Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(002)-132/2024 01.04.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Teymur Əhməd oğlunun sədrliyi, İlyasov Ceyhun Bəhruz oğlunun katibliyi, Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs "xxxx" MMC-nin direktoru Nümayəndə Abdulla oğlunun vəkili X7, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxsin müdafiəçisi-Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, X3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147, 148 və 148-1-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb olunmasına dair "xxxx" MMC-nin direktoru Nümayəndə Abdulla oğlunun xüsusi ittiham qaydasında şikayətinə məhkəmənin açıq hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: "xxxx" MMC-nin direktoru Nümayəndə Abdulla oğlu xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edərək, X3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147, 148 və 148-1-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, X6 tərəfindən özünün faktiki olaraq yaşadığı və fəaliyyət göstərdiyi Bakı şəhəri Qaradağ rayonu, Müşfiq qəsəsbəsi ərazisindən müxtəlif sosial şəbəkələrdə (instagram, facebook, tiktok, youtube və qafqazinfo.az,patrul.az,expressxeber.az kimi saytlarında həqiqətə uyğun olmayan, şirkətin işgüzar nüfuzuna xələl gətirən, yalan, böhtan xarakterli müsahibələr vermiş, onu və şirkəti firıldaqçı, dələduz adlandırmışdır. Şirkətə məxsus əmtəə nişanını qanunsuz istifadə edərək şirkətə böhtan atmış və yalan məlumatlar yaymışdır. X6 həmin əsassız məlumatları özünün faktiki olaraq yaşadığı və fəaliyyət göstərdiyi Bakı şəhəri Qaradağ rayonu, Müşfiq qəsəsbəsi ərazisində yayımlamışdır. Həmin məlumatların Bakı şəhəri Qaradağ rayonu, Müşfiq qəsəsbəsi ərazisində yayımlaması onun sosial şəbəkədə yayımladığı yalan və böhtan xarakterli məlumatalrıdan və həmin məlumatların altında digər insanlar tərəfindən qeyd edilən rəylərdən açıq aşkar görünür.Qeyd edilən rəydə yer alan məlumatlar böhtandır, onun şərəf və ləyaqətini alçaldılıb, mənim şəklimi və şirkətimə mıxsus əmtəə nişanından qanunsuz istifadə edilərək üzərinə “fırıldaqçı” və “dələduz” kimi işgüzar nüfuzə xələl gətirən ifadələr yazaraq sosial şəbəkələrdə paylaşıb, özünə yaxın olan insanlar və tanışları isə həmin paylaşılan məlimatlrın altında onu təhqir edən ifadələr istifadə edib. Məhkəmənin hazırlıq iclasında "xxxx" MMC-nin direktoru Nümayəndə Abdulla oğlunun vəkili X10 xüsusi ittiham qaydasında verilmiş şikayətin icraata qəbul edilməsini və X3 cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X4 məhkəmənin hazırlıq iclası barədə vaxtında məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzürlü səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X3 iştirakı olmadan məhkəmənin hazırlıq iclasının keçirilməsini Azərbaycan Respublikasının CPM-in 299.11-ci maddəsinə əsasən mümkün hesab etmişdir. Məhkəmə hazırlıq iclasında iştirak edən barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X5 müdafiəçisi Müdafiəçi bildirmişdir ki, xüsusi ittiham qaydasında verilmiş hazırki şikayətin məhkəmə aidiyyəti Qaradağ Rayon Məhkəməsi deyildir. Belə ki, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X1 rayonu Bico kəndində qeydiyyatdadır və həmin ünvanda yaşayır. Göründüyü kimi, xüsusi ittiham qaydasında verilmiş şikayətin məhkəmə aidiyyəti Ağsu Rayon Məhkəməsi olduğu üçün işə də həmin məhkəmədə baxılmalıdır. Göstərilənləri nəzərə alaraq, xüsusi ittiham qaydasında şikayətin aidiyyəti üzrə Ağsu Rayon Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, xüsusi ittiham qaydasında verilmiş şikayəti və ona əlavə edilmiş materialları araşdıraraq hesab edir ki, xüsusi ittiham qaydasında şikayət baxılması üçün məhkəmə aidiyyəti üzrə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” 21 fevral 2014-cü il tarixli, 3 nömrəli qərarının 12-ci bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, xüsusi ittiham qaydasında şikayətlərə məhkəmələrdə baxılması aidiyyəti CPM-nin 74.1- 74.4 və 74.8-ci maddələrinə əsasən müəyyən edilir. Kütləvi informasiya vasitələrində dərc edilməklə və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatlarında yerləşdirilməklə böhtan və ya təhqir xarakterli məlumatların yayılması ilə əlaqədar verilmiş şikayətlərə kütləvi informasiya vasitələrinin (internet informasiya ehtiyatlarının) hüquqi ünvanı üzrə birinci instansiya məhkəmələri tərəfindən baxılır. Hüquqi ünvan dedikdə, kütləvi informasiya vasitələrinin (internet informasiya ehtiyatlarının) müvafiq icra hakimiyyəti orqanı tərəfindən qeydiyyata alınarkən müəyyən edilmiş ünvanı başa düşülür. Kütləvi informasiya vasitəsinin (internet informasiya ehtiyatının) hüquqi ünvanı məlum olmadıqda, yaxud da onlar xaricdə qeydiyyata alındıqda xüsusi ittiham qaydasında şikayətə təhqir və ya böhtan xarakterli məlumatları belə kütləvi informasiya vasitələrində (internet informasiya ehtiyatlarında) yaymış şəxsin Azərbaycan Respublikasında axırıncı yaşayış yeri üzrə fəaliyyət göstərən məhkəmə tərəfindən baxılır. Məhkəməyə təqdim edilmiş xüsusi ittiham qaydasında şikayətdə göstərilmişdir ki, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X6 xüsusi ittiham qaydasında şikayət vermiş şəxs "xxxx" MMC-nin direktoru Nümayəndə Abdulla oğlu barəsində təhqir xarakterli ifadələri “İnstaqram”, “Facebook”, “Tiktok” və “Youtube” sosial şəbəkəsində yaymışdır. Xüsusi ittiham qaydasında verilmiş şikayətə əlavə olunmuş «AZEMİS» Elektron Məhkəmə Sisteminin Sorğular bölməsindən əldə olunmuş məlumatdan görünür ki, X9 Ağsu rayonu Bico kəndində qeydiyyatdadır. İş materiallarından göründüyü kimi, hazırki halda xüsusi ittiham qaydasında şikayət vermiş şəxsin barəsində təhqir xarakterli məlumatlar “İnstaqram” sosial şəbəkəsində yerləşdirilmişdir. “İnstaqram” sosial şəbəkəsi isə internet informasiya ehtiyatı hesab edilməklə, xaricdə qeydiyyatdadır və Azərbaycan Respublikasının ərazisində qeydə alınmış hüquqi ünvanı yoxdur. Belə olan halda, xüsusi ittiham qaydasında şikayətə təhqir və ya böhtan xarakterli məlumatları internet informasiya ehtiyatlarında yaymış şəxsin Azərbaycan Respublikası ərazisindəki axırıncı yaşayış yeri üzrə fəaliyyət göstərən məhkəmə tərəfindən baxılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 74.1-ci maddəsinə əsasən cinayət işinə və digər materiala cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsində baxılır. Həmin Məcəllənin 75.1-ci maddəsinə əsasən cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraat üzrə materialın, xüsusi ittiham qaydasında şikayətin, habelə digər materialın məhkəmənin icraatına qəbul edilməsi məsələsi həll edilərkən onların məhkəmə aidiyyəti mütləq yoxlanılmalıdır. Məhkəməyə daxil olmuş cinayət işinin və ya digər materialın həmin məhkəməyə aid olmadığı müəyyən edildikdə, məhkəmə onu aidiyyəti üzrə göndərməlidir. Həmin Məcəllənin 302-ci maddəsinə əsasən məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında şikayətin həmin məhkəməyə aid olmamasını müəyyən etdikdə məhkəmə baxışının keçirilməsindən imtina edir. Beləliklə, hazırkı vəziyyətdə təhqir xarakterli məlumatlar “İnstaqram” sosial şəbəkəsində yerləşdirildiyindən, həmin internet informasiya ehtiyatı xaricdə qeydiyyata alındığından, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X2 rayonu Bico kəndində yaşadığından və həmin ünvan isə Ağsu rayonunun inzibati ərazisinə aid olduğundan, hazırkı şikayətə Qaradağ Rayon Məhkəməsində baxıla bilməz və buna görə də, şikayət aidiyyəti üzrə Ağsu Rayon Məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının CPM-in 74, 75, 299, 300 və 302-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147, 148 və 148-1-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb olunmasına dair "xxxx" MMC-nin direktoru Nümayəndə Abdulla oğlunun xüsusi ittiham qaydasında şikayəti baxılması üçün məhkəmə aidiyyəti üzrə Ağsu Rayon Məhkəməsinə göndərilsin. Sədrlik edən Teymur Qurbanov
Məhkəmə qərarları › İş №1(002)-132/2024
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №1(002)-132/2024
01.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver