Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-13/2024 28.02.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Dadaşova Şəfa Əliövsət qızının sədrliyi, Məmmədova Ülviyyə Nizami qızının katibliyi, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx.xx.1980-ci ildə Salyan rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli (himayəsində bir yetkinlik yaşına çatmayan və iki azyaşlı uşağı olan), fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Salyan rayonu, Qarabağlı kəndində yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş və Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək dələduzluq etmiş, həmçinin etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Belə ki, o, etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə tanışı Zərərçəkmiş şəxs1 oğlu, X6 və qızı X3 “Azfen” şirkətində işə düzəltmək adı ilə yalandan vəd verib, onunla razılaşmaqla sövdələşərək 15 yanvar 2023-cü il tarixdə saat 17 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, S.Orucov küçəsi 14 saylı binanın yaxınlığında 5000 manat məbləğində pul vəsaitini aldatma və etibarından suiistifadə etmə yolu ilə ələ keçirərək zərərçəkmiş şəxsə ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə müştəri qismində ona müraciət etmiş Zərərçəkmiş şəxs2 üçün Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Xəqani küçəsində iki mərtəbəli ev tikəcəyi barədə yalandan vəd verib, onunla razılaşmaqla sövdələşərək, vahid niyyətlə əhatə olunmuş qəsdlə xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərdə Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Alim Şəbiyev küçəsində yerləşən ev alqı-satqı ofisində və Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində fəaliyyət göstərən “Səma” şadlıq sarayının yaxınlığında 8000 və 1000 manat əldə edilməsinə nail olmaqla, ümumilikdə Zərərçəkmiş şəxs2 məxsus 9000 (doqquz min) manat məbləğində pul vəsaitini aldatma və etibarından sui-istifadə etmə yolu ilə ələ keçirərək zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilmiş, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, təxminən 2022-ci ilin yanvar ayının əvvəllərində Lökbatan qəsəbəsində olan zaman Zərərçəkmiş şəxs1 adlı şəxs ilə meyvətərəvəz dükanında tanış olmuş və söhbət əsnasında Zərərçəkmiş şəxs1 ondan övladlarını işə düzəltməsini xahiş etmişdir. O da onun övladlarını “Azfen” adlı şirkətə işə düzəldə biləcəyini bildirmiş və Zərərçəkmiş şəxs1 6000 manat pul istəmiş, ilkin olaraq 5000 manatı Zərərçəkmiş şəxs1 işlədiyi meyvə-tərəvəz mağazasında almış, qalan 1000 manatı isə Zərərçəkmiş şəxs1 övladları işə düzəldikdən sonra verilməsi barədə razılaşmışlar. Zərərçəkmiş şəxs1 övladlarının sənədlərini müvafiq yerlərə təqdim etmiş, işlər biraz uzandıqda Zərərçəkmiş şəxs1 verdiyi pulu tələb etmiş, o da Nadirdən aldığı 5000 manatı geri qaytarmışdır. Təxminən 2022-ci ilin may ayının ortalarında Lökbatan qəsəbəsində ev alğı-satqısı ilə məşğul olan tanışı vasitəsilə Zərərçəkmiş şəxs2 ilə tanış olmuş və həmin xanımın Lökbatan qəsəbəsində ucuz qiymətə ev istədiyini öyrənmişdir. Söhbətdən sonra Lökbatan qəsəbəsi, 233 nömrəli tam orta məktəbin üst hissəsində 2 mərtəbəli, 4 otaqlı tam təmirli evin inşa edilməsi üçün 35000 manata razılaşmışlar. Zərərçəkmiş şəxs2 üçün inşa edəcəyi ev Şahid2 həyətində olduğundan o, Şahid2 həyətini göstərmişdir. Zərərçəkmiş şəxs2 ilə razılaşdıqdan sonra ona həmin gün 8000 manat verərək qalan pulun hər ay ***-**** manat olmaqla hissə-hissə ödənilməsi barədə razılıq əldə etmişlər. Tikinti işləri davam edərkən Zərərçəkmiş şəxs2 əlavə olaraq Lökbatan qəsəbəsində ona 1000 manat da vermişdir. O, evi Şahid2 adına olan torpaq sahəsində inşa etmişdir. Bir müddət keçdikdən sonra Zərərçəkmiş şəxs2 qızı ilə birlikdə gəlib ona evin yolunun uzaq olduğunu, bəyənmədikləri üçün evi istəmədiklərini demiş və pulunu geri istəmişdir. O isə pulu olmadığından qaytara bilməmiş, həmin evi satıb pulunu verəcəyi barədə razılaşmışlar. Həmin ərəfədə o, Zərərçəkmiş şəxs2 üçün inşa etdiyi iki mərtəbəli evə müəyyən xərc çəkdiyi üçün sonuncudan aldığı 9000 manatı geri qaytara bilməmişdir. O, heç kəsi aldatmaq niyyəti olmadığını, Zərərçəkmiş şəxs1 5000 manat pulu ödədiyini, Zərərçəkmiş şəxs2 isə ödəniş edəcəyini bildirmişdir. Təqsirləndirilən şəxs vurduğu ziyanı ödəyəcəyini, himayəsində bir yetkinlik yaşına çatmayan və iki azyaşlı uşağının olmasını nəzərə alaraq ona yüngül cəza verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, iş materiallarında olan sənədlər və işin digər halları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, o, 2022-ci ilin yanvar ayının əvvəllərində fərdi şəkildə işlədiyi mağazada olan zaman Təqsirləndirilən şəxs ona yaxınlaşaraq inşa etdiyi evləri satmaqla məşğul olduğunu və yaşadığı ərazidə boş yerlər olarsa xəbər etməsini demişdir. Bundan sonra Təqsirləndirilən şəxs bir neçə dəfə həmin yerə gəlib-getmiş və onların arasında münasibət yaranmışdır. Söhbət zamanı o, Təqsirləndirilən şəxs oğluna və qızına iş axtardığını demişdir. Bu zaman Təqsirləndirilən şəxs “Azfen” şirkətində tanışları olmasını, həmin tanışları vasitəsilə onun oğlunu və qızını işə düzəldə biləcəyini demişdir. Təqsirləndirilən şəxs bunun müqabilində ondan 6000 manat pul istəmiş, o isə Təqsirləndirilən şəxs hazırda 5000 manat verə biləcəyini, qızı işə düzəldikdən sonra 1000 manat da əlavə verəcəyini demiş və razılaşmışlar. 15 yanvar 2022-ci il tarixdə saat 17 radələrində arvadı X2 yanında Təqsirləndirilən şəxs 5000 manat pul vermişdir. 2022-ci ilin mart ayının əvvəllərində o, Təqsirləndirilən şəxs onu aldatdığını başa düşmüş və pulunu qaytarmasını tələb etməyə başlamışdır. 2022-ci ilin may ayında Təqsirləndirilən şəxs çağırıb söhbət etdikdən sonra sonuncu ona 3000 manat, həmin ilin yay aylarında isə 1500 manat pul qaytarmışdır. Lakin, bundan sonra çoxsaylı tələblərinə baxmayaraq, Təqsirləndirilən şəxs onun qalan pulunu qaytarmamış, o, da öz növbəsində Təqsirləndirilən şəxs tərəfindən məruz qaldığı dələduzluq hərəkətləri barədə polisə müraciət etmişdir. Təqsirləndirilən şəxs bu hərəkətləri nəticəsində o və arvadı keçirdikləri ciddi iztirab nəticəsində xəstələnmişlər, arvadı insult keçirmiş, oğlunun isə ailəsi dağılmışdır. Müalicə xərclərinə 15000 manat sərf olunmuşdur. Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs şikayətçi olduğunu və müalicə xərclərinin ödənilməsini tələb etdiyini, əks təqdirdə ona ən ağır cəzanın verilməsini xahiş etdiyini bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, o, iki qızı üçün Bakı şəhərində ev inşa etdirmək qərarına gələrək ev alğı-satqısı ilə məşğul olan yerləri gəzməyə başlamış və Lökbatan qəsəbəsində yerləşən “Dəniz Palace” şadlıq sarayının yaxınlığında ev alğı-satqısı ilə məşğul olan ofis görmüş və oraya getmişdir. Ofisdə onları Arif adlı şəxs qarşılamış və danışıqlarından sonra ona köməklik edə biləcəyini demiş və zəng edərək Təqsirləndirilən şəxs onların yanına çağırmışdır. O, Təqsirləndirilən şəxs ilə danışmış, sonuncu ona köməklik edə biləcəyini demişdir. Sonra o, qızı və Təqsirləndirilən şəxs ilə birlikdə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində olan 233 nömrəli məktəbin yaxınlığına gəlmiş, orada Təqsirləndirilən şəxs ona boş torpaq sahəsini göstərərək orada 3 ədəd ev inşa edəcəyini, həmin evlərdən birini ona verəcəyini demiş və onlar ofisə geri qayıtmışlar. Ofisdə Təqsirləndirilən şəxs onun üçün inşa edəcəyi evin 35000 manata ərsəyə gələcəyini demişdir. O, xx.xx.2022-ci il tarixdə saat 12 radələrində Lökbatan qəsəbəsində yerləşən “Dəniz Palace” şadlıq sarayının yaxınlığında Arifə məxsus ofisdə qızı Ceyhunənin yanında Təqsirləndirilən şəxs 8000 manat pul vermişdir. Orada Arif ona müqavilə yazdırmışdır. Həmin müqavilənin şərtlərinə görə Təqsirləndirilən şəxs ona 35000 manat dəyərində ev inşa etməli, o, ilkin ödəniş kimi Təqsirləndirilən şəxs 8000 manat pul verməli və hər ay 600 manat pul ödəməli idi. Həmin müqaviləni o, Arif və Təqsirləndirilən şəxs imzalamışlar, Təqsirləndirilən şəxs Arifə vasitəçilik etdiyi üçün 400 manat pul vermişdir. O, 2022-ci ilin iyun ayında Bakı şəhərinə gəlmiş və Təqsirləndirilən şəxs zəng etmiş, Təqsirləndirilən şəxs öz avtomobili ilə gəlib onu götürmüş və Lökbatan qəsəbəsi Xəqani küçəsində yarım tikili evi göstərib, həmin evi onun üçün inşa etdiyini demişdir. O, Təqsirləndirilən şəxs evin sənədlərinin təqdim edilməsini tələb etdikdə sonuncu ona evin damı vurulduqdan sonra sənədləri təqdim edəcəyini demişdir. Bir müddət sonra Təqsirləndirilən şəxs ona zəng edərək, ona göstərdiyi evi satdığını və yanında başqa torpaqda ev inşa edəcəyini demişdir. 12 iyul 2022-ci il tarixdə o, yenidən Bakı şəhərinə gəlmiş və Təqsirləndirilən şəxs ilə əlaqə saxlayaraq evin inşaat işlərinin tez yekunlaşdırılmasını xahiş etmişdir. Həmin gün saat 17 radələrində Təqsirləndirilən şəxs onun qızlarının Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, “Səma” şadlıq sarayının yaxınlığında kirayə yaşadığı evə gəlmişdir. Orada o, Təqsirləndirilən şəxs əlavə olaraq 1000 manat da pul vermişdir. Bir müddət sonra Təqsirləndirilən şəxs ona ev üçün torpaq tökdüklərini və gəlib baxmağını demişdir. O, qızı Ceyhunə ilə birlikdə Lökbatan qəsəbəsi ərazisində gözləsə də Təqsirləndirilən şəxs onlarla görüşə gəlməmiş, Qaradağ rayonunda olmadığını demişdir. Onlar parkın ərazisində olarkən Təqsirləndirilən şəxs də orada gəzdiyini görmüşlər. Həmin vaxt o, Təqsirləndirilən şəxs onu aldatdığını başa düşmüş, bu səbəbdən pulunu geri istəməyə başlamışdır. Təqsirləndirilən şəxs ona müxtəlif bəhanələr gətirərək, pulu tezliklə verəcəyini demiş, lakin hazırki vaxta qədər heç bir ödəniş etməmişdir. Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs şikayətçi olduğunu və pulunun ödənilməsini tələb etdiyini, əks təqdirdə ona ən ağır cəzanın verilməsini xahiş etdiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs2 onun anasıdır. O, bacısı ilə Bakı şəhərində yaşadıqları üçün anası onlar üçün ev inşa etdirmək qərarına gəlmişdir. Bu səbəbdən onlar ev alğı-satqısı ilə məşğul olan yerləri gəzməyə başlamış və Lökbatan qəsəbəsində “Dəniz Palace” şadlıq sarayının yaxınlığında yerləşən ev alğı-satqısı ilə məşğul olan ofisə gəlmişlər. Danışıqlardan sonra orada işləyən Arif adlı şəxs mobil telefonu ilə bir nəfər şəxsə zəng etmiş və bir müddət sonra Təqsirləndirilən şəxs onların yanına gəlmişdir. Anası Təqsirləndirilən şəxslə danışmış, o da anasına köməklik edə biləcəyini demişdir. Sonra o, anası və Təqsirləndirilən şəxs birlikdə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində olan 233 nömrəli məktəbin yaxınlığına gəlmiş, orada Təqsirləndirilən şəxs onlara boş torpaq sahəsini göstərmiş, orada inşa edəcəyi 3 evdən birini onlara verəcəyi barədə razılaşdıqdan sonra bərabər Arif adlı şəxsin ofisinə geri qayıtmışlar. Orada Təqsirləndirilən şəxs onlara həmin evi 35000 manata inşa edəcəyini, xx.xx.2022-ci il tarixdə Lökbatan qəsəbəsində Arif adlı şəxsə məxsus ofisdə həmin şəxsin və onun yanında anası Təqsirləndirilən şəxs 8000 manat pul vermişdir. Orada Arif adlı şəxs müqavilə hazırlamış və anası, Təqsirləndirilən şəxs, Arif adlı şəxs də daxil olmaqla həmin kağızı imzalamışlar. Həmin razılaşmanın şərtlərinə görə Təqsirləndirilən şəxs onlar üçün 35000 manat dəyərində ev inşa etməli, anası isə ilkin ödəniş kimi 8000 manat, hər ay isə 600 manat pul ödəməyi öhdələrinə götürmüşlər. Təqsirləndirilən şəxs Arif adlı şəxsə vasitəçilik etdiyi üçün 400 manat pul vermişdir. 2022-ci ilin iyun ayında Zərərçəkmiş şəxs2 Bakı şəhərinə gəlmiş və Təqsirləndirilən şəxs zəng etmiş, sonuncu onların kirayə yaşadıqları evə gəlmiş, anasını götürmüş, bərabər Lökbatan qəsəbəsi ərazisində Xəqani küçəsində yarım tikili evi göstərmişdir. Anası Təqsirləndirilən şəxs həmin evin sənədləşdirilməsini istədikdə o, evin damı vurulduqdan sonra sənədləşdirəcəyini demişdir. Bir müddət sonra Təqsirləndirilən şəxs anasına zəng edərək, onlara göstərdiyi evi satdığını və yanında başqa torpaqda ev inşa edəcəyini demişdir. 12 iyul 2022-ci il tarixdə anası yenidən Bakı şəhərinə gəlmiş, Təqsirləndirilən şəxslə əlaqə saxlayaraq evin inşaat işlərinin tez yekunlaşdırılmasını xahiş etmiş, həmçinin eyni gündə sonuncuya əlavə 1000 manat pul vermişdir. Bir müddət sonra Təqsirləndirilən şəxs anası Zərərçəkmiş şəxs2 evin inşaat işlərinə başladıqlarını demiş və onları oraya baxmağa dəvət etmişdir. Anası ilə birlikdə Lökbatan qəsəbəsi ərazisində gəsələr də Təqsirləndirilən şəxs gəlməmiş, onlara Qaradağ rayonunda olmadıqlarını demişdir. Lakin, onlar parkın ərazisində gəzərkən Təqsirləndirilən şəxs də orada olduğunu görmüşlər, anası həmin vaxt sonuncu tərəfindən aldanıldığını başa düşmüş, pulunu geri istəməyə başlamış, Təqsirləndirilən şəxs isə müxtəlif bəhanələrlə pulu geri qaytarmaqdan yayınmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 və Şahid2, ibtidai istintaq dövründə Şahid3 ifadələrində Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 arasında baş vermiş hadisədən məlumatsız olduqlarını qeyd etsələr də, özlərinin Təqsirləndirilən şəxs tərəfindən etibarlarından sui istifadə edilməklə aldanıldıqlarını, pullarının mənimsənildiyini bu barədə hüquq mühafizə orqanına müraciət etdiklərini bildirmişlər. Cinayət işinin 1-ci cildinin 1-2-ci vərəqələrində olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, fakta görə CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə ********* nömrəli cinayət işi başlanmışdır. Cinayət işinin 1-ci cildinin 84-cü vərəqəsində olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs2 zərərçəkmiş şəxs qismində tanınmışdır. Cinayət işinin 1-ci cildinin 100-cü vərəqəsində olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs1 zərərçəkmiş şəxs qismində tanınmışdır. Cinayət işinin 1-ci cildinin 142-ci vərəqəsində olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilərək tutulduqda Qaradağ RPİnin MSY-nə yerləşdirilməsi qərara alınmışdır. Cinayət işinin 1-ci cildinin 144-cü vərəqəsində olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs tutulub istintaqa təqdim edilənədək icraat dayandırılmışdır. Cinayət işinin 1-ci cildinin 149-150-ci vərəqələrində olan xx.xx.2023-cü il tarixli məktubdan və tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin gün saat 17:05-də könüllü olaraq Qaradağ RPİ-nin 10-cu PB-nə gəlmiş və tutularaq Qaradağ RPİ-nin MSY-nə yerləşdirilmişdir. Cinayət işinin 1-ci cildinin 152-ci vərəqəsində olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə icraat təzələnmişdir. Cinayət işinin 1-ci cildinin 157-ci vərəqəsində olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs iş üzrə şübhəli şəxs qismində iştirakından azad edilmiş, barəsində şübhəli şəxs qismində tutulması haqqında seçilmiş qətimkan tədbiri ləğv edilmişdir. Cinayət işinin 1-ci cildinin 164-cü vərəqəsində olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə cinayət əməli törətmiş şəxsin (şəxslərin) müəyyən edilməsi üçün əməliyyat axtarış tədbirləri davam etdirilməsi üçün icraat dayandırılmışdır. Cinayət işinin 1-ci cildinin 166-cı vərəqəsində olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə icraat təzələnmişdir. Cinayət işinin 1-ci cildinin 191-192-ci vərəqələrində olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 1-ci cildinin 194-196-cı vərəqələrində olan xx.xx.2023-cü il tarixli ərizədən və protokollardan görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 4500 manat qaytardığından borclu qaldığı 500 manatı istintaqa təqdim etmiş və 500 manat məbləğində pul X5 təhvil verilmişdir. Cinayət işinin 1-ci cildinin 220-221-ci vərəqələrində olan xx.xx.2023-cü il tarixli və məhkəmə tərəfindən sonradan əldə edilmiş xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən təqdim olunmuş tələbnamədən, cinayət işinin 225-229-cu vərəqələrində olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmündən və məhkəmə elektron sistemindən çıxarılmış çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CMnin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına, CM-nin 188.2-ci maddəsi ilə təqsirli bilinərək 01 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, CM-nin 66.2-ci maddəsinə əsasən ona təyin edilmiş cəzalar qismən toplanılmaqla 03 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına, CM-nin 69.3-cü maddəsinə əsasən qəti olaraq 03 il 04 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəza çəkmə müddətinin əvvəli xx.xx.2018-ci il tarixdən hesablanmış və o, xx.xx.2021-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Həmçinin, iş materiallarına əlavə edilmiş Səbail RPİ-nin xx.xx.2023-cü il tarixli cinayət işinin ərazi aidiyyəti üzrə göndərilməsi haqqında qərarından görünür ki, ********* nömrəli CM-nin 178.1-ci maddəsi ilə başlanmış cinayət işi xx.xx.2023-cü il tarixdə ərazi aidiyyəti üzrə Qaradağ RPİ-nə göndərilmişdir. Cinayət işinin 1-ci cildinin 230-cu vərəqəsində olan şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, xx.xx.2008-ci il tarixdə doğulmuş Güllü Nuriyevanın, xx.xx.2010cu il tarixdə doğulmuş Nuray Nuriyevanın və xx.xx.2012-ci il tarixdə doğulmuş Müdafə Nuriyevin atası Təqsirləndirilən şəxsdur. Cinayət işinin 1-ci cildinin 243-244-cü vərəqələrində olan xx.xx.2023-cü il tarixli təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə yenidən ittiham elan edilmişdir. (16:05) Cinayət işində olan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə iclasları dövründə Təqsirləndirilən şəxs dəfələrlə məhkəmə iclaslarına rəsmi qaydada dəvət edilməsinə, barəsində məcburi gətimə barədə qərar çıxarılmasına baxmayaraq, məhkəmə iclasına gəlmədiyindən və iştirakı təmin edilmədiyindən xx.xx.2023-cü il tarixli məhkəmə iclasında təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş və iş üzrə icraat dayandırılmışdır. Bakı şəhəri Qaradağ RPİ-nin 10-cu PŞ tərəfindən Təqsirləndirilən şəxs xx.xx.2024cü il tarixdə saat 15:00-da tutulmuş və həmin gün məhkəməyə təhvil verilmiş, elə həmin gün iş üzrə icraat saat 16:00-da təzələnmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilərək barəsində həbs qətimkan tədbiri seçilmiş və o, məhkəmə iclas zalından həbsə alınmışdır. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün, zərərçəkmiş şəxslərin və şahidlərin məhkəmə iclasında verdikləri ifadələri, iş materiallarında olan digər sübutlarla onun etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə cinayətini təkrar və xeyli miqdarda ziyan vurmaqla törədilməklə dələduzluq etməsi tamamilə sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə tövsif edilməli və o, həmin maddələrinin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrinə əsasən dələduzluq təkrarən və xeyli miqdarda ziyan vurmaqla törədildikdə dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 1-ci bəndində məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törədən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs himayəsində bir yetkinlik yaşına çatmayan və iki azyaşlı uşağının olmasını, Zərərçəkmiş şəxs1 5000 manat məbləğində pulun ödənilməsini cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivinin olmasını cəzanı ağırlaşdıran hal kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində-onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluğu olmayan hesab edilir. Belə ki, Təqsirləndirilən şəxs sonuncu dəfə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.4, 188.2ci maddələri ilə təqsirli bilinmiş, həmin məcəllənin 66.2 və 69.3-cü maddələrinə əsasən qəti olaraq 03 il 04 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2021-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs hazırki cinayət əməlini iki il keçmədən, yəni xx.xx.2022-ci il tarixdə törətmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, ağırlaşdırıcı və yüngülləşdirici halları, habelə cəzanın fərdiləşdirilməsi prinsipini, şəxsin əvvəllər məhkum olunmasına baxmayaraq islah olunmamasını və yenidən cinayət törətməsini, zərərçəkmiş şəxsə vurulmuş zərərin ödənilməsində heç bir səy göstərməməsi hallarını, təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona həmin cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, onun ibtidai istintaq zamanı xx.xx.2023-cü il tarixdə saat 17:05-də tutularaq Qaradağ RPİ-nin MSY-nə təqdim edildiyi gün bir gün kimi və onun məhkəmə istintaqı zamanı xx.xx.2024-cü il tarixdə saat 15:00-da tutularaq məhkəmədə icraatın təzələndiyi saat 16:00-a qədərki müddət bir gün kimi nəzərə alınmaqla CM-nin 69.3-cü maddəsinə əsasən cəzadan çıxılmaqla ona qəti cəza təyin edilməli, həmin Məcəllənin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs azadlığı faktiki olaraq xx.xx.2024-cü il tarixdən məhdudlaşdırıldığından, sonuncunun cəzaçəkmə müddətinin əvvəli də həmin vaxtdan hesablanmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2008-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Cinayət işinin materiallarına əlavə edilmiş ibtidai istintaq dövründə dövlət hesabına göstərilən hüquqi yardım barədə hesabatdan görünür ki, müdafiəçi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X7 işə qoşularaq ibtidai istintaq dövründə 43 (qırx üç) iş saatı cinayət işi üzrə Təqsirləndirilən şəxs hüquqi yardım göstərmişdir. Həmçinin məhkəmə baxışında müdafiəçi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi işə qoşularaq məhkəmə istintaq dövründə 40 (qırx) iş saatı cinayət işi üzrə Təqsirləndirilən şəxs hüquqi yardım göstərmişdir. Odur ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərilmiş 43 (qırx üç) iş saatı hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X4 258 (iki yüz əlli səkkiz) manat məbləğində və məhkəmə istintaq dövründə göstərilmiş 40 (qırx) iş saatı hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 240 (iki yüz qırx) manat məbləğində pul Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından işlədikləri Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə maddi sübut, mülki iddia və xüsusi müsadirə ediləcək yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Şərh olunanlara və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq və məhkəmə istintaqı zamanı tutulduğu 02 (iki) gün müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hazırkı hökmlə təyin olunmuş cəzadan çıxılsın və ona qəti olaraq 02 il 11 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 31 yanvar 2024-cü il tarixdən hesablansın. İş üzrə maddi sübut, mülki iddia və xüsusi müsadirə ediləcək əmlak yoxdur. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərilmiş 43 (qırx üç) iş saatı hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X4 258 (iki yüz əlli səkkiz) manat məbləğində və məhkəmə istintaq dövründə göstərilmiş 40 (qırx) iş saatı hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 240 (iki yüz qırx) manat məbləğində pul Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından işlədikləri Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən, elan olunduğu andan, həbsdə saxlanılan məhkum isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm ondan apelyasiya şikayəti və ya protesti verilmədiyi halda, məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Şəfa Dadaşova
Məhkəmə qərarları › İş №1(002)-13/2024
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-13/2024
28.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver