Məhkəmə qərarları › İş №1(002)-127/2025

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-127/2025

28.08.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-127/2025 28.08.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Teymur Əhməd oğlunun sədrliyi, İlyasov Ceyhun Bəhruz oğlunun katibliyi, Dövlət ittihamçısı X1, Təqsirləndirilən şəxs, Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs xx xxxx 1993-cü ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli (himayəsində 2 azyaşlı uşağı olan), işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda qeydiyyatda olan və ünvan 2 ünvanda nömrəsiz evdə yaşayan, barəsində həbs qətimkan tədbiri seçilməklə Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə M ÜƏ Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 31 oktyabr 2024-cü il tarixdə, saat 11.00 radələrində Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi ərazisində fəaliyyət göstərən “Sədərək” Ticarət Mərkəzinin avtomobillər üçün nəzərdə tutulan dayanacağında saxlanılmış Zərərçəkmiş şəxs4 məxsus “Mersedes-Benz” markalı ** NT *** dövlət qeydiyyat nişanlı avtomobilin qapısının açıq olmasından istifadə edərək qapını açıb avtomobilin salonundan sonuncuya məxsus 1.150 (bir min yüz əlli) manat məbləğdə nağd pulu gizli olaraq talamaqla, Zərərçəkmiş şəxs4 1.150 (bir min yüz əlli) manat məbləğdə maddi ziyan vuraraq oğurluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədilə 22 mart 2025-ci il tarixdə, saat 16 radələrində Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi ərazisində fəaliyyət göstərən “Sədərək” Ticarət Mərkəzinin “Şirniyyat” adlı zonasının 4-cü sırası qarşısında saxlanılmış Zərərçəkmiş şəxs3 məxsus “Toyota Land-Curiser” markalı ** ZZ *** dövlət qeydiyyat nişanlı avtomobilin qapısının açıq olmasından istifadə edərək, qapını açıb avtomobilin salonundan Zərərçəkmiş şəxs3 məxsus 01 ədəd 400 (dörd yüz) manat dəyərində **********81082 i-mei şifrəli, üzərində nömrə sim kartı olmayan və 07 (yeddi) manat dəyərində metallik tutacaqlı, göy rəngli qoburu olan “Xiaomi” markalı “RedMi 13 c” modelli (“24040RN64Y” seriyalı) mobil telefon aparatını, 01 ədəd 437 (dörd yüz otuz yeddi) manat dəyərində açılıb-qatlanan bıçağı və 35 (otuz beş) manat məbləğdə nağd pulunu gizli olaraq talayıb Zərərçəkmiş şəxs3 ümumilikdə 879 (səkkiz yüz yetmiş doqquz) manat məbləğdə maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədilə 12 aprel 2025-ci il tarixdə, saat 13.00 radələrində Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi ərazisində fəaliyyət göstərən “Sədərək” Ticarət Mərkəzinin avtomobillər üçün nəzərdə tutulan dayanacağında saxlanılmış Zərərçəkmiş şəxs2 məxsus “Mercedes Benz E 240 minik” markalı ** VG *** dövlət qeydiyyat nişanlı avtomobilin arxa sol qapısının açıq olmasından istifadə edərək, qapını açıb avtomobilin salonundan Zərərçəkmiş şəxs2 məxsus 01 ədəd 144 (yüz qırx dörd) manat dəyərində “Apple” markalı “İ Phone 16 Pro Max” modelli mobil telefon üçün elektrikli enerji doldurma cihazı və 50 (əlli) manat məbləğdə nağd pulu gizli olaraq talayıb Zərərçəkmiş şəxs2 ümumilikdə 194 (yüz doxsan manat) manat məbləğdə maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədilə 14 aprel 2025-ci il tarixdə, saat 13.00 radələrində Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi ərazisində fəaliyyət göstərən “Sədərək” Ticarət Mərkəzinin avtomobillər üçün nəzərdə tutulan dayanacağında saxlanılmış Zərərçəkmiş şəxs1 məxsus “Nissan Note minik” markalı ** DQ *** dövlət qeydiyyat nişanlı avtomobilin arxa sol qapısı yzərində olan pəncərənin açıq olmasından istifadə edərək, güc tətbiq edib əlləri ilə pəncərənin şüşəsini aşağıya doğru endirdikdən sonra qapını açıb avtomobilin salonundan Zərərçəkmiş şəxs1 məxsus 01 ədəd 130 (yüz otuz) manat dəyərində “İqos” markalı elektron siqaret, 01 ədəd 05 (beş) manat dəyərində “Terea” adlı və 01 ədəd 2,80 (iki manat səksən qəpik) manat dəyərində “What” adlı siqaret qutuları, 03 manat məbləğdə xırda qəpik pullar və 01 ədəd 30 (otuz) manat dəyərində müxtəlif mobil telefon markalarına aid olan üç ədəd başlıqlı elektrikli enerji doldurma cihazını gizli olaraq talayıb Zərərçəkmiş şəxs1 ümumilikdə 170.80 (yüz yetmiş manat səksən qəpik) manat məbləğdə maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında təqsrləndirilən şəxs Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki,maddi vəziyyəti ağır olduğu üçün müxtəlif vaxtlarda Sədərək Ticarət Mərkəzində parklanmış avtomobillərdə ourluqlar etmişdir.Belə ki, o, 2024-cü ilin oktyabr ayının sonunda «Sədərək» Ticarət Mərkəzinin avtomobillər üçün nəzərdə tutulmuş dayanacağda olan zaman «Mercedes-Benz» markalı avtomobilin qabaq sağ oturacağının qapısını əli ilə yoxlayarkən qapının açıq olduğunu görmüşdür. Dərhal avtomobilə gizlicə girmiş və oturacaqda əyləşib avtomobilin salonuna nəzər yetirmişdir. Bu zaman avtomobilin salonunda çoxlu pul olduğunu görüb həmin pulu cibimə qoyub avtomobildən düşmüş və oradan dərhal uzaqlaşmışdır. Yolda pulu sayarkən oğurladığı pulun 1150 manat olduğunu bilmişdir. Oğurluq yolu ilə əldə etdiyi pulu şəxsi ehtiyaclarına ödəmişdir. Bundan başqa 22 mart 2025-ci ilin mart ayının ortalarında «Sədərək» Ticarət Mərkəzində «Şirniyyat» adlanan ərazidə gəzən zaman ağ rəngli «Land Curiser» markalı avtomobilin qabaq sağ oturacağının qapısını əli ilə yoxlayarkən qapının açıq olduğunu görmüşdür. Dərhal avtomobilə gizlicə girmiş və oturacaqda əyləşib avtomobilin salonuna nəzər yetirmişdir. Bu zaman avtomobilin salonunda 01 ədəd «Xiaomi RedMi» markalı mobil telefon, 01 ədəd cib bıçağı və 35 manata yaxın pulu götürüb oradan uzaqlaşmışdır. Oğurluq etdiyi yerdən təxminən 200-300 metr aralı məsafə qət etdikdən sonra oğurladığı mobil telefona nəzər yetirdikdə görmüşdür ki, telefon koda salınmışdır. Telefonu sata bilməyəcəyini düşünüb Bakı şəhəri Xocasən qəsəbəsi ərazisində xatırlamadığı yerdə tullamışdır. Oğurladığı bıçaqı özü ilə götürərək evə aparmışdır. Oğurluq yolu ilə əldə etdiyi 35 manatı şəxsi ehtiyaclarına ödəmişdir. Bundan sonra 2025-ci ilin aprel ayının əvvələrində «Sədərək» Ticarət Mərkəzində olarkən ağ rəngli «Nissan » markalı, dövlət nömrə nişanına diqqət yetirmədiyi avtomobilin arxa sol qapısının üstündəki pəncərənin bir qədər endirilmiş vəziyyətdə olduğunu görmüşdür. Ona görə də, əvvəlcə əllərilə sıxıb pəncərəni aşağı endirmiş, sonra əlini həmin açıq yerdən içəriyə salmış və qapısını açmışdır. Bundan sonra avtomobilin arxa sol oturacağına əyləşmiş və salonunda pul və ya pula dəyərli əşyaları axtarmağa başlamışdır. Bu vaxtı o, həmin avtomobilin salonundan markasına diqqət yetirmədiyi elektron siqaret cihazı, 01 ədəd elektron siqaret qutusu, təxminən 03 manat məbləğdə pullar və mobil telefon üçün elektrikli enerji doldurma cihazını oğurlayaraq cibinə qoyub həmin avtomobildən düşərək qaçmışdır. Həmin enerji cihazını tanımadığı şəxsə təxminən 5 manat satmış, elektrik siqaret cihazını və siqaretləri isə tutulduğu gün polis əməkdaşlarına təqdim etmişdir.Bundan sonra 2024-cü ilin aprel ayının ortalarında «Sədərək» ticarət mərkəzinə gəlmiş, avtomobillər üçün dayanacağına piyada keçmişdir. Orada saxlanılmış avtomobillərə nəzər yetirirmiş və ağ rəngli «Mercedes Benz» markalı, dövlət nömrə nişanına diqqət yetirmədiyi avtomobilin arxa sol qapısını əli ilə yoxladıqda, qapısının açıq vəziyyətdə olduğunu görmüşdür. Ona görə də, avtomobilin arxa sol oturacağına əyləşmiş, salonunda pul və ya pula dəyərli əşya axtarmağa başlamışdır. Bu vaxtı həmin avtomobilin salonundan, yəni ön oturacaqların arxa tərəfində olan kiçik ciblərin birinin içindən enerji doldurma cihazı, avtomobildə ön iki oturacağın arasında olan kiçik saxlanc yerindən səhv 30 manat və ön sağ oturacağın üzərində olan dəri pul qabının içərisindən 20 manat pulu götürüb cibinə qoymüş və həmin avtomobildən düşüb qaçmışdır. Həmin enerji cihazını tanımadığı şəxsə təxminən 15 manat satmış, pulu isə şəxsi ehtiyaclarına sərf etmişdir.O son olaraq çıxışında bildirmişdir ki, törətdiyi cinayət əməlindən peşmandır.Zərər çəkmiş şəxslərə dəymiş ziyanı tam olaraq ödəmişdir.Himayəsində iki azyaşlı uşağı vardır.Qeyd edilənlərə əsasən ona yüngül cəza verilməsini xahiş edir. Cinayət işi üzrə zərərşəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, “Mercedes Benz E 240 minik” markalı ** VG *** dövlət nömrə nişanlı avtomobil özünə məxsusdur. 12 aprel 2025-ci il tarixdə saat təxminən 10:15 radələrində arvadı X3 və qızı X2 ilə birlikdə qızına bir neçə lazımlı əşya almaq üçün Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi ərazisində fəaliyyət göstərən “Sədərək” ticarət mərkəzinə gedib avtomobilini ticarət mərkəzinin avtodayanacağında, “Kəndimiz” adlı restoranın yaxınlığında saxlamış, avtomobilin qapılarını isə, açar ilə kilidləmiş və sonradan yoxladıqda, qapıların kilidli olduğunu dəqiqləşdirmiş və onlar ticarət mərkəzinə daxil olmuşlar. Onlar günorta saatlarınadək orada bazarlıq etdikdən sonra nahar etmək üçün “Kəndimiz” adlı restorana getmiş, bundan əvvəl isə üçü də əllərində olan əşyaları avtomobilinin baqajına yığmışlar. Həmin vaxtı o, avtomobilin qapılarını öz açarı ilə açmışdır, lakin avtomobilin işıqları yanıb-sönsə də, sonradan qapıların kilidli olubolmadığını yoxlamadan, birbaşa restorana daxil olmuşlar. Bundan bir neçə saat sonra, yəni təxminən 16:30 radələrində ticarət mərkəzindən çıxarab geri qayıtmışlar. Həmin vaxtı ailə üzvləri qapını açaraq, əyləşdikləri üçün o, qapını necə açdıqlarını soruşduqda, qapının açıq olduğunu demişlər. Bundan sonra qızı Leyla Kərimova özünə məxsus mobil telefon aparatının elektrikli enerji doldurma cihazını istədiyi üçün o, sonuncuya cihazı vermək istədikdə, tapa bilməmişdir. Bundan sonra avtomobilindən oğurluq olmasından şübhələnmiş və dərhal Azərbaycan Respublikası DİN-in 102 xidmətinə zəng edərək, avtomobilindən oğurluq olması barədə məlumat vermişdir. Polis əməkdaşları gələnə qədər onlar avtomobildə daha nələrin oğurlandığını müəyyən etmək istədikləri vaxt aşkar etmişlər ki, avtomobildə ön qolaltı hissədə olan saxlanc yerindən 30 manat və ön sağ oturacağın üzərində olan pul qabının içərisində olan 20 manat məbləğdə pulu da oğurlanmışdır. Baş vermiş hadisə nəticəsində mənim avtomobilimdən 01 ədəd 144 (yüz qırx dörd) manat dəyərində “Apple” markalı “İ Phone 16 Pro Max” modelli mobil telefon üçün elektrikli enerji doldurma cihazı və 50 manat məbləğdə pulu talanmış və bunun nəticəsində 194 manat məbləğdə maddi ziyan dəymişdir. Zərərçəkmiş şəxs2 məhkəməyə teleqram ünvanlayaraq təqsrləndirilən şəxs Təqsirləndirilən şəxs tərəfindən “ona dəymiş ziyanın ödənildiyini və Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ibtidai istintaqa verdiyi fadəsində göstərmişdir ki, “Sədərək” ticarət mərkəzi “Şirniyyat” zonasının 4-cü sırasında işləyir. Özünə məxsus “X7” markalı ** ZZ *** dövlət nömrə nişanlı avtomobilini “Şirniyyat” zonasının 4-cü sırasının qarşısında saxlayır. 22 mart 2025-ci il tarixdə saat 16:00-radələrində yuxarıda göstərdiyi avtomobilini Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi ərazisində fəaliyyət göstərən “Sədərək” ticarət mərkəzi “Şirniyyat” zonasının 4-cü sırasının qarşısında saxlayıb getmiş və ehtiyac görmədiyi üçün avtomobilin qapılarını kilidləməmişdir. Həmin gün saat 17:00 radələrində avtomobilinə yaxınlaşdığı zaman avtomobilin qapısının açıq olmasından istifadə etmiş şəxs və ya şəxslər tərəfindən avtomobilimin salonundan, yəni sağ oturacağın üzərində saxladığı özünə məxsus 437 manat dəyərində bir ədəd açılıb-qatlanan cib bıçağı, metal sikkələrlə 35 manat məbləğdə nağd pulu və 27 iyun 2024-cü il tarixdə 400 manata aldığı bir ədəd **********81082 i-mei şifrəli, üzərində nömrə sim kartı olmayan, lakin bir ədəd 07 manat dəyərində metallik tutacaqlı, göy rəngli qoburu olan “Xiaomi” markalı “RedMi 13 c” modelli mobil telefon aparatının gizli olaraq oğurlandığını aşkar etmişdir. Ona görə də, o, Novruz bayramı ilə əlaqədar olaraq bir neçə gün çatdıra bilməsə də, 25 mart 2025-ci il tarixdə Bakı şəhəri Qaradağ RPİ-nin 10-cu Polis Şöbəsinə gedərək, oğurluq hadisəsi barədə ərizə ilə rəsmi müraciət etmişdir. Baş vermiş hadisə nəticəsində ona ümumilikdə 879 manat məbləğdə maddi ziyan dəymişdir. Zərərçəkmiş şəxs3 məhkəməyə ərizə ünvanlayaraq təqsrləndirilən şəxs Təqsirləndirilən şəxs tərəfindən “ona dəymiş ziyanın ödənildiyini və Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində yerləşən «Sədərək» Ticarət Mərkəzinin tekstil satışı ilə məşğul olur. 31 oktyabr 2024-cü il tarixdə saat 10 radələrində o, etibarnamə əsasında özünə məxsus olan Mersedes Benz markalı **-NT-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə işlədiyi «Sədərək» Ticarət Mərkəzinə gələrək avtomobili Ticarət Mərkəzinin avtodayanacağında saxlamış və işlətdiyi mağazayü getmişdir. Həmin zaman avtomobilin qapıları bağlanmadığından o, avtomobilin qapılarını açıq saxlamışdır. Avtomobildən düşən zaman isə özünə məxsus 1150 manat pulu avtomobildə olan maqnitafonun alt hissəsinə qoymuşdur. Lakin kənardan pulun həmin yerə qoyulması görünmürmüş. Həmin gün təxminən saat 17 radələrində avtomobilinə yaxınlaşaraq əvvəlcədən qoyduğu pulu götürmək istəyərkən pulun qoyduğu yerdə olmasını görüb və dərhal Azərbaycan Respublikası DİN-in 102 xidmətinə zəng edərək, avtomobilindən oğurluq olması barədə məlumat vermişdir. Hadisə nəticəsində ona 1150 manat maddi ziyan dəymişdir. Zərərçəkmiş şəxs4 məhkəməyə ərizə ünvanlayaraq təqsrləndirilən şəxs Təqsirləndirilən şəxs tərəfindən “ona dəymiş ziyanın ödənildiyini və Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, “Nissan Note minik” markalı ** DQ *** dölət nömrə nişanlı avtomobil özünə məxsusdur. 14 aprel 2025-ci il tarixdə saat təxminən 12:30 radələrində özünə bir neçə lazımlı əşyalar almaq üçün Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi ərazisində fəaliyyət göstərən “Sədərək” ticarət mərkəzinə getmiş və avtomobili ticarət mərkəzinin avtodayanacağında saxlamış, avtomobilin qapılarını isə, açar ilə kilidləmiş və sonradan qapıların kilidli olduğunu yoxlayıb əmin olduqdan sonra Ticarət mərkəzinə daxil olub təxmini bir saat və ya bir saat yarım gəzmişdir. Bundan sonra o, ticarət mərkəzindən çıxıb geri qayıtmış və avtomobilinə yaxınlaşmaq istəyərkən, arxa sol tərəfdən qapının üzərində olan şüşənin təxminən 10-15 sm aşağıya doğru açıldığını, həmçinin pəncərənin rezinini aşağıya doğru əzilmiş vəziyyətdə olduğunu, həmçinin yanacaq deposunun qapağının da açıq olduğunu və avtomobilin arxa salonunun dağınıq vəziyyətdə olduğunu görmüşdür. Ona görə də, o, avtomobilimdən oğurluq olduğunu başa düşmüş və Azərbaycan Respublikası DİN-in 102 xidmətinə zəng edərək, avtomobilimdən oğurluq olması barədə məlumat vermişdir. Baş vermiş hadisə nəticəsində onun avtomobilindən 01 ədəd 130 manat dəyərində “İqos” markalı elektron siqaret, 01 ədəd 5 manat dəyərində “Terea” adlı və 01 ədəd 2,80 manat dəyərində “What” markalı siqaret qutuları, təxminən 03 manat məbləğdə xırda qəpik pullar və 01 ədəd 30 manat dəyərində 03 ədəd müxtəlif mobil telefon markalarına aid olan başlıqlı elektrikli enerji doldurma cihazının talanmış və bunun nəticəsində ona 170.80 manat məbləğdə maddi ziyan dəymişdir. Zərərçəkmiş şəxs1 məhkəməyə ərizə ünvanlayaraq təqsrləndirilən şəxs Təqsirləndirilən şəxs tərəfindən “ona dəymiş ziyanın ödənildiyini və Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. İş materiallarından görünür ki, ********* saylı cinayət işi 26 mart 2025-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə başlanılmışdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 26 mart 2025-ci il tarixdə ********* saylı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarından görünür ki, 27 mart 2025-ci il tarixdə Zərərçəkmiş şəxs4 ərizəsi əsasında toplanmış HK-1-3147 saylı material ********* saylı cinayət işinə əlavə edilmişdir. İş materiallarından görünür ki, 28 mart 2025-ci il tarixdə ********* saylı cinayət işi Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsindən həmin Məcəllənin 177.2.2-ci maddəsinə tövsif edilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs ********* saylı cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə nəzərdə tutulan ittiham elan edilmiş və həmin tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. İş materiallarından görünür ki, ********* saylı cinayət işi 06 may 2025-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə başlanılmışdır. İş materiallarından görünür ki, 06 may 2025-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarından görünür ki, 07 may 2025-ci il tarixdə ********* nömrəli cinayət işi icraata qəbul edilməklə ********* saylı cinayət işi ilə bir icraatda birləşdirilmişdir. İş materiallarından görünür ki, 07 may 2025-ci il tarixdə Təqsirləndirilən şəxs ********* saylı cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə nəzərdə tutulan ittiham elan edilmiş, həmin tarixdə həbsetmənin əvvəli 06 may 2025-ci il tarixdən hesablanmaqla barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, tarixdə Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan AZEMİS elektron məhkəmə sistemindən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2018-ci il və xx.xx.2025-ci il təvəllüdlü iki azyaşlı uşağı vardır. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə tədqiq edilmiş sübutların tam,hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli tam sübuta yetir və onun əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsulliyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsinin sanksiyasında - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, törətdiyi cinayət əməlini etiraf edərək peşman olmasını, zərərçəkmiş şəxslərə dəymiş ziyanı ödəyərək aralarında barışıq əldə olunmasını, himayəsində iki azyaşlı uşağının olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli mülkiyyət əleyhinə olan cinayətlər kateqoriyasına aiddir və bu tip cinayət əməllərinin ictimai-təhlükəliliyi şəxsin mülkiyyət hüquqlarının və maraqlarının pozulmasında ifadə olunur.Təqsirləndirilən şəxs tərəfindən zərərçəkmiş şəxslərə vurulmuş ziyan ödənildiyindən onun törətdiyi cinayət əməlinin ictimai-təhlükəliliyi də aradan qalxmışdır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinin tələblərinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və içtimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsisndə işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-ci maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, vurulmuş ziyanın miqdarını, dəymiş ziyanın ödənilərək zərərçəkmiş şəxslə barışıq əldə edilməsini, himayəsində iki azyaşlı uşağını olmasını, məsuliyyətini yüngülləşdirən digər halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərədə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi cəzanın məqsədlərinə nail olunması baxımından daha ədalətli və düzgündür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.4-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması altı aydan beş ilədək müddətə təyin edilir. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası CM-nın 52-1 maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. Belə ki, həmin maddə tələb edir: 52-1.1. Azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin müddəalarına əsasən: 15.5-1. Azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. 51-2.1. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. 51-3.1. Azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək şübhəli şəxs kimi saxanıldığı 02 (iki) gün, xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək həbsdə olduğu 03 (üç) ay 22 (iyirmi iki) gün ona qəti cəza təyin edilərkən nəzərə alınmalıdır. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə icra qurumuna həvalə edilməlidir. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2025-ci il tarixli 141 nömrəli Qərarının dərc edildiyi xx.xx.2025-ci il tarixədək isə vəkilin sərf etdiyi hər saat üçün 11 manat miqdarında əmək haqqı ödənilməlidir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 25 (iyirmi beş) saata görə 275 (iki üz yetmiş beş) manat məbləğində pul Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı vəkil bürosunun hesabına ödənilməlidir. Odur ki, yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının CPM-nin 344-347, 349, 351-353, 356, 358, 381 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs tutma altında və həbsdə olduğu 03 (üç) ay 24 (iyirmi dörd) gün – azadlıqdan məhrumetmənin 1 gününə azadlığın məhdudlaşdırılması cəzasının 2 gün hesabı azadlığın məhdudlaşdırılması cəzasına hesablansın və üzərində qəti olaraq 02 (iki) il 04 (dörd) ay 12 (on iki) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalından dərhal həbsdən azad edilsin. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhərinin, Abşeron rayonunun və Sumqayıt şəhərinin hüdudlarını tərk etməmək, axşam saat 23:00-dan səhər saat 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə icra qurumuna həvalə edilsin. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 25 (iyirmi beş) saata görə 275 (iki üz yetmiş beş) manat məbləğində pul Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı vəkil bürosunun hesabına ödənilsin. Hökmdən elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətinə Qaradağ rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim: Teymur Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar