Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(002)-130/2023 20.04.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Teymur Əhməd oğlunun sədrliyi, İlyasov Ceyhun Bəhruz oğlunun katibliyi, Dövlət ittihamçısı X3, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1984-cü ildə Sabirabad rayonu, Qaragüney kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, fərdi əməklə məşğul olan, orta təhsilli, evli, himayəsində iki azyaşlı övladı olan, məhkumluğu olmayan, Sabirabad rayonu, Qaragüney kəndində qeydiyyatda olan, Bakı şəhəri, Binəqədi rayonu, Xocahəsən qəsəbəsi, nömrəsiz fərdi yaşayış evində yaşayan, barəsində “ başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə baxış iclasında baxaraq M ÜƏ Y Y Ə N E T D İ : Təqsirləndirilən şəxs 16 noyabr 2022-ci il tarixdə saat 21:30 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində yerləşən “Meyvəli” bazarının çıxış hissəsinin 15-20 metr yaxınlığında tanışı Zərərçəkmiş şəxs siqaret istəməsi səbəbindən şəxsi münasibətlərin pozulması zəmnində aralarında yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs baş və sifət nahiyyəsinə yumruq və təpik zərbələri vuraraq sonuncuya başın alın nahiyəsinin sağ yarısının əzilmiş yarası və sıyrığı, sol qaşın tış səthinin səthi əzilmiş yarası, alt dodağın selikli qişasının əzilmiş yarası, sol gicgah nahiyisənin və burun belinin sıyrıqları, sağ gözətrafı və sağ kürək sümük proyeksiyası nahiyəsinin qançırları ilə nəticələnən dərəcələrinə görə ümumilikdə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan bədən xəsarətləri yetirməklə qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 128ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək göstərmişdir ki, Meyvəli bazarında fəhlə işləyir. Zərərçəkmiş şəxs da həmin vaxtlar Meyvəli bazarında onunla birlikdə fəhlə işləyirmiş. xx.xx.2022-ci il tarixdə təxminən saat 17.00 radələrində Mübariz ilə o, razılaşmışlar ki, Badamdar qəsəbəsinə gedib orada yemək yeyib bir qədər araq içsinlər. Onlar birlikdə Badamdar qəsəbəsinə gedib orada adını xatırlamadığı kafelərin birində yemək yeyib bir qədər spirtli içki olan araq içmişlər. Daha sonra təxminən saat 21.00 radələrində onlar Meyvəli bazarına gələn bir manatlıq taksi avtomobilinə əyləşib Meyvəli bazarının çıxış hissəsinin yaxınlığına gəlib dairənin yanında avtomobildən düşmüşlər. Onlar hər ikisi sərxoş olmuşlar və aralarında siqaretə görə sözlə mübahisə yaranmşdır. Mübahisə dava-dalaşa çevrilmiş və o, yerə yıxılmışdır. Həmin gün hava yağışlı olduğundan üst başı palçıq olmuş və o, əsəbiləşib Mübarizin başına, sifətinə, bədəninin müxtəlif nahiyyələrinə yumruq zərbələri vurub onu döymüş, Mübariz zərbələrin təsirindən yerə yıxılmışdır. Həmin vaxt tanımıdığı bir nəfər şəxs onlara yaxınlaşıb onu kənara çəkib oradan bir qədər aralaşdırmışdır. Bir neçə dəqiqə sonra Qaradağ RPİ-nin 10-cu PB-dən polis əməkdaşları gəlib onların hər ikisini 10-cu PB-nə aparmışlar. Əməlindən peşmandır. Hal-hazırda zərərçəkmiş şəxs ilə barışıb.Qeyd edilənlərin nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, Meyvəli bazarında Təqsirləndirilən şəxs ilə birlikdə fəhlə işləyirmiş.xx.xx.2022-ci il tarixdə təxminən saat 17.00 radələrində o, Şahin ilə razılaşmışdır ki, Badamdar qəsəbəsinə yeyib-içməyə getsinlər. Onlar birlikdə Badamdar qəsəbəsinə gedib kafelərin birində yemək yeyib bir qədər spirtli içki olan araq içmişlər. Həmin gün axsam radələrində onlar Meyvəli bazarına gələn bir manatlıq taksi avtomobilinə əyləşib Meyvəli bazarının qarşısına gəlmişlər və dairənin yanında avtomobildən düşmüşlər. Onlar hər ikisi sərxoş olmuşlar və aralarında siqaret üstündə sözlə mübahisə yaranmışdır. Təqsirləndirilən şəxs nə üçün ona siqaret vermədiyini deyəndə onun üzərinə hücum edib onun başına, sifətinə, bədəninin müxtəlif nahiyyələrinə yumruq zərbələri vurub onu döymüşdür. Bir neçə dəqiqə sonra Qaradağ RPİ-nin 10-cu PB-dən avtomobil gəlib onların hər ikisini 10-cu PB-nə aparmışlar. Zərərçəkmiş şəxs məhkəmə iclasında ərizə təqdim edərək Təqsirləndirilən şəxs ilə barışdığını və ona qarşı şikayət və tələbinin olmadığını bildirmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X2 İdarəsindən göndərilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs ödənilməmiş məhkumluğu yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PA Birliyinin Qaradağ rayon şöbəsinin 21 dekabr 2022-ci il tarixli 48/847 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlər- başın alın nahiyəsinin sağ yarısının əzilmiş yarası və sıyrığı, sol qaşın tış səthinin səthi əzilmiş yarası, alt dodağın selikli qişasının əzilmiş yarası, sol gicgah nahiyisənin və burun belinin sıyrıqları, sağ gözətrafı və sağ kürək sümük proyeksiyası nahiyəsinin qançırları bər küt əşya (əşyalar) təsirindən, qərarın təsviri hissəsində göstərilən və onun 15 saylı TTYS-na müraciət etdiyi xx.xx.2022-ci il tarixdə törənmələri mümkündür və dərəcələrinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid edilir. Məhkəmə tərəflərin ifadəsini və iş materiallarını araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməklə cinayət təqibi üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyan ödənildikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. Həmin Məcəllənin 73.2-ci maddəsinə əsasən 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 43, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikasının CPM-nin 40.3-cü maddənin tələbindən aydın olur ki, şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Həmin Məcəllənin 43.1.2-ci maddəsində göstərilir ki, bu Məcəllənin 39.1.4, 39.1.6– 39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda cinayət təqibinə xitam verilir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməldən səmimi peşmanlıq hissi keçirməsini, zərərçəkmiş şəxslə barışmasını və zərərçəkmişin ondan heç bir şikayət və tələbinin olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməklə barəsində olan cinayət təqibinə xitam verilməlidir. İş üzrə maddi sübut, ekspertiza xərci və mülki iddia yoxdur. İbtidai istintaq zamanı göstərilmiş hüquqi yardımla bağlı 29 (iyirmi doqquz) saata görə 174 (bir yüz yetmiş dörd) manat məbləğində pul X1, məhkəmə araşdırması zamanı göstərilmiş hüquqi yardımla bağlı 20 (iyirmi) saata görə 120 (bir yüz iyirmi) manat məbləğində pul Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı vəkil bürosunun hesabına ödənilməlidir. Odur ki, yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının CM-nin 73, CPM-nin 43 və 321-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə cinayət məsuliyətindən azad edilməklə barəsində olan cinayət təqibi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. İş üzrə maddi sübut, ekspertiza xərci və mülki iddia yoxdur. İbtidai istintaq zamanı göstərilmiş hüquqi yardımla bağlı 29 (iyirmi doqquz) saata görə 174 (bir yüz yetmiş dörd) manat məbləğində pul X1, məhkəmə araşdırması zamanı göstərilmiş hüquqi yardımla bağlı 20 (iyirmi) saata görə 120 (bir yüz iyirmi) manat məbləğində pul Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı vəkil bürosunun hesabına ödənilsin. Qərardan elan olunduğu 20 (iyirmi) gün müddətində Qaradağ rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Teymur Qurbanov
Məhkəmə qərarları › İş №1(002)-130/2023
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №1(002)-130/2023
20.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver