Məhkəmə qərarları › İş №1(002)-127/2023

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-127/2023

26.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-127/2023 26.10.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Teymur Əhməd oğlunun sədrliyi, İlyasov Ceyhun Bəhruz oğlunun katibliyi, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs7, Təqsirləndirilən şəxs, Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs xx.xx.1979-cu ildə Füzuli rayonu, Yuxarı Seyidəhmədli kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, işləməyən, məhkumluğu olmayan, orta təhsilli, Füzuli rayonu, Yuxarı Seyidəhmədli kəndində qeydiyyatda olan, Xırdalan şəhəri, H.Əliyev prospekti ev 13, mənzil 76-da yaşamış və barəsində “həbs” qətimkan tədbiri seçilməklə Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs özgənin əmlakını ələ keçirmə məqsədi ilə tanışı Zərərçəkmiş şəxs7 təqaüdləri kəsilmiş əlil tanışlarının təqaüdlərini hər bir şəxs üçün 3000-4000 manat arası dəyişən pula bərpa etmək vədi ilə aldadıb 2021-ci ilin iyul ayından başlayaraq 2021-ci ilin oktyabr ayına kimi olan vaxt dövrü ərzində əvvəlcə Bakı şəhəri, Yasamal rayonu, Şamaxinka adlanan ərazidə, daha sonra Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Lökbatan dairəsi ərazisində özgənin əmlakını yəni Zərərçəkmiş şəxs7 məxsus 31000 manat pulunu bir neçə dəfəyə etibarından sui-istifadə etmə və aldatma yolu ilə vahid niyyətlə ələ keçirib ümumilikdə Zərərçəkmiş şəxs7 cəmi 31000 manat xeyli miqdarda ziyan vurmaqla dələduzluq cinayətini törətmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrar özgənin əmlakını ələ keçirmə məqsədi ilə tanışı Şahid3 Ağasuva qızının vasitəsi ilə Şahid1 təqaüdləri kəsilmiş dörd əlil tanışlarının təqaüdlərini bərpası, bir əlilin 3-cü qrupdan 2-ci qrupa keçirilməsi və bir şəxs üçün əlillik pensiyası kəsilməsi üçün, hər bir şəxs üçün 3000 manat pula bərpa etmək vədi ilə aldadıb iki dəfəyə yəni xx.xx.2021-ci il tarixdə saat 17.00 radələrində və xx.xx.2021-ci il tarixdə, saat 13 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Ə.Məmmədov küçəsi 9 saylı binanın qarşısında zərərçəkmişlərə məxsus Şahid3 18000 manat pulu alıb verdiyi vədə əməl etməyib özgənin əmlakı sayılan təqaüdləri kəsilmiş əlil Zərərçəkmiş şəxs1 məxsus 3000 manat, Zərərçəkmiş şəxs2 məxsus 3000 manat, Zərərçəkmiş şəxs3 məxsus 3000 manat, Zərərçəkmiş şəxs4 məxsus 3000 manat, 3-cü qrupdan 2-ci qrupa keçirilməsi üçün əlil Zərərçəkmiş şəxs6 məxsus 3000 manat və əlillik pensiyası kəsilməsi üçün Zərərçəkmiş şəxs5 məxsus 3000 manat pulu etibarından sui-istifadə etmə və aldatma yolu ilə vahid niyyətlə ələ keçirib ümumilikdə 18000 manat xeyli miqdarda ziyan vurmaqla təkrar dələduzluq cinayətini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.2.2 və 178.2.4-cü maddələri ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, Şahid3 ilə 2020-ci ilin yay aylarında əlillərin sosial riabliatisiya mərkəzinə gətirərkən tanış olmuşlar. Həmin zaman onunda orada şəxsi işi var imiş. Zərərçəkmiş şəxs7la isə 2021-ci ilin may ayında təsadüfən Bakı şəhəri Şamaxinka adlanan ərazidə çayxanada tanış olmuşlar. Hər iki şəxs ilə münasibətləri yaxşı olmuşdur. Əvvəllər əlilliyi ilə əlaqədar təqaüdü kəsilən bir neçə nəfərin əlilliklərinin və təqaüdlərinin bərpası ilə əlaqədar pul alaraq qanuni yolunu göstərmiş, həmin şəxs də həkim komissiyasından keçərək əlilliyi bərpa olmuş və pullarda ona qazanc kimi qalmışdır. Bu yolla arada vasitəçilik edib pul qazanmışdır. Şahid3 da az yaşlı qızını əlillik pensiyasını bərpa edilməsində rolu olmuş və buna görədə İranə ona hörmət etmişdir. Bununla insanlar arasında iş görən kimi nüfuz qazanmışdır. Belə ki, 2021-ci ilin may ayında Şamaxinka adlanan ərazidə çay evində təsadüfən Əhliman ilə tanış olamuş və söhbət əsnasında ona bildirmişdir ki, əlilliyi ilə əlaqədar təqaüdü kəsilən bir kimsə varsa 3000-4000 manat arası müqabilində əlilliyini və təqaüdünü bərpa edə bilər. O, Əhlimana mobil nömrəsini də vermişdir. Bir müddətdən sonra yəni 2021-ci ilin iyul ayından başlayaraq 2021-ci ilin oktyabr ayına kimi əvvəlcə Yasamal rayonu, Şamaxinka adlanan ərazidə, daha sonra Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində əlilliyi ilə əlaqədar təqaüdü kəsilən hər bir şəxs üçün 3000- 4000 manatdan olmaqla ümumilikdə 31.000 manat pul və əlilliyi ilə əlaqədar təqaüdü kəsilən tanımadığı və yadında qalmayan şəxslərin şəxsiyyət vəsiqələrinin və xəstəlikləri ilə əlaqədar epiqrizlərin sürətlərini Əhlimandan ikilikdə almış və Əhlimana vəd vermişdir ki, əlilliyi ilə əlaqədar təqaüdü kəsilən şəxslərin təqaüdünü bərpa edəcəkdir. Lakin O, pensiyası kəsilən şəxslərin pensiyalarını bərpa edə bilməmiş və pulları da yadında qalmayan yerlərə ehtiyaclarına israf etmişdir. Bundan sonra məcbur olub Əhlimana müxtəlif bəhanələr gətirərək onu aldatmışdır. Bundan başqa 2021-ci ilin oktyabr ayının əvvəlləri təqaüdü kəsilmiş əlillərin təqaüdlərinin və əlilliklərinin bərpası ilə əlaqədar İranə ona müraciət etmişdir. O, da İranəyə əlilliyi ilə əlaqədar təqaüdü kəsilən bir kimsə varsa hər bir şəxs üçün 3000-4000 manat arası müqabilində əlilliyini və təqaüdünü bərpa edə biləcəyini onunda hörmətini edəcəyini bildirmişdir. Bir müddətdən sonra yəni iki dəfəyə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisinə küçədə əlilliyi ilə əlaqədar təqaüdü kəsilən şəxslərdən 10 nəfər üçün pensiyasının bərpasına görə pulu alarkən saymadığı sonradan sayarkən 18.000 manat müəyyən etdiyi pul və əlilliyi ilə əlaqədar təqaüdü kəsilən tanımadığı və yadında qalmayan şəxslərin şəxsiyyət vəsiqələrinin və xəstəlikləri ilə əlaqədar epiqrizlərin sürətlərini İranədən ikilikdə faylın içərsində almışdır. İranəyə vəd vermişdir ki, əlilliyi ilə əlaqədar təqaüdü kəsilən şəxslərin təqaüdünü bərpa edəcəkdir. Lakin O, heç bir iş görə bilməmiş yəni pensiyası kəsil şəxslərin pensiyalarını bərpa edə bilməmiş və pulları da ehtiyaclarına israf etmişdir. Bundan sonra məcbur olub İranəyə müxtəlif bəhanələr gətirərək onu aldatmışdır. Bundan sonra xx.xx.2021-ci il tarixdə o, İranə, Nəzakət və onun yanında gələn özünü Ağa (Əjdər) kimi təqdim edən şəxs ilə Yasamal rayonu, “Kaktus” adlanan yerdə görüşmüşlər. O, orada Nəzakətə həqiqətən də İranədən pensiyası kəsilmiş əlillərin pensiyalarının bərpası üçün pul aldığını bildirmişdir.Törətdiyi əməldən peşmandır.Zərərçəkmiş şəxslərə dəymiş ziyanı ödəyəcəkdir.Buna görə də ona həbslə bağlı olmayan cəza verilməsini xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs7 ifadəsində göstərmişdir ki, 1-ci Qarabağ müharibəsi iştirakçısı olmaqla İİ-ci qrup əlildir. Təqsirləndirilən şəxs ilə təxminən 2021-ci ilin may ayında Şamaxinka adlanan ərazidə çay evində təsadüfən tanış olmuşlar. Söhbət əsnasında Hüseynqulu, ona bildirmiş ki, əlilliyi ilə əlaqədar təqaüdü kəsilən bir kimsə varsa 3000-4000 manat arası müqabilində əlilliyini bərpa edə bilər. O, da bununla əlaqədar əlilliyi ilə əlaqədar təqaüdü kəsilən şəxslərə məlumat vermişdir. Onlardan təxminən 15 nəfəri onunla razılaşmış və təxminən hər birindən 3000-4000 manat arası alaraq 2021-ci ilin iyul ayından başlayaraq 2021-ci ilin oktyabr ayına kimi Yasamal rayonu və Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Lökbatan dairəsində Təqsirləndirilən şəxs ümumilikdə 31000 manat pul və əlilliyi ilə əlaqədar təqaüdü kəsilən şəxslərin şəxsiyyət vəsiqələrinin və xəstəlikləri ilə əlaqədar epiqrizlərin sürətlərində vermişdir. Hüseynqulu da hər dəfə ondan pulları alarkən əlilliyi ilə əlaqədar təqaüdü kəsilən şəxslərin əlilliklərini və təqaüdlərini bərpa etməsini vəd verirmişdir. Lakin Hüseynqulu dediyi vaxtda vəd verdiyi sözləri əməl etmədi və hər dəfə ona müxtəlif bəhanələr gətirərək aldatmışdır. Zənglərinə cavab verməyib ondan qaçmağa başlamışdır. Əlilliyi ilə əlaqədar təqaüdü kəsilən şəxslər ondan pullarını istəməyə başlamışlar. Hansı ki, sonradan o da məcbur olub Xırdalan şəhərində yerləşən evini girov qoyub Ramin adlı şəxsdən pul alıb əlilliyi ilə əlaqədar təqaüdü kəsilən şəxslərdən aldığı pullarını özlərinə qaytarmışdır. Hüseynqulunun pullarını vermədiyini görüb məcbur olub Qaradağ prokurorluğuna şikayət ərizəsi yazmışdır. Təqsirləndirilən şəxsdən tələbi olsa da ziyanın ödənilməsi üçün Təqsirləndirilən şəxs həbslə bağlı olmayan cəza verilməsini xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, əvvəllər əlilliyi ilə əlaqədar Azərbaycan Respublikası Əmək və əhalinin sosial müdafiəsi nazirliyindən təqaüd alsa da keçirilən komissyadan sonra əlilliyi ləğv olunduğu üçün təqaüdü kəsilmişdir. Bundan sonra 2021-ci ilin oktyabr ayında uzaq qohumu Şahid1 ona tanımadığı İranə adlı qadının vasitəsi ilə ləğv olunmuş əlilliyinin bərpası üçün 3000 manata həll edə biləcəyini bildirmişdir. O, da onunla razılaşaraq özünə məxsus 3000 manat pulu Bakı şəhərində Şahid1 vermişdir. Lakin bir müddətdən sonra Şahid1 ona tanımadığı İranə və Hüseynqulu tərəfindən aldadılmasını və puların ələ keçirilməsini bildirmişdir. Dələduzluq nəticəsində ona 3000 manat ziyan dəymişdir. Təqsirləndirilən şəxsdən tələbi olsa da ziyanın ödənilməsi üçün Təqsirləndirilən şəxs həbslə bağlı olmayan cəza verilməsini xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, əvvəllər əlilliyi ilə əlaqədar Azərbaycan Respublikası Əmək və əhalinin sosial müdafiəsi nazirliyindən təqaüd alsa da keçirilən komissyadan sonra əlilliyi ləğv olunduğu üçün təqaüdü kəsilmişdir. Bundan sonra 2021-ci ilin oktyabr ayında qudası Şahid1 ona tanımadığı İranə adlı qadının vasitəsi ilə ləğv olunmuş əlilliyinin bərpası üçün 3000 manata həll edə biləcəyini bildirmişdir. O, da onunla razılaşaraq özünə məxsus 3000 manat pulu Bakı şəhərində Şahid1 vermişdir. Lakin bir müddətdən sonra Şahid1 ona tanımadığı İranə və Hüseynqulu tərəfindən aldadılmasını və puların ələ keçirilməsini bildirmişdir. Dələduzluq nəticəsində ona 3000 manat ziyan dəymişdir. Zərərçəkmiş şəxs1 məhkəməyə ərizə ünvanlayaraq təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyanın ödənilmədiyini, lakin ziyanın ödənilməsi üçün Təqsirləndirilən şəxs həbslə bağlı olmayan cəza verilməsini xahiş edir. Məhkəmə iclasında mülki iddiaçı Şahid1 ifadəsində göstərmişdir ki, 2021-ci ilin oktyabr ayının 15-də Atestasiya imtihanı ilə əlaqədar 2 saylı Bakı baza tibb kollecində olarakən Şahid3 ilə təsadüfən tanış olmuşlar. Əvvəllər Lökbatan qəsəbəsində poliklinikada işləməsini hazırda isə imtahan verib yenidən işə bərpa olmasını bildirmişdir. Söhbət zamanı İranə ona bildirmişdir ki, onun Hüseyn (Hüseynqulu) adlı tanışı var o, pensiyası kəsilənlərin pensiyalarını düzəldə bilməsini və onun qohumlarının da pensiyalarını düzəltməsini bildirmişdir. Tanışlarının pensiyaları kəsildiyi üçün ona bu barədə məlumat vermiş və onların pesiyalarını düzəldə biləcəyini soruşmuş və təxminən 10-12 nəfər üçün pensiya kəsilməsini həll etmək lazım olduğunu bildirmişdir. İranə də bildirmişdir ki, Hüseyn (Hüseynqulu) adlı şəxs həmin məsələni hər bir şəxs üçün 1500-3000 manat arası həll edə bilər. O, da əlillikləri kəsilmiş şəxslərlə yəni Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs2 və daha 4 nəfər yadında qalmayan danışaraq onlara bu barədə məlumat vermişdir. Onlarda onunla razılaşaraq hər bir şəxs ona 1500-3000 manat arası pul vermişdir. O, da xx.xx.2021-ci il tarixdə günorta saatlarında Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində, Ə.Məmmədov küçəsi 9 saylı 5 mərtəbəli binanın qarşısında İranə ilə ikilikdə görüşüb əldə etdiyi 11,500 manat pulu və əlillikləri kəsilən şəxslərin bir qisminin şəxsiyyət vəsiqələrinin və əlillik dərəcəsini təsdiq edən sənədlərin sürətlərini ona verib qalan pulları da sonra verəcəyini bildirmişdir. İranə də pulları sayaraq ondan qəbul etmişdir. Həmin gündən sonra o, mütəmadi İranə ilə əlaqə saxladıqda İranə də ona pulu Hüseynquluya verdyini və işləri qaydasında olduğunu demişdir. Bir müddətdən sonra yerdə qalan onunla razılaşan əlillikləri kəsilən şəxslərdə 1500-3000 manat arası ona pul vermişlər. Həmin yadında qalmayan 4 nəfər əlillikləri kəsilən şəxslərin 6000 manat təşkil edən pullarını isə o, öz cibindən pulların üstünə qoymuşdur. Çünki həmin şəxslərin işləri düzəldikdən sonra pullarını verəcəklərini bildirmişdilər. Beləliklə O, İranəyə 10 nəfərin əlillikləri kəsilən şəxslərin pensiya işinin düzəlməsi üçün 24500 manat vermişdir. İranə də həmin işin Hüseyn (Hüseynqulu) adlı tanışının vasitəsi ilə həll etməsini bildirmişdir. Lakin iş alınmadıqda İranə ondan aldığı 24500 manatı Hüseyn (Hüseynqulu) adlı tanışına verməsini və onu pis vəziyyətdə qoymasını bildirmişdir. Bundan bir müddətdən sonra İranə onu Hüseyn (Hüseynqulu) adlı tanışı ilə görüşdürmüşdür. Hüseyn (Hüseynqulu) adlı şəxs həqiqətən də İranədən pensiya düzəlməsi üçün pul almasını və lakin işin alınmamasını və pulu qaytaracağını bildirmişdir. Bundan sonra 2021-ci ilin dekabr ayının əvvəllərində İranə kartından iki dəfəyə yəni əvvəlcə 4000 manat, daha sonra 2000 manat olmaqla ona pulundan 6000 manatını qaytarsa da qalan 18000 manat pullarını qaytarmamışdır. O, da məcbur olub Qaradağ rayon prokurorluğuna şikayət ərizəsi yazmışdır. O, aldandığını bildikdən sonra məcbur olub qohumu Şahid2 (Ağa) müraciət etmişdir. O, da ona qoşularaq bu işdə ona köməklik etməyə başlamışdır. Yəni İranə və Hüseynqulu ilə söhbətlər aparıb pullarını onlardan tələb etməyə başlamışdır. Çünki O, tək qadın olaraq onlarla bacarmırmış. Təqsirləndirilən şəxsdən tələbi olsa da ziyanın ödənilməsi üçün mülki iddianın təmin edilməsini və Təqsirləndirilən şəxs həbslə bağlı olmayan cəza verilməsini xahiş edir. İş üzrə Zərərçəkmiş şəxs2 ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, əvvəllər əlilliyi ilə əlaqədar Azərbaycan Respublikası Əmək və əhalinin sosial müdafiəsi nazirliyindən təqaüd alsa da keçirilən komissyadan sonra əlilliyi ləğv olunduğu üçün təqaüdü kəsilmişdir. Bundan sonra 2021-ci ilin oktyabr ayının birinci yarısı tanışı Şahid1 ona tanımadığı İranə adlı qadının vasitəsi ilə ləğv olunmuş əlilliyinin bərpası üçün 3000 manata həll edə biləcəyini bildirmişdir. O, da onunla razılaşaraq özünə məxsus 3000 manat pulu Bakı şəhərində Şahid1 vermişdir. Lakin bir müddətdən sonra Şahid1 ona tanımadığı İranə və Hüseynqulu tərəfindən aldadılmasını və puların ələ keçirilməsini bildirmişdir. Dələduzluq nəticəsində ona 3000 manat ziyan dəymişdir. Zərərçəkmiş şəxs2 məhkəməyə ərizə ünvanlayaraq təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyanın ödənilmədiyini, lakin ziyanın ödənilməsi üçün Təqsirləndirilən şəxs həbslə bağlı olmayan cəza verilməsini xahiş edir. İş üzrə Zərərçəkmiş şəxs4 ibtidai istintaq verdiyi ifadəsində göstərmişdir ki, əvvəllər əlilliyi ilə əlaqədar Azərbaycan Respublikası Əmək və əhalinin sosial müdafiəsi nazirliyindən təqaüd alsa da keçirilən komissyadan sonra əlilliyi ləğv olunduğu üçün təqaüdü kəsilmişdir. Bundan sonra 2021-ci ilin oktyabr ayının birinci yarısı tanışı Şahid1 ona tanımadığı İranə adlı qadının vasitəsi ilə ləğv olunmuş əlilliyinin bərpası üçün 3000 manata həll edə biləcəyini bildirmişdir. O, da onunla razılaşaraq özünə məxsus 3000 manat pulu Bakı şəhərində Şahid1 vermişdir. Lakin bir müddətdən sonra Şahid1 ona tanımadığı İranə və Hüseynqulu tərəfindən aldadılmasını və puların ələ keçirilməsini bildirmişdir. Dələduzluq nəticəsində ona 3000 manat ziyan dəymişdir. Zərərçəkmiş şəxs4 məhkəməyə ərizə ünvanlayaraq təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyanın ödənilmədiyini, lakin ziyanın ödənilməsi üçün Təqsirləndirilən şəxs həbslə bağlı olmayan cəza verilməsini xahiş edir. İş üzrə Zərərçəkmiş şəxs5 ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, böyrəklərində olan xəstəliklə əlaqədar Azərbaycan Respublikası Əmək və əhalinin sosial müdafiəsi nazirliyindən təqaüd almaq arzusunda imiş. Lakin əlilliyin müəyyən olunması üçün hansı yolla necə haradan keçmək lazım olduğunu bilmirmiş. Bundan sonra 2021-ci ilin oktyabr ayının birinci yarısı tanışı Şahid1 ona tanımadığı İranə adlı qadının vasitəsi ilə əlilliyinin düzəlməsi üçün 3000 manata həll edə biləcəyini bildirmişdir. O, da onunla razılaşaraq özünə məxsus 3000 manat pulu Bakı şəhərində Şahid1 vermişdir. Lakin bir müddətdən sonra Şahid1 ona tanımadığı İranə və Hüseynqulu tərəfindən aldadılmasını və puların ələ keçirilməsini bildirmişdir. Dələduzluq nəticəsində ona 3000 manat ziyan dəymişdir. Zərərçəkmiş şəxs5 məhkəməyə ərizə ünvanlayaraq təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyanın ödənilmədiyini, lakin ziyanın ödənilməsi üçün Təqsirləndirilən şəxs həbslə bağlı olmayan cəza verilməsini xahiş edir. İş üzrə Zərərçəkmiş şəxs6 ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, 3-cü qrup əlil olmaqla Azərbaycan Respublikası Əmək və əhalinin sosial müdafiəsi nazirliyindən təqaüd alırmış. Səhhəti ilə əlaqədar 2-ci qrupa keçmək istəyirmiş. Bununla əlaqədar tanışı Mahirənin vasitəsi ilə Nəzakət xanıma müraciət etmişdir. 2021-ci ilin oktyabr ayında səhhəti ilə əlaqədar 3-cü qrupdan 2-ci qrupa keçmək məsələsinin həll olunması üçün tanışı Zərərçəkmiş şəxs3 vasitəsi ilə sonradan tanıdığı Nəzakət adlı qadın tərəfindən ondan 3000 manat alınmışdır. Lakin bir müddət keçmiş iş alınmadığı üçün Mahirə vasitəsi ilə verdiyi 3000 manat pulu özünə qaytarılmışdır. İşin alınmamasının səbəbini bilməmişdir. Kimin kimi aldatmasınıda bilməmişdir. İranə və Hüseynqulu adlı şəxsləri tanımır. Ona heç bir ziyan dəyməyib. Zərərçəkmiş şəxs6 məhkəməyə ərizə ünvanlayaraq təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyanın ödənilmədiyini, lakin ziyanın ödənilməsi üçün Təqsirləndirilən şəxs həbslə bağlı olmayan cəza verilməsini xahiş edir. Məhkəmə iclasında Şahid3 ifadəsində göstərmişdir ki, 2020-ci ilin yay aylarında az yaşlı qızı X1 əlillik pensiyasının dayandırılmasına səbəb əlillərin sosial reabliatisiya mərkəzində (VTEK) olarkən özünü Hüseyn (Hüseynqulu) kimi təqdim edən şəxs ona yaxınlaşaraq problemini soruşmuşdur. O, da ona qızının əlillik pensiyasının sənədinin natamam doldurulmasına səbəb pensiyasının dayandırılmasını bildirmişdir. Hüseynquluda ona təmənnasız kömək edə biləcəyini bildirmişdir. O, qızının sənədlərini Hüseynquluya vermiş, Hüseynqulu da əlaqə nömrəsini ona vermişdir. Bir aydan sonra mobil nömrəsinə əlil qızının pensiyasının bərpası ilə əlaqədar SMS gəlmişdir. Uşaqın kartını yoxladıqda həqiqətəndə uşağın əlillik pulunun keçməsini görmüşdür. Hüseynqulu ona bir söz bildirmədən o, hörmət əlaməti olaraq Hüseynquluya 200 manat vermişdir. Bundan sonra Hüseynqulu ona əlilliyi ilə əlaqədar pensiyası kəsilmiş şəxslər olduğu halda 1500-3000 manata bərpa edilməsi üçün ona müraciət edə biləcəyini bildirmişdir. 2021-ci ilin sentyabr ayında Atestasiya imtihanı ilə əlaqədar 2 saylı Bakı baza tibb kollecində olarakən əvvllər Nevraloji xəstəxanadan tanıdığı Şahid1 ilə təsadüfən rastlaşmışlar. Söhbət əsnasında əvvəllər Lökbatan qəsəbəsində 4 nömrəli poliklinikada tibb bacısı işləməyini hazırda isə imtahan verib yenidən işə bərpa olmaq istədiyini Nəzakətə bildirmişdir. Nəzakətdə 5 ilinin tamamı ilə əlaqədar imtahana gəlməsini bildirmişdir. Nəzakət əlil uşağının pensiyasının alıb-almamağını soruşmuş. O, da ona baş verənləri yəni qızının əlillik pensiyasının sənədinin natamam doldurulmasına səbəb dayandırılmasını və bu işdə Hüseyn (Hüseynqulu) adlı şəxsin mənə köməklik göstərməsini, həmçinin Hüseynin (Hüseynqulu) ona dediyi kimi əlilliyi ilə əlaqədar pensiyası kəsilmiş şəxslər olduğu halda 1500-3000 manata bərpa edilməsi üçün ona müraciət edə biləcəyini bildirmişdir. Nəzakətdə ona bununla əlaqədar müraciət edəcəyini bildirmişdir. Bundan bir neçə gün sonra yaşadığı binanın qarşısındakı besetkada Nəzakət ilə ikilikdə görüşmüşlər. Həmin zaman Nəzakət ona faylın içərisində tanımadığı şəxslərin şəxsiyyət vəsiqələrinin, xəstəlik sənədlərinin sürətlərini və məbləğini bilmədiyi miqdarda pul əskinazları vermiş, O, da Nəzakətin yanında Hüseynquluya zəng edərək bu barədə məlmuat vermişdir. Nəzakət oradan getdikdən 10-15 dəqiqə sonra Hüseyn (Hüseynqulu) markasını bilmədiyi ** PR *** dövlət qeydiyyat avtomobil ilə yaşadığı binanın qarşısına gəlmiş, O, da, maşının pəncərəsindən Nəzakətin fayılın içərisində verdiyi sayını bilmədiyi pulları sənədlər ilə birlikdə Nüseynə təqdim etmişdir. Hüseyndə (Hüseynqulu) onları ondan qəbul edib bir həftə ərizində məsələni həll edəcəyini və həmin şəxslərin adlarının sistemdə görünəcəyini bildirib çıxıb getmişdir. Lakin işin üstündən bir müddət keçsədə Nüseyn verdiyi vədə əməl etməmişdir. Bundan sonra Hüseyn (Hüseynqulu) ilə əlaqə saxlayarkən hər dəfə bir bəhanə gətirərək məsələni həll edəcəyini bildirirmiş. O, da bu barədə Nəzakətə bildirirmiş. Belə ki, bundan sonra xx.xx.2021-ci il tarixdə saat 13 radələrində Nəzakət xəstələrin əlillik pensiyalarının bərpası üçün yerdə qalan sayını bilmədiyi pul əskinazlarını və tanımadığı şəxslərə məxsus şəxsiyyət vəsiqələrinin, xəstəlik sənədlərinin sürətlərini fayılın içərisində həmçinin yaşadığı Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəs. Ə.Məmmədov küçəsi 9 saylı binanın qarşısındakı besetkaya gətirmiş və onunla görüşərək onları ona vermişdir. O, da Nəzakətin yanında bu barədə Hüseynə (Hüseynqulu) zəng edərək məlumat vermişdir. Nəzakət oradan getdikdən 10-15 dəqiqə sonra Hüseyn (Hüseynqulu) markasını bilmədiyi ** PR *** dövlət qeydiyyat avtomobil ilə yaşadığı binanın qarşısına gəlmişdir. O, maşının pəncərəsindən Nəzakətin fayılın içərisində verdiyi sayını bilmədiyi pulları sənədlər ilə birlikdə Hüseynə (Hüseynqulu) təqdim etmişdir. Hüseyndə (Hüseynqulu) onları ondan qəbul edib narahat olmamağını, işi həll edəcəyini bildirib çıxıb getmişdir. Lakin Hüseyn (Hüseynqulu) vədlərinə əməl etməmiş onları aldatmışdır. Bundan sonra onun Nəzakətlə münasibətləri pozulmuşdur. Nəzakət ona demiş ki, mənə dəxli yoxdur mən səni tanıyıram. Bundan sonra böyük bir çətinliklə Hüseyn (Hüseynqulu) ona məxsus boşanma alüment kapital kartına xx.xx.2021-ci ildə 4000 manat, xx.xx.2021-ci il tarixdə 2000 manat cəmi 6000 manat göndərmişdir. Hansı ki, O, da həmin kartı Nəzakətə vermiş, o, da 6000 manat pulu kartından icəzəsi ilə özü çıxartmışdır. Bundan sonra xx.xx.2021-ci il tarixdə Hüseyn (Hüseynqulu) əlavə olaraq 1500 manat pulda həmin kartına göndərmiş və bildirmiş ki, hələ pulu Nəzakətə vermə yerdə qalan onun deməsinə görə 11.500 manatıda versin birdəfəlik Nəzakətin pulunu verərlər. Lakin Nəzakətin ona deməsinə görə ona 24000 manat verib. Hüseyn (Hüseynqulu) isə deyir ki, 18000 manat alıb. Halbu ki, O, pulları Nəzakətdən alıb Hüseynquluya verərkən saymamışdır. İş üzrə Şahid2 ifadəsində göstərmişdir ki, 2021-ci ilin noyabr aynın ikinci yarısında uzaq qohumu Şahid1 narahatçılığını, kədərli olmasını görüb nə baş verməsini ondan soruşmuşdur. Nəzakət xanımda başına gələnləri ona danışaraq bildirmişdir ki, əlillik təqaüdləri kəsilmiş adamların əlillik dərəcələrinin pərpası adı ilə İranə adlı şəxsin ondan 24.500 manat alaraq onu aldatmışdır. Verdiyi pullarında çox hissəsinin əlil vətəndaşlara məxsus olmasını, çox pis vəziyyətdə olmasını bildirmişdir. O, da Nəzakət xanıma bir qohum kimi köməklik göstərməyə başlamışdır. Belə ki, əvvəlcə Nəzakət xanımın İranəyə pulları verdiyi yeri müəyyən etmişlər. Həmin yer Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində, Ə.Məmmədov küçəsi 9 saylı 5 mərtəbəli binanın qarşısı imiş. Bundan sonra İranə adlı qadının evini və özünü müəyyən etmişlər. İranə adlı qadında bildirmiş ki, əlillərin əlillik dərəcələrinin bərpası üçün Nəzakətdən aldığı pulları Hüseyn (Hüseynqulu) adlı şəxsə vermişdir. Hansı ki, Hüseynqulununda onu aldatmasını bildirmişdir. Bundan sonra onlar İranə ilə mütəmadi əlaqə saxlamağa başlamışlar. Lakin hər dəfə İranə aldığı pulların qaytarmasına dair söz versədə deyirmiş ki, Hüseynqulu qaytardıqda O, qaytaracaqdır. Belə ki, günlərin bir günü yəni xx.xx.2021-ci il tarixdə Hüseynqulu İranəyə ATV-nin yanına (Kaktusun yanı) pul gətirəcəyini bildirməsinə səbəb həmin günü o, Nəzakət, İranə və Hüseynqulu həmin yerdə görüşmışlər. Söhbət zamanı Hüseynqulu bildirmiş ki, İranədən aldığı 18000 manat pullardan 6000 manatı İranəyə vermiş, onda qalan 11.900 manatı sabah yəni xx.xx.2021-ci il tarixdə qaytaracaq. Həmin anın görüntüsünü Hüseynqulunun razılığı ilə mobil telefonunda video çəkliş etmişdir. İş materiallarında olan DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki Təqsirləndirilən şəxs Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək 3000 manat cərimə cəzasına məhkum edilmiş, CM-nə dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikasının xx.xx.2017-ci il tarixli qanunu tətbiq edilərək Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarına əsasən cinayət məsuliyyətindən azad edilərək cinayət təqibinə xitam verilmişdir. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə tədqiq edilmiş sübutların tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli tam sübuta yetir və onun əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsulliyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs cinayət əməlini etiraf edərək peşman olması cəzasını yüngülləşdirən hallar kimi müəyyən edilir. Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli mülkiyyət əleyhinə olan cinayətlər kateqoriyasına aiddir və bu tip cinayət əməllərinin ictimai-təhlükəliliyi şəxsin mülkiyyət hüquqlarının və maraqlarının pozulmasında ifadə olunur. Təqsirləndirilən şəxs tərəfindən zərərçəkmiş şəxslərə vurulmuş ziyan aradan qalxmadığından onun törətdiyi cinayət əməlinin ictimai-təhlükəliliyi də aradan qalxmamışdır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinin tələblərinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və içtimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, zərəçəkmiş şəxslərə dəymiş ziyanın tam olaraq ödənilməməsini, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi cəzanın məqsədlərinə nail olunması baxımından daha ədalətli və düzgündür. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəsisəsində çəkməlidir. Azərbaycan Respublikası CPM-nin 181.1 və 181.1.1-ci maddələrinə əsasən cinayət mühakimə icraatı zamanı ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs mülki iddia verməyə haqlıdır. Həmin Məcəllənin 179.3-cü maddəsinə əsasən mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə müvafiq olaraq zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 21.2-ci maddəsinə uyğun olaraq zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Sadalanmış normaları hazırki iş üzrə tətbiq edərkən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayət hadisəsi nəticəsində mülki iddiaçı Şahid1 maddi ziyan dəymişdir və onun bu zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ, mülki cavabdehin isə həmin zərərin əvəzini ödəmək öhdəliyi yaranmışdır. Azərbaycan Respublikasının CPM-nin 354.1-ci maddəsinə əsasən, məhkəmənin hökmündə mülki iddianın əsaslarının və məbləğinin sübuta yetirilməsindən asılı olaraq, iddianın tam və ya qismən təmin edilməsi, iddianın rədd edilməsi və ya iddianın baxılmamış saxlanması barədə qərarlardan biri əks etdirilir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Şahid1 tərəfindən verilmiş mülki iddia təmin edilməli və 18000 (on səkkiz min) manat məbləğində pul və ödənilmiş dövlət rüsumu 144 (bir yüz qırx dörd) manat Təqsirləndirilən şəxs tutularaq Şahid1 ödənilməlidir. İş üzrə zərərçəkmiş şəxslərə məhkəmədə mülki qaydada iddia qaldırmaq hüququ izah edilməlidir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 50 (əlli) saata görə 300 (üç yüz) manat məbləğində pul X2, məhkəmə baxışı zamanı göstərilmiş hüquqi yardımla bağlı 30 (otuz) saat görə 180 (bir yüz səksən) manat məbləğində pul Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı vəkil bürosunun hesabına ödənilməlidir. İş üzrə maddi sübut və məhkəmə xərci yoxdur. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358, 381 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasının əvvəli 20 dekabr 2022-ci il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssəsində çəksin. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Mülki iddia təmin edilsin və 18000 (on səkkiz min) manat məbləğində pul və ödənilmiş dövlət rüsumu 144 (bir yüz qırx dörd) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Şahid1 ödənilsin. İş üzrə zərərçəkmiş şəxslərə məhkəmədə mülki qaydada iddia qaldırmaq hüququ izah edilsin. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 50 (əlli) saata görə 300 (üç yüz) manat məbləğində pul X2, məhkəmə baxışı zamanı göstərilmiş hüquqi yardımla bağlı 30 (otuz) saat görə 180 (bir yüz səksən) manat məbləğində pul Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı vəkil bürosunun hesabına ödənilsin. İş üzrə maddi sübut və məhkəmə xərci yoxdur. Hökmdən elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətinə Qaradağ rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim: Teymur Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar