmiş şəxslərin ona qarşı heç bir şikayət və tələbinin olmadığını və qohum olmalarını nəzərə alaraq məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs3 ona Azərbaycan Respublikası CM-nin 221.2.1 və 221.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, Şahid1 onun atası, Təqsirləndirilən şəxs2 isə onun qardaşıdır. Onlarla münasibətləri normaldır. Zərərçəkmiş şəxs2 və onun qardaşı Zərərçəkmiş şəxs1 isə onun anasının əmisi oğlanlarıdır və onlarla münasibətləri əvvəllər də normal olmamışdır. Belə ki, təxminən hadisədən 15 gün əvvəl o, yolla gedən zaman Novruzun yanında fit çaldığına görə mübahisəsi olmuş və həmin zaman Novruz onu əli ilə sifət nahiyyəsindən vurmuşdur. Buna görə də aralarında münasibətləri pozulmuşdur. xx.xx.2020-ci il tarixdə təxminən saat 17:30 radələrində o, işdən evə gələndə həyət qapısında atasnın idarə etdiyi VAZ 2107 markalı ** ST *** dövlət qeydiyyat nişanlı avtomaşından düşərkən sifət nahiyyəsində xəsarət izləri görmüşdür. O, atasından nə baş verdiyini soruşduqda atası bildirmişdir ki, qohumu Valeh onu Məscidin yanında döymüşdür. Həmin vaxt kimsə TTY stansiyasına zəng etmişdir. Bu zaman əmisi Nağı, oğlu Xətai və qardaşı Abid darvaza qapısından içəri daxil olmuşdur. Abid atasını elə vəziyyətdə görüb evə gedərək evdən mətbəxdə olan çörək doğramaq üçün istifadə edilən bıçağı götürərək şalvarının kəmər yerinə keçirdərək həyət darvazasından çıxmaq istəyəndə əmisi oğlu Xətai qarşısını kəsmiş və onları küçəyə buraxmamışdır. Lakin onlar Xətainin əlindən çıxaraq həyət darvazasından çıxaraq Valehin yaşadığı evə tərəf qaçmışdır. Orada Valehi həyətdən küçəyə çağırmışdır. Valeh əlində dəmir parçası ilə küçəyə çıxmışdır. O, Valehdən atasını nə üçün vurduğunu soruşmuşdur. Bu zaman Valeh onu və qardaşı Abidi nalayiq sözlər ilə söyüb təhqir edərək əlində olan dəmir parçası ilə hər ikisinin baş nahiyyəsindən vurmuşdur. Bu zaman Abid üzərində olan evdən götürdüyü bıçaqla Valehin bədənindən vurmuşdur. Lakin Valeh onları əlində olan dəmir parçası ilə vurmaqda davam etdiyindən Abid ikinci dəfə bıçağı onun bədəninə vurmuşdur. Valeh yerə çökəndə o, Valehin yerə atdığı dəmir parçasını götürmüş və Valehin baş nahiyyəsindən bir dəfə zərbə ilə vurmuşdur. Valeh qışqıraraq qardaşı Novruzu çağırmışdır. Həmin zaman Xətai və əmisi Nağı onların yanına çatmışdır. Əmisi Nağı əlində olan dəmir parçası ilə Valehin sağ qol nahiyyəsindən bir dəfə vurmuşdur. Bu vaxt Valehin qardaşı Novruz həyətdən küçəyə çıxmış və onlara tərəf gələrək nalayiq sözlər ilə onları söymüşdür. O da Valehin onları vurduğu dəmir parçası ilə Novruzun baş nahiyyəsindən vurmuşdur. Novruz onun boğazından tutmuşdur. O da dəmir parçası ilə əlindən vurmuşdur. Novruz onu buraxmışdır. Həmin zaman orada olan Valehin qonşuluğunda yaşayan qonşuları çölə çıxmış və onları sakitləşdirmişlər. Abidin əlində olan bıçaq həmin zaman yerə düşmüşdür. Orada olan şəxslər onları sakitləşdirdikdən sonra o, qardaşı Abid, əmisi Nağı və əmisi oğlu Xətai ilə birlikdə evə gəlmişlər. Abid evə gələndə Valehin onları vurduğu dəmir parçasını götürərək özü ilə evə gətirmişdir. Onlar yolda evə gələn zaman məscidin yaxınlığında anası Gülcahan və bibisi Gülbacı qabaqlarına çıxmış və anası onları görən kimi özündən getmişdir. Evdə X24 zəng etmişlər, TTY gəldikdən sonra onları xəstəxanaya aparmışlar. Məhkəmə-Tibbi ekspertizasının xx xxxxxx 2020-ci il tarixli 742 saylı rəyində göstərilən xəsarətlərdən başın sol alın təpə nahiyyəsinin əzilmiş yarası xəsarətini Zərərçəkmiş şəxs2 o yetirmişdir. Digər xəsarətləri isə qardaşı Abid və əmisi Nağı yetirmişdir. Məhkəmə-Tibbi ekspertizasının xx xxxxxx 2020-ci il tarixli 742 saylı rəyində göstərilən xəsarətlərdən başın sol alın təpə nahiyyəsinin əzilmiş yarası xəsarətini Zərərçəkmiş şəxs2 o, yetirmişdir. Digər xəsarətləri isə qardaşı Abid və əmisi Nağı yetirmişdir. Məhkəmə-Tibbi ekspertizasının xx xxxxxxx 2020-ci il tarixli 740 saylı rəydə göstərilən başın ənsə nahiyyəsinin əzilmiş yarası, sol təpə nahiyyəsinin dərialtı hematoması, sağ saidin sıyrığı xəsarətlərini Zərərçəkmiş şəxs1 o yetirmişdir. Hadisə zamanı o, Zərərçəkmiş şəxs2 əlində olan dəmir parçası ilə baş nahiyyəsindən bir dəfə vurmuşdur. Qardaşı Abid isə əlində olan bıçaqla onun bədən nahiyyəsindən vurmuşdur. Əmisi Nağı əlində olan dəmir parçası ilə Valehin qolundan vurmuşdur. Xətai onları sakitləşdirmişdir. Xətai Valehi vurmamışdır. Hadisə zamanı Valeh əlində olan dəmir parçası ilə onun baş nahiyyəsindən xəsarət yetirmiş və o, xəsarət almışdır. Hadisə xx.xx.2020-ci tarixdə təxminən saat 17:30 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, massiv 1-də Valehin yaşadığı evin qarşısında baş vermiş, hadisəni qonşuluqda olan şəxslər Zaman, Natiq, Şahin və yadında qalmayan digər şəxslər olmuşdur. O öz ifadəsində daha sonra göstərmişdir ki, hal-hazırda əməlindən səmimi peşmandır. Zərərçəkmiş şəxslərlə barışdığını, zərərçəkmiş şəxslərin ona qarşı heç bir şikayət və tələbinin olmadığını, ailəli olmaqla himayəsində üç azyaşlı uşağının olmasını və qohum olmalarını nəzərə alaraq məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası CM-nin 221.2.1 və 221.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, Şahid1 onun qardaşı, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 onun qardaşı oğlanlarıdır. Onlarla münasibətləri normaldır. Zərərçəkmiş şəxs2 ilə onun qardaşı Zərərçəkmiş şəxs1 isə onun həmkəndliləri və uzaq qohumlarıdır. Onlarla münasibətləri əvvəllər normal olmuşdur. Belə ki, onun qardaşı qızı, Valehin həyat yoldaşıdır. Təxminən 15 gün hadisədən əvvəl qardaşı oğlu Cəmil yolla gedən zaman Novruzun yanında fit çaldığına görə mübahisəsi olmuş və həmin zaman Novruz əli ilə Cəmilin sifət nahiyyəsindən vurmuşdur. Buna görə də Novruz və Valeh arasında münasibətlər pozulmuşdur. O, idarə etdiyi “Mercedes” markalı ** BZ *** dövlət nömrə nişanlı avtomaşınla qəsəbədə hazırlığa gedən uşaqları müəllim yanına aparıb gətirirmiş. xx.xx.2020-ci il tarixdə təxminən saat 17:30 radələrində o, idarə etdiyi avtomaşınla evə gələndə yolda oğlu Xətai ilə qardaşı oğlu Abidin birlikdə işdən gəldiklərini görərək avtomaşını saxlamış və onları avtomaşına sərnişin kimi əyləşdirərək evə tərəf gəlmişdir. Onlar yolda olan zaman qardaşı Bakir onun mobil telefonuna zəng edərək bildirmişdir ki, onu Valeh döymüş, təcili evə gəlməsini demişdir. O da oğlu və qardaşı oğlu Abidlə birbaşa Bakirin evinin qarşısına getmişdir. Orada Bakirin xəsarət almış vəziyyətdə həyətdə yerdə uzandığını görmüşlər. O, Abid və Xətai həyətə girəndə Bakirin digər oğlu Cəmil həyətdən çıxaraq Valehgilə getmişdir. Bu zaman onun oğlu Xətai və Bakirin digər oğlu Abid də Cəmilin arxası ilə qaçmışdır. O, idarə etdiyi avtomaşını həyətdə saxlayaraq avtomaşının ayaqaltı hissəsində olan təkər açarını da götürərək uşaqların arxası ilə bacısı Gülbacı və Bakirin həyat yoldaşı Cahanla birlikdə tələsik getmişdir. Onlar məscidin yanından ara yolla Valehin qapısına gedən zaman görmüşdür ki, Valehlə qardaşı oğlanları Cəmil və Abid mübahisə edərək dalaşırlar. Abidlə Cəmilin başından qan axdığını gördüyü üçün Valehə yaxınlaşaraq əlində olan təkər açarı ilə onun qolundan vurmuşdur. Həmin yerə xeyli adam toplanmışdır. O, Cəmili, Abidi və Xətaini götürərək öz evlərinə gəlmişdir. Hadisə zamanı xəsarət almamış və buna görə də ekspertizadan keçmək istəməmişdir. X21 vuraraq xəsarət yetirdiyindən o, təkər açarını avtomaşından götürərək getmişdir ki, ona kimsə hücum eləsə özünü qorusun. Hadisə Bakı şəhəri, Qaradağ rayonu, ünvan 3 ünvanının qarşısında Valehin həyətinin qarşısında küçədə baş vermişdir. Həmin zaman orada həmin küçədə olan qonşular olmuş və onlar Valehin evinin qarşısına toplaşaraq davada iştirak edən şəxsləri sakitləşdirməyə çalışmışlar. O öz ifadəsində daha sonra göstərmişdir ki, hal-hazırda əməlindən səmimi peşmandır, “şəkər” və “hepatit C” xəstəsi olmaqla ömürlük 2-ci qrup əlildir. Zərərçəkmiş şəxslərlə barışdığını, zərərçəkmiş şəxslərin ona qarşı heç bir şikayət və tələbinin olmadığını və qohum olmalarını nəzərə alaraq məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 öz ifadəsində göstərmişdir ki, Şahid1 ilə həmkəndlidir və heç bir qohumluq əlaqəsi olmamışdır. Onun bilmədiyi səbəbdən Bakirin oğlu Cəmil ilə onun qardaşı Novruzun arasında olan söz söhbətlərə son qoyulması məqsədi ilə bir neçə dəfə Bakir və Bakirin qardaşı Nağdalı ilə onun dayısı Şirinağa söhbətlər etmişdir. Lakin buna baxmayaraq Cəmil yenə də qardaşı Novruza sataşmışdır. xx.xx.2020-ci il tarixdə təxminən saat 17:30 radələrində o, mağazaya gedən zaman yolda Bakirin idarə etdiyi ağ rəngli “Vaz 21074” markalı dövlət nömrə nişanını bilmədiyi avtomaşınla gəldiyini görmüşdür. O, əl edib Bakiri saxlatmışdır. Bakir avtomaşını saxlamış və o, Bakirin avtomaşında tək olduğunu görmüşdür. Bakir avtomaşından yerə düşməmişdir. O, Bakirə bildirmişdir ki, uşaqlarını yığışdır, hər dəfə onların məhləsindən keçəndə onları fitə basır. Bundan sonra Bakir avtomaşını kənara, yəni yolun kənarına sürüb saxlamış və avtomaşından düşərək ona tərəf gəlmişdir. Bakir ona yaxınlaşaraq onunla mübahisə etməyə başlamışdır. Bu zaman o əli ilə Bakirin sifət nahiyyəsindən tutaraq onu söyməyə başlamış və sonra əli ilə Bakirin boğaz nahiyyəsindən yapışaraq onu avtomaşının qapısına söykəmişdir. Həmin vaxt o əli ilə Bakirin başından zərbə ilə vurmuş və oradan uzaqlaşaraq evə gələn zaman Bakir onu söymüş, o da onu söymüşdür. Bu zaman Bakir onun başına oyun açacağı ilə hədələmişdir. Təxminən bir neçə dəqiqədən sona evdə olan zaman həyətin darvazasının möhkəm döyüldüyünü eşitmişdir. O, darvazanın döyülməsindən Bakirin oğlanları olmasını bilmişdir. Buna görə də həyətdə olan dəmir parçasını əlinə götürərək qapını açmışdır. O, qapını açan zaman qapının qarşısında Nağdalını, onun oğlu Xətaini, Bakirin oğlanları Cəmili və Abidi görmüşdür. Onlar onu həyətdən küçəyə çağırmışdır. O əlində olan dəmir parçası ilə küçəyə çıxmışdır. Cəmil ondan atasını nə üçün vurduğunu soruşmuşdur. Bu zaman münaqişə yaranmış və o, onları nalayiq sözlərlə söyüb təhqir edərək əlində olan dəmir parçası ilə Abid və Cəmilin baş nahiyyəsindən vurmuşdur. Bu zaman Abid üzərində olan bıçaqla onun bədənindən vurmuş, o dəmir parçası ilə onları vurmağa davam etdiyi üçün Abid onu ikinci dəfə bıçaqla vurmuşdur. Bundan sonra o, yerə çökəndə Cəmil onun yerə atdığı dəmir parçasını götürmüş və onun baş nahiyyəsindən bir dəfə zərbə ilə vurmuşdur. O, zərbənin təsirindən özünü itirmiş və yerə yıxılan zaman qışqırmışdır. Onun səsinə qardaşı Novruz qapıya gəlmişdir. Bu zaman o, nə baş verdiyini anlayar anlamaz Nağı onu əlində olan bıçaqla vurmuşdur. Bundan sonra hadisə yerinə qonşuları gəlmişdir. Qonşusu Natiq onu digər qonşusu Şahinin avtomaşınına əyləşdirərək X27 Stansiyasına aparanda yolda TTY avtomaşını ilə rastlaşmış və onu Natiq TTY avtomaşını ilə 3 saylı Şəhər Kliniki Xəstəxanasına aparmışdır. Bu hadisə xx.xx.2020-ci tarixdə təxminən saat 17:30 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, massiv 1-də onun evinin qarşısında baş vermiş, hadisəni qonşuluqda olan yadında qalmayan şəxslər görmüşlər. Zərərçəkmiş şəxs2 məhkəməyə ərizə təqdim edərək təqsirləndirilən şəxslər ilə barışdığını, onlara qarşı heç bir şikayət və tələbinin olmadığını bildirərək onlara yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, Zərərçəkmiş şəxs2 onun qardaşıdır, Şahid1 isə həmkəndlisidir və heç bir qohumluq əlaqəsi olmamışdır. O, şənbə və bazar günləri istirahət günü olduğundan işə getmir. xx.xx.2020-ci il tarixdə təxminən 17:30 radələrində yaşadığı evdə yatdığı zaman həyat yoldaşı X15 onun yuxudan durğuzaraq küçədə səsküy olmasını bildirmişdir. O, yerindən duraraq paltarını geyinib küçəyə çıxmışdır. O, küçəyə çıxdıqda qardaşı Valehlə Bakirin oğlanları Cəmil, Abid, Bakirin qardaşı Nağı və Nağının oğlu Xətainin mübahisə etdiklərini görmüşdür. Valeh həmin zaman əlini yanına tutaraq oturaq vəziyyətdə olmuşdur. O, nə baş verdiyini soruşanda Nağı ona yumruq atmışdır. Nağının yumruğu onun dodağının sol üst tərəfindən dəymişdir. O, Nağının üzərinə gedən zaman onu Cəmil əlində olan bıçaqla arxadan baş nahiyyəsindən vurmuşdur. O, sağ əli ilə başını tutan zaman bıçaq zərbələrindən biri əlinin bilək hissəsindən dəymişdir. Bundan sonra səs-küyə qonşular gəlmiş və onları aralaşdırmışdır. O, köməkləşib Valehi qonşuları Şahinin avtomaşınına əyləşdirərək yaxınlıqda yerləşən X27 stansiyasına yola salmışdır. Özü isə qardaşı Elqəmin idarə etdiyi avtomaşınla TTY stansiyasına getmişdir. Hadisə zamanı ona baş nahiyyəsindən Cəmil əlində olan bıçaqla xəsarət yetirmiş, əlini başına tutan zaman həmin bıçaq zərbələrindən biri əlinin bilək nahiyyəsinə dəymişdir. Bundan əlavə onun dodağının üst sol hissəsindən Nağı əli ilə vurmuşdur. Hadisə zamanı o, heç kimə xəsarət yetirməmişdir. Hadisə xx.xx.2020-ci tarixdə təxminən saat 17:30 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, massiv 1-də mənim evinin qarşısında baş vermiş, hadisəni qonşuluqda olan şəxslər Zaman, Natiq, Şahin və yadında qalmayan şəxslər olmuşdur. O, eşitdiyinə görə Valeh hadisə zamanı Cəmil və Abidə xəsarət yetirmişdir. Zərərçəkmiş şəxs1 məhkəməyə ərizə təqdim edərək təqsirləndirilən şəxslər ilə barışdığını, onlara qarşı heç bir şikayət və tələbinin olmadığını bildirərək onlara yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 öz ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 onun oğlanlarıdır və onlarla münasibəti normaldır. Zərərçəkmiş şəxs2 isə onun həmkəndlisi və uzaq qohumu olmaqla onunla münasibəti əvvəllər normal olmuşdur. Lakin son zamanlar, yəni 2020-ci ilin sentyabr ayının əvvəllərində oğlu Cəmillə Valehin qardaşı Novruzun mübahisəsi düşdüyündən münasibətləri pozulmuşdur. Belə ki, bir müddət bundan əvvəl onun oğlu Cəmil yol ilə gedən zaman Novruzun yanından keçəndə fit çalmış və buna görə də onların mübahisəsi olmuşdur. O, bu hadisədən sonra Valehlə və Novruzla bu barədə söhbət etmiş və münasibətləri qaydasına qoymuşdur. O, bundan sonra onların evini tərk edərək evə gəlmiş və oğlu Cəmilə nəsihət vermişdir. O, həmin zaman Valehə zəng edərək bildirmişdir ki, oğlu Cəmilin dərsini vermiş, bundan sonra bu söhbətin üzərinə gəlməsinlər. Lakin həmin söhbətdən təxminən bir həftə sonra Valehin qardaşı Novruz və Alışın oğlu Kənan Cəmilin qəsəbədə qarşısını kəsərək mübahisə etmişlər. O da Valehə zəng edərək bu söz-söhbətin uzanmamasını istəmiş və onlardan üzrxahlıq etmişdir. Valeh onu mobil telefonda nalayiq küçə söyüşləri ilə təhqir edərək söymüşdür. O da onun cavabını vermişdir. Valeh ona bu söyüşlərinə görə cavab verəcəyini bildirmişdir. O, Valehə birinci söydüyü üçün cavabını söyüşlə qaytardığını bildirmişdir. Bir müddətdən sonra, yəni xx.xx.2020-ci il tarixdə təxminən saat 17:30 radələrində o, idarə etdiyi “VAZ 21074” markalı ** TS *** dövlət nömrə nişanlı avtomaşınla yaşadığı evdən çıxıb nəvələrini müəllim yanından gətirmək üçün gedən zaman qəsəbənin içərisində evdən təxminən 200 metr kənarlaşmamış məscidin yaxınlığında Valeh onun idarə etdiyi avtomaşının qarşısını kəsmişdir. O, avtomaşını saxlamış, bu zaman Valeh avtomaşının sürücü tərəfinə gələrək ona nə üçün söyüş söydüyünü demişdir. Bu zaman Valeh əlini onun sifət nahiyyəsinə tutaraq barmağının birini ağzına salaraq yenə də onu söyməyə başlamışdır. Valeh avtomaşının qapısını açaraq onu avtomaşından sürüyərək çıxartmış və əli ilə boğaz nahiyyəsindən yapışaraq ayağa qaldırıb avtomaşının qapısına söykəmişdir. Onun həmin zaman şəkəri qalxdığından və nəfəsi kəsildiyindən Valehin əlindən çıxmaq üçün əli ilə Valehi kənara itələmişdir. Həmin vaxt Valeh əli ilə onun başından zərbə ilə vurmuşdur. O, yerə yıxılmışdır. O, sağ ayağında protez olduğundan Valeh sağ ayağında olan protezi əlinə alaraq onu yerdə sürüməyə başlamışdır. Bundan sonra Valeh onu orada qoyaraq çıxıb getmişdir. Valeh getdikdən sonra o, birtəhər yerdən qalxaraq cib dəsmalı ilə sifətinin qanını silmiş və avtomaşına əyləşmiş, avtomaşını işə salaraq evə getmişdir. O, həyətdə avtomaşından düşən kimi yerə yıxılmış və həmin zaman oğlu Cəmil onu kimin bu vəziyyətə saldığını soruşmuş və o, Valehin adını çəkdikdən sonra özündən getmişdir. O, gözünü açanda X27 avtomaşınında olduğunu bilmişdir. Həmin TTY onu xəstəxanaya yerləşdirmişdir. Həmin zaman Valehi vurmamışdır. Belə ki, Valeh onun boğazından tutub avtomaşının qapı hissəsinə sıxan zaman onun şəkəri qalxdığından və nəfəsi kəsildiyindən o, əli ilə itələyərək özündən uzaqlaşdırmışdır. O, Valehin sifət nahiyyəsindən vurmamışdır. Hadisə xx.xx.2020-ci tarixdə təxminən saat 17:30 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, massiv 1-də Məscidin yaxınlığında baş vermişdir. Hadisə zamanı ətrafda kənar şəxslər olmamışdır. Hadisə təxminən 5 dəqiqə davam etmişdir. Məhkəmə tibbi ekspertizasının xx xxxxxx 2020-ci il tarixli 743 saylı rəyinə əsasən həmin xəsarətləri ona Zərərçəkmiş şəxs2 əli ilə xx.xx.2020-ci il tarixdə təxminən saat 17:30 radələrində Qobustan qəsəbəsində massiv 1 də yerləşən Məscidin yaxınlığında yetirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, Şahid1 onun həyat yoldaşıdır, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Bakir oğlu isə onun oğlanlarıdır. Onlarla münasibətləri normal olmuşdur. Zərərçəkmiş şəxs2 və onun qardaşı Zərərçəkmiş şəxs1 isə onun uzaq qohumlarıdır və münasibətləri əvvəllər də normal olmuşdur. Son zamanlar, yəni 2020-ci ilin sentyabr ayının əvvəllərində onun oğlu Cəmillə Novruzun arasında mübahisə yaranmış və bundan sonra həyat yoldaşı Bakir həmin mübahisəni Novruzun qardaşı Valehin evinə gedərək üzrxahlıq edərək yoluna qoymuşdur. xx.xx.2020-ci il tarixdə təxminən saat 17:30 radələrində evdə olduğu zaman Bakir nəvələrini hazırlıqdan gətirməkdən ötrü idarə etdiyi “VAZ 2107” markalı ** ST *** dövlət qeydiyyat nişanlı avtomaşınla həyətdən çıxmışdır. Təxminən Bakir 5 dəqiqədən sonra geri qayıtmış, onun üzərində qan olmuşdur. Bakir üzəri qanlı halda avtomaşından yerə düşmüş və yerə yıxılmışdır. Bu zaman evdə olan oğlu Cəmil ondan nə hadisə baş verdiyini soruşduqda Bakir Valehin adını çəkmiş və özündən getmişdir. Həmin vaxt oğlu Abid, qaynı Nağı və Nağının oğlu Xətai ilə birlikdə həyətə daxil olmuşlar. Kimsə X27 stansiyasına zəng etmişdir. Abid Bakirin özündən getdiyini görüb mətbəxə getmiş və mətbəxdən çıxaraq həyətin darvazasından çıxmaq istəmişdir. Onun arxası ilə Cəmil də getmişdir. Xətai onları nə qədər sakitləşdirmək istəsə də Cəmillə Abid onu itələyərək qapıdan çıxaraq qaçmışlar. Xətai də onları saxlamaq üçün qapıdan çıxmışdır. Bu zaman Nağı da həyətdən çıxmışdır. O və baldızı Gülbacı uşaqların arxası ilə getmişdir. Onlar qəsəbədə yerləşən Məscidin qarşısına çatanda Nağı, Xətai, Abid və Cəmillə qarşılaşmışdır. Cəmilin əlində dəmir olmuşdur. Cəmillə Abidin baş nahiyyələrindən qan axırmış, onları gördükdə özündən getmiş və onu evə gətirmişlər. Hadisə zamanı heç bir xəsarət almamışdır. Bu hadisə xx.xx.2020-ci tarixdə təxminən saat 17:30 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, massiv 1-də məscidin qarşısında Valeh Bakiri vurduqdan sonra evə gəlmiş və bundan sonra oğlanları Cəmil, Abid və qaynı Nağı Valehin yaşadığı evin qarşısında dava etmişlər. O, həyəcanlı olduğundan və özünü itirdiyindən onların əlində hər hansı bir alətin və ya əşyanın olduğunu görməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 onun qardaşıdır, Şahid1 isə həmkəndliysidir və uzaq qohumdur. Onunla münasibətləri normal olmuşdur. xx.xx.2020-ci il tarixdə təxminən saat 19 radələrində yaşadığı evdən idarə etdiyi “Kia Sorento” markalı ** ED *** dövlət qeydiyyat nişanlı avtomaşınla tək qardaşı Valehlə Novruzun yaşadığı məhəlləyə gələn zaman Valehlə Novruzun evinin qarşısında qarşısına Bakirin oğlanları Cəmil, Abid, Bakirin qardaşı Nağdalı və onun oğlu Xətai çıxmışlar. O, onlardan nə hadisə baş verdiyini soruşmuşdur. Onlar ona heç bir söz deməmiş və Valehlə Novruzun evdə olmadığını bildikdən sonra çıxıb getmişdir. O, idarə etdiyi avtomaşınla gəlib onlara yaxınlaşmış və Nağdalıya bu məsələni yoluna qoymasını bildirmişdir. Bu zaman Nağdalı o, avtomaşında olanda ona bir yumruq atmış, lakin onun yumruğu avtomaşının güzgüsünə dəymişdir. Həmin zaman oraya dayısı Şirinağa gəlmiş və o da Nağını və onun yanındakıları sakitləşdirməyə çalışmışdır. Bundan sonra hamı sakitləşmiş və hərə öz evinə çıxıb getmişdir. xx.xx.2020-ci il tarixdə təxminən saat 17:30 radələrində yaşadığı evdə olan zaman qardaşı Novruzun həyat yoldaşı Şəhla mobil telefon vasitəsi ilə ona zəng edərək həyəcanlı şəkildə bildirmişdir ki, Valehi bıçaqla vurublar, qan aparır özünü çatdır. O da tez idarə etdiyi avtomaşınla Valehin yaşadığı məhəlləyə gəlmişdir. O, yolda qonşuları Şahinin idarə etdiyi avtomaşını surətlə keçdiyini görmüşdür. O, məhəlləyə gəlib çatdıqda ona bildirmişlər ki, X23 avtomaşını ilə X24 aparmışdır. O, Novruzun baş nahiyyəsindən qan gəldiyini görüb onu avtomaşına əyləşdirərək X27 Stansiyasına aparmışdır. O, Novruzu TTY stansiyasında qoyaraq Valehin arxası ilə xəstəxanaya getmişdir. O, qardaşlarını kimin vurduğunu görməmişdir. Həmin hadisə zamanı hadisə yerində olmamış və sonradan ora getmişdir. O, həmin zaman heç bir xəsarət almamışdır. Onun avtomaşının Nağının yumruqla vurması nəticəsində zədələnməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, Zərərçəkmiş şəxs2 ilə o, qonşudur, onunla qohumluq əlaqəsi vardır. Şahid1 isə həmkəndlisidir və onunla da münasibətləri normal olmuşdur. xx.xx.2020-ci il tarixdə təxminən 18 radələrində yaşadığı evdən gedib oğlu Amətin evindən qənd götürüb geri qayıdan zaman məhəllədə Gülbacı, Cahanın və təxminən dörd nəfər kişinin küçə ilə keçdiklərini görmüşdür. O, onlardan hər hansı bir hadisə baş verdiyini soruşmuşdur. Onlar heç bir cavab verməmişlər. Onlar Valehin yaşadığı evin qarşısına çataraq darvazanı döymüş və Valehi çağırmışdır. Valeh çölə çıxmış və onlar tutaşmış, o isə yolunu davam edərək küçənin tinini dönmüş və gəlini ilə nəvələrinin çölə çıxdıqlarını görən kimi onları həyətə salmışdır ki, dava olsa görməsinlər. O, uşaqları evə qoyduqdan sonra geri dava olan yerə qayıtmışdır. O, Valehin qapısının qarşısına çatdıqda Valehin qardaşı Novruz əynində olan alt köynəyi ilə qapıya çıxmışdır. Həmin zaman orada olan şəxslərdən biri əlində olan əşya ilə Novruzun baş nahiyyəsindən vurmuşdur. Novruzun başından qan axmağa başlamışdır. O, orda olan Gülbacı ilə Cahana qışqıraraq onları bu hadisəni törətməkdə günahlandırmışdır. Bundan sonra onlar aralaşaraq çıxıb getmişlər. Gedən zaman onların yanında olan Nağı adlı şəxs arxa-arxaya gedən zaman yıxılmış və onun əlində olan dəmir parçası yerə düşmüşdür. O, onların arxası ilə qışqıra-qışqıra gedərək Məscidin yanına qədər qovalamışdır. Onlar Məscidin yanından keçəndən sonra o, geri qayıdaraq həmin dəmir parçasını götürüb Valehin və Novruzun yanına getməyərək öz evinə qayıtmışdır. Dava-dalaş xx.xx.2020-ci il tarixdə təxminən saat 18 radələrində Bakı şəhəri, Qaradağ rayonu, ünvan 4 ünvanında Valehin evinin qarşısında baş vermişdir. Hadisə təxminən 10 dəqiqə davam etmişdir. Hadisə yerində Novruz, Valeh, Gülbacı, Cahan, Nağı və dörd nəfər tanımadığı şəxslər olmuşlar. Həmin dəmir parçası ilə Novruzun baş nahiyyəsinə zərbə vurulduğunu görmüşdür. Həmin zərbəni kimin vurduğunu isə orada adamlar çox olduğundan görməmişdir. Çünki o, araya girərək qadınları sakitləşdirmişdir. Həmin vaxt da dəmir parçasını yuxarıda görmüşdür. Onun hadisə yerindən götürdüyü dəmir parçasının uzunluğu təxminən bir metr, diametri 10 mm olarmış, həmin dəmir parçasını istintaqa təqdim etmişdir. Hadisə zamanı heç bir xəsarət almamış və buna görə də MTE-dən keçməkdən imtina etdiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək bildirmişdir ki, Təqsirləndirilən şəxs1 onun atası, Şahid1 onun əmisi, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 onun əmisi oğlanlarıdır. Onlarla münasibətləri normal olmuşdur. Zərərçəkmiş şəxs2 və onun qardaşı Zərərçəkmiş şəxs1 isə onun anasının əmisi oğlanlarıdır. Onlarla münasibətləri normal olmuşdur. Təxminən hadisədən 15 gün əvvəl əmisi oğlu Cəmil yolla gedən zaman Novruzun yanında fit çaldığına görə mübahisələri olmuş, həmin zaman Novruz əli ilə Cəmilin sifət nahiyyəsindən vurmuşdur. Buna görə də Novruz və Valehlə aralarında münasibətlər pozulmuşdur. xx.xx.2020-ci il tarixdə təxminən saat 17:30 radələrində o, işdən çıxıb evə gələn zaman Abidi qəsəbədə yolda görmüş və onunla birlikdə evə gələn zaman atası Nağı idarə etdiyi avtomaşınla evə gələndə yolda avtomaşına sərnişin kimi əyləşdirərək evə tərəf gəlmişlər. Onlar yolda olan zaman əmisi Bəkir atasının mobil telefonuna zəng edərək Valeh tərəfindən döyüldüyünü və təcili evə gəlməsini bildirmişdir. Onlar birlikdə birbaşa Bakirin evinin qarşısına getmişdir. Orada əmisi Bakirin xəsarət alımış vəziyyətdə həyətdə yerdə uzandığını görmüşdür. O, Abid və atası Nağı həyətə girəndə əmisi Bakir bildirmişdir ki, nəvələrini gətirməyə gedən zaman Valeh avtomaşının qarşısını kəsərək onu döymüşdür. Bundan sonra əmisi Bakirin digər oğlu Cəmil həyətdən qaçmışdır. Bu zaman o, Abidi saxlamış və onu həyətdən çölə çıxmağa qoymamışdır. Lakin Abid onun əlindən çıxaraq Cəmilin arxası ilə qaçmışdır. O da onların arxası ilə qaçmışdır. O, onlardan təxminən 5-10 saniyə arxada olduğundan Valehin həyətinin qarşısına çatanda Valehin əlində dəmir materialından ucunda əyri çıxıntısı olan boru ilə Cəmilin və Abidin baş nahiyyələrindən vurduğunu, əlində olan borunu fırlatdığını və qardaşı Novruzu qışqıraqışqıra çağırdığını görmüşdür. O, tez Valehi əli ilə divara tərəf itələyərək Cəmilin və Abidin ona tərəf gəlməsini əngəlləmək istəyirmiş, bu zaman Novruz onu əli ilə itələmişdir. Orada olan Cəmil isə Valehin əlindən aldığı dəmir parçası ilə Novruzun baş nahiyyəsindən vurmuşdur. Bu zaman həmin hadisə yerinə gəlmiş adlarını unutduğu şəxslər də ona kömək edərək onları sakitləşdirmişlər. Həmin vaxt hadisə yerinə atası Nağı, bibisi Gülbacı və əmisi Bakirin həyat yoldaşı Cahan da gəlmişdir. Onları və Cəmillə Abidi də o, götürərək evə tərəf gəlmişdir. Hadisə zamanı xəsarət almamış və buna görə də MTE-dən keçmək istəmədiyini bildirmişdir. Abidin əlində bıçaq olduğunu görməmişdir. X19 və Abidin arasında olduğundan Valehi kimin vurmasını görməmişdir. Hadisə xx.xx.2020-ci il tarixdə təxminən saat 17:30 radələrində Bakı şəhəri, Qaradağ rayonu, ünvan 2 ünvanının qarşısında Valehin həyətinin qarşısında küçədə baş vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 Şirin oğlu öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək bildirmişdir ki, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 onun rəhmətə getmiş bacısı X3 oğlanlarıdır. Novruzla Valehin valideynləri rəhmətə getdikdən sonra onun nəzarəti altında böyümüş və Bakı şəhəri, Qaradağ rayonu, ünvan 2 ünvanında həyəti iki yerə bölərək ayrı ayrı girişləri olan həyətlərdə yerləşən evlərdə yaşayırlar. Şahid1 ilə həmkəndli olduğunu demişdir. Onun Bakirlə münasibətləri normal olmuşdur. X1 arasında yaranmış mübahisədən sonra o, Bakirdən Cəmilin sakit olmasını və uşaqlara sataşmamasını xahiş etmişdir. xx.xx.2020-ci il tarixdə təxminən saat 17:30 radələrində o, yaşadığı evdə olduğu zaman bacısı oğlu Novruz ona mobil telefon vasitəsi ilə zəng edərək bildirmişdir ki, “məni və Valehi bıçaqla vurublar tez gəl”. Onunla Novruzun yaşadığı evin ara məsafəsi yaxın olduğundan təxminən 5 dəqiqəyə piyada gəlmişdir. O, Novruzun və Valehin evinin qarşısına çatdıqda görmüşdür ki, Novruzun başından qan axırmış. O, nə hadisə baş verdiyini soruşduqda Novruz bildirmişdir ki, Bakirin oğlanları Cəmil və Abid, Bakirin qardaşı Nağı və Nağının oğlu Xətai evin qarşısına gələrək Valehi və Novruzu bıçaqla vurmuşlar. Valehi qonşuları Natiq avtomaşını ilə xəstəxanaya aparmışdır. Buna görə də o, tez mobil telefonu vasitəsi ilə Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə zəng edərək bu barədə məlumat vermişdir. Orada olan qonşuların biri ilə Novruzu xəstəxanaya göndərmişdir. O, hadisə yerinə çatanda hadisə yerində Novruz və Pərvanə olmuşdur. Onlardan əlavə orada kənar şəxslərin olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid9 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək bildirmişdir ki, Şahid1 və Təqsirləndirilən şəxs1 onun qardaşlarıdır. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 isə onun qardaşı Bakirin oğlanlarıdır. Onun qardaşları və qardaşı oğlanları ilə münasibətləri normaldır. Zərərçəkmiş şəxs2 və Valehin qardaşı Zərərçəkmiş şəxs1 isə onun uzaq qohumlarıdır və münasibətləri əvvəllər də normal olmuşdur. Son zamanlar, yəni 2020-ci ilin sentyabr ayının əvvəllərində qardaşı oğlu Cəmillə Novruzun arasında söz söhbət olmuş və buna görə də Cəmillə Novruzun münasibətləri pozulmuşdur. xx.xx.2020-ci il tarixdə təxminən saat 17:30 radələrində o, qonşuluqda yaşayan qardaşı Bakirin evinə gedən zaman Bakirin qapısında oğlanlarının sürətlə qaçdığını, digər qardaşı Nağı və oğlu X16 arxası ilə getdiklərini görmüşdür. O, həyətə daxil olduqda qardaşı Bakirin yerdə olduğunu baş nahiyyəsindən qan gəldiyini görmüşdür. O, həyətdə Bakirin həyat yoldaşı Gülcahandan nə hadisə baş verdiyini soruşmuşdur. Lakin Gülcahan həyacanlı olduğundan çölə qaçmış, o, da Gülcahanın arxsı ilə getmişdir. Onlar qəsəbədə yerləşən Məscidin qarşısına çatanda Nağı, Xətai, Abid və Cəmillə qarşılaşmışlar. Cəmilin əlində dəmir var imiş. Cəmillə Abidin baş nahiyyələrindən qan axırmış. O, da hamısını evə gətirmişdir. Yolda nə hadisə baş verdiyini soruşduqda ona bildirmişlər ki, Valeh qardaşı Bakirin idarə etdiyi avtomaşının qarşısını kəsərək Bakiri vurmuş, bundan sonra Bakirin oğlanları Cəmil və Abid Valehin yaşadığı Bakı şəhəri, Qaradağ rayonu, ünvan 2 ünvanında yerləşən evinə getmişlər və orada Valehlə dava etmişlər. Həmin zaman qapıya çıxan Novruzu da vurmuşlar. O, hadisə zamanı heç bir xəsarət almamışdır. Bu hadisə xx.xx.2020-ci tarixdə təxminən saat 17:30 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, Massiv 1-də Valeh qardaşı Bakiri vurduqdan sonra evə gəlmiş və bundan sonra Bakirin oğlanları Cəmil, Abid və qardaşı Nağı Valehin yaşadığı evin qarşısında dava etmişlər. İşdə olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X12 X25 Qaradağ rayon şöbəsinin xx xxxxxxx 2020-ci il tarixli 740 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 başın ənsə nahiyəsinin əzilmiş yarası, sol təpə nahiyəsinin dərialtı hematoması, sağ saidin sıyrığı müəyyən edilmişdir. Xəsarətlər bərk küt əşya (əşyalar) təsirindən törənmişlər, qərarda göstərildiyi kimi xx.xx.2020-ci il tarixdə kənar şəxs (şəxslər) təsirindən dəmir parçası ilə yetirilə bilərdilər. Qeyd olunan xəsarətlərdən başın ənsə nahiyəsinin əzilmiş yarası, sol təpə nahiyəsinin dərialtı hematoması dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid edilir, sağ saidin sıyrığı isə sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduğu üçün dərəcəsi təyin edilmir. İşdə olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X12 X25 Qaradağ rayon şöbəsinin xx xxxxxx 2020-ci il tarixli 742 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 məhkəmə-tibbi ekspertizası zamanı aşkar edilmiş xəsarətlər- sol çiyin nahiyəsinin və döş qəfəsinin sol yarısının daxilə nüfuz etməyən deşilmiş-kəsilmiş yaraları deşici-kəsici əşya (alət) (olsa bilsin bıçaq) təsirindən, başın sol alın-təpə nahiyəsinin əzilmiş yarası və sağ bazunun qançırı isə bərk küt əşya (əşyalar) təsirindən törənmişlər, qərarda göstərildiyi kimi xx.xx.2020-ci il tarixdə kənar şəxs (şəxslər) tərəfindən yetirilə bilərdilər. Qeyd olunan xəsarətlərdən sol çiyin nahiyəsinin, döş qəfəsinin sol yarasının daxilə nüfuz etməyən deşilmiş-kəsilmiş, başın sol alın-təpə nahiyəsinin əzilmiş yaraları dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid edilir, sağ bazunun qançırı isə sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduğu üçün dərəcəsi təyin edilmir. İşdə olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X12 X25 xx xxxxxx 2020-ci il tarixli 908/2020-MTBŞ saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs3 şəxsiyyət vəsiqəsinin kserosurətinə əsasən qan qrupu, ABO sistemi üzrə B alfa (İİİ), Təqsirləndirilən şəxs2 Bəkir oğlunun şəxsiyyət vəsiqəsinin kserosürətinə əsasən qan qrupu, ABO sistemi üzrə B alfa (İİİ), Zərərçəkmiş şəxs2 şəxsiyyət vəsiqəsinin kserosürətinə əsasən qan qrupu, ABO sistemi üzrə O alfa beta (İ). 2.Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs2 məxsus mayka, köynək, bıçaq üzərində olan ləkələrdə O alfa beta (İ) qruplu insan qanı aşkar olundu. Bu qan ləkələri O alfa beta (İ) qruplu şəxsə, o, cümlədən ABO sistemi üzrə Zərərçəkmiş şəxs2 məxsus ola bilər. İşdə olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X12 X25 xx xxxxxx 2020-ci il tarixli 582/2020-MTKŞ saylı rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs2 məxsus maykanın ön sağ səthində bir ədəd; köynəyin ön sol yaxalığında iki ədəd dəlibkeçən zədələr aşkar olundu. Bu zədələr deşilmiş-kəsilmiş zədələrdir, ülgücü və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin (alətlərin) təsirində, o cümlədən ekspertizaya təqdim edilmiş bıçağın tiyəsinin təsirindən və ya ona oxşar konstruktiv xüsusiyyətə malik digər bıçağın (bıçaqların) tiyəsinin təsirindən əmələ gəlməsi inkar olunmur. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs2 məxsus maykanın ön sağ aşağı hissəsində bir ədəd, maykanın arxa boyun hissəsində bir ədəd; köynəyin sol qolun arxa hissəsində bir ədəd aşkar edilmiş cırılma zədələri, qeyd edilən paltarların müvafiq nahiyyələrinə küt qüvvə etməklə gərilib dartılması nəticəsində əmələ gəlmişdir. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs2 məxsus köynəyin ön səthində tikilmiş altı ədəd düymələrdən yuxarıdan saymaqla 3 saylı düymə öz yerində yoxdur. Bu da köynəyin müvafiq nahiyyəsinə küt qüvvə tətbiq etməklə qopub düymələri düşmələri ilə izah oluna bilər. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs2 məxsus köynəyin ön sol yaxalığında aşkar edilmiş deşilmiş-kəsilmiş zədə onun bədəninin döş qəfəsinin sol yarısında olan deşilmiş-kəsilmiş yarası ilə yerləşməsinə görə nisbi olaraq üst-üstə düşürlər. Sol çiyin nahiyəsində olan yara onun paltarı üzərində öz əksini tapmamışdır. Bu da, paltarın yerdəyişməsi ilə izah oluna bilər. Ekspertizaya təqdim olunmuş bıçaq zavod üsulu ilə hazırlanmış məişət təyinatlı mətbəx bıçağıdır və soyuq silah hesab edilmir. Cinayət işi üzrə təsərrüfat-məişət təyinatlı bir ədəd mətbəx bıçağı, bir ədəd dəmir materialdan olan boru, 1 ədəd dəmir parçası maddi sübut kimi tanınmış və məhkəmənin hökmünə qədər Qaradağ RPİ-nin maddi sübutların saxlanma kamerasına təhvil verilmişdir. İş materiallarına əlavə edilmiş 11 saylı Tibbi Sosial Ekspert Komissiyasının məlumatından aydın olur ki, Təqsirləndirilən şəxs1 ümumi xəstəlik səbəbindən ikinci qrup əlildir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Akademik M.A.Topçubaşov adına Elmi-Cərrahiyə Mərkəzinin xx xxx 2017-ci il tarixli epikrizindən aydın olur ki, Təqsirləndirilən şəxs1 “şəkərli diabet, İİ tip”, “hepatit C” diaqnozu qoyulmuşdur. İş materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamələrin surətlərindən aydın olur ki, xx.xx.2017-ci il tarixdə doğulmuş X10, xx.xx.2018-ci ildə doğulmuş X11 və xx.xx.2020-ci ildə doğulmuş X7 ataları Təqsirləndirilən şəxs3dur. İş materiallarında olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 məhkumluğu barədə heç bir məlumat yoxdur. İş materiallarında olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs3 məhkumluğu barədə heç bir məlumat yoxdur. İş materiallarında olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 məhkumluğu barədə heç bir məlumat yoxdur. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı şifahi vəsatət verərək Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 CM-nin 221.2.1-ci maddəsi ilə verilmiş ittihamın CM-nin 221.3-cü maddəsi ilə əhatə olunduğundan həmin hissədə ittihamdan imtina etdiyini və ittihamın müdafiəsinin CM-nin 221.3-cü maddəsi ilə davam etdirilməsini xahiş etmişdir. Azərbaycan Respublikası CPM-nin 84.6.9-1-ci maddəsinin tələbindən aydın olur ki, məhkəmə baxışında dövlət ittihamçısı qismində iştirak edərkən prokuror şəxsə qarşı irəli sürülmüş ittihamla müqayisədə onun əməlinin daha yüngül məsuliyyət nəzərdə tutan cinayət qanununun norması ilə tövsif edilməsini və ya şəxsə qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndlərin çıxarılmasını təklif etmək hüququna malikdir. Həmin Məcəllənin 318.1-ci maddəsində göstərilir ki, məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 verilmiş ittihamdan CM-nin 221.2.1-ci maddəsi xaric edilməlidir. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə tədqiq edilmiş sübutların tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 törətmiş olduğu cinayət əməlləri tam sübuta yetir və onların əməlləri istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs2 ilk dəfə olaraq az ağır cinayət əməli törətməsini, əməlini etiraf edərək səmimi peşman olmasını, zərərçəkmiş şəxslərlə barışıq əldə etməklə zərərçəkmiş şəxslərin ona qarşı heç bir şikayət və tələblərinin olmamasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs2 əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, Təqsirləndirilən şəxs3 ilk dəfə olaraq az ağır cinayət əməli törətməsini, himayəsində üç azyaşlı uşağının olmasını, əməlini etiraf edərək səmimi peşman olmasını, zərərçəkmiş şəxslərlə barışıq əldə etməklə zərərçəkmiş şəxslərin ona qarşı heç bir şikayət və tələblərinin olmamasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs3 əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, Təqsirləndirilən şəxs1 ilk dəfə olaraq az ağır cinayət əməli törətməsini, əməlini etiraf edərək səmimi peşman olmasını, zərərçəkmiş şəxslərlə barışıq əldə etməklə zərərçəkmiş şəxslərin ona qarşı heç bir şikayət və tələblərinin olmamasını və eləcə də ikinci qrup əlil olmaqla “şəkərli diabet, İİ tip”, “hepatit C” xəstəsi olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs1 əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli 4 saylı Qərarının 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcələrini, təqsirkarların şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzaların şəxslərin islah olunmasına və onların ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 təqsirli bilindikləri maddənin sanksiyasında nəzərə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini məqsədə müvafiq hesab etsə də, onlara cəza təyin edərkən ilk dəfə olaraq az ağır cinayət əməli törətmələrini, əməllərini etiraf etməklə səmimi peşiman olmalarını, zərərçəkmiş şəxslərlə barışmaqla zərərçəkmiş şəxslərin onlara qarşı heç bir şikayət və tələblərinin olmamasını, Təqsirləndirilən şəxs3 himayəsində üç azyaşlı uşağının olmasını, Təqsirləndirilən şəxs1 ikinci qrup əlil olmaqla “şəkərli diabet, İİ tip”, “hepatit C” xəstəsi olmasını və ən əsası tərəflərin eyni qəsəbədə uzun müddət yaşamaqla qonşu və uzaq qohum olmalarını, şəxslərə ağır cəza veriləcəyi təqdirdə onlar arasında gələcəkdə yenidən münaqişənin baş verməsi ehtimalının yarana biləcəyini nəzərə alaraq təqsirləndirilən şəxslərin azadlıqdan məhrum etmə cəzasına şərti olaraq məhkum edilməsini məqsədəuyğun, həm də cəzanın məqsədlərinə nail olunması baxımından daha ədalətli və düzgün hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1-ci maddəsinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama, azadlığın məhdudlaşdırılması və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Məhkəmə təqsirləndirilən şəxsə təyin edilmiş cəzanı çəkmədən islah olunmasını mümkün hesab etməklə, üzərinə CM-nin 70.5-ci maddəsində göstərilən onun davranışı üzərlərinə nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək və iş yeri barədə məlumat vermək vəzifəsinin qoyulmasını məqsədəuyğun hesab edir. İş materiallarından aydın olur ki, Təqsirləndirilən şəxs2 şübhəli şəxs kimi xx xxxxxxx 2020-ci il tarixdə gecə saat 04:00 radələrində tutulmuş və xx xxxxxxx 2020-ci il tarixdə saat 15:00 radələrində təqsirləndirilən şəxs qismində dindirildikdən sonra barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməklə MSY-dən azad edilmişdir. Odur ki, bu hal CM-nin 69.3-cü maddəsinə əsasən cəza təyini zamanı iki gün kimi nəzərə alınmalıdır. İş materiallarından aydın olur ki, Təqsirləndirilən şəxs3 şübhəli şəxs kimi xx xxxxxxx 2020-ci il tarixdə gecə saat 02:30 radələrində tutulmuş və xx xxxxxxx 2020-ci il tarixdə saat 13:00 radələrində təqsirləndirilən şəxs qismində dindirildikdən sonra barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməklə MSY-dən azad edilmişdir. Odur ki, bu hal CM-nin 69.3-cü maddəsinə əsasən cəza təyini zamanı iki gün kimi nəzərə alınmalıdır. İş materiallarından aydın olur ki, Təqsirləndirilən şəxs1 şübhəli şəxs kimi xx xxxxxx 2020-ci il tarixdə tutulmuş və xx xxxxxx 2020-ci il tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməklə MSY-dən azad edilmişdir. Odur ki, bu hal CM-nin 69.3-cü maddəsinə əsasən cəza təyini zamanı nəzərə alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd mətbəx bıçağı, bir ədəd dəmir materialdan olan boru və bir ədəd dəmir parçası hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İbtidai istintaq zamanı və məhkəmə baxışı zamanı təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 müqavilə bağlamağa maddi imkanları olmadığı üçün onlara dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. Belə ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs2 hüquqlarının müdafiəsi üçün Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili X8 tərəfindən 47 iş saatı və X13 tərəfindən 23 iş saatı, məhkəmə baxışı zamanı isə Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3 tərəfindən 30 iş saatı, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs3 hüquqlarının müdafiəsi üçün Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən 70 iş saatı, məhkəmə baxışı zamanı isə Müdafiəçi2 tərəfindən 30 iş saatı, Təqsirləndirilən şəxs1 məhkəmə baxışı zamanı hüquqlarının müdafiəsi üçün Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 tərəfindən 30 iş saatı sərf olunmuşdur. Odur ki, təqsirləndirilən şəxslərə göstərilmiş hüquqi yardımlarla bağlı dövlət büdcəsinin vəsaiti hesabından 282 manat məbləğində pul X4, 138 manat məbləğində pul X6, 180 manat məbləğində pul Müdafiəçi3, 600 manat məbləğində pul Müdafiəçi2, 180 manat məbləğində pul Müdafiəçi1 vəkil işlədikləri Bakı şəhər 10 saylı Vəkil Bürosunun hesabına ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Odur ki, yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının CPMnin 344-347, 349, 351-353, 356, 358, 381 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 verilmiş ittihamdan Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi xaric edilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hazırkı hökmlə təyin olunmuş cəzadan çıxılsın və onun üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq edilməklə ona təyin olunmuş 02 (iki) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası 01 (bir) il 08 (səkkiz) ay sınaq müddəti müəyyən edilməklə şərti tətbiq edilsin. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 üzərinə: sınaq müddəti ərzində onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək və iş yeri barədə məlumat vermək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə Bakı şəhəri Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs3 şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hazırkı hökmlə təyin olunmuş cəzadan çıxılsın və onun üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs3 barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq edilməklə ona təyin olunmuş 02 (iki) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası 01 (bir) il 08 (səkkiz) ay sınaq müddəti müəyyən edilməklə şərti tətbiq edilsin. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi vaxtdan hesablansın. Təqsirləndirilən şəxs3 üzərinə: sınaq müddəti ərzində onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək və iş yeri barədə məlumat vermək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs3 yaşayış yeri üzrə Bakı şəhəri Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 şübhəli şəxs qismində tutulduğu 01 (bir) gün müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hazırkı hökmlə təyin olunmuş cəzadan çıxılsın və onun üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq edilməklə ona təyin olunmuş 01 (bir) il 11 (on bir) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası 01 (bir) il sınaq müddəti müəyyən edilməklə şərti tətbiq edilsin. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 üzərinə: sınaq müddəti ərzində onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək və iş yeri barədə məlumat vermək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə Bakı şəhəri Probasiya İdarəsinə həvalə edilsin. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd mətbəx bıçağı, bir ədəd dəmir materialdan olan boru və bir ədəd dəmir parçası hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxslərə göstərilmiş hüquqi yardımla bağlı bağlı dövlət büdcəsinin vəsaiti hesabından 282 (iki yüz səksən iki) manat məbləğində pul X4, 138 (yüz otuz səkkiz) manat məbləğində pul X6, 180 (yüz səksən) manat məbləğində pul Müdafiəçi3, 600 (altı yüz) manat məbləğində pul Müdafiəçi2 və 180 (yüz səksən) manat məbləğində pul Müdafiəçi1 vəkil işlədikləri Bakı şəhər 10 saylı Vəkil Bürosunun (“Kapitalbank” Qaradağ rayon filialı H/h ********************, kod 200220, VÖEN **********) hesabına ödənilsin. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətinə Qaradağ rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar