Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-127/2024 29.08.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Teymur Əhməd oğlunun sədrliyi, İlyasov Ceyun Bəhruz oğlunun katibliyi, Xüsusi ittihamçı X7 və onun vəkili və nümayəndəsi Müdafiəçi1, Təqsirləndirilən şəxs X3 və onun müdafiəçisi Müdafiəçi4 iştirakı ilə, 25 fevral 1994-cü il tarixdə Şahbuz rayonu Şahbuz qəsəbəsində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ali təhsilli, işləməyən, əvvəllər məhkum edilməmiş, Bakı şəhəri, Qaradağ rayonu, ünvan 1 ünvanında qeydiyyatda olan X3 Azərbaycan Respublikasının CM-nin 147.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair xüsusi ittiham qaydasında şikayətə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: X6 xüsusi ittiham qaydasında şikayətdə Azərbaycan Respublikasının CM-nin 147.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilir ona görə ki, o, xüsusi ittihamçı X7 şərəf və ləyaqətini kütləvi nümayiş etdirilən internet informasiya ehtiyatında nalayiq formada qəsdən alçaltmış, “patrul.az” internet xəbər portalı vasitəsi ilə “instaqram” sosial şəbəkəsində X7 barəsində sonuncu tərəfindən başına silah dayılması və qanunsuz azadlıqdan məhrum edilməsi ilə bağlı böhtan xarakterli məlumatlar yaymışdır. Məhkəmə baxışı zamanı xüsusi ittihamçı X7 nümayəndəsi və vəkili Müdafiəçi1 xüsusi ittiham qaydasında şikayətə uyğun ifadə verərək bildirmişdir ki, X6 01 mart 2023-cü il tarixdə “Patrul.az” internet saytında X7 barəsində müsahibə verərək, şərəf və ləyaqətini ləkələyən, həqiqətə uyğun olmayan böhtan xarakterli məlumatlar yaymışdır. Belə ki, Nərgiz Hüseynova müsahibəsində “Ceyhun Hüseynov 21 fevral tarixində axşam saat 10- 11 radələrində arası evə gəlib dövlətin ona verdiyi silahı başıma dayayaraq dostu Mübariz videoyaya çəkərək zorla mənə dedirtdi ki, denən ki mən sənə xəyanət eləmişəm”,“sonra ayaqlarımı bağladı, əlimi bağladı mən xahiş elədikdən sonra əlimi ayağımı açdı və bu arada üstümə bıçaq çəkdi.” məzmununda ifadələr işlətmişdir. Nərgiz Hüseynova həmin müsahibəsində Ceyhun Hüseynovun ona fiziki işgəncələr verdiyini, azadlığını məhdudlaşdırdığını, dövlətin ona verdiyi odlu silahı onun başına tuşlayıb öldürməklə hədələdiyini söyləmişdir.Qeyd olunan müsahibədə X11 Hüseynovun odlu silahdan istifadə edərək onu qəsdən öldürməyə cəhd etməyi barədə yalan və böhtan xarakterli məlumatlar yaymışdır.X6 barəmdə yalan olduğunu bilə-bilə ağır cinayətdə ittiham etməklə böhtan xarakterli məlumatları kütləvi informasiya vasitələrində yaymaqla Ceyhun Hüseynov şərəf və ləyaqətini alçaldaraq onun barəsində böhtan xarakterli məlumatlar vermişdir.Bununla da o, Azərbaycan Respublikası CM-nin 147.1-ci maddəsində göstərilən cinayət əməlini törətmişdir.Qeyd olunanlara əsasən, təqsirləndirilən şəxs X3 qanunamüvafiq qaydada cəzalandırılmasını xahiş edir. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs X6 ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, şikayətlə razı deyildir. Belə ki, 21 fevral 2023-cü il tarixdə keçmiş həyat yoldaşı Ceyhun evə gələrək onu xəyanətdə ittiham etmiş və uşaqlardan imtina etməsi ilə bağlı məktub yazmasını ona bildirmişdir.Lakin o, Ceyhuna ona xəyanət etmədiyini bildirmişdir.Bundan sonra Ceyhun ona qarşı müxtəlif zorakı hərəkətlər etmiş, əlini-qolnu bağlamış və əlində olan silahı başına dayayara dediklərini etməsi onu öldürəcəyini bildirmişdir.O da bu hallara bağlı patrul.az saytına müsahibə vermişdir.Düşünür ki, onun bu hərəkətlərində cinayət tərkibi yoxdur.Belə ki, patrul.az saytına verdiyi müsahibədə qeyd etdiyi halların hamısı baş vermişdir.Odur ki, ona bəraət verilməsini xahiş edir. İş materiallarında olan 1 ədəd kompact diskdə olan videogörüntüyə keçirilmiş baxış zamanı müəyyən olunmuşdur ki, X6 “patrul.az” internet saytına verdiyi müsahibədə 7 ildən artıq müddətdir ki, prokurorluğun baş müstəntiqi Ceyhun Hüseynovla evli olduğunu və evlilikdən iki uşaqlarının olduğunu, Ceyhunun əxlaqsız qadınlara qadınlara qoşularaq evə gəlmədiyini, gəldiyi zaman ona işgəncələr verdiyini bildirir.Daha sonra o, Ceyhun Hüseynovun 21 fevral tarixində axşam saat 10-11 radələrində arası evə gəlib dövlətin ona verdiyi silahı başına dayayaraq dostu Mübariz Quliyevə videoyaya çəkdirərək ona zorla dedirtmişdir ki, “denən ki mən sənə xəyanət eləmişəm”.Səhəri gün Ceyhun yenə evə gəlmiş, uşaqları evdən apararaq yenidən qayıtmış və onu çöllük əraziyə aparararaq dəmir parçası ilə döymüş və axşam evə gətirərərk əl-ayağını bağlamış və onun xahişindən sonra əl-ayağını açmışdır. İş materillarında olan Azərbaycan Respublikasının Baş prokuroru tərəfindən verilmiş 29 mart 2023-cü il tarixli rəydən görünür ki, Ceyhun X1 odlu silah və bıçaqla öldürməklə hədələməsi, əlini-qolunu bağlaması, evin qapısını bağlamaqla onun azadlığını məhdudlaşdırması, saçını kəsib valideyinlərinə göstərməklə hədələməsi ilə bağlı xüsusatlar öz təsdiqini tapmamış və Ceyhun Hüseynov tərəfindən Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsini tələblərinin pozulması müəyyən edilmişdir. İş materillarında olan inzibati xəta haqqında iş üzrə icraatın başlanılması barədə xx.xx.2023-cü il tarixli qərardan görünür ki, X9 barəsində Azərbaycan Respublikası İXMnin 157-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılmışdır. İş materiallarında olan Bakı Hərbi Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarınadan görünür ki, X7 təqsirliliyi sübuta yetirilmədiyindən onun barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraat xitam verilmişdir. İş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Bakı Hərbi Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ləğv edilmiş, X9 Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə təqsirli bilinmiş və Azərbaycan Respublikası İXM-nin 53.6-cı maddəsinə əsasən iş üzrə icraata xitam verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyindən verilmiş arayışdan görünür ki, X6 əvəllər məhkum olunmamışdır. Beləliklə, ittiham və müdafiə tərəflərini dinləyib, xüsusi ittiham qaydasında şikayət üzrə sübutların məcmusuna hüquqi qiymət verərək məhkəmə müəyyən edir ki, X6 Azərbaycan Respublikasının CM-nin 147.1 maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Buna görə də o, həmin maddə ilə təqsirli bilinib məsuliyyətə cəlb olunaraq cəzalandırılmalıdır. Onun təqsirini etiraf etməməsi barədə ifadəsi isə özünümüdafiə kimi qiymətləndirilməlidir. Belə ki, məhkəmə baxışı zamanı iş üzrə sübutlar, o cümlədən xüsusi ittihamçının nümayəndəsinin ifadəsi, habelə X6 tərəfindən Patrul.az” internet saytına verilmiş müsahibə birmənalı olaraq təsdiq edir ki, təqsirləndirilən şəxs xüsusi ittihamçı Ceyhun Hüseynovun şərəf və ləyaqətini kütləvi nümayiş etdirilən internet informasiya ehtiyatında qəsdən alçaltmış, “onun barəsində böhtan xarakterli məlumatlar yaymışdır. Belə ki, X6 tərəfindən Patrul.az” internet saytına verilmiş müsahibədə qeyd etdiyi hallar, yəni, başına silah dayılması və qanunsuz azadlıqdan məhrum edilməsi ilə bağlı faktlar Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən X9 barəsində aparılmış araşdırmada öz təsdiqini tapmamışdır. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli Qərarına əsasən, insanın şərəfi, ləyaqəti və nüfuzu bir-biri ilə sıx surətdə bağlı olan mənəvi, əxlaqi və sosial dəyərlər olduğuna görə bu dəyərlər dövlət tərəfindən müdafiə olunur. Həmin Qərarın 2-ci bəndinə əsasən, hər kəsin şərəfi dedikdə, onun cəmiyyətin üzvü kimi əxlaqi, mənəvi keyfiyyətlərinə, digər insanlara, dövlətə, cəmiyyətə münasibətinə görə ona verilən qiymət, ləyaqəti dedikdə, şəxsin öz mənəvi və əqli keyfiyyətlərini, cəmiyyətdəki mövqeyini və nüfuzunu dərk etməsi və özünün özünə verdiyi qiymət, nüfuzu dedikdə isə şəxsin cəmiyyətdə, kollektivdə, dostlarının əhatəsində, təşkilatda öz qabiliyyətinə görə tutduğu mövqe başa düşülür. Həmin Qərarın 5-ci bəndinə əsasən, şəxs təhqirə, yəni şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, təhqir xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. Kütləvi informasiya vasitəsi və kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatı dedikdə, dövri mətbu nəşrlər, teleradio proqramları, kinoxronika proqramları, sosial internet şəbəkələri, dövri mətbuatın və teleradio kanallarının internet saytları və digər yayım formaları başa düşülür. Azərbaycan Respublikasının CM-nin 59-cu maddəsinə əsasən məhkəmə, X2 ilk dəfə cinayət əməli törətməsini, himayəsində iki azayaşlı uşağının olmasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən X5 təyin olunacaq cəzanı ağırlaşdıran hallar məhkəmə tərəfindən müəyyən edilməmişdir. Azərbaycan Respublikasının CM-nin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə X5 təyin olunacaq cəzanı yüngülləşdirən halları, onun törətdiyi əməlin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini nəzərə alaraq hesab edir ki, X3 cəmiyyətdən təcrid olunmadan islah olunması mümkündür və buna görə də ona islah olunması məqsədilə aşağı həddə cərimə cəzası təyin olunmalıdır. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nın 351-354, 356 və 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T Dİ : X6 Azərbaycan Respublikasının CM-nin 147.1-ci maddəsi ilə təqsirli bilinib 1000 (bir min) manat cərimə cəzasına məhkum edilsin. Hökmün icrası yaşayış yeri üzrə İcra şöbəsinə həvalə edilsin. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Teymur Qurbanov
Məhkəmə qərarları › İş №1(002)-127/2024
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-127/2024
29.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver