Məhkəmə qərarları › İş №1(002)-124/2024

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-124/2024

30.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-124/2024 30.04.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Abbasov Fərid Zirəddin oğlunun katibliyi, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi X4, Müdafiəçilər Müdafiəçi3, Müdafiəçi2, Müdafiəçi1 və Müdafiəçi4, Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 iştirakları ilə, Təqsirləndirilən şəxslər xx xxxxxxxx 1993-cü il tarixdə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2ayan və barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.4-cü maddələri ilə təqsirləndirilmələrinə dair; xx xxxx 1993-cü il Lənkəran rayonu, Kərgəlan kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, Lənkəran rayonu, Kərgəlan kəndində qeydiyyatda olmaqla, Abşeron rayonu, Məhəmmədli qəsəbəsi, Göy- Qurşağı massivində yaşayan və barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.4-cü maddələri ilə təqsirləndirilmələrinə dair; xx xxxx 1989-cu il Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, Bakı şəhəri, Nizami rayonu, ünvan 3 ünvanda yaşayan və barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair; xx xxxx 1998-ci il tarixdə Yevlax rayonu, Xaldan kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, Yevlax rayonu, Xaldan kəndində qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan və barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.4-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxslə özgənin əmlakını gizli talama yolu ilə ələ keçirərək zərərçəkmişə xeyli miqdarda ziyan vurmaqla oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs1 malların qəbulu üzrə operator vəzifəsində işlədiyi, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində yerləşən "xxxx" MMC-nin mərkəz anbarından oğurluq etmək qərarına gəlib həmin niyyətini həyata keçirmək məqsədilə iş yoldaşları Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs4 ilə danışıb razılaşaraq qabaqcdan əlbir olan bir qrup şəxs halında 2023-cü ilin iyul ayının əvvəllərindən sentyabr ayınadək müxtəlif vaxtlarda üç dəfə, sonuncu dəfə isə xx.xx.2023cü il tarixədə saat 12:00 radələrində 10.725 (on min yeddi yüz iyirmi beş) manat dəyərində 39 qutuda olan 780 kq “Anchor” kərə yağlarını vahid niyyətlə gizli olaraq talayıb zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını gizli talama yolu ilə ələ keçirərək zərərçəkmişə xeyli miqdarda ziyan vurmaqla oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs2 malların qəbulu üzrə operator vəzifəsində işlədiyi, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində yerləşən "xxxx" MMC-nin mərkəz anbarından oğurluq etmək qərarına gəlib həmin niyyətini həyata keçirmək məqsədilə iş yoldaşları Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1 Akf oğlu və Təqsirləndirilən şəxs4 ilə danışıb razılaşaraq qabaqcdan əlbir olan bir qrup şəxs halında 2023-cü ilin iyul ayının əvvəllərindən sentyabr ayınadək müxtəlif vaxtlarda üç dəfə, sonuncu dəfə isə xx.xx.2023cü il tarixədə saat 12:00 radələrində 10.725 (on min yeddi yüz iyirmi beş) manat dəyərində 39 qutuda olan 780 kq “Anchor” kərə yağlarını vahid niyyətlə gizli olaraq talayıb zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs4 qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını gizli talama yolu ilə ələkeçirərək oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs4 malların qəbulu üzrə oprator vəzifəsində işlədiyi, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində yerləşən "xxxx" MMC-nin mərkəz anbarından iş yoldaşları Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1, və Təqsirləndirilən şəxs3 oğurluq etdiklərini bilib, onlarla birlikdə oğurluq etmək istədiyini bildirərək həmin niyyətini həyata keçirmək məqsədilə Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1, və Təqsirləndirilən şəxs3 ilə əlbir olan bir qrup şəxs halında xx.xx.2023-cü il tarixdə saat 12:00 radələrində Azərbaycan Supermarket” MMC-nin mərkəz anbarından 1650 (min altı yüz əlli) manat dəyərində 06 qutuda olan, 120 kq “Anchor” kərə yağlarını gizli olaraq talayıb zərərçəkmiş şəxsə ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs3 qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını gizli talama yolu ilə ələ keçirərək zərərçəkmişə xeyli miqdarda ziyan vurmaqla oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs3 malların qəbulu üzrə operator vəzifəsində işlədiyi, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində yerləşən "xxxx" MMC-nin mərkəz anbarından oğurluq etmək qərarına gəlib həmin niyyətini həyata keçirmək məqsədilə iş yoldaşları Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 Akf oğlu və Təqsirləndirilən şəxs4 ilə danışıb razılaşaraq qabaqcdan əlbir olan bir qrup şəxs halında 2023-cü ilin iyul ayının əvvəllərindən sentyabr ayınadək müxtəlif vaxtlarda üç dəfə, sonuncu dəfə isə xx.xx.2023cü il tarixədə saat 12:00 radələrində 10.725 (on min yeddi yüz iyirmi beş) manat dəyərində 39 qutuda olan 780 kq “Anchor” kərə yağlarını vahid niyyətlə gizli olaraq talayıb zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.4-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək və ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək bildirmişdir ki, o, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən "xxxx" MMC-nin mərkəz anbarında malların qəbul edilməsi üzrə operator vəzifəsində işləmişdir. Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 iş yoldaşlarıdır və onlar da malların qəbulu üzrə operator vəzifəsində işləmişlər. 2023-cü ilin iyul ayının əvəllərində iş yoldaşı Təqsirləndirilən şəxs3 ona anbarda olan “Anchor” kərə yağlarını oğurlayıb satmağı təklif etmişdir. Həmin vaxt yanlarında digər iş yoldaşı Əlkbər Südefzadə də olmuşdur. Yağlar soyuducu anbarın içərisində olan dondurucu anbarda olur, həmin yerə isə yalnız Ələkbər Südezadə girib-çıxa bilirmiş. Ələkbər onlara “mən yağları çıxışa qədər gətirə bilərəm, qalan hissəsi isə sizlikdir” sözlərini demiş, Əli də Ələkbərlə ona “siz yağları gətirin, mən çıxarıb aparacam” sözlərini demişdir. Bundan sonra hər üçü razılaşmış, oğurluq etməyə qərar vermişlər. O, Əli ilə əvvəllər Nizami metrostansiysı yaxınlığında yerləşən “Topdan satış” mağazasında satıcı işləmiş, onlaral birlikdə Ravil adlı şəxsdə satıcı işləmiş, Əli ilə o, həmin yerdən işdən çıxmış, lakin Ravil işdə qalmışdır. Ona görə də belə fikləşmişlər ki, Ravil ilə telefon əlaqəsi saxlayıb onlaradan yağ alıb-almayacağını soruşsunlar. Bundan sonra o, Ravilə telefonla zəng edərək “ Əli ilə mən "xxxx" MMC-nin anbarında işləyirik. Burada əmək haqqı aşağı olduğundan anbar rəhbərliyi bizə əmək haqqı olaraq “Anchor” kərə yağları verir, yağların satılmasında bizə kömək edə bilərsənmi” sözlərini demişdir. Ravil ona hal-hazırda başqa yerdə işlədiyini, buna baxmayaraq müxtəlif dükan və restoranlarda tanışlarının olduğunu, yağları rahat şəkildə sata biləcəyini bildirmişdir. Ravil ona “ancaq mənə düzünü deyin yağlar oğurluq deyil ki” sözlərini demiş, onlarada Ravili yağların onlara əmək haqqı əvəzinə verilməsinə əmək etmək istəmişdirlər. Ravillə razılaşdıqdan sonra 2023-cü ilin iyul ayının əvvəllərindən oğurluq etməyə başlamışlar. Razılaşdıqları kimi Ələkbər yağları zibil tullarını yığıb atamaq üçün nəzərdə tutulmuş yaşıl metak (plasmas) qabların içərsinə yığıb çıxış gətirir, Əli isə anbara mal gətirib-aparan yük maşınlarının sürücüləri ilə danışıb yağları həmin maşınlara yükləyib anbardan çıxarırmış. Yağlar anbardan çıxdıqdan sonra o, Ravil ilə əlaqə saxlayıb harada olmasını soruşaraq ona yağ göndərcəyini bildirir, Ravildə olduğu məkanı “whatsappa” mobil tətbiqi vasitəsi ilə ona göndərir, o da öz növbəsində məkanı Əliyə göndərirmiş. Əlidə sifariş etdiyi taksiləri Ravilin olduğu məkanı göndərirmiş. Yağları göndərdikləri gün işdən çıxdıqdan sonra o, Əli ilə Koroğlu metrostansiyası yaxınlığına gedərək Ravilə görüşüb pullarını alırmış. Birinici dəfə 1400 manat pul almış, həmin puldan özünə 400 manat, Ələkbərə 250 manat, qalan məbləğ yəni 750 manat isə Əliyə çatmışdır. Ələkbərə çatacaq pulu səhəri gün işdə olarkən o, Ələkbərə vermişdir. Bundan sonra ona 400 manat, qalan sonun iki dəfə isə 500+500 manat olmaqla pul çatmışdır. Onlar 2023-cü ilin iyul ayının əvvəllərindən xx.xx.2023-cü il tarixədək 15-20 gün ara verməklə dörd dəfə işlədiyikləri anbardan 39 qutu “Anchor” kərə yağlarını oğurlamışlar. Sonunu dəfə xx.xx.2023-cü il tarixdə Anchor kərə yağını oğurlayan zaman iş yoldaşı Təqsirləndirilən şəxs4 onları görmüş, onlara “əgər məni bu işə qoşmasanız, mənə pul verməsəniz oğurluq etməyiniz barədə anbar rəhbərliyinə məlumat verəcəm” sözlərini demişdir. Faiqin onlar barəsində məlumat verməməsi üçün Faiqə “bu barədə heç kimə heçnə demə sənədə pul verəcəyik” sözlərini demişlər. Bundan sonra Faiq Ələkbərlə birlikdə dondurucu anbardan “Anchor” kərə yağlarını çıxarmışdır. Sonuncu dəfə oğurlanmış Anchor kərə yağına görə 1680 manat pul almışlar. O, həmin puldan Təqsirləndirilən şəxs4 300 manat pul vermişdir. Əlkəbər Südefzadəyə isə 300 manat pul vermişdir. 17 noyabr 2023-cü il tarixdə anbar rəhbərliyi onları çağırmış, onlardan oğurluq edib-etmədiklərini soruşmuş, sonra isə onlara kamera görüntülərini təqdim etmişdirlər. Bundan sonra o, könüllü olaraq rəhbərliyinə dörd dəfə olmaqla 39 qutu “Anchor” kərə yağlarını oğurlamalarını bildirmişlər. O öz ifadəsində hadisədən sonra vurulmuş ziyanı Əli istisna olmaqla digər təqsirləndirilən şəxslərlə birləşərək ödədiklərini, onun tərəfindən ziyanla bağlı 3600 manat pul ödənildiyini, atası X8 İ qrup əlil olmaqla onun himayəsində olmasını, ilk dəfə olaraq cinayət məsuliyyətinə cəlb edildiyini, törətdiyi əməldən peşman olduğunu, zərərçəkmiş hüquqi şəxsə vurulmuş ziyanın tam ödədiklərini bildirərək məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.4-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək və ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək bildirmişdir ki, o, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən "xxxx" MMC-nin mərkəz anbarında malların qəbul edilməsi üzrə operator vəzifəsində işləmiş, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 onun iş yoldaşları olmuş və onlar da malların qəbulu üzrə operator vəzifəsində işləmişlər. 2023-cü ilin iyul ayının əvvəllərində iş yoldaşı Təqsirləndirilən şəxs3 ona anbarda olan “Anchor” kərə yağlarını oğurlayıb satmağı təklif etmişdir. Həmin vaxt yanlarında digər iş yoldaşı Təqsirləndirilən şəxs1 də olmuşdur. Yağlar soyuducu anbarın içərisində olan dondurucu anbarda olur, həmin yerə isə yalnız özü giribçıxa bilirmiş. Həmin ərəfədə maddi vəziyyəti pis olduğundan onların bu təklifinə yəni oğurluq etməyə razılıq vermişdir. Bundan sonra o, Əligilə “mən yağları çıxışa qədər gətirə bilərəm, qalan hissəsi isə sizlikdir” sözlərini demişdir. Əli də ona “sən yağları gətir, mən çıxarıb aparacam” sözlərini demişdir. Bundan sonra hər üçü razılaşmış, oğurluq etməyə qərar vermişlər. Razılaşdıqları kimi o, arada bir Nərimanla birlikdə dondurucu anbardan yağları zibil tullarını yığıb atmaq üçün nəzərdə tutulmuş yaşıl metak (plasmas) qabların içərsinə yığıb çıxış gətirir, Əli isə kimlərləsə danışır, anbara mal gətirən maşınların sürücüləri vasitəsi ilə yağları aparırmış. Əli malları haradan götürüb, nəylə apardığını bilməmiş, lakin oğurladıqları “Anchor” kərə yağları satıldıqdan sonra əldə olunmuş qazancı Nəriman ona verirmiş. Birinici dəfə ona 250 manat, ikinci dəfə 400 manat, son iki dəfə isə 400+300 manat pul Nəriman tərəfindən verilmişdir. Sonuncu dəfə isə xx.xx.2023-cü il tarixdə saat 08:00 radələrində iş yerindəki paltar dəyişmə otağında Nəriman ona 300 manat pul vermiş, oğurladıqları yağlara görə ümumlikdə 1350 manat pul almışdır. xx.xx.2023-cü il tarixdə onlar “Anchor” kərə yağını oğurlayan zaman iş yoldaşı Təqsirləndirilən şəxs4 əvvəllər oğurluq etməklərini gördüyü üçün onlara yaxınlaşıb “mənidə bu söhbətə qatın mənədə pul verin, yoxsa oğurluq etməyiniz barədə anbar rəhbərliyinə məlumat verəcəm” sözlərini demişdir. Faiqin bu barədə məlumat verməməsi üçün ona “bu barədə heç kimə heçə demə sənədə pul verəcəyik” sözlərini demişlər. Bundan sonra Faiqlə birlikdə dondurucu anbardan “Anchor” kərə yağını çıxarıb çıxış hissəyə gətirmişlər. Sonuncu dəfə oğurlanmış Anchor yağına görə Nəriman xx.xx.2023-cü il tarixdə saat 08:00 radələrində paltar dəyişmə otağından Faiqə 300 manat pul vermişdir. Onlar 2023-cü ilin iyul ayının əvvəllərindən xx.xx.2023-cü il tarixədək 15-20 gün ara verməklə dörd dəfə işlədikləri anbardan yağ oğurlamışdırlar. xx.xx.2023-cü il tarixdə anbar rəhbərliyi onları çağırmış, onlardan oğurluq edib-etmədiklərini soruşub kamera görüntülərini onlara təqdim etmişdirlər. Bundan sonra o, köünllü olaraq onlara “biz dörd dəfə olmaqla 39 qutu “Anchor” kərə yağlarını oğurlamışıq” sözlərini demişdir. Onun vəzifəsi yağları çıxışa çıxarmaq olmuş, yağın Əli tərəfindən hansı maşınlarla hansı üsulla çıxarılmasını kimlərə və hansı qiymtə satılmasını bilməmiş, bu barədə heç bir məlumatı olmamışdır. O öz ifadəsində hadisədən sonra vurulmuş ziyanı Əli istisna olmaqla digər təqsirləndirilən şəxslərlə birləşərək ödədiklərini, onun tərəfindən ziyanla bağlı 3000 manata yaxın pul ödənildiyini, ilk dəfə olaraq cinayət məsuliyyətinə cəlb edildiyini, törətdiyi əməldən peşman olduğunu, zərərçəkmiş hüquqi şəxsə vurulmuş ziyanı tam ödədiklərini bildirərək məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs4 ona Azərbaycan Respublikası CM-nin 177.2.1ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək və ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək bildirmişdir ki, o, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən "xxxx" MMC-nin mərkəz anbarında malların qəbul edilməsi üzrə operator vəzifəsində işləmiş, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 iş yoldaşlarıdır, onlar da malların qəbulu üzrə operator vəzifəsində işləmişlər. 2023-cü ilin iyul ayında iş yoldaşlarım Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 işlədikləri anbardan “Anchor” kərə yağlarını oğurlayıb satmaları ona məlum olmuşdur. Həmin ərəfədə də o, onlara “əgər məni də bu işə qoşmasanız bu barədə rəhbərliyə məlumat verəcəm” sözlərini demiş, lakin onlar onun sözlərini səmimi qəbul etməmiş, onu bu işə qoşmamışdırlar. Arada bir o, onlara onuda oğuluq etməyə qoşmalarını təklif edirmiş. xx.xx.2023-cü il tarixdə saat 12:00 radələrində o və iş yoldaşları Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 istirahət otağında olmuşlar. Həmin vaxt Əli, Ələkbərlə ona “içəridən neçə dənə yağ çıxara bilərsiniz” sözlərini demiş, o da c Əlindən ona nə qədər pul çatacağını soruşmuş, Əli isə cavab olaraq ona “Ələkbərə də sənə də hərənizə 300 manat pul çatacaq” sözlərini demiş, o da razılaşmış, Ələkbərlə buzlama anbarına getmişdir. Anbarada “Anchor” kərə yağları üst-üstə yığılmış halda olmuşdur. Ələkbər yuxarıya qalxmış, orada 06 ədəd qutuda “Anchor” kərə yağlarını ona vermiş, o da 06 ədəd qutunu poletə yığmış, poletin üzərinə isə Metak adlanan zibil qutusun qoyaraq, yük daşıyanla həmin yağları oradan çıxarmış, malların paylanma və qəbul edilməsi üçün nəzərdə tutulmuş çıxışa gətirib. üzərində 06 ədəd qutuda yağ olan poleti orada yerə qoyub öz işiylə məşqul olmuşdur. xx.xx.2023-cü il tarixdə saat 08:00 radələrində iş yerindəki paltar dəyişmə otağından Nəriman ona 300 manat pul verərək oğurladıqları yağdan əldə olunmuş qazanc olmasını bildirmişdir. O da 300 manat pulu götürmüş, öz təlabatı üçün xərcləmişdir. xx.xx.2023-cü il tarixdə anbar rəhbərliyi onları çağırmış, onlardan oğurluq edib-etmədiklərini soruşmuş, sonra isə kamera görüntülərini onlara təqdim etmişdirlər. Bundan sonra o, könüllü olaraq onlara “mən yalnız bir dəfə oğurluq etmişəm, qalan oğuruqlarda iştirak etməmişəm” sözlərini demişdir. Həmin vaxt MMC-yə məxsus anbardan 39 qutu yağ yerində olmadığını həmin yağların iş yoldaşları Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 tərəfindən oğrlanması ona məlum olmuşdur. İş yoldaşları Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 yağları anbardan kimin vasitəsi ilə hansı üsulla çıxardıqlarını, kimlərə və neçiyə satdıqlarını bilmədiyini, bu barədə heç bir məlumatının olmadığını bildirmişdir. O öz ifadəsində hadisədən sonra vurulmuş ziyanı Əli istisna olmaqla digər təqsirləndirilən şəxslərlə birləşərək ödədiklərini, onun tərəfindən ziyanla bağlı 4700 manat pul ödənildiyini, ilk dəfə olaraq cinayət məsuliyyətinə cəlb edildiyini, törətdiyi əməldən peşman olduğunu, zərərçəkmiş hüquqi şəxsə vurulmuş ziyanı tam ödədiklərini bildirərək məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs3 ona Azərbaycan Respublikası CM-nin 177.2.1ci və 177.2.4-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək və ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək bildirmişdir ki, o, əvvəllər Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən "xxxx" MMC-nin mərkəz anbarında malların qəbul edilməsi üzrə operator vəzifəsində işləmiş, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iş yoldaşlarıdır, onlar da malların qəbulu üzrə operator vəzifəsində işləmişlər. 2023-cü ilin iyul ayının əvvəllərində iş yoldaşları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə, anbarda olan “Anchor” kərə yağlarını oğurlayıb satmaq qərarına gəlmişlər. Yağlar isə soyuducu anbarın içərisində olan dondurucu anbarda olmuş, səhhətində olan problemlə bağlı rəhbərlik tərəfindən onun soyuducu anbarına girməsinə icazə verilməmişdir. Həmin anbara iş yoldaşları Ələkbər və Nəriman girib-çıxa bilirmiş. Ona görə də Ələkbərlə Nərimannın yağları çıxışa gətirmələri, o da yağları mal götürməyə gələn maşınlara yüklətdirib oradan çıxaracağı barədə razılığa gəlinmişdir. Həmin anbardan işləməzdən əvvəl o, Nərimanla birlikdə Nizami metrostansiyası yaxınlığında yerləşən “Topdan satış“ mağzasında satıcı işləmişlər. Onlaral birlikdə Ravil adlı şəxsdə satıcı işləmişdir. Ravil ilə əlaqə saxlayaq oğurladıqları yağları Ravilə satmaq təklifini etmək yadakı Ravildən onlara kömək etməsin xahiş etmək qərarına gəlmişlər. Bundan sonra Nəriman Ravil ilə telefon əlaqəsi saxlayaraq ona “Əli ilə mən "xxxx" MMC-nin anbarında işləyirik, arada bir anbar rəhbərliyi bizə əmək haqqı olaraq “Anchor” kərə yağları verir. sən yağların satılmasına bizə kömək edə bilərsənmi” sözlərini demişdir. Ravil əvvəlcə tərəddüt etmiş, Nərimandan yağların oğurluq olub-olmamasını soruşmuş və kömək edə bilməyəcəyini demişdir. O, telefonu götürüb Ravillə danışaraq Ravilə “narahat olma Nəriman düz deyir, yağları bizə əmək haqqı şəklində veriblər, bizə kömək et” sözlərini demiş, bundan sonra Ravil onlarla razılaşmışdır. Nərimanla Ələkbər dondurucu anbardan yağları zibil tullarını yığıb atamaq üçün nəzərdə tutulmuş yaşıl metak (plasmas) qabların içərsinə yığıb çıxış gətirirmiş, o isə anbara mal gətirən maşınların sürücülərinə həmin yağların sifariş əsasında başqa yerə göndəriləcəyini bildirib, malların anbardan çıxarılmasını onlaradan xahiş edirmiş. Yağların anbarın içərisində kamera quraşdırılımış yerdə yüklənməsindən və eləcədə onun anbarın işçisi olduğundan sürücülər yağların oğurluq olmasından şübhələnmir, həqiqətəndə sifariş əsasında çıxarılmasına güman edirdilər. Sürücülərdən anbardan çıxdıqdan bir qədər sonra təxminən Lökbatan dairəsi yaxınlığında maşını saxlayıb onu gözləmələri xahiş edir, Sürücülərdə xahişini nəzərə alaraq maşınlarını Lökbatan dairəsi yaxınlığında saxlayır, o da sifariş taksi ilə həmin yerə gedib oğurladıqları yağları taksi avtomaşınına yükləyirmiş. Ravil oldğu yerin məkanının “whatsapp” mobil tətbiqi vasitəsi ilə Nərimana göndərdir, Nərimanda vopcht tətbiqi vasitəsi ilə həmin ünvanı onun mobil telefonuna göndərirmiş. Yağları taksiyə yüklədikdən sonra öz növbəsində Ravilin olduğu məkan adresini taksi sürücüsünə verir, bu yolla oğurladıqları yağları Ravil adlı şəxsə göndərirmiş. Yağ göndərdikləri gün işdən çıxdıqdan sonra Ravillə Koroğlu metrostansiyası yaxınlığında görüşüb, pullarını alırmışlar. 2023-cü ilin iyul ayının əvvəllərindən xx.xx.2023-cü il tarixədək 15-20 gün ara verməklə dörd dəfə 39 qutu “Anchor” kərə yağlarını işlədikləri anbardan oğurlamışdırlar. Oğurladığı yağlara görə ona təxminən 3000 manat pul çatmışdır. xx.xx.2023-cü il tarixdə biz “Anchor” kərə yağını oğurlayan zaman iş yoldaşı Təqsirləndirilən şəxs4 onların əvvəllər oğurluq etməklərini bildiyi üçün onlara yaxınlaşıb “mənidə bu söhbətə qatın mənədə pul verin, yoxsa oğurluq etməyiniz barədə anbar rəhbərliyinə məlumat verəcəm” sözlərini demişdir. Faiqin onlar barəsində məlumat verməməsi üçün Faiqə “bu barədə heç kimə heçə demə sənidə bu işə qatacayıq, sənədə pul verəcəyik” sözlərini demişdir. Razılaşdıqdan sonra Faiq, Nəriman və Ələkbər birlikdə soyuducu anbardan yağları çıxarmış, çıxışa gətirmiş, o da adəti üzrə yağları mal aparmağa gələn yük maşınına yükləyib anbardan çıxarmış, qeyd etdiyi üsulla Ravilə göndərmişdir. Sonuncu oğurulqudan qazandıqları puldan 300 manat pul xx.xx.2023-cü il tarixdə iş yerindəki paltar dəyişmə otağından Nəriman tərəfindən Faiqə verilmişdir. O öz ifadəsində son olaraq ilk dəfə olaraq cinayət məsuliyyətinə cəlb edildiyini, törətdiyi əməldən peşman olduğunu, cinayət nəticəsində vurulmuş ziyanın digər təqsirləndirilən şəxslər tərəfindən ödənildiyini bildirərək məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmənin 04 aprel 2024-cu il tarixli iclasında iştirak etmiş zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi X9 məhkəyə yazılı ərizə təqdim edərək qeyd olunan oğurluq hadisəsi ilə bağlı onlara dəyən ziyanın ödənildiyini və bu səbəbdən də təqsirləndirilən şəxslərə qarşı heç bir iddia və tələblərinin olmadığını bildirmişdir. Məhkəmənin sonrakı iclaslarında iştirak edən zərərçəkmiş hüquqi şəxsin etibarnamə üzrə nümayəndəsi qismində iştirak etmiş X10 öz ifadəsində təmsil etdiyi şirkətin əvvəlki nümayəndəsinin ibtidai istintaq zamanı verilmiş ifadəsini təsdiq edərək bildirmişdir ki, təqsirləndirilən şəxslər "xxxx" MMC-də işlədikləri dövrdə MMC-ə məxsus anbardan yağ oğurlamışlar. Təqsirləndirilən şəxslər dəymiş maddi ziyanı tam ödədiklərindən onlara qarşı mülki iddiaları olmasada ancaq onlara ağır cəza verilməsini məhkəmədən xahiş etmişdir. İbtidai istintaq zamanı zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi qismində dindirilmiş Zərərçəkmiş şəxs öz ifadəsində göstərmişdir ki, hal-hazırda "xxxx" MMC-də hüquqşünas işləyir. Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 "xxxx" MMC-yə məxsus, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində yerləşən mərkəzi anbarda soyuducu anbarın malların qəbul edilməsi üzrə operator vəzifəsində işləmiş, oğurluq hadisəsindən sonra həmin şəxslər işdən azad olunmuşdurlar. 2023-cü ilin yanvar ayından etibarən MMC-yə məxsus anbardan “Anchor” kərə yağlarında azalmalar müşahidə olunurmuş, lakin azalmaların hansı səbəbdən olmasına aid hər hansı bir sübutun olmadığına görə azlamanın səbəbini müəyyən etmək mümkün olmamışdır. xx.xx.2023-cü il tarixdə soyuducu anbardan mağazalara “Anchor” kərə yağları göndərilərkən anbarda olan 03 ədəd poletdə olan “Anchor” kərə yağlarını orta hissələri boş olması aşkar olunmuşdur. Bundan sonra Anchor kərə yağlarının oğurlanması təsdiq olunduğundan anbarın məsul şəxsləri tərəfindən xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək anbarda quraşdırılmış kamera görüntülərinə baxış keçirilmişdir. Baxış zamanı müəyyən olmuşdur ki, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək olan müddət ərzində soyuducu anbarın malların qəbul edilməsi üzrə operator vəzifəsində işləyən Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 həmin yağları sınmış poletlərin və zibil tullantılarının altına yığaraq anbardan mal götürməyə gələn maşınlara yığıb aparırlar. Bundan sonra şirkət rəhbərliyə məlumat verilmiş, MMC-nin soyducu anbarının işçiləri tərəfindən daxil araşdırma aparılmışdır. Araşdırma zamanı oğurluqda dörd nəfər şəxsin iştirak etmələri, Təqsirləndirilən şəxs1 ilə Təqsirləndirilən şəxs3 təşkilatçılıq etmələri, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs2 isə malları kənara çıxarmaları aşkar olunmuşdur. Araşdırma zamanı həmin şəxslərin izahatları alınmış adları qeyd olunan şəxslərdə oğurluq etdiklərini, oğurladıqları Anchor kərə yağları sataraq pullarını öz aralarında bölüşdürdüklərini bildirmişdirlər. Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 "xxxx" MMC-nin soyuducu anbarından 39 qutu yəni 780 kq “Anchor” kərə yağlarını oğurlamışdır. Hadisə nəticəsində "xxxx" MMC-yə 10725 manat zərər dəymişdir. Ona görə də "xxxx" MMC-nin rəhbərliyini oğurluq hadisəsi ilə bağlı müraciət etmişdir. Şikayət olunduqdan sonra adları qeyd olunan şəxslər tərəfindəbn MMC-yə dəymiş ziyan ödənilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək bildirmişdir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 tanıyır, onların hər ikisi ilə də əvvəllər bir yerdə Nizami metrostansiyası yaxınlığında yerləşən topdan satış dükanında satıcı işləmişlər. Ona görə də onların hər ikisi ilə yaxın münasibətləri olmuşdur. 2023-cü ilin iyul ayında Nəriman telefonla ona zəng edərək Əli ilə birlikdə "xxxx" MMC-də işlədiklərini, işlədikləri yerdə əmək haqqının aşağı olduğun və vaxtında verilmədiyini, anbar rəhbərliyinin onlara əmək haqqı əvəzinə “Anchor” kərə yağları verdiyini bildirərək, yağları onlardan almasın yadakı yağı satmaq üçün onlara kömək etməsini ondan xahiş etmişdir. O da Nərimana “bu yağlar oğurluq deyil ki, əgər oğurluqdursa mən bu işə qol qoya bilmərəm” sözlərini demişdir. Bundan sonra Əli telefonu götürmüş, ona “sən narahat olma bu bizə verilən əmək haqqıdır” sözlərini demişdir. Əli və Nərimanla uzun müddət ərzində tanışlıq münasibətində olduğu üçün onlara inanmışdır. Bundan sonra Nərimangilə Anchor yağının baha qiymətə satıldığını həmin yağı ucuz qiymətə satacağını bildirmiş, onlarda razı olmuşdurlar. Razılaşdıqdan sonra olduğu yerin məkan adresini Nərimana vochat tətbiqi vasitəsi ilə göndərir, Nərimanla Əli də həmin yağları taksi ilə olduğu ünvanlara göndərirmişlər. Nərimanla Əli maddi vəziyyətləri ilə bağlı onlaraq təcili pul lazım olduğunu bildirdikləri üçün o da həmin yağları bazar qiymətindən aşağı məbləğlərə satmışdır. Yağların göndərdiliyi gün axşam saatlarında Əli və Nəriman Koroğlu metrostansiyası yaxınlığına gəlir, onlar orada görüşdükləri vaxt, o, satdığı yağların pullarının Nərimangilə verirmiş. Nərimangil dörd dəfə olmaqla ümumlikdə mənə 39 qutu Anchor kərə yağları göndərmişdirlər. O da həmin yağları satıb ümumlikdə 6500-7000 manata yaxın pulu onlara vermişdir. Nərimangilə kömək etmək məqsədi ilə ona göndərilən yağları satmış, bununla bağlı Nərimagil ona hansısa məbləğdə pul verməmiş, bu barədə aralarında heç bir sövdələşmə olmamışdır. Qaradağ RPİ-nin İŞ-nə dəvət olunana qədər Nərimangilin ona göndərdikləri yağların oğurluq olmasını bilməmişdir. Bu barədə ifadəsi alınarkən bilmişdir. Nərimanglin yanlarında olmadığından, həmçinin bu barədə ona bir söz demədikləri üçün yağların kim tərəfindən hansı üsulla anbardan çıxarılmasını görməmiş, bu barədə məlumatı olmamışdır. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş 29 noyabr 2023-cü il tarixli «hadisə yerinə baxış keçirilməsi haqqında» protokoldan görünür ki, oğurluq hadisəsinin baş verdiyi yer Bakı şəhəri Qaradağ rayonu, Lökbatan qəsəbəsi, “Binə” ticarət mərkəzinin yaxınlığında yerləşən "xxxx" MMC-nin mərkəz anbarıdır. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş 10 yanvar 2024-cü il tarixli CD diskə baxış zamanı müəyyən edilmişdir ki, diskdə olan video görüntü ilə "xxxx" MMC-yə məxsus anbarda quraşdırılmış kamera vasitəsi ilə qeyd alınmış, video görüntü ümumi manitordan mobil telefonla çəkilmişdir. Manitorda çoxsaylı kameralar tərəfindən qeydə alınan 18,05 dəqiqəlik video görüntü var. Video görüntüdən görünür ki, anbarın içərisindən bir neçə şəxs var, həmin şəxslər avtokarlarla işləyir, anbarda sıra ilə yağ qutuları yığılmış, avtokarlar həmin otaqlara gəlir, avtokarlarda iri həcimli qutular bəzi halda isə yaşıl rəngli qutuda zibil tullantılarıda daşınır, çıxı hissəyə gətirilir, çıxış hissədə yük avtomaşınlarına mallar yüklənilir, gətirilmiş qutulardan həmin mallarla birlikdə maşınlara yüklənilir. Baxış zamanı Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 avtokarlarla qutuları götürən, avtokarların arxa hissəsinə zibil qutusunu qoşaraq çıxışa gətirən şəxslərin özləri olduqlarını, avtokarların üzərində olan iri qutuların içərisində Anchor kərə yağları olduğunu, həmin yağları dondurucu anbardan götürdüklərini üzərinə başqa məhsullar yığaraq maşına yüklənmələrinə şərait yaratdıqlarını bildirmişlər. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş, iş üzrə təqsirləndirilən şəxslərin, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin və şahid ifadələri, hadisə yerlərinə baxış protokolu və protokola əlavə olunmuş fotoşəkillər, "xxxx" MMC-dən daxil olmuş CD disk, diskə baxış protokolu və işdə olan digər istintaq sənədləri sübut növü kimi qiymətləndirilmişdir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Bakı şəhəri, Binəqədi RİH-nın Binəqədi qəsəbəsi üzrə nümayəndliyi tərəfindən verilmiş 18 dekabr 2023-cü il tarixli arayışdan məlum olur ki, Təqsirləndirilən şəxs1 ünvan 5 ünvanında yaşamaqla ailə üzvüləri X18, X13 və X11 ilə birlikdə yaşayır. İş materiallarında olan Bakı şəhəri, Binəqədi RİH-nın Binəqədi qəsəbəsi üzrə nümayəndliyi tərəfindən verilmiş 18 dekabr 2023-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 barəsində Binəqədi qəsəbə nümayəndəliyinə heç bir şikayət daxil olmamışdır. İş materiallarına əlavə edilmiş DSMF-nin Binəqədi rayon şöbəsi tərəfindən verilmiş № 027050 saylı vəsiqənin surətindən aydın olur ki, təqsirləndirlən şəxs X3 atası X18 müddətsiz İ qrup əlildir. İş materiallarında olan tələbnamələrdən görünür ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs3 oğlunun məhkumluqları barədə heç bir məlumat yoxdur. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə tədqiq edilmiş sübutların tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq belə nəticəyə gəlir ki, X3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 törətmiş olduqları cinayət əməli tam sübuta yetir və onların əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.4-cü maddələri ilə, Təqsirləndirilən şəxs4 əməli isə istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsinə tövsif edilmişdir. X3, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs3 əməllərinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs1 ilk dəfə olaraq cinayət məsuliyyətinə cəlb edilməsini, əməlini etiraf edərək səmimi peşiman olmasını, zərərçəkmiş hüquqi şəxsə dəymiş ziyanın tam ödənilməsində iştirak etməsini və himayəsində İ qrup əlil atasının olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs1 əməlində cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, Təqsirləndirilən şəxs2 ilk dəfə olaraq cinayət məsuliyyətinə cəlb edilməsini, əməlini etiraf edərək səmimi peşiman olmasını, zərərçəkmiş hüquqi şəxsə dəymiş ziyanın tam ödənilməsində iştirak etməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs2 əməlində cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, Təqsirləndirilən şəxs4 ilk dəfə olaraq cinayət məsuliyyətinə cəlb edilməsini, əməlini etiraf edərək səmimi peşiman olmasını, zərərçəkmiş hüquqi şəxsə dəymiş ziyanı tam ödənilməsində iştirak etməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs4 əməlində cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, Təqsirləndirilən şəxs3 ilk dəfə olaraq cinayət məsuliyyətinə cəlb edilməsini və əməlini etiraf edərək səmimi peşiman olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs3 əməlində cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinin tələblərinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Həmin Qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs3 törətdiyi cinayət əməli mülkiyyət əleyhinə olan cinayətlər kateqoriyasına aiddir və bu tip cinayət əməllərinin ictimai-təhlükəliliyi şəxsin mülkiyyət hüquqlarının və maraqlarının pozulmasında ifadə olunur. Təqsirləndirilən şəxslər tərəfindən zərərçəkmiş hüquqi şəxsə vurulmuş ziyan tam ödənildiyindən onların törətdikləri cinayət əməlinin ictimai-təhlükəliliyi də aradan qalxmışdır. Beləliklə, məhkəmə, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, təqsirləndirilən şəxslər tərəfindən vurulmuş ziyanın ödənilməsində və cinayətin törədilməsində iştirak etmə dərəcələrini, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onların ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs3 təqsirli bilindikləri maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəzasının müəyyən hədlərdə təyin edilməsi daha məqsədə müvafiq, həmdə cəzanın məqsədlərinə nail olunması baxımından daha ədalətli və düzgündür. Cinayət işinin materiallarından aydın olur ki, Təqsirləndirilən şəxs1 qeyd olunan cinayət işi ilə əlaqədar faktiki olaraq 06 dekabr 2023-cü il tarixdə saat 16:30-da şübhəli şəxs kimi tutulmuş və 08 dekabr 2023-cü il tarixdə saat 10:30-da təqsirləndirilən şəxs qismində dindirməsi başa çatdıqdan sonra barəsində Qaradağ rayon prokuroru tərəfindən “həbs” qətimkan tədbiri seçilməkdən imtina edilməklə barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmişdir. Odur ki, bu hal Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən cəza təyini zamanı 02 gün kimi nəzərə alınmalıdır. Cinayət işinin materiallarından aydın olur ki, X12 qeyd olunan cinayət işi ilə əlaqədar faktiki olaraq 06 dekabr 2023-cü il tarixdə saat 18:10-da şübhəli şəxs kimi tutulmuş və 08 dekabr 2023-cü il tarixdə saat 11:30-da təqsirləndirilən şəxs qismində dindirməsi başa çatdıqdan sonra barəsində Qaradağ rayon prokuroru tərəfindən “həbs” qətimkan tədbiri seçilməkdən imtina edilməklə barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmişdir. Odur ki, bu hal Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən cəza təyini zamanı 02 gün kimi nəzərə alınmalıdır. Cinayət işinin materiallarından aydın olur ki, Təqsirləndirilən şəxs4 qeyd olunan cinayət işi ilə əlaqədar faktiki olaraq 06 dekabr 2023-cü il tarixdə saat 19:15-də şübhəli şəxs kimi tutulmuş və 08 dekabr 2023-cü il tarixdə saat 12:40-da təqsirləndirilən şəxs qismində dindirməsi başa çatdıqdan sonra barəsində Qaradağ rayon prokuroru tərəfindən “həbs” qətimkan tədbiri seçilməkdən imtina edilməklə barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmişdir. Odur ki, bu hal Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən cəza təyini zamanı 02 gün kimi nəzərə alınmalıdır. Cinayət işinin materiallarından aydın olur ki, Təqsirləndirilən şəxs3 qeyd olunan cinayət işi ilə əlaqədar faktiki olaraq 27 dekabr 2023-cü il tarixdə saat 17:00-da şübhəli şəxs kimi tutulmuş və 29 dekabr 2023-cü il tarixdə saat 12:30-da təqsirləndirilən şəxs qismində dindirməsi başa çatdıqdan sonra barəsində Qaradağ rayon prokuroru tərəfindən “həbs” qətimkan tədbiri seçilməkdən imtina edilməklə barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmişdir. Odur ki, bu hal Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən cəza təyini zamanı 02 gün kimi nəzərə alınmalıdır. Eyni zamanda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsində nəzərdə tutulmuş vəzifələrin yerinə yetirilməsi Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs3 üzərinə qoyulmalıdır. İş üzrə maddi sübut və mülki iddia yoxdur. İbtidai istintaq və məhkəmə baxışı zamanı təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs3 müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanları olmaqları üçün onlara dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. İbtidai istintaq zamanı onların hüquqlarının müdafiəsi üçün Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkilləri X20 tərəfindən 35 iş saatı, X14 tərəfindən 40 iş saatı, X5 tərəfindən 30 iş saatı və X15 tərəfindən 35 iş saatı, məhkəmə baxışı zamanı isə onların hüquqlarının müdafiəsi üçün Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi3, Müdafiəçi2, Müdafiəçi1 və Müdafiəçi4 tərəfindən 20 iş saatı sərf olunmuşdur. Odur ki, təqsirləndirilən şəxslərə ibtidai istintaq zamanı göstərilmiş hüquqi yardımla bağlı 210 manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X16, 240 manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X6, 180 manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X2, 210 manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X7, məhkəmə baxışı zamanı isə göstərilmiş hüquqi yardımla bağlı 120 manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi3, 120 manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi2, 120 manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi1 və 120 manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi4 vəkil işlədikləri Bakı şəhər 10 saylı Vəkil Bürosunun hesabına ödənilməlidir. Odur ki, yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının CPMnin 344-347, 349, 351-353, 356, 358, 381 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il 03 (üç) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 şübhəli şəxs kimi tutulduğu 02 (iki) gün müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesabı ilə hesablanmaqla hazırkı hökmlə təyin olunmuş cəzadan çıxılsın və ona qəti olaraq 02 (iki) il 02 (iki) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 üzərinə yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, Gülüstan küçəsi, ev 3 ünvanını hər gün gecə saat 00:00-dan növbəti gün səhər saat 06:00-dək, habelə gün ərzində Bakı şəhərinin, Sumqayıt şəhərinin və Abşeron rayonunun inzibati ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs1 cəzasını yaşayış yeri üzrə çəksin, bu cəzanın icrası müddəti onun cəzanı icra edən - probasiya nəzarətini həyata keçirən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrası Bakı şəhər Probasiya İdarəsinə tapşırılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 şübhəli şəxs kimi tutulduğu 02 (iki) gün müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesabı ilə hesablanmaqla hazırkı hökmlə təyin olunmuş cəzadan çıxılsın və ona qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 üzərinə yaşadığı Abşeron rayonu, Məhəmmədli qəsəbəsi, Göy-Qurşağı massivi ünvanında yerləşən fərdi yaşayış evini hər gün gecə saat 00:00-dan növbəti gün səhər saat 06:00-dək, habelə gün ərzində Bakı şəhərinin, Sumqayıt şəhərinin və Abşeron rayonunun inzibati ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs2 cəzasını yaşayış yeri üzrə çəksin, bu cəzanın icrası müddəti onun cəzanı icra edən - probasiya nəzarətini həyata keçirən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrası Bakı şəhər Probasiya İdarəsinə tapşırılsın. Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs4 şübhəli şəxs kimi 02 (iki) gün müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesabı ilə hesablanmaqla, hazırkı hökmlə təyin olunmuş cəzadan çıxılsın və ona qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs4 üzərinə: yaşadığı Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, ev 85, mənzil 9 ünvanını hər gün gecə saat 00:00-dan növbəti gün səhər saat 06:00-dək, habelə gün ərzində Bakı şəhərinin, Sumqayıt şəhərinin və Abşeron rayonunun inzibati ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs4 cəzasını yaşayış yeri üzrə çəksin, bu cəzanın icrası müddəti onun cəzanı icra edən - probasiya nəzarətini həyata keçirən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrası Bakı şəhər Probasiya İdarəsinə tapşırılsın. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il 10 (on) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs3 şübhəli şəxs kimi tutulduğu 02 (iki) gün müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesabı ilə hesablanmaqla hazırkı hökmlə təyin olunmuş cəzadan çıxılsın və ona qəti olaraq 02 (iki) il 09 (doqquz) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs3 üzərinə yaşadığı Yevlax rayonu, Xaldan kəndində yerləşən fərdi yaşayış evini hər gün gecə saat 00:00-dan növbəti gün səhər saat 06:00-dək, habelə gün ərzində Yevlax rayonunun inzibati ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs3 cəzasını yaşayış yeri üzrə çəksin, bu cəzanın icrası müddəti onun cəzanı icra edən - probasiya nəzarətini həyata keçirən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrası Yevlax rayon İcra və Probasiya şöbəsinə tapşırılsın. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Təqsirləndirilən şəxslərə ibtidai istintaq zamanı göstərilmiş hüquqi yardımla bağlı 210 manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X16, 240 manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X6, 180 manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X2, 210 manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X7; məhkəmə baxışı zamanı isə göstərilmiş hüquqi yardımla bağlı 120 manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi3, 120 manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi2, 120 manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi1 və 120 manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi4 vəkil işlədikləri Bakı şəhər 10 saylı Vəkil Bürosunun hesabına ödənilsin. Hökmdən elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətinə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar