Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-131/2020 07.09.2020 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Məmmədova Ülviyyə Nizami qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, Təqsirləndirilən şəxs xx xxxx 1986-cı ildə Əli-Bayramlı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə hesab edilən heroin əldə edib üzərində saxlayaraq daşımış, xx xxxx 2020-cu il tarixdə saat 14:20 radələrində Qaradağ RPİ-nin 11-ci PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, N.Niftəliyev küçəsində yerləşən 19 saylı evin qarşısında saxlanılaraq Qaradağ RPİ-nin 11ci PB-nin inzibati binasına gətirilməklə dəvət edilmiş müdafiəçinin iştirakı ilə üzərinə videoçəkiliş vasitəsilə baxış keçirilərkən əynindəki tünd boz rəngli şalvarın sağ yan cibindən şəxsi istifadəsi üçün saxladığı 01 ədəd siqaretin qara rəngli kağızına bükülmüş təmiz çəkisi 0,667 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək protokolla götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, əvvəllər məhkumluq həyatı yaşamamış və ruhi-əsəb xəstəliyindən əzab çəkməmişdir. Mütəmadi olaraq, narkotik vasitələrin marixuana növünü siqaretin boş kağızına doldurub çəkməklə və heroin növünü isə iyləmək yolu ilə istifadə etmişdir. Bu onda narkotik aslılığı yaratdığı üçün narkotik vasitəni vaxtında qəbul etməyəndə bədənində üşütmə və sümüklərində isə ağrılar, yəni sızıntılar hiss edir. Bir sözlə narkotik vasitə istifadəçisidir. xx xxxx 2020-ci il tarixdə, səhər saat 10 radələrində yaşadığı Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, N.Niftəliyev küçəsi, 19 saylı binanın qarşısında olan zibil qutularına zibil atan zaman həmin qutuların yanında bir ədəd siqaretin qara rəngli kağızına bükülmüş vəziyyətdə olan bağlama görmüş, həmin bağlama onda maraq yaratdığı üçün götürüb bir qədər kənara çəkilərək bağlamanın ağzını açıb, içərisinə baxarkən həmin bağlamanın içərisində istifadə etdiyi üçün bildiyi “kakos” adlanan narkotik vasitə olan heroin görmüşdür. Şəxsi istifadəsi üçün içərisində narkotik vasitə “kakos” adlanan heroin olan bağlamanı götürüb, əynində olan tünd boz rəngli şalvarın sağ yan cibinə yerləşdirmiş və səhər yeməyi yemək üçün yaşadığı evə daxil olmuş, yemək yedikdən sonra isə yataq otağına keçərək bir qədər mürgüləmişdir. Bir-iki saat yatdıqdan sonra oyanmış, üzərində narkotik vasitənin olması həmin narkotik vasitəni qəbul etməyi ilə bağlı onda istək yaratdığından həmin narkotik vasitəni qəbul etmək üçün gizli bir yer axtarmaq üçün həmin gün saat 14:20 radələrində evi tərk etmiş, yaşadığı Bakı şəhəri, Qaradağ rayon, Qobustan qəsəbəsi, N.Niftəliyev küçəsi, 19 saylı evin qarşısına çıxan zaman iki nəfər mülki geyimdə olan şəxs ona yaxınlaşıb, xidməti vəsiqələrini göstərərək Bakı şəhər, Qaradağ rayon Polis İdarəsinin 11-ci polis bölməsinin əməkdaşları olduqlarını bildirib, ondan adının Zahid olubolmadığını soruşmuş, həmin vaxt polis əməkdaşlarına Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Daha sonra polis əməkdaşları ona narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyindən üzərinə baxış keçirilməsi üçün birlikdə Bakı şəhər, Qaradağ rayon Polis İdarəsinin 11-ci polis bölməsinə getməli olduqlarını bildirmiş, üzərində narkotik vasitə olduğundan ilk olaraq, onda üzərində olan narkotik vasitəni yerə tullamaq fikri yaratsa da, sonradan heç bir halda məsuliyyətdən yayına bilməyəcəyini, həqiqətən də narkotik vasitə istifadəçisi olduğunu, bu dəfə məsuliyyətdən yayınsada nə zamansa tutulub məsuliyyətə cəlb ediləcəyini düşündüyü üçün polis əməkdaşlarının bu təklifi ilə könüllü olaraq razılaşıb, birlikdə Bakı şəhəri, Qaradağ rayon Polis İdarəsinin 11-ci polis bölməsinə getmişdir. Polis bölməsində yerləşən otaqların birinə daxil olmuş, həmin otaqda ona üzərinə dəvət edilmiş vəkilin və iki nəfər əvvəllər tanımadığı polis əməkdaşlarının iştirakı ilə videoçəkilişlə baxış keçiriləcəyi bildirilmiş, baxışdan əvvəl ona hüquq və vəzifələri izah edilmiş, üzərinə videoçəkilişlə baxış keçirilməsinə dair hər hansı bir şikayət və etirazının olub-olmaması soruşulmuş, üzərinə baxış keçirən polis əməkdaşına hüquq və vəzifələrinin aydın olduğunu, videoçəkilişlə üzərinə baxış keçirilməsinə dair hər hansı bir şikayət və etirazının olmadığını bildirmişdir. Bundan sonra ona üzərində hər hansı bir qanunsuz əşya və ya predmet varsa könüllü olaraq, təqdim etməyi təklif edilmiş, o isə həmin vaxt könüllü olaraq, əynində olan tünd boz rəngli şalvarın sağ yan cibindən bir ədəd siqaretin qara rəngli kağızına bükülmüş vəziyyətdə olan “kakos” adlanan narkotik vasitə heroini çıxardaraq, polis əməkdaşlarına təqdim etmişdir. Daha sonra polis əməkdaşları ondan narkotik vasitəni haradan və kimdən əldə etdiyini soruşduqda həmin narkotik vasitəni yaşadığı Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, N.Niftəliyev küçəsi, 19 saylı evin yaxınlığında olan zibillikdən tapdığını və narkotik vasitə istifadəçisi olduğu üçün həmin bükülünün içərisində olan maddənin “kakos” adlanan narkotik vasitə heroin olduğunu bilib, sonradan şəxsi istifadəsi üçün götürüb üzərində saxlayaraq, gəzdirdiyini bildirmişdir. Üzərindən aşkar edilmiş narkotik vasitə olan heroin polis əməkdaşları tərəfindən qablaşdırılmış, qabın üzərinə özü, həmçinin baxışda iştirak edən digər şəxslər imzalarını etmişlər. Daha sonra isə zərfin üzəri möhürlə möhürləndi. Üzərinə baxış zamanı başına gəlmiş hadisənin təsirində olduğu üçün narkotik vasitəni xatırlamadığı şəxsdən və yerdə, xatırlamadığı şəxsdən və vaxtda əldə etdiyini bildirmiş, əslində isə narkotik vasitəni xx xxxx 2020-ci il tarixdə, saat 10 radələrində yaşadığı Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, N.Niftəliyev küçəsi, 19 saylı binanın qarşısında olan zibil qutularına zibil atan zaman zibil qutularının yanından tapmışdır. Narkotik vasitəni şəxsi istifadəsi üçün üzərində saxlamaqla gəzdirmiş, həmin narkotik vasitəni hər hansı bir şəxsə satmaq fikri olmamış, narkotik vasitəni mütəmadi olaraq, istifadə etdiyi üçün həmişə üzərində gəzdirdiyini, polis əməkdaşları tərəfindən Bakı şəhəri, Qaradağ rayon polis idarəsinin 11-ci polis bölməsinə gətirilərkən və üzərinə baxış keçirilərkən ona heç bir fiziki və ya psixi zorakılıq tətbiq edilmədiyini bildirmişdir. Yaşadığı qəsəbə kiçik bir ərazi olduğu üçün narkotik vasitə istifadəçisi olduğu barədə məlumatlar polis əməkdaşlarına çatmış, polis əməkdaşları onu tam qanuni olaraq, saxlamışdır. Üzərindən aşkar edilmiş narkotik vasitədən istifadə etmədiyini, çünkü bunun üçün vaxtının olmadığını, elə istifadə etmək üçün yaşadığı evin qarşısına düşən zaman polis əməkdaşları tərəfindən saxlanıldığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, xidmət etdiyi 11-ci polis bölməsinə Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbə sakini Təqsirləndirilən şəxs qeyri-qanuni olaraq yaşadığı Qobustan qəsəbəsi ərazisində narkotik vasitələrin əldə edilməsi və qəbulu ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatına əsasən bölmənin əməliyyat müvəkkili, polis leytenantı Şahid1 ilə birlikdə xx xxxx 2020-ci il tarixdə, saat 14:20-də Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, N.Niftəliyev küçəsi, 19 saylı binanın qarşısında Zahidə xidməti vəsiqələrini təqdim edib, Bakı şəhəri, Qaradağ rayon Polis İdarəsinin 11-ci polis bölməsinin əməkdaşları olduqlarını bildirib saxlayaraq, Zahid olubolmamasını soruşmuş, Zahid özünü onlara Təqsirləndirilən şəxs kimi təqdim etmiş, onlar Zahidə narkotik vasitələrin qanunsuz olaraq, əldə edilib, saxlanılması və istifadəsində şübhəli olduğunu bildirib, hüquq və vəzifələrini izah edərək, üzərinə baxış keçirilməsi üçün xidmət etdikləri 11-ci polis bölməsinə getməsini təklif etmiş və Zahid təkliflərini qəbul edib, onlarla birlikdə polis bölməsinə gəlmişdir. Bölmədə yerləşən xidməti otaqların birində dəvət edilmiş vəkilin iştirakı ilə ilkin olaraq, bir daha Zahidə hüquq və vəzifələri izah edilmiş, üzərinə videoçəkilişlə baxış keçirilməsi ilə bağlı hər hansı bir şikayət və etirazının olub-olmaması soruşulmuş, Zahid hüquq və vəzifələrinin aydın olduğunu, videoçəkilişlə üzərinə baxış keçirilməsi ilə bağlı hər hansı şikayət və etirazının olmadığını bildirdikdən sonra üzərində hər hansı bir qanunsuz əşya və ya predmet varsa təqdim etməsi xahiş edilmiş, bundan sonra isə Zahid üzərində “kakos” adlanan narkotik vasitə heroin olduğunu bildirib, daha sonra isə əynində olan tünd boz rəngli şalvarın sağ yan cibindən bir ədəd siqaretin qara rəngli kağızına bükülmüş vəziyyətdə olan “kakos” adlanan narkotik vasitə heroini çıxardaraq, onlara təqdim etmişdir. Daha sonra Zahiddən narkotik vasitəni haradan və kimdən əldə etdiyi soruşulduqda həmin narkotik vasitəni xatırlamadığı tarixdə, vaxtda və tanımadığı şəxsdən şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Üzərindən aşkar edilmiş narkotik vasitə olan heroin tərəflərindən qablaşdırılmış, qabın üzərinə o, Zahidin özü, həmçinin baxışda iştirak edən digər şəxslər şəxslər imzalarını etmişlər. Daha sonra isə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitənin qablaşdırıldığı zərfin üzəri möhürlə möhürlənmişdir. Təqsirləndirilən şəxs əvvəllər tanımadığını və Zahidin əvvəllər narkotik vasitələrin istifadəçisi və satışı ilə məşğul olması haqqında hər hansı bir məlumatının olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyi üçün saxlayarkən, polis bölməsinə gətirərkən və üzərinə baxış keçirərkən Zahidə qarşı hər hansı bir fiziki və ya psixi zorakılıq tətbiq etməmişlər. Şahid1 məhkəmə iclasının yeri və vaxtı barəsində lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə də məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə iclasında şahidin ifadəsi elan edilmişdir. Şahid1 öz ifadəsində göstərmişdir ki, 2011-ci ildən Azərbaycan Respublikası Daxili İşlər Orqanlarında, 2018-ci ildən isə tutduğu vəzifədə, yəni Bakı şəhəri, Qaradağ rayon polis idarəsinin 11-ci polis bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləmişdir. Xidmət etdiyi 11-ci polis bölməsinə Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbə sakini Təqsirləndirilən şəxs qeyri-qanuni olaraq yaşadığı Qobustan qəsəbəsi ərazisində narkotik vasitələrin əldə edilməsi və qəbulu ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatına əsasən bölmənin sahə inspektoru, polis mayoru Şahid2 ilə birlikdə xx xxxx 2020-ci il tarixdə, saat 14:20-də Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, N.Niftəliyev küçəsi, 19 saylı binanın qarşısında Zahidə xidməti vəsiqələrini təqdim edib, Bakı şəhəri, Qaradağ rayon polis idarəsinin 11-ci polis bölməsinin əməkdaşları olduqlarını bildirib saxlayaraq, Zahid olub-olmamasını soruşmuş, Zahid özünü onlara Təqsirləndirilən şəxs kimi təqdim etmiş, onlar Zahidə narkotik vasitələrin qanunsuz olaraq, əldə edilib, saxlanılması və istifadəsində şübhəli olduğunu bildirib, hüquq və vəzifələrini izah edərək, üzərinə baxış keçirilməsi üçün xidmət etdikləri 11-ci polis bölməsinə getməsini təklif etmiş və Zahid təkliflərini qəbul edib, onlarla birlikdə polis bölməsinə gəlmişdir. Bölmədə yerləşən xidməti otaqların birində dəvət edilmiş vəkilin iştirakı ilə ilkin olaraq, bir daha Zahidə hüquq və vəzifələri izah edilmiş, üzərinə videoçəkilişlə baxış keçirilməsi ilə bağlı hər hansı bir şikayət və etirazının olub-olmaması soruşulmuş, Zahid hüquq və vəzifələrinin aydın olduğunu, videoçəkilişlə üzərinə baxış keçirilməsi ilə bağlı hər hansı şikayət və etirazının olmadığını bildirdikdən sonra üzərində hər hansı bir qanunsuz əşya və ya predmet varsa təqdim etməsi xahiş edilmiş, bundan sonra isə Zahid üzərində “kakos” adlanan narkotik vasitə heroin olduğunu bildirib, daha sonra isə əynində olan tünd boz rəngli şalvarın sağ yan cibindən bir ədəd siqaretin qara rəngli kağızına bükülmüş vəziyyətdə olan “kakos” adlanan narkotik vasitə heroini çıxardaraq, onlara təqdim etmişdir. Daha sonra Zahiddən narkotik vasitəni haradan və kimdən əldə etdiyi soruşulduqda həmin narkotik vasitəni xatırlamadığı tarixdə, vaxtda və tanımadığı şəxsdən şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Üzərindən aşkar edilmiş narkotik vasitə olan heroin tərəflərindən qablaşdırılmış, qabın üzərinə o, Zahidin özü, həmçinin baxışda iştirak edən digər şəxslər şəxslər imzalarını etmişlər. Daha sonra isə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitənin qablaşdırıldığı zərfin üzəri möhürlə möhürlənmişdir. Təqsirləndirilən şəxs əvvəllər tanımadığını və Zahidin əvvəllər narkotik vasitələrin istifadəçisi və satışı ilə məşğul olması haqqında hər hansı bir məlumatının olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyi üçün saxlayarkən, polis bölməsinə gətirərkən və üzərinə baxış keçirərkən Zahidə qarşı hər hansı bir fiziki və ya psixi zorakılıq tətbiq etməmişlər. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxx 2020-ci il tarixli, 6\65 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş ...” və s. qeydlər olan zərfdəki 1 ədəd bükümdəki maddə, təmiz çəkisi 0,667 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Qeyd: Heroinin təmiz çəkisi 0,667 qram, tədqiqata sərf edilmiş 0,050 qram, qalıq 0,617 qram. Ekspertiza tədqiqatının dəyəri 108,46 (yüz səkkiz manat qırx altı qəpik) manat təşkil edir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji X4 Şəxsi Ambulator X1 xx xxxx 2020-ci il tarixli, 810 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs TİRYƏK alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən NARKOMANİYA xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş xx xxxx 2020-ci il tarixli şəxsi axtarış, baxış və götürmə keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyi üçün xx xxxx 2020-ci il tarixdə, saat 14:20 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, N.Niftəliyev küçəsi, 19 saylı binanın qarşısında Qaradağ RPİ-nin 11-ci PB-nin əmədaşları tərəfindən saxlanılaraq, 11-ci PB-nə gətirilmiş, bölmənin inzibati otaqlarının birində üzərinə baxış zamanı Təqsirləndirilən şəxs könüllü olaraq, əynində olan tünd boz rəngli şalvarın sağ yan cibindən bir ədəd siqaretin qara rəngli kağızına bükülmüş vəziyyətdə şəxsi istifadəsi üçün üzərində saxladığı “kakos” adlanan narkotik vasitə heroin çıxardaraq, polis əməkdaşlarına təqdim etmişdir. Əlavə baxış zamanı Təqsirləndirilən şəxs üzərində hər hansı bir qanunsuz əşya və predmet aşkar edilməmişdir. İş materiallarında olan DVD diskə baxış keçirilərkən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, N.Niftəliyev küçəsi, 19 saylı binanın qarşısında Bakı şəhər, Qaradağ RPİ-nin 11-ci PB-nin əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılaraq, 11-ci PB-nə gətirilmiş, bölmənin xidməti otaqlarının birində Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilməklə Bakı şəhər, Qaradağ RPİ-nin 11-ci PB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid1 və həmin bölmənin sahə inspektoru, polis mayoru Şahid2 və bundan başqa Təqsirləndirilən şəxs arzusu ilə hüquqlarının müdafiəsi üçün dəvət olunmuş vəkil Müdafiəçi iştirakları ilə üzərinə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs könüllü olaraq, üzərində hər hansı bir dövriyyəsi qadağan olunmuş əşya və ya predmet varsa təqdim olunması təklif olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs könüllü olaraq, əynində olan olan tünd boz rəngli şalvarın sağ yan cibindən bir ədəd siqaretin qara rəngli kağızına bükülmüş vəziyyətdə şəxsi istifadəsi üçün üzərində saxladığı “kakos” adlanan narkotik vasitə heroin çıxardıb, masanın üzərinə qoyaraq bildirmişdir ki, bükümün içərisində narkotik vasitə olan “kakos” adlanan heroin vardır, həmin heroini xatırlamadığı yerdən və qiymətdə almış və üzərində istifadəsi üçün saxladığını bildirmişdir. İş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kustar üsulla hazırlanmış ümumi təmiz çəkisi 0,667 qram çəkidə narkotik vasitə heroin xx xxxxx 2020-ci il tarixli qərar ilə maddi sübut kimi tanınmış və ekspert tədqiqatından sonra qalmış 0,617 qramı isə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü çıxarılanadək saxlanılması üçün xx xxxxx 2020-ci il tarixdə Bakı şəhəri, Qaradağ RPİ-nin Maddi sübutların saxlanılması otağına təhvil verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə heç bir məlumat yoxdur. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə tədqiq edilmiş sübutların tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli tam sübuta yetir və onun əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsulliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə olaraq az ağır cinayət əməli törətməsini cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinin tələblərinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli 4 saylı qərarında məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, narkotik vasitənin miqdarını, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən halı, eləcə də təqsirləndirilən şəxsdə narkomaniya xəstəliyi olmaqla məcburi müalicəyə ehtiyacının olmasını, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərə tutulmuş azadlıqdan məhrumetmə cəzasının aşağı hədddə təyin edilməsi daha məqsədə müvafiq, həmdə cəzanın məqsədlərinə nail olunması baxımdan daha ədalətlidir. Həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəsisəsində çəkməlidir. Cinayət işinin materiallarından aydın olur ki, Təqsirləndirilən şəxs qeyd olunan cinayət işi ilə əlaqədar faktiki olaraq xx xxxx 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və xx xxxx 2020-ci il tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs məcburi müalicəyə cəlb edilməli və ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmış və Qaradağ RPİ-də saxlanılan ümumi qalıq çəkisi 0,617 qram çəkidə narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə 108,46 (yüz səkkiz manat qırx altı qəpik) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilməlidir. İş üzrə maddi sübut kimi tanınmış 1 ədəd DVD disk cinayət işində saxlanılmalıdır. İbtidai istintaq zamanı və məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 40 iş saatı, məhkəmə baxışı zamanı isə Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 20 iş saatı sərf olunmuşdur. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 360 (üç yüz altmış) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Bürosunun hesabına ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358, 381 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 10 (on) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs şübhəli şəxs kimi tutulduğu 02 (iki) gün müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hazırkı hökmlə təyin olunmuş cəzadan çıxılsın və onun üzərində qəti olaraq 09 (doqquz) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə saxlanılsın. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalından dərhal həbsə alınsın. Təqsirləndirilən şəxs Bakı İstintaq Təcridxanasına yerləşdirilməsi Penitensiar Xidmətin konvoy taboruna həvalə edilsin. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzasının əvvəli həbsə alındığı gündən, yəni xx xxxxxxxx 2020-ci il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs məcburi müalicəyə cəlb edilsin və ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Qaradağ RPİ-də saxlanılan ümumi qalıq çəkisi 0,617 qram çəkidə narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə 108,46 (yüz səkkiz manat qırx altı qəpik) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilsin. İş üzrə maddi sübut kimi tanınmış 1 ədəd DVD disk cinayət işində saxlanılsın. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs ibtidai istintaq və məhkəmə baxışı zamanı göstərilmiş hüquqi yardımla bağlı 360 (üç yüz altmış) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Bürosunun (“Kapitalbank” Qaradağ rayon filialı H/h ********************, kod 200220, VÖEN **********) hesabına ödənilsin. Hökmdən elan olunduğu, təqsirləndirilən şəxs tərəfindən isə hökmün surəti ona təqdim edildiyi vaxtdan 20 (iyirmi) gün müddətinə Qaradağ rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Rufan Mürsəlov
Məhkəmə qərarları › İş №1(002)-131/2020
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-131/2020
07.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver