Məhkəmə qərarları › İş №1(002)-132/2022

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-132/2022

24.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-132/2022 24.05.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Teymur Əhməd oğlunun sədrliyi, İlyasov Ceyhun Bəhruz oğlunun katibliyi, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs xx.xx.1989-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işsiz, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 2000 manat cərimə cəzasına məhkum edilmiş, xx.xx.2021-ci il tarixdə qeydiyyatdan çıxarılmış və məhkumluğu ödənilməmiş ünvan 1 ünvanında yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs, tanışı Şahid2 ilə bir qrup şəxs halında 24 sentyabr 2021-ci il tarixdə, saat 14.00 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsində yerləşən 4 saylı binanın qarşısında olarkən ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq edilməsi ilə müşayiət edilən qərəzli hərəkətləri edərək, həmin qəsəbədə bina 4, mənzil 15 ünvanında yaşayan, tanışları Zərərçəkmiş şəxs ünvanına nalayiq ifadələr işlədib təhqir etməsi səbəbindən aralarında yaranmış mübahisə zamanı sonuncunun bədəninin müxtəlif nahiyələrindən yumruq və təpik zərbələri ilə vuraraq ona sol saidin aşağı 1/3-nin və sol mil-bilək oynağının hərəkət məhdudluğu ilə müşayiət olunan yumşaq toxumaların əziyi halında qançır - şişkinliyi, dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid, eyni zamanda döş qəfəsinin qançırı diaqnozu ilə müşayiət edilən dərəcəsi təyin edilməyən bədən xəsarətləri yetirməklə xuliqanlıq etmişdir. Məhkəmə iclasında təqsrləndirilən şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, heç kimdə düşmənçiliyi və ədavəti yoxdur. Zərərçəkmiş şəxs tanıyır. Belə ki, Zaur onunla eyni qəsəbədə yaşayır və qonşudurlar. Həmin qəsəbədə, qonşu binada qohumları da yaşayır. Zərərçəkmiş şəxs də mütəmadi olaraq tanımadığı ayrı-ayrı şəxslərlə binanın qarşısında və binanın dəhlizində yığışırmış. Vüsal da həmin binada yaxınları qaldığına görə Zaurun bu hərəkətlərindən narahatçılıq keçirirmiş. 23 sentyabr 2021ci il tarixdə, günorta saatlarında tanışı Ramillə binanın qarşısında dayanmışdır. Həmin vaxt Zauru binanın dəhlizindən çıxanda görmüşdür. Ramillə Zauru yanlarına çağırmışdır. Zaur da onları eşidib yanlarına gəlmişdir. Zaura bir neçə dəfə xəbərdarlıq edərək tanımadığı şəxsləri çağırıb binanın qarşısında və dəhlizdə dayanmamaq lazım olduğunu ona bildirmiş və irad tutmuşdur ki, belə hərəkətlərinə son versin. Zaur da Ramilin ona belə irad tutmasına görə əsəbiləşmiş və bu səbəbdən aralarında mübahisə yaranmışdır. Mübahisə zamanı Ramil onun başının arxa nahiyəsindən bir dəfə sillə ilə vurmuşdur. Bundan sonra Zaur Ramilin üstünə tərəf gəlmiş, Vüsal da onları aralaşdırmaq üçün Vüsalı itələmişdir. Bundan sonra Ramillə birlikdə həmin yerdən uzaqlaşmışdır. Lakin Zaurun həmin an yıxılmasını görməmişdir. Ramillə birlikdə gedən zaman eyni məhəllədə qalan tanışı Şahid1 kənardan Zaurun yanına gəlmiş və onu uzaqdan görmüşdür. Nicat Zauru evə tərəf aparmışdır. Məhkəmə iclasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs göstərmişdir ki, anası Yasəmən Allahverdiyeva ilə birlikdə yaşayır. 24 sentyabr 2021-ci il tarixdə evdən məişət tullantılarını (zibili) götürüb atmaq üçün yenidən həyətə düşmüşdür. Yaşadığı binaya daxil olan zaman kiminsə arxadan “Zaur” deyərək adını çağırdığını eşitmişdir. Həmin çağırışa heç bir əhəmiyyət vermədən mərtəbələri qalxıb mənzilə daxil olmuşdur. Təxminən 2 dəqiqə keçdikdən sonra qapının döyüldüyünü eşitmişdir. Qapını açdıqda dəhlizdə Müşfiqabad qəsəbəsində yaşayan, tanışları Vüsal, Ramilin olduğunu görmüşdür. Bu zaman Vüsal onunla söhbəti olduğunu deyib binanın həyətinə düşmək lazım olduğunu bildirmişdir. Qapını bağlayıb onlarla birlikdə həyətə düşmüşdür. Həmin vaxt Vüsal ona nə üçün adını çağırdıqda geri baxmayaraq, qaçaraq binaya daxil olduğunu soruşmuşdur. Vüsala qaçmadığını, evə getdiyini bildirmişdir. Bu zaman Vüsal onun ünvanına nalayiq ifadələr işlədib təhqir etmişdir. Bu səbəbdən aralarında mübahisə yaranmışdır. Həmin yer binanın qarşısı olmuşdur. Həmin vaxt Vüsal ona özünə məxsus qara rəngli, vaz 2107 markalı minik avtomobilinə əyləşməyi təkid etmişdir. Ona etiraz edən zaman Vüsal sinəsindən, baş nahiyəsindən yumruqla vurmuşdur. Zərbənin təsirindən arxası üstə yerə yıxılmışdır. Sonradan yanlarına yaxınlaşan qonşuları Nicat bu zaman onun qoluna girib yerdən qaldırıb biraz kənara aparmışdır. Bundan sonra piyada hərəkət edib anasına zəng etmişdir. Həmin vaxt Vüsal idarə etdiyi avtomobillə yenidən yanına gəlmişdir. Bu zaman yenə də Nicat və Ramil də Vüsalın yanında olmuşdur. Vüsal bir daha onu vurmaq istəyən zaman Nicat qolundan tutub onu aralamışdır. Bu zaman Ramil heç bir səbəb olmadan baş nahiyəsindən yumruqla vurmuşdur. Yenidən zərbənin təsirindən arxası üstə yerə yıxılmışdır. Bundan sonra onlar avtomobilə əyləşib naməlum istiqamətdə getmişlər. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məhkəmə iclasında notarial qaydada təsdiq edilmiş ərizə verərək Təqsirləndirilən şəxs ilə barışdığını və ondan heç bir şikayət və tələbinin olmadığını qeyd etmişdir. Məhkəmə iclasında Şahid1 verdiyi ifadəsində göstərmişdir ki, ünvan 2 ünvanında ailə üzvləri ilə birlikdə həmin ünvanda yaşayır. Zərərçəkmiş şəxs tanıyır. Belə ki, Zaur onunla eyni qəsəbədə, üzbəüz binada yaşayır. Belə ki, 24 sentyabr 2021-ci il tarixdə, saat 14 radələrində qəsəbədə, məhəllədə olan zaman Zaurun binanın qarşısında yerə yıxılı vəziyyətdə olduğunu görmüşdür. Onun yanına gedib ayağa qalxmağa kömək etmişdir. Həmin vaxt Zaurun paltarları toza bulaşmış vəziyyətdə olmuşdur. Onu ayağa qaldırıb nə baş verdiyini soruşmuş, bu zaman Zaur ona Ramil və Vüsalın onu döyüb xəsarət yetirdiyini bildirmişdir. Bundan sonra Zauru yaşadığı binaya evə göndərmişdir. Bundan sonra isə şəxsi işinin dalınca getmişdir. Bundan başqa, onun hansı şəraitdə xəsarət aldığını bilmir. Yalnız həmin vaxt Zaurdan necə yıxıldığını niyə döyüldüyünü soruşduqda, o Ramil və Vüsal adlı şəxslərin onu döyərək xəsarət yetirdiyini öyrənmişdir. İş materiallarında olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 2000 manat cərimə cəzasına məhkum edilmiş, xx.xx.2021-ci il tarixdə qeydiyyatdan çıxarılmış və məhkumluğu ödənilməmişdir. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının 29 sentyabr 2021-ci il tarixli, 706 nömrəli rəyinin nəticə hissəsində göstərilmişdir ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi ekspertizası zamanı onda aşkar edilmiş xəsarətlər – sol saidin aşağı 1/3-nin və sol mil-bilək oynağının hərəkət məhdudluğu ilə müşayiət olunan yumşaq toxumalarının əziyi halında qançır – şişkinliyi, döş qəfəsinin qançırı bərk küt əşyanın (əşyaların) təsirindən müayinədən 1 (bir) neçə saat əvvəl törənmişlər, qərarın təsviri hissəsində göstərilən xx.xx.2021-ci il tarixdə və şəraitdə əmələ gələ bilərdilər və dərəcəsinə görə sol saidin aşağı 1/3-nin və sol mil-bilək oynağının hərəkət məhdudluğu ilə müşayiət olunan yumşaq toxumalarının əziyi halında qançır – şişkinliyi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir, döş qəfəsinin qançırı isə sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduğu üçün dərəcəsi təyin edilmir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 18 mart 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və 19 mart 2022-ci il tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilərək MSY-dən azad edilmişdir. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə tədqiq edilmiş sübutların tam,hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli tam sübuta yetir və onun əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsulliyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi əməlini qismən etiraf etməsini və eləcə də zərər çəkmiş şəxslərlə barışaraq ondan heç bir şikayət və tələbin olmamasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinin tələblərinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və içtimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndində göstərilmişdir ki,məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsisndə işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-ci maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərədə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi cəzanın məqsədlərinə nail olunması baxımından daha ədalətli və düzgündür. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası CM-nın 52-1 maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. Belə ki, həmin maddə tələb edir: 52-1.1. Azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin müddəalarına əsasən: 15.5-1. Azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. 51-2.1. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. 51-3.1. Azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. Azərbaycan Respublikası CPM-nin 197-198-ci maddələrinə əsasən ekspertə verilməli olan məbləğ məhkəmə məsrəflərinə aid olduğundan, məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. İş üzrə maddi sübut , məhkəmə xərcləri və mülki iddia yoxdur. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 37 (otuz yeddi) saata görə 222 (iki yüz iyirmi iki) manat məbləğində pul X1, məhkəmə baxışı zamanı göstərilmiş hüquqi yardımla bağlı 30 (otuz) saata görə 180 (bir yüz səksən) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı vəkil bürosunun hesabına ödənilməlidir. Odur ki, yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının CPM-nin 344- 347, 349, 351-353, 356, 358, 381 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək ona 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs tutma altında olduğu 01 gün nəzərə alınmaqla üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsindən seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhərinin və Abşeron rayonunun hüdudlarını tərk etməmək, axşam saat 24:00-dan səhər saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə icra qurumuna həvalə edilsin. İş üzrə mülki iddia, məhkəmə xərcləri və maddi sübut yoxdur. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 37 (otuz yeddi) saata görə 222 (iki yüz iyirmi iki) manat məbləğində pul X1, məhkəmə baxışı zamanı göstərilmiş hüquqi yardımla bağlı 30 (otuz) saata görə 180 (bir yüz səksən) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı vəkil bürosunun hesabınaödənilsin. Hökmdən elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətinə Qaradağ rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim: Teymur Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar