Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-132/2023 25.05.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Teymur Əhməd oğlunun sədrliyi, İlyasov Ceyhun Bəhruz oğlunun katibliyi, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs xx xxx 2001-ci ildə Tovuz şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Tovuz rayonu, Çatax kəndində qeydiyyatda olan və Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi fərdi tikilmiş evdə müvəqqəti yaşayan, barəsində “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ÜƏ Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs məxsus Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, Təzə yurd yaşayış massivində yerləşən fərdi tikilmiş evdə yaşayarkən Zərərçəkmiş şəxs evin həyətində anbar kimi istifadə olunan tikiliyə arpa yığdığını bilib həmin arpa kisələrini talamaq qərarına gələrək bu məqsədlə 2022-ci ilin sentyabr ayından xx.xx.2022-ci il tarixdək olan müddət ərzində Zərərçəkmiş şəxs tərəfindən istifadəsinə icazə verilmədiyi halda anbarın qapısının kilidini sındırmaq yolu ilə saxlanc yerinə qanunsuz daxil olub vahid niyyətlə əhatə olunan qəsdlə oradan 1 tonunun qiyməti 500 manat təşkil etməklə Zərərçəkmiş şəxs məxsus 3500 manat dəyərində 7 ton arpanı gizli olaraq talayıb oğurluq etmişdir. Məhkəmə iclasında təqsrləndirilən şəxs Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2022-ci ilin sentyabr ayında o və iş yoldaşları Qobustan qəsəbəsində internet xətti çəkilişində işləmişlər. Həmin vaxt Ağazər adlı şəxsə məxsus Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsində yerləşən evdə kirayə qalmışlar. Təxminən 1 ay qaldıqdan sonra onlar orada işlərinin qurtardığı üçün evdə olan şəxslər çıxmışlar. O, yaşamağa yeri olmadığı üçün Ağazərdən evində yaşamağa icazə istəmişdir. Ağazərin özü Bakı şəhərində başqa rayonda olduğu üçün evində qalmağına razılıq vermiş və ona bildirmişdir ki, evinə və həyətinə baxsın, ondan kirayə haqqı istəmir. Qobustan qəsəbə sakini Rəşad adlı şəxsi də iş vaxt tanımışdır. Rəşad da onunla birlikdə internet xətti çəkilişində fəhlə işləmişdir. Rəşad arada bir onun yanına gəlmişdir. O, Ağazərin evin həyətindəki anbarda arpa olduğunu bilmişdir. Həmin vaxtlar onun pula ehtiyacı olduğu üçün arpaları oğurlayıb sataraq pul qazanmaq qərarına gəlmişdir. Noyabr ayının əvvəllərində o, 20 kisə arpanı anbardan çıxararaq darvazanın qarşısına yığmışdır. Həmin vaxt tanışı Rəşada zəng edərək harada olmasını soruşmuşdur. Rəşad da ona yaxınlıqdakı kafedə pivə içdiyini bildirmişdir. O, Rəşadın yanına getmiş və birlikdə pivə içmişlər. Həmin vaxt Rəşada qohumunun arpa gətirdiyi avtomobilin xarab olduğu üçün arpanı onun yaşadığı evin həyətinə boşaltdığını və satmağ istədiyini demişdir. Rəşada həmin arpanı satmaqda köməklik etməsini, onun da fəhlə pulunu verəcəyini demişdir. Rəşad qəsəbədən tanıdığı Mahirə bu barədə demiş və Mahir onların yanlarına gəlmişdir. O, Mahirə arpanının 1 kiloqramını 50 qəpiyə satdığını demiş, Mahir isə 40 qəpiyə alacağını demişdir. O da Mahirlə razılaşmışdır. O və Rəşad yaşadığı evə getmişlər. Orada Rəşad onu gözləmiş və o, Qobustan qəsəbəsindəki bazarın yanına getmiş, orada tanımadığı ağ rəngli “Ford-Tranzit” markalı avtomobilinə yaxınlaşmış və sürücü ilə danışıb arpa aparacaqlarını demişdir. O, sürücü ilə razılaşmışdır. Bundan sonra sürücü ilə birlikdə Ağazərin evinin yaxınlığına getmişlər. Orada 20 kisə arpanı Rəşadla birlikdə “Ford-Tranzit” markalı yük avtomobilinə yükləyib Mahirin yaşadığı Qobustan qəsəbəsindəki evinə aparmışlar. Orada onlar arpanı Mahirin atası Niftəliyə təhvil verib sonuncunun həyətinə boşaltmışlar. Niftəli ona 20 kisə arpa üçün 310 manat pul vermişdir. Həmin puldan Rəşada və yük avtomobilinə vermişdir. Bir gün sonra o, Ağazərin anbarından yenidən arpa götürüb satmaq qərarına gəlmişdir. O, anbardan 16 kisə arpanı daşıyıb darvazaya yaxın yığmışdır. Bundan sonra Qobustan qəsəbəsində olan marketin yaxınlığına getmiş və orada göy rəngli “Vito” markalı avtomobil dayandığını görmüşdür. O, həmin şəxsə özünə məxsus arpa olduğunu və bazara aparıb satmaq istədiyini demişdir. Həmin şəxsə bazara çatan zaman pulu verəcəyini demişdir. Bundan sonra həmin “Vito” markalı avtomobillə Ağazərin evinin qarşısına getmişlər. Orada o, darvazanın qarşısına yığdığı arpanı “Vito” markalı avtomobilə yükləmişdir. Onlar birlikdə hərəkət etməyə başlamışlar. Qobustan qəsəbəsindən çıxmaq istəyən zaman orada hasarın yaxınlığında avtomobil xarab olmuşdur. O, arpanı geri qaytarmaq üçün yenidən qəsəbədə olan marketin yaxınlığına getmiş və orada Elton adlı şəxsə qarşılaşmışdır. Elton özünə məxsus “Vaz-2106” markalı avtomobillə orada dayanmışdır. Eltona özünə məxsus 16 kisə arpa olduğunu və “Vito” markalı avtomobillə aparmaq istəyən zaman hasarın yaxınlığında avtomobilin xarab olduğunu, həmin arpaları ucuz qiymətə satdığını demişdir. O, Eltona 1 kiloqramı 40 qəpikdən arpa satdığını bildirmişdir. Elton qardaşı ilə danışdıqdan sonra arpanı almaq istədiyini bildirmişdir. O, Eltonla sonuncuya məxsus “Vaz-2106” markalı avtomobillə “Vito” markalı avtomobilin xarab olduğu yerə getmişlər. Orada onlar birlikdə 8 kisə arpanı maşına yükləyərək Eltonun qardaşının yaşadığı evə gedərək arpanı evin həyətinə boşaltmışlar. Bundan sonra yenidən evə qayıtmış və əlavə 8 kisə arpanı da avtomobilə yükləyib Eltonun qardaşı Fəraizin qapısına boşaltmışlar. Fəraiz ona arpalara görə 256 manat pul vermişdir. Həmin pulun 50 manatını Eltona vermişdir. Həmin gün axşam radələrində Rəşada zəng etmiş və yenə də rayondan arpa gəldiyini, satmaq istədiyini demişdir. Rəşad da ona kafedə olduğunu, Zamiq adlı tanışı ilə oturduğunu və 1 ton arpa almaq istədiyini demişdir. O, yenə də anbardan 21 kisə arpa çıxarıb qapının ağzına yığmışdır. Bir müddət sonra Rəşad evin yanına gəlmişdir. O, yenə də həmin “Ford-Tranzit” markalı avtomobilə yaxınlaşıb arpa aparacaqlarını demişdir. Bundan sonra 21 kisədə olan arpanı avtomobilə yükləyib Zamiqin yaşadığı ünvana aparmışlar. Zamiq ona arpanın kimə məxsus olduğunu soruşan zaman o, özünə məxsus olmasını bildirmişdir. Onlar orada arpanı boşaldaraq Zamiqdən 320 manat pul almışdır. Rəşada 40 manat, sürücüyə 30 manat pul vermişdir. O, əldə etdiyi pulları şəxsi işlərimə xərcləmişdir. Bir neçə gün sonra Qaradağ RPİ-nin 11-ci PB-nin əməkdaşları ona yaxınlaşaraq onu PB-nə dəvət etmişlər və o, hadisəni olduğu kimi danışaraq etiraf etmişdir. Törətdiyi əməldən peşmandır.İlk dəfədir ki, cinayət hadisəsi törədir.Zərər çəkmiş şəxsə dəymiş ziyanı ödəyərək onunla barışmışdır. Qeyd edilənlərə əsasən ona yüngül cəza verilməsini xahiş edir. Zərərçəkmiş şəxs oğlu ibtidai istintaqa verdiyi ifadəsində bildirmişdir ki, o, Qobustan rayonu, Şıxzərli kəndində qeydiyyatda olsa da, Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, Təzə yurd yaşayış massivi fərdi tikilmiş evdə ailəsi ilə birlikdə yaşamışdır. Onun Şamaxı rayonunda özünə məxsus təsərrüfatı vardır, yəni mal-qara saxlanması ilə məşğul olur. Buna görə də evinin həyətində dam tikib oranı anbar kimi istifadə edərək içərisində arpa saxlamışdır. Övladlarının təhsil alması ilə əlaqədar olaraq o, Bakı şəhəri, Səbail rayonu, 8-ci mikrorayonda kirayə qalmışdır. 2022-ci ilin sentyabr ayında Qobustan qəsəbəsinə internet xəttinin çəkilməsi ilə əlaqədar olaraq işləmək üçün briqada gəlmişdir. İnternet xətti çəkən işçilər onunla əlaqə saxlayıb işlədikləri müddətdə qalmaq üçün yer axtardıqlarını və evini müvəqqəti kirayə verməyini xahiş etmişlər. O da onlara razılığını bildirib evi müvəqqəti olaraq internet xəttinin çəkən işçilərə kirayə vermişdir. Təxminən 1 ay sonra 2022-ci ilin oktyabr ayında həmin briqada evdən çıxmaq istədiklərini bildirmişlər. O, evi təhvil almağa gedən zaman həmin fəhlələrin içərisində olan Tovuz rayon sakini kimi tanıdığı Təqsirləndirilən şəxs ona bir müddətdə evində qalmaq üçün icazə istəmişdir. O, Nicata evdə qala biləcəyini, sonuncudan pul istəmədiyini, lakin evin həyətinə qulluq etməsini bildirmişdir. Bundan sonra o, bir-iki dəfə anbara gedib oradan arpa götürmüş, anbarın giriş qapısında olan qıfılın açarı da onda olmuşdur. O, arpa götürən zaman Nicat bunu görmüş, hətta ona kömək də etmişdir. O, Nicata həmin anbara girməyə icazə verməmiş, nə də anbarın açarları Nicatda olmamışdır. xx.xx.2022-ci il tarixdə qohumu Fəraiz ona zəng edərək, evində qalan Nicatın ona və başqa şəxslərə arpa satdığını, onun arpasını oğurlayıb satdığından şübhələndiklərini deyərək gəlib yoxlamağını demişdir. Buna görə də o, dərhal evinə getmiş və həyətdə olan anbarın kilidinin sındırılmasını görmüşdür. O, anbarın içərisinə baxan zaman oradan 3010 manat dəyərində 7 ton arpanın oğurlandığını bilmişdir. O, oradan çıxıb, Fəraizin evinə getmiş və sonuncunun həyətində olan arpanın ona məxsus arpa olmasını bilmişdir. Bundan sonra ona məlum olmuşdur ki, onun evində qalan Nicat evin həyətində olan anbarın üzərindəki qıfılı sındırıb açmaqla qanunsuz daxil olaraq oradan 7 ton arpanı hissə-hissə oğurlayaraq satmışdır. Nicat arpanı Fərazi, Zamiq və Niftalıya satmasını bilmiş, başqa kimlərə satmasını bilməmişdir. Bundan sonra o, Qaradağ RPİ-nin 11-ci polis bölməsinə gedərək, hadisə barədə ərizə yazıb məlumat vermişdir. Ona məxsus evin həyətindəki anbardan 7 ton arpa oğurlanmış və ona 3010 manat maddi ziyan dəymişdir. O, Nicata yalnız həyətə baxmasına icazə vermişdir. Anbara daxil olmasına icazə verməmiş, nə də ki anbarın açarı Nicatda olmamışdır. Anbarın açarı yalnız onda olmuşdur. Zərərçəkmiş şəxs məhkəməyə teleqram ünvanlayaraq təqsrləndirilən şəxs Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyanın ödənildiyini və ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmiş və işə onun iştirakı olmadan baxılmasına etiraz etmədiyini qeyd etmişdir. Məhkəmə iclasında Şahid1 verdiyi ifadəsində göstərmişdir ki, o, “Azİnvest” şirkətində internet xətti çəkilişində fəhlə kimi işləmişdir. Təqsirləndirilən şəxs da oradan tanımışdır. 2022-ci ilin sentyabr ayında o və iş yoldaşları Qobustan qəsəbəsində internet xətti çəkilişində işləmişlər. Həmin vaxt işçilər Ağazər adlı şəxsə məxsus Qobustan qəsəbəsində yerləşən evdə kirayədə qalmışlar. Təxminən 1 ay qaldıqdan sonra onların orada işləri qurtardığı üçün evdə olan şəxslər çıxmışlar. Nicat isə həmin evdə yaşamağa davam etmişdir. Təxminən noyabr ayının əvvələrində Nicat ona zəng edib harada olmağını soruşmuşdur. O da Nicata yaxınlıqdakı kafedə pivə içdiyini bildirib yanına çağırmışdır. Nicat da onun yanına gəlmiş və onlar birlikdə pivə içmişlər. Həmin vaxt Nicat ona qohumunun arpa gətirdiyini, avtomobili xarab olduğu üçün arpanı yaşadığı evin həyətinə boşaltdığını və arpanı satdığını demişdir. Nicat həmin arpanı satmaqda köməklik etməyini, onun da fəhlə pulunu verəcəyini demişdir. O, qəsəbədən tanıdığı Mahirə bu barədə bildirmiş və Mahir onların yanına gəlmişdir. Nicat Mahirə 1 kiloqramını 50 qəpiyə satdığını demiş, Mahir isə 40 qəpiyə alacağını bildirmişdir. Nicat da Mahirlə razılaşmışdır. O, Nicatla birlikdə yaşadığı evə getmişdir. Orada o, Nicatı gözləməyə başlamış və təxminən 15-20 dəqiqə sonra Nicat ağ rəngli “Ford-Tranzit” markalı yük avtomobili ilə geri qayıtmışdır. Orada onlar 20 kisə arpanı birlikdə “Ford-Tranzit” markalı yük avtomobilinə yükləyib Mahirin yaşadığı Qobustan qəsəbəsindəki evinə aparmışlar. Orada onlar arpanı Mahirin atası Niftəliyə təhvil verib sonuncunun həyətinə boşaltmışlar. Niftəli Nicata 20 kisə arpa üçün 310 manat pul vermişdir. Nicat həmin puldan ona 50 manat pul vermişdir. 08 noyabr 2022-ci il tarixdə saat 20 radələrində Nicat ona zəng edərək yenə də rayondan arpa gəldiyini, satmaq istədiyini demişdir. O da Nicata kafedə olduğunu, Zamiq adlı tanışı ilə oturduğunu və Zamiqin 1 ton arpa almaq istədiyini demişdir. Nicat da ona hazır olduğunu və oraya gəlməyini demişdir. O da Nicatın yaşadığı evin yaxınlığına getmişdir. Nicat yenə də bazara tərəf getmiş və bir müddət sonra həmin “Ford tranzit” markalı avtomobillə geri qayıtmışdır. Bundan sonra 20 kisədə olan arpanı avtomobilə yükləyib Zamiqin yaşadığı ünvana aparmışlar. Onlar orada arpanı boşaltmış və Nicat 320 manat pul almışdır. Nicat ona 40 manat, sürücüyə 30 manat pul vermişdir. O, əldə etdiyi pulları şəxsi işlərinə xərcləmişdir. Bir neçə gün sonra Qaradağ RPİ-nin 11-ci PB-nin əməkdaşları ona yaxınlaşaraq onu PB-nə dəvət etmişlər Nicat həmin arpaların qohumuna məxsus olduğunu və özünün satdığını bildirmişdir. O, həmin arpaların oğurluq olmasını bilməmişdir. Məhkəmə iclasında Şahid2 verdiyi ifadəsində göstərmişdir ki, o, Qobustan qəsəbəsində taksi fəaliyyəti ilə məşğul olur. Nicatı internet xətti çəkilişində fəhlə işləyən kimi tanımış və qohumu Azər Niftəliyevin evində yaşadığını bilmişdir. 2022-ci ilin noyabr ayının əvvələrində Qobustan bazarının qarşısında dayanıb müştəri gözləmişdir. Həmin vaxt Nicat ona yaxınlaşmış, qohumunun yük avtomaşının xarab olduğunu və maşında satılıq arpa olduğunu bildirmişdir. O da qardaşı Fərayizə telefonla zəng edib arpa satılmasını bildirmiş və telefonu Nicata vermişdir. Fərayizlə Nicat razılaşdıqdan sonra Nicatla birlikdə həmin avtomobilin yanına gedib 8 kisə arpanı öz maşınına yükləyib Fərayizin həyətinə aparmışlar. Yükü boşaldıb yenidən həmin yerə qayıdıb 8 kisə arpanı yenidən yükləyib Fərayizin həyətinə aparmışlar. Səhəri günü qohumu Zamiqlə qarşılaşmış, söhbət zamanı Zamiq bildirmişdir ki, kilosu 40 qəpikdən bir ton arpa almış, arpanı ona Nicat satmışdır. Bundan sonra onlarda şübhə yaranmışdır. Azərlə telefon əlaqəsi saxlayıb ona Nicatın arpa satdığını, evinə gəlib baş çəkməsini bildirmişdir. Buundan sonra Azər Qobustan qəsəbəsinə gəlmişdir. Bundan sonra onlara məlum olmuşdur ki, Nicat Azərin həyətindəki anbardan Azərə məxsus arpaları oğurlayıb satmışdır. Nicat həmin arpaların qohumuna məxsus olduğunu və özünün satdığını bildirmişdir. O, həmin arpaların oğurluq olmasını bilməmişdir. Məhkəmə iclasında Şahid3 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun yaxın qohumudur. 2022-ci ilin noyabr ayının əvvəllərində çayxanada olan zaman qəsəbə sakini kimi tanıdığı Rəşad da orada olmuşdur. Həmin vaxt Rəşad onun təsərrüfatla məşğul olduğunu bilib, yaxşı arpa olduğunu və almaq istəyib-istəmədiyini soruşmuşdur. O, Rəşada arpanı kimin satdığını soruşmuş, Rəşad da ona arpanı iş yoldaşının satdığını bildirmişdir. Həmin vaxt Rəşad mobil telefonla Nicata zəng etmiş və Nicatla Qobustan qəsəbəsi ərazisində görüşmüşdür. Nicat ona arpanın qohumuna məxsus olmasını və satdığını bildirmişdir. O, arpaya baxmış və münasib qiymətə satdığı üçün almağa razılaşmışdır. O, Nicata gedib arpanı götürməyi təklif etmiş, Nicat isə ona evə özünün gətirib boşaldacağını demişdir. O, heç nə deməyib razılaşmış və yaşadığı evə getmişdir. Həmin gün axşam radələrində Nicat və Rəşad “Qazel” markalı avtomobillə onun evinin qarşısına gəlmiş və 21 kisə arpanı onun evinin həyətinə boşaltmışlar. O, 310 manat pulu Nicata vermişdir. Səhəri gün o, Qobustan qəsəbəsi ərazisində tanışı Fədaillə gəzdiyi zaman Nicatın başqa şəxslərlə dayanıb söhbət etdiyini görmüşdür. O, Fədailə Nicatı göstərib arpanı ondan aldığını bildirmişdir. Fədail də ona Nicatın Ağazərin evində qaldığını demişdir. O, Fədaildən evdə başqa kimsənin olub olmadığını soruşmuşdur. Fədail isə ona Ağazərin evinin boş olmasını demişdir. O, Nicatın ona satdığı arpanın Ağazərin arpası olmasından şübhələnmişdir. Bundan sonra o, Nicatın həmin arpadan tanışı Fəraziə də satdığını bilmiş və onlar məsləhətləşib, Ağazərə zəng etmişlər. Ağazərə hadisəni danışıb gəlib arpaları yoxlamasını demişlər. Daha sonra Ağazər gəlib arpalara baxmış və arpalarının oğurlanmasını aşkar etmişdir. Daha sonra o, həmin arpaları polis əməkdaşlarına təqdim etmişdir. Məhkəmə iclasında Şahid4 ifadəsində göstərmişdir ki, o, Zərərçəkmiş şəxs onun qohumudur. 2022-ci ilin noyabr ayının əvvələrində o, yaşadığı Qobustan qəsəbəsi ərazisində olan zaman qardaşı Elton ona zəng edərək, qəsəbə ərazisində arpa satıldığını, almaq istəyib istəmədiyini soruşmuşdur. O, yaşadığı evin həyətində mal-qara saxlamış, buna görə də arpa ona lazım olmuşdur. O, Eltona həmin arpanı 40 qəpiyə ala biləcəyini demişdir. Elton da arpanı satan şəxsə demiş, həmin şəxsdə bununla razılaşmışdır. Elton ona həmin avtomobildən gedib arpanı götürüb gətirəcəyini demişdir. Bundan sonra həmin gün saat 14 radələrində Eltonun idarə etdiyi Vaz-2106 markalı avtomobillə 8 kisə arpanı onun yaşadığı evə gətirmişdir. Həmin vaxt Eltonun yanında Nicat da olmuşdur. Elton yenidən gedib 8 kisə arpa gətirmiş, O, 16 kisə arpa üçün Nicata 256 manat pul vermişdir. Həmin gün axşam saatlarında xalası oğlu Zamiq o yaşadığı evə gəlmişdir. Zamiq arpanı görən kimi haradan aldığını soruşmuş, o arpanı Nicat adlı şəxsdən aldığını demişdir. Zamiqdə ona Nicatın ona da eyni arpadan satdığını demişdir. Zamiq ona Nicatın Ağazərin evində qaldığını demişdir. O, Nicatın həmin arpaları Ağazərdən oğurlayaraq satdığından şübhələnmiş və dərhal Ağazərə zəng etsə də, Ağazərin mobil elefonuna zəng çatmamışdır. Sonradan Ağazər ona zəng etmiş və o Ağazərə evində qalan Nicatın ona və Zamiqə arpa satdığını, gəlib evində olan arpaları yoxlamasını demişdir. Daha sonra Ağazər gəlib arpalara baxmış və arpalarının oğurlanmasını aşkar etmişdir. Daha sonra o, həmin arpaları polis əməkdaşlarına təqdim etmişdir. O, aldığı arpanın oğurluq olmasını bilməmişdir. İş üzrə Şahid5 məhkəməyə ərizə ünvanlayaraq ibtidai istintaqa verdiyi ifadəni təsdiq etdiyini bildirmiş və səhhəti ilə əlaqədar məhkəmə iclaslarında iştirak edə bilmədiyindən işə onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. İş üzrə şahid qismində dindirilmiş Şahid5 ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, Şahid5 küçəsi ev 17-də ailəsi ilə birlikdə yaşayır. Zərərçəkmiş şəxs uzun müddətdir ki, tanımışdır. Təqsirləndirilən şəxs isə əvvəllər tanımamış, aralarında heç bir ədavət və düşməçilik olmamışdır. O, yaşadığı evin həyətində fərdi şəkildə təsərrüfatla da məşğul olmuşdur. 07 noyabr 2022-ci il tarixdə saat 20 radələrində o, yaşadığı evdə olan zaman darvazanın döyülməsini eşitmişdir. O, qapını açan vaxt orada qəsəbə sakini kimi tanıdığı Rəşadı və sonradan tanıdığı Nicatı görmüş və sonuncular ağ rəngli “Ford Tranzit” markalı avtomobil dayanmışdır. Həmin vaxt Nicat ona oğlu Mahirlə danışdıqlarını və arpa satmaq üçün gəldiklərini demişdir. O, yaşadığı evin həyətində mal-qara saxlamış, buna görə də arpa ona lazım olmuşdur. Nicat ona arpa sahibinin avtomobilinin xarab olduğunu, buna görə də avtomobili düzəltdirmək üçün arpanı satdığını demişdir. O, arpaya baxmaq istədiyini demiş və arpaya baxmış, yaxşı olmasını görmüşdür. Nicat həmin arpanı 50 qəpiyə satdığını demiş, o isə sonuncuya 40 qəpiyə ala biləcəyini bildirmişdir. Nicat onunla razılaşmış və 20 kisə arpanı onun yaşadığı evin həyətində olan tövləyə boşaltmışdır. O, 20 kisə arpa üçün Nicata 310 manat pul vermiş, Nicatda onunla sağollaşıb oradan getmişdir. O, həmin arpanı istifadə etmiş, yəni saxladığı heyvanlara vermişdir. Bir müddət sonra ona Qaradağ RPİ-nin 11-ci PB-dən zəng gəlmiş və Nicatdan aldığı arpanın oğurluq olması ona bildirilmişdir. O, polis əməkdaşlarına hadisəni olduğu kimi danışmış və oğurluq olmasından məlumat olmadığını bildirərək izahat vermişdir. Nicat həmin arpanın qohumuna məxsus olımasını, pulu olmadığı üçün satdığını bildirmişdir. İş materiallarında olan məhkəmə əmtəəşünaslıq ekspertizasının xx.xx.2023-cü il tarixli 9/9212 nömrəli rəyində görünür ki, ekspertiza təyini haqqında qərarda göstərilən 1 ton arpa məhsulunun 2022-ci ilin noyabr ayına olan orta bazar qiyməti nəzəri qaydada təxminən 500,0 manat (1000kq x 0,50) müəyyən edilir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə məlumat yoxdur. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs oğurluq yolu ilə ələ keçirdiyi Zərərçəkmiş şəxs məxsus 36 kisədə olan arpa maddi sübut kimi tanınmış və saxlanılması üçün sahibinə geri qaytarılmışdır. İş materillarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə şübhəli şəxs kimi tutulmuş və xx.xx.2022-ci il tarixdə müvəqqəti saxlama yerindən azad edilərək barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə tədqiq edilmiş sübutların tam,hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli tam sübuta yetir və onun əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsulliyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə cinayət əməli törətməsini, törətdiyi cinayət əməlini əməli etiraf edərək peşman olmasını, gəncliyini, zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəyərək onunla barışıq əldə etməsini cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli mülkiyyət əleyhinə olan cinayətlər kateqoriyasına aiddir və bu tip cinayət əməllərinin ictimai-təhlükəliliyi şəxsin mülkiyyət hüquqlarının və maraqlarının pozulmasında ifadə olunur.Təqsirləndirilən şəxs tərəfindən zərərçəkmiş şəxsə vurulmuş ziyan ödənildiyindən onun törətdiyi cinayət əməlinin ictimaitəhlükəliliyi də aradan qalxmışdır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinin tələblərinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və içtimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndində göstərilmişdir ki,məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsisndə işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-ci maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərədə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi cəzanın məqsədlərinə nail olunması baxımından daha ədalətli və düzgündür. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası CM-nın 52-1 maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. Belə ki, həmin maddə tələb edir: 52-1.1. Azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin müddəalarına əsasən: 15.5-1. Azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. 51-2.1. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. 51-3.1. Azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. İş üzrə maddi sübut kimi tanınmış 36 kisə arpanın Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. İş üzrə 50 (əlli) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilməlidir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 50 (əlli) saat hesabı ilə 300 (üç yüz) manat məbləğində pul X1, məhkəmə baxışı zamanı göstərilmiş hüquqi yardımla bağlı 35 (otuz beş) saat hesabı ilə 210 (iki yüz on) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı vəkil bürosunun hesabına ödənilməlidir. Odur ki, yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının CPM-nin 344-347, 349, 351-353, 356, 358, 381 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs tutma altında olduğu 02 (iki) gün nəzərə alınmaqla üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Tovuz rayonunun hüdudlarını tərk etməmək, axşam saat 24:00-dan səhər saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsindən seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış 36 kisə arpanın Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. İş üzrə 50 (əlli) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilsin. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə icra qurumuna həvalə edilsin. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 50 (əlli) saat hesabı ilə 300 (üç yüz) manat məbləğində pul X1, məhkəmə baxışı zamanı göstərilmiş hüquqi yardımla bağlı 35 (otuz beş) saat hesabı ilə 210 (iki yüz on) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı vəkil bürosunun hesabınaödənilsin. Hökmdən elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətinə Qaradağ rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim: Teymur Qurbanov
Məhkəmə qərarları › İş №1(002)-132/2023
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-132/2023
25.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver