Məhkəmə qərarları › İş №1(002)-124/2021

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №1(002)-124/2021

17.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(002)-124/2021 17.02.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Məmmədova Ülviyyə Nizami qızının katibliyi, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, Təqsirləndirilən şəxs xx xxxxxx 1984-cü ildə Abşeron rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli (himayəsində üç azyaşlı uşağıuşağı) olan, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2 mənzil 52 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə təxminən saat 21 radələrində ünvan 2 52 nömrəli mənzilin qonaq otağında qardaşı Zərərçəkmiş şəxs ilə şəxsi münasibətlərin pozulması zəmnində yaranmış münaqişə zamanı Zərərçəkmiş şəxs sifətinə qəsdən iki dəfə sillə zərbəsi vuraraq sonuncuya sağ gözün ağlı qişasına qansızma ilə müşayiət olunan sağ gözaltı nahiyyənin səthi əzilmiş yarası ilə nəticələnən, dərəcəsinə görə səhhətin qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərərvurmaya aid bədən xəsarətləri yetirmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, o, Qaradağ rayonu, Sahil qəsəbəsi, yataqxana 1 ünvanında qeydiyyatdadır, ünvan 2 mənzil 52 ünvanında, yəni kiçik qardaşı Ramal ilə eyni ünvanda ailəsi ilə birlikdə yaşayır. xx.xx.2020-ci il tarixdə Ramal həyat yoldaşı və uşaqlarını qaynatasının Lökbatan qəsəbəsində yaşadığı ünvana göndərmişdir. O isə xx.xx.2020-cil tarixdə ailəsini qaynatasının Saray qəsəbəsində yaşadığı ünvana aparıb qoymuşdur. İşin mahiyyəti üzrə bildirmişdir ki, xx.xx.2020-ci il tarixdə Ramal səhər saat 08 radələrində yaşdıqları evdən çıxıb işə getmiş, o isə fərdi olaraq işlədiyindən həmin gün işi olmadığı üçün evdə qalmışdır. Həmin gün saat 18 radələrində qardaşı Ramal evə gəlmişdir. Ramal axşam yeməyini yeyib bir qədər istirahət etmişdir. Həmin gün təxminən saat 21 radələrində qardaşı Ramal ilə bir qədər ordan-burdan söhbət etmişlər. Söhbət zamanı Ramal ilə onun arasında sözlə mübahisələri yaranmış və o, Ramalın sifətinin sağ tərəfinə iki dəfə möhkəm sillə vurmuşdur. Ramal də əsəblərini cilovlaya bilməyib DİN-nin 102 xidmətinə zəng vurub onu döyməyini bildirmişdir. Bir az sonra 10-cu PB-dən polis əməkdaşları yaşadıqları evə gəlmişlər və Ramal şikayət ərizəsi yazmışdır. O öz ifadəsində əlavə olaraq bildirmişdir ki, dava-dalaş mübahisə ilə birlikdə təxminən 1-2 dəqiqə davam etmiş və həmin vaxt evdə heç kim olmamışdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ərizə ilə məhkəməyə müraciət edərək özünü təqsirli bildiyini, zərərçəkmiş şəxslə barışdığını, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbin olmadığını bildirərək cinayət məsuliyyətindən azad edilərək cinayət təqibi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, o, ünvan 2 mənzil 52 ünvanında qeydiyyatda olmaqla ailəsi ilə birlikdə yaşayır. Təqsirləndirilən şəxs onun böyük qardaşıdır. X6 rayonu, Sahil qəsəbəsində qeydiyyatda olsa da onunla eyni ünvanda yaşayır. xx.xx.2020-ci il tarixdə həyat yoldaşı və iki azyaşlı övladını qaynatasının Lökbatan qəsəbəsində yaşadığı ünvana göndərmişdir. xx.xx.2020-cil tarixdə o, səhər saat 08 radələrində yaşdığı evdən çıxıb işə getmiş, axşam saat 18 radələrində evə gəlmişdir. O, evə gələndə qardaşı Seymur evdə olmuşdur. O, axşam yeməyini yeyib bir qədər istirahət etmişdir. Həmin gün təxminən saat 21 radələrində qardaşı Seymur ilə bir qədər söhbət etmiş və onun spirtli içki qəbul etməsini hiss etmişdir. Söhbət zamanı Seymur ilə onun arasında sözlə mübahisələri yaranmış və Seymur ona cavab qaytarmağını deyib onun sifətinin sağ tərəfinə iki dəfə möhkəm sillə vurmuşdur. O da əsəblərini cilovlaya bilməyib DİN-nin 102 xidmətinə zəng vurub qardaşı Seymurun onu döyməsini bildirmişdir. Bir az sonra 10-cu PB-dən polis əməkdaşları yaşadıqları evə gəlmiş və o, şikayət ərizəsi yazıb baş vermiş dava-dalaş barədə izahat vermişdir. Dava-dalaş mübahisə ilə birlikdə təxminən 1-2 dəqiqə davam etmiş və həmin vaxt evdə heç kim olmamışdır. Zərərçəkmiş şəxs məhkəməyə yazılı ərizə təqdim edərək təqsirləndirilən şəxslə barışmaqla ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirərək cinayət təqibi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X5-Təcrübi və X3 rayon Şöbəsinin xx xxxxxx 2020-ci il tarixli 801 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs sağ gözün ağlı qişasına qansızma ilə müşayiət olunan sağ gözaltı nahiyyənin səthi əzilmiş yarası müəyyən edilmişdir. Xəsarət bərk küt əşya (əşyalar) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərildiyi kimi xx.xx.2020-ci il tarixdə kənar şəxs tərəfindən yetirilə bilərdi və dərəcəsinə görə səhhətin qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərərvurmaya aiddir. İşdə olan tələbnamədən aydın olur ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə heç bir məlumat yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməldən səmimi peşmanlıq hissi keçirməsini, zərərçəkmiş şəxslə barışmasını və zərərçəkmişin xahişini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməklə barəsində olan cinayət təqibinə xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73.2-ci maddəsində göstərilir ki, bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1,134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). İbtidai istintaq zamanı və məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili X2 tərəfindən 21 iş saatı, məhkəmə baxışı zamanı isə Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 10 iş saatı sərf olunmuşdur. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 126 (yüz iyirmi altı) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X1 və 60 (altmış) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Bürosunun hesabına ödənilməlidir. Odur ki, yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının CM-nin 73, CPM-nin 43 və 321-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilməklə barəsində olan cinayət təqibi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərilmiş hüquqi yardımla bağlı 126 (yüz iyirmi altı) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X1 vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Bürosunun və məhkəmə baxışı zamanı göstərilmiş hüquqi yardımla bağlı 60 (altmış) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Bürosunun (“Kapitalbank” Qaradağ rayon filialı H/h ********************, kod 200220, VÖEN **********) hesabına ödənilsin. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Qərardan, onun surətinin tərəfə rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan, apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qərar qanuni qüvvəyə minir. Sədrlik edən: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar