Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-13/2021 16.03.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həsənov İslam Telman oğlunun sədrliyi, Mustafayeva Zeynəb Əbülfət qızının katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi - Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1965-ci ildə Ağdam rayonunda anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli, 1(002)- 13/2021 saylı qərarı ilə axtarış elan edilməklə barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbirinə dəyişdirilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talayıb zərərçəkmiş şəxsə ziyan vurmaqla oğurluq etməyə cəhd etmiş, lakin öz iradəsindən asılı olmayan səbəblərə görə cinayət əməlini başa çatdıra bilməmişdir. Belə ki, o, özgə əmlakını gizli olaraq talamaq məqsədi ilə xx.xx.2020-ci il tarixdə saat 12 radələrində Zərərçəkmiş şəxs icarə əsasında işlətdiyi Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində fəaliyyət göstərən «Sədərək» Ticarət Mərkəzinin «Elit» adlanan zonasının, 1-ci binasının 10-cu korpusda yerləşən 5 nömrəli «BALİZZA» adlı geyim əşyaları satılan mağazaya müştəri qismində daxil olmuş, Zərərçəkmiş şəxs başının müştərilərə qarışmasından istifadə edərək vitrindəki 1 ədəd 650 manat dəyərində, tünd qəhvəyi rəngli, hər iki qolunda broşlar olan, yaxalığı samux xəzli, Türkiyə Respublikası istehsallı, «ESMERALDO» əmtəə nişanlı qadın paltosunu və 1 ədəd 600 manat dəyərində, tünd mavi rəngli, hər iki qollarının ağzında və boğazında zərli naxışlar olan, yaxalığı samux xəzli, Türkiyə Respublikası istehsallı, «MODA LARİSA» əmtəə nişanlı qadın paltosunu gizli olaraq talayıb mağazadan çıxaraq uzaqlaşmış, lakin Zərərçəkmiş şəxs tərəfindən saxlanıldığından öz iradəsindən asılı olmayan səbəblərə görə törətdiyi cinayət əməlini başa çatdıra bilməyib oğurluğa cəhd etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs əvvəllər tanımamış, aralarında hər hansı münasibət olmamışdır. xx.xx.2020-ci il tarixdə oğurluq etmək üçün Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində fəaliyyət göstərən «Sədərək» Ticarət Mərkəzinə gəlmiş, bir qədər orada gəzmiş, müxtəlif mağazalara baxmışdır. Həmin gün saat 12:30 radələrində «Sədərək» Ticarət Mərkəzinin «Elit» zonası, 1-ci bina, 10-cu korpus, 5 nömrəli mağazaya girmiş, orada müxtəlif qadın paltoları satıldığını görmüşdür. İçəridə xeyli tanımadığı müştəri olmuş və onlar paltoları geyinib əyinlərində güzgünün qarşısına keçib baxmışlar. Mağazanın satıcısı sonradan adının Zərərçəkmiş şəxs olduğunu bildiyi şəxsin həmin vaxt başı digər müştərilərə qarışıq olmuşdur. O da bundan istifadə edərək, vitrində olan 2 ədəd təzə qadın paltosunu götürüb əlindəki selofan torbanın içərisinə qoymuş və sakitcə mağazadan bayıra çıxmışdır. Şübhə yaratmamaq üçün yavaş yeriyərək sıra ilə hərəkət etmiş, arxadan onu səsləmişlər və arxaya çevrilmişdir. Bu zaman mağazanı işlədən Zərərçəkmiş şəxs ona sakitcə mağazaya girməsini tapşırmış, oğurladığı paltoları qaytarmasını təklif etmişdir. O, geri qayıdaraq, mağazaya daxil olmuş və Zərərçəkmiş şəxs səs-küy salmamasını xahiş etmişdir. Daha sonra əlindəki selofan torbadan oğurladığı 2 ədəd qadın paltosunu çıxararaq, İlqara geri qaytarmışdır. Paltoları geri aldıqdan sonra Zərərçəkmiş şəxs ondan özünü təqdim etməsini tələb etmişdir. O da özünü Zərərçəkmiş şəxs təqdim edərək, yaşadığı yeri də söyləmişdir. Bundan sonra Zərərçəkmiş şəxs onun mağazasından əvvəllər də 19 ədəd palto oğurlamasını bildirmişdir. O, həmin vaxt qorxduğundan və sonuncudan yaxa qurtarmaq üçün həmin paltorları oğurladığını bildirərək, tezliklə həmin paltoların pulunu ödəyəcəyini söyləmişdir. Lakin o, ilk dəfə həmin gün Zərərçəkmiş şəxs məxsus mağazadan oğurluq etməyə cəhd etmiş, oğurluğu isə baş tutmamışdır. Bundan əvvəl həmin mağazada olmamış və heç bir oğurluq etməmişdir. O, oğurluğu törədən zaman mağazada xeyli müştəri olsa da, müştərilərin və satıcı Zərərçəkmiş şəxs başı qarışıq olduğundan onun hərəkətlərini heç kim görməmiş və ona məhəl qoyan olmamışdır. Bu oğurluğu tək törətmişdir, ona heç kimin köməklik göstərməmişdir. Zərərçəkmiş şəxs canını qurtarmaq üçün yalandan ona pul ödəyəcəyi barədə vəd vermiş, bu barədə bacısı Səidə Cəfərovandan da xahiş edərək, sonuncunun Zərərçəkmiş şəxsla danışıb ona pulu hissə-hissə ödəmək üçün vaxt istəməsini söyləməsini istəmişdir. Ancaq pul tapa bilmədiyindən Zərərçəkmiş şəxs heç bir məbləğdə pul verə bilməmişdir. Son olaraq əməlindən peşmançılıq çəkdiyini, qadın olmasını, bir daha belə hallara yol verməyəcəyini, zərərçəkmiş şəxslə barımasını, sonuncunun ona qarşı hər hansı şikayət və tələbin olmamasını nəzərə alaraq barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, fərdi qaydada ticarətlə məşğul olur. «Sədərək» Ticarət Mərkəzi «Elit» zonası, 1-ci bina, 10-cu korpus, 5 nömrəli mağazanı icarə əsasında işlədərək, qadın şuba və paltolarının satışı ilə məşğul olur. Mağazada satdığı malların hamısını xarici ölkələrdən nağd pula alaraq, mağazada satışını təşkil edir. Mağazanın hər iki sıraya, yəni «B» girişinə və 9 saylı girişə qapısı vardır. Qapılardan böyük olan «B» girişinə, kiçik olanı isə 9 nömrəli girişə açılır. xx.xx.2020-ci il tarixdə mağazada olmuş və həmin gün saat 12 radələrində mağazada çoxlu müştəri olduğundan, məcbur olub həmin müştərilərin hər biri ilə maraqlanmışdır. Həmin vaxt, saat təxminən 12:30 radələrində mağazaya bir nəfər, təxminən 50-55 yaşdlarında bir qadın, istintaq zamanı ona məlum olan Təqsirləndirilən şəxs əlində selofan torba daxil olmuşdur. Qadın divar boyu düzülmüş qadın paltolarına baxmış, arabir ondan bəzi paltoların qiymətini soruşmuşdur. Bu səbəbdən də onun alıcı olmaması onda şübhə yaratmamışdır. Başı digər müştərilərə qarışsa da, həmin qadını da diqqətdən kənar qoymamışdır. Qadın bir neçə paltoya baxıb mağazadan çıxmışdır. Onun oğurluq etdiyindən şübhələnmiş, dərhal vitirindəki paltolara baxıb 2 ədəd paltonun yerində olmadığını aşkar etmişdir. Mağazadan «B» girişinə tərəf çıxmış, qadının əlində 2 ədəd iri selofan torba cərgələrin arasına tərəf getdiyini görmüşdür. Qadın arxaya çevrildikdə onu yanına çağırmış, qadın ona tərəf gəldikdə isə ona sakitcə mağazaya girməsini, oğurladığı paltoları qaytarmasını təklif etmişdir. Qadın yalvararaq, səs-küy salmamasını xahiş etmiş, mağazaya girərək, götürdüyü 2 ədəd qadın paltosunu əlindəki torbadan çıxarıb təqdim etmişdir. Həmin paltolardan biri tünd qəhvəyi rəngli, hər iki qolunda broşlar olan, yaxalığı samux xəzli, Türkiyə Respublikası istehsallı, «ESMERALDO» əmtəə nişanlı, 700 manat dəyərində qadın paltosu, 2-ci palto tünd mavi rəngli, hər iki qollarının ağzında və boğazında zərli naxışlar olan, yaxalığı samux xəzli, Türkiyə Respublikası istehsallı, «MODA LARİSA» əmtəə nişanlı, 650 manat dəyərində qadın paltosu olmuşdur. Paltoları geri aldıqdan sonra həmin qadından özünü təqdim etməsini tələb etmişdir. Qadın adının Yaqut olduğunu, əslən isə Ağdam rayonundan olduğunu bildirmişdir. Söhbət zamanı ona mağazadan əvvəllər də oğurluq etdiyini söyləyib, mallarını geri qaytarmasını tələb etmişdir. Təqsirləndirilən şəxs şifahi söhbət vaxtı əvvəllər müxtəlif vaxtlarda mağazaya alıcı qismində gəldiyini, başının qarışıq olmasından istifadə edərək, vitrinlərdən müxtəlif sayda və çeşiddə ümumilikdə 19 ədəd qadın paltolarını oğurladığını etiraf etmiş və oğurladığı 19 ədəd paltonun pulunu ödəyəcəyini vəd etmişdir. Bu səbəbdən də mağazadakı malları təcili olaraq saymış və 2019-cu ilin dekabr ayı ərzində, yəni Yaqutun dediyi dövr ərzində həqiqətən də mağazadakı malların 19 ədədinin çatışmamazlığını müəyyən etmişdir. Bu 19 ədəd paltonun ümumi dəyərinin 9000 (doqquz min) manat olduğunu müəyyən edib, Yaqutdan 9000 manat pul tələb etmişdir. Yaqut onu bacısı Səidə ilə tanış etmiş, Səidə 9000 manatı bacısı Yaqutun əvəzinə ödəyəcəyini vəd edib, onu gözləməsini, şikayət etməməsini xahiş etmişdir. Bundan sonra dəfələrlə Səidənin istifadəsində olan ***-***-**-** telefon nömrəsi ilə özünün istifadəsində olan ***-***-**-** telefon nömrəsi vasitəsi ilə əlaqə saxlamış, lakin Səidə hər dəfə vaxt istəyib pulu ödəyəcəyini vəd etsə də, nəticəsi olmamışdır. O, sonradan Səidənin də pulu ödəmədiyini görüb şikayət ərizəsi ilə polisə müraciət etmişdir. Mağazasından 19 ədəd paltonun oğurlanması ilə bağlı Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsi ilə başlanmış cinayət işi hazırki cinayət işi materiallarından ayrılaraq, müstəqil icraata qəbul edilməklə istintaq edilməsi qərara alınmışdır. Hazırki iş üzrə Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə mağazasından oğurladığı 2 ədəd qadın paltosu ekspert tədqiqinə vermək üçün təqdim edilmiş, daha sonra ona geri qaytarılmışdır. Zərərçəkmiş şəxs sonda Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını nəzərə alaraq, Təqsirləndirilən şəxs yüngül cəza verilməsini xahiş etdi və bu barədə ərizəsini məhkəməyə təqdim etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun bacısıdır. xx.xx.2020-ci il tarixdə evdə olarkən, tanımadığı mobil telefon nömrəsindən ona zəng gəlmişdir. Zəng edən şəxs ona bacısı Yaqutun oğurluq etdiyinə görə saxlanıldığı barədə məlumat verilmişdir. O, həmin özünü Zərərçəkmiş şəxs kimi təqdim etmiş şəxslə tanış olmuşdur. Yaqutun xx.xx.2020-ci il tarixdə İlqarın «Sədərək» Ticarət Mərkəzi, «Elit» zonası, 1-ci bina, 10-cu korpus, 5 nömrəli mağazasından 2 ədəd qadın paltosunu oğurlayan zaman tutulduğunu müəyyən etmişdir. Həminçinin Zərərçəkmiş şəxs ona Yaqutun onun mağazasından əvvəllər də oğurluq etdiyini bildirmişdir. O, İlqardan şikayət etməməsini xahiş etmiş, Yaqutun vurduğu ziyanı ödəyəcəyini vəd etmişdir. Hətta İlqarla bir neçə dəfə görüşüb vaxt istəmiş, telefonla da danışıb pulu Yaqutun yerinə ödəyəcəyini vəd etmişdir. Lakin pul tapa bilməmiş və İlqara heç bir məbləğ verə bilməmişdir. Ondan İlqara vəd etməsini bacısı Yaqut xahiş etmişdir. Onun bacısı Təqsirləndirilən şəxs törətdiyi oğurluq cinayətinə hər hansı formada aidiyyəti, bu cinayətdə iştirakı olmamışdır. Sadəcə Yaqut bacısı olduğuna görə onun ardınca getmiş, onun yerinə pul ödəməyi vəd etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Götürmə aparılması haqqında xx xxxx 2020-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs təqdim etdiyi 02 ədəd qadın paltosu ekspertiza tədqiqinə təqdim edilməsi üçün götürülmüşdür. (i.v. 11) Əşyanın götürülməsi və baxışın keçirilməsi haqqında xx xxxx 2020-ci il tarixli protokoldan görünür ki, Bakı şəhəri Qaradağ RPİ-nin İŞ-nin müstəntiqi X1 İlqar Əsgər oğlunun iştirakı ilə sonuncunun təqdim etdiyi 2 ədəd qadın paltosuna baxış keçirmiş və araşdırma zərurəti ilə əlaqədar götürülmüşdür. Qeyd edilən paltolardan biri tünd qəhvəyi rəngli, hər iki qolunda broşlar olan, yaxalığı xəzli, Türkiyə Respublikası istehsallı, “ESMERALDO” əmtəə nişanlıdır. 2-ci palto tün mavi rəngli, hər iki qollarının ağzında və boğazında zərli naxışlar olan, yaxalığı xəzli, Türkiyə Respublikası istehsallı, “MODA LARİSA” əmtəə nişanlıdır. Protokolun düzgünlüyü iştirakçılar tərəfindən imzaları ilə təsdiq edilmişdir. (i.v. 14) Götürmə aparılması haqqında xx xxxx 2020-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs təqdim etdiyi 01 ədəd CD disk götürülmüşdür. (i.v. 19) CD diskin götürülməsi və baxışın keçirilməsi haqqında xx xxxx 2020-ci il tarixli protokoldan görünür ki, Bakı şəhəri Qaradağ RPİ-nin İŞ-nin müstəntiqi, polis mayoru X1 İlqar Əsgər oğlunun iştirakı ilə onun təqdim etdiyi 1 ədəd CD diskə baxış keçirilərək, götürmüşdür. Təqdim edilən diskə “HP” markalı kompyuter qurğusu vasitəsilə qulaq asıldıqda, 7 faylda müxtəlif vaxtlarda telefon vasitəsi ilə aparılmış danışıqların məzmununun həkk olunduğu müəyyən edildi. Danışıqlar dinlənildikdə 2 nəfərin, qadın səsi ilə danışan şəxsin özünü “Səidə” adı ilə, kişi səsi ilə danışan şəxsub özünü “İlqar” adı ilə təqdim etdiyi müəyyən edildi. Qadın səsi ilə danışan, özünü “Səidə” adı ilə təqdim edən şəxs 7 faylın hər birində oğurluq nəticəsində vurulmuş maddi ziyanı ödəmək üçün vaxt istədiyini bildirir. Danışıqların məzmunundan belə qənaətə gəlinir ki, özünü “Səidə” adı ilə təqdim edən şəxs vəd etdiyi tarixlərdə pulu ödəmədiyindən, özünü “İlqar” adı ilə təqdim edən şəxs fakt barəsində şikayət edəcəyini israrla bildirir. (i.v. 22) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2020-ci il tarixli 9/107 saylı məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş təzə vəziyyətdə olan 2 ədəd qadın paltoları 2020-ci ilin yanvar ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 1 ədəd tünd qəhvəyi rəngli, hər iki qolunda broşlar olan, yaxalığı samux xəzli, Türkiyə Respublikası istehsallı, “ESMERALDO” əmtəə nişanlı təzə qadın paltosunun qiymətini 650 manat dəyərində, 1 ədəd tünd mavi rəngli, hər iki qollarının ağzıda və boğazında zərli naxışlar olan, yaxalığı samux xəzli, Türkiyə Respublikası istehsallı, “MODA LARİSA” əmtəə nişanlı təzə qadın paltosunun qiyməti 600 manat müəyyən edilmişdir. Həmin malların ayrı-ayrılıqda adları və qiymətləri rəyin tədqiqi hissəsində göstərilmişdir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat təşkil edir. (i.v. 32-35) Maddi sübut kimi tanınma haqqında xx xxxx 2020-ci il tarixli qərarından görünür ki, Zərərçəkmiş şəxs təqdim etdiyi 1 ədəd tünd qəhvəyi rəngli, hər iki qolunda broşlar olan, yaxalığı samux xəzli, Türkiyə Respublikası istehsallı, “Esmeraldo” əmtəə nişanlı təzə qadın paltosu və 1 ədəd tünd mavi rəngli, hər iki qollarının ağzında və boğazında zərli naxışlar olan, yaxalığı samux xəzli, Türkiyə Respublikası istehsallı, “Moda Larisa” əmtəə nişanlı təzə qadın paltosu cinayət işi üzrə maddi sübut kimi tanınmış, işin məhkəmə həllinədək saxlanması üçün sahibi Zərərçəkmiş şəxs qaytarılmışdır. (i.v. 45) Zərərçəkmiş şəxs tərəfindən verilmiş xx xxxx 2020-ci il tarixli qəbzdən görünür ki, Zərərçəkmiş şəxs özünə məxsus 1 ədəd tünd qəhvəyi rəngli, hər iki qolunda broşlar olan, yaxalığı samux xəzli, Türkiyə Respublikası istehsallı, “Esmeraldo” əmtəə nişanlı təzə qadın paltosu və 1 ədəd tünd mavi rəngli, hər iki qollarının ağzında və boğazında zərli naxışlar olan, yaxalığı samux xəzli, Türkiyə Respublikası istehsallı, “Moda Larisa” əmtəə nişanlı təzə qadın paltosunu işin məhkəmə həllinə qədər saxlanması üçün qəbul etmişdir. (i.v. 48) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə xx.xx.2020-ci il tarixli cavabından və Ağdam Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 1(013)-23/2019 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1ci maddəsi ilə təqsirli bilinərək, qazancından 20 faizi dövlət nəfinə pul tutulmaqla qəti olaraq qazancından iyirmi faiz məbləğdə dövlət nəfinə pul tutulmaqla, 01 il 11 ay 24 gün müddətinə islah işləri cəzasına məhkum edilmişdir. (i.v. 56-57, 64-68) xx xxx 2020-ci il tarixli tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs xx xxx 2020-ci il tarixdə saxlanılaraq, Qaradağ RPİ-nin 10-cu PB-nə gətirilmişdir. (i.v.70) Şübhəli şəxsin tutulması haqqında xx xxx 2020-ci il tarixli qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx xxx 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. (i.v. 75, 84) Təqsirləndirilən şəxsin barəsində “həbs” növündə qətimkan tədbirinin seçilməsinə dair vəsatətin rədd edilməsi haqqında xx xxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “həbs” növündə qətimkan tədbiri seçilməsinə dair xx.xx.2020-ci il tarixli vəsatət rədd edilmiş, Təqsirləndirilən şəxs barəsində həbslə əlaqədar olmayan qətimkan tədbiri seçilməsi və saxlanıldığı Bakı şəhəri Qaradağ RPİ-nin müvəqqəti saxlama yerindən azad olunması qərara alınmışdır. (i.v. 125-127) Polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilməsi haqqında xx xxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. (i.v. 128-129) Sübutların qiymətləndirilməsi və cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında xx xxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 29, 177.1-ci maddəsi ilə yenidən ittiham elan edilmiş, təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilmədən qüvvəsində saxlanılmaqla nəzərə alınmış, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 179, 180.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayətlərin əlamətləri olmadığından barəsində həmin maddə ilə cinayət təqibinin başlanması rədd edilmiş, cinayət işi üzrə Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs, Şahid Cəlal qızının ifadələri, Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs üzləşdirmə protokolu, Zərərçəkmiş şəxs ifadəsinin yerində yoxlanması haqqında protokol, xx.xx.2020-ci il tarixli “Əşyanın götürülməsi və baxışın keçirilməsi haqqında” protokol, xx.xx.2020-ci il tarixli “CD diskin götürülməsi və baxışın keçirilməsi haqqında” protokol, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 9/107 nömrəli, xx.xx.2020-ci il tarixli rəyi, Bakı şəhəri Qaradağ RPİ-nin 10-cu PB-nin xx.xx.2020-ci il tarixli, 070-10105-1220 saylı məktubu cinayət işi üzrə sübut növü kimi tanınmış və cinayət işi materiallarında əlavə edilməsi nəzərə alınmışdır. Zərərçəkmiş şəxs məxsus 1 ədəd 600 manat dəyərində üstündə xırda qara rəngli nöqtələr olan ağ rəngli, yaxalığı və qollarının ağzında samux xəzli, ətəyi əyri kəsimli, Türkiyə Respublikası istehsallı, «Alberto Pantini» əmtəə nişanlı qadın paltosu, 1 ədəd 450 manat dəyərində qarar rəngli, yaxasın və qollarında qalşı naxışlı, yaxalığı samux xəzli, Türkiyə Respublikası istehsallı. «Moda Larisa» əmtəə nişanlı qadın paltosu, 1 ədəd 350 manat dəyərində mavi rəngli, yaxalığı və qollarının ağzı samux xəzli, Türkiyə Respublikası istehsallı, «Qarmoniya» əmtəə nişanlı qadın paltosu, 1 ədəd 400 manat dəyərində tünd boz rəngli, yaxalığı samux xəzli, Türkiyə Respublikası istehsallı, «Raffaello» əmtəə nişanlı qadın paltosu, 1 ədəd 450 manat dəyərində bənövşəyi rəngli, qısa qolu, qolları samux xəzli, üstündə əlcəklər olan, Türkiyə Respublikası istehsallı, «ESMİRALDO» əmtəə nişanlı qadın paltosu, 1 ədəd 600 manat dəyərində tünd göy rəngli, üstündə kapışon papaqlı, Türkiyə Respublikası istehsallı, «Dona Baqoni» əmtəə nişanlı qadın paltosu, 1 ədəd 450 manat dəyərində açıq qəhvəyi rəngli, qolları yun toxunuşlu, yaxalığı samux xəzli, Türkiyə Respublikası istehsallı, «Moda Larisa» əmtəə nişanlı qadın paltosu, 1 ədəd 350 manat dəyərində qara rəngli, yaxalığı yun toxunuşlu, üzərində kapişon papağı olan, ciblərinin ağzı və yaxası təbii dəri işləməli, Türkiyə Respublikası istehsallı, «ESMİRALDO» əmtəə nişanlı qadın paltosu, 1 ədəd 450 manat dəyərində tünd qəhvəyi rəngli, geniş yaxalıqlı, yaxalığı samux xəzli, Türkiyə Respublikası istehsallı, «KENT» əmtəə nişanlı qadın paltosu, 1 ədəd 400 manat dəyərində qara rəngli, geniş yaxalıqlı, yaxalığı və qollarını ağzı samux xəzli, Türkiyə Respublikası istehsallı, «Loreta» əmtəə nişanlı qadın paltosu, 1 ədəd 400 manat dəyərində ağ və qara rənglərin kombinə olunmuş toxunuşa malik, tivit materiallı, qolları və yaxalığı samux xəzli, yaxalığında qaşlı broş olan, Türkiyə Respublikası istehsallı, «Loreta» əmtəə nişanlı qadın paltosu, 1 ədəd 500 manat dəyərində tünd göy rəngli, üstündə təbii dəri işləmələri olan, yaxalığı və qolları samux xəzli, Türkiyə Respublikası istehsallı, «Loreta» əmtəə nişanlı qadın paltosu, 1 ədəd 1500 manat dəyərində qara rəngli, topuğa kimi uzunluqda, samux xəzli, CXR istehsallı, «NAFA» əmtəə nişanlı qadın şubası, 1 ədəd 330 manat dəyərində yaşıl qəhvəyi rəngli, qısaqol, yaxalığı samux xəzli, Türkiyə Respublikası istehsallı, «Rafoello» əmtəə nişanlı qadın paltosu, 1 ədəd 370 manat dəyərində ağıq sarı rəngli, yaxalığından ətəyinə kimi samux xəzli, Türkiyə Respublikası istehsallı, «Rosemary» əmtəə nişanlı qadın paltosu, 1 ədəd 430 manat dəyərində açıq bordo rəngli, geniş samux xəzli yaxalığı olan, qolları dirsək səviyyəsində, Türkiyə Respublikası istehsallı, «KENT» əmtəə nişanlı qadın paltosu, 1 ədəd 370 manat dəyərində üstündə xırda qara rəngli nöqtələr olan ağ rəngli, üstündə şırma və dəmir düymələr olan, samux xəzli yaxalıqlı, Türkiyə Respublikası istehsallı, «Moda Larisa» əmtəə nişanlı qadın paltosu, 1 ədəd 350 manat dəyərində qırmızı rəngli, yaxalığı qara rəngli samux xəzli, qolları toxunma, Türkiyə Respublikası istehsallı, «Rafaello» əmtəə nişanlı qadın paltosu, 1 ədəd 250 manat dəyərində tünd bordo rəngli, düyməsiz, önü kəmərlə bağlanan, İngilis yaxalıqlı, Türkiyə Respublikası istehsallı, «Baraca» əmtəə nişanlı qadın paltosu 2019-cu ilin dekabr ayı ərzində gizli olaraq Zərərçəkmiş şəxs icarə əsasında işlətdiyi Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində fəaliyyət göstərən «Sədərək» TM, «Elit» zonası, 1-ci bina, 10-cu korpus, 5 nömrəli mağazadan gizli olaraq talanmışdır. İstintaq yolu ilə və habelə keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində cinayəti törədən şəxs və ya şəxsləri, eləcə də talanmış əmlakı müəyyən etmək mümkün olmamışdır. İstintaq yolu ilə, habelə keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində cinayət törədən şəxs ya şəxsləri, eləcə də talanmış əmlakı müəyyən etmək mümkün olmamışdır. Hazırki cinayət işi materiallarından Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsi ilə ayrıca cinayət işi ayrılması və müstəqil icraata qəbul edilməklə istintaq edilməsi qərara alınmışdır. Cinayət işinin materiallarında əlavə edilmiş xx.xx.2020-ci il tarixli “Əşyanın götürülməsi və baxış keçirilməsi haqqında” protokol əsasında götürülmüş 1 ədəd tünd qəhvəyi rəngli, hər iki qolunda broşlar olan, yaxalığı samux xəzli, Türkiyə Respublikası istehsallı, “Esmeraldo” əmtəə nişanlı təzə qadın paltosu və 1 ədəd tünd mavi rəngli, hər iki qollarının ağzında və boğazında zərli naxışlar olan, yaxalığı samux xəzli, Türkiyə Respublikası istehsallı, “Moda Larisa” əmtəə nişanlı təzə qadın paltosunun maddi sübut kimi tanınması, işin məhkəmə həllinədək saxlanması üçün Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmışdır. (i.v. 138-151) Cinayət işi materiallarında olan Ağdam rayon İcra və probasiya şöbəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 123663/2019-6-1 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs Ağdam Rayon Məhkəməsinin 1(013)-23/2019 saylı, xx.xx.2019-cu il tarixli hökmü ilə ona təyin edilmiş qazancından 20% məbləğində dövlət nəfinə pul tutulmaqla 01 il 11 ay 24 gün müddətinə islah işləri cəzasını çəkməmişdir. Məhkəməyə təqdim edilmiş və cinayət işi materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs tərəfindən verilmiş ərizədən görünür ki, zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayət və tələbinin olmadığını nəzərə alaraq, ona yüngül cəza verilməsini xahiş etmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 1(002)-13/2021 saylı, xx xxxxxx 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilmiş və axtarış elan edilərək tutulması, tutulduqdan sonra isə saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına göndərilməsi qərara alınmışdır. Axtarışda olan şəxsin tutulması barədə xx xxxxxx 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2021-ci il tarixdə tutulmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanası tərəfindən verilmiş xx xxxxxx 2021-ci il tarixli, xx/xx-1081 saylı məktubdan görünür ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs xx xxxxxx 2021-ci il tarixdə Qaradağ RPİ-nin CAŞ-nin əməkdaşları tərəfindən tutularaq xx xxxxxx 2021-ci il tarixdə Bakı İstintaq Təcridxanasına gətirilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidin məhkəmədə səsləndirdiyi və iş materiallarında olan ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama — üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29-cu maddəsinə görə bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməl (hərəkət və ya hərəkətsizlik), şəxsin iradəsindən asılı olmayan səbəblərə görə başa çatdırılmamışdırsa, cinayət etməyə cəhd hesab olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 177.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 63.3-cü maddəsinə əsasən cinayət etməyə cəhdə görə cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində başa çatmış cinayətə görə müəyyən edilmiş daha ciddi cəza növünün yuxarı həddinin dörddə üçündən çox ola bilməz. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Təqsirləndirilən şəxs cəza təyin edərkən, məhkəmə törədilmiş cinayətin xarakterini, yəni cinayətin qəsdən törədilməsini, həmin cinayətin ictimai təhlükəlilik dərəcəsini, yəni Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.2-ci maddəsinə əsasən, həmin cinayətin böyük ictimai təhlükə törətməyən cinayətlər sırasına aid edilməsini, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına, ailəsinin həyat şəraitinə təsirini və Azərbaycan Respublikası CM-nin 63.3-cü maddəsinin tələblərini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq çəkməsini (CM-59.2), zərərçəkmiş şəxslə barışıq əldə etməsini (CM-59.1.12) nəzərə alır və onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Eyni zamanda məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs həm məhkəməyədək icraat dövründə, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini boynuna alması onun şəxsiyyətini müsbət səciyyələndirən hal kimi nəzərə alınmalıdır. Cinayət işi materiallarından görünür ki, Təqsirləndirilən şəxs Ağdam Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 1(013)-23/2019 saylı hökmü ilə ona təyin edilmiş qəti olaraq qazancından iyirmi faiz məbləğdə dövlət nəfinə pul tutulmaqla, 01 il 11 ay 24 gün müddətinə islah işləri cəzasını çəkməmiş, məhkumluğu ödənilməmişdir. Təqsirləndirilən şəxs cəzasını çəkməmiş və məhkumluğu ödənilməmiş yenidən qəsdən cinayət törətsə də, lakin ona azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin edildiyindən məhkəmə hesab edir ki, bu hal Cinayət Məcəlləsinin 18.4-cü maddəsinin mənası baxımından cinayətlərin residivini yaratmadığından onun əməlində cəzanı ağırlaşdıran hallar mövcud deyildir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4 və 18.4.4-cü maddələrinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran (müəyyən edilməmişdir) hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Bu baxımdan məhkəmə Təqsirləndirilən şəxs barəsində onun təqsirli bilindiyi Cinayət Məcəlləsinin 29, 177.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsini CM-nin 41.2-ci maddəsində nəzərdə tutulmuş cəzanın məqsədlərini təmin etmək üçün kifayət etdiyi qənaətinə gəlir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1-ci maddəsinə əsasən yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2-ci maddəsinə əsasən elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3-ci maddəsinə əsasən məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4-ci maddəsinə əsasən müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin: 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. 51-3.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə müvafiq vəzifələrinin qoyulmasını zəruri hesab edir. Cinayət işi materiallarından görünür ki, Təqsirləndirilən şəxs Ağdam Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 1(013)-23/2019 saylı hökmü ilə ona təyin edilmiş qəti olaraq qazancından iyirmi faiz məbləğdə dövlət nəfinə pul tutulmaqla, 01 il 11 ay 24 gün müddətinə islah işləri cəzasını çəkməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Həmin Məcəllənin 68.3 və 68.3.1-ci maddələrinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən islah işlərinin iki günü azadlığın məhdudlaşdırılmasının bir gününə bərabər tutulur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2003-cü il 25 iyun tarixli 4 saylı qərarına görə, Cinayət Məcəlləsinin 66.5 və 67-ci maddələrinə uyğun təyin olunmuş qəti cəzanın çəkilmə müddəti sonuncu iş üzrə məhkəməyə qədər qətimkan tədbiri və ya tutma qaydasında həbsdə olma müddəti də nəzərə alınmaqla axırıncı hökmün çıxarıldığı gündən hesablanır. Təqsirləndirilən şəxsə hazırki hökm üzrə azadlığın məhdudlaşdırılması cəzası təyin edildiyindən, Ağdam Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 1(013)-23/2019 saylı hökmü ilə təyin edilmiş islah işləri növündə cəzanın 2 günü azadlığın məhdudlaşdırılması cəzasının 1 gününə bərabər tutulmaqla hesablanmalı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 177.1-ci maddəsi üzrə təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzası ilə qismən birləşdirilərək ona qəti cəza təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 177.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş alternativ cəza növlərindən azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, onun ibtidai istintaq dövründə xx xxx 2020-ci il tarixdən xx xxx 2020-ci il tarixədək tutma altında saxlanıldığı 02 gün müddət, xx xxxxxx 2021-ci il tarixdən hal-hazıradək həbsdə saxlanıldığı 21 gün, cəmi 23 gün müddət nəzərə alınmalı (CPM-158.2.1), ona Ağdam Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 1(013)-23/2019 saylı hökmü ilə təyin olunmuş və çəkilməmiş qazancının 20 faizi dövlət nəfinə tutulmaqla 01 il 11 ay 24 gün müddətinə islah işləri cəzası 1 gününə islah işlərinin 2 günü bərabər tutulmaqla hazırki hökmlə təyin edilmiş cəzaya qismən birləşdirilərək, qəti cəza təyin edilməli ( CM-67.1, 68.3.1), islah olunmasını sübut etmək məqsədilə onun üzərinə; yaşadığı Ağdam rayonu Quzanlı qəsəbəsindəki ünvanını hər gün gecə saat 23:00-dan növbəti gün səhər saat 06:00-dək, habelə gün ərzində Ağdam rayonunun ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı (CM-52- 1), təyin olunmuş cəzanın icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ağdam rayon İcra və Probasiya Şöbəsinə həvalə olunmalı (CİM 15.5-1), Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri ləğv olunmalı, o dərhal məhkəmə iclas zalından həbsdən azad edilməli və hökm qanuni qüvvəyə minənədək barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilməli, iş üzrə maddi sübut 1 ədəd tünd qəhvəyi rəngli, hər iki qolunda broşlar olan, yaxalığı samux xəzli, Türkiyə Respublikası istehsallı, “Esmeraldo” əmtəə nişanlı təzə qadın paltosu və 1 ədəd tünd mavi rəngli, hər iki qollarının ağzında və boğazında zərli naxışlar olan, yaxalığı samux xəzli, Türkiyə Respublikası istehsallı, “Moda Larisa” əmtəə nişanlı təzə qadın paltosunun Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalı (CPM-132), ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 29, 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, Cinayət Prosessual Məcəlləsinin: 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir; 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir; “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin x xxxxxx 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş ibtidai istintaq dövründə dövlət hesabına göstərilən hüquqi yardım barədə hesabatdan görünür ki, müdafiəçi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi işə qoşularaq ibtidai istintaq dövründə 40 (qırx) iş saatı cinayət işi üzrə Təqsirləndirilən şəxs hüquqi yardım göstərmişdir. Həmçinin məhkəmə baxışında işə qoşularaq məhkəmə istintaq dövründə 40 (qırx) iş saatı cinayət işi üzrə Təqsirləndirilən şəxs hüquqi yardım göstərmişdir. Odur ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı və məhkəmədə göstərilmiş ümumilikdə 80 (səksən) iş saatı hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 480 (dörd yüz səksən) manat məbləğində pul Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından işlədikləri Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 177.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx xxx 2020-ci il tarixdən xx xxx 2020-ci il tarixədək tutma altında, xx xxxxxx 2021-ci il tarixdən xx xxxx 2021-ci il tarixədək həbsdə saxlanıldığı cəmi 23 (iyirmi üç) gün müddət bir günə iki gün hesabı ilə hesablanaraq 01 (bir) ay 16 gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulsun və təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti olaraq 01 (bir) il 04 (dörd) ay 14 (on dörd) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Ağdam Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 1(013)- 23/2019 saylı hökmü ilə təyin olunmuş və çəkilməmiş qalan qazancının 20 faizi dövlət nəfinə tutulmaqla 01 (bir) il 11 (on bir) ay 24 (iyirmi dörd) gün müddətinə islah işləri növündə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.3.1-ci maddəsinin tələbləri baxımından azadlığın məhdudlaşdırılması cəzasının bir gününə islah işlərinin 2 günü bərabər tutulmaqla 11 (on bir) ay 27 (iyirmi yeddi) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına hesablansın, hazırki hökmlə təyin edilmiş cəzaya qismən birləşdirilsin, onun üzərində qəti olaraq 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə; yaşadığı Ağdam rayonu Quzanlı qəsəbəsindəki ünvanını gün ərzində saat 23:00-dan 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Ağdam rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının icrası daimi yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ağdam rayon icra və probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin və o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilsin. Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilsin və həmin qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut – 1 ədəd tünd qəhvəyi rəngli, hər iki qolunda broşlar olan, yaxalığı samux xəzli, Türkiyə Respublikası istehsallı, “Esmeraldo” əmtəə nişanlı təzə qadın paltosu və 1 ədəd tünd mavi rəngli, hər iki qollarının ağzında və boğazında zərli naxışlar olan, yaxalığı samux xəzli, Türkiyə Respublikası istehsallı, “Moda Larisa” əmtəə nişanlı təzə qadın paltosunun Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri – 50 (əlli) manat pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı və məhkəmədə göstərilmiş ümumilikdə 80 (səksən) iş saatı hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 480 (dörd yüz səksən) manat məbləğində pul Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından işlədikləri Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: İslam Həsənov
Məhkəmə qərarları › İş №1(002)-13/2021
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-13/2021
16.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver