Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-130/2021 04.03.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həsənov İslam Telman oğlunun sədrliyi, Mustafayeva Zeynəb Əbülfət qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi – Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1990-cı ildə Zaqatala şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində bir azyaşlı uşağı olan, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 mənzil 2 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs nəqliyyat vasitəsi olan avtomobili idarə etməklə yol hərəkəti qaydalarını pozub, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olmuş həyat üçün təhlükəli olan sağlamlığına ağır zərər vurmuşdur. Belə ki, o, xx xxxxxx 2020-ci ildə saat 12:30-da idarə etdiyi “X19” markalı, **-BT-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri istiqamətində hərəkətdə olarkən, Bakı- Kənar-Dairəvi yolunun Qaradağ rayonu ərazisindən keçən 9,2-ci kilometrində, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-cı maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, yəni sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli, bununla da hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, bunu etməyib, piyada X11 yolun solundan sağına keçərkən avtomobillərin çoxluğunu görüb geriyə arxa-arxaya addımlayaraq sol yolayırıcı metal çəpərə söykəndiyi an avtomobilin ön sol hissəsi ilə vurmuş, nəticədə ehtiyatsızlıqdan Ema Rzayevaya ənsə sümüyünün qəlpəli sınığı, baş beyin toxumasına, onun mədəciklərinə və qişaları altına qansızma, sol baldır sümüklərinin qapalı, yerini dəyişən sınıqları, başın ənsə nahiyəsinin dərialtı hematoması, çənəaltı nahiyənin əzilmiş yarası, sol baldırın qançırı, hər iki pəncənin və sağ iç topuğun sıyrıqları kimi həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran bədən xəsarətlərindən ölməsinə səbəb olmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx xxxxxx 2020-ci il tarixdə saat 12:30 radələrində etibarnamə əsasında idarə etdiyi və texniki cəhətdən saz vəziyyətdə olan “X19” markalı, **-ZP-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı-Kənar-Dairəvi yolunun Qaradağ rayonu ərazisindən keçən 9,2-ci km-də Bakı istiqamətində hərəkətdə olarkən yolun sol kənarından dəmir çəpərin yanından bir nəfər orta yaşlı qadının yolu soldan sağa iti addımlarla keçməyə başladığını, təxminən orta cərgəyə çatanda avtomobillərin gəldiyini görüb iti addımlarla arxa-arxaya geri dəmir çəpərin yanına qayıtdığını görmüş. O, həmin qadını vurmamaq üçün ayağını tormoza atıb sükanı sola çəksə də, lakin buna baxmayaraq qadını dəmir çəpərin dibində avtomobillə vurmuşdur. Vurulduqdan sonra qadın yolun əks tərəfinə düşmüş və ağır yaralanmışdır. Bir neçə dəqiqədən sonra qadın hadisə yerində ölmüşdür. O, təcili tibbi yardım maşını çağırmış, təcili tibbi yardım maşını gəlsə də artıq gec olmuşdur. Həmçinin hadisə yerinə yol polisi əməkdaşları gəlib onun iştirakı ilə sənədləşmə aparılmışdır. Hadisə zamanı avtomobili 90 km/saat sürətlə idarə etmiş, avtomobilində yük olmasa da bir nəfər sərnişin olmuş, hadisədən sonra həmin sərnişin başqa bir avtomobilə əyləşərək çıxıb getmişdir. O, yol-nəqliyyat hadisəsi zamanı xəsarət almamışdır. Təqsirləndirilən şəxs sonda ilk dəfə ehtiyatsızlıqdan cinayət törətməsini, əməlində səmimi peşman olduğunu, zərərçəkmiş şəxsin hüquqi varisinə vurulmuş maddi ziyanı tam olaraq ödəyərək onunla barışıq əldə etməsini, sonuncunun ona qarşı şikayət və tələbinin olmamasını, həmçinin himayəsində bir azyaşlı uşağının və qoca nənəsinin olmasını nəzərə alaraq ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin hüquqi varisinin ifadəsi, ekspertiza rəyləri və işin digər halları ilə tam sübuta yetirilmişdir. Zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs məhkəmənin xx xxxxxx 2021-ci il tarixli iclasında iştirak edərək ifadəsində göstərmişdir ki, xx xxxx 1966-cı ildə Ağdam şəhərində anadan olmuş X13 onun anasıdır. O, anası ilə eyni ünvanda yaşamışdır. Anası Ema xx xxxxxx 2020-ci il tarixdə səhər saatlarında bazarlıq etmək məqsədilə Qaradağ rayonunda yerləşən Sədərək ticarət mərkəzinə getmiş, axşam saatlarında anası evə qayıtmadığı üçün o, polis şöbəsinə və bir neçə xəstəxanaya müraciət etmişdir. Lakin anası barədə məlumat ala bilməmişdir. xx xxxxxx 2020-ci il arixinə keçən gecə anasının Qaradağ rayon meyitxanasında olduğunu bilmişdir. Sonradan ona məlum olmuşdur ki, anası Ema Rzayeva xx xxxxxx 2020-ci il tarixdə günorta saatlarında X4 çıxıb Xırdalan şəhərinə gəlmək istəyərkən Bakı-Kənar-Dairəvi yolda yolu keçən zaman “X19” markalı avtomobillə vurulmuş və aldığı xəsarətlərdən hadisə yerində ölmüşdür. xx xxxxxx 2020-ci il tarixdə qardaşı Cavid Rzayevlə birgə anasının meyitini tanımış, həmin gün anası Emanın meyiti Ağdam rayonu Qaradağlı kənd qəbiristanlığında dəfn edilmişdir. Həmçinin yolnəqliyyat hadisəsi törədən şəxsin həmin avtomobilin sürücüsü Təqsirləndirilən şəxs olmasını bilmişdir. Təqsirləndirilən şəxs hadisəni ehtiyatsızlıqdan törətdiyindən, dəfndə ona maddi və mənəvi köməklik etdiyindən Rsaim Nəbiyevə qarşı heç bir şikayəti və ondan tələbi yoxdur. Zərərçəkmiş şəxsin hüquqi varisi məhkəməyə ərizə təqdim edərək, təqsirləndirilən şəxslə barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını nəzərə alaraq, Təqsirləndirilən şəxs yüngül cəza verilməsini xahiş etmişdir. Cinayət iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx xxxxxx 2020-ci il tarixli “Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi barədə” protokol, əlavə edilmiş sxem və foto cədvəldən görünür ki, dəvət olunmuş hal şahidlərinin və Təqsirləndirilən şəxs iştirakları ilə hadisə yerinə baxış keçirilmiş və baxış zamanı müəyyən olunmuşdur ki, yol-nəqliyyat hadisəsinin baş verdiyi Bakı-Kənar-Dairəvi yolunun Qaradağ rayonu ərazisindən keçən 9,2 km–dir. Həmin yolun hərəkəti iki istiqamətli olmaqla Bakı və rayon istiqamətlərindədir.Bakı və rayon istiqamətini orta hissəsində kənarlarına metal konstruksiyasılı çəpər çəkilmiş orta zolaq ayırır. Yol-nəqliyyat hadisəsinin baş verdiyi Bakı şəhər istiqamətində olan hərəkət hissə asfalt örtüklüdür, düzdür, qurudur. Hərəkət hissəsinin sol kənarından 60 sm, sağ kənarında 1,7 metr məsafədən sarı düz xətlər çəkilməklə, hərəkət hissənin eni sarı xətlər arasında olan məsafə 11 metrdir. Hərəkət hissədə asfalt üzərində soldan düz sarı, ortada ağ qırıq xətlər çəkilməklə 3 zolaqlıdır. Hadisə yerində avtomobillərin hərəkətləri üçün maksimum sürət həddi saatda 100 km sürət nəzərdə tutulmuşdur. Hadisə yerində baxış keçirilən zaman iştirak edən “X21” minik markalı, **-ZP-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmiş sürücü Təqsirləndirilən şəxs bildirmişdir ki, o, idarə etdiyi “X21” minik markalı, **-ZP-*** dövlət qeydiyyat nişanlı avtomobillə rayon istiqamətindən Bakı şəhər istiqamətində soldan birinci zolaqda hərəkətdə olduğu vaxt qarşıda solda metal orta zolağın yanında bir piyada qadının yolu soldan sağa doğru keçdiyini görüb, ayağını tormoza atsa da, piyada qadın bir neçə addım gedərək, avtomobillərin çox gəldiyini görüb, geri arxa-arxaya addımlayaraq, metal konstruksiyalı çəpərə doğru getmiş və metal çəpərə söykəndiyi an avtomobilinin ön sol tərəfi ilə piyadanı vurmuşdur. Ölçmələrlə müəyyən olunmuşdur ki, avtomobil sol zolaqda cərgəni ayıran xətdən sola doğru 2 metr məsafədən başlayan sola metal çəpərə qədər istiqamətlənən piyada vurulana qədər 21 metr, piyada vurulduqdan sonra isə 2 metr uzunluqda qoşa tormoz izi qalmışdır. Piyada metal çəpərin yanından sağa doğru 4,8 metr məsafə qət etdikdən sonra, geri qayıdaraq vurulana qədər ümumi 9,6 metr məsafə qət etmiş, metal çəpərə bitişik yerdə vurulmuşdur. Vurulduğu yerdə metal çəpər üzərində sürtünmə izi müşahidə olunur, lakin həmin yerdə çəpərin əzilməsi, qızılması aşkar olunmadı. “X21” minik markalı, **-ZP-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilərkən avtomobilin ön buferin sol tin hissəsi, kapotun, sol qanadın tin hissəsində batıqlar, sol faranın yerindən tərpənməsi, alın şüşəsinin sol tərəfdən aşağı hissədən çatladığı aşkar olunmuşdur. Hadisə yerində digər iç üçün əhəmiyyətli iz, alət, vasitə aşkar olunmadı. (i.v. 5-17) Sərxoşluq vəziyyətinin tibbi müayinəsinin xx xxxxxx 2020-ci il tarixli, 6717 saylı aktdan görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixində baş vermiş yolnəqliyyat hadisəsi zamanı ayıq olmuş, alkoqol sərxoşluğu yoxdur. (i.v. 19) Azərbaycan Respublikası DİN BDYPİ Sumqayıt RQİTBŞ tərəfindən xx.xx.2017-ci il il tarixində verilmiş AE seriyalı 033933 nömrəli sürücülük vəsiqəsindən görünür ki, Təqsirləndirilən şəxs “BC” dərəcəli sürücülük hüququ vardır və vəsiqə xx.xx.2027-ci ilədək etibarlıdır. (i.v. 23) Şəki RQİ və TBŞ tərəfindən verilmiş AD seriyalı 023340 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, **-ZP-*** dövlət qeydiyyat nişanlı, “X19” minik markalı avtomobil X8 məxsusdur. (i.v. 24) Nəqliyyat vasitələrinə sərəncam verilməsi haqqında xx xxxx 2020-ci il tarixdə verilmiş ƏN-Vİİ № 342179 saylı etibarnamədən görünür ki, X12 **-ZP-*** dövlət qeydiyyat nişanlı, “X19” minik markalı avtomobili sürücülük hüququ olduqda idarə etmək, sərəncam vermək hüququ da daxil olmaqla, bir sıra hərəkətlərin edilməsini xx xxxx 2021-ci il tarixdək Təqsirləndirilən şəxs etibar etmişdir. (i.v. 25) Zərərçəkmiş şəxs tərəfindən DİN Bİ və Tİ YNHDİ üzrə İstintaq və Təhqiqat şöbəsinin baş müstəntiqinə ünvanlanmış xx xxxxxx 2020-ci il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs yas mərasimi ilə bağlı maddi köməklik göstərmişdir. Odur ki, onun və ailə üzvlərinin Təqsirləndirilən şəxs qarşı hər hansı şikayət və tələbi yoxdur. (i.v. 42) Zaqatala rayon Mənzil İstismar İdarəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 907 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs ailə tərkibi özü, arvadı X5, 2016-cı il təvəllüdlü oğlu X6 və 1948-ci il təvəllüdlü nənəsi X1 ibarətdir. Təqaüdçü və xəstə nənəsi X2 nəvəsi Təqsirləndirilən şəxs himayəsindədir. (i.v. 51) Zaqatala bələdiyyəsi tərəfindən xx xxxxxx 2020-ci il tarixdə verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə olunur. (i.v. 52) Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və X3 tərəfindən xx xxxxxx 2020-ci il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (i.v. 53) Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X7” X18 Qaradağ rayon şöbəsi tərəfindən xx xxxxxx 2021-ci il tarixdə verilmiş 105 nömrəli meyitin ekspertizasının rəyindən görünür ki, 1966-cı il təvəllüdlü X9 meyitinin məhkəmətibbi ekspertizasında ənsə sümüyünün qəlpəli sınığı, baş beyin toxumasına, onun mədəciklərinə və qişaları altına qansızma, sol baldır sümüklərinin qapalı, yerinidəyişən sınıqları, başın ənsə nahiyəsinin dərialtı hematoması, çənəaltı nahiyənin əzilmiş yarası, sol baldırın qançırı, hər iki pəncənin və sağ iç topuğun sıyrıqları aşkar edilmişdir. Qeyd olunan xəsarətlər bərk küt əşya (əşyalar) təsirindən törənmişlər, qərarda göstərilən tarixdə və şəraitdə, yəni xx xxxxxx 2020-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı əmələ gələ bilərdilər, dərəcələrinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malikdirlər və mərhum E.M.Rzayevanın ölümü ilə birbaşa səbəbli əlaqəlidirlər. Mərhum E.M.Rzayevanın ölümünə səbəb ənsə sümüyünün qəlpəli sınığı, baş beyin toxumasının əzilməsi, baş beyin toxumasına və beyin qişalarına qansızma ilə müşayiət olunan başın küt travması olmuşdur. Meyit əlamətlərinin inkişaf dərəcəsinə əsasən güman etmək olar ki, E.M.Rzayevanın ölümü onun meyitinin meyitxanada müayinə olunduğu vaxtdan 18-24 saat əvvəl baş vermişdir. (i.v. 56-60) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət X22 tərəfindən verilmiş xx xxxxxx 2021-ci il tarixli, 016-3011-1221 saylı məktubdan görünür ki, DİN-in Baş Dövlət X16 Qeydiyyat-İmtahan İdarəsinin kompüter uçot bazasının məlumatlarına əsasən xx.xx.1990cı il təvəllüdlü Təqsirləndirilən şəxs xx.xx.2017-ci il tarixdə (xx.xx.2027-ci il tarixədək müddətə etibarlı olan) AE 033933 nömrəli “BC” kateqoriyalı sürücülük vəsiqəsi verilmişdir və onun sürücülük hüququnun məhdudlaşdırılması ilə bağlı hər hansı məlumat qeydə alınmamışdır. (i.v. 62) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2021-ci il tarixli, 8/2321 saylı məhkəmə yol-nəqliyyat hadisələrinin məhkəmə ekspertizasının rəyindən görünür ki, “X19” markalı, **-ZP-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat təşkil edir. (i.v. 63-66) Maddi sübut kimi tanınma haqqında xx xxxxxx 2021-ci il tarixli, 462 saylı qərardan görünür ki, “X19” markalı, **-ZP-*** dövlət qeydiyyat nişanlı avtomobil cinayət işi üzrə sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınmış və saxlanılması üçün sahibi Təqsirləndirilən şəxs təhvil verilmişdir. (i.v. 67) Sübutların qiymətləndirilməsi haqqında xx xxxxxx 2021-ci il tarixli, 465 saylı qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə nəzərdə tutulan ittiham elan edilmişdir. “X19” markalı, **-ZP- *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Təqsirləndirilən şəxs hesab edilmişdir. (i.v.69-71) Qətimkan tədbiri seçmə barədə xx xxxxxx 2021-ci il tarixli, 470 saylı qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmişdir. (i.v. 93-94) Məhkəməyə təqdim edilmiş və cinayət işinə əlavə edilmiş zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs tərəfindən verilmiş ərizədən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmışdır. Təqsirləndirilən şəxs tərəfindən onlara köməklik göstərilmişdir. Ona qarşı heç bir şikayət və tələbi yoxdur. Onun təqsirləndirilən şəxslə barışmasını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını nəzərə alaraq, təqsirləndirilən şəxsə yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin hüquqi varisinin məhkəmədə səsləndirdiyi və iş materiallarında olan ifadəsi, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsinə əsasən avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda — üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istimarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2013-cü il tarixli qərarına əsasən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ilə bağlı cinayət işləri üzrə şəxsin təqsirlilik məsələlərini həll edərkən məhkəmələr işin bütün faktiki hallarını hərtərəfli, tam və obyektiv araşdırmaqla yanaşı, həm də təqsirləndirilən şəxsin “Yol hərəkəti haqqında” Qanunun məhz hansı normasının tələblərini pozduğunu və bu pozuntunun konkret nədə ifadə olunduğunu göstərməli, həmin qayda pozuntuları ilə baş vermiş nəticə arasında səbəbli əlaqənin mövcudluğunu, habelə təqsirləndirilən şəxsin yol-nəqliyyat hadisəsinin qarşısını almaq üçün texniki cəhətdən imkanının olub-olmadığını müəyyənləşdirməlidir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinə əsasən, yol hərəkəti iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinə əsasən, mexaniki nəqliyyat vasitəsinin sürücüsü: hərəkət təhlükəsizliyi üçün qorxu törədən alkoqol, narkotik vasitələr, psixotrop maddələr və ya güclü təsir göstərən digər maddələrin istifadə edilməsi nəticəsində, diqqəti və çevikliyi azaldan dərman vasitələrinin təsiri altında, xəstə və əzgin, yorğun vəziyyətdə nəqliyyat vasitəsini idarə etməməli, habelə nəqliyyat vasitəsini idarə etmək ixtiyarını bu cür vəziyyətdə olan və ya eyni kateqoriyalı (altkateqoriyalı) nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxsə verməməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 56.1 və 56.1.1-ci maddələrinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilməsi məntəqə tipli cəzaçəkmə müəssisələrində müəyyən edilir. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29cumaddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” xx xxxxxx 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islahetmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın cinayət əməlini törətmiş şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə ehtiyatsızlıqdan az ağır cinayət əməli törətməsini, törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq çəkməsini, yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını, himayəsində xəstə və qoca nənəsinin olmasını (CM-59.2), himayəsində bir azyaşlı uşağının olmasını (CM-59.1.4), cinayət nəticəsində dəymiş maddi və mənəvi ziyanı ödəyərək (59.1.13), zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməsini, zərərçəkmiş şəxsin hüquqi varisinin ona qarşı hər hansı şikayət və tələbinin olmadığını (CM- 59.1.12) onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Eyni zamanda məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini boynuna alması onun şəxsiyyətini müsbət səciyyələndirən hal kimi nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən Bu Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs ilə barışmış, cinayət nəticəsində dəymiş ziyanı könüllü olaraq aradan qaldırmış və ona qarşı şikayət və tələb olmamaqla yanaşı təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hallar aşkar edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, qeyd olunan yüngülləşdirici hallar Təqsirləndirilən şəxs vəziyyətini və cəzasını yüngülləşdirdiyindən ona təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə həmin Məcəlləsinin 60.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla cəza təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, təqsirləndirilən şəxs Nəbiyev X10 Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.), eləcə də CM-nin 60.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan əsas cəza növlərindən azadlıqdan məhrum etmə cəzası və əlavə cəza olaraq nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası təyin edilməli, təyin ediləcək əsas cəzasını məntəqə tipli müəssisədə çəkməli (CM-56.1.1) və cəzaçəkmə müddətinin əvvəli onun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanmalı (CİM- 67.2), təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalı (CPM- 353.4.12), iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməli (CPM-198.1.), iş üzrə maddi sübut kimi tanınmış “X19” markalı, **-ZP-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Təqsirləndirilən şəxs təhvil verilməsi nəzərə alınmalıdır. (CPM-132.) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, Cinayət Prosessual Məcəlləsinin: 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir; 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir; “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin x xxxxxx 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən məhkəməyə təqdim edilmiş hüquqi yardım barədə hesabatlardan görünür ki, Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi xx.xx.2021-ci il tarixli № 258 saylı order əsasında işə qoşularaq məhkəmədə 15 (on beş) iş saatı cinayət işi üzrə Təqsirləndirilən şəxs hüquqi yardım göstərmişlər. Odur ki, Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı göstərilmiş 15 (on beş) iş saatı hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 90 (doxsan) manat məbləğində pul Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından işlədiyi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358, 384 və 388-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinərək, 02 (iki) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış “X19” markalı, **-ZP-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Təqsirləndirilən şəxs təhvil verilməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı göstərilmiş 15 (on beş) iş saatı hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 90 (doxsan) manat məbləğində pul Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından işlədiyi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: İslam Həsənov
Məhkəmə qərarları › İş №1(002)-130/2021
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-130/2021
04.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver