Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-125/2023 01.05.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Dadaşova Şəfa Əliövsət qızının sədrliyi, Axundlu Rüstəm Ceyhun oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxslər (mülki iddiaçılar) Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs və onun müdafiəçisi - Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1999-cu il tarixdə Füzuli rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, Füzuli rayonu, Böyük Bəhmənli kəndində qeydiyyatda olan, ünvan 1 ünvanında yaşamış hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384cü maddələrini rəhbər tutaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs etibardan sui istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını təkrarən ələ keçirib zərərçəkmiş şəxslərə ziyan vurmaqla dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs özgənin əmlakını ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs1 etibarından sui istifadə edərək, onun üçün X1 “Chevrolet Camaro” markalı avtomobili Copart satış mərkəzindən alıb Azərbaycan Respublikasına gətizdirəcəyinə yalandan vəd verməklə aldatmışdır. O, xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, Ə.Rəcəbli küçəsi 1, 25B nömrəli evin 3-cü mərtəbəsində yerləşən ofis kimi istifadə etdiyi otaqda Zərərçəkmiş şəxs1 4350 manat pulunu, xx.xx.2022-ci il tarixdə onun Bakı şəhəri, Nəsimi rayonu, Fuad İbrahimbəyov küçəsi, 56 nömrəli evin qarşısından “Leobank” kart hesabına göndərdiyi 400 manat pulunu, xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Behbudov küçəsi, 56 nömrəli evin qarşısında 4500 manat pulunu, xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonunda yerləşən 28 May metrostansiyasının yaxınlığından eyni kart hesabına göndərdiyi 2840 manat pulunu, xx.xx.2022-ci il tarixdə ünvan 3 ünvanından eyni kart hesabına göndərdiyi 300 manat pulunu, xx.xx.2022-ci il tarixdə ünvan 3 ünvanından eyni kart hesabına göndərdiyi 2000 manat pulunu, ümumilikdə isə Zərərçəkmiş şəxs1 14390 manat məbləğində pulunu vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirərək zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, özgənin əmlakını ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs2 etibarından sui istifadə edərək, onun üçün Gürcüstan Respublikasından Toyota Corolla markalı avtomobili Azərbaycan Respublikasına gətirib ona satacağını yalandan vəd verməklə aldadaraq, xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, Ə.Rəcəbli küçəsi 1, 25B nömrəli evin 3-cü mərtəbəsində yerləşən ofis kimi istifadə etdiyi otaqda Zərərçəkmiş şəxs2 Azərbaycan manatı məzənnəsinə dəyişdikdə 1700 manat təşkil edən 1000 ABŞ dolları və 95 manat pulunu, xx.xx.2022-ci il tarixdə ünvan 4 ünvanında yerləşən marketin terminalından “Leobank” kart hesabına göndərdiyi 500 manat pulunu, həmin gün onun Bakı şəhəri, Qaradağ rayonu, Puta qəsəbəsi, Puta dairəsində yerləşən marketin terminalından eyni kart hesabına göndərdiyi 2000 manat pulunu vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirməklə ümumilikdə Zərərçəkmiş şəxs2 4295 manat məbləğində ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bundan başqa o, özgənin əmlakını ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs3 etibarından sui istifadə edərək, onun üçün BMW markalı avtomobilin arxa detalını təşkil edəcəyinə və ona Toyota Prius markalı avtomobili satacağına yalandan vəd verməklə aldadaraq, xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, H.Seyidzadə küçəsi, 1 nömrəli evin qarşısında BMW markalı avtomobilin arxa detalını təşkil etmək adı ilə Zərərçəkmiş şəxs3 3910 manat pulunu, xx.xx.2022-ci il tarixdə sonuncuya Toyota Prius markalı avtomobil satmaq adı ilə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinin Gömrük Nəzarəti və Qeydiyyat şöbəsinin qarşısında Azərbaycan manatı məzənnəsinə dəyişdikdə 5950 manat təşkil edən 3500 ABŞ dolları pulunu vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirərək, ümumilikdə 9860 manat olmaqla Zərərçəkmiş şəxs3 xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 2019-cu ildən avtomobil alqı-satqısı ilə məşğul olmuşdur. Belə ki, o, avtomobil almaq istəyən şəxslər üçün onların istədiyi avtomobilləri taparaq, avtomobil satan şəxslərlə əlaqələrini yaratmaqla qazanc əldə edirmiş. Hətta o, Nərimanov rayonu, Ə.Rəcəbli küçəsində yerləşən “Ay Plaza” adlanan binanın yanındakı 4 mərtəbəli binanın 3-cü mərtbəsində bir otaq icarəyə götürüb ofis kimi istifadə edirmiş. O, avtomobillərin alqı-satqısı ilə bağlı “İnstagram” sosial şəbəkəsində yaratdığı səhifə üzərindən də məşğul olmuşdur. 2022-ci ilin iyul ayının ortalarında onun mobil telefonuna İftixar adlı şəxs zəng vuraraq X1 Chevrolet Camaro markalı avtomobil almaq istədiyini bildirmiş və xx.xx.2022-ci il tarixdə onun Nərimanov rayonu, Ə.Rəcəbli küçəsində icarəyə götürdüyü ofisinə gəlmişdir. O, Zərərçəkmiş şəxs1 bildirmişdir ki, Copart avtomobil satış agentliyində keçirilən auksionda iştirak edərək onun üçün avtomobil alacağını, o isə avtomobili ABŞ-dan Azərbaycan Respublikasının ərazisinə daxil olduqdan sonra ona 1500 manat pul verəcəyini bildirmişdir. O, Copart satış mərkəzinin saytına daxil olaraq Zərərçəkmiş şəxs1 bir neçə Chevrolet Camaro markalı avtomobilləri göstərmiş, auksionda iştirak etməsi üçün ona pulun bir hissəsini verməsini, qalan hissəsini isə digər günlərdə ödəməsini bildirmişdir. Zərərçəkmiş şəxs1 həmin avtomobillərdən birini, yəni 2018-ci ilin Chevrolet Camaro markalı avtomobilini bəyənmiş, razılaşdıqları kimi pul ödəmək üçün ondan kart nömrəsi istəmiş və o, yanında işləyən Maksim adlı şəxsin Leobank kart nömrəsini Zərərçəkmiş şəxs1 vermiş, sonuncu mobil telefonu vasitəsilə həmin kart heabına 3150 manat pul göndərmişdir. Daha sonra Zərərçəkmiş şəxs1 həmin Maksim adlı şəxslə birlikdə ofisdən həyətə düşmüş, yaxınlıqdakı mağazaların birində olan bankomat aparatından 1200 manat pulu çıxarmış Maksimə vermiş, Maksim isə həm 1200 manat pulu, həm də 3150 manat pulu kart hesabından çıxarmış və ona vermişdir. xx.xx.2022-ci il tarixdə Zərərçəkmiş şəxs1 Maksim adlı şəxsin Leobank kart hesabına göndərdiyi 400 manat pulu da sonuncu nağdlaşdıraraq ona vermişdir. xx.xx.2022-ci il tarixdə təxminən saat 13:00 radələrində o, Zərərçəkmiş şəxs1la Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Behbudov küçəsi, 56 nömrəli binanın qarşısında görüşmüş, ondan 4500 manat pulu nağd şəkildə almışdır. xx.xx.2022-ci il tarixdə Zərərçəkmiş şəxs1 yenidən Maksimin Leobank kart hesabına göndərdiyi 2840 manat pul da ona təhvil verilmişdir. Bundan başqa xx.xx.2022-ci il tarixdə Zərərçəkmiş şəxs1 mobil telefonuna zəng vuraraq avtomobili alması üçün yenidən pula ehtiyac yarandığını bildirdikdə həmin gün İ.İ.X2 kart hesabına 300 manat göndərmiş və o, pulu təhvil almışdır. xx.xx.2022-ci il tarixdə o, yenidən Zərərçəkmiş şəxs1 mobil telefonuna zəng vuraraq 2000 manat pul lazım olduğunu bildirdikdə İ.İ.X2 kart hesabına 2000 manat pul göndərmiş, Maksim 2000 manat pulu kart hesabından çıxarmış və ona vermişdir. Beləliklə Zərərçəkmiş şəxs1 avtomobil almaq üçün ona ümumilikdə 14390 manat pul ödəmişdir. Sonradan, sifariş etdiyi avtomobil ona təqdim edilmədikdə aralarında mübahisə baş vermiş, Zərərçəkmiş şəxs1 ondan verdiyi pulu geri tələb etmişdir. O, bir ay ərzində Zərərçəkmiş şəxs1 pulunu qaytaracağına söz versə də, həmin pulu şəxsi ehtiyaclarına xərclədiyindən qaytara bilməmiş, sonradan Zərərçəkmiş şəxs1 telefon zənglərinə cavab verməmişdir. Bundan başqa 2022-ci ilin avqust ayında Azər adlı şəxs onunla mobil telefon əlaqəsi saxlayıb mobil telefonunu “İnstagram” sosial şəkəbəsindən götürdüyünü, xarici ölkədən “Toyota Corolla” markalı avtomobili almaq istədiyini bildirmişdir. O, Azərlə xx.xx.2022-ci il tarixdə Nərimanov rayonu, Ə.Rəcəbli küçəsində yerləşən “Ay Plaza” adlanan binanın yanındakı 4 mərtəbəli binanın 3-cü mərtbəsində icarəyə götürüb ofis kimi istifadə etdiyi yerdə görüşmüşdür. O, Azər üçün Gürcüstan Respublikasından “Toyota Corolla” markalı minik avtomobili Azərbaycan Respublikasına gətirəcəyini, bunun müqabilində ondan 14000 manat pul alacağı barədə razılığa gəlmişdir. O, Azərə təklif etdiyi avtomobilin şəkillərini də ona göstərmiş, avtomobil Azərin xoşuna gəlsə də həmin vaxt 14.000 manat pulunun olmadığını bildirmişdir. Azərə ilkin olaraq 4300 manat verməsini, yerdə qalan pulu isə bank vasitəsilə kredit yolu ilə həll edəcəyini təklif etmişdir. Azər onun bu təklifi ilə razılaşmış, xx.xx.2022-ci il tarixdə Nərimanov rayonunda ofis kimi istifadə etdiyi otaqda ona 1000 ABŞ dolları və 95 AZN pul vermişdir. O, Azərə çox qısa zamanda yəni 5 günə kimi avtomobilin gələcəyini demişdir. xx.xx.2022-ci il tarixdə o, Azərlə yenidən əlaqə saxlayaraq pulun qalan hissəsini ona göndərməyini istəmiş və Maksim adlı şəxsin Leobank kart nömrəsini ona vermişdir. Azər xx.xx.2022-ci il tarixdə həmin kart hesabına əvvəlcə 500 manat, həmin tarixdə bir neçə saat sonra da 2000 manat pul göndərmişdir. O, Maksimə məxsus karta göndərilmiş pulları təhvil almışdır. Azərin 4300 manat pulunu ələ keçirdikdən sonra ondan daxil olan zənglərə cavab verməmişdir. Bundan başqa o, xx.xx.2022-ci il tarixdə Baloğlan adlı tanışı ilə Nəsimi rayonunda, 4cü mikrorayonda yerləşən Yeganə şadlıq sarayının yanında rastlaşmış, söhbət əsnasında Baloğlan ona BMW markalı avtomaşını üçün xüsusi detal lazım olduğunu bildirmişdir. O, BMW markalı avtomaşın üçün istədiyi detalı 2300 ABŞ dollarına, yəni 3910 manata 3 gün ərzində təşkil edə biləcəyini Baloğlana demişdir. xx.xx.2022-ci il tarixdə təxminən saat 17:00 radələrində Baloğlan Bakı şəhəri, Nəsimi rayonu, H.Seyidzadə küçəsi, 1 nömrəli binanın qarşısında 3910 manat pulu oğlu Aqşinin yanında ona vermişdir. Bundan sonra Baloğlan ona ucuz qiymətə Toyota Prius markalı maşın almaq istəyini bildirdikdə, o, qara rəngli Toyota Prius markalı maşının Gürcüstan Respublikasından Bakı şəhərinə təzə gətirildiyini, hazırda həmin maşının Gömrük İdarəsinin həyətində saxlandığını demişdir. Həmin avtomobilin şəkillərini Baloğlana votsap proqramı üzərindən göndərmiş, satış qiymətini 3500 ABŞ dollarına, maşının sənədləşmə işlərinin isə Baloğlanın özü tərəfindən ediləcəyinə dair razılaşmışlar. O, xx.xx.2022-ci il tarixdə Baloğlanla birlikdə Qaradağ rayonunda yerləşən “Meyvəli” bazarının yanındakı Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinin qarşısına getmişlər. Baloğlan 3500 ABŞ dollarını Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinin Gömrük Nəzarəti və Qeydiyyat şöbəsinin qarşısında ona verdikdən sonra birlikdə Gömrük İdarəsinin yaxınlığındakı restorana gedib orada əyləşib çay sifariş vermişlər. Həmin vaxt onun mobil telefonuna zəng gəlmiş, o telefonla danışdıqdan sonra oradan uzaqlaşıb getmişdir. Təqsirləndirilən şəxs ona verilən əlavə sualları cavablandırıb bildirmişdir ki, o, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2 pullarını şəxsi ehtiyaclarına xərcləmiş, lakin hazırda həmin pulları geri qaytarmasına maddi vəziyyəti imkan vermir. Həmçinin, özünü təqsirli bilərək, əməlindən peşiman olduğunu bildirmiş, məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün, zərərçəkmiş şəxslərin, şahidin ifadələri və iş materiallarında olan digər sənədlərlə tam sübuta yetirilmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş (mülki iddiaçı) Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, o, 2022-ci ilin iyul ayında özünə Chevrolet Camaro markalı avtomobil almaq qərarına gəlmişdir. O, bu məqsədlə “İnstagram" sosial şəkəbəsində lizing şirkətləri ilə maraqlanarkən “Lux Avto 999” səhifəsinin istifadəçisi Mehrac adlı şəxslə tanış olmuşdur. İlkin olaraq onlar Votsap sosial şəbəkəsi vasitəsilə danışmışlar. Mehrac ona X1 Chevrolet Camaro markalı avtomobili Copart satış mərkəzindən alaraq Azərbaycan Respublikasına gətizdirə biləcəyini, avtomobilin pulunun ilkin olaraq bir hissəsinin nağd olaraq ödəniləcəyini, yerdə qalan hissəsinin kredit yolu ilə ödəniləcəyini təklif etmiş, Mehracın bu təklifi onu qane etmiş və o, onunla razılaşmışdır. xx.xx.2022-ci il tarixdə Nərimanov rayonu, Ə.Rəcəbli küçəsində yerləşən “Ay Plaza” adlanan yerin yanındakı binanın 3-cü mərtəbəsində Mehracın ofisinə getmiş, hələ taksidə olarkən Mehrac mobil telefon vasitəsilə ona Leobank kart nömrəsi göndərmiş və ilkin olaraq 150 manat pulu Copart satış mərkəzində qeydiyyatdan keçmək üçün ödənilməsinin tələb olunduğunu bildirmişdir. O, da həmin gün təxminən saat 15:00 radələrində Nərimanov rayonu ərazisində yerləşən Gənclik metrostansiyasının yaxınlığında olarkən 150 manat pulu Mehracın ona göndərdiyi kart hesabına göndərmişdir. Daha sonra o, Mehracın ofisinə getmiş, sonuncu ona Copart satış mərkəzinin saytında yerləşdirilmiş Chevrolet Camaro markalı avtomobili göstərmişdir. O, da həmin avtomobillərdən birini, yəni 2018-ci ilin Chevrolet Camaro markalı avtomobilini bəyənmiş və Mehracın ona göndərdiyi Leobank kart hesabına mobil telefonu vasitəsilə 3000 manat pulu köçürmüşdür. Daha sonra isə o, Mehracın özünün köməkçisi kimi təqdim etdiyi, adını bilmədiyi gənc oğlanla ofisin yaxınlığında olan mağazaların birində bankomat aparatından 1200 manat pulu nağdlaşdırmış və Mehracın tapşırığı əsasında həmin oğlana vermiş, bu barədə ona məlumat vermişdir. xx.xx.2022-ci il tarixdə Mehrac onun mobil telefonuna zəng vurmuş və yenidən pul istəmiş o da təxminən saat 13:00 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Fuad İbrahimbəyov küçəsi, 56 nömrəli binanın qarşındakı mağazadakı milliön aparatı vasitəsilə Mehracın ona göndərdiyi kart hesabına 400 manat pul göndərmişdir. Bundan başqa xx.xx.2022-ci il tarixdə təxminən saat 13:00 radələrində o, Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Behbudov küçəsi, 56 nömrəli binanın qarşısında Mehracla görüşüb nağd şəkildə 4500 manat pulu Mehraca vermişdir. xx.xx.2022-ci il tarixdə təxminən saat 19:00 radələrində Bakı şəhəri, Nəsimi rayonunda yerləşən 28 May metrostansiyasının yaxınlığında olarkən Mehracın ona göndərdiyi Leobank kart hesabına 2500 manat, təxminən 30 dəqiqə sonra əlavə olaraq 340 manat pul köçürmüşdür. xx.xx.2022-ci il tarixdə təxminən saat 15:00 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Behbudov küçəsi, 56 nömrəli binanın 1-ci mərtəbəsində yerləşən aptekdə olarkən Mehracın ona göndərdiyi kart hesabına 300 manat pul göndərmişdir. Həmin gündən bir müddət sonra yəni xx.xx.2022-ci il tarixdə Mehrac onun mobil telefonuna zəng vuraraq onun üçün alacağı avtomobilə görə 2000 manat pulu da ödəmək lazım olduğunu demişdir. O, da buna görə həmin gün təxminən saat 14:30 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Behbudov küçəsi, 56 nömrəli binanın 1-ci mərtəbəsində yerləşən aptekdə olarkən Mehracın ona göndərdiyi kart hesabına 2000 manat pul göndərmişdir. Beləliklə o, Mehraca, onun müraciətləri əsasında avtomobil almaq üçün ümumilikdə 14390 manat pul ödəmişdir. Lakin hər dəfə Mehrac avtomobilin yaxın günlərdə Bakı şəhərində olacağına vəd versə də, dedikləri yalan çıxmışdır. O, Mehracdan ona verdiyi pulları geri tələb edərkən pulları qaytarmamış, sifariş verdiyi avtomobili isə ona təqdim etməmişdir. Zərərçəkmiş şəxs1 həmçinin bildirmişdir ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş zərər ödənilmədiyindən şikayətçidir. Məhkəməyə ərizə təqdim edərək, mülki iddiaçı kimi tanınmasını, dəymiş 14390 (on dörd min üç yüz doxsan) manat maddi zərərə görə və 135 (yüz otuz beş) manat dövlət rüsumuna görə pul vəsaitinin Təqsirləndirilən şəxs tutularaq ona ödənilməsini və təqsirləndirilən şəxsə ağır cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş (mülki iddiaçı) Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, o, 2022-ci ilin avqust ayında avtomobil alaraq taksi fəaliyyəti ilə məşğul olmaq qərarına gəlmişdir. Bu səbəbdən o, “İnstagram" sosial şəkəbəsində xarici ölkədən avtomobil gətirən şəxslərlə əlaqə yaratmağa başlamışdır. O, “İnstagram" sosial şəkəbəsində Mehrac adlı şəxslə tanış olmuş və onunla görüşmüşdür. Mehracla Gürcüstan Respublikasından “Toyota Corolla” markalı minik avtomobilini 14.000 manat müqabilində Azərbaycan Respublikasına gətirilməsi barədə razılaşmışlar. Mehrac ona təklif etdiyi avtomobilin şəkillərini göstərmiş, lakin həmin vaxt 14.000 manat pulunun olmadığını nəzərə alaraq, ilkin olaraq 4300 manat pul verməsini, yerdə qalan pulu isə kredit şəklində ödəməsini təklif etmişdir. O, Mehracın bu təklifi ilə razılaşmış, xx.xx.2022-ci il tarixdə o, Mehracın Bakı şəhəri, Nərimanov rayonu, Ə.Rəcəbli küçəsində yerləşən ofisində ilkin olaraq 1000 ABŞ dolları və 95 AZN pul Mehraca vermiş sonuncu isə ona 5 gün ərzində avtomobilin gələcəyini demişdir. Bundan təxminən 4 gün sonra yəni, xx.xx.2022-ci il tarixdə Mehrac yenidən onunla əlaqə saxlayaraq pulun qalan hissəsini ona göndərməyini demişdir. O, da ünvan 4 ünvanında yerləşən “Kingsmart” marketdə olan ödəniş terminalından Mehracın ona göndərdiyi bank kartının hesabına 500 manat, həmin gün təxminən saat 19:00 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Puta qəsəbəsi, Puta dairəsində yerləşən “Puta” marketin terminalından Mehracın ona göndərdiyi bank kartının hesabına 2000 manat pul göndərmişdir. Beləliklə, o, “Toyota Corolla” markalı minik avtomobili üçün Mehraca ümumilikdə 4300 manat pul vermişdir. Lakin, bir müddət keçdikdən sonra Mehracın avtomobili ona təqdim etmədiyini görüb onunla telefon əlaqəsi saxlamış, avtomobilin nə üçün gecikdiyini soruşmuşdur. Mehrac ona sənədləşmə işində problem olduğunu, avtomobilin Bakı şəhərinə gəldiyini, lakin ona verə bilmədiyini demişdir. O, avtomobili ona təqdim edə bilmədiyi üçün Mehracdan pulunu geri tələb etmiş, o da xx.xx.2022-ci il tarixdə onun 4300 manat pulunu geri qaytaracağını desə də hazırkı vaxtadək onun pulunu qaytarmamışdır. Həmçinin, məhkəməyə ərizə təqdim edərək, mülki iddiaçı kimi tanınmasını, dəymiş 4295 (dörd min iki yüz doxsan beş) manat maddi zərərə görə və 64 (altmış dörd) manat dövlət rüsumuna görə pul vəsaitinin Təqsirləndirilən şəxs tutularaq ona ödənilməsini, şikayətçi olduğunu və Təqsirləndirilən şəxs ağır cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş (mülki iddiaçı) Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, o, Mehrac adlı şəxsi yaşadıqları evin yaxınlığında avtomobil icarəsi ilə məşğul olan şəxs kimi tanımışdır. xx.xx.2022-ci il tarixdə o, Mehracla Nəsimi rayonunda, 4-cü mikrorayonda yerləşən Yeganə şadlıq sarayının yaxınlığında rastlaşmış, söhbət əsnasında o, Mehraca ona BMW markalı avtomaşın üçün xüsusi detal lazım olduğunu bildirmişdir. Mehrac ona həmin detalı 3 gün ərzində 2300 ABŞ dollarına, yəni 3910 manata təşkil edə biləcəyini demişdir. O, həmin gün təxminən saat 17:00 radələrində 3910 manat pulu yaşadığı binanın qarşısında oğlu Aqşinin yanında Mehraca vermiş və ucuz qiymətə Toyota Prius markalı maşın axtardığını da Mehraca bildirmişdir. Mehrac ona qara rəngli Toyota Prius markalı maşının Gürcüstan Respublikasından Bakı şəhərinə yenicə gətirildiyini, hazırda həmin maşının Gömrük İdarəsinin həyətində olduğunu demişdir. Mehracla razılaşaraq həmin maşın üçün 3500 ABŞ dollarını Qaradağ rayonunda yerləşən Meyvəli bazarının yanındakı Gömrük İdarəsinin qarşısında ona vermiş və yaxınlıqda yerləşən restorana gedərək orada çay sifariş vermişlər. Həmin vaxt Mehracın mobil telefonuna zəng gəlmiş, o, evində elektrik enerjisinin verilməsinin dayandırıldığını, bununla bağlı təcili yaxınlıqdakı terminaldan elektrik enerjisi üzrə borcunu ödəyib geri gələcəyini bildirsə də geri dönməmişdir. O, Mehraca zəng edərkən onun telefonunun daxil olan zəngləri qəbul etməməsindən aldanıldığını başa düşmüş və üzləşdiyi hadisə barədə 102 xidməti zəng mərkəzinə məlumat vermişdir. Zərərçəkmiş şəxs3 həmçinin, bildirmişdir ki, Təqsirləndirilən şəxs ondan aldığı pulu geri qaytarmamış, ümumiyyətlə ona dəymiş zərərin ödənilməsində heç bir səy göstərməmişdir. Odur ki, şikayətçi olduğunu nəzərə alaraq, məhkəmədən ona ağır cəza verilməsini xahiş etmişdir. Bundan əlavə məhkəməyə ərizə təqdim edərək, mülki iddiaçı kimi tanınmasını, dəymiş 9860 (doqquz min səkkiz yüz altmış) manat maddi zərərə görə və 64 (altmış dörd) manat dövlət rüsumuna görə pul vəsaitinin Təqsirləndirilən şəxs tutularaq ona ödənilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs3 onun atasıdır. Onun idarə etdiyi BMW markalı avtomobil üçün detal sifariş etmək məqsədi ilə xx.xx.2022-ci il tarixdə təxminən saat 17:00 radələrində Nəsimi rayonu ərazisində 3910 manat pulu atası onun yanında Təqsirləndirilən şəxs təqdim etmiş, sonuncu həmin pulu atasından alıb cibinə qoymuş və onlardan uzaqlaşıb getmişdir. Həmin gündən iki gün sonra atası Təqsirləndirilən şəxs Nərimanov rayonunda yerləşən ofisində onunla görüşmüş, Toyota Prius markalı avtomobil almaq istədiyini bildirmişdir. Təqsirləndirilən şəxs da atasına Gürcüstan Respublikasından Bakı şəhərinə yenicə gətirilmiş, Gömrük İdarəsinin həyətində saxlanılan qara rəngli Toyota Prius markalı maşın barədə məlumat vermişdir. xx.xx.2022-ci il tarixdə atası Təqsirləndirilən şəxsla birlikdə Qaradağ rayonunda yerləşən Meyvəli bazarının yanındakı Gömrük İdarəsinin qarşısına getmiş, orada həmin maşın üçün Təqsirləndirilən şəxs atasından 3500 ABŞ dollarını almış, lakin nə BMW markalı avtomobil üçün detalı, nə də ki, Toyota Prius markalı maşını onlara təqdim etməmiş, götürdüyü pulu isə geri qaytarmamışdır. Cinayət işinin 1-2-ci vərəqələrində olan 01 noyabr 2022-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə ********* saylı cinayət işi başlanmışdır. Cinayət işinin 90-cı vərəqəsində olan 21 noyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs ittiham elan olunması üçün barəsində axtarış elan edilmişdir. Cinayət işinin 93-cü vərəqəsində olan 21 noyabr 2022-ci il tarixli cinayət işi üzrə icraatın dayandırılması haqqında qərardan görünür ki, ********* saylı cinayət işi üzrə icraat dayandırılmışdır. Cinayət işinin 97-ci vərəqəsində olan 12 dekabr 2022-ci il tarixli tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 15:05-də saxlanılaraq Qaradağ RPİ-nin 10-cu PB-yə gətirilmişdir. Cinayət işinin 98-ci vərəqəsində olan 12 dekabr 2022-ci il tarixli cinayət işinin istintaqının təzələnməsi və icraata qəbul edilməsi haqqında qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə istintaq edilən ********* saylı cinayət işi üzrə dayandırılmış icraat təzələnmiş və icraata qəbul edilmişdir. Cinayət işinin 117-ci vərəqəsində olan 13 dekabr 2022-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirlənidirilən şəxs qismində cəlb edilmiş və həmin maddələrlə ona ittiham elan edilmişdir. Cinayət işinin 133-136-cı vərəqələrində olan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 13 dekabr 2022-ci il tarixli, 4(002)-222/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 02 ay 09 gün müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 12 dekabr 2022-ci il tarixdən hesablanmışdır. Cinayət işinin əlavə edilmiş Qaradağ Rayon Məhkəməsinin 13 fevral 2023-cü il tarixli məhkəmənin hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Cinayət işinin 151-ci vərəqəsində olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistika və İnformasiya İdarəsi tərəfindən 17 noyabr 2022-ci il tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin əlavə edilmiş Zərərçəkmiş şəxs3 tərəfindən verilmiş iddia ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə mülki iddiaçı kimi tanınmaqla Təqsirləndirilən şəxs ona vurulmuş 9860 manat məbləğində pulun və ödənilmiş 64 manat dövlət rüsumunun, cəmi 9979 manat pulun tutularaq ödənilməsini xahiş etmişdir. Cinayət işinin əlavə edilmiş Zərərçəkmiş şəxs2 tərəfindən verilmiş iddia ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə mülki iddiaçı kimi tanınmaqla Təqsirləndirilən şəxs ona vurulmuş 4295 manat məbləğində pulun və ödənilmiş 64 manat dövlət rüsumunun, cəmi 4359 manat pulun tutularaq ödənilməsini xahiş etmişdir. Cinayət işinin əlavə edilmiş Zərərçəkmiş şəxs1 tərəfindən verilmiş iddia ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə mülki iddiaçı kimi tanınmaqla Təqsirləndirilən şəxs ona vurulmuş 14390 manat məbləğində pulun və ödənilmiş 135 manat dövlət rüsumunun, cəmi 14525 manat pulun tutularaq ödənilməsini xahiş etmişdir. B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət prosesual qanunvericiliyi müəyyən edir (Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız Cinayət Prosesual Məcəlləsində (bundan sonra - CPM) göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-nin həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1-ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olubolmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericirik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət prosesual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, CPMnin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə ictintaqında tətqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPM-nin 349.3., 349.4., 349.5-ci maddələri). Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir. Beləliklə, təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün, zərərçəkmiş şəxslərin, şahidin məhkəmə iclasında verdikləri ifadələri və digər iş materialları ilə Təqsirləndirilən şəxs etibardan sui istifadə etmə və aldatma yolu ilə zərərçəkmiş şəxslərə məxsus xeyli miqdarda əmlakı ələ keçirərək təkrarən dələduzluq etmə cinayətini törətməsi tamamilə sübuta yetirildi. Təqsirləndirilən şəxsin əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə tövsif edilməli və o, həmin maddələrin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsinə şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikasının CM-nin 178.2.2 və 178.2.4-cü maddələrinə əsasən, dələduzluq, yəni etibardan sui istifadə etmə va aldatma yolu ilə zərərçəkmiş şəxslərə məxsus xeyli miqdarda əmlakı ələ keçirərək təkrarən törədildikdə - dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs əməlini səmimi etiraf etməsini və əməlindən peşman olmasını cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, Təqsirləndirilən şəxs cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini, təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, sonuncuya təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının CPM-nin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs azadlığının 12 dekabr 2022-ci il tarixdən faktiki olaraq məhdudlaşdırılması təsdiq edildiyindən məhkəmə hesab edir ki, sonuncunun cəza çəkmə müddətinin əvvəli həmin tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Cinayət törətmiş şəxslərə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Mülki iddialar ilə bağlı məhkəmə qeyd edir ki, məhkəmə istintaqı dövründə Zərərçəkmiş şəxs3 iddia ərizəsi ilə müraciət edərək 9979 manat, Zərərçəkmiş şəxs2 iddia ərizəsi ilə müraciət edərək 4359 manat, Zərərçəkmiş şəxs1 iddia ərizəsi ilə müraciət edərək 14525 manat maddi ziyanın cavabdeh Təqsirləndirilən şəxs tutulmasını xahiş etmişlər. Azərbaycan Respublikası CPM-nin 181.1 və 181.1.1-ci maddələrinə əsasən cinayət mühakimə icraatı zamanı ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs mülki iddia verməyə haqlıdır. Həmin Məcəllənin 179.3-cü maddəsinə əsasən mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə müvafiq olaraq zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 21.2-ci maddəsinə uyğun olaraq zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Sadalanmış normaları hazırki iş üzrə tətbiq edərkən məhkəmə hesab edir ki, mülki cavabdeh Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayət hadisələri nəticəsində Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 maddi ziyan dəymişdir və mülki iddiaçıların bu zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ, mülki cavabdeh Təqsirləndirilən şəxs isə həmin zərərin əvəzini ödəmək öhdəliyi yaranmışdır. Azərbaycan Respublikasının CPM-nin 354.1-ci maddəsinə əsasən, məhkəmənin hökmündə mülki iddianın əsaslarının və məbləğinin sübuta yetirilməsindən asılı olaraq, iddianın tam və ya qismən təmin edilməsi, iddianın rədd edilməsi və ya iddianın baxılmamış saxlanması barədə qərarlardan biri əks etdirilir. Məhkəmə Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayət hadisələri nəticəsində Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 mülki iddiası ilə irəli sürülmüş tələblər üzrə zərərin həmin məbləğlərdə olmasını qəbul edir və beləliklə də onların iddialarının tam təmin edilməsi qənaətinə gəlir. Cinayət işinin materiallarına əlavə edilmiş ibtidai istintaq dövründə dövlət hesabına göstərilən hüquqi yardım barədə hesabatdan görünür ki, müdafiəçi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X3 ibtidai istintaq dövründə 38 (otuz səkkiz) iş saatı Təqsirləndirilən şəxs hüquqi yardım göstərmişdir. Məhkəmə istintaqı zamanı müdafiəçi 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 25 (iyirmi beş) iş saatı Təqsirləndirilən şəxs dövlət hesabına hüquqi yardım göstərmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2008-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X3 tərəfindən göstərilmiş 38 (otuz səkkiz) iş saatı hüquqi xidmətə görə 228 (iki yüz iyirmi səkkiz) manat, məhkəmə istintaqı dövründə həmin büronun vəkili Müdafiəçi tərəfindən göstərilmiş 25 (iyirmi beş) iş saatı hüquqi yardıma görə 150 (bir yüz əlli) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından 10 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə maddi sübut və xüsusi müsadirə olunacaq əmlak yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 12 dekabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Zərərçəkmiş şəxs1 mülki iddiası təmin edilsin və Təqsirləndirilən şəxs 14,525 (on dörd min beş yüz iyirmi beş) manat pul vəsaiti tutularaq, Zərərçəkmiş şəxs1 ödənilsin. Zərərçəkmiş şəxs2 mülki iddiası təmin edilsin və Təqsirləndirilən şəxs 4359 (dörd min üç yüz əlli doqquz) manat pul vəsaiti tutularaq, Zərərçəkmiş şəxs2 ödənilsin. Zərərçəkmiş şəxs3 mülki iddiası təmin edilsin və Təqsirləndirilən şəxs 9979 (doqquz min doqquz yüz yetmiş doqquz) manat pul vəsaiti tutularaq, Zərərçəkmiş şəxs3 ödənilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X3 tərəfindən göstərilmiş 38 (otuz səkkiz) iş saatı hüquqi xidmətə görə 228 (iki yüz iyirmi səkkiz) manat, məhkəmə istintaqı dövründə həmin büronun vəkili Müdafiəçi tərəfindən göstərilmiş 25 (iyirmi beş) iş saatı hüquqi yardıma görə 150 (bir yüz əlli) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından 10 saylı Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə maddi sübut və xüsusi müsadirə olunacaq əmlak yoxdur. Hökmdən, elan olunduğu andan, həbsdə saxlanılan məhkum isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədiyi halda, məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Şəfa Dadaşova
Məhkəmə qərarları › İş №1(002)-125/2023
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-125/2023
01.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver