Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(002)-128/2023 14.03.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Teymur Əhməd oğlunun sədrliyi, İlyasov Ceyhun Bəhruz oğlunun katibliyi, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi X1 iştirakları ilə, xx.xx.1958-ci ildə Şamaxı rayonu Çarxan kəndində anadan olmuş, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, “Socar”-ın 2 saylı Texniki Nəqliyyat Departamentində sürücü işləyən, Bakı şəhəri, Qaradağ rayonu, ünvan 1 ünvanda yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə, saat 17:45 radələrində özünə məxsus olan, sürücülük hüququ olmaqla idarə etdiyi “Hyundai H 1” markalı, **-ON-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı-Ələt-Astara yolunun 14-cü km-də yerləşən “Lökbatan dairəsi” adlanan yerə gəlib “X3 Azərbaycan Respublikası Qanunu”nun 52-ci maddəsinin 4-cü hissəsinin 10-cu bəndinin tələblərini pozaraq, Zərərçəkmiş şəxs sərnişin kimi avtomobilə mindirmək üçün 3.27 “dayanmaq qadağandır” nişanının təsir zonasında dayandırıb, sonuncunu sərnişin qismində avtomobilə mindirdikdən sonra, Səngəçal qəsəbəsi istiqamətində hərəkətə başlayarkən “X3 Azərbaycan Respublikası Qanununun 56-cı maddəsinin 8-ci hissəsinin tələblərinə əsasən sərnişinləri yalnız nəqliyyat vasitəsi tam dayandıqdan sonra mindirməli və ya düşürməli, hərəkətə isə yalnız qapıları bağladıqdan sonra başlamalı və onları tam dayanana qədər açmamalı olduğu halda cinayətkarcasına etinasızlıq edərək qanunun qeyd olunan tələblərinə əməl etməyərək qapısı açıq vəziyyətdə avtomobili hərəkətə gətirmiş, nəticədə ehtiyatsızlıqdan avtomobilin salonuna keçib oturacaqda əyləşməyə imkan tapmamaqla açıq qapının yaxınlığında olan Zərərçəkmiş şəxs yıxılaraq sağ kürək sümüyün boynunun qapalı sınığı və sağ said sümüyünün yerini dəyişmiş sınığı ilə müşayət olunan ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan, sağlamlığa az ağır zərər vurmaya aid xəsarətlər almasına səbəb olan yol nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, 15 oktyabr 2022-ci il tarixdə saat təxminən 17:30 radələrində özünə məxsus Hunday H-l markalı, **-ON-*** dövlət qediyyat nişanlı avtomobillə Babək prospektində Neft Emalı zavodundan işdən çıxıb Qobustan qəsəbəsinə evə getmişdir. Maşında dörd nəfər sərnişin olmuşdur. Onlardan biri iş yodaşı, ikisi qonşusu olmuşdur. O, Lökbatan dairəsindən keçərkən bir nəfər ondan soruşmuşdur ki, onu Səngəçala qədər apara bilərmi, o isə cavabında apara biləcəyini dedikdə həmin şəxs avtomobilə minmək üçün olan pillədə qapının yanında dayanmışdır. Sərnişinlərdən biri demişidr ki, yer versin keçib arxada əyləşsin. O isə imtina etmişdir. Ayaq qoyulan yerə çıxıb qapının yanında dayanmışdır. O, avtomobili hərəkətə gətirmiş bir qədər irəliləmişdir ki, həmin sərnişin avtomobildən yerə yıxılmışdır. Bu zaman sərnişinlərdən biri düşüb ona kömək etmişdir və onu avtomobilə əyləşdirmişdir. O, həmin şəxsi Sahil qəsəbəsindəki Sədəf klinikasına aparmışdır. Orada demişlər ki, rentgen etmək olar, ancaq sınıq varsa gips qoymağa şarait yoxdur. Belə olduqda o, həmin şəxsi Travmatologiya İnstitutuna aparmışdır. Müayinə olan zaman məlum olmuşdur ki, onun avtomobilindən yıxılan Zərərçəkmiş şəxs sağ qolu sınmışdır. Törətdiyi əməldən peşmandır. Hal-hazırda zərərçəkmiş şəxslə aralarında barışıq əldə olunub və zərərçəkmiş şəxs ondan şikayətçi deyildir və ona dəymiş ziyan ödənimişdir.Qeyd edilənlərə əsasən işə xitam verilməsini xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs göstərmişdir ki, “Azpetrol” şirkəti, Səngəçal Neftbazasında bölmə rəisi vəzifəsində işləyir. 15 oktyabr 2022-ci il tarixdə saat təxminən 17:30 radələrində işə getmək üçün Lökbatan dairəsi adlanan yerə gəlmişdir. O, Lökbatan dairəsindən keçən Hunday H-l markalı avtomobilin sürücüsündən Sənqəçal qəsəbəsinə gedib-getməməyini soruşmuşdur. Ondan avtomobildə yer olub- olmadığını soruşanda sürücü ona avtomobildə yer olmasını demişdir. O, qapını açanda ayaq qoyulan yerə hər iki ayağını qoyaraq salona keçmək istəmişdir. Lakin bir dənə boş yer olmuşdur. Həmin yer də arxada olmuşdur. Avtomobilin qapısına yaxın olan oturacaq arxaya çəkildiyi üçün onun oturmaq istədiyi və sürücünün ona göstərdiyi yerə keçmək mümkün olmamışdır. Həmin vaxt Lökbatan dairəsində sıxlıq olduğu üçün polis naryadı sürcülərə avtomobilləri oradan çıxarmağı tələb etmişdir. O, Hunday H-l markalı avtomobilin sürücüsünə demişdir ki, qabaqda rahat bir yerdə saxlasın o da otursun. Ayağının birini ayaq qoyulan yerə, digərini isə yerə qoyub düşmək istədiyi anda sürücü avtomobili qəflətən hərəkətə gətirdiyi üçün o, sağ yanı üstə asfalta yıxılmışdır. Hiss etmişdir ki, sağ biləyi qırılmışdır.Bundan sonra xəstəxanaya aparılmış və oarada biləyinin sındığı müəyyən edilmişdir. Zərərçəkmiş şəxs məhkəmə baxış iclasında ərizə təqdim edərək Təqsirləndirilən şəxs ilə barışdığını, ona dəymiş olan ziyanı tam ödənilməsini, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmamasını bildirmişdir. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının 31 oktyabr 2022-ci il tarixli 800 nömrəli rəyindən görünür ki, vətəndaş Zərərçəkmiş şəxs məhkəmə-tibbi ekspertizasında aşağıdakı xəsarətlər sağ kürək sümüyün boynunun qapalı sınığı, sağ said sümüyünün qapalı yerdəyişmiş sınığı bərk küt əşyanın təsrindən, qərarın təsviri hissəsində göstərilən xx.xx.2022-ci il tarixdə törənmələri mümkündür və dərəcələrinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddirlər.Zərərçəkmiş şəxs almış olduğu xəsarətlərin xarakter və lokalizasıyasını nəzərə alıb, demək olar ki, həmin xəsarətlər qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdilər. İş materiallarında olan yol-nəqliyyat hadisələrinin məhkəmə ekspertizasının 08 dekabr 2022-ci il tarixli 8/3211 nömrəli rəyindən görünür ki, “Hyundai Hİ” markalı **-ON-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «X3» Azərbaycan Respublikası Qanununun 56-cı maddəsinin 8-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun hərəkətlərində həmin maddənin tələbləri təmin olunmaqla hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs “Hyundai Hİ” markalı avtomobili 3.27 “Dayanmaq qadağandır” nişanının təsir zonasında dayandırdığından onun hərəkətlərində “X3» Azərbaycan Respublikası Qanununun 52-ci maddəsinin 4-cü hissəsinin 10-cu bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. İş materiallarında olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu və cinayət məsuliyyətinə cəlb edilməsi barədə məlumat yoxdur. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə tədqiq edilmiş sübutların tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli tam sübuta yetir və onun əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikasının CM-nin 263.1-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə, cinayət işinin materiallarını və məhkəmə istintaqı zamanı araşdırılmış sübutları nəzərdən keçirirək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə cinayət məsuliyətindən azad edilməklə barəsində olan cinayət təqibi üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxs ərizə təqdim edərək barışdığını və ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Azərbaycan Respublikası CM-nin 263-cü maddəsinin qeyd hissəsindən göründüyü kimi, Bu Məcəllənin 263.1 və ya 263.1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Beləliklə də, məhkəmə iş üzrə təqsirləndirilən və zərərçəkmiş şəxsin ifadələrini dinləyib, iş materiallarını araşdırıb, hesab edir ki, cinayət qanunu müddəalarının qüvvəsinə görə cinayət məsuliyyətindən azad edilməklə təqsirləndirilən şəxslər barəsində cinayət işinin icraatına xitam verilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir.) Həmin Məcəllənin 43.1.2-ci maddəsinə görə bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə mülki iddiaçı Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs qarşı olan mülki iddiasından imtina etdiyindən Zərərçəkmiş şəxs tərəfindən verilmiş mülki iddia üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası CPM-nin 197-198-ci maddələrinə əsasən ekspertə verilməli olan məbləğ məhkəmə məsrəflərinə aid olduğundan, məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. İş üzrə 85 (səksən beş) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 25 (iyirmi beş) saata görə 150 (bir yüz əlli) manat məbləğində pul Müdafiəçi, məhkəmə araşdırması zamanı Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 25 (iyirmi beş) saata görə 150 (bir yüz əlli) manat məbləğində pul X1 vəkil işlədiyi Bakı şəhər 10 saylı vəkil bürosunun hesabına ödənilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 39.1.3, 43.3, 44.2.1, 75.1.1, 344-347, 349, 351-353, 356, 358, 381 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsinə dair cinayət işi üzrə cinayət təqibinə xitam verilsin və Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində secilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan təbdiri ləğv edilsin. İş üzrə 85 (səksən beş) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut yoxdur. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 25 (iyirmi beş) saata görə 150 (bir yüz əlli) manat məbləğində pul Müdafiəçi, məhkəmə araşdırması zamanı Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 25 (iyirmi beş) saata görə 150 (bir yüz əlli) manat məbləğində pul X1 vəkil işlədiyi Bakı şəhər 10 saylı vəkil bürosunun hesabına ödənilsin. Qərardan elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətinə Qaradağ rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim: Teymur Qurbanov
Məhkəmə qərarları › İş №1(002)-128/2023
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №1(002)-128/2023
14.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver