Məhkəmə qərarları › İş №1(002)-129/2021

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-129/2021

10.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-129/2021 10.03.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Məmmədova Ülviyyə Nizami qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs xx xxxx 1995-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, məhkumluğu olmayan, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 mənzil 48 ünvanında yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş və Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə əldə edib saxlayaraq daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə hesab edilən marixuana əldə edib üzərində saxlayaraq daşımış, xx xxxxxx 2021-ci il tarixdə saat 22:30-da Qaradağ PPX-nin əməkdaşları tərəfindən Bakı şəhəri Qaradağ rayonu, Sahil qəsəbəsi, B.Əliyev küçəsində saxlanılaraq Qaradağ RPİ-nin 38-ci PB-nin inzibati binasına gətirilərək dəvət edilmiş müdafiəçinin iştirakı ilə həmin gün saat 23:00 radələrində üzərinə video çəkilişdən istifadə etməklə şəxsi axtarış və götürmə keçirilərkən əynindəki qara rəngli gödəkçənin sol yan cibindən şəxsi istifadəsi üçün saxladığı 01 ədəd kibrit qutusunda olan təmiz çəkisi 5,639 qram olan bitki mənşəli tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Bundan başqa Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan heroin əldə edib saxlayaraq daşımış, xx xxxxxx 2021-ci il tarixdə saat 03:10 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi ərazisində xidmətdə olan Qaradağ RPİ-nin PPXB-nin polis nəfəri tərəfindən Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Z.Qasımov küçəsində yerləşən "Glamour" adlı mobil telefon və aksesuarlarının satışı mağazasının arxa tərəfində saxlanılmaqla Qaradağ RPİ-nin 38-ci polis bölməsinin inzibati binasına gətirilmiş və üzərində dəvət edilmiş müdafiəçinin iştirakı ilə videoçəkilişdən istifadə etməklə şəxsi axtarış və götürmə aparılan zaman əynində olan sarı rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd gümüşü kağızına bükülmüş halda təmiz çəkisi 0.246 qram olan qəhvəyi rəngli tozşəkilli kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, ünvan 4 ünvanında qeydiyyatda olmaqla, Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsində ailə üzvlərilə bilrikdə yaşayır. Hadisə baş verməmişdən əvvəl Sahil qəsəbəsində bazarda fəhlə işləyirmiş. Təxminən 6 ay olarmış ki, narkotik vasitə olan nəşə, yəni marixuana qəbul edirmiş. O, marixuananı “VEST” markalı siqaretin içinə doldurub çəkirmiş. O, narkotik vasitəni internet vasitəsi ilə əldə etmişdir. Altı ay ərzində həftədə bir dəfə qarşısına çıxan “milliön” ödəmə aparatına yaxınlaşıb oradan internet olan bölməni seçmişdir. Həmin bölməni seçəndən sonra o, ekrana gələn pəncərəyə «PUFİNG» sözlərini yazır daha sonra isə yeni bir pəncərə açılmışdır. Həmin yeni açılan pəncərəyə «QARACA» adını yazmışdır. Qaraca adını yazdıqdan sonra isə marixuana satan şəxsin hesabına 50 manat pul köçürtmüşdür. Sonra isə öz mobil nömrəsini yazmışdır. 50 manat pul hesaba keçdikdən sonra marixuana satan adını bilmədiyi və tanımadığı şəxs ona marixuananın olduğu yeri demiş və o gedib oradan marixuananı götürmüşdür. Sonuncu dəfə o, xx.xx.2020-ci il tarixdə yuxarıda qeyd etdiyi kimi milliön vasitəsi ilə bütün prosesləri keçdikdən sonra həmin şəxsin hesabına 50 manat pul köçürtmüşdür. Həmin şəxs ona internet vasitəsi ilə bildirmişdir ki, 50 manatın qarşılığında verəcəyi 1 kibrit qutusunda olan marixuananı Bayıl qəsəbəsindən götürsün. Lakin onun marixuananı götürdüyü yer dəqiq yadımda qalmamışdır. Marixuananı aldıqdan sonra o, həmin gün yaşadığı Sahil qəsəbəsinə gəlmişdir. Aldığı 1 kibrit qutusunda olan marixuanadan bir qədərini günorta saatlarında “VEST” markalı siqaretə doldurub çəkmişdir. Qalanını isə özündə saxlamışdır. Axşam saatlarında o, yaşadığı qəsəbədə olmuş, həmin vaxt tanışı Məzahir idarə etdiyi “NİVA” markalı avtomobillə gəlmiş və avtomobili onun yanında saxlamışdır. Həmin vaxt avtomobildə Məzahirlə onun ortaq tanışı olan Sərxan da olmuşdur. O, Məzahir və Sərxanla salamlaşıb avtomobilə əyləşmişdir. Məzahir maşını qəsəbədə qohumunun yaşadığı binanın qarşısında saxlamışdır. Onlardan xahiş etmişdir ki, onun avtomobildə gözləsinlər. Məzahir qohumu ilə görüşüb onların yanına gələcəkdir. O, Sərxanla maşında gözləyən zaman ərazidə xidmət aparan polis əməkdaşları onlara yaxınlaşmışdırlar. Polis əməkdaşları onlara, komendant rejimi qaydalarını pozduqlarını və onlardan şəxsiyyətini tələb edən sənədlər və avtomobilin kimə məxsus olduğunu, avtomobilin sənədlərini tələb etmişlər. Onlar polis əməkdaşlarına bildirmişlər ki, avtomobil dostları Məzahirə aiddir və sənədləri onlarda yoxdur. Bundan başqa polis əməkdaşlarına üzərlərində şəxsiyyətlərini təsdiq edən sənədin olmadığını demişlər. Həmin vaxt polis əməkdaşlarına səmimi olaraq etiraf etmişdir ki, üzərində şəxsi istifadəsi üçün aldığı 1 kibrit qutusunda nəşə, yəni marixuana vardır. Polis əməkdaşları onları 38-ci PB-nə aparmışlar. Orada ona hüquq və vəzifələri izah edilmişdir. Sonra ona vəkillərin siyahı təqdim edilərək vəkil seçmək hüququnun olduğunu bildirilmişdir. Onun seçdiyi vəkil, yəni X4 iştirakı ilə üzərinə xidməti otaqların birində videoçəkilişdən istifadə etməklə şəxsi axtarış və götürmə keçirilmişdir. O, PB-də səmimi olaraq əynində olan qara rəngli gödəkcənin sol yan cibindən içərisində marixuana olan bir ədəd kibrit qutusunu masanın üzərinə qoymuş və bildirmişdir ki, həmin kibrit qutunun içərisində marixuana vardır və həmin marixuana ona məxsusdur. Daha sonra isə polis əməkdaşları tərəfindən həmin kibrit qutusu protokolla götürülüb, qablaşdırılaraq zərfə qoyulmuş və həmin zərf möhürlənmişdir. O da həmin zərfi imzalamışdır. Daha sonra isə barəsində toplanmış material Qaradağ RPİ-nin istintaq şöbəsinə göndərilmişdir. Daha sonra isə barəsində istintaq edilən cinayət işi «həbs» qətimkan tədbiri seçilməsi üçün Qaradağ rayon prokurorluğuna göndərilmişdir. Həmin vaxt Qaradağ rayon prokurorluğu tərəfindən barəsində həbslə bağlı olmayan qətimkan tədbiri seçilməsi üçün qərar qəbul edilmiş və o, müvəqqəti saxlama yerindən azad edilmişdir. Bundan başqa xx.xx.2021-ci il tarixdə Qaradağ rayonu, Sahil qəsəbəsində şəxsi istifadəsi üçün tanımadığı şəxsdən 10 manat müqabilində “kokos” kimi tanınan narkotik vasitəheroin almışdır. Həmin narkotik vasitəni şəxsi istifadəsi üçün üzərində saxlamışdır. Narkotik vasitəni adətən evdə tək olarkən, yaxud yaşadığı evdə otaqda tək olarkən istifadə etmişdir. Kimsə onun narkotik vasitələrdən istifadə etməyinin şahidi olmamışdır. xx.xx.2021-ci il tarixdə saat 03:10-da Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Z.Qasımov küçəsində fəaliyyət göstərən "Glamour" adlı mobil telefonların və aksesuarlarının satışı mağazasının arxa tərəfində olarkən ona bir nəfər polis əməkdaşı yaxınlaşmış, özünü təqdim edib küçəyə çıxmaq üçün müvafiq icazənin olmasını yoxlamaq üçün şəxsiyyət vəsiqəsini təqdim etməyini istəmiş, o, həmin vaxt özünü çox şübhəli aparmış, hər hansı bir sənəd üzərində olmadığından təqdim edə bilməmiş, hətta qaçmaq da ürəyindən keçmiş, çünki üzərində narkotik vasitə olmuşdur. Onun bu hərəkətlərindən polis əməkdaşı şübhələnmiş və onu avtopatrul ilə 38-ci polis bölməsinə aparmışlar. Həmin bölmənin xidməti otaqların birində polis əməkdaşlarının və vəkilinin iştiraki ilə şəxsi axtarış və götürmə istintaq hərəkəti aparılmışdır. İlk öncə polis əməkdaşları üzərində hər hansı bir qanunsuz əşya olub-olmadığını soruşmuşlar. O da əynində olan sarı rəngli cins şalvarın sağ yan cibindən bir ədəd gümüşü kağızına bükülmüş, içərisində narkotik vasitə olan, el arasında "kokos" kimi tanınan bükülünü çıxarıb təqdim etmiş və stolun üzərinə qoymuşdur. Ondan həmin bükülünün içərisində nə olduğunu soruşduqda o da cavabında narkotik vasitə heroin olduğunu, yəni "kokos" olduğunu demişdir. Təqdim etdiyi narkotik vasitə iştirakçıların yanında zərfə qoyularaq möhürlənməklə qablaşdırılmış və hər biri tərəfindən imzalanmışdır. O öz ifadəsində son olaraq əməlindən peşman olduğunu və məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, ünvan 6 ünvanında qeydiyyatda olmaqla, Bakı şəhəri, Qaradağ rayonu, Ümid qəsəbəsində nömrəsiz fərid tikilidə ailə üzvləri ilə birlikdə yaşayır. Hazırda heç bir yerdə işləmir. xx.xx.2020-ci il tarixdə saat 20 radələrinə kimi yaşadığı evdə olmuşdur. xx.xx.2020-ci il tarixdə saat 20:20-də yaşadığı evdən məhəlləyə çıxmışdır. Həmin vaxt qonşuluqda yaşayan hamının “MƏZİ” kimi tanıdığı Məzahir təsadüfən idarə etdiyi VAZ21214 markalı **-HS-*** dövlət qeydiyyat nişanlı avtomobillə onun yanına gəlmişdir. O, Məzahirlə salamlaşıb görüşmüşdür. Məzahir ona təklif etmişdir ki, onunla birlikdə Qaradağ rayonu, Sahil qəsəbəsinə gedib gəlsin. O, səbəbini soruşduqda Məzahir Sahil qəsəbəsinə getməyinin səbəbi olmadığını demişdir. O, Məzahirin avtomobilinə əyləşmişdir. Həmin vaxt Məzahir avtomobildə tək olmuşdur. Ona görə o, qabaq oturacaqda oturmuşdur. Məzahirlə birlikdə Ümid qəsəbəsindən Sahil qəsəbəsinə gəlmişlər. Sahil qəsəbəsində klub adlanan yerin yanında Məzahirlə onun ortaq tanışı olan Emini görmüşlər. Məzahir avtomobili Eminin yanında saxlamış və Eminə demişdir ki, maşına əyləşsin. Emin xahiş etmişdir ki, onu yaşadığı Sahil qəsəbəsində Məscid tərəfində olan evlərinə aparsın. Emin avtomobilə əyləşdikdən sonra Məzahir idarə etdiyi avtomobili Sahil qəsəbəsində yaşayan dəqiq ünvanı bilmədiyi qohumlarının binasının qarşısına sürüb saxlamışdır. Məzahir onlardan xahiş etmişdir ki, maşında onu gözləsinlər. O qohumunun yaşadığı evə qalxıb görüşüb gələcəyini bildirmişdir. Onlar Məzahiri avtomobildə gözləyən zaman ərazidə xidmət aparan PPX-nin əməkdaşları onlara yaxınlaşıb özlərini təqdim etmişlər. Polis əməkdaşları onlara izah etmişlər ki, komendant rejimi qaydalarını pozmuşlar. Onlardan şəxsiyyətlərini tələb edən sənəd istəmişlər. Həmin vaxt nə onun nə də ki, Eminin üzərində şəxsiyyət vəsiqələri olmamışdır. Polis əməkdaşları onlar avtomobilin kimə məxsus olmasını və sahibinin harada olmasını soruşmuşlar. Onlar polis əməkdaçlarına demişlər ki, avtomobil Məzahir adlı şəxsə məxsusdur, dayandıqları yerdə olan binaya qohumunun yanına getmişdir. Şəxsiyyətlərini təsdiq edən sənəd olmadığı üçün onlara polis bölməsinə getməyi təklif edilmiş və onlar 38-ci PB-nə getmişlər. PB-də onun üzərinə baxış keçirilmiş və heç bir əşya aşkar olunmamışdır. Eminin üzərində isə eşitdiyinə görə kibrit qutusunda nəşə aşkar olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qaradağ RPİ-nin PPX-nin polis nəfəri polis serjantı Şahid7 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, 2016-cı ildən DİO-da xidmət edir. xx.xx.2020-ci il tarixdə Qaradağ RPİ-nin PPX-nin polis nəfəri, polis serjantı X3 ilə birlikdə saat 20:00-da 6753 saylı radioçağırışlı avtopatrulla Qaradağ rayonu, Sahil qəsəbəsində xidmətə başlamışlar. Ölkədə komendant saatı tətbiq olunduğu üçün saat 21:00-dan sonra insanların hərəkəti tam olaraq məhdudlaşdırılmışdır. Həmin gün saat 22:30 radələrində Sahil qəsəbəsi, B.Əliyev küçəsi ilə hərəkətdə olan zaman “NİVA” markalı avtomobildə iki nəfər şəxsin əyləşdiklərini görmüşlər. Onlar həmin maşına yaxınlaşmışlar. Maşında əyləşmiş şəxslərdə avtomobildən düşmüşlər. Onlar həmin şəxslərə özlərini təqdim etmişlər. Daha sonra həmin şəxslərdən şəxsiyyətlərini təsdiq edən sənəd tələb etmişlər. Həmin şəxslər üzərilərində şəxsiyyətlərini təsdiq edən sənədin olmadıqlarını bildirmişlər. Şifahi olaraq onlar adlarının Sərxan və Emin olduqlarını bildirmişlər. Həmin şəxslərdən adı Emin olanı ona verilən suallara qeyri adekvat cavab verməsi və onun narkotik sərxoşluq halında olması onlarda şübhə yaratmışdır. Onlar həmin şəxslər barələrində inzibati tədbir görülməsi üçün ərazi aidyyəti üzrə 38-ci PB-nə aparmışlar. Polis bölməsində məlum olmuşdur ki, həmin şəxslər Təqsirləndirilən şəxs oğu və X5r. PB-də olan zaman Təqsirləndirilən şəxs könüllü olaraq narkotik istifadəçisi olduğunu və üzərində narkotik vasitə nəşə, yəni marixuana olduğunu bildirmişdir. Sonra Təqsirləndirilən şəxs polis bölməsinin xidməti otaqlarının birində vəkillərin siyahısı təqdim edilmişdir. Təqsirləndirilən şəxs bildirilmişdir ki, həmin siyahıda olan vəkillərdən birini seçsin. Təqsirləndirilən şəxs siyahıda olan vəkillərdən biri, yəni X1. Daha sonra isə həmin vəkil PB-nə dəvət edilmişdir. Vəkilin iştirakı ilə Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilmişdir. Daha sonra isə videoçəkilişdən istifadə etməklə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs könüllü olaraq əynindəki, qara rəngli gödəkçənin sol yan cibindən bir ədəd kibrit qutusunu çıxarıb masanın üzərinə qoymuşdur. Şifahi sorğu zamanı həmin kibrit qutusunun içərisində şəxsi istifadəsi üçün nəşə, yəni marixuana olduğunu bildirmişdir. Həmin narkotik vasitəni internet vasitəsi ilə Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsində “Qaraca” ləqəbli adını bilmədiyi şəxsdən 50 manata aldığını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs könüllü olaraq təqdim etdiyi 1 ədəd kibrit qutusu zərfə qoyularaq qablaşdırılmışdır. Onlar və digər iştirakçılar həmin zərfi imzalamışdırlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qaradağ RPİ-nin PPX-nin polis nəfəri polis serjantı X3 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək şahid Qaradağ RPİnin PPX-nin polis nəfəri, polis serjantı Şahid7 ilə eyni məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qaradağ RPİ-nin 38-ci PB-nin baş əməliyyat müvəkkili Şahid2 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, Qaradağ RPİ-nin 38-ci PB-də baş əməliyyat müvəkkili vəzifəsində işləyir. xx.xx.2020-ci il tarixdə PB-də işdə olmuşdur. Həmin vaxt 38-ci PB-nin inzibati ərazisində xidmətdə olan PPX-nin əməkdaşları tərəfindən komendant saatını pozmuş 2 nəfər şəxs PB-nə gətirilmişdir. Həmin şəxslərdən biri, yəni adını sonradan bildiyi Təqsirləndirilən şəxs könüllü olaraq narkotik vasitə istifadə etdiyini və üzərində şəxsi istifadəsi üçün narkotik vasitə olduğunu bildirmişdir. Sonra Təqsirləndirilən şəxs polis bölməsinin xidməti otaqlarının birində vəkillərin siyahısı təqdim edilmişdir. Təqsirləndirilən şəxs bildirilmişdir ki, həmin siyahıda olan vəkillərdən birini seçsin. Təqsirləndirilən şəxs siyahıda olan vəkillərdən birini, yəni X1. Daha sonra isə həmin vəkil PB-nə dəvət edilmişdir. Vəkilin iştirakı ilə Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilmişdir. Daha sonra isə videoçəkilişdən istifadə etməklə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs könüllü olaraq əynindəki, qara rəngli gödəkçənin sol yan cibindən bir ədəd kibrit qutusunu çıxarıb masanın üzərinə qoymuşdur. Şifahi sorğu zamanı həmin kibrit qutusunun içərisində şəxsi istifadəsi üçün nəşə, yəni marixuana olduğunu bildirmişdir. Həmin narkotik vasitəni internet vasitəsi ilə Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsində “Qaraca” ləqəbli adını bilmədiyi şəxsdən 50 manata şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs könüllü olaraq təqdim etdiyi 1 ədəd kibrit qutusu zərfə qoyularaq qablaşdırılmışdır. O və digər iştirakçılar həmçinin Təqsirləndirilən şəxs həmin zərfi imzalamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qaradağ RPİ-nin 38-ci PB-nin sahə inspektoru Şahid9 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, Qaradağ RPİ-nin 38-ci PB-də səhə inspektoru vəzifəsində işləyir. xx.xx.2020-ci il tarixdə 38-ci PB-də işdə olmuşdur. Həmin vaxt PB-nin rəhbərliyi tərəfindən ona təklif edilmişdir ki, polis əməkdaşları tərəfindən PB-nə gətirilmiş Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürülmə keçiriləcəkdir. Ona deyilmişdir ki, şəxsi axtarış və götürülməni telefonu ilə lentə alsın. PB-nə dəvət olunmuş vəkil X4 və PB-nin əməkdaşlarının iştirakı ilə videoçəkiliş vasitəsi ilə həmin şəxsin üzərinə şəxsi axtarış və götürülmə keçirilmişdir. Şəxsi axtarış və götürülmə keçirilməzdən əvvəl X9 onun hüquq və vəzifələri izah edilmiş və sonra təklif olunmuşdur ki, üzərində olan bütün əşyaları çıxarıb masanın üzərinə qoyaraq təqdim etsin. Təqsirləndirilən şəxs əynində olan qara rəngli könüllü olaraq əynindəki, qara rəngli gödəkçənin sol yan cibindən bir ədəd kibrit qutusunu çıxarıb masanın üzərinə qoymuşdur. Şifahi sorğu zamanı həmin kibrit qutusunun içərisində şəxsi istifadəsi üçün nəşə, yəni marixuana olduğunu bildirmişdir. Həmin narkotik vasitəni internet vasitəsi ilə Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsində “Qaraca” ləqəbli adını bilmədiyi şəxsdən 50 manata şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs könüllü olaraq təqdim etdiyi 1 ədəd kibrit qutusu zərfə qoyularaq qablaşdırıldı. Təqsirləndirilən şəxs və digər iştirakçılar tərəfindən həmin zərf imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qaradağ RPİ-nin PPX-nin polis baş serjantı Şahid8 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, Qaradağ RPİ-nin PPX-də polis baş serjantı rütbəsi ilə polis nəfəri vəzifəsində çalışır. xx.xx.2020-ci il tarixdə saat 03 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsində piyada marşurutda xidmətdə olmuşdur. Həmin vaxt Sahil qəsəbəsi, Z.Qasımov küçəsində “GLAMOUR” adlı mobil telefonların və aksesuarların satışı mağazasının arxa tərəfində bir nəfər şəxsin dayandığını görmüşdür. Həmin şəxsə yaxınlaşıb özünü təqdim etmişdir. Həmin şəxsdən şəxsiyyətini təsdiq edən sənəd və müvafiq icazəsin olub-olmamasını soruşmuşdur. Həmin şəxs şifahi olaraq adının Təqsirləndirilən şəxs olduğunu və icazəsinin olmadığını bildirmişdir. Daha sonra özünü Təqsirləndirilən şəxs kimi təqdim edən şəxs ona verilən suallara qeyri adekvat cavab verməyə başlamışdır. Həmin şəxsin hərəkətləri narkotik sərxoşluğu halında olan şəxsin hərəkətlərinə oxşadığı üçün ona da şübhə yaratmışdır. Həmin şəxsi ərazi aidiyyəti üzrə 38-ci PB-nə dəvət etmişdir. Polis Bölməsində olan zaman həmin şəxs könüllü olaraq narkotik aludəçisi olduğunu və üzərində şəxsi istifadəsi üçün “kakos” yəni heroin olduğunu bildirmişdir. Sonra Təqsirləndirilən şəxs polis bölməsinin xidməti otaqlarının birində vəkillərin siyahısı təqdim edilmişdir. Təqsirləndirilən şəxs bildirilmişdir ki, həmin siyahıda olan vəkillərdən birini seçsin. Təqsirləndirilən şəxs siyahıda olan vəkillərdən birini, yəni X1. Daha sonra isə həmin vəkil PB-nə dəvət edilmişdir. Vəkilin iştirakı ilə Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilmişdir. Daha sonra isə videoçəkilişdən istifadə etməklə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs əynində olan sarı rəngli cins şalvarın sağ yan cibindən gümüşü rəngli bükümü könüllü olaraq çıxarıb masanın üzərinə qoymuşdur. Şifahi sorğu zamanı həmin bükümün içərisində şəxsi istifadəsi üçün “kakos”, yəni heroin olduğunu bildirmişdir. Həmin narkotik vasitəni Qaradağ rayonu, Sahil qəsəbəsində tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 10 manata aldığını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs könüllü olaraq təqdim etdiyi gümüşü rəngli büküm zərfə qoyularaq qablaşdırılmışdır.Təqsirləndirilən şəxs və digər iştirakçılar tərəfindən həmin zərf imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qaradağ RPİ-nin 38-ci PB-nin təhqiqatçısı Şahid5 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, xx.xx.2021-ci il tarixdə 38-ci PB-də işdə olmuşdur. Həmin vaxt PB-nin rəhbərliyi tərəfindən ona təklif edilmişdir ki, polis əməkdaşları tərəfindən PB-nə gətirilmiş Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürülmə keçiriləcəkdir. Ona deyilmişdir ki, şəxsi axtarış və götürülməni telefonla lentə alsın. PB-nə dəvət olunmuş vəkilin, PB-nin əməkdaşlarının iştirakı ilə videoçəkilişdən istifadə etməklə həmin şəxsin üzərinə şəxsi axtarış və götürülmə keçirilmişdir. Şəxsi axtarış və götürülmə keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs onun hüquq və vəzifələri izah edilmiş və sonra təklif olunmuşdur ki, üzərində olan bütün əşyaları çıxarıb masanın üzərinə qoyaraq təqdim etsin. Təqsirləndirilən şəxs əynində olan sarı rəngli cins şalvarın sağ yan cibindən gümüşü rəngli bükümü könüllü olaraq çıxarıb masanın üzərinə qoymuşdur. Şifahi sorğu zamanı həmin bükümün içərisində şəxsi istifadəsi üçün kakos yəni heroin olduğunu bildirmişdir. Həmin narkotik vasitəni Qaradağ rayonu, Sahil qəsəbəsində tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 10 manata aldığını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs könüllü olaraq təqdim etdiyi gümüşü rəngli büküm zərfə qoyularaq qablaşdırılmışdır. Təqsirləndirilən şəxs və digər iştirakçılar tərəfindən həmin zərf imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qaradağ RPİ-nin 38-ci PB-nin əməliyyat müvəkkili Şahid4 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, Qaradağ RPİ-nin 38-ci PB-də əməliyyat müvəkkili vəzifəsində işləyir. xx.xx.2020-ci il tarixdə PB-də işdə olmuşdur. Həmin vaxt 38-ci PB-nin inzibati ərazisində xidmətdə olan PPX-nin əməkdaşları tərəfindən karantin rejimi qaydalarını pozmuş 1 nəfər şəxs PB-nə gətirilmişdir. Həmin şəxs - adını sonradan bildiyi Təqsirləndirilən şəxs könüllü olaraq narkotik vasitə istifadə etdiyini və üzərində şəxsi istifadəsi üçün narkotik vasitə olduğunu bildirmişdir. Sonra Təqsirləndirilən şəxs polis bölməsinin xidməti otaqlarının birində vəkillərin siyahısı təqdim edilmişdir. Təqsirləndirilən şəxs bildirilmişdir ki, həmin siyahıda olan vəkillərdən birini seçsin. Təqsirləndirilən şəxs siyahıda olan vəkillərdən birini, yəni X1. Daha sonra isə həmin vəkil PB-nə dəvət edilmişdir. Vəkilin iştirakı ilə Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilmişdir. Daha sonra isə vidoçəkilişdən istifadə etməklə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs əynində olan sarı rəngli cins şalvarın sağ yan cibindən gümüşü rəngli bükümü könüllü olaraq çıxarıb masanın üzərinə qoymuşdur. Şifahi sorğu zamanı həmin bükümün içərisində şəxsi istifadəsi üçün “kakos”, yəni heroin olduğunu bildirmişdir. Həmin narkotik vasitəni Qaradağ rayonu, Sahil qəsəbəsində tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 10 manata aldığını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs könüllü olaraq təqdim etdiyi gümüşü rəngli büküm zərfə qoyularaq qablaşdırılmışdır. Təqsirləndirilən şəxs və digər iştirakçılar tərəfindən həmin zərf imzalanmışdır. Məhkəmə şahid qismində dindirilmiş Qaradağ RPİ-nin 38-ci PB-nin əməliyyat müvəkkili Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək şahid Qaradağ RPİnin 38-ci PB-nin əməliyyat müvəkkili Şahid4 ilə eyni məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli 7/808 nömrəli rəyindən görünür ki, təqdiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs üzərindən” yazıları və imzalar olan kağız paketdəki 01 (bir) ədəd kibrit qutusunda təmiz çəkisi 5,639 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Qeyd: marixuananın təmiz çəkisi: 5,639 qr., tədqiqata sərf edildi: 0,05 qr., qalıq: 5,589 qr; Ekspertiza tədqiqatının dəyəri 78,82 (yetmiş səkkiz manat səksən iki qəpik) manat təşkil edir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin x xxxxxx 2021-ci il tarixli 6/07 nömrəli rəyindən görünür ki, təqdiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs” yazısı olan zərfdəki 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0,246 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin xx xxxx 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in İ siyahısına daxildir. Qeyd: heroinin təmiz çəkisi: 0,246 qr., tədqiqata sərf edildi: 0,05 qr., qalıq: 0,196 qr; Ekspertiza tədqiqatının dəyəri 114,00 (yüz on dörd) manat təşkil edir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji X15 Şəxsi Ambulator X2 xx xxxxxx 2021-ci il tarixli 44 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs TİRYƏK alkoloidlərini tərkibində saxlayan maddələrdən ÇƏTƏNƏ bitkisi preparatlarından və psixotrop maddə olan metanfetamindən sui-istifadə edilməsi ilə nəticələnən ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Əzari narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş üzrə Təqsirləndirilən şəxs oğlundan xx xxxxxx 2020-ci il tarixdə aşkar olunaraq götürülmüş ümumi təmiz çəkisi 5,639 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana və xx.xx.2021-ci il tarixdə aşkar olunaraq götürülmüş ümumi təmiz çəkisi 0,246 qram çəkidə narkotik vasitə heroin iş üzrə maddi sübut kimi tanınmış, təhqiqat və istintaq zamanı aparılmış ekspertiza nəticəsində qalmış qalığı 5,598 qram qrudulmuş marixuana və 0,196 qram heroin Qaradağ RPİ-nin maddi sübutların saxlanc yerinə saxlanılması üçün təhvil verilmişdir. İş materiallarında olan DVD diskə baxış keçirilərkən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdə saat 23:55-də Qaradağ RPİ-nin 38-ci PBnin inzibati binasında dəvət edilmiş müdafiəçinin iştirakı ilə üzərinə videoçəkilişdən istifadə etməklə şəxsi axtarış keçirilərkən əynindəki qara gödəkçənin sol yan cibindən, şəxsi istifadəsi üçün saxladığı 01 ədəd kibrit qutusunda təmiz çəkisi 5,639 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı masanın üzərinə qoymuş və bildirmişdir ki, həmin kibrit qutunun içərisində marixuana vardır və həmin marixuana ona məxsusdur. İş materiallarında olan DVD diskə baxış keçirilərkən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2021-ci il tarixdə saat 04:05 radələrində Qaradağ RPİ-nin 38-ci PB-nin inzibati binasında dəvət edilmiş müdafiəçinin iştirakı ilə üzərinə videoçəkilişdən istifadə etməklə şəxsi axtarış keçirilərkən əynindəki sarı rəngli cins şalvarın sağ yan cibindən bir ədəd gümüşü kağızına bükülmüş, içərisində narkotik vasitə olan, "kokos" kimi tanınan bükülünü çıxarıb masanın üzərinə qoymuşdur. O bildirmişdir ki, həmin narkotik vasitə "kokos", yəni heroindir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə tədqiq edilmiş sübutların tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli tam sübuta yetir və onun əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsulliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs əməlini etiraf edərək səmimi peşman olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinin tələblərinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli 4 saylı qərarında məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən halı, təqsirkarın şəxsiyyətini, eləcə də təqsirləndirilən şəxsdə narkomaniya xəstəliyi olmaqla məcburi müalicəyə ehtiyacının olmasını və azadlıqda qalacağı təqdirdə özü və ətrafdakı insanlar üçün təhlükə yaradacağı ehtimalının kifayət qədər yüksək olmasını, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs oğluna təqsirli bilindiyi maddənin sanksiyasında nəzərə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi daha məqsədə müvafiq, həmdə cəzanın məqsədlərinə nail olunması baxımdan daha ədalətlidir. Həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəsisəsində çəkməlidir. Cinayət işinin materiallarından aydın olur ki, Təqsirləndirilən şəxs qeyd olunan cinayət işi ilə əlaqədar olaraq xx xxxxxx 2020-ci il tarixdə saxlanılaraq şübhəli şəxs qismində tutulmuş və xx xxxxxx 2020-ci il tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilməklə MSY-dən azad edilmişdir. Bundan sonra xx xxxxxx 2021-ci il tarixdə şübhəli şəxs kimi tutulmuş və barəsində “həbs” qətimkan tədbiri seçilmişdir. Bu hal CM-nin 69.3-cü maddəsinə əsasən cəza təyini zamanı nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs məcburi müalicəyə cəlb edilməli və ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. İş üzrə 192, 82 (yüz doxsan iki manat səksən iki qəpik) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilməlidir. İş üzrə maddi sübut kimi tanınmış və Qaradağ RPİ-də saxlanılan ümumi qalıq çəkisi 5,598 qram qurudulmuş marixuana və 0,196 qram heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut kimi tanınmış iki ədəd DVD disk cinayət işində saxlanılmalıdır. İbtidai istintaq zamanı və məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili X10 tərəfindən 74 iş saatı, məhkəmə baxışı zamanı isə Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 20 iş saatı sərf olunmuşdur. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 444 (dörd yüz qırx dörd) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X4 və 120 (yüz iyirmi) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Bürosunun hesabına ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358, 381 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs şübhəli şəxs kimi tutulduğu 02 (iki) gün müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hazırkı hökmlə təyin olunmuş cəzadan çıxılsın və onun üzərində qəti olaraq 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə saxlanılsın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzasının əvvəli həbsə alındığı gündən, yəni xx xxxxxx 2021-ci il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs məcburi müalicəyə cəlb edilsin və ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Qaradağ RPİ-də saxlanılan ümumi qalıq çəkisi 5,598 qram qurudulmuş marixuana və 0,196 qram heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış iki ədəd DVD disk cinayət işində saxlanılsın. İş üzrə 192, 82 (yüz doxsan iki manat səksən iki qəpik) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilsin. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərilmiş hüquqi yardımla bağlı 444 (dörd yüz qırx dörd) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X4 vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Bürosunun və məhkəmə baxışı zamanı göstərilmiş hüquqi yardımla bağlı 120 (yüz iyirmi) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Bürosunun (“Kapitalbank” Qaradağ rayon filialı H/h ********************, kod 200220, VÖEN **********) hesabına ödənilsin. Hökmdən elan olunduğu, təqsirləndirilən şəxs tərəfindən isə hökmün surəti ona təqdim edildiyi vaxtdan 20 (iyirmi) gün müddətinə Qaradağ rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar