Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(002)-125/2024 17.12.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Teymur Əhməd oğlunun sədrliyi, İlyasov Ceyhun Bəhruz oğlunun katibliyi, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx.xx.1978-ci il tarixdə Şuşa şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, Şuşa rayonu, Şuşa şəhəri, Vaqif Cəfərov küçəsi ev 30, mənzil 15-də qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 162-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs əmək müqaviləsi bağlamadan haqqı ödənilməklə 2021-ci ilin iyun ayından 04 noyabr 2022-ci il tarixədək Zərərçəkmiş şəxs9 “qabyuyan” vəzifəsində, 2021-ci ilin noyabr ayından 04 noyabr 2022-ci il tarixədək Zərərçəkmiş şəxs17 Firudin qızını “xadiməçi” vəzifəsində, 2022-ci ilin iyul ayından 04 noyabr 2022-ci il tarixədək Zərərçəkmiş şəxs7 “ofisiant” vəzifəsində, 04 oktyabr 2022-ci il tarixdən 04 noyabr 2022-ci il tarixədək Zərərçəkmiş şəxs4 “ofisiant” vəzifəsində, 2021-ci ilin dekabr ayından 04 noyabr 2022-ci il tarixədək Zərərçəkmiş şəxs12 “mühafizəçi” vəzifəsində, 2022-ci ilin sentyabr ayından 04 noyabr 2022-ci il tarixədək Zərərçəkmiş şəxs8 “kababçı” vəzifəsində, 2022-ci ilin oktyabr ayından 04 noyabr 2022-ci il tarixədək Zərərçəkmiş şəxs16 “ofisiant” vəzifəsində, 2021-ci ilin iyun ayından 04 noyabr 2022-ci il tarixədək Zərərçəkmiş şəxs3 qızını “soyuq qəlyanaltı düzəldən” vəzifəsində, 2021-ci ilin iyun ayından 04 noyabr 2022-ci il tarixədək Zərərçəkmiş şəxs18 “soyuq qəlyanaltı düzəldən” vəzifəsində, 2021-ci ilin iyun ayından 04 noyabr 2022-ci il tarixədək Zərərçəkmiş şəxs6 “qabyuyan” vəzifəsində, 2021-ci ilin iyun ayından 04 noyabr 2022-ci il tarixədək Zərərçəkmiş şəxs20 “qabyuyan” vəzifəsində, 2021ci ilin noyabr ayından 04 noyabr 2022-ci il tarixədək Zərərçəkmiş şəxs14 “qabyuyan” vəzifəsində, 02 noyabr 2022-ci il tarixdən 04 noyabr 2022-ci il tarixədək Zərərçəkmiş şəxs11 “anbardar” vəzifəsində, 2022-ci ilin iyul ayından 04 noyabr 2022-ci il tarixədək Zərərçəkmiş şəxs5 “ofisiant” vəzifəsində, 2022-ci ilin sentyabr ayından 04 noyabr 2022-ci il tarixədək X1 “kababçı köməkçisi” vəzifəsində, 20 sentyabr 2022-ci il tarixdən 04 noyabr 2022-ci il tarixədək Zərərçəkmiş şəxs19 “xadiməçi” vəzifəsində, 2022-ci ilin iyun ayından 04 noyabr 2022-ci il tarixədək Zərərçəkmiş şəxs2 “inzibatçı” vəzifəsində, 20 oktyabr 2022ci il tarixdən 04 noyabr 2022-ci il tarixədək Zərərçəkmiş şəxs10 “kababçı” vəzifəsində, 2022-ci ilin iyun ayından 04 noyabr 2022-ci il tarixədək Zərərçəkmiş şəxs1 “ofisiant” vəzifəsində, 25 oktyabr 2022-ci il tarixdən 04 noyabr 2022-ci il tarixədək Zərərçəkmiş şəxs13 “ofisiant” vəzifəsində, 04 noyabr 2022-ci ildə Zərərçəkmiş şəxs24 “musiqiçi” vəzifəsində, 04 noyabr 2022-ci il tarixdə Zərərçəkmiş şəxs22 “usta” kimi, 04 noyabr 2022ci il tarixdə Zərərçəkmiş şəxs21 “usta” kimi və 04 noyabr 2022-ci il tarixdə Zərərçəkmiş şəxs23 “kababçı” vəzifəsində işlətməklə, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən xeyli sayda, yəni – 24 (iyirmi dörd) nəfər işçini müxtəlif işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 162-1.1-ci maddəsi ilə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, fərdi qaydada sahibkarlıq fəaliyyəti ilə məşğul olur. “KRİSTAL” şadlıq sarayını və Xəzri yeməkxanasını” icarəyə götürərək fəaliyyət göstərir. 04 noyabr 2022-ci il tarixdə Dövlət Vergi Xidmətinin işçiləri tərəfindən sahibkarlıq fəaliyyəti göstərdiyi “KRİSTAL” şadlıq sarayında və “Xəzri yeməkxanası”-nda operativ vergi nəzarəti tədbiri həyata keçirilmişdir.Həmin tədbir zamanı əmək müqaviləsi olmadan işlərin yerinə yetirilməsinə cəlb olunmuş 24 (iyirmi dörd) nəfər şəxsin aşkar edilmişdir.O, adətən işçiləri toy mərasimi olarkən çağırırmış və onlarla sonra müqavilə bağlayırmış.Vergi işçiləri yoxlamaya gələrkən işçilərlə müqavilə bağlamağı çatdıra bilməmişdir.Törətdiyi əməldən peşmandır. Cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsini nəzərə alaraq barəsində cinayət işinin icraatına xitam verilməsini xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs3 qızı ifadəsində göstərmişdir ki, “KRİSTAL” şadlıq sarayında toy məclisləri olan günlərdə soyuq qəlyanaltı düzəldən kimi işləyir.Şadlıq sarayının sahibi Təqsirləndirilən şəxs günlük 15 manat əmək haqqı alırmış.Vergi yoxlaması olan zaman yoy məclisində iştirak etmişdir. Zərərçəkmiş şəxs3 qızı ərizə təqdim edərək Təqsirləndirilən şəxs şikayət tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs7 ifadəsində göstərmişdir ki, “KRİSTAL” şadlıq sarayında toy məclisləri olan günlərdə ofisiant kimi işləmişdir. Günlük əmək haqqısı 14 manat olmaqla Təqsirləndirilən şəxs tərəfindən ödənilmişdir.Vergi yoxlaması olan zaman “KRİSTAL” şadlıq sarayında olmuşdur. Zərərçəkmiş şəxs7 ərizə təqdim edərək Təqsirləndirilən şəxs şikayət tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs6 ifadəsində göstərmişdir ki, vergi yoxlaması zamanı “KRİSTAL” şadlıq sarayında işdə olmuşdur. Əmək haqqını günlük 10 manat olmaqla restoranın sahibi kimi tanıdığı Təqsirləndirilən şəxs alırmış. Zərərçəkmiş şəxs6 ərizə təqdim edərək Təqsirləndirilən şəxs şikayət tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs19 ifadəsində göstərmişdir ki, “XƏZRİ” restoranında vergi işçiləri yoxlama aparan zaman orada olmuşdur.Təqsirləndirilən şəxs tərəfindən xadimə işinə qəbul olunmuşdur. Gündəlik 10 manat əmək haqqı Təqsirləndirilən şəxs tərəfindən ona ödənilirmiş. Zərərçəkmiş şəxs19 ərizə təqdim edərək Təqsirləndirilən şəxs şikayət tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs18 ifadəsində göstərmişdir ki, “KRİSTAL” şadlıq sarayında soyuq qəlyanaltı düzəldən kimi işləyir. Təqsirləndirilən şəxs tərəfindən işə qəbul olunub.Vergi yoxlaması aparılan zaman şadlıq sarayında olmuşdur. Zərərçəkmiş şəxs18 ərizə təqdim edərək Təqsirləndirilən şəxs şikayət tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs24 ifadəsində göstərmişdir ki, “KRİSTAL” şadlıq sarayında musiqiçi kimi fəaliyyət göstərmişdir. Vergi yoxlaması aparılan zaman şadlıq sarayında olmuşdur. Zərərçəkmiş şəxs24 ərizə təqdim edərək Təqsirləndirilən şəxs şikayət tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs5 ifadəsində göstərmişdir ki, “KRİSTAL” şadlıq sarayında əmisi Təqsirləndirilən şəxs tərəfindən ofisant kimi işə qəbul olunmuşdur. Vergi yoxlaması aparılan zaman şadlıq sarayında olmuşdur. Zərərçəkmiş şəxs5 ərizə təqdim edərək Təqsirləndirilən şəxs şikayət tələbinin olmadığını bildirmişdir. Müdafiə tərəfi, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs8, Zərərçəkmiş şəxs10, Zərərçəkmiş şəxs11, Zərərçəkmiş şəxs12, Zərərçəkmiş şəxs13, Zərərçəkmiş şəxs14, Zərərçəkmiş şəxs15, Zərərçəkmiş şəxs16, Zərərçəkmiş şəxs17, Zərərçəkmiş şəxs20, Zərərçəkmiş şəxs21, Zərərçəkmiş şəxs22 və Zərərçəkmiş şəxs23 məhkəmə baxışında iştiraklarını tələb etmədiyindən məhkəmə tərəfindən zərərçəkmiş şəxslərin ibtidai istintaq zamanı verdikləri ifadələr elan edilmişdir. İş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ibtidai istintaqa verdiyi ifadəsində “XƏZRİ” restoranında həqiqətən xx.xx.2022-ci il tarixdə Dövlət Vergi Xidmətinin işçiləri tərəfindən yoxlama aparıldığını, Vergi orqanının işçiləri tərəfindən “XƏZRİ” restoranında yoxlama tədbiri keçirilən zaman orada iş başında olduğunu, 2022-ci ilin iyun ayından həmin restoranın sahibi kimi tanıdığı Təqsirləndirilən şəxs tərəfindən işə qəbul olunduğunu, restoranda xadiməçi kimi Zərərçəkmiş şəxs19, kababçı kimi Zərərçəkmiş şəxs10, inzibatçı kimi Zərərçəkmiş şəxs2 və ofisiant kimi Zərərçəkmiş şəxs13 tanıdığını, iş saatının 10:00-dan 22:00-a kimi davam etdiyini və restoranın sahibi Təqsirləndirilən şəxs günlük 5 manat əmək haqqı aldığını bildirmişdir. İş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ibtidai istintaqa verdiyi ifadəsində “XƏZRİ” restoranında həqiqətən xx.xx.2022-ci il tarixdə Dövlət Vergi Xidmətinin işçiləri tərəfindən yoxlama aparıldığını, Vergi orqanının işçiləri tərəfindən “XƏZRİ” restoranında yoxlama tədbiri keçirilən zaman orada iş başında olduğunu, 2022-ci ilin iyun ayından həmin restoranın sahibi kimi tanıdığı Təqsirləndirilən şəxs tərəfindən işə qəbul olunduğunu, restoranda xadiməçi kimi Zərərçəkmiş şəxs19, kababçı kimi Zərərçəkmiş şəxs10, ofisiant kimi Zərərçəkmiş şəxs1, ofisiant kimi və Zərərçəkmiş şəxs13 tanıdığını, iş saatının 10:00-dan 21:00-a kimi davam etdiyini, restoranın sahibi Təqsirləndirilən şəxs aylıq 450 manat əmək haqqı aldığını bildirmişdir. İş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ibtidai istintaqa verdiyi ifadəsində “KRİSTAL” şadlıq sarayında həqiqətən xx.xx.2022-ci il tarixdə Dövlət Vergi Xidmətinin işçiləri tərəfindən yoxlama aparıldığını, Vergi orqanının işçiləri tərəfindən “KRİSTAL” şadlıq sarayında yoxlama tədbiri keçirilən zaman orada olduğunu, xx.xx.2022ci tarixdən “KRİSTAL” şadlıq sarayında toy məclisləri olan günlərdə ofisiant kimi işlədiyini, həmin şadlıq sarayına Təqsirləndirilən şəxs tərəfindən işə qəbul olunduğunu, şadlıq sarayında işçi kimi aşkar olunan şəxslərdən qabyuyan kimi Zərərçəkmiş şəxs9, mühafizəçi kimi Zərərçəkmiş şəxs12, kababçı kimi Zərərçəkmiş şəxs8, qəyanaltı düzəldən kimi Zərərçəkmiş şəxs3, anbardar kimi Zərərçəkmiş şəxs11, qabyuyan kimi Zərərçəkmiş şəxs6, qabyuyan kimi Zərərçəkmiş şəxs20, qab yuyan kimi Zərərçəkmiş şəxs14, ofisiant kimi Zərərçəkmiş şəxs7, ofisiant kimi Zərərçəkmiş şəxs5 və Zərərçəkmiş şəxs24 tanıdığını, iş saatının 17:00-dan 00:00-a kimi davam etdiyini, günlük 14 manat əmək haqqının Təqsirləndirilən şəxs tərəfindən ödənildiyini bildirmişdir. İş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs8 ibtidai istintaqa verdiyi ifadəsində “KRİSTAL” şadlıq sarayında həqiqətən xx.xx.2022-ci il tarixdə Dövlət Vergi Xidmətinin işçiləri tərəfindən yoxlama aparıldığını, Vergi orqanının işçiləri tərəfindən “KRİSTAL” şadlıq sarayında yoxlama tədbiri keçirilən zaman orada iş başında olduğunu, 2022-ci ilin sentyabr ayından “KRİSTAL” şadlıq sarayında toy məclisləri olan günlərdə kababçı kimi işlədiyini, həmin şadlıq sarayının sahibi kimi tanıdığı Təqsirləndirilən şəxs tərəfindən işə qəbul olunduğunu, şadlıq sarayında işləyən işçilərdən qabyuyan kimi Zərərçəkmiş şəxs9, ofisiant kimi Zərərçəkmiş şəxs7, ofisiant kimi Zərərçəkmiş şəxs4, mühafizəçi kimi Zərərçəkmiş şəxs12, qəyanaltı düzəldən kimi Zərərçəkmiş şəxs3, anbardar kimi Zərərçəkmiş şəxs11, qabyuyan kimi Zərərçəkmiş şəxs6, qabyuyan kimi, Zərərçəkmiş şəxs14 və ofisiant kimi Zərərçəkmiş şəxs5 tanıdığını, iş saatının 09:00-dan 21:00-a kimi davam etdiyini, əmək haqqının günlük 30 manat olmaqla restoranın sahibi kimi tanıdığı Təqsirləndirilən şəxs tərəfindən əlbə-əl ödənildiyini bildirmişdir. İş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs10 ibtidai istintaqa verdiyi ifadəsində “XƏZRİ” restoranında həqiqətən xx.xx.2022-ci il tarixdə Dövlət Vergi Xidmətinin işçiləri tərəfindən yoxlama aparıldığını, Vergi orqanının işçiləri tərəfindən “XƏZRİ” restoranında yoxlama tədbiri keçirilən zaman orada iş başında olduğunu, xx.xx.2022-ci il tarixdə restoranın sahibi kimi tanıdığı Təqsirləndirilən şəxs tərəfindən işə qəbul olunduğunu, restoranda inzibatçı kimi Zərərçəkmiş şəxs2 tanıdığını, iş saatının 11:00-dan 23:00-a kimi davam etdiyini, Təqsirləndirilən şəxs tərəfindən günlük 20 manat əmək haqqı ödənildiyini bildirmişdir. İş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs11 ibtidai istintaqa verdiyi ifadəsində “KRİSTAL” şadlıq sarayında həqiqətən xx.xx.2022-ci il tarixdə Dövlət Vergi Xidmətinin işçiləri tərəfindən yoxlama aparıldığını, Vergi orqanının işçiləri tərəfindən “KRİSTAL” şadlıq sarayında yoxlama tədbiri keçirilən zaman orada iş başında olduğunu, xx.xx.2022-ci il tarixdə şadlıq sarayının sahibi kimi tanıdığı Təqsirləndirilən şəxs tərəfindən işə qəbul olunduğunu, şadlıq sarayında qabyuyan kimi Zərərçəkmiş şəxs9, mühafizəçi kimi Zərərçəkmiş şəxs12 və qəlyanaltı düzəldən kimi Zərərçəkmiş şəxs3 tanıdığını, iş saatının 16:00-dan 00:00-a kimi davam etdiyini, əmək haqqının günlük 15 manat olmaqla Təqsirləndirilən şəxs tərəfindən əlbə-əl ödənildiyini bildirmişdir. İş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs12 ibtidai istintaqa verdiyi ifadəsində “KRİSTAL” şadlıq sarayında həqiqətən xx.xx.2022-ci il tarixdə Dövlət Vergi Xidmətinin işçiləri tərəfindən yoxlama aparıldığını, şadlıq sarayında yoxlama tədbiri keçirilən zaman orada iş başında olduğunu, 2021-ci ilin dekabr ayından həmin şadlıq sarayının sahibi kimi tanıdığı Təqsirləndirilən şəxs tərəfindən şadlıq sarayına mühafizəçi kimi işə qəbul olunduğunu, şadlıq sarayında qabyuyan kimi Zərərçəkmiş şəxs9, soyuq qəlyanaltı düzəldən kimi Zərərçəkmiş şəxs3, soyuq qəlyanaltı düzəldən kimi Zərərçəkmiş şəxs18, anbardar kimi Zərərçəkmiş şəxs11, qabyuyan kimi Zərərçəkmiş şəxs6, ofisiant kimi Zərərçəkmiş şəxs7, ofisiant kimi Zərərçəkmiş şəxs4, kababçı Zərərçəkmiş şəxs8, xadiməçi kimi Zərərçəkmiş şəxs17, qabyuyan kimi Zərərçəkmiş şəxs20, qabyuyan kimi Zərərçəkmiş şəxs14, işçi kimi Zərərçəkmiş şəxs24, ofisiant kimi Zərərçəkmiş şəxs5, işçi kimi Şəmsiyyə Əzizovanı tanıdığını, iş saatının 08:00-dan 21:00-a kimi davam etdiyini, aylıq 225 manat Təqsirləndirilən şəxs tərəfindən əmək haqqı aldığını bildirmişdir. İş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs13 ibtidai istintaqa verdiyi ifadəsində “XƏZRİ” restoranında həqiqətən xx.xx.2022-ci il tarixdə Dövlət Vergi Xidmətinin işçiləri tərəfindən yoxlama keçirildiyini, restoranda yoxlama tədbiri keçirilən zaman orada iş başında olduğunu, 25 oktyabr 2022-ci il tarixdə “XƏZRİ” restoranın sahibi kimi tanıdığı Təqsirləndirilən şəxs tərəfindən ofisiant vəzifəsinə qəbul olunduğunu, restoranda kababçı kimi Zərərçəkmiş şəxs10, inzibatçı kimi Zərərçəkmiş şəxs2, xadiməçi kimi Zərərçəkmiş şəxs19 və ofisiant kimi Zərərçəkmiş şəxs1 tanıdığını, iş saatının 11:00dan 23:00-a kimi davam etdiyini, əmək haqqının günlük 10 manat olmaqla restoranın sahibi kimi tanıdığım Təqsirləndirilən şəxs tərəfindən əlbə-əl ödənildiyini bildirmişdir. İş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs14 ibtidai istintaqa verdiyi ifadəsində xx.xx.2022-ci il tarixdə Dövlət Vergi Xidmətinin işçiləri tərəfindən “KRİSTAL” şadlıq sarayında yoxlama aparıldığını, Vergi orqanının işçiləri tərəfindən şadlıq sarayında yoxlama tədbiri keçirilən zaman orada iş başında olduğunu, 2021-ci ilin noyabr ayından həmin şadlıq sarayının sahibi kimi tanıdığı Təqsirləndirilən şəxs tərəfindən qabyuyan vəzifəsinə işə qəbul olunduğunu, şadlıq sarayında qabyuyan kimi Zərərçəkmiş şəxs9, xadiməçi kimi Zərərçəkmiş şəxs17, mühafizəçi kimi Zərərçəkmiş şəxs12, soyuq qəlyanaltı düzəldən kimi Zərərçəkmiş şəxs3, soyuq qəlyanaltı düzəldən kimi Zərərçəkmiş şəxs18, anbardar kimi Zərərçəkmiş şəxs11, qabyuyan kimi Zərərçəkmiş şəxs6, qabyuyan kimi Zərərçəkmiş şəxs20, ofisiant kimi Zərərçəkmiş şəxs5 və xadiməçi kimi Şəmsiyyə Əzizovanı tanıdığını, iş saatının 10:00-dan 23:00-a kimi olduğunu, əmək haqqının günlük 15 manat olmaqla restoranın sahibi kimi Təqsirləndirilən şəxs tərəfindən əlbə-əl ödənildiyini bildirmişdir. İş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs15 ibtidai istintaqa verdiyi ifadəsində “KRİSTAL” şadlıq sarayında həqiqətən xx.xx.2022-ci il tarixdə Dövlət Vergi Xidmətinin işçiləri tərəfindən yoxlama aparıldığını, Vergi orqanının işçiləri tərəfindən şadlıq sarayında yoxlama tədbiri keçirilən zaman şadlıq sarayının mətbəxində iş başında olduğunu, 2022-ci ilin sentyabr ayından həmin şadlıq sarayının sahibi kimi tanıdığı Təqsirləndirilən şəxs tərəfindən mətbəxdə kababçı köməkçisi kimi işə qəbul olunduğunu, şadlıq sarayında qabyuyan kimi Zərərçəkmiş şəxs9, xadiməçi kimi Zərərçəkmiş şəxs17, mühafizəçi kimi Zərərçəkmiş şəxs12, soyuq qəlyanaltı düzəldən kimi Zərərçəkmiş şəxs3, soyuq qəlyanaltı düzəldən kimi Zərərçəkmiş şəxs18, anbardar kimi Zərərçəkmiş şəxs11, qabyuyan kimi Zərərçəkmiş şəxs6, qabyuyan kimi Zərərçəkmiş şəxs20, kababçı Zərərçəkmiş şəxs8, qabyuyan kimi Zərərçəkmiş şəxs14, ofisiant kimi Zərərçəkmiş şəxs5, ofisiant kimi Zərərçəkmiş şəxs4 və ofisiant kimi Zərərçəkmiş şəxs7 tanıdığını, iş saatının 08:00-dan 23:00-a kimi davam etdiyini, restoranın sahibi Təqsirləndirilən şəxs tərəfindən günlük 15 manat əmək haqqıaldığını bildirmişdir. İş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs16 ibtidai istintaqa verdiyi ifadəsində xx.xx.2022-ci il tarixdə Dövlət Vergi Xidmətinin işçiləri tərəfindən “KRİSTAL” şadlıq sarayında yoxlama keçirildiyini, Vergi orqanının işçiləri tərəfindən “KRİSTAL” şadlıq sarayında yoxlama tədbiri keçirilən zaman orada iş başında olduğunu, 2022-ci ilin oktyabr ayından həmin şadlıq sarayının sahibi kimi tanıdığı Təqsirləndirilən şəxs tərəfindən şadlıq sarayına ofisiant kimi işə qəbul olunduğunu, şadlıq sarayında qabyuyan kimi Zərərçəkmiş şəxs9, soyuq qəlyanaltı düzəldən kimi Zərərçəkmiş şəxs3, soyuq qəlyanaltı düzəldən kimi Zərərçəkmiş şəxs18, mühafizəçi kimi Zərərçəkmiş şəxs12, anbardar kimi Zərərçəkmiş şəxs11, qabyuyan kimi Zərərçəkmiş şəxs6, ofisiant kimi Zərərçəkmiş şəxs7, ofisiant kimi Zərərçəkmiş şəxs4, kababçı Zərərçəkmiş şəxs8, xadiməçi kimi Zərərçəkmiş şəxs17, qabyuyan kimi Zərərçəkmiş şəxs14, ofisiant kimi Zərərçəkmiş şəxs5 tanıdığını, iş saatının 16:00-dan 23:00-a kimi davam etdiyini, günlük 14 manat əmək haqqı aldığını bildirmişdir. İş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs17 ibtidai istintaqa verdiyi ifadəsində “KRİSTAL” şadlıq sarayında həqiqətən xx.xx.2022-ci il tarixdə Dövlət Vergi Xidmətinin işçiləri tərəfindən yoxlama aparıldığını, Vergi orqanının işçiləri tərəfindən “KRİSTAL” şadlıq sarayında yoxlama tədbiri keçirilən zaman şadlıq sarayının 2-ci mərtəbəsində iş başında olduğunu, Mənzil Kommunal İstismar Sahəsində rəsmi olaraq işləsə də, işdən sonra “KRİSTAL” şadlıq sarayında xadiməçi kimi işləməklə ailəsini dolandırdığını, 2021-ci ilin noyabr ayından həmin şadlıq sarayının sahibi kimi tanıdığı Təqsirləndirilən şəxs tərəfindən şadlıq sarayına xadiməçi vəzifəsinə işə qəbul olunduğunu, şadlıq sarayında qabyuyan kimi Zərərçəkmiş şəxs9, mühafizəçi kimi Zərərçəkmiş şəxs12, soyuq qəlyanaltı düzəldən kimi Zərərçəkmiş şəxs3, soyuq qəlyanaltı düzəldən kimi Zərərçəkmiş şəxs18, anbardar kimi Zərərçəkmiş şəxs11, qabyuyan kimi Zərərçəkmiş şəxs6, ofisiant kimi Zərərçəkmiş şəxs7, ofisiant kimi Zərərçəkmiş şəxs4, kababçı Zərərçəkmiş şəxs8, qabyuyan kimi Zərərçəkmiş şəxs20, qabyuyan kimi Zərərçəkmiş şəxs14, musiqiçi kimi Zərərçəkmiş şəxs24, ofisiant kimi Zərərçəkmiş şəxs5 və işçi kimi Şəmsiyyə Əzizovanı tanıdığını, iş saatının 16:00-dan 19:00-a kimi davam etdiyini, şadlıq sarayının rəhbəri Təqsirləndirilən şəxs günlük 10 manat əmək haqqı aldığını bildirmişdir. İş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs20 ibtidai istintaqa verdiyi ifadəsində “KRİSTAL” şadlıq sarayında həqiqətən xx.xx.2022-ci il tarixdə Dövlət Vergi Xidmətinin işçiləri tərəfindən yoxlama keçirldiyini, Vergi orqanının işçiləri tərəfindən “KRİSTAL” şadlıq sarayında yoxlama tədbiri keçirilən zaman şadlıq sarayının mətbəxində iş başında olduğunu, MKİS-də rəsmi olaraq işləsə də, işdən sonra “KRİSTAL” şadlıq sarayında qabyuyan kimi işləməklə ailəsini dolandırdığını, 2021-ci ilin iyun ayından həmin şadlıq sarayının sahibi kimi tanıdığı Təqsirləndirilən şəxs tərəfindən qabyuyan vəzifəsinə işə qəbul olunduğunu, şadlıq sarayında qabyuyan kimi Zərərçəkmiş şəxs9, xadiməçi kimi Zərərçəkmiş şəxs17, mühafizəçi kimi Zərərçəkmiş şəxs12, soyuq qəlyanaltı düzəldən kimi Zərərçəkmiş şəxs3, soyuq qəlyanaltı düzəldən kimi Zərərçəkmiş şəxs18, anbardar kimi Zərərçəkmiş şəxs11, qabyuyan kimi Zərərçəkmiş şəxs6, kababçı Zərərçəkmiş şəxs8, qabyuyan kimi Zərərçəkmiş şəxs14, ofisiant kimi Zərərçəkmiş şəxs5 və xadiməçi kimi Şəmsiyyə Əzizovanı tanıdığını, iş saatının 16:00-dan 23:00-a kimi davam etdiyini, şadlıq sarayının sahibi kimi tanıdığı Təqsirləndirilən şəxs günlük 15 manat əmək haqqı aldığını bildirmişdir. İş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs21 ibtidai istintaqa verdiyi ifadəsində xx.xx.2022-ci il tarixdə uzun müddətdir tanıdığı Təqsirləndirilən şəxs onunla əlaqə saxlayaraq, ünvan 2 ünvanında yerləşən 8 Saylı Xəzri yeməkxanasının həyətində yerləşən kabinetin qapısının çərçivəsinin suvaqla doldurulması üçün usta lazım olduğunu dediyini, xx.xx.2022-ci il tarixdə qəsəbədə fəhlə kimi tanıdığı Zərərçəkmiş şəxs22 ilə birlikdə 8 Saylı Xəzri yeməkxanasına getdiyini, yeməkxananın həyətində yerləşən kabinetin qapı çərçivəsinin kənarlarını Zərərçəkmiş şəxs22la birlikdə suvaqlayarkən Dövlət Vergi Xidmətinin işçilərinin yeməkxanaya daxil olduqlarını, Vergi işçilərinin ondan həmin yeməkxanada nə işlədiyini soruşduqda o, restoranda işləmədiyini dostu Təqsirləndirilən şəxs xahişi ilə yeməkxananın kabinetinə suvaq vurulması üçün gəldiyini və özü ilə birlikdə usta gətirdiyini, Zərərçəkmiş şəxs22 10 manat əmək haqqı ödənildiyini bildirmişdir. İş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs22 ibtidai istintaqa verdiyi ifadəsində əvvəllər tanıdığı Zərərçəkmiş şəxs21 onunla əlaqə saxlayaraq ünvan 2 ünvanında yerləşən 8 Saylı Xəzri yeməkxanasının həyətində yerləşən kabinetin qapısının çərçivəsinin suvaqlanması üçün lazım olduğunu demiş, o xx.xx.2022-ci il tarixdə Elməddinlə birlikdə 8 Saylı Xəzri yeməkxanasına getdiyini, yeməkxananın həyətində yerləşən kabinetin qapı çərçivəsinin kənarlarını suvaqlayarkən Dövlət Vergi Xidmətinin işçilərinin yeməkxanaya daxil olduqlarını, Vergi işçilərinin ona yaxınlaşaraq ad və soyadını soruşduqlarını, həmin yeməkxanada suvaq işi görməyə gəldiyini, Zərərçəkmiş şəxs21 başqa heç kimi tanımadığını, suvaq işinin görülməsi üçün Zərərçəkmiş şəxs21 10 manat zəhmət haqqı aldığını bildirmişdir. İş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs23 ibtidai istintaqa verdiyi ifadəsində 8 ildir aşbazlıq fəaliyyəti ilə məşğul olduğunu, 04 noyabr 2022-ci il tarixdə saat təxminən 10-11 radələrində dostu Şahinin xahişi ilə “KRİSTAL” şadlıq sarayının mətbəxində kababların hazırlanmasına nəzarət etmək üçün getdiyini, həmin gün saat 16 radələrində Dövlət Vergi Xidmətinin işçiləri tərəfindən şadlıq sarayında yoxlama tədbiri keçirildiyini, Vergi işçilərinin ondan şadlıq sarayında nə işlə məşğul olduğunu soruşduqda, o Vergi işçilərinə ad və soyadını deyərək yaxın tanışı olan Şahinin xahişi ilə mətbəxdə hazırlanan yemək və kababların hazırlanmasına nəzarət etmək üçün gəldiyini demişdir. Əlavə olaraq tanışı Şahin adlı şəxsin soyadı, atasının adını və əlaqə vasitələrini xatırlamadığını, hal-hazırda Şahinlə əlaqəsinin olmadığını qeyd etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Operativ vergi nəzarəti idarəsinin 2-ci operativ nəzarət şöbəsinin dövlət vergi müfəttişi Şahid1 ifadəsində göstərmişdir ki, operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” qərarlara əsasən fərdi sahibkar Təqsirləndirilən şəxs məxsus Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsində yerləşən “KRİSTAL” şadlıq sarayında onun və qərarda adları qeyd edilən digər vergi orqanı əməkdaşları ilə birlikdə operativ vergi nəzarəti tədbiri həyata keçirildiyini, keçirilmiş tədbir zamanı sahibkarlıq fəaliyyətini həyata keçirən Təqsirləndirilən şəxs məxsus “KRİSTAL” şadlıq sarayında Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən xeyli sayda şəxslərin, yəni 17 (on yeddi) nəfərin müxtəlif işlərin yerinə yetirilməsinə cəlb edilməsi faktının aşkar edilmişdir. Təqsirləndirilən şəxs 17 nəfər işçi ilə əmək müqaviləsi bağlamadan müxtəlif işlərin yerinə yetirilməsi ilə bağlı izahat verərək etiraf etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Dövlət Vergi Xidmətinin Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Operativ vergi nəzarəti idarəsinin 2-ci operativ nəzarət şöbəsinin Baş dövlət vergi müfəttişi Şahid5 ifadəsində göstərmişdir ki, “operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” qərarlara əsasən fərdi sahibkar Təqsirləndirilən şəxs məxsus Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsində yerləşən “8 Saylı Xəzri” yeməkxanasında onun və digər vergi orqanı əməkdaşları ilə birlikdə operativ vergi nəzarəti tədbiri həyata keçirildiyini, keçirilmiş tədbir zamanı sahibkarlıq fəaliyyətini həyata keçirən Təqsirləndirilən şəxs məxsus “8 Saylı Xəzri” yeməkxanasında Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən xeyli sayda şəxslərin, yəni 7 (yeddi) nəfərin müxtəlif işlərin yerinə yetirilməsinə cəlb edilməsi faktı aşkar edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Operativ vergi nəzarəti idarəsinin Operativ vergi nəzarəti şöbəsinin əməkdaşları Şahid2 və Şahid3 eyni məzmunlu ifadələr verərək Şahid1 və Şahid5 ifadələrində göstərilən xüsusatları təsdiq etmişlər. İş materiallarında olan 30 mart 2023-cü il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi fakta görə Azərbaycan Respublikası CM-nin 162-1.1-ci maddəsi ilə başlanılmışdır. İş materiallarında olan 31 yanvar 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 162-1.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmiş və barəsində “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin Audit şöbəsindən alınmış 31 yanvar 2024-cü il tarixli **********424000 nömrəli xidməti məktubundan görünür ki, Təqsirləndirilən şəxs sahibkarlıq fəaliyyət göstərdiyi – ünvan 2 ünvanında yerləşən 8 saylı Xəzri yeməkxanasında və ünvan 3 ünvanında yerləşən “KRİSTAL” şadlıq sarayında Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən, xeyli sayda şəxslərin, yəni 24 (iyirmi dörd) nəfərin müxtəlif işlərin yerinə yetirilməsinə cəlb edilməsi nəticəsində 9661,40 manat məbləğində “Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, Dövlət Sosial Müdafiə Fondu, işsizlikdən sığorta və icbari tibbi sığorta” haqqını ödəməkdən yayınmışdır. İş materiallarında olan Aərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi məhkəmə iclasında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 162-1.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyinə bildrimiş və Təqsirləndirilən şəxs barəsində həmin maddə üzrə icraata xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası CM-nin 75.1.1-ci maddəsinin tələbindən aydın olur ki, böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə şəxs cinayət məsuliyyətinə cəld edilə bilməz. Həmin Məcəllənin 75.2-ci maddəsinsə göstərilir ki, müddətlər, cinayətin törədildiyi gündən ittiham hökmünün qanuni qüvvəyə mindiyi anadək hesablanır. Şəxs yeni cinayət törətdikdə, hər bir cinayətə görə müddət müstəqil hesablanır. Azərbaycan Respublikası CPM-nın 39.1.3-cü maddəsinin tələbindən aydın olur ki, cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdikdə (cinayət məsuliyyətinə cəlbetmə müddətinin dayandırılması halları istisna edilməklə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.3-cü maddəsində göstərilir ki, məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Məhkəmə araşdırılması zamanı Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 162-1.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət hadisəsinin törədilməsinin 21 iyun 2021-ci il - 04 noyabr 2022-ci il tarixi aralığında baş verməsi, bununla da cinayət məsuliyyətinə cəlbetmə müddətinin keçməsi müəyyən olunmuşdur. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 162-1.1ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsinə dair cinayət təqibinə xitam verilməli və Təqsirləndirilən şəxs həmin maddə ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən azad edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməlidir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 50 (əlli) saata görə 300 (üç yüz) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı vəkil bürosunun hesabına odənilməlidir. Odur ki, yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının CPMnin 39, 43, 344-347, 349, 351-353, 356, 358, 381 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 162-1.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsinə dair cinayət işi üzrə cinayət təqibinə xitam verilsin və Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilsin. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 50 (əlli) saata görə 300 (üç yüz) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı vəkil bürosunun hesabına ödənilsin. Hökmdən elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətinə Qaradağ rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim: Teymur Qurbanov
Məhkəmə qərarları › İş №1(002)-125/2024
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №1(002)-125/2024
17.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver