Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-129/2023 05.07.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədova Ülviyyə Nizami qızının katibliyi, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2, Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, Təqsirləndirilən şəxs xx xxxx 1983-cü ildə Cəbrayıl rayonu, Qumlaq kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 08 may 2023-cü il tarixli hökmü ilə CM-nin 177.1 və 185.2.2-ci maddələri ilə təqsirli bilinərək CM-nin 66.2 və 69.3-cü maddələrinə əsasən qəti olaraq 01 il 06 ay 10 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş və hal-hazırda cəza çəkən, Cəbrayıl rayonu, Qumlaq kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs elektron məlumat daşıyıcılarından istifadə etməklə oğurluq etmişdir. Belə ki, o, xx.xx.2022-ci il tarixdə saat 16 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, “Sədərək” TM-nin ərazisində Zərərçəkmiş şəxs1 avtomobillər üçün dayanacaqda saxladığı VAZ-2106 markalı **-DY-*** dövlət qeydiyyat nişanlı avtomobilin salonuna qapılarının açıq olmasından istifadə edib tamah niyyəti ilə daxil olaraq avtomobilin salonunda olan pulqabından Zərərçəkmiş şəxs3 və X3 adlarına “Azərbaycan Beynəlxalq Bankı” tərəfindən, Zərərçəkmiş şəxs1 adına isə "xxxx" ASC tərəfindən verilmiş pul kartlarını ələ keçirib Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən “Kingsmart”, “Bravo” və “Grand Mart” supermarketlərində öz ehtiyacları üçün ərzaq və tütün məhsulları alıb həmin kartların balanslarında olan pul vəsaitləri hesabına elektron məlumat daşıyıcılarından istifadə etməklə ödəniş edərək Zərərçəkmiş şəxs3 167,56 manat, Zərərçəkmiş şəxs1 484,90 manat, Zərərçəkmiş şəxs2 isə 314,26 manat məbləğində pul vəsaitlərini vahid niyyətlə əhatə edilən qəsdlə gizli talayaraq oğurlamışdır. Məhkəmənin əvvəlki iclaslarında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 177.2.3-1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək və ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, anket məlumatlarında göstərilən ünvanda ailəsilə birlikdə yaşayır. Ruhi-əsəb xəstəliyindən əziyyət çəkmir. Əvvəllər məhkum olunmuşdur. 08 iyul 2022-ci il tarixdə saat təxminən günorta saatlarında “Sədərək” TM-ə sərnişin aparmışdır. Dayanacaqda dayanıb telefonla danışarkən yanında VAZ-2106 markalı avtomobil dayandığını görmüşdür. Maşının içinə baxdıqda görmüşdür ki sürət qutusunun yanında qara rəngli pul qabı var. Maşının qapısına əlini atdıqda qapının açıq olduğunu görmüş, maşına daxil olmuş və pul qabını, salonu və saxlanc yerini axtarsa da pul və digər qiymətli əşya olmadığını görüb maşını tərk edərək öz maşınına minib oradan uzaqlaşmış, həmin maşından nə pul, nə də kart oğurlamamışdır. 17 iyul 2022-ci il tarixdə 13 saylı cəzaçəkmə müəssisəsinə taksi kimi sərnişin aparmışdır. Qayıdarkən benzinin bitdiyini bilmişdir. Dayanacaqda maşını saxlayıb benzin alıb gəlməyi fikirləşmişdir. Bu zaman görmüşdür ki, yaxınlığında VAZ-2106 markalı maşın dayanıb. Həmin maşın sovet istehsalı olduğu üçün benzin çəkmək istəmişdir. Maşının benzin çəninə yaxınlaşanda görmüşdür ki, çənin üstündə açar var. Maşının salonuna baxdıqda görmüşdür ki, çənin açarı şitin üstündə havalığın çıxıntısından asılıb. O, əlini atdıqda maşının sol arxa qapını açıq olduğunu görüb salona daxil olub, açarı götürərək benzin çənini açıb benzin çəkmiş, öz maşınına benzini töküb oranı tərk etmişdir. O, həmin avtomobildən telefon və ya başqa əşya oğurlamamışdır. O, əlavə olaraq bildirmişdir ki, cinayət işinə əlavə 01 ədəd CD diskdə olan “Whatsapp Video 2022-07-15 at 14.07.32.mp4” adlı videoyazıda mağazada kamera görüntüsünə düşən şəxs özüdür, əlindəki pulqabı ona məxsusdur, içərisində olan kartlar isə bəziləri öz adına, bəziləri isə ailə üzvlərinin adınadır. DİN-in NHİX-dən daxil olmuş və cinayət işinə əlavə edilmiş 01 ədəd CD diskdə olan “TŞ11-069 3 (12 saylı çəzaçəkmə müəssisəsi)” adlı videoyazıdakı görüntüdə olan şəxs özüdür, o, həmin maşından benzin çəkmək üçün salona daxil olmuşmuş, açarı götürüb çəni açıb benzin çəkmiş, telefon oğurlamamışdır. Çəkdiyi benzini bir qədər getdikdən sonra 8 saylı türməni keçdikdən sonra öz maşınına tökmüşdür. DİN-in NHİX-dən daxil olmuş və cinayət işinə əlavə edilmiş 01 ədəd CD diskdə olan “TŞ11-042 3 2022-07-08” adlı videoyazıdakı görüntüdə olan şəxs özüdür, o, pul qabını görüb oğurlamaq qərarına gəlmişdir. Buna görə də birinci dəfə maşının arxa qapısını açmış, salona girib digər qapısının açarını açaraq maşını tərk edib öz maşınına oturmuşdur. Bundan bir neçə dəqiqə sonra yenidən maşına daxil olub pul qabıya və salona baxdıqda pul və ya qiymətli əşya tapmamışdır. Pulqabında olan kartların üzərində kodları olsa da onları götürməmiş və oradan uzaqlaşmışdır. Öz maşınına oturarkən telefonuna zəng gəldiyi üçün nömrəyə baxıb maşına əyləşmişdir. Zərərçəkmiş şəxs1 məxsus kartı oğurlamamış, həmin kartla ödənişi də kimin etdiyini bilmir, Zərərçəkmiş şəxs2 məxsus kartı oğurlamamışdır, qeyd olunan tarixdə “King Smart” mağazasında hansı kartla ödəniş etdiyi yadından çıxmışdır. Məhkəmənin yekun iclasında təqsirləndirilən şəxs özünü tam təqsirli bildiyini, törətdiyi əməldən peşman olduğunu və zərərçəkmiş şəxslərlə barışıq əldə etdiyini bildirərək məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, anket məlumatlarında göstərilən ünvanda ailə üzvləri ilə birlikdə yaşayır. Ruhi-əsəb xəstəliyindən əzab çəkmir. Əvvəllər cinayət məsuliyyətinə cəlb edilməmişdir. 08 iyul 2022-ci il tarixdə saat təxminən 14:30 radələrində yoldaşı Zərərçəkmiş şəxs3 ilə özünə məxsus avtomobillə “Sədərək” TM-nə getmişdir. Bazarda ayaqqabı sırasına gedib özü üçün 25 manata ayaqqabı almış, bundan başqa bir ədəd yastıq alıb saat təxminən radələrində gətirib maşına gəlmişlər. Həmin vaxt o, özü maşının qapısını açmış və ayaqqabı ilə yastığı maşına qoymuşdur. Sonra yenə bazara qayıtmışdır. Bazarlıq edib saat təxminən 16:45 radələrində maşına qayıtmışdır. Maşına çatanda görmüşdür ki, maşının qapıları açıqdır və maşın talan edilmişdir. Elmira dərhal maşının saxlanc yerinə baxmış, oradan 3 ədəd qara rəngli pulqabının, bundan başqa maşının salonunda 20 manat dəyərində günəş eynəyi, 30 manat dəyərində görmə eynəyi, 25 manata aldığımız ayaqqabı və 60 manat dəyərində “Nokia” markalı mobil telefonun oğurlandığını müəyyən olunmuşdur. Pulqabılardan birinin içərisində ancaq ona məxsus “VAZ” markalı **-DY-*** dövlət nömrə nişanlı avtomobilin sənədləri, sürücülük vəsiqəsi, etibarnamə, digər pulqabında ona məxsus maaş və pensiya kartları, Elmiraya məxsus maaş kartı, xalası Zərərçəkmiş şəxs2 məxsus pensiya kartı, digər pulqabında isə onun və Elmiranın şəxsiyyət vəsiqələri, Elmiraya məxsus “TamKart” bank kartı, onun “Birkart” bank kartı, qaz sayğacının smart kartı olmuşdur. Onlar bazarda olan mühafizəçilərə bu barədə məlumat vermiş, daha sonra isə 102 xidmətinə müraciət etmişlər. Bir qədər sonra polis əməkdaşları bazara gəlib maşına baxış keçirtmişlər. X7 aldığı “Birkart” bank kartından 490 manat pul çıxarılmaqla oğurlanmışdır. Bundan başqa maşından qeyd etdiyi şəxsi əşyalarıın oğurlanması nəticəsində ona 135 manat, oğurlanmış kart və sənədlərin bərpa edilməsi üçün isə ümumilikdə 200 manat olmaqla, ümumilikdə 825 manat maddi ziyan dəymişdir. Həmin gün o, işdən qayıdıb evdə olmuşdur, daha sonra “Sədərək” TM-nə getmişdir. Kartları orada oğurlanmışdır. Həmin ödənişləri də kartı oğurlayan şəxs etmişdir. Hadisədən əvvəl maşının qapısını bağlayıb-bağlamadığını dəqiq xatırlamır. Zərərçəkmiş şəxs1 məhkəməyə yazılı ərizə təqdim edərək təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirərək ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs3 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, anket məlumatlarında göstərilən ünvanda ailə üzvləri ilə birlikdə yaşayır. Ruhi-əsəb xəstəliyindən əzab çəkmir. Əvvəllər cinayət məsuliyyətinə cəlb edilməmişdir. 08 iyul 2022-ci il tarixdə saat təxminən 14:30 radələrində yoldaşı Zərərçəkmiş şəxs1 məxsus avtomobillə “Sədərək” TM-nə getmişlər. Bazarda ayaqqabı sırasına gedib Natiq üçün 25 manata ayaqqabı almışlar, bundan başqa bir ədəd yastıq alıb saat təxminən radələrində gətirib maşına gəlmişlər. Həmin vaxt Natiq özü maşının qapısını açmış və ayaqqabı ilə yastığı maşına qoymuş, sonra yenə bazara qayıtmışlar. Bazarlıq edib saat təxminən 16:45 radələrində maşına qayıtmış, maşına çatanda görmüşlər ki, maşının qapıları açıqdır və maşın talan edilmişdir. O, dərhal maşının saxlanc yerinə baxmış, oradan 3 ədəd qara rəngli pulqabının, bundan başqa maşının salonunda 20 manat dəyərində günəş eynəyi, 30 manat dəyərində görmə eynəyi, 25 manata aldığımız ayaqqabı və 60 manat dəyərində “Nokia” markalı mobil telefonun oğurlandığını müəyyən etmişlər. Pulqabılardan birinin içərisində ancaq Natiqə məxsus “VAZ” markalı **-DY-*** dövlət nömrə nişanlı avtomobilin sənədləri, sürücülük vəsiqəsi, etibarnamə, digər pulqabında Natiqə məxsus maaş və pensiya kartları, ona məxsus maaş kartı, Natiqin xalası Zərərçəkmiş şəxs2 məxsus pensiya kartı, digər pulqabında isə Natiqin və onun şəxsiyyət vəsiqələri, ona məxsus “TamKart” bank kartı, Natiqin “Birkart” bank kartı, qaz sayğacının smart kartı olmuşdur. Onlar bazarda olan mühafizəçilərə bu barədə məlumat vermiş, daha sonra isə 102 xidmətinə müraciət etmişlər. Bir qədər sonra polis əməkdaşları bazara gəlib maşına baxış keçirmişlər. Onun maaş aldığı “Beynəlxalq Bank” kartından 167 manat pul çıxarılmaqla oğurlanmış, ona 167 manat maddi ziyan dəymişdir. Zərərçəkmiş şəxs3 məhkəməyə yazılı ərizə təqdim edərək təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirərək ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X5 məhkəməyə ərizə ünvanlayaraq ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin ifadəsi elan edilmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsində X5 göstərmişdir ki, anket məlumatlarında göstərilən ünvanda ailə üzvləri ilə birlikdə yaşayır. Ruhi-əsəb xəstəliyindən əzab çəkmir. Əvvəllər cinayət məsuliyyətinə cəlb edilməmişdir. 08 iyul 2022ci il tarixdə bacısı oğlu Zərərçəkmiş şəxs1 “Sədərək” TM-nə getmişdir. Həmin vaxt Natiqin maşınından oğurluq edilmişdir və ona məxsus bank kartı da oğurlanmışdır. Sonradan bilmişdir ki, oğurluq edən şəxs onun kartından 320 manat pul çəkmişdir. Onun təqaüd aldığı “Beynəlxalq Bank” kartından 320 manat pul çıxarılmaqla oğurlanmışdır. Ona 320 manat maddi ziyan dəymişdir. O, səhhəti ilə əlaqədar evdən çıxmır. Kartı bacısı oğlu Natiqdə olur. Həmin tarixdə Natiq “Sədərək” TM-nə getmişdir. Kartlar orada oğurlanmışdır. Həmin ödənişləri də kartı oğurlayan şəxs etmişdir. Zərərçəkmiş şəxs X5 məhkəməyə yazılı ərizə təqdim edərək təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirərək ona yüngül cəza verilməsini xahiş etmişdir. Şahid məhkəmə iclasının vaxtı və yeri barəsində rəsmi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə teleqram ünvanlayaraq məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmişdir. Məhkəmə iclasında şahidin ifadəsi elan edilmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsində Şahid göstərmişdir ki, anket məlumatlarında göstərilən ünvanda ailə üzvləri ilə birlikdə yaşayır. 3- 4 il olar ki “Kingsmart” mağazasında kassir işləyir. 08 iyul 2022-ci il tarixdə saat təxminən 17 radələrində işdə olan zaman təxminən 40-45 yaşlarında hündürboylu, kök bədən quruluşlu, əynində mavi rəngdə köynək olan bir nəfər şəxs işlədiyi kassaya yaxınlaşaraq ərzaq məhsulları və siqaretlər alıb ödənişi etmək üçün əlində tutduğu pulqabıdan dəqiq xatırlamadığı banka məxsus pul kartını təqdim etmiş, həmin kartın təmassız ödəmə funksiyası olmadığından o, kartın kodunu istədikdə həmin şəxs kodu bilməyərək pulqabıdan başqa bir kart çıxarıb vermişdir. Həmin kartda səhv etmirsə pul olmamış, həmin şəxs yenidən başqa bir kart təqdim etmişdir. Həmin şəxsin ümumi məbləği 314,26 manat etsə də, məbləği hissə-hissə çıxmağımı tələb etmiş, o, post-terminal vasitəsilə həmin şəxsin təqdim etdiyi kartdan 4 dəfə 50 manat, daha sonra 65,26 manat, daha sonra 49 manat ödəniş qəbul etmişdir. Bundan sonra həmin şəxs aldığı məhsulları yığaraq çıxıb getmişdir. İş üzrə şəxsi tanınmaya təqdim etmə istintaq hərəkəti keçirilmiş, Şahid 08 iyul 2022ci il tarixdə saat 17:05-də ona bank kartları təqdim edən şəxsin Təqsirləndirilən şəxs olduğunu təqdim olunan digər şəxslər arasında tanımışdır. İş materiallarında olan və cinayət işinə əlavə edilmiş 01 ədəd CD diskdə olan “Whatsapp Video 2022-07-15 at 14.07.32.mp4” adlı videoyazıya Təqsirləndirilən şəxs iştirakı ilə baxış keçirən zaman müəyyən edilmişdir ki, görüntünün əvvəlində çəkildiyi tarix və saat xx.xx.2022-ci il saat 17:05:04-də başlayır. Görüntüdə hündür boylü, kök bədən quruluşlu, mavi rəngli köynək geyinmiş, başının ön və orta hissəsində saçların töküldüyü müşahidə olunan və başında qara rəngli eynək olan bir şəxsin kassanın qarşısında əlində pul qabı ilə dayandığı görünür. Şahid Təqsirləndirilən şəxs həmin şəxsin özü olduğunu bildirmişdir. Kassir həmin şəxsə qara və qırmızı rəngli “Kapital” banka məxsus üzərində böyük “1” rəqəmi olan kartı qaytarır. Bundan sonra həmin şəxs pul qabıdan bir ədəd göy rəngli bank kartını təqdim edir və kassirin qaytardığı karta baxaraq onu pulqabına qoyur və pulqabıda olan digər kartları nəzərdən keçirir. Kassir həmin şəxsin təqdim etdiyi göy rəngli bank kartını post terminala daxil edib kartın kodunu yığmasını tələb edir. Bu zaman həmin şəxs pul qabından digər bir kart çıxarıb kassirə nəsə izah etməyə çalışır. Həmin yerdə videogörüntü başa çatır. Videogörüntü 1 dəqiqə 19 saniyə davam edir. İş materiallarında olan və cinayət işinə əlavə edilmiş DİN-in NHİX-dən daxil olmuş 01 ədəd CD diskdə olan “TŞ11-042 3 2022-07-08” adlı videoyazıya Təqsirləndirilən şəxs iştirakı ilə baxış keçirən zaman müəyyən edilmişdir ki, görüntünün çəkildiyi tarix və saat xx.xx.2022-ci il saat 15:46:57-də başlayır. Görüntüdə “Sədərək” dayanacaqlarının birində xeyli maşın olduğu müşahidə edilir. Saat 15:48:41-də dayanacağa qara rəngli **-HY-*** dövlət qeydiyyat nişanlı “Tofaş” markalı avtomobil daxil olur. Təqsirləndirilən şəxs həmin qara rəngli **-HY-*** dövlət qeydiyyat nişanlı “Tofaş” markalı avtomobilin özünə məxsus olduğunu, həmin gün ora sərnişin gətirdiyini bildirmişdir. Həmin avtomobil dayanacaqda dayanmış VAZ-2106 markalı avtomobilin arxasında dayanır. Saat 15:49:15-də qara rəngli **-HY-*** dövlət qeydiyyat nişanlı “Tofaş” markalı avtomobildən hündür boylu, mavi rəngli köynək geyinmiş bir şəxs mobil telefonla danışa-danışa yerə düşür. Təqsirləndirilən şəxs həmin hündür boylu, mavi rəngli köynək geyinmiş şəxsin özü olduğunu bildirdi. Həmin şəxs VAZ-2106 markalı avtomobilin ətrafında bir neçə dəqiqə fırlanır və saat 15:54:13-də həmin şəxs avotmobilin salonuna daxil olur və salonda hərəkət etdiyi müşahidə olunur. 23 saniyə sonra həmin şəxs VAZ-2106 markalı avtomobili tərk edir və arxada dayanmış qara rəngli avotomobilə əyləşir. Saat 16:02:10-da həmin şəxs yenidən VAZ-2106 markalı avtomobilə daxil olur və saat 16:02:51-də həmin maşından düşərək əlində olan nəyisə gözdən keçirib qara rəngli maşına əyləşir və saat 16:04:30-da dayanacağı tərk edir. Videogörüntü 23 dəqiqə 02 saniyə davam edir. İş materiallarında olan “Beynəlxalq Bank” dan verilmiş Zərərçəkmiş şəxs2 **********569682 saylı kart hesabının çıxarışından görünür ki, həmin kart vasitəsilə “King Smart” mağazasında 08 iyul 2022-ci il tarixdə saat 17:06:01-də 50 manat, 17:06:17-də 50 manat, 17:06:31-də 50 manat, 17:06:48-də 50 manat, 17:07:07-də 65,26 manat, 17:08:33də 49 manat olmaqla ümumilikdə 314,26 manat ödəniş edilmişdir. İş materiallarında olan "xxxx" dan verilmiş Zərərçəkmiş şəxs1 məxsus 4169******6477 saylı kart hesabının çıxarışından görünür ki, həmin kart vasitəsilə “X9 Park 1 ” mağazasında 08 iyul 2022-ci il tarixdə 82 manat, 63,48 manat, 32,86 manat, 67 manat, 29,50 manat, 90 manat, daha sonra həmin tarixdə Bakı şəhəri, Y.İsmayılov küçəsində yerləşən ərzaq mağazasında 25 manat, 28,60 manat və 82,86 manat olmaqla ümumilikdə 484,90 manat ödəniş edilmişdir. İş materiallarında olan “Beynəlxalq Bank”dan verilmiş Zərərçəkmiş şəxs3 **********6327207207 saylı kart hesabının çıxarışından görünür ki, həmin kart vasitəsilə 14 iyul 2022-ci il tarixdə 32,91 manat, 15 iyul 2022-ci il tarixdə “Bravo Lökbatan” mağazasında 70,50 manat və 64,15 manat olmaqla ümumilikdə 167,56 manat ödəniş edilmişdir. İş materiallarında olan AA 478503 nömrəli vəsiqənin surətindən görünür ki, Təqsirləndirilən şəxs məcburi köçkündür. İşdə olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən tərtib edilmiş tələbnamədən, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmünün surətindən və Bakı şəhər Probasiya İdarəsinin məktubundan görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə CM-nin 177.1 və 185.2.2-ci maddələri ilə təqsirli bilinərək CM-nin 66.2 və 69.3cü maddələrinə əsasən qəti olaraq 01 il 06 ay 10 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, cəzasının əvvəli 19 iyun 2023-cü il tarixdən hesablanmaqla 05 iyul 2023-cü il tarixə çəkilməmiş cəzası 01 il 05 ay 24 gün təşkil etmişdir. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə tədqiq edilmiş sübutların tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli tam sübuta yetir və onun əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 177.2.3-1-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs az ağır cinayət əməli törətməsini, əməlini etiraf edərək səmimi peşman olmasını və zərərçəkmiş şəxslərə vurulmuş ziyan ödənilməklə zərərçəkmiş şəxslərin ona qarşı heç bir şikayət və tələblərinin olmamasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinin tələblərinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli mülkiyyət əleyhinə olan cinayətlər kateqoriyasına aiddir və bu tip cinayət əməllərinin ictimai-təhlükəliliyi şəxsin mülkiyyət hüquqlarının və maraqlarının pozulmasında ifadə olunur. Təqsirləndirilən şəxs tərəfindən zərərçəkmiş şəxsə vurulmuş ziyanlar ödənildiyindən onun törətdiyi cinayət əməlinin ictimai-təhlükəliliyi də aradan qalxmışdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Həmin Qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi qanuni, əsaslı və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərinə uyğundur. Cinayət işinin materiallarından aydın olur ki, Təqsirləndirilən şəxs qeyd olunan cinayət əməlinə görə 05 avqust 2022-ci il tarixdə şübhəli şəxs kimi tutulmuş və 06 avqust 2022-ci il tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Odur ki, bu hal Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən 01 (bir) gün kimi cəza təyini zamanı nəzərə alınmalıdır. Eyni zamanda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsində nəzərdə tutulmuş vəzifələrin yerinə yetirilməsi Təqsirləndirilən şəxs üzərinə qoyulmalıdır. İbtidai istintaq zamanı və məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili X4 tərəfindən 25 iş saatı, məhkəmə baxışı zamanı isə Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 30 iş saatı sərf olunmuşdur. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 150 (yüz əlli) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X2 və 180 (yüz səksən) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Bürosunun hesabına ödənilməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358, 381 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Ona təyin olunmuş hazırki cəza, Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 08 may 2023-cü il tarixli hökmü ilə qəti olaraq təyin edilmiş 01 il 06 ay 10 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası ilə qismən toplanılsın və Təqsirləndirilən şəxs 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs tutulduğu 01 (bir) gün müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesabı ilə hesablanmaqla, hazırkı hökmlə təyin olunmuş cəzadan çıxılsın və Təqsirləndirilən şəxs qəti olaraq 02 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşadığı ünvan 1 ünvanını hər gün gecə saat 00:00dan növbəti gün səhər saat 06:00-dək, habelə gün ərzində Bakı şəhərinin, Abşeron rayonunun və Sumqayıt şəhərinin ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin, bu cəzanın icrası müddəti onun cəzanı icra edən - probasiya nəzarətini həyata keçirən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrası Bakı şəhər Probasiya İdarəsinə tapşırılsın. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərilmiş hüquqi yardımla bağlı 150 (yüz əlli) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X2 və məhkəmə baxışı zamanı göstərilmiş hüquqi yardımla bağlı 180 (yüz səksən) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədikləri Bakı şəhər 10 saylı Vəkil Bürosunun hesabına ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətinə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Rufan Mürsəlov
Məhkəmə qərarları › İş №1(002)-129/2023
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-129/2023
05.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver