Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-126/2023 06.03.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Dadaşova Şəfa Əliövsət qızının sədrliyi, Abbasov Fərid Zirəddin oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2, Müdafiəçi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1945-ci ildə Ağcabədi rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Ağcabədi rayonu, Hindarx qəsəbəsində qeydiyyatda olan və yaşayan, barəsində "polisin nəzarəti altına vermə" qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talayıb təkrarən oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə, saat 11:00 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, "Binə" ticarət mərkəzinin 5-ci sırasında yerləşən "Euromod" paltar mağazasının qarşısında Zərərçəkmiş şəxs1 alış-veriş etmək üçün həmin mağazaya daxil olarkən qoyduğu 2 (iki) ədəd sellofan torbaları görüb, özgənin əmlakını ələ keçirmək məqsədilə içərisində geyim əşyaları olan həmin torbaları götürərək sonuncunun mülkiyyətində olan hər biri 120 (yüz iyirmi) manat dəyərində, 5 (beş) ədəd qara rəngli uzun qadın pencəkləri, hər biri 100 (yüz) manat dəyərində 5 (beş) ədəd qara rəngli qısa qadın pencəkləri, hər biri 80 (səksən) manat dəyərində cəmi 3 (üç) ədəd - 1 (bir) ədəd bənövşəyi, 1 (bir) ədəd tünd boz və 1 (bir) ədəd qara rəngli uzun qadın pencəkləri və 40 (qırx) manat dəyərində 1 (bir) ədəd qara rəngli qısa qadın pencəyindən ibarət ümumilkdə 1380 (min üç yüz səksən) manat dəyərində əmlakını gizli yolla talayaraq oğurlamışdır. Bundan başqa o, xx.xx.2022-ci il tarixdə, saat 15:00 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, «Sədərək» ticarət mərkəzinin 1-ci zona, 2-ci sıra, 6cı korpusunda yerləşən, Zərərçəkmiş şəxs3 işlətdiyi 151 saylı mağazanın qarşısında vitrinin altından, 1 (bir) ədəd sellofan torbaya yerləşdirilmiş hər biri 6 (altı) manat dəyərində olan 10 (on) ədəd idman şalvarı, hər biri 7 (yeddi) manat dəyərində olan 10 (on) ədəd cins şalvardan ibarət sonuncunun mülkiyyətində olan ümumilikdə 130 (yüz otuz) manat dəyərində əmlakını gizli yolla talayaraq təkrar oğurluq etmişdir. Bundan başqa o, xx.xx.2022-ci il tarixdə, saat 10:00 radələrində Zərərçəkmiş şəxs2 Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, «Sədərək» ticarət mərkəzinin 6-cı sırasında işlətdiyi 224 saylı mağazanın qarşısına gələrək sonuncunun mağazanın qarşısında quraşdırılmış vitrinin üzərində hər biri 2 (iki) manat dəyərində 60 (altmış) cüt qadın corabından ibarət ümumi dəyəri 120 (yüz iyirmi) manat olan sellofan paketdə topladığı əmlakını gizli yolla talayaraq təkrar oğurluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində qeyd etmişdir ki, Ağcabədi rayonunun Hindarx qəsəbəsində yaşayır, Bakı şəhərində yerləşən «Binə» və «Sədərək» ticarət mərkəzlərindən geyim əşyaları alaraq yaşadığı Hindarx qəsəbəsində satmaqla əldə etdiyi gəlirlə öz ailəsini dolandırır. xx.xx.2022-ci il tarixdə, saat 10:00 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən "Binə" ticarət mərkəzinin 5-ci sırasında yerləşən "Euromod" mağazasının qarşısından keçən zaman mağazanın qarşısında 2 (iki) ədəd sellofan torbanın olduğunu görmüş, həmin sellofan torbaları oğurlamağa qərar vermiş və oğurlayaraq oradan uzaqlaşmışdır. «Sədərək» TM-də yerləşən "Qlobus" adlı mehmanxanaya gedərək sellofan torbanın içərisinə baxan zaman orada 14 (on dörd) ədəd qadın pencəyinin olduğunu görmüşdür. Həmin qadın pencəklərindən 4 (dörd) ədədini «Sədərək» TM-də tanımadığı şəxslərə satmış, ümumilikdə 250 (iki yüz əlli) manat pul əldə etmiş və əldə etdiyi pulu öz şəxsi ehtiyaclarına xərcləmişdir. xx.xx.2022-ci il tarixdə polis əməkdaşları "Qlobus" adlı mehmanxanaya gələrək onu 10-cu PB-yə dəvət etmiş və xx.xx.2022-ci il tarixdə saat 10:00 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən "Binə" ticarət mərkəzinin 5ci sırasında yerləşən "Euromod" mağazasının qarşısından oğurladığı 14 (on dörd) ədəd qadın pencəyindən 10 (on) ədədini polis əməkdaşlarına təhvil vermişdir. Bundan əlavə xx.xx.2022-ci il tarixdə saat 15:00 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən «Sədərək» ticarət mərkəzinin 1-ci zona, 2-ci sıra, korpus 6-da yerləşən 151 saylı mağazaya daxil olmuş, həmin mağazanın qarşısında olan paltar vitrinin altında sellofan torba olduğunu görmüş və onunda içərisində paltar olduğunu güman edərək oğurlamışdır. Daha sonra isə gecələdiyi «Sədərək» TM-də yerləşən "Qlobus" adlı mehmanxanaya gedərək sellofan torbanın içərisinə baxan zaman orada 10 (on) ədəd idman şalvarı və 10 (on) ədəd qadın cins şalvarı olduğunu görmüşdür. Qeyd olunan geyim əşyalarını da «Sədərək» TM-də ayrı-ayrı tanımadığı şəxslərə sataraq ümumilikdə 100 (yüz) manat gəlir əldə etmiş və öz şəxsi ehtiyaclarına xərcləmişdir. Həmçinin, xx.xx.2022ci il tarixdə saat 10:00 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, «Sədərək» ticarət mərkəzinin 6-cı sırasında yerləşən 224 saylı mağazaya qadın corabı almaq fikri ilə daxil olmuş, həmin mağazadan 17 (on yeddi) manat dəyərində qadın corabı alaraq 20 (iyirmi) manat pul vermiş və 3 (üç) manat qalıq pulunu təhvil alaraq mağazadan çıxmış, mağazadan çıxan zaman paltar vitrinin üzərində qadın corablarının olduğunu görmüş, həmin corabları oğurlamağa qərar vermişdir. Həmin vitrinə yaxınlaşaraq hər birinin içərisində 20 (iyirmi) cüt qadın corabı olan 3 (üç) ədəd şəffaf sellofan torbanı oğurlayaraq əlində olan qara rəngli sellofan torbaya qoyub oradan uzaqlaşmış, müəyyən qədər uzaqlaşdıqdan sonra oğurladığı corablardan 20 (iyirmi) cüt qadın corabını tanımadığı şəxsə 30 (otuz) manat qarşılığında satmışdır. «Sədərək» TM-də olan zaman polis əməkdaşları və 224 saylı mağazanı işlədən Cahid adlı şəxs ona yaxınlaşaraq həmin mağazadan corab oğurladığını bildirmiş, ilkin olaraq mağazanı işlədən Cahid adlı şəxsə oğurladığı corabları geri qaytarmağı təklif etsə də Cahid onunla razılaşmamışdır. Polis əməkdaşları hər ikisini 10-cu PB-yə aparmışlar. 10-cu PB-də olan zaman xx.xx.2022-ci il tarixdə saat 10:00 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən «Sədərək» ticarət mərkəzinin 6-cı sırasında, 224 saylı mağazanın qarşısında, paltar vitrinin üzərindən oğurladığı 60 (altmış) cüt qadın corabından 40 (qırx) cütünü polis əməkdaşlarına təhvil vermişdir. Daha sonra zərərçəkmiş şəxslərə dəymiş ziyanı ibtidai istintaq dövründə ödəməsinin, zərərçəkmiş şəxslərin ona qarşı heç bir şikayət və tələbinin olmamasını, yaşının nəzərə alınmasını və ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, zərərçəkmiş şəxslər və şahidlərin ifadələri, maddi sübutlar və işin digər halları ilə tam sübuta yetirilmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə ümumi dəyəri 1440 (min dörd yüz qırx) manat olan 5 (beş) ədəd qara rəngli qısa qadın pencəyi, 1 ədəd bənövşəyi, 1 ədəd tünd boz rəngli və 1 ədəd qara rəngli uzun qadın jaketi, 1(bir) ədəd qara rəngli qısa qadın pencəyi yerləşdirilmiş 2 (iki) ədəd göy rəngli sellofan torbaları Binə TM-nin 5/6-cı sırasında olan "Euromod" mağazasının qarşısına qoyaraq mağazaya daxil olmuş, həmin mağazada olan paltarlara baxdıqdan sonra təxminən saat 11:00 radələrində oradan çıxmış və bu zaman mağazanın qarşısında bir qədər əvvəl qoyduğu, ona məxsus sellofan torbaların yerində olmadığını aşkar etmişdir. Həmin torbaların oğurlanmasından şübhələndiyi üçün dərhal bu barədə “102” xidməti zəng mərkəzinə məlumat vermiş, daha sonra isə Qaradağ RPİ-nin 10-cu PB-yə ərizə ilə müraciət etmişdir. xx.xx.2022-ci il tarixdə Qaradağ RPİ-nin 10-cu PB-də olan zaman oraya gətirilmiş yaşlı qadının Gülüzar olması və sellofan torbaların onun tərəfindən oğurlanması ona məlum olmuşdur. Həmin sellofan torbaya baxış keçirən zaman açıq vəziyyətdə olduğunu və içərisində olan 3 (üç) ədəd 120 manat dəyərində qara rəngli uzun qadın pencəyinin və 1 (bir) ədəd 100 manat dəyərində qara rəngli qısa qadın pencəyinin yerində olmadığını aşkar edərək bu barədə polis əməkdaşına məlumat vermişdir. Bundan əlavə, zərərçəkmiş şəxs məhkəməyə ərizə ünvanlayaraq, ona dəymiş zərərin təqsirləndirilən şəxs tərəfindən ödənildiyini, ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, 26 oktyabr 2022-ci il tarixdə adını bilmədiyi müştəri mağazaya daxil olaraq, hər biri 7 (yeddi) manat olan 10 (on) ədəd idman şalvarı, hər biri 8 (səkkiz) manat olan 10 (on) ədəd cins qadın şalvarı alaraq 150 (yüz əlli) manat ödəniş etmiş, sadalanan paltarları sellofan torbaya qoyaraq saxlamaq üçün ona təhvil vermişdir. O da həmin sellofan torbanı mağazanın qarşısında yerləşən paltar vitrininin altına qoymuş, həmin tarixdə saat təxminən 16:00 radələrində həmin müştəri mağazaya daxil olaraq saxlamaq üçün ona verdiyi sellofan torbanı geri istəmiş, sellofan torbanı qaytarmaq üçün vitrinin altına baxan zaman sellofan torbanın orada olmadığını görmüş, bu zaman mağazanın daxili videomüşahidə kameralarına baxış keçirməyə başlamış, videomüşahidə kamerasına baxan zaman əvvəlcədən tanıdığı Gülüzar adlı qadının 26 oktyabr 2022-ci il tarixdə, saat 15:00 radələrində mağazaya daxil olduğunu və paltar vitrininin altına bir qədər əvvəl yerləşdirdiyi sellofan torbanı oğurladığını müəyyən etmişdir. Baş verən hadisəni bildikdən sonra həmin müştərinin 150 (yüz əlli) manat pulunu ona geri qaytarmışdır. Daha sonra o, xx.xx.2022-ci il tarixdə işlədiyi mağazada olan zaman Gülüzar adlı qadının yenidən mağazanın qarşısından keçdiyini görmüş və həmin qadının arxası ilə getməyə başlamış, Gülüzar adlı qadının xx.xx.2022-ci il tarixdə, saat 10:00 radələrində «Sədərək» TM-in 1-ci zona, 6-cı sırasından keçən zaman 224 nömrəli mağazanın qarşısından yenidən oğurluq etdiyini görmüş, bu zaman üzərində olan mobil telefonu vasitəsi ilə onu video kameraya çəkmiş və mağaza sahibinə bu barədə məlumat vermiş, daha sonra isə həmin gün, xx.xx.2022-ci il tarixdə Qaradağ RPİ-nin 10-cu PB-yə yaxınlaşaraq baş verənlər barədə ərizə ilə müraciət etmişdir. Baş vermiş hadisə zamanı ona dəymiş ümumi ziyan, sadalanan malların alış qiyməti nəzərə alınmaqla hər biri 06 (altı) manat dəyərində 10 (on) ədəd idman şalvarı və hər biri 7 (yeddi) manat dəyərində 10 (on) ədəd cins qadın şalvarı olmaqla ümumilikdə 130 (yüz otuz) manat olduğunu bildirmişdir. Bundan əlavə, zərərçəkmiş şəxs məhkəməyə ərizə ünvanlayaraq, ona dəymiş zərərin təqsirləndirilən şəxs tərəfindən ödənildiyini, ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, 02 noyabr 2022-ci il tarixdə Gülüzar adlı qadın onun işlədiyi mağazaya daxil olaraq 17 (on yeddi) manat dəyərində qadın corabı alaraq 20 (iyirmi) manat pul vermiş və onun 3 (üç) manat qalıq pulunu qaytarmışdır. Həmin qadın mağazadan çıxaraq uzaqlaşmış, müəyyən qədər vaxt keçdikdən sonra «Sədərək» ticarət mərkəzində əvvəlcədən tanıdığı Ceyhun adlı şəxs onun işlədiyi mağazaya yaxınlaşmış, Gülüzar adlı qadının az əvvəl onun fəaliyyət göstərdiyi mağazadan oğurluq etdiyi barədə məlumat vermişdir. O, dərhal mağazanın qarşısında olan mallara baxış keçirməyə başlamış, bu zaman ona məlum olmuşdur ki, mağazanın qarşısında paltar vitrinin üzərinə qoyduğu hər birində 20 (iyirmi) cüt qadın corabı olmaqla ümumilikdə 60 (altmış) cüt qadın corabı olan 3 (üç) sellofan torba oğurlanmışdır. Dərhal sıraların arasında Gülüzar adlı qadını axtarmağa başlamış, mağazadan 1 kilometr uzaqlıqda onu taparaq polis əməkdaşlarına bu barədə məlumat vermiş, polis əməkdaşları onların olduğu yerə yaxınlaşaraq hər ikisini 10-cu PB-yə dəvət etmişlər. 10-cu PB-də olan zaman Gülüzar adlı qadın tərəfindən oğurlanmış, ona məxsus 60 (altmış) cüt corabın 40 (qırx) cütü Gülüzar adlı qadının əlində olan sellofan torbanın içərisində aşkar edilmiş və polis əməkdaşları tərəfindən götürülmüşdür. Baş vermiş oğurluq hadisəsi nəticəsində ona ümumilikdə 1 (bir) cüt corabın alış qiymətinin 2 (iki) manat olduğu nəzərə alınmaqla 120 (yüz iyirmi) manat maddi ziyan dəymişdir. Bundan əlavə, zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək, ona dəymiş zərərin təqsirləndirilən şəxs tərəfindən ödənildiyini, ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə iş yoldaşı Şahid4 ilə gündəlik xidmətdə olduğu «Sədərək» TM-də olan zaman təxminən saat 10:45 radələrində «Sədərək» TM-də mağaza sahibi Zərərçəkmiş şəxs2 tərəfindən ona zəng daxil olmuş, Gülüzar adlı qadının fəaliyyət göstərdiyi mağazadan oğurluq etdiyi barədə məlumat vermişdir. Onlar birlikdə həmin yerə yaxınlaşmış, özlərini təqdim edərək, xidməti vəsiqələrini göstərmiş və hər iki şəxsi 10-cu PB-yə dəvət etmişlər. Təqsirləndirilən şəxs ilkin olaraq oğurladığı corabları əlində olan sellofan torbadan çıxararaq Zərərçəkmiş şəxs2 qaytarmaq və ya onların dəyərini ödəmək istəsə də Zərərçəkmiş şəxs2 bundan imtina etmiş və polisə şikayət edəcəyini bildirmişdir. O və iş yoldaşı «Sədərək» TM-də xidməti avtomobili idarə edən iş yoldaşlarını «Qlobus» adlı mehmanxananın qarşısına çağırmışlar. Təxminən saat 11:00 radələrində Şahid1 və Şahid2 qeyd olunan əraziyə gəlmiş və Zərərçəkmiş şəxs2 ilə Təqsirləndirilən şəxs adlı qadını xidməti avtomobilə əyləşdirərək Qaradağ RPİ-nin 10-cu PB-yə aparmışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qaradağ RMİ-nin polis nəfəri, polis baş serjantı Şahid2 ifadəsində bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə iş yoldaşı Şahid1 ilə «Sədərək» TM-də xidməti avtomobildə olan zaman təxminən saat 11:00 radələrində iş yoldaşı Şahid3 Şahid1 mobil telefonuna zəng edərək oğurluq edən şəxs saxladıqlarını, sıraların arası ilə həmin şəxsi «Sədərək» TM-də olan «Qlobus» adlı mehmanxananın qarşısına gətirdiyini bildirmiş, onları həmin əraziyə dəvət edərək oğurluq etmiş və ondan şikayət edən şəxslərin xidməti avtomobil vasitəsilə Qaradağ RPİ-nin 10-cu PB-yə aprılması zərurəti olduğunu bildirmişdir. Onlar dərhal qeyd olunan əraziyə yaxınlaşmış və orada olan zaman Zərərçəkmiş şəxs2 adlı şəxsin Təqsirləndirilən şəxs adlı qadını ona məxsus olan qadın corablarını oğurlamaqda ittiham etməsi onlara məlum olmuşdur. Onlar hər iki şəxsə yaxınlaşaraq özlərini təqdim etmiş, xidməti vəsiqələrini göstərmiş və hər iki şəxsi xidməti avtomobilə əyləşdirərək Qaradağ RPİ-nin 10-cu PB-yə aparmışlar. Daha sonra isə baş verən hadisə ilə əlaqədar 10-cu PB-nin rəhbərliyinə raport ilə müraciət etmişlər. Məhkəmə iclasında şahid qismində iştirak etmiş Şahid4 Şahid3 ilə eyniməzmunlu ifadə vermişdir. İbtidai istintaq dövründə şahid qismində dindirilmiş Şahid1 məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, o məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Şahid1 məhkəmə iclasında iştirak etməməsini nəzərə alaraq, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmiş, habelə şahidin ibtidai istintaq dövründə vermiş olduğu ifadəsi elan edilmişdir. Şahid1 ibtidai istintaq dövründə şahid qismində verdiyi ifadəsindən görünür ki, o, xx.xx.2022-ci il tarixdə iş yoldaşı Şahid2 ilə gündəlik xidmətdə olduğu «Sədərək» TM-də olan zaman təxminən saat 11:00 radələrində iş yoldaşı Şahid3 istifadəsində olan ***-***-**- ** mobil nömrəsinə zəng edərək oğurluq edən şəxs saxladıqlarını, sıraların arası ilə həmin şəxsi «Sədərək» TM-də olan «Qlobus» adlı mehmanxananın qarşısına gətirdiklərini, həmin şəxslərin 10-cu polis bölməsinə aparılması üçün xidməti avtomobilə ehtiyac yarandığını bildirərək onları həmin əraziyə dəvət etmişlər. Onlar dərhal qeyd olunan əraziyə yaxınlaşdıqdan sonra Təqsirləndirilən şəxs adlı qadının Zərərçəkmiş şəxs2 adlı şəxsə məxsus olan qadın corablarını oğurlaması barədə məlumat əldə etmişlər. Hər iki şəxsə yaxınlaşaraq özlərini təqdim edərək xidməti vəsiqələrini göstərmiş və hər iki şəxsi xidməti avtomobilə əyləşdirərək Qaradağ RPİ-nin 10-cu PB-yə aparmışlar. Daha sonra isə baş verən hadisə ilə əlaqədar 10-cu PB-nin rəhbərliyinə raport ilə müraciət etmişlər. Cinayət işinin 1-ci vərəqəsində olan cinayət işinin başlanması haqqında 02 noyabr 2022-ci il tarixli qərardan görünür ki, Azərbaycan respublikası CM-nin 177.2.2-ci maddəsi ilə ********* saylı cinayət işi başlanmışdır. Cinayət işinin 107-ci vərəqəsində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 29 noyabr 2022-ci il tarixli 9/8570 №-li məhkəməəmtəəşünaslıq ekspertizasının rəyində göstərilir ki, ekspertiza tədqiqatına təqdim edilmiş təzə vəziyyətdə olan geyim əşyalarının orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 1000 manat müəyyən edilir. Cinayət işinin 106-cı vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatların dəyəri 50 (əlli) manat müəyyən edilmişdir. Cinayət işinin 119-cu vərəqəsində olan təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 05 yanvar 2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. Cinayət işinin 137-138-ci vərəqələrində olan qərardan və iltizamdan görünür ki, Təqsirləndirilən şəxs barəsində "başqa yerə getməmək haqqında iltizam" qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 180-181-ci vərəqələrində olan təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi və tutulması haqqında 17 yanvar 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş, onun tutularaq Qaradağ RPİ-nin MSY-yə təhvil verilməsi qərara alınmışdır. Cinayət işinin 189-cu vərəqələrində olan axtarışda olanın tutulması ilə bağlı 24 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 20:00-da saxlanılaraq Qaradağ RPİ-nin 10-cu PB-yə gətirilmişdir. Cinayət işinin 197-198-ci vərəqələrində olan 25 yanvar 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində "polisin nəzərəti altına vermə" qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 201-202-ci vərəqələrində olan 25 yanvar 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Müvəqqəti saxlama yerindən azad olunmuşdur. Cinayət işində olan Qaradağ Rayon Məhkəməsinin 20 fevral 2023-cü il tarixli məhkəmə hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Cinayət işinin 159-160-cı vərəqələrində olan maddi sübut kimi tanınma haqqında 13 yanvar 2023-cü il tarixli qərardan görünür ki, tədqiqata təqdim edilmiş 2 (iki) ədəd hər biri 120 (yüz iyirmi) manat dəyərində qara rəngli uzun qadın pencəyi (french), 2 (iki) ədəd hər biri 100 (yüz) manat dəyərində qara rəngli uzun qadın pencəyi, 3 (üç) ədəd hər biri 80 (səksən) manat dəyərində qara rəngli qısa qadın pencəyi, 2 (iki) ədəd hər biri 100 (yüz) manat dəyərində qara rəngli muncuqlu qadın pencəyi, 1 (bir) ədəd 40 (qırx) manat dəyərində ağ-qara rəngli qadın pencəyi sübut kimi tanınmış və saxlanması üçün Zərərçəkmiş şəxs1 təhvil verilmişdir. Tədqiqata təqdim edilmiş hər biri 2 manat olan 40 ədəd qadın corabı maddi sübut kimi tanınmış və saxlanması üçün Zərərçəkmiş şəxs2 təhvil verilmişdir. Cinayət işinin 177-179-cu vərəqələrində olan Azərbaycan Respublikası DİN-in BƏSİİ tərəfindən xx.xx.2023-cü il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Ağcabədi Rayon Xalq Məhkəməsinin 18 sentyabr 1998-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 207.2-ci maddəsi ilə təqsirli bilinmiş, Azərbaycan Respublikası Milli Məclisinin amnistiyar qərarına əsasən xitam verilmişdir. Bundan başqa Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 03 iyun 2010-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirli bilinərək 100 manat cərimə cəzasına məhkum edilmiş, 31 mart 2011-ci il tarixdə cəriməni tam ödəmişdir. Cinayət işinin 205-ci vərəqəsində olan Ağcabədi Rayon İcra Hakimiyyəti Başçısının Hindarx qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsinin verdiyi 25 yanvar 2023-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. Cinayət işinin 206-cı vərəqəsində olan Ağcabədi Rayon İcra Hakimiyyəti Başçısının Hindarx qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsinin verdiyi 25 yanvar 2023-cü il tarixli arayışdan görünür ki, X1 rayonun Hindarx qəsəbəsində qeydiyyatda olmaqla yaşayır. Ailə tərkibi qızları X5, X7, nəvəsi X6r. Cinayət işinin 209-210-cu vərəqəsində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə psixiatrik Ekspertiza Mərkəzi” X13 25 yanvar 2023-cü il tarixli, 166 saylı məhkəmə-psixoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs halhazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Belə ki, Təqsirləndirilən şəxs əvvəllər psixiatrik müəssisələrə müraciət etməmiş, həmçinin hazırki müayinə zamanı psixi xəstəlik əlamətləri müəyyən edilməmiş, psixi funksiyaları yaş normasının çərçivəsində olmuşdur. Təqsirləndirilən şəxs hazırkı psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz əməlinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs hal-hazırda öz hərəkətlərinə cavab vermək iqtidarındadır. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Cinayət işi materialına əlavə olunmuş CD diskə məhkəmə iclasında baxış keçirilərkən müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs «Sədərək» ticarət mərkəzindədir və o, sellofan torbada yerləşdirilmiş geyim əşyalarını digər sellofan torbaya dəyişdirir. Məhkəməyə təqdim edilmiş, cinayət işinin materiallarına əlavə olunmuş Zərərçəkmiş şəxs1 ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tam şəkildə ödənilmişdir. Ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəməyə təqdim edilmiş, cinayət işinin materiallarına əlavə olunmuş Zərərçəkmiş şəxs3 ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tam şəkildə ödənilmişdir. Məhkəməyə təqdim edilmiş, cinayət işinin materiallarına əlavə olunmuş Zərərçəkmiş şəxs2 ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tam şəkildə ödənilmişdir. Ona qarşı heç bir şikayət və tələbi yoxdur. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talayıb zərərçəkmiş şəxslərə maddi ziyan vurmaqla təkrarən oğurluq etməsi cinayəti özünün etirafedici ifadəsi, zərərçəkmiş şəxslər və şahidlərin ifadələri, maddi sübut və digər iş materialları ilə tamamilə sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə tövsif edilməli və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsinə əsasən oğurluq tamah niyyəti ilə təkrarən törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 1-ci bəndində məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxslərə dəymiş ziyanın tam aradan qaldırılmasını, zərərçəkmiş şəxslərin ona qarşı heç bir şikayət və tələbinin olmamasını, onun ahıl yaşında olmasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, yüngülləşdirici halları, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini, sonuncunun təqsirləndirildiyi maddənin sanksiyasında azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəza növünün müəyyən edildiyini, hazırda onun cəmiyyətdən təcrid edilməsinə zərurətin olmadığını nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində azadlığın məhdudlaşdırılması cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona həmin cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 24 yanvar 2023-cü il tarixdən 25 yanvar 2023-cü il tarixədək tutulduğu 01 (bir) gün Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən bir günə iki gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulmaqla, 02 (iki) gün müddət təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti cəza saxlanılmalıdır Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Ağcabədi Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə Ağcabədi rayonu hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 22:00-dan növbəti gün saat 06:30-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Həmçinin maddi sübut və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış geyim əşyalarının zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 qaytarılması nəzərə alınmalı və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Həmçinin 01 ədəd DVD disk iş materiallarında saxlanılmalıdır. Cinayət işinin materiallarına əlavə edilmiş ibtidai istintaq dövründə dövlət hesabına göstərilən hüquqi yardım barədə hesabatdan görünür ki, müdafiəçi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X4 ibtidai istintaq dövründə 40 (qırx) iş saatı cinayət işi üzrə Təqsirləndirilən şəxs hüquqi yardım göstərmişdir. Məhkəmə istintaqı zamanı müdafiəçi 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 10 (on) iş saatı cinayət işi üzrə Təqsirləndirilən şəxs dövlət hesabına hüquqi yardım göstərmişdir Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2008-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı dövlət hesabına göstərilmiş 40 (qırx) iş saatı hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X2 240 (iki yüz qırx) manat məbləğində pul və Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərilmiş 10 (on) iş saatı hüquqi xidmətə görə 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 60 (altmış) manat pul Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından işlədikləri Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə ediləcək yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 03 (üç) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 24 yanvar 2023-cü il tarixdən 25 yanvar 2023-cü il tarixədək, yəni 01 (bir) gün tutulduğu müddət 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutularaq, 02 (iki) gün müddət təyin olunmuş cəzadan çıxılmaqla, onun üzərində qəti olaraq 01 (bir) il 02 (iki) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Ağcabədi rayon icra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs üzərinə Ağcabədi rayonu hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 22:00-dan növbəti gün saat 06:30-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi tanınmış geyim əşyalarının zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 qaytarılması nəzərə alınsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri – 50.00 (əlli) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142593, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X3, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. İş üzrə 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı dövlət hesabına göstərilmiş 40 (qırx) iş saatı hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X2 240 (iki yüz qırx) manat məbləğində pul və Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərilmiş 10 (on) iş saatı hüquqi xidmətə görə 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 60 (altmış) manat pul Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından işlədikləri Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə mülki iddia və xüsusi müsadirə ediləcək əmlak yoxdur. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Şəfa Dadaşova
Məhkəmə qərarları › İş №1(002)-126/2023
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-126/2023
06.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver