Məhkəmə qərarları › İş №1(002)-123/2025

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-123/2025

24.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-123/2025 24.07.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Salmanova Könü Xasay qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1993-cü ildə Türkmənistan Respublikası, Töndepe şəhərində doğulmuş Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Bakı şəhər Xətai Rayon Məhkəməsinin 06 may 2019-cu il tarixli hökmü ilə CM-nın 177.2.1, 177.2.2, 177.23 və 177.2.4-cü maddələri ilə təqsirli bilinib CM-nin 69.3-cü maddəsinə əsasən qəti olaraq 02 il 11 ay 28 gün müüdətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və 12 avqust 2021-ci il tarixdə cəzasının sonu ilə azad olunmuş, Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin 12 dekabr 2023-cü il tarixli hökmü ilə CM-nın 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək CM-nin 69.3-cü maddəsinə əsasən qəti olaraq 02 il 01 ay 25 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasının əvvəli 06 noyabr 2023-cü il tarixdən hesablanmış, məhkumluğu ödənilməmiş və ya götürülməmiş, hal-hazırda Penitensiar Xidmətin 01 saylı cəzaçəkmə müəssəsində cəza çəkən, Kürdəmir rayonu, Atakişili ə/d, Şıxımlı kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yerləşən fərdi evdə yaşamış və hal-hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs yaşayış sahəsinə qanunsuz daxil olaraq, özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 19 may 2022-ci il tarixdə gündüz saatlarında Zərərçəkmiş şəxs Ağabala oğluna məxsus və Bakı şəhəri Qaradağ rayonu Korgöz qəsəbəsi AZNS ünvanda yerləşən nömrəsiz fərdi yaşayış evinə hasardan aşmaq yolu ilə qanunsuz daxil olduqdan sonra plastik pəncərəni dəmir parçası ilə sıxıb açaraq, içəriyə daxil olub yataq otağındakı mebelin içərisində olan pul qabından 200 (iki yüz) manat məbləğdə nağd pul vəsaiti, əl çantasının içərisindən 01 ədəd 700 (yeddi yüz) manat dəyərində qızıl kulon, 1.500 (bir min beş yüz) manat dəyərində 01 ədəd qızıl qolbaq, 90 (doxsan) manat dəyərində 01 ədəd elektron «ağıllı» saat və termoda olan bankanın içərisindən 430 (dörd yüz otuz) manat məbləğdə metal və kağız əskinazlardan ibarət pul vəsaitini gizli olaraq talayıb Zərərçəkmiş şəxs Ağabala oğluna ümumilikdə 2920 (iki min doqquz yüz iyirmi) manat məbləğdə maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək və ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək ifadə verməkdən imtina etmişdir. Ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, həmin əşyaları şəxsi ehtiyaclarını ödəmək üçün oğurlamış, qalan əşyaları daha sonra nə etdiyini xatırlamır. Ona verilmiş suallara əlavə olaraq məhkəmədən ona yüngül cəza verməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilir. O, 19 may 2022-ci il tarixdə gündüz saatlarında oğurluq etmək üçün Bakı şəhəri, Qaradağ rayonu, Korgöz qəsəbəsi AZNS ünvanda yerləşən həyət evlərini gəzirmiş. Hazırda xatırlamadığı bir evin içərisində sakinlərin olmadığını hiss etmiş və bir müddət gözləyib nəzarət etdikdən sonra həmin evdə heç kimin olmadığına əmin olmuşdur. Daha sonrə həmin evə həyətin hasarından aşıb düşmüş və evin ətrafını gəzərək, plastik pəncərəsini həyətdən tapdığım dəmir parçası sıxıb açaraq, içəriyə daxil olmuşdur. Evdə heç kimin olmadığına əmin olmuş və dərhal yataq otağına keçib mebelləri və yatağı yerindən dağıdaraq, pul və ya pula dəyərli əşyaları tapıb oğurlamaq qərarına gəlmişdir. Bu vaxtı çarpayının qarşısında olan mebeldən qadın çantası tapıb içərisini axtarmış, oradan bir ədəd qızıl kulon və bir ədəd qızıl qolbaq tapmış, onları əynində olan şalvarın cibinə qoymuşdur. Daha sonra çarpayının yanındakı termodan «ağıllı» saat, içərisində çoxlu metal, yəni qəpik və kağız pullar olan banka və hazırda xatırlamadığı yerdən əlavə 200 manat pul tapmışdır. Sonra həmin kağız pulları cibimə yığmış, bankanın içərisində olan qəpik pulların bir neçəsini, yəni yığa bildiyi qədərini əynindəki şalvarının və yazlıq gödəkçəsinin cibinə yığmış, yerdə qalanını da banka ilə birlikdə həyətdən bayıra aparmışdır. O, bankanı özü ilə daşıya bilməyəcəyini bildiyi üçün ən yaxınlıqda tapdığı zibilxanaya atmış və sonra oradan uzaqlaşmışdır. O, həmin oğurluq hadisəsini də törətdiyi bütün oğurluqlar kimi tək törətmiş, kömək edən və ya məsləhət verən, həmçinin oğurluq etdiyini görən və ya mane olmaq istəyən, qanunsuz hərəkətlərimin qarşısını almağa çalışan heç kim olmamışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxsin Zərərçəkmiş şəxs öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək bildirmişdir ki, 19 may 2022-ci il tarixdə saat 08-09 radələrində yaşadığı Korgöz qəsəbəsi AZNS adlanan ərazidə yerləşən nömrəsiz evin qapısını bağlayaraq, yeznəsinin vəfat etməsi ilə bağlı Lökbatan qəsəbəsində yas mərasiminə getmişdir. Həmin günü saat təxminən 20:50-də yaşadığı evə gələn zaman evin zal otağının plastik pəncərəsinin açıq olduğunu görmüşdür. Daha sonra evə daxil olan zaman evdə olan əşyaların dağınıq vəziyyətdə olmasını görmüşdür. Evin yataq otağından paltar dolabının içərisindəki əl çantasmından 200 manat nağd pul, bir ədəd 700 manat dəyərində qızıl klon, bir ədəd 1500 manat dəyərində qadın üçün qızıl qolbaq və şəmin otaqda tremoda olan bankanın içərisindən 430 manat qəpik və kağız pul, həmçinin bir ədəd 90 manat dəyərində elektron saatın oğurlanmasını aşkar etmişdir. Evdən başqa heç bir şey oğurlanmamışdır. O, hadisə barədə DİN-in 102 xidmətinə zəng vuraraq baş vermiş hadisə barədə məlumat vermiş və hadisə yerinə polis işçiləri gəlmişlər. Baş vermiş hadisə zamanı ona ümumilikdə 2920 manat maddi ziyan dəymişdir. O öz ifadəsində əlavə olaraq ona vurulmuş ziyanını ödənilmədiyini, təqsirləndirilən şəxsə qarşı şikayətiçi olduğunu və ona vurulmuş ziyanı tələb etdiyini bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş, 19 may 2025-ci il tarixli “baxış keçirilməsi haqqında” protokoldan görünür ki, hadisə yeri Bakı şəhəri, Qaradağ rayonu, Korgöz qəsəbəsi fərdi yaşayış evidir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası DİN-in Kriminalistik Tədqiqatlar İdarəsinin məktubundan görünür ki, xx.xx.2022-ci il tarixdə Bakı şəhətri, Qaradağ rayonu, Korgöz qəsəbəsi AZNS ünvanında X2 məxsus evdə baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerinin müayinəsi zamanı götürülmüş əl izləri DİN-in KTİ-nin ADİS-in məlumat bankında olan şəxslərin əl əksləri ilə müqayisə edilməsi nəticəsində əl izlərindən 01 ədədinin xx.xx.1993-cü il tarixdə Türkmənistan Respublikasında anadan olmuş Təqsirləndirilən şəxs sol əlinin orta barmağının əksi ilə eynilik müəyyən edilmişdir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası DİN-in Kriminalistik Tədqiqatlar İdarəsinin Qaradağ Rayon Polis İdarəsinə ünvanladığı 10 aprel 2025-ci il tarixli 3-13-11/2-4378/2025 saylı məktubunda göstərilmişdir ki, 19 may 2022-ci il tarixdə Bakı şəhəri, Qaradağ rayonu, Korgöz qəsəbəsi, AZNS ünvanında yerləşən X2 məxsus evdə baş vermiş oğurluq faktı ilə əlaqəadar hadisə yerinin müayinəsi zamanı götürülmüş əl izləri DİN-in KTİ-nin ADİS-in məlumat bankının yaddaşında rəqamsan formada arxiv olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən tərtib edilmiş tələbnamədən və hökmlərin surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhər Xətai Rayon Məhkəməsinin 06 may 2019-cu il tarixli hökmü ilə CM-nın 177.2.1, 177.2.2, 177.23 və 177.2.4-cü maddələri ilə təqsirli bilinib CM-nin 69.3-cü maddəsinə əsasən qəti olaraq 02 il 11 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və 12 avqust 2021-ci il tarixdə cəzasının sonu ilə azad olunmuş, Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin 12 dekabr 2023-cü il tarixli hökmü ilə CM-nın 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək CM-nin 69.3-cü maddəsinə əsasən qəti olaraq 02 il 01 ay 25 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasının əvvəli 06 noyabr 2023-cü il tarixdən hesablanmış, məhkumluğu ödənilməmiş və ya götürülməmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs hazırkı əməli Bakı şəhər Xətai Rayon Məhkəməsinin 06 may 2019-cu il tarixli hökmünə münasibətdə cinayətin residivini yaratmışdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsində göstərilir ki, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayət törətməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 83.3.3-cü maddəsinin tələbindən aydın olur ki, az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində-onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə tədqiq edilmiş sübutların tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli tam sübuta yetir və onun əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs əməlini etiraf etməsini cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində cinayətin residivinin olması cəzanı ağırlaşdıran haldır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinin tələblərinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, təqsirkarın şəxsiyyətini, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi daha məqsədə müvafiq, həmdə cəzanın məqsədlərinə nail olunması baxımdan daha ədalətlidir. Həmin Məcəllənin 56.1.3-cü maddəsinin tələbinə görə xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün cəzanın ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilir. Həmin Məcəllənin 65.2-ci maddəsində göstərilir ki: residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Cinayət işinin materiallarından aydın olur ki, Qaradağ RPİ-nin İŞ-nin müsətintiqi, polis polkovnik-leytenantı X6 tərəfindən 12 dekabr 2023-cü il tarixdə Təqsirləndirilən şəxs barəsində Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin hökmünə əsasən Penitensiar Xidmətin 1 saylı Cəzaçəkmə müəssəsində cəza çəkməsi nəzərə alınmaqla qətimkan tədbiri seçilməmişdir. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəkməlidir. İş üzrə maddi sübut kimi tanınmış və zərərçəkmiş şəxs X2 məxsus evdə baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerinin müayinəsi zamanı götürülmüş əl-barmaq izləri olan 01 ədəd CD disk cinayət işində saxlanılmalıdır. İş üzrə mülki iddia yoxdur. İbtidai istintaq zamanı və məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili X4 tərəfindən 29 iş saatı, məhkəmə baxışı zamanı isə Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 20 iş saatı sərf olunmuşdur. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 319 (üç yüz on doqquz) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X3 və 220 (iki yüz iyirmi) məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Bürosunun hesabına ödənilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358, 381 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Ona təyin olunmuş hazırkı cəza, Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 12 dekabr 2023-cü il tarixli hökmü ilə təyin edilmiş 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılsın və Təqsirləndirilən şəxs 03 (üç) il 06 (ay) müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs birinci hökm üzrə həbsdə və ev dustaqlığında olduğu 04 (dörd) ay 05 (beş) gün müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin olunmuş vahid cəzadan çıxılsın və Təqsirləndirilən şəxs qəti olaraq 03 (üç) il 01 (bir) ay 25 (iyirmi beş) gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 12 dekabr 2023-cü il tarixli hökmünə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanmaqla cəza müddətinin əvvəli 06 noyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs hal-hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 01 saylı cəzaçəkmə müəssisində azadlıqdan məhrum etmə növündə cəza çəkməsi nəzərə alınsın. Cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəksin. Zərəçəkmiş şəxs X2 izah edilsin ki, qeyd olunan cinayət hadisəsi ilə əlaqədar onlara vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi ilə bağlı gələcəkdə mülki qaydada məhkəməyə müraciət etmək hüququna malikdir. İş üzrə maddi sübut kimi tanınmış və zərərçəkmiş şəxs X2 məxsus evdə baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerinin müayinəsi zamanı götürülmüş əl-barmaq izləri olan 01 ədəd CD disk cinayət işində saxlanılsın. İş üzrə mülki iddia yoxdur. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili X4 tərəfindən 29 iş saatı, məhkəmə baxışı zamanı isə Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 20 iş saatı sərf olunmuşdur. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 319 (üç yüz on doqquz) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X3 və 220 (iki yüz iyirmi) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədikləri Bakı şəhər 10 saylı Vəkil Bürosunun (“Kapitalbank” Qaradağ rayon filialı H/h ********************, kod 200220, VÖEN **********) hesabına ödənilsin. Hökmdən elan olunduğu, təqsirləndirilən şəxs tərəfindən isə hökmün surəti ona təqdim edildiyi vaxtdan 20 (iyirmi) gün müddətinə Qaradağ rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar