Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-123/2023 06.09.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Teymur Əhməd oğlunun sədrliyi, İlyasov Ceyhun Bəhruz oğlunun katibliyi, Dövlət ittihamçısı, Müdafiəçilər Müdafiəçi3, Müdafiəçi1 və Müdafiəçi2, Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 iştirakları ilə, xx.xx.1981-ci ildə Cəlilabad şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, subay, orta təhsilli, işləməyən, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-2-ci maddələri ilə təqsirli bilinərək CM-nin 67.1-ci maddəsi tətbiq edilməklə 02 il 10 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olan və barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair xx.xx.1981-ci ildə Cəlilabad şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, subay, orta təhsilli, işləməyən, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.3-2-ci maddələri ilə təqsirli bilinərək CM-nin 66.5-ci maddəsi tətbiq edilməklə 03 il 06 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarına əsasən cəzadan 05 ay 25 gün vaxtından əvvəl şərti azad edilmiş və məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olan və barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair xx.xx.1992-ci ildə Cəlilabad rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Cəlilabad rayonu, Əliqasımlı kəndində qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşayan və barəsində “ev dustaqlığı” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq M ÜƏ Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs2 tanışları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək onun Binə TM-in qarşısında yerləşən kafenin yaxınlığına toplanacaq talanmış əmlakı qorumasında, Təqsirləndirilən şəxs1 ilə Təqsirləndirilən şəxs3 isə talanmış əmlakın anbardan çıxarılmasında iştirak etmələri barədə rolları bölüb aralarında razılığa gəldikdən və sonuncunun təyin etdikləri yerdə gözləməyə başlamasından sonra 12 oktyabr 2023-cü il tarixdə saat 23 radələrində Təqsirləndirilən şəxs3 Təqsirləndirilən şəxs1 ilə birlikdə Zərərçəkmiş şəxs icarə əsasında Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində fəaliyyət göstərən Binə Ticarət Mərkəzində işlətdiyi anbarın qarşısına gəlib Təqsirləndirilən şəxs1 həmin anbarın lambirindən ibarət tavanını kəsmək yolu ilə qanunsuz həmin anbara daxil olub əmlakları anbardan çıxararaq Təqsirləndirilən şəxs3 verib daha sonra birlikdə onun kənardan nəzarət etdiyi sahəyə toplamaq yolu ilə Zərərçəkmiş şəxs mülkiyyətində olan 20 kisə, hər kisədə 20 cüt olan, 01 cütün qiyməti 16.5 manat olmaqla 6400 manat dəyərində 400 cüt “NKİE” markalı, 15 kisə, hər kisədə 20 cüt olan, 01 cütün qiyməti 15 manat olmaqla 4500 manat dəyərində 300 cüt “SUP XİNGAN NEW AREA” markalı, 15 kisə, hər kisədə 20 cüt olan, 01 cütün qiyməti 18 manat olmaqla 5400 manat dəyərində 300 cüt “SUP XİNGAN NEW AREA” markalı idman ayaqqabılarından ibarət ümumilikdə 16300,00 manat dəyərində əmlakını gizli talayıb zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs3 özgənin əmlakını ələ keçirtmək məqsədilə tanışları Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək Təqsirləndirilən şəxs2 Binə TM-in qarşısında yerləşən kafenin yaxınlığına toplanacaq talanmış əmlakı qorumasında, Təqsirləndirilən şəxs1 isə talanmış əmlakı anbardan çıxarılmasında iştirak etmələri barədə rolları bölüb aralarında razılığa gəldikdən və Təqsirləndirilən şəxs2 təyin etdikləri yerdə gözləməyə başlamasından sonra 12 oktyabr 2023-cü il tarixdə saat 23 radələrində Təqsirləndirilən şəxs1 ilə birlikdə Zərərçəkmiş şəxs icarə əsasında Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində fəaliyyət göstərən Binə Ticarət Mərkəzində işlətdiyi anbarın qarşısına gəlib Təqsirləndirilən şəxs1 həmin anbarın lambirindən ibarət tavanını kəsmək yolu ilə qanunsuz həmin anbara daxil olub əmlakları anbardan çıxararaq sonuncuya verib daha sonra birlikdə Təqsirləndirilən şəxs2 kənardan nəzarət etdiyi sahəyə toplamaq yolu ilə Zərərçəkmiş şəxs mülkiyyətində olan 20 kisə, hər kisədə 20 cüt olan, 01 cütün qiyməti 16.5 manat olmaqla 6400 manat dəyərində 400 cüt “NKİE” markalı, 15 kisə, hər kisədə 20 cüt olan, 01 cütün qiyməti 15 manat olmaqla 4500 manat dəyərində 300 cüt “SUP XİNGAN NEW AREA” markalı, 15 kisə, hər kisədə 20 cüt olan, 01 cütün qiyməti 18 manat olmaqla 5400 manat dəyərində 300 cüt “SUP XİNGAN NEW AREA” markalı idman ayaqqabılarından ibarət ümumilikdə 16300,00 manat dəyərində əmlakını gizli talayıb zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs1 özgənin əmlakını ələ keçirtmək məqsədilə tanışları Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək Təqsirləndirilən şəxs2 Binə TM-in qarşısında yerləşən kafenin yaxınlığına toplanacaq talanmış əmlakı qorumasında, Təqsirləndirilən şəxs3 isə talanmış əmlakın anbardan çıxarılmasında iştirak etmələri barədə rolları bölüb aralarında razılığa gəldikdən və Təqsirləndirilən şəxs2 təyin etdikləri yerdə gözləməyə başlamasından sonra 12 oktyabr 2023-cü il tarixdə saat 23 radələrində Təqsirləndirilən şəxs3 ilə birlikdə Zərərçəkmiş şəxs icarə əsasında Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində fəaliyyət göstərən Binə Ticarət Mərkəzində işlətdiyi anbarın qarşısına gəlib həmin anbarın lambirindən ibarət tavanını kəsmək yolu ilə qanunsuz həmin anbara daxil olub əmlakları anbardan çıxararaq Təqsirləndirilən şəxs3 verib daha sonra birlikdə Təqsirləndirilən şəxs2 kənardan nəzarət etdiyi sahəyə toplamaq yolu ilə Zərərçəkmiş şəxs mülkiyyətində olan 20 kisə, hər kisədə 20 cüt olan, 01 cütün qiyməti 16.5 manat olmaqla 6400 manat dəyərində 400 cüt “NKİE” markalı, 15 kisə, hər kisədə 20 cüt olan, 01 cütün qiyməti 15 manat olmaqla 4500 manat dəyərində 300 cüt “SUP XİNGAN NEW AREA” markalı, 15 kisə, hər kisədə 20 cüt olan, 01 cütün qiyməti 18 manat olmaqla 5400 manat dəyərində 300 cüt “SUP XİNGAN NEW AREA” markalı idman ayaqqabılarından ibarət ümumilikdə 16300,00 manat dəyərində əmlakını gizli talayıb zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında təqsrləndirilən şəxs Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə ona verilmiş ittiham üzrə özünü təqsirli bilməyərək göstərmişdir ki, əvvəllər məhkum olunmuş və 2022-ci ilin iyun ayının sonlarında azadlığa çıxmışdır. O, Lökbatan dairəsindən Salyan rayonuna gedib gələndə Binə Ticarət Mərkəzinin qarşısındakı kafedə işləyən Allahverdi adlı şəxsi tanımışdır. Allahverdinin vasitəsilə Roma kimi tanınan Ramalı tanımışdır. Lakin Nurlanı uzun müddətdir ki tanıyır. Ramal ifadəsində qeyd etdikləri yalandır.Ona o ifadəni təzyiq altında verməyə məcbur ediblər. O, Ramal ilə heç bir sövdələşmə aparmamış, Ramalın oğurluq etməyə getdiyini sonradan bilmişdir. Ramalın oğurluq etdiyini ona Allahverdi demişdir. O tutulan günə qədər Nurlanın Ramal ilə oğurluğa getdiyini bilməmişdir. Nurlan ifadəsində yalan demiş, Allahverdi ona 15 və xx.xx.2022-ci il tarixdə Allahverdinin işlədiyi kafedə olan zaman ona demişdir ki, Ramal oğurluq etmişdir. Daha sonra Lökbatan qəsəbəsində olan zaman Nurlan da Ramalın oğurluq etdiyini bilmişdir.Baş vermiş oğurluq hadisəsinin onunla heç bir əlaqəsi yoxdur.Odur ki, qeyd edilənlərə əsasən ona bəraət verilməsini xahiş edir. Məhkəmə iclasında təqsrləndirilən şəxs Təqsirləndirilən şəxs3 Azərbaycan Təqsirləndirilən şəxs3 ona Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə elan edilmiş ittihamda özünü təqsirli bilməyərək göstərmişdir ki? əvvəllər də oğurluq cinayətinə məhkum olunmuş və 2022-ci ilin may ayında azadlığa buraxılmışdır. Elçini uzun müddətdir ki, tanıyır. Elçin də məhkumluq həyatı yaşamışdır. O azadlığa buraxılandan sonra Elçinə demişdir ki, iş olsa xəbər etsin. 2022-ci ilin oktyabr ayının əvvəllərində Elçin onu Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində fəaliyyət göstərən Binə Ticarət Mərkəzinin qarşısına çağırmışdır. O Binə TM-in qarşısına gəlmişdir. Orada Elçin ilə görüşüb Allahverdinin işlədiyi kafedə oturmuşlar. Kafedə Elçin onu Roma deyilən Ramal və Allahverdi adlı şəxslərlə tanış etmişdir. Elçin ona demiş ki, “Ramal bazarda işləyir, yaxşı işlər olur.. Həmin vaxt biraz söhbət etmişlər. Daha sonra o çıxıb öz işinin arxasınca getmişdir. Daha sonra 12 oktyabr 2022-ci il tarixdə axşam radələrində yaşadığı Qızıldaş qəsəbəsində evdə olduğu zaman Elçin ona zəng edib Binə TM-ə çağırmışdır. Elçin ona işə görə çağırmışdır. O da evdən çıxıb bazara gəlmişdir. Binə TM-in qarşısında, yolun kənarında olan kafedə Elçin və Ramal ilə görüşmüşdür. Ramal ona demiş ki, “bazarda mağazam var, ayaqqabı satışı ilə məşğul oluram, biraz yüküm var, onu daşımaq lazımdır”. Ramal ilə Binə TM-ə getmişlər, Elçin də kafedə oturmuşdur. O Ramal ilə Ramalın göstərdiyi mağazaya getmişdir. Ramal demiş ki, “bu mağaza mənimdir, şərikimlə birgə işləyirəm”. Ramal mağazaya tavandan daxil olmuşdur. Ramal mağazanın tavanından bir neçə ədəd boz rəngdə kisələr çıxardıb ona vermiş, o da yerə yığmışdır.O, malların oğurluq olmasından şübhələnmiş, Ramal malların oğurluq olduğunu deyəndən sonra o Ramalı oradaca qoyub çıxıb getmişdir. Həmin gündən sonra o Ramal ilə görüşməmişdir. Ramaldan pul da almamışdır. Baş vermiş oğurluq hadisəsinin onunla heç bir əlaqəsi yoxdur.Odur ki, qeyd edilənlərə əsasən ona bəraət verilməsini xahiş edir. Məhkəmə iclasında təqsrləndirilən şəxs Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək göstərmişdir ki, əvvəllər Bakı şəhəri, Nizami rayonunda fəaliyyət göstərən 8-ci kilometr bazarı adı ilə tanınan bazarda alver ilə məşğul olmuşdur. İcarə əsasında piştaxta götürüb qadın ayaqqabılarının satışı ilə məşğul olmuşdur. Lakin təxminən 1 ilə yaxındır ki, heç bir işlə məşğul olmur. Təxminən 2022-ci ilin oktyabr ayının əvvəllərində Binə TM-də olan zaman, bazarda anbarlar olan sırada anbarların birinin yanından keçəndə maddi sıxıntrıları olduğu üçün oğurluq etmək qərarına gəlmişdir. Həmin anbarda ayaqqabı saxlanıldığını bilirmiş. O əsasən Binə TM-in qarşısında olan kafedə oturur. Həmin kafedə işləyən Allahverdi adlı şəxs ilə münasibəti yaxşıdır. Allahverdinin işlədiyi kafedə bir nəfər şəxslə tanış olmuşdur. Həmin şəxsin adı Elçindir, lakin Edik deyə çağırırmışlar. Elçinə demişdir ki, ona yük daşımaq üçün bir nəfər fəhlə lazımdır.Elçin onu Nurlan adlı şəxslə tanış etmişdir.2022-ci ilin oktyabr ayında tarixini unutduğu vaxtda Nurlan ilə oğurluq etmək istədiyi anbarın yanına getmişlər. Gecə radələrində Nurlan ilə birlikdə Binə TM-ə daxil olmuş və oğurluq edəcəyi anbarın yanına gəlmişlər. Anbarın arxa tərəfində pilləkan ilə anbarın damına çıxmışlar. O anbardan 21 kisə içərisində idman ayaqqabılarını çıxarıb Nurlana vermiş və Nurlan həmin kisələri yerə düşürmüşdür. Daha sonra Nurlan bir neçə kisəni hasarın qırağına yığıdıqdan sonra malların oğurluq olduğundan şübhələnmiş və kisələri yerə qoyaraq çıxıb getmişdir. Daha sonra 20-ci sahə dairəsi deyilən dairəyə gəlib orada tanımadığı bir nəfər taksi ilə Binə TM-nə gəlmişdir. Taksi ilə gələndən sonra həmin malların bir hissəsini taksiyə tək yığıb yaşadığı Bayıl qəsəbəsindəki evə aparmışdır. Daha sonra başqa bir taksi ilə yenidən Binə TM-in hasarının yanında saxladığı malların yanına gəlmişdir. Həmin vaxt Elçin Allahverdinin işlədiyi kafenin qarşısında dayanmışdır. O Elçinə 2-ci dəfə taksi ilə gələndə birlikdə gedərik demişdir. O 2-ci dəfə gəldiyi taksiyə qalan malları yükləmişdir. Elçin də onunla taksiyə əyləşib şəhərə getmişşlər. X5 yanında düşmüşdür. O da yaşadığı evə getmişdir. Malları orada düşürtmüşdür. Sabahı günü təxminən 2 kisədə idman ayaqqabısını Sədərək TM-də işləyən Elmar adlı şəxsə 350 manata satmışdır. Təxminən 1-2 kisə idman ayaqqabılarını “Vasmoy” bazarı deyilən bazarda tanımadığı bir nəfərə ucuz qiymətə satmışdır. Əldə etdiyi puldan 250 manat Elçinə pul vermişdir.Nurlana isə buna görə pul verməmişdir.Əməlindən peşmandır.Zərərçəkmiş şəxsə dəymiş ziyanı tam olaraq ödəmişdir.Himayəsində iki azyaşlı uşağı var.Qeyd edilənləri nəzərə alaraq ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, fərdi qaydada sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində fəaliyyət göstərən Binə Ticarət Mərkəzində icarə əsasında mağaza işlədir. Mağazada idman ayaqqabılarının topdan satışı ilə məşğul olur.Mağazada satılan malları saxlamaq üçün Binə TM-də icarə əsasında anbar da işlədir. 12 oktyabr 2022-ci il tarixdə günorta saatlarında anbardan oğlu Şahid1 2 seriya idman ayaqqabısı götürüb mağazada satmışdır. Həmin günü o bazara getməmişdir. Eltun anbardan mal götürəndə bütün mallar yerində olmuşdur. O anbara xx.xx.2022-ci il tarixdə saat 12 radələrində getmişdir. Anbardan 3 seriya ayaqqabı götürüb çıxmış, lakin həmin vaxt anbara baxanda ən üstdəki piştaxtanın üstündə yığılmış kisələrin yerində olmadığını, anbarın tavanındakı lanbirinin bir hissəsinin sındırıldığını aşkar etmişdir. Həmin günü düşünmüş ki, oğlu anbardan satış edib, oğurluq baş verdiyini düşünməmişdir. Axşam evə gedəndə oğlu Eltundan anbardakı piştaxtanın yuxarısına, anbarın tavanına baxıb baxmadığını soruşmuşdur. Eltun ondan nə baş verdiyini soruşmuş, o da Eltuna anbarda piştaxtanın 3-cü mərtəbəsinin boş olduğunu, tavandakı lanbirinin bir hissəsinin sındırıldığını bildirmişdir. Eltun onun sözlərinə inanmamışdır. Gec olduğu üçün o oğurluq olmasından şübhələnib polis orqanlarına müraciət etməmişdir. Səhəri günü, yəni xx.xx.2022-ci il tarixdə saat 09.30 radələrində Eltun ilə birlikdə anbara gəlmişdir. Anbarın dəmir barmaqlıqdan ibarət qapısındakı qıfılı açıb anbara daxil olmuşlar. Anbardakı piştaxtanın 3-cü mərtəbəsinin boş olduğunu, piştaxtanın 3-cü mərtəbəsində ümumilikdə 8 kisə ayaqqabı qaldığını, tavandakı lanbirinin bir hissəsinin sındırıldığını görmüşlər. Eltun da ona anbardan oğurluq olduğunu, bu qədər satış etmədiyini bildirmişdir. O da 10-cu Polis bölməsinə ərizə ilə müraciət etmişdir. Oğurluq nəticəsində ona ümumilikdə 16300 manat maddi ziyan dəymişdir. Zərərçəkmiş şəxs məhkəmə iclasında ərizə ilə təqdim edərək ona dəyən ziyanın ödənildiyini və təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında Şahid2 ifadəsində göstərmişdir ki, Binə Ticarət Mərkəzinin qarşısında, yol kənarında yerləşən kafedə işləyir. Kafedə əsasən dönər satışı ilə məşğul olur. Kafedə işlədiyi zaman Roma deyilən Ramal adlı şəxsi tanımışdır. Kafedə oturub yeyib içəndə onlar tanış olmuşlar. Edik deyilən Elçin adlı şəxsi təxminən 3-4 il olar ki, tanıyır, münasibətləri yaxşı olmuşdur. Elçinin yenicə həbsdən çıxmağı barədə məlumatı olmuşdur. Elçin bu vaxta qədər bir neçə dəfə onun işlədiyi kafeyə gəlib getmişdir. Təxminən 2022-ci ilin oktyabr ayında Binə bazarından oğurluq olduğunu eşitmişdir. Lakin oğurluğun kim tərəfindən edilməsi barədə məlumatı olmamışdır.Sonradan bilmişdir ki, Ramal Binə bazarından oğurluq etmişdir. Məhkəmə iclasında Şahid3 ifadəsində göstərmişdir ki, Ramal adlı şəxsi təxminən 4-5 ay olar ki, Binə TM-dən tanıyır. Romanı Allahverdinin işlətdiyi kafedən tanımışdır. Onlarla oturub bir neçə dəfə yemək yemiş, həmin vaxtdan münasibətləri yaranmışdır. Baş vermiş oğurluq hadisəsindən onun heç bir məlumatı olmamışdır. Məhkəmə iclasında Şahid4 ifadəsində göstərmişdir ki, Sədərək Ticarət Mərkəzində ayaqqabı, parça və müxtəlif əşyaların satışı ilə məşğul olur. Sədərək TM-də icarə əsasında mağaza işlədir. Mağazada satdığı malları Sədərək TM-dən, Binə TM-dən topdan satışdan alıb satır. 2022-ci il tarixdə oktyabr ayının əvvələrində həmkəndlisi olan Ramal ona 12 seriya idman ayaqqabısı gətirmişdir. Hər seriyada 5 cüt idman ayaqqabısı olmuşdur. O Ramaldan həmin malları 350 manata almışdır. Həmin malları Ramaldan alanda haradan əldə etdiyini soruşmamış, Ramal da ona heç nə deməmişdir. Ramaldan aldığı idman ayaqqabılarını 1 günün ərzində demək olar ki, hamısını satmışdır.ramaldan aldığı ayyaqqabıların oğurluq olduğunu bilməmişdir. Məhkəmə iclasında Şahid1 ifadəsində göstərmişdir ki, atası Zərərçəkmiş şəxs ilə birlikdə Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində fəaliyyət göstərən Binə TM-də işləyir. Atası uzun müddətdir ki, Binə TM-də icarə əsasında mağaza işlədir, həmin mağazada onlar idman ayaqqabılarının topdan satışı ilə məşğul olurlar. Bundan əlavə təxminən 2022-ci ilin ortalarından Binə TM-də icarə əsasında anbar işlədirlər. Gətirilən mallar hamısı anbara yığılır, satışı mağazada həyata keçirilir. 13 oktyabr 2022-ci il tarixdə səhər saatlarında bazara atası tək getmiş, həmin günü o işə getməmişdir. Axşam saatlarında evdə olduğu zaman atası gəlib ona demiş ki, “anbarda 3-cü piştaxta boşdur, tavandakı lanbirin də sındırılıb, bu barədə nəsə məlumatın var?”. O atasına xx.xx.2022-ci il tarixdə müəyyən sayda mağazada satış həyata keçirdiyini, lakin çox mal satmadığını bildirmişdir. Atası anbardan oğurluq olduğunu başa düşmüşdür. xx.xx.2022-ci il tarixdə səhər saatlarında atası ilə birlikdə anbara gəlmişlər, anbarın qapısını açıb içəri daxil olmuşlar. Anbarın tavanındakı lanbirinin sınıdırıldığını, 3-cü piştaxtanın demək olar ki, boşaldığının şahidi olmuşlar. Daha sonra atası ərazi üzrə polis bölməsinə müraiət etmişdir. İş materiallarında olan məhkəmə-əmtəəşünaslıq ekspertizasının 28 noyabr 2022-ci il tarixli 9/7993 nömrəli rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş idman ayaqqabılarının təzə vəziyyətdə olması nəzərə alınmaqla 2022-ci ilin oktyabr ayına olan orta bazar qiyməti təxminən aşağıdakı kimi müəyyən edilir: 1 cüt üzərində “EİLA SPORTME” yazısı olan, qara-sarı rəngli idman ayaqqabısı – 35,0 manat; - 1 cüt üzərində “NKİE” yazısı olan, qara-sarı rəngli idman ayaqqabısı – 30,0 manat; 1 cüt üzərində “SUP XİNGAN NEW AREA” yazısı olan, qara-ağ rəngli idman ayaqqabısı – 35,00 manat. İş materiallarında olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-2-ci maddələri ilə təqsirli bilinərək CM-nin 67.1-ci maddəsi tətbiq edilməklə 02 il 10 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və məhkumluğu ödənilməmişdir. İş materiallarında olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs3 Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.3-2-ci maddələri ilə təqsirli bilinərək CM-nin 66.5-ci maddəsi tətbiq edilməklə 03 il 06 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarına əsasən cəzadan 05 ay 25 gün vaxtından əvvəl şərti azad edilmiş və məhkumluğu ödənilməmişdir. İş materiallarında olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 məhkumluğu barədə məlumat yoxdur. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs2 oğlu 19 oktyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 21 oktyabr 2022-ci il tarixdə barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs3 oğlu 20 oktyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 21 oktyabr 2022-ci il tarixdə barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 19 oktyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 21 oktyabr 2022-ci il tarixdə barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və 16 dekabr 2023-cü il tarixdə barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmişdir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 məhkəmə istintaqı zamanı əməllərini etiraf etməyərək Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə ilə nəzərdə tutulmuş cinayət əməlini törətməmələri barədə ifadə versələr də, həmin əməl işin faktiki halları ilə təsdiq edildiyindən məhkəmə tədsirləndirilən şəxslərin ifadəsinə tənqidi yanaşaraq bu ifadəni özünü müdafiə məqsədi ilə cinayət məsuliyyətindən boyun qaçırmaq üçün verilmiş ifadə kimi qiymətləndirir. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə tədqiq edilmiş sübutların tam,hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 törətmiş olduğu cinayət əməli tam sübuta yetir və onların əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsulliyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs2 əməlində cəzanı yüngülləşdirən hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 18.2.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər iki dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxsin, yenidən qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunması cinayətin təhlükəli residivini yaradır. Təqsirləndirilən şəxs2 əməlində ağırlaşdırıcı hal cinayətlərin təhlükəli residividir. Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs3 əməlində cəzanı yüngülləşdirən hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Təqsirləndirilən şəxs3 əməlində əməlində ağırlaşdırıcı hal cinayətlərin residividir. Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs1 ilk dəfə az ağır cinayət əməli törətməsi, əməlini etiraf edərə peşman olmasını, zərərçəkmiş şəxsə dəyən ziyanın ödənilməklə, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını, himayəsində iki azyaşlı uşağın olmasını, cinayətin açılmasında fəaı iştirakını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 törətdikləri cinayət əməli mülkiyyət əleyhinə olan cinayətlər kateqoriyasına aiddir və bu tip cinayət əməllərinin ictimai-təhlükəliliyi şəxsin mülkiyyət hüquqlarının və maraqlarının pozulmasında ifadə olunur.Təqsirləndirilən şəxslər tərəfindən zərərçəkmiş şəxsə vurulmuş ziyan tam aradan qalxdığından onların törətdiyi cinayət əməlinin ictimai-təhlükəliliyi də qismən aradan qalxmışdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndində göstərilmişdir ki,məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsisndə işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Odur ki, məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-ci maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxslərin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 barəsində azadlığın məhdudlaşdırılması cəzasının, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 barəsində isə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi cəzanın məqsədlərinə nail olunması baxımından daha ədalətli və düzgündür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və içtimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az, təhlükəli residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin üçdə ikisindən az ola bilməz. Azərbaycan Respublikası CM-nin 71.5-ci maddəsinə əsasən şərti məhkum edilmiş şəxs sınaq müddətində qəsdən az ağır, ağır və ya xüsusilə ağır cinayət törətdikdə, məhkəmə şərti məhkum etməni ləğv edir və ona bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edir. İş üzrə 50 manat (əlli) manat ekspertiza xərci Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 müştərək qaydada tutularaq dövlət nəfinə ödənilməlidir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs2 hüquqlarının müdafiəsi üçün göstərilmiş hüquqi yardımla bağlı 47 (qırx yeddi) saata görə 282 (iki yüz səksən iki) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X3, məhkəmə araşdırması zamanı Təqsirləndirilən şəxs2 hüquqlarının müdafiəsi üçün göstərilmiş hüquqi yardımla bağlı 40 (qırx) saata görə 240 (iki yüz qırx) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi1vəkil işlədiyi Bakı şəhər 10 saylı vəkil bürosunun hesabına ödənilməlidir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs1 hüquqlarının müdafiəsi üçün göstərilmiş hüquqi yardımla bağlı 47 (qırx yeddi) saata görə 282 (iki yüz səksən iki) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X1, məhkəmə baxışı zamanı göstərilmiş hüquqi yardımla bağlı 40 (qırx) saata görə 240 (iki yüz qırx) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi3 vəkil işlədiyi Bakı şəhər 10 saylı vəkil bürosunun hesabına ödənilməlidir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs3 hüquqlarının müdafiəsi üçün göstərilmiş hüquqi yardımla bağlı 47 (qırx yeddi) saata görə 282 (iki yüz səksən iki) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X2, məhkəmə baxışı zamanı göstərilmiş hüquqi yardımla bağlı 40 (qırx) saata görə 240 (iki yüz qırx) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi2 vəkil işlədiyi Bakı şəhər 10 saylı vəkil bürosunun hesabına ödənilməlidir. İş üzrə maddi sübut yoxdur. Odur ki,yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının CPM-nin 344- 347, 349, 351-353, 356, 358, 381 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Barəsində seçilmiş həbs qətimkan hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Həbsetmənin əvvəli 19 oktyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətinə azadalıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 71.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs3 Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 06 may 2022-ci il tarixli qərarına əsasən 05 (beş) ay 26 (iyirmi altı) gün cəzadan vaxtından əvvəl şərti azad edilməsi ləğv edilsin və CM-nin 67.1-ci maddəsinə əsasən ona təyin edilmiş cəza ilə qismən birləşdirilməklə qəti olaraq 02 (iki) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Barəsində seçilmiş həbs qətimkan hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Həbsetmənin əvvəli 20 oktyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 tutma altında, həbsdə və ev dustaqlığında olduğu 10 ay 18 gün – azadlıqdan məhrumetmənin 1 gününə azadlığın məhdudlaşdırılması cəzasının 2 gün hesabı azadlığın məhdudlaşdırılması cəzasına hesablansın və üzərində qəti olaraq 01 (bir) il 02 (iki) ay 24 (iyirmi dörd) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə əvəz edilsin. Təqsirləndirilən şəxs1 üzərinə Bakı şəhərinin və Abşeron rayonunun hüdudlarını tərk etməmək, axşam saat 23:00-dan səhər saat 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Hökmün icrası Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə icra qurumuna həvalə edilsin İş üzrə 50 manat (əlli) manat ekspertiza xərci Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 müştərək qaydada tutularaq dövlət nəfinə köçürülsün. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs2 hüquqlarının müdafiəsi üçün göstərilmiş hüquqi yardımla bağlı 47 (qırx yeddi) saata görə 282 (iki yüz səksən iki) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X3, məhkəmə araşdırması zamanı Təqsirləndirilən şəxs2 hüquqlarının müdafiəsi üçün göstərilmiş hüquqi yardımla bağlı 40 (qırx) saata görə 240 (iki yüz qırx) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi1vəkil işlədiyi Bakı şəhər 10 saylı vəkil bürosunun hesabına ödənilsin. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs1 hüquqlarının müdafiəsi üçün göstərilmiş hüquqi yardımla bağlı 47 (qırx yeddi) saata görə 282 (iki yüz səksən iki) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X1, məhkəmə baxışı zamanı göstərilmiş hüquqi yardımla bağlı 40 (qırx) saata görə 240 (iki yüz qırx) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi3 vəkil işlədiyi Bakı şəhər 10 saylı vəkil bürosunun hesabına ödənilsin. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs3 hüquqlarının müdafiəsi üçün göstərilmiş hüquqi yardımla bağlı 47 (qırx yeddi) saata görə 282 (iki yüz səksən iki) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X2, məhkəmə baxışı zamanı göstərilmiş hüquqi yardımla bağlı 40 (qırx) saata görə 240 (iki yüz qırx) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi2 vəkil işlədiyi Bakı şəhər 10 saylı vəkil bürosunun hesabına ödənilsin. İş üzrə maddi sübut yoxdur. Hökmdən elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətinə Qaradağ rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim: Teymur Qurbanov
Məhkəmə qərarları › İş №1(002)-123/2023
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-123/2023
06.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver