Məhkəmə qərarları › İş №1(002)-130/2025

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-130/2025

31.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-130/2025 31.07.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Teymur Əhməd oğlunun sədrliyi, İlyasov Ceyhun Bəhruz oğlunun katibliyi, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi iştirakları ilə, xx.xx.1991-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə təqsirli bilinərək, 01 il 11 ay 26 gün islah işləri (20 %) cəzasına məhkum olunmuş və cəzası çəkilməmiş qalmış, Bakı şəhəri, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, həmin ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi ilə qanunsuz olaraq təmiz çəkisi 1,531 qram olan xeyli miqdarda qəhvəyi rəngli toz şəkilli kustar üsulla hazırlanmış narkotik vasitə heroini və təmiz çəkisi 0,944 qram olan xeyli miqdarda ağ rəngli kristal şəkilli kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla daşımış, 28 mart 2025-ci il tarixdə, saat 23:59 dəqiqədə Qaradağ RPİ-nin CAŞ-nin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi 28 May küçəsində yerləşən Qaradağ rayon İcra Hakimiyətinin inzibati binasının yaxınlığında saxlanılaraq, videoçəkilişlə üstünün yoxlanılması zamanı əynində olmuş tünd göy rəngli gödəkçənin sağ yan cibindən 01 (bir) ədəd bükümdə təmiz çəkisi 1,531 qram olan xeyli miqdarda qəhvəyi rəngli toz şəkilli kustar üsulla hazırlanmış narkotik vasitə heroini və 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0,944 qram olan xeyli miqdarda ağ rəngli kristal şəkilli kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar olunaraq götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, göstərmişdir ki, narkotik maddə istifadəçisidir. xx.xx.2025-ci il tarixdə tanımadığı İran İslam Respublikası vətəndaşından internet vasitəsi ilə əlaqə saxladıqdan sonra kartına təxminən 100 manat pul göndərməklə 1 büküm patı və 1 büküm kakos almışdır. xx.xx.2025-ci il tarixdə, gecə radələrində Lökbatan qəsəbəsi İcra Hakimiyyətı yaxınlığında olarkən 3 nəfər polis əməkdaşı ona yaxınlaşmışlar. Həmin vaxt polis əməkdaşlarından biri baş verənləri mobil telefon vasitəsi ilə çəkərək qeydə almışdır. Polis əməkdaşları ondan üzərində hər hansı qanunla qadağan edilmiş asva olub-olmadığını soruşub, əgər varsa könüllü təqdim etməyini təklif etmişdir. O, üzərində narkotik vasitə olduğunu deyərək əynində olan gödəkçənin cibində olan 02 ədəd bükülünü çıxarıb polis əməkdaşlarına təqdim etmişdir. O, müxtəlif vaxtlarda müxtəlif şəxslər ondan narkotik vasitə və psixotrop maddə istədikləri zaman həmin şəxslərə narkotik vasitə və psixotrop maddələr satmışdır, lakin kimə, nə vaxt, hansı çəkidə və məbləğdə narkotik vasitə satdığı dəqiq yadında qalmamışdır.Əməlindən peşmançılıq hissi keçirir. Ona yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında şahid Bakı şəhəri Qaradağ RPİ-nin CAŞ-nin əməliyyat müvəkilli, polis mayoru Şahid1 ifadəsində göstərmişdir ki, 28 mart 2025-ci il tarixdə Təqsirləndirilən şəxs Qaradağ rayonu ərazisində qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsində şübhəli olması barədə daxil olmuş məlumat barədə Qaradağ RPİ-nin rəhbərliyinə məruzə olunduqdan sonra Qaradağ RPİ-nin CAŞ-nin kiçik inspektorları, polis serjantı Şahid3 Rafik oğlu, polis serjantı Şahid2 və onun iştirakından ibarət əməliyyat qrupu təşkil edilmişdir. Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 28 mart 2025-ci il tarixdə, gecə təxminən 12.00 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 28 may küçəsində yerləşən İcra hakimiyyətinin yaxınlığında Təqsirləndirilən şəxs yaxınlaşıb, özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirmişlər. Bundan sonra Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyini izah edib həmin yerdə üzərinə yoxlama keçirilməsinin zəruri olduğunu bildirmişlər. Bundan sonra mobil telefonla videoçəkiliş aparmaqla Təqsirləndirilən şəxs üzərində yoxlama həyata keçirmişlər. Əvvəlcə Təqsirləndirilən şəxs üzərində hər-hansı bir qeyri-qanuni əşya və ya predmet varsa könüllü surətdə təqdim etməsi təklif olunmuşdur. Bu təklifdən sonra Təqsirləndirilən şəxs həmin vaxtı əynində olan tünd göy rəngli gödəkçəsinin sağ yan cibindən 02 ədəd bükümü və əynindəki gödəkçəsinin sol yan cibindən 01 ədəd “İphone” markalı mobil telefonu çıxarıb masanın üzərinə qoymaqla təqdim etmiş və təqdim etdiyi bükümlərdən birinin içərisində “kokos” kimi tanıdığı narkotik vasitənin olmasını, digər bükümün içərisində isə “patı” kimi tanıdığı narkotik maddə olmasını bildirmişdir. Təqsirləndirilən şəxs həmin narkotik maddələri tanımadığı İran İslam Respublikası vətəndaşından aldğını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Qaradağ RPİ-nin CAŞ-nin kiçik inspektoru , polis serjantı Şahid3 Rafik oğlu iş üzrə şahid qismində dindirilmiş Şahid1 ilə eyni məzmunlu ifadə verərək onun qeyd etdiklərini təsdiq etmişdir. İş materiallarından görünür ki, ********* nömrəli cinayət işi 29 mart 2025-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə başlanılmış və icraata qəbul edilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 29 mart 2025-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuş, tutulmanın əvvəli 28 mart 2025-ci il tarixdə saat 23:59-dan hesablanmışdır. İş materiallarından görünür ki, 30 mart 2025-ci il tarixdə cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsindən həmin Məcəllənin 234.2-ci maddəsinə tövsif edilmiş, Təqsirləndirilən şəxs iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə nəzərdə tutulan ittiham elan edilmişdir. İş materiallarından görünür ki, Bakı şəhər Qaradağ Rayon Məhkəməsinin 30 mart 2025-ci il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs barəsində 03 ay müddətinə “həbs” qətimkan tədbiri seçilmişdir. İş materiallarından görünür ki, 20 iyun 2025-ci il tarixdə cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə yenidən ittiham elan edilmişdir. İş materiallarında olan 28 mart 2025-ci il tarixli aparılmış şəxsin üstünün yoxlanılması barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə yoxlama aparılmazdan əvvəl ona və digər iştirakçılara hüquq və vəzifələri izah edildi, daha sonra Təqsirləndirilən şəxs üzərində gəzdirilməsi qanunla qadağan olan əşya və maddələri təqdim etməsi təklif olunur. Təqsirləndirilən şəxs bu təklifdən sonra əvvəlcə əynində olan tünd göy rəngli gödəkçəsinin sağ yan cibindən 02 ədəd bükümü və əynindəki həmin gödəkçəsinin sol yan cibindən 01 ədəd “İphone” markalı, üzərində ***-***-**-** mobil nömrəsi olan mobil telefonu çıxararaq təqdim edir. Həmin bükümlər açılaraq birinin içərisində qəhvəyi rəngli tozşəkilli maddə, digər bükümün içərisində isə ağ rəngli kristallik maddə olması müəyyən edilir. Sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi bükümlərdən birinin içərisüində heroin, digər bükümün içərisində isə patı kmimi tanıdığı narkotik maddələr olmasını, həmin narkotik maddələri həmin gün axşam saatlarında tanımadığı İİR-nın vətəndaşından internet vasitəsilə həmin şəxsin kartına 105 manat göndərməklə aldığını, həmin şəxsin dediyi Ramana qəsəbəsinə gedərək orada qoyulan yerdən götürdüyünü və həmin narkotik maddələri öz istifadəsi üçün əldə etdiyini bildirir. Həmin 02 ədəd büküm ağ zərfə qoyularaq qablaşdırılır və möhürlənərək üzəri bütün iştirakçılar tərəfindən imzalarla təsdiq edilir. Daha sonra həmin bükümlər elektron tərəzidə çəkilir və psixotrop maddə metamfetaminə bənzər ağ rəngli kristallik maddənin 1,55 qram olması və içərisində narkotik vasitə heroinə bənzər qəhvəyi rəngli maddənin isə 1,99 qram olması məlum olur. Bundan sonra Emin Əkbvərovun təqdim etdiyi bir ədəd mobil telefon da iş üzrə əhəmiyyət kəsb etmə ehtimalı nəzərə alınaraq ağ zərfə qoyularaq qablaşdırılır və möhürlənərək üzəri bütün iştirakçılar tərəfindən imzalarla təsdiq edilir. Sonra Təqsirləndirilən şəxs üzərinə baxış keçirilir, lakin üzərində hər hansı bir qanunsuz əşya və ya maddə aşkar olunmur. İş materiallarında olan 29 mart 2025-ci il tarixdə əşyaya baxış keçirilməsi protokoundan görünür ki, baxış zamanı aşkar edilmiş yazılı zərfin açılaraq, içərisində olan iki ədəd bükümə baxış keçirilməsi, bir ədəd bükümün içərisində ağ rəngli kristallik maddə olan büküm və digər bir ədəd bükümün içərsiidnə isə qəhvəyi rəngli tozşəkilli maddə olması müəyyən edildi. Həmin iki ədəd büküm ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılır və üzəri imzalarla təsdiq edilir. Digər zərfin içərisinə baxış keçirdikdə isə “İphone” markalı mobil telefon olması müəyyən olunur. Həmin mobil telefon da yenidən zərfə qablaşdırılaraq götürülür. Daha sonra əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi və şəxsin üzərinin yoxlanılması zamanı çəkilmiş videogörünütün içərisində olduğu bir ədəd DVD diskə baxış keçirildi. Həmin videogörüntüdə Təqsirləndirilən şəxs əynindəki gödəçəsinin sağ yan cibindən təhqiqata təqdim edilmiş iki ədəd bükümün və əynindəki gödəkçəsinin sol yan cibindən isə bir ədəd mobil telefon aparatının aşkar olunması, Təqsirləndirilən şəxs isə həmin bükümlərdən birində heroin, digəerində isə patı olmasını, onları 28 may 2025-ci il tarixdə axşam saatlarında tanımadığı İİR-nın vətəndaşı olan şəxsin kartına 105 manat atmaqla, sonuncunun dediyi Ramana qəsəbəsinə gedib oradan həmin narkotik maddələri götürdüyünü və həmin narkotik maddələri öz istifadəsi üçün əldə etdiyini bildirməsi öz əksini tapır. İş materiallarında olan 28 mart 2025-ci il tarixdə aparılmış şəxsin üstünün yoxlanılması hərəkətlərinin videogörüntüsünü əks etdirən 01 ədəd DVD diskə məhkəmə iclasında keçirilmiş baxış zamanı müəyyən edilmişdir ki, xx.xx.2025-ci il tarixdə Qaradağ RPİ-nin CAŞ-nin əməliyyat müvəkkili, polis mayoru Şahid1 tərəfindən Təqsirləndirilən şəxs üzərinə yoxlama aparılmazdan əvvəl ona və digər iştirakçılara hüquq və vəzifələri izah edildi, daha sonra Təqsirləndirilən şəxs üzərində gəzdirilməsi qanunla qadağan olan əşya və maddələri təqdim etməsi təklif olunur. Təqsirləndirilən şəxs bu təklifdən sonra əvvəlcə əynində olan tünd göy rəngli gödəkçəsinin sağ yan cibindən 02 ədəd bükümü və əynindəki həmin gödəkçəsinin sol yan cibindən 01 ədəd “İphone” markalı, üzərində ***-***-**-** mobil nömrəsi olan mobil telefonu çıxararaq təqdim edir. Həmin bükümlər açılaraq birinin içərisində qəhvəyi rəngli tozşəkilli maddə, digər bükümün içərisində isə ağ rəngli kristallik maddə olması müəyyən edilir. Sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi bükümlərdən birinin içərisüində heroin, digər bükümün içərisində isə «patı» kmimi tanıdığı narkotik maddələr olmasını, həmin narkotik maddələri həmin gün axşam saatlarında tanımadığı İİR-nın vətəndaşından internet vasitəsilə həmin şəxsin kartına 105 manat göndərməklə aldığını, həmin şəxsin dediyi Ramana qəsəbəsinə gedərək orada qoyulan yerdən götürdüyünü və həmin narkotik maddələri öz istifadəsi üçün əldə etdiyini bildirir. Həmin 02 ədəd büküm ağ zərfə qoyularaq qablaşdırılır və möhürlənərək üzəri bütün iştirakçılar tərəfindən imzalarla təsdiq edilir. Daha sonra həmin bükümlər elektron tərəzidə çəkilir və psixotrop maddə metamfetaminə bənzər ağ rəngli kristallik maddənin 1,55 qram olması və içərisində narkotik vasitə heroinə bənzər qəhvəyi rəngli maddənin isə 1,99 qram olması məlum olur. Bundan sonra Emin Əkbvərovun təqdim etdiyi bir ədəd mobil telefon da iş üzrə əhəmiyyət kəsb etmə ehtimalı nəzərə alınaraq ağ zərfə qoyularaq qablaşdırılır və möhürlənərək üzəri bütün iştirakçılar tərəfindən imzalarla təsdiq edilir. Sonra Təqsirləndirilən şəxs üzərinə baxış keçirilir, lakin üzəırində hər hansı bir qanunsuz əşya və ya maddə aşkar olunmur. İş materiallarında olan 29 mart 2025-ci il tarixdə aparılmış şəxsin üzərindən götürmə istintaq hərəkətinin videogörüntüsünü əks etdirən 01 ədəd DVD diskə məhkəmə iclasında keçirilmiş baxış zamanı müəyyən edilmişdir ki, Qaradağ RPİ-nin inzibati binasında Bakı şəhəri Qaradağ RPİ-nin TŞ-nin baş təhqiqatçısı, polis mayoru X2 tərəfindən Qaradağ RPİnin CAŞ-nin əməliyyat müvəkkili, polis mayoru Şahid1, Qaradağ RPİ-nin CAŞ-nin kiçik inspektorları, polis serjantı Şahid3 Rafik oğlu və polis serjantı Şahid2 Kirbağır oğlu, eləcə də Təqsirləndirilən şəxs iştirakı ilə keçirilən baxış zamanı Təqsirləndirilən şəxs aşkar edilmiş yazılı zərfin açılaraq içərisində olan iki ədəd bükümə baxış keçirilməsi, bir ədəd bükümün içərisində ağ rəngli kristallik maddə olan büküm və digər bir ədəd bükümün içərsiidnə isə qəhvəyi rəngli tozşəkilli maddə olması müəyyən edildi. Həmin iki ədəd büküm ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılır və üzəri imzalarla təsdiq edilir. Digər zərfin içərisinə baxış keçirdikdə isə “İphone” markalı mobil telefon olması müəyyən olunur. Həmin mobil telefon da yenidən zərfə qablaşdırılaraq götürülür. Daha sonra əməliyyataxtarış tədbirinin həyata keçirilməsi və şəxsin üzərinin yoxlanılması zamanı çəkilmiş videogörünütün içərisində olduğu bir ədəd DVD diskə baxış keçirildi. Həmin videogörüntüdə Təqsirləndirilən şəxs əynindəki gödəçəsinin sağ yan cibindən təhqiqata təqdim edilmiş iki ədəd bükümün və əynindəki gödəkçəsinin sol yan cibindən isə bir ədəd mobil telefon aparatının aşkar olunması, Təqsirləndirilən şəxs isə həmin bükümlərdən birində heroin, digərində isə patı olmasını, onları 28 may 2025-ci il tarixdə axşam saatlarında tanımadığı İİR-nın vətəndaşı olan şəxsin kartına 105 manat atmaqla, sonuncunun dediyi Ramana qəsəbəsinə gedib oradan həmin narkotik maddələri götürdüyünü və həmin narkotik maddələri öz istifadəsi üçün əldə etdiyini bildirməsi öz əksini tapır. İş materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının 29 mart 2025-ci il tarixli, 6/1201 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün № 46” dairəvi möhür əksi olan, “Təqsirləndirilən şəxs təqdim etdiyi əşyalar şübhəli şəxs (imza) Təqsirləndirilən şəxs” yazısı və imzalar olan zərfdəki 01 (bir) ədəd bükümdə təmiz çəkisi 1,531 qram olan qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir və 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0,944 qram olan ağ rəngli kristal şəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Heroinin təmiz çəkisi 1,531 qram, tədqiqata istifadə olundu 0,05 qram, qalıq 1,481 qram təşkil edir. Metamfetaminin təmiz çəkisi 0,944 qram, tədqiqata istifadə olundu 0,05 qram, qalıq 0,894 qram təşkil edir. İş materiallarında olan Azərbaycan Respubikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X3 Şəxsinin xx.xx.2025-ci il tarixli, 2933 nömrəli ambulator məcburi məhkəmə-narkoloji ekspertizasının rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan Asılılıq Sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müaliciyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. VSİS-dən alınan məlumata əsasən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən RNM-da F11.2 diaqnozu ilə dispanser qeydiyyatdadır. İş materiallarında olan "xxxx" MMC-dən götürülmüş 01 ədəd diskə məhkəmə iclasında keçirilmiş baxış zaman, 09 yanvar 2025-ci il tarixdə Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil nömrəsindən ***-***-**-** mobil nömrəsinə “varyoxunu ..... pul var vezyetden cıxaq 100 manat var ac bidene, And ola Allaha bidene vezyetden cixaq birsey edey yer yoxdu kime deyim and ola Allaha hecne istemirem” məzmununda; 31 yanvar 2025ci il tarixdə ***-***-**-** mobil nömrəsindən Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil nömrəsinə “hərəsindən 10-10 lazimdi menem totu” məzmununda; 11 mart 2025-ci il tarixdə ***-***-**-** mobil nömrəsindən Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil nömrəsinə “**********847930 qardasım bu karta 5 azn vur su zad alim sabah usdun duzelderem” məzmununda; 11 mart 2025-ci il tarixdə ***-***-**-** mobil nömrəsindən Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil nömrəsinə “qardasım hemin karta 10 azn vurda” məzmununda sms mətnləri yazılması müəyyən edilmişdir. İş materiallarda olan Təqsirləndirilən şəxs məxsus “İphone” markalı mobli telefona baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, baxış zamanı üzərində ***-***-**-** mobil telefon nömrəsi olan həmin mobil telefonda olan "Whatsapp" internet tətbiqinə nəzər yetirərkən, ***-***-**-** saylı mobil nömrədən Təqsirləndirilən şəxs məxsus ***-***-**-** saylı mobil nömrəyə həmin tətbiq vasitəsilə "Exi mehlədəsən, qardaşı 15 Azn mende" məzmununda; ***-***-**-** saylı mobil nömrədən Təqsirləndirilən şəxs məxsus ***- ***-**-** saylı mobil nömrəyə həmin tətbiq vasitəsilə "salam qaqas nasa goturmay olar" məzmununda; "Orik" adı ilə qeyd olunmuş şəxsdən Təqsirləndirilən şəxs məxsus ***-***- **-** saylı mobil nömrəyə həmin tətbiq vasitəsilə "əxi götrdüm opurem qardasım" məzmununda və nəhayət ***-***-**-** saylı mobil nömrədən "Yusif E" adı ilə qeyd olunmuş şəxsə hansısa həyət evinin qapısına quraşdırılmış qaz saycağının plastik qabının içərisinə işrə edən xətt çəkilməsi və fotoşəkil atılması, "Yusif E" adı ilə qeyd olunmuş şəxsin isə Təqsirləndirilən şəxs məxsus ***-***-**-** saylı mobil nömrəyə həmin tətbiq vasitəsilə "sagol qaqam var ol Allah canuvu sag elesin qardasim" məzmununda sms yazılması müəyyən edilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs götürülmüş – təmiz çəkisi 1,531 qram narkotik vasitə heroinin və təmiz çəkisi 0,944 qram psixotrop maddə metamfetaminin maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatından sonrakı qalıq 1,481 qram narkotik vasitə heroinin və 0,894 qram psixotrop maddə metamfetaminin isə saxlanılmasından ötrü Bakı şəhəri Qaradağ RPİ-nin maddi sübutları saxlama yerinə təhvil verilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs üstünün yoxlanılması zamanı aşkar edilərək götürülmüş "İphone" markalı mobil telefon 20 iyun 2025-ci il tarixdə tərəfimdən iş üzrə maddi sübut kimi tanınmış və saxlanılmasından ötrü Bakı şəhəri Qaradağ RPİ-nin maddi sübutları saxlama yerinə təhvil verilmişdir. İş materillarında olan DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən və hökmün surətindən görünür ki Təqsirləndirilən şəxs Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə təqsirli bilinərək, 01 il 11 ay 26 gün islah işləri (20 %) cəzasına məhkum edilmişdir. İş materiallarında olan Bakı şəhəri Probasiya İdraəsindən daxil olmuş xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs ona Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmünə əsasən təyin edilmiş 01 il 11 ay 26 gün müddətinə islah işləri cəzasını çəkməmişdir. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə tədqiq edilmiş sübutların tam,hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq, daxili inamını rəhbər tutaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli tam sübuta yetir və onun əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə tövsif edilmişdir. Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf edərək peşman olması, gəncliyi cəzasını yüngülləşdirən hallar kimi nəzərə alınmışdır. Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinin tələblərinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və içtimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən halların olmasını, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi cəzanın məqsədlərinə nail olunması baxımından daha ədalətli və düzgündür. Azərbaycan Respublikası CM-nin 68.1.3-cü maddəsinə əasən islah işlərinin və ya hərbi xidmət üzrə məhdudlaşdırmanın dörd günü azadlıqdan məhrumetmənin bir gününə bərabər tutulur. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Təqsirləndirilən şəxs Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmünə əsasən ona təyin edilmiş cəzanı çəkib qurtarmadığından ona hökmlərin məcmusu üzrə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəsisəsində çəkməlidir. Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın əvvəli onun şübhəli şəxs qismində tutlduğu vaxtdan, yəni 28 mart 2025-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. İş üzrə 114 (bir yüz on dörd) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilməlidir. İş üzrə maddi sübut kimi tanınmış və Qaradağ RPİ-nin saxlanc yerinə təhvil verilmiş 1.481 qram narkotik vasitə heroin və 0,894 qram psixotrop maddə mefamfetamin məhv edilməlidir. İş üzrə maddi sübut kimi tanınmış və Qaradağ RPİ-nin saxlanc yerinə təhvil verilmiş "İphone" markalı mobil telefon sahibi Təqsirləndirilən şəxs qaytarılmalı və 01 ədəd DVD disk iş materiallarında saxlanılmalıdır.. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 50 (əlli) saata görə 400 (dörd yüz) manat məbləğində pul X1, məhkəmə baxışı zamanı göstərilmiş hüquqi yardımla bağlı 25 (iyirmi beş) saata görə 275 (iki yüz yetmiş beş) manat məbləğində pul Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı vəkil bürosunun hesabına ödənilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358, 381 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının CM-nin 68.1.3-cü maddəsinə əsasən ona Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmünə əsasən təyin edilmiş və çəkilməmiş qalan aylıq qazancından 20 % dövlət nəfinə tutulmaqla 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün islah işləri cəzası 05 (beş) ay 29 (iyirmi doqquz) gün azadlıqdan məhrumetmə cəzasına hesablansın və CM-nin 67.1-ci maddəsinə əsasən ona təyin olunmuş cəzalar qismən birləşdirilərək Təqsirləndirilən şəxs qəti olaraq 04 (dörd) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini almadan dəyişdirilmədən saxlanılsın. Cəzasının əvvəli 28 mart 2025-ci il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssəsində çəksin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə 114 (bir yüz on dörd) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilsin. İş üzrə maddi sübut kimi tanınmış və Qaradağ RPİ-nin saxlanc yerinə təhvil verilmiş 1.481 qram narkotik vasitə heroin və 0,894 qram psixotrop maddə mefamfetamin məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış və Qaradağ RPİ-nin saxlanc yerinə təhvil verilmiş "İphone" markalı mobil telefon sahibi Təqsirləndirilən şəxs qaytarılsın və 01 ədəd DVD disk iş materiallarında saxlanılsın. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 50 (əlli) saata görə 400 (dörd yüz) manat məbləğində pul X1, məhkəmə baxışı zamanı göstərilmiş hüquqi yardımla bağlı 25 (iyirmi beş) saata görə 275 (iki yüz yetmiş beş) manat məbləğində pul Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı vəkil bürosunun hesabına ödənilsin. Hökmdən elan olunduğu, 20 (iyirmi) gün müddətinə Qaradağ rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim: Teymur Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar