Məhkəmə qərarları › İş №1(002)-124/2023

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-124/2023

11.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-124/2023 11.05.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədova Ülviyyə Nizami qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs xx xxxxxx 1974-cü ildə Ağdam rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli (himayəsində bir azyaşlı uşağı olan), məhkumluğu olmayan, işləməyən, müharibə veteranı, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş və Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər edərək silah qismində istifadə olunan əşyadan istifadə etməklə xuliqanlıq etmişdir. Belə ki, o, 25 oktyabr 2022-ci il tarixdə, saat 16:40 radələrində alkoqol sərxoşluğu vəziyyətində Bakı şəhəri, Qaradağ rayonu, Qobu Park 2 yaşayış kompleksi 24-cü binanın həyətində, “Amin” marketdən çıxaraq almaq istədiyi siqaretin marketdə olmamasına hirslənərək ucadan söyüşlər söyərkən həmin məhəllənin sakini Zərərçəkmiş şəxs ona yaxınlaşaraq həyətdə qadınların olmasını xatırladıb söyüş söyməsinə görə haqlı iradını bildirdikdə, hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoyub, ümumi davranış və birgə yaşayış qaydalarına saymazlıq nümayiş etdirərək heç bir əsaslı səbəb olmadan Zərərçəkmiş şəxs da söyüb təhqir edərək üzərindəki bıçaqla qəsdən Zərərçəkmiş şəxs sağ əlindən vuraraq ona sağ əlin İİ barmağının kəsilmiş yarası ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan, sağlamlığa yüngül zərərvurmaya aid xəsərət yetirərək silah qismində istifadə olunan əşyadan istifadə etməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər, yəni xuliqanlıq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, birinci Qarabağ Müharibəsində iştirak etməklə dəfələrlə yaralanmış, o cümlədən hər iki ayağını şaxta vurmuş və halhazırda səhhətində ciddi problemləri var. Hətta hər iki ayağı kəsilmək dərəcəsinə çatmışdır. O, əvvəllər 1 saylı Psixiatriya Xəstəxanasında müalicə olunmuşdur. Zərərçəkmiş şəxs yaşadığı Qaradağ rayonu, Qobu Park 2 yaşayış kompleksindən tanıyır. Onunla əvvəllər heç bir münasibəti olmamışdır. 25 oktyabr 2022-ci il tarixdə yaşadığı binanın birinci mərtəbəsində yerləşən “Amin” marketin yaxınlığında onunla mübahisələri olmuşdur. Zərərçəkmiş şəxs üzdən tanıyır, amma tanışlığı olmayıb, əvvəllər aralarında ədavət və düşmənçilikləri olmamışdır. 25 oktyabr 2022-ci il tarixdə saat 16:40 radələrində yaşadığı binanın yanında olan “Amin” marketə siqaret almaq üçün getmişdir. O, “West” markalı siqaret çəkir. Lakin mağazaya gedən zaman marketdə “West” markalı siqaret qalmamışdır. O, marketdən çıxdıqda əsəbi halda öz-özünə söymüşdür. Zərərçəkmiş şəxs işlədiyi bərbərxananın yanından keçən zaman Samir ona yaxınlaşıb dükandan çıxanda söyüş söydüyü üçün ona iradını bildirmişdir. Samirə demişdir ki, o söyüş söyməmiş və ona ümumiyyətlə söyməmişdir. Həmin vaxt içkili olduğu üçün daha nə baş verməsini və nə olmasını, Samirlə nə danışdıqlarını dəqiq xatırlamır. Samir onun üzərinə gəlmişdir. Aralarında mübahisə yaranmışdır. Həmin vaxt onun əlində selofanın içərisində bıçaq olmuşdur. Həmin bıçağı yaşadığı evdən itilətmək üçün götürmüşdür. Samir bıçağı onun əlindən almaq istəyən zaman onun əli kəsilmişdir. Bu zaman ətrafda olan şəxslər, binanın həyətində olan sakinlər onlara yaxınlaşaraq ayırmışlar. O, Samiri bıçaqla vurmamışdır. Hadisədən sonra həmin bıçaq qan olduğu üçün tullamışdır. Harda olması yadında deyil. Aralarında baş vermiş münaqişə təxminən 1-2 dəqiqə müddətində çəkmişdir. Samirlə onun arasında mübahisə olarkən ətrafda bir neçə nəfər adam olmuşdur. Məhkəmə iclasında suallara cavab olaraq bildirmişdir ki, bıçaq selofan torbada olmuş, açılıb əlindən düşmüşdür, sonra qırıldığına görə tullamışdır. O, öz ifadəsində son olaraq bu cinayəti qəsdən törətmədiyini, himayəsində bir azyaşlı uşağı olduğunu və bir daha belə hərəkətlərə yol verməyəcəyini bildirmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, Bakı şəhəri, Qaradağ rayonu, Qobu Park 2, yaşayış kompleksi, bina 14, 2-ci blok, 66-cı mənzildə ailəsi ilə birlikdə yaşayır. Qobu Park 2 yaşayış kompleksində 24-cü binanın altında bər-bər işləyir. Əvvəllər məhkum olunmamışdır. Psixi cəhətdən sağlamdır. Ailəlidir. İşlədiyi bərbərxananı saat 10 radələrində açır, axşam saat 22 radələrinədək işdə olur. 25 oktyabr 2022-ci il tarixdə saat 16:40 radələrində Qobu Park 2 yaşayış kompleksində 24-cü binanın altında yerləşən “Amin” marketdən adını bilmədiyi, lakin əvvəllər orada gördüyü və onlarla qonşuluqda yaşayan bir nəfər şəxsin nalayiq küçə söyüşləri söyərək çıxmasını görmüşdür. Həmin vaxt o, “Amin” marketin yanında dayanmışdır. “Amin” marketdən çıxan şəxs oradan çıxıb səs-küy salmağa başlamışdır. Belə başa düşmüşdür ki, o mağazada satıcı ilə mübahisə edib çıxıb. Onun spirtli içki içməsi və sərxoş olduğu hiss olunmuşdur. Həmin vaxt onun həyat yoldaşı Şahid1 və “Amin” marketin satıcısı Aydan adlı qız da orada olduğu üçün o, sonradan adının Sadiq olmasını bildiyi şəxsə söyüş söyməməsini bildirmişdir. Sadiq isə cavabında yaxşı etdiyini bildirərək onun ünvanına da söyməyə başlamışdır. Sadiqin ucadan söyüş söyməsinə görə yaxınlıqda olan sakinlər oraya toplaşmışlar. Qonşuluqda yaşayan Şahid3 və İsmayıl adlı şəxs də orada olmuşdur. Sadiq onu “Amin” marketin sol tərəfinə çəkib demişdir ki, gəl burada danışaq. O da onun arxasınca getmişdir. Sadiq əynindəki gödəkçənin cibindən bıçaq çıxartmışdır. Həmin bıçaq dəstəyi ağ rəngli olmaqla mətbəx bıçağına bənzəmişdir. Sadiqlə onlar üzbəüz dayanmışlar. Sadiq sağ əlində tutduğu bıçaqla onu vurmaq istəmiş, o, sağ əlini qabağa tutduğu üçün bıçaq əlini kəsmişdir. Onun əli qanamışdır. Bunu görən qonşular Elşad və Səbuhi onlara yaxınlaşmışlar. Onlar Sadiqi kənara çəkmişlər. Sadiq onun sağ əlinə bıçaqla bir dəfə vurmuşdur. Hadisə 10-15 dəqiqə davam etmişdir. Təqsirləndirilən şəxs ona xəsarət yetirdiyi bıçaq dəstəyi ağ rəngli mətbəx bıçağı olmuşdur. Sadiq ona bir bıçaq zərbəsi vurmuşdur. Onu ikinci dəfə vurmamışdır. Buna cəhd etməmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs məhkəməyə yazılı ərizə təqdim edərək, təqsirləndirilən şəxs ilə barışdığını, ona dəyən ziyanın tam olaraq ödənildiyini, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, 25 oktyabr 2022-ci il tarixdə saat 16:40 radələrində həyat yoldaşı Samirlə birlikdə Qobu Park 2 yaşayış kompleksində 24-cü binanın altında yerləşən “Amin” marketə tərəf gedərkən adını bilmədiyi qonşuluqda yaşayan bir nəfər şəxsin nalayiq küçə söyüşləri söyərək oradan çıxmasını görmüşlər. Həmin vaxt onun əri Samir sonradan adının Təqsirləndirilən şəxs olmasını bildiyi şəxsə söyüş söyməməsini bildirmişdir. O isə cavabında yaxşı etdiyini bildirərək əri Samirin ünvanına da söyməyə başlamışdır. Sadiqin ucadan söyüş söyməsinə görə yaxınlıqda olan sakinlər oraya toplaşmışlar. Qonşuluqda yaşayan Şahid3 və İsmayıl adlı şəxs də orada olmuşdur. Sadiq onu “Amin” marketin sol tərəfinə çəkib demişdir ki, gəl burada danışaq. O da onun arxasınca getmişdir. Sadiq əynindəki gödəkçənin cibindən bıçaq çıxartmışdır. Həmin bıçaq dəstəyi ağ rəngli olmaqla mətbəx bıçağına bənzəmişdir. Sadiq onun əri Samiri bıçaqla vurmaq istəmiş, o, sağ əlini qabağa tutduğu üçün bıçaq əlini kəsmişdir. Samirin əli qanamışdır. O, əri Samirin əlini dəsmalla bağlamışdır ki, qanı kəssin. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, Qobu Park y/k, 24-cü binanın altındakı “Amin” marketdə satıcı işləyir. 25 oktyabr 2022-ci il tarixdə 16:30 radələrində yaxınlıqdakı binada yaşayan, əvvəllər bir neçə dəfə gördüyü Sadiq adlı şəxs onun işlədiyi “Amin” marketə daxil olmuşdur. O, siqaret almaq istəmişdir. Onun istədiyi siqaret dükanda olmadığı üçün heç bir səbəb olmadan ünvansız söyüşlər söyməyə başlamış və dükandan çıxmışdır. Bu zaman qonşuluqda yaşayan Zərərçəkmiş şəxs həyat yoldaşı Şahid1 ilə birlikdə onun işlədiyi “Amin” market tərəfə gəlmişdir. Təqsirləndirilən şəxs onun və ətrafda başqa qadının olmasına məhəl qoymayıb söyməyə davam etmişdir. Bu zaman Zərərçəkmiş şəxs hərəkətlərinə görə ona irad bildirmiş, ətrafda qadınların olmasını demiş, həmin vaxt Təqsirləndirilən şəxs Samirə tərəf getmişdir. Əlindəki gödəkcənin cibindən sellofan içərisindən bıçaq çıxardaraq Samirə tərəf getmişdir. Samir özünü müdafiə etmək istəyəndə bıçaq onun sağ əlini kəsmişdir. Yaxınlıqda olan bina sakinləri Sadiqi ayırıb aparmışlar. Şahid3 məhkəmə iclasının vaxtı və yeri barəsində rəsmi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə teleqram ünvanlayaraq iştirak edə bilməyəcəyinin nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında şahidin ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsində Şahid3 göstərmişdir ki, Bakı şəhəri, Qaradağ rayonu, Qobu Park yaşayış kompleksində qalır. “Romance Palace” restoranında video operator işləyir. Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs tanıyır. Onların hər ikisi onlarla qonşu binada yaşayırlar. Baş vermiş hadisə ilə əlaqədar deyə bilər ki, 25 oktyabr 2022-ci il tarixdə saat 16 radələrində o, Qobu Park yaşayış kompleksində 24-cü binanın alt tərəfində yerləşən “Amin” marketə getmişdir. Oraya gedərkən marketin yaxınlığında yerləşən Samirin işlədiyi bərbərxananı qarşısında dayanıb Samirlə söhbət etmişdir. Bu zaman qonşuları Sadiq Orucovun mübahisə edərək dükandan çıxmasını görmüşdür. Sadiq dükandan çıxıb söyüş söymüşdür. Samir də həyat yoldaşı orada olduğu üçün Sadiqə irad bildirmişdir ki, söyüş söyməsin ətrafda qadın uşaq var. Sadiq isə sakitləşməmiş və əksinə Samiri təhqir etməyə başlamış, Samir Sadiqə çıxıb getməsini demişdir. Sadiq isə əynindəki gödəkçənin cibindən bıçaq çıxarıb Samirə tərəf gəlmişdir. O bıçaqla Samiri vurmaq istəmişdir, Samir əli ilə özünü müdafiə edəndə bıçaq onun əlini kəsmişdir. O, Sadiqin qolundan tutub kənara çəkmişdir. Həmin vaxt qonşuluqda yaşayan İsmayıl adlı şəxs də onlara yaxınlaşmışdır. İsmayıl və o, Sadiqi oradan kənarlaşdırmışlar. Samirin əlini orada olan həyat yoldaşı Minayə dəsmalla bağlamışdır. Samirin əlindən qan axmışdır. O polis bölməsinə gedəcəyini dediyi üçün ondan xahiş etmişdir ki, onu 10-cu polis bölməsinə aparsın. O da Samiri avtomobili ilə Qaradağ RPİ-nin Lökbatanda yerləşən 10-cu polis bölməsinə aparmışdır. Samirlə Sadiqin arasında arasında olan mübahisə 10-15 dəqiqə davam etmişdir. Bundan başqa, “Amin” marketdə işləyən Aydan adlı satıcı və Samirin həyat yoldaşı da hadisənin şahidi olmuşlar. Sadiqin əynindəki gödəkçənin cibindən çıxartdığı bıçağın dəstəyi ağ rəngində olmuşdur. Mətbəx bıçağına oxşamışdır. Hadisə vaxtı Təqsirləndirilən şəxs ona qarşı zor tətbiq etməmişdir. Sadiqin qolundan tutub kənara çəkmişdir. O da hadisə yerindən uzaqlaşmışdır. Sadiq bıçağı çıxarıb Samirin qarın nahiyəsindən vurmaq istəmişdir, lakin Samir əli ilə özünü müdafiə etdiyi üçün bıçaq əlinə dəymişdir. Şahid2 məhkəmə iclasının vaxtı və yeri barəsində rəsmi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə teleqram ünvanlayaraq ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini, məhkəmə iclasında iştirak edə bilməyəcəyinin nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında şahidin ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsində Şahid2 öz ifadəsində Şahid3 göstərdiklərini təsdiq edərək onunla oxşar məzmunlu ifadə vermişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X6 X11 31 oktyabr 2022-ci il tarixli 800 saylı rəyindən görünür ki, vət. Zərərçəkmiş şəxs məhkəmə-tibbi ekspertizası zamanı aşkar edilmiş xəsarət- sağ əlin İİ barmağının kəsilmiş yarası iti kənarlı əşyanın (alətin) (ola bilsin ki, bıçağın) təsirindən müayinədən 1 (bir) günə qədər əvvəl törənmişdir, qərarın təsviri hissəsində göstərilən xx.xx.2022-ci il tarixdə və şəraitdə törənməsi mümkündür və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid edilir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Psixiatrik X7 Hüquqi Şəxsin 23 yanvar 2023-cü il tarixli 143 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz əməlinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs öz psixi vəziyyətinə görə hal-hazırda hərəkətlərinə cavab vermək iqtidarındadır. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Lakin iş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X11 Qaradağ RPİ-nin İŞ-nə ünvanladığı 10 dekabr 2022-ci il tarixli 12004 saylı məktubundan görünür ki, xx.xx.1974-cü il təvəllüdlü, ünvan 1 ünvanında qeydiyyatda olan Təqsirləndirilən şəxs arxiv məlumatına görə xx.xx.2018-xx.xx.2018-ci il; xx.xx.2018-xx.xx.2018-ci il tarixlərdə yuxarıda adı göstərilən xəstəxanada müalicədə olmuşdur. İş üzrə hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs 25 oktyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs ona bıçaqla xəsarət yetirdiyi yeri göstərmişdir. İş üzrə tərtib edilmiş video görüntülərə məhkəmə iclasında baxış keçirilmiş və müəyyən olunmuşdur ki, xx.xx.2022-ci il tarixdə saat 16:42 dəqiqədə Qaradağ rayonu, “Qobu Park 2” yaşayış kompleksində yerləşən “Amin” marketdən çıxan Təqsirləndirilən şəxs orada dayanan Zərərçəkmiş şəxs ilə mübahisə edir. Bundan sonra onlar “Amin” marketin sol tərəfinə tərəf gedirlər. Bir-iki dəqiqə ərzində mağazanın qarşısında dayanan şəxslər onların olduğu video müşahidə kamerasına düşməyən istiqamətə tərəf qaçırlar. Yenidən kamera görünütsünə daxil olduqda, Zərərçəkmiş şəxs sağ əlini tutmuş vəziyyətdə “Amin” marketin qapısına tərəf qayıdır. İş üzrə götürülmüş cinayət hadisəsinin video görüntülərinin qeydə alındığı bir ədəd DVD disk sübut növü kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir İş materiallarına əlavə edilmiş nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2013-cü il tarixdə X4 ilə nikaha daxil olmuşdur. İş materiallarına əlavə edilmiş arayışın surətindən görünür ki, 07 may 2013-cü il tarixdə doğulmuş X5 atası Təqsirləndirilən şəxsdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası “X8” İctimai Birliyi tərəfindən verilmiş 0435 nömrəli vəsiqənin surətindən görünür ki, vəsiqənin sahibi Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının müstəqilliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmişdir. İş materiallarına əlavə edilmiş arayışın surətindən görünür ki, Təqsirləndirilən şəxs 1992-ci ilin mart ayından avqust ayına kimi N nömrəli hərbi hissənin tərkibində döyüş əməliyyatlarında yaxından iştirak etmişdir. İş materiallarında olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə tədqiq edilmiş sübutların tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli tam sübuta yetir və onun əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsulliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs az ağır cinayət əməli törətməsini, himayəsində bir azyaşlı uşağının olmasını, Qarabağ Müharibəsində iştirak etməsini, hal-hazırda hər iki ayağıda ciddi problemlər olmaqla müalicəyə ehtiyacının olmasını, zərərçəkmiş şəxslə barışmaqla ona vurulmuş ziyanın ödənilməsini, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinin tələblərinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəmüvafiqdir. Məhkəmə, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədə müvafiq hesab etsə də, ona cəza təyin edərkən az ağır cinayət əməli törətməsini, himayəsində bir azyaşlı uşağının olmasını, Qarabağ Müharibəsində iştirak etməsini, hal-hazırda hər iki ayağıda ciddi problemlər olmaqla müalicəyə ehtiyacının olmasını, zərərçəkmiş şəxslə barışmaqla ona vurulmuş ziyanın ödənilməsini, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını nəzərə alaraq təqsirləndirilən şəxsin azadlıqdan məhrum etmə cəzasına şərti olaraq məhkum edilməsini məqsədəuyğun, həm də cəzanın məqsədlərinə nail olunması baxımından daha ədalətli və düzgün hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1-ci maddəsinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama, azadlığın məhdudlaşdırılması və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Məhkəmə təqsirləndirilən şəxsə təyin edilmiş cəzanı çəkmədən islah olunmasını mümkün hesab etməklə, üzərinə CM-nin 70.5-ci maddəsində göstərilən onun davranışı üzərlərinə nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək və iş yeri barədə məlumat vermək vəzifəsinin qoyulmasını məqsədəuyğun hesab edir. Cinayət işinin materiallarından aydın olur ki, Təqsirləndirilən şəxs qeyd olunan cinayət əməlinə görə 29 noyabr 2022-ci il tarixdə tutulmuş və 01 dekabr 2022-ci il tarixdə barəsində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin qərarı ilə “həbs” qətimkan tədbiri seçilmişdir. Odur ki, bu hal cəza təyini zamanı CM-nin 69.3-cü maddəsinə əsasən nəzərə alınmalıdır. İbtidai istintaq zamanı və məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili X3 tərəfindən 35 iş saatı, məhkəmə baxışı zamanı isə Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 20 iş saatı sərf olunmuşdur. Odur ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərilmiş hüquqi yardımla bağlı 210 (iki yüz on) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X2 və məhkəmə baxışı zamanı göstərilmiş hüquqi yardımla bağlı 120 (yüz iyirmi) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədikləri Bakı şəhər 10 saylı Vəkil Bürosunun hesabına ödənilməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Odur ki, yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının CPMnin 344-347, 349, 351-353, 356, 358, 381 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il 02 (iki) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs həbsdə qaldığı 05 (beş) ay 12 (on iki) gün müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hazırkı hökmlə təyin olunmuş cəzadan çıxılsın və onun üzərində qəti olaraq 01 (bir) il 08 (səkkiz) ay 18 (on səkkiz) gün müddətə azadlıqdan məhrum etmə saxlanılsın. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq edilməklə ona təyin olunmuş 01 (bir) il 08 (səkkiz) ay 18 (on səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası 01 (bir) il 06 (altı) ay sınaq müddəti müəyyən edilməklə şərti tətbiq edilsin. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalından dərhal həbsdən azad edilsin. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə: sınaq müddəti ərzində onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək və iş yeri barədə məlumat vermək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Bakı şəhəri Probasiya İdarəsinə həvalə edilsin. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərilmiş hüquqi yardımla bağlı 210 (iki yüz on) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X2 və məhkəmə baxışı zamanı göstərilmiş hüquqi yardımla bağlı 120 (yüz iyirmi) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədikləri Bakı şəhər 10 saylı Vəkil Bürosunun hesabına ödənilsin. Hökmdən elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətinə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar