Məhkəmə qərarları › İş №1(002)-132/2025

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-132/2025

11.12.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-132/2025 11.12.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Novruzov Rafael Fərid oğlunun katibliyi, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi2, Təqsirləndirilən şəxs X5 iştirakları ilə, xx xxxxxx 1980-ci ildə Balakən rayonu, İtitala kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli (himayəsində bir azyaşlı uşağı olan), əvvəllər məhkum olunmamış, 2015-ci ilin sonlarından 18 yanvar 2021-ci il tarixədək olan müddət ərzində "xxxx" MMC-yə faktiki rəhbərlik etmiş, hazırda fəhlə işləyən, Balakən rayonu, İtitala kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Qaradağ rayonu, Korgöz qəsəbəsində yerləşən fərdi həyət evində yaşayan, barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.3, 247 və 308.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs verilmiş ittihamdan aydın olur ki, o, tamah niyyəti ilə qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və icarə hüququ olmadan dövlət mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsini texnika və avadanlıqlarını ərazidə yerləşdirməklə özbaşına tutmuş, tamah niyyəti ilə sənaye obyektində aparılan istismar işləri zamanı ətraf mühitin mühafizəsi qaydalarına riayət olunması üçün cavabdeh şəxs kimi qulluq mövqeyinə əsasən həmin qaydaları pozması ağır nəticələrə səbəb olmuş, vəzifəli şəxs qismində xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və təmsil etdiyi hüquqi şəxs üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib dövlətin və cəmiyyətin qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. Belə ki, Təqsirləndirilən şəxs 08 iyun 2007-ci il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Hüquqi şəxslərin dövlət qeydiyyatı üzrə Göyçay bölgə şöbəsində ünvan 1 ünvan) təsis edilmiş və həmin tarixdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 4 saylı Ərazi Vergilər Departamentində qeydiyyata alınmaqla ********** saylı vergi ödəyicisinin eyniləşdirmə nömrəsi altında fəaliyyəti təşkil edilən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə xx.xx.2010-cü il tarixdə aralarında bağlanmış əmək müqaviləsi əsasında növbə rəisi vəzifəsində işləyərkən 2015ci ilin sonlarından 18 yanvar 2021-ci il tarixədək olan müddət ərzində həmin Cəmiyyətə faktiki rəhbərlik etmişdir. Sözügedən dövr ərzində cəmiyyətin fəaliyyətinə cari rəhbərliyi həyata keçirmək, icrası məcburi olan əmr və göstərişlər vermək səlahiyyətinə malik vəzifəli şəxs kimi Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekspertiza İdarəsi tərəfindən verilmiş 28 iyun 2012-ci il tarixli, 00589 nömrəli “Dağ mədən ayırması aktı” əsasında Bakı şəhəri Qaradağ rayonu ərazisində yerləşən "xxxx" əhəngdaşı yatağında əhəngdaşı hasilatının aparılması məqsədilə MMC-yə 5 il müddətinə ayrılmış 2 hektar torpaq sahəsindən istifadə və əhəngdaşı istehsal etmək hüququnun 28 iyun 2017ci il tarixdə bitməsinə baxmayaraq MMC-nin faktiki rəhbəri olaraq xidməti vəzifələrinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar özü və təmsil etdiyi hüquqi şəxs üçün qanunsuz üstünlük, yəni tamah niyyəti ilə öz qulluq səlahiyyətlərindən qəsdən qulluq mənafeyi ziddinə istifadə edərək, icarəyə verilmiş torpaq sahəsinin hüdudlarından kənarda tamah niyyəti ilə qanunsuz əhəngdaşı hasilatı aparmaqla mənfəət əldə etmək məqsədilə Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 57-ci maddəsinin və Azərbaycan Respublikası Prezidentinin 27 aprel 1998-ci il tarixli 701 nömrəli fərmanı ilə təsdiq edilmiş “Yerin təki haqqında” Qanunun 13-cü maddəsinin tələblərinə zidd olaraq hər hansı torpaq ayırma sənədləri, yəni mülkiyyət, istifadə, icarə hüququ olmadan 28 iyun 2017-ci il tarixdən 18 yanvar 2021-ci il tarixədək olan müddət ərzində vahid niyyətlə Bakı şəhəri Qaradağ rayonu ərazisində yerləşən "xxxx" əhəngdaşı yatağında X-374112.39 - Y-4459211.96, X- 374108.03 – Y- 4459439.68, X-374013.63 – Y-4459321.39, X-373995.92 – Y- 4459333.84, X-373972.02 – Y-4459251.56 koordinatları daxilində kənd təsərrüfatı təyinatlı olmaqla, dövlət mülkiyyətində olan 6.100 m2 ölçüdə və X-373963.17 – Y- 4459223.85, X- 373949.94 – Y- 4459128.01, X-374012.21 - Y- 4459117.71, X-374023.47 – Y- 4459215.85 koordinatları daxilində kənd təsərrüfatı təyinaltı olmaqla, dövlət mülkiyyətində olan 15.000 m2 ölçüdə olmaqla, ümumilikdə 21.100 m2 ölçüdə dövlət mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsini MMC-nin faktiki istifadəsində olan 3 ədəd “DKM 190/240x188” markalı, dövlət qeydiyyat nişanı olmayan daşkəsən kombayn və “PDM-2U” markalı, dövlət qeydiyyat nişanı olmayan şırımaçan maşını həmin ərazilərdə yerləşdirməklə özbaşına qanunsuz tutmuşdur. Təqsirləndirilən şəxs "xxxx" məhdud məsuliyyətli cəmiyyətinin faktiki rəhbəri olmaqla, cəmiyyətin fəaliyyətinə cari rəhbərliyi həyata keçirmək, icrası məcburi olan əmr və göstərişlər vermək səlahiyyətlərə malik vəzifəli şəxs kimi xidməti vəzifələrinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar özü və təmsil etdiyi hüquqi şəxs üçün qanunsuz üstünlük, yəni rəhbərlik etdiyi cəmiyyətin əvvəllər istifadəsində olmuş torpaq sahəsinin ətrafında yerləşmiş ərazilərdə qanunsuz əhəngdaşı hasilatı aparmaqla mənfəət əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qəsdən qulluq mənafeyi ziddinə istifadə edərək, həmçinin əhəngdaşı karxanasına faktiki rəhbərliyi həyata keçirən sahibkar olaraq “Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinə əsasən qanunvericiliyə müvafiq surətdə lisenziyalaşdırılmalı olan sahələrdə fəaliyyət göstərmək üçün xüsusi razılıq (lisenziya) alınmasına, habelə “Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 3 və 78-ci maddələrinə əsasən sənayedə və digər obyektdə aparılan istismar işləri zamanı ərazilərdə ekoloji tarazlığın təmin edilməsi, təbii ehtiyatların səmərəli istifadə olunması, təbiətdən istifadənin və ətraf mühitin mühafizəsinin iqtisadi stimullaşdırılmasının tətbiq edilməsi, ətraf mühitə zərər vurulmasının qarşısının alınması, ətraf mühitin mühafizəsi qaydalarına riayət olunmasına, yəni ətraf mühitdə təbii mövcud olan maddi varlıqların ilkin kəmiyyət və keyfiyyətcə dəyişməsinə yol verilməməsinə, ətraf mühitin qorunmasına cavabdeh şəxs kimi “Yerin təki haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsində nəzərdə tutulmuş yer təkinin, atmosferin, torpağın, meşələrin, suların, binaların və qurğuların yerin təkindən istifadə ilə əlaqədar işlərin zərərli təsirindən qorunmasını reqlamentləşdirən standartlara (normativlərə, qaydalara), Azərbaycan Respublikasının qanunvericiliyinə, habelə yerin təkindən istifadə üzrə standartlara (normativlərə və qaydalara) riayət edilməsi, faydalı qazıntıların normadan artıq itkisinə, keyfiyyətinin aşağı düşməsinə yol verilməməsi, yerin təkindən istifadə prosesində geoloji, markşeyder və digər sənədlərin aparılması, həmin sənədlərin, kern və nümunələrin qorunması, yerin təkindən istifadə zamanı torpaq sahələrinin rekultivasiyasının təmin edilməsi, yerin təkindən istifadə ilə əlaqədar X9nin təmin edilməsi və digər tələblərə, həmin Qanunun 10-cu maddəsinə əsasən yer təki sahəsi istifadəçisinə yerin təki sahəsində faydalı qazıntıların çıxarılması, faydalı qazıntıların çıxarılması ilə əlaqədar olmayan yeraltı qurğuları tikmək və istismar etmək üçün icazənin bu Qanunda və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sənədlər əsasında “Dağ-mədən ayırması” statusunun müəyyən edilməsi şəklində verilməsi tələbinə, eləcə də, həmin Qanunun 21-ci maddəsi ilə müəyyən edilmiş yerin təkinin səmərəli istifadəsinə və mühafizəsinə aid əsas tələblərə, yəni yer təkinin istifadəyə verilməsinin qanunvericiliklə müəyyən edilmiş qaydasına riayət olunması və yerin təkindən özbaşına istifadəyə yol verilməməsi, faydalı qazıntı yataqlarının işlənilməsi zamanı yerin təkindən çıxarılan və yerin təkində saxlanılan faydalı qazıntıların və yanakı komponentlərin uçotu, ətraf mühitin qorunması, torpaqların rekultivasiyası, dağ qazmalarının konservasiyası qaydalarına əməl edilməsi ilə bağlı tələblərə qəsdən əməl etməyib, özbaşına tutduğu kənd təsərrüfatı təyinatlı dövlət mülkiyyətinə məxsus torpaq sahəsində ətraf mühitin mühafizə qaydalarını pozmaqla qanunsuz əhəngdaşı hasilatı aparılmasından ibarət hərəkətlərini davam etdirərək, “DKM 190/240x188” markalı, dövlət qeydiyyat nişanı olmayan daşkəsən kombayn vasitəsilə 6.100 m2 ölçüdə torpaq sahəsində orta istismar dərinliyi 2,4 metr olmaqla 14.640 m3 həcmində aparılmış ümumi hasilat üzrə 28 iyun 2017-ci il tarixdən 18 yanvar 2021-ci il tarixədək olan müddət ərzində cəmi 2.140,38 m3 həcmində əhəngdaşını qazıb yerin təkindən çıxarmaqla 16.480,92 manat və 15.000 m2 ölçüdə digər torpaq sahəsində orta istismar dərinliyi 2 metr olmaqla ümumilikdə 30.000 m3 həcmində ümumi hasilat üzrə qeyd olunan müddət ərzində 4.515 m3 həcmində əhəngdaşını qazıb yerin təkindən çıxarmaqla 52.405,5 manat, ümumilikdə 21.000 m2 ölçüdə iki torpaq sahəsi üzrə 6.655,38 m3 həcmində əhəngdaşını qazıb yerin təkindən çıxararaq qanunsuz hasil edib dövlətə və təbiətə 68.886,42 (altmış səkkiz min səkkiz yüz səksən altı manat qırx iki qəpik) manat məbləğində maddi ziyan vurmuşdur. Beləliklə, 28 iyun 2017-ci il tarixdən 18 yanvar 2021-ci il tarixədək olan müddət ərzində törətdiyi yuxarıda qeyd olunan əməlləri ilə Təqsirləndirilən şəxs vəzifəli şəxs qismində xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və təmsil etdiyi hüquqi şəxs üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib “Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinin 2-ci bəndinə, 13-cü maddəsinin 1.2, 2.2-ci bəndlərinə və 35, 41-ci maddələrinə əsasən, ətraf mühitin mühafizəsi və təbii resursların bərpası üzrə tədbirlərin müəyyən edilmiş qaydada həyata keçirmək, ətraf mühitə zərər vurmadan ayrılmış təbii resurslardan qənaətlə istifadə etmək, ətraf mühiti qorumaq və istismar prosesləri aparılarkən ətraf mühitin mühafizəsi üzrə layihədə göstərilmiş bütün ekoloji tələblərin tam həcmdə yerinə yetirmək şərtlərinə əməl etməyərək qanunsuz fəaliyyətini yuxarıda qeyd edilən dövrdə davam etdirməsi istismar işlərinin aparıldığı Bakı şəhəri, Qaradağ rayonu ərazisində yerləşən "xxxx" əhəngdaşı yatağında təbii geoloji proseslərin gedişatının pozulması, ətraf mühitə mənfi təsir göstərməsi, süxurlarda yüksək çatlar əmələ gəlməsi, təbii mühit elementlərinin pozulması nəticəsində ilkin süxurların parçalanmasından öz dayanıqlığını itirməsi və aşınmaya məruz qalması, yer səthinin relyefinin deformasiyası, massivin geoloji strukturunun, torpaqaltı qruntun və torpağın dəyişməsi, eləcə də torpağın mexaniki zədələnməsi (deformasiyası) ilə təbiətin mənfi təsirə məruz qalmasına, ətraf mühit üçün təhlükə yaranmasına yəni, ərazinin ekoloji tarazlığının pozulması ilə bağlı bərpası mümkün olmayan və insanların konstitusiya ilə təsbit olunmuş sağlam ətraf mühitdə yaşamaq hüquqlarının qorunması və dövlətin ekoloji tarazlığın saxlanılması istiqamətində siyasətinə, yəni dövlətin və cəmiyyətin mənafeyinə ağır nəticələrə səbəb olan zərər vuraraq vəzifə səlahiyyətlərindən sui-istifadə etmiş, habelə qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və icarə hüququ olmadan dövlət mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaq sahələrini əhəngdaşı hasil edib tamah niyyəti ilə qazanc əldə etmək məqsədilə özbaşına tutmuş və ağır nəticələrə səbəb olmaqla sənaye-obyektində aparılan istismar işləri zamanı qulluq mövqeyinə əsasən ətraf mühitin mühafizəsi qaydalarına riayət olunması üçün cavabdeh şəxs kimi tamah niyyəti ilə həmin qaydaları pozmuşdur. Təqsirləndirilən şəxs və barəsində cinayət-hüquqi tədbirlərin tətbiq edilməsi üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsi Təqsirləndirilən şəxs məhkəmə iclasında ona Azərbaycan Respublikası CM-nin 188.3, 247 və 308-ci maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəsini hər hansı bir təyziq və təsir altında verməsə də , həmin ifadəni təsdiq etmir. O bildirmişdir ki, 2017-ci ildən "xxxx" MMC-də işlərin görülməsinə nəzarəti həyata keçirmişdir. İddia edilən torpaq sahəsini zəbt etməmişdir. O, son olaraq ifadəsində məhkəmədən ona bəraət verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində ona verilmiş ittiham üzrə özünü təqsirli bilməyərək verdiyi ifadələrində göstərmişdir ki, o, 2015-ci ilin sonlarından etibarən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) faktiki rəhbəridir. Belə ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti 2007-ci ildə dayısı Şahid2 tərəfindən təsis edilmişdir. O, 2007-ci il tarixdən 2015-ci il tarixədək "xxxx" MMC-də sahə rəisi vəzifəsində işləmiş, 2015-ci ilin sonlarında dayısı Şahid2 səhhəti pisləşdiyindən faktiki olaraq fəaliyyətini dayandırmışdır. O, həmin vaxt Hidayətə müraciət edərək işi davam etdirmək istədiyini və MMC-yə faktiki rəhbərlik etmək istədiyini bildirmiş, dayısı razılıq verdikdən sonra "xxxx" MMC-yə faktiki rəhbərlik edərək Qaradağ rayonunda yerləşən "xxxx" əhəngdaşı yatağında 2 hektar ərazidə hasilat aparmışdır. 2015-ci ilin sonlarından dayısı Hidayətin hasilatla heç bir əlaqəsi və bağlılığı olmamış, yalnız sənəd üzərində MMC-nin direktoru olmuşdur. Ümumiyyətlə 2012-ci il tarixdə "xxxx" MMC lisenziya və X7 “Dağ-mədən ayırması” aktı əldə edərək Bakı şəhəri, Qaradağ rayonunda yerləşən "xxxx" əhəngdaşı yatağında 2 hektar ərazidə əhəngdaşı istehsal etmişdir. “Dağ-mədən ayırması” aktı xx.xx.2012-ci il tarixdə verilmiş, 5 il müddətinə nəzərdə tutulmuş, xx.xx.2017-ci il tarixdə aktın müddəti başa çatmışdır. “Dağ mədən ayırması” aktının müddəti 2017-ci il tarixdə bitdikdən sonra sənəd üzərində dayısı Hidayət MMC-nin direktoru olduğundan sonuncudan yenidən “Dağ-mədən ayırması” aktı əldə etmək üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət etməsini xahiş etmiş, müraciət nəticəsində həmin vaxt MMC-yə akt verilməmiş, lisenziya əsasında fəaliyyət göstərə biləcəyi bildirildiyinə görə o, lisenziya əsasında 2021-ci ilin yanvar ayınadək akt olmadan qeyd olunan 2 hektar sahədə əhəngdaşı hasilatı aparmışdır. 2021-ci ilin yanvar ayında Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X12 X3 tərəfindən "xxxx" MMC-nin hər hansı işçisinin iştirakı olmadan ərazidə baxış keçirilərək akt tərtib edilmiş, aktda qanuni fəaliyyət göstərilən 2012-2017-ci illər ərzində aparılmış hasilat daxil olmaqla, bütün dövrlər üzrə hasilat qeyd edilmiş, həmin hasilat müəyyən edilərkən itki faizi də nəzərə alınmamışdır. Hasilat üçün ərazidə 3 ədəd daş kəsən kombayn, 2 ədəd şırımaçan yerləşdirildiyi qeyd edilmişdir. Avadanlıqların işləməsi üçün bir ədəd transformator fəaliyyət göstərilən ərazidə quraşdırılmış, bir ədəd elektrik sayğacı mövcud olmuşdur. Sənəd üzərində "xxxx" MMCnin direktoru Şahid2 olduğuna görə 68.887 manat məbləğində vurulmuş ziyan sonuncunun adından ödənilmişdir, vəsaiti o, vermiş və vurulmuş ziyana görə məsuliyyəti o, daşıyır. 28 iyun 2017-ci il tarixdən etibarən 18 yanvar 2021-ci il tarixədək olan müddət ərzində o, lisenziya əsasında fəaliyyət göstərə biləcəyini düşündüyü üçün “Dağ-mədən ayırması” aktının müddəti bitdikdən sonra Qaradağ rayonunda yerləşən "xxxx" əhəngdaşı yatağında 2 hektar ərazidə 68.886,42 manat dəyərində 6.655,38 m3 həcmində hasilat işləri aparmış, həmin ərazidən kənarda hasilat aparılmamışdır. "xxxx" MMC-yə faktiki rəhbərlik etdiyi 2015-ci ilin sonlarından 2021-ci ilin yanvar ayınadək olan müddət ərzində ərazidə “DKM 190/240x188” markalı, dövlət qeydiyyat nişanı olmayan üç ədəd daşkəsən kombayn və 2 ədəd “PDM-2U” markalı, dövlət qeydiyyat nişanı olmayan şırımaçan maşını işləmişdir. Həmin dövr ərzində kombayn sürücülərindən Şahid3, şırımaçan avadanlıq maşinistindən Şahid4 xatırlamışdır. Məhkəmə iclasında iştirak etmiş zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi X12 X1 Hüquqi təminat şöbəsinin baş mütəxəssisi Nümayəndə1 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, təqsirləndirilən şəxsi əvvəldən tanımamış, onunla heç bir qohumluq və düşmənçilik əlaqəsi olmamışdır. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekspertiza İdarəsi tərəfindən "xxxx" MMC-yə iki hektar ərazidə mişar daşı hasilatı aparılması məqsədilə beş il müddətinə 28 iyun 2012-ci il tarixli “Dağ-mədən ayırması” aktı verilmişdir. Aktın müddəti 28 iyun 2017-ci il tarixdə başa çatmışdır. Buna baxmayaraq "xxxx" MMC tərəfindən 2021-ci il tarixədək hasilat aparılmışdır. 2021-ci il tarixdə Agentliyin əməkdaşları tərəfindən sahəyə baxış keçirilmiş və qanunsuz hasilat aparıldığı müəyyən edilmişdir. Buna görə də hadisə ilə bağlı akt tərtib olunub Baş Prokurorluğa göndərilmişdir. "xxxx" MMC tərəfindən 2021-ci ilə qədər qanunsuz olaraq 6655,38 kub metr əhəng daşı hasilatı aşkar olunmuş və ümumilikdə 68,886.42 manat məbləğində maddi ziyan dəymişdir. Dəyən zərər ibtidai istintaq dövründə təqsirləndirilən şəxs tərəfindən tam olaraq ödənilmişdir. Buna görə də təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbim yoxdur. Zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə1 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, 2021-ci il tarixdə Agentliyin əməkdaşları tərəfindən Bakı şəhərinin Qaradağ və Abşeron rayonu ərazilərində yerləşən daş karxanalarında çoxsaylı monitorinqlər aparılarkən müəyyən edilmişdir ki, Bakı şəhəri, Qaradağ rayonu ərazisində yerləşən "xxxx" əhəngdaşı yatağında "xxxx" MMC-yə məxsus karxana tərəfindən qanunsuz olaraq mişar daşı hasilatı aparılmışdır. Agentliyin arxiv sənədlərinə nəzər saldıqda müəyyən edilmişdir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekspertiza İdarəsi tərəfindən "xxxx" firmasına "xxxx" əhəngdaşı yatağında müəyyən edilmiş 2 hektar ərazidə 5 il müddətinə mişar daşı hasilatının aparılması məqsədilə xx.xx.2012-ci il tarixli, 00589 nömrəli “Dağ-mədən ayırması” aktı verilmiş, həmin icazə sənədinin müddəti xx.xx.2017-ci il tarixdə başa çatmışdır. Həmin vaxtdan sonra yeni icazə sənədi alınmamış və qeyd olunan ərazidə mişar daşı hasilatının aparılmasına icazə verən, qüvvədə olan hər hansı sənəd mövcud olmamışdır. xx.xx.2021-ci il tarixdə Agentliyin əməkdaşları tərəfindən "xxxx" MMC-yə əvvəllər ayrılmış sahəyə baxış keçirilmiş, müvafiq olaraq ölçmə işləri aparılmış və 2 ayrı sahədə qanunsuz hasilat işlərinin aparıldığı aşkar edilmişdir. Monitorinqin nəticəsinə dair xx.xx.2021-ci il tarixli 000151 nömrəli Akt tərtib edilmişdir. Bundan sonra toplanmış materiallar 2024-cü ilin fevral ayında hüquqi qiymət verilməsi üçün Baş Prokurorluğa göndərilmişdir. İstintaqın gedişində akt tərtib edilmiş ərazilərə Agentliyin əməkdaşının iştirakı ilə baxış keçirilərkən müəyyən edilmişdir ki, "xxxx" MMC tərəfindən Bakı şəhəri Qaradağ rayonu ərazisində yerləşən "xxxx" əhəngdaşı yatağında 2 ərazidə - 1) X-374112.39 - Y-4459211.96, X-374108.03 – Y- 4459439.68, X-374013.63 – Y-4459321.39, X-373995.92 – Y-4459333.84, X-373972.02 – Y-4459251.56 koordinatları daxilində 6.100 m2 və 2) X-373963.17 – Y- 4459223.85, X-373949.94 – Y- 4459128.01, X- 374012.21 - Y- 4459117.71, X-374023.47 – Y- 4459215.85 koordinatları daxilində 15.000 m2 ölçüdə olmaqla, ümumilikdə 21.100 m2 ölçüdə kənd təsərrüfatı təyinatlı dövlət mülkiyyətinə məxsus torpaq sahəsi tamah niyyəti ilə qanunla müəyyən edilmiş mülkiyyət, istifadə, icarə hüququ olmadan cəmiyyətin istifadəsindəki daşkəsən kombayn və şırımaçan maşınlar həmin ərazilərdə yerləşdirməklə özbaşına tutulmuş, eyni zamanda həmin 2 sahədə qanunsuz əhəngdaşı hasilatı aparılmaqla dövlətə və təbiətə 68.886,42 (altmış səkkiz min səkkiz yüz səksən altı manat qırx iki qəpik) manat məbləğində maddi ziyan vurulmuş, həmin dövrdə MMC-nin cari fəaliyyətinə rəhbərliyi Təqsirləndirilən şəxs həyata keçirmişdir. Məhkəmə iclasında iştirak etmiş zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Hüquq şöbəsinin Məhkəmələrlə işin təşkili sektorunun məsləhətçisi Nümayəndə2 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, təqsirləndirilən şəxsi əvvəldən tanımamış, onunla heç bir qohumluq və düşmənçilik əlaqəsi olmamışdır. Ekologiya və Təbii Sərvətlər Nazirliyi X12 X1 əməkdaşları tərəfindən keçirilən monitorinq zamanı qanunsuzluqlar aşkar olunmuş və bununla bağlı akt tərtib olunmuşdur. Tərtib olunmuş akt Baş Prokurorluğa göndərilmiş və cinayət işi başlanmışdır. İşin gedişatında müəyyən olunmuşdur ki, həmin torpaqlar dövlət mülkiyyətində olduğundan Azərbaycan Respublikası Prezidentinin 1017 nömrəli Fərmanına uyğun olaraq göstərilən səlahiyyətlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə məxsusdur. Həmin qurumu zərərçəkmiş şəxs qismində tanıyaraq Baş Prokurorluğa dəvət etmişlər. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti sözügedən torpaq sahəsinə aid olan sənədlərin mövcud olub-olmamasını müəyyən etmiş və torpaq sahəsinin sahibini dəqiqləşdirmişdir. Baş Prokurorluq İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə sorğu göndərir, torpaq sahəsinin dövlət mülkiyyətinə aid olması təsdiq olunarsa, Əmlak Məsələləri Dövlət Xidmətinin səlahiyyətli nümayəndəsi istintaq orqanında zərərçəkmiş şəxs qismində tanınır. Həmin sorğunun cavabı iş materiallarına əlavə olunmuşdur. Sorğunun cavabında həmin torpaq sahəsinin dövlət mülkiyyətində olmaqla, kənd təsərrüfat təyinatlı olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs tərəfindən dövlətə dəymiş ziyan ödənilmiş və torpaq sahəsinin qanunsuz sahiblikdən azad olmasını xahiş edirik. Zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə2 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, 2015-ci ilin sonlarından 18 yanvar 2021-ci il tarixədək olan müddət ərzində "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə faktiki rəhbərlik edən Təqsirləndirilən şəxs cəmiyyətin fəaliyyətinə cari rəhbərliyi həyata keçirmək malik vəzifəli şəxs kimi xidməti vəzifələrinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar özü və təmsil etdiyi hüquqi şəxs üçün qanunsuz üstünlük, yəni gəlir əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qəsdən qulluq mənafeyi ziddinə istifadə edərək, 28 iyun 2017-ci il tarixdən 18 yanvar 2021-ci il tarixədək olan müddət ərzində Bakı şəhəri, Qaradağ rayonu ərazisində yerləşən "xxxx" əhəngdaşı yatağında 1) X-374112.39 - Y-4459211.96, X- 374108.03 – Y- 4459439.68, X-374013.63 – Y-4459321.39, X-373995.92 – Y- 4459333.84, X-373972.02 – Y-4459251.56 koordinatları daxilində 6.100 m2 və 2) X- 373963.17 – Y- 4459223.85, X-373949.94 – Y- 4459128.01, X-374012.21 - Y- 4459117.71, X-374023.47 – Y- 4459215.85 koordinatları daxilində 15.000 m2 ölçüdə olmaqla, ümumilikdə 21.100 m2 ölçüdə dövlət mülkiyyətinə məxsus kənd təsərrüfatı təyinatlı torpaq sahəsini tamah niyyəti ilə qanunla müəyyən edilmiş mülkiyyət, istifadə, icarə hüququ olmadan özbaşına tutub, həmin sahədə 44.640 m3 həcmində əhəngdaşı hasilatı aparmaqla dövlətə və təbiətə 68.886,42 (altmış səkkiz min səkkiz yüz səksən altı manat qırx iki qəpik) manat məbləğində maddi ziyan vurmuşdur. Həmin torpaq sahələri dövlət mülkiyyətindədir və kənd təsərrüfatı təyinatlıdır. Dövlət mülkiyyətində olan torpaqlara dair bütün hüquqlar Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindədir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi tabeliyində X12 X1 Monitorinq və nəzarət şöbəsinin aparıcı mütəxəssisi Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, o, təqsirləndirilən şəxsi əvvəlcədən tanımamış, onunla heç bir qohumluq və düşmənçiliyi olmamışdır. O, 2017-2021-ci illərdə sahibkarlıq fəaliyyəti ilə məşğul olmuşdur. 2021-ci ilin yanvar ayında agentliyin əməkdaşları tərəfindən baxış keçirilmiş və qanunsuzluq aşkar olunması ilə bağlı akt tərtib olunmuşdur və akt Baş Prokurorluğa göndərilmişdir. Baxış zamanı qanunsuz hasilat izləri aşkar olunmuşdur. Keçirilən yoxlama nəzarət məqsədi daşıyırdı, ona görə əvvəlcədən akt tərtib olunmamışdır. Ərazinin zəbt edilməsi ilə bağlı məsələni agentliyin keçmiş əməkdaşı Azər Şükürov müəyyən etmişdir. Müəyyən məbləğə kimi protokol tərtib olunurdu, müəyyən məbləği keçdikdən sonra artıq Baş Prokurorluğa göndərilirdi. Sözügedən torpaq yatağı kənd təsərrüfat təyinatlı torpaq sahəsidir. Bu məsələ ilə bağlı əvvəlcə yerli icra hakimiyyəti orqanına, sonra isə Kənd Təsərrüfatı Nazirliyinə məlumat göndəririk. Hər hansı qanunsuzluq olduğu təqdirdə aktı ləğv edirlər. Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, o, 2021-ci ilin dekabr ayından etibarən qeyd olunan vəzifədə işləyir. Xidməti vəzifəsi karxana sahələrində monitorinqlərin həyata keçirilməsi, baş vermiş qanun pozuntularının qarşısının alınması üçün müvafiq tədbirlərin görülməsindən və s. ibarətdir. 2021-ci il tarixdə Agentliyin əməkdaşları tərəfindən Bakı şəhərinin Qaradağ və Abşeron rayonu ərazilərində yerləşən daş karxanalarında çoxsaylı monitorinqlər aparılarkən müəyyən edilmişdir ki, Bakı şəhəri, Qaradağ rayonu ərazisində yerləşən "xxxx" əhəngdaşı yatağında "xxxx" MMC-yə məxsus karxana tərəfindən qanunsuz olaraq əhəngdaşı hasilatı aparılmışdır. Agentliyin arxiv sənədlərinə nəzər saldıqda müəyyən edilmişdir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekspertiza İdarəsi tərəfindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə "xxxx" əhəngdaşı yatağında müəyyən edilmiş 2 hektar ərazidə 5 il müddətinə əhəngdaşı hasilatının aparılması məqsədilə xx.xx.2012-ci il tarixli, 00589 nömrəli “Dağ-mədən ayırması” aktı verilmiş, həmin icazə sənədinin müddəti xx.xx.2017-ci il tarixdə başa çatmışdır. Həmin vaxtdan sonra yeni icazə sənədi alınmamış və qeyd olunan ərazidə əhəngdaşı hasilatının aparılmasına icazə verən, qüvvədə olan hər hansı sənəd mövcud olmamışdır. xx.xx.2021-ci il tarixdə Agentliyin əməkdaşları tərəfindən "xxxx" MMC-yə əvvəllər ayrılmış sahəyə baxış keçirilmiş, müvafiq olaraq ölçmə işləri aparılmış və 2 ayrı sahədə qanunsuz hasilat işlərinin aparıldığı aşkar edilmişdir. 2021-ci ildə qeyd olunan ərazidə monitorinq aparılan zaman faktiki olaraq istismar işləri aparılmış, ərazidə işlək vəziyyətdə 03 ədəd daşkəsən kombayn və 02 ədəd şırımaçan avadanlıq olmuşdur. Monitorinqin nəticəsinə dair xx.xx.2021-ci il tarixli 000151 nömrəli Akt tərtib edilmişdir. Cinayət təqibindən kənar icraatlar idarəsində aparılan araşdırma zamanı xx.xx.2024-cü il tarixdə mənim iştirakımla əraziyə baxış keçirilmiş, baxış zamanı müvafiq ölçmə işləri aparılmış, ərazidə istismar işlərinin aparılmadığı və əvvəlki illərdə istismar işləri aparılmış sahədə hasilat həcminin dəyişmədiyi müəyyən edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, təqsirləndirilən şəxs Abdullayev Afdandil onun həm bacısı oğludur, həm də işçisi olmuşdur. "xxxx" MMC 2003-cü il tarixdə yaranmışdır. Qanuna uyğun olaraq müəssisənin yataqayırma aktı və lisenziyası olmalıdır. Sonuncu yataqayırma aktını 2012-ci ildə almışdırlar. 2017-ci il tarixdə vaxtı bitmişdir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinə aktla bağlı müraciət etmiş, ancaq hələ ki, aktı verməyəciyini bildirmişlər. Aldıqları lisenziyanın vaxt məhdudiyyəti olmamışdır. Qanunda göstərilmişdir ki, lisenziya müddəti etibarlı olarsa, yataqayırma aktına ehtiyac qalmır. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndəsi obyektə daxil olmuş və cərimə yazmışlar. O, cəriməni ödəmişdir, ancaq sonra məhkəməyə vermişlər. Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, o, 2007-ci ildə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətini təsis etmişdir. 2012-ci il tarixdə müvafiq lisenziya və X7 “Dağ-mədən ayırması” aktı əldə edərək Bakı şəhəri, Qaradağ rayonunda yerləşən "xxxx" əhəngdaşı yatağında 2 hektar ərazidə əhəngdaşı istehsal etməyə başlamışdır. “Dağmədən ayırması” aktı xx.xx.2012-ci il tarixdə verilməklə, 5 il müddətinə nəzərdə tutulmuş, xx.xx.2017-ci il tarixdə aktın müddəti başa çatmışdır. 2015-ci il tarixdə onun səhhəti pisləşdiyindən faktiki olaraq fəaliyyətini dayandırmışdır. Bacısı oğlu Təqsirləndirilən şəxs 2007-ci il tarixdə təsis edildiyi tarixdən etibarən MMC-də sahə rəisi vəzifəsində işləmişdir. 2015-ci ilin sonlarında o, faktiki olaraq direktor və qanuni təmsilçi kimi fəaliyyətini dayandırarkən Aftandil ona müraciət etmiş, "xxxx" MMC-yə faktiki rəhbərlik edərək "xxxx" əhəngdaşı yatağında 2 hektar ərazidə əhəngdaşı istehsal etməyə davam etmək istədiyini bildirmişdir. Aftandil uzun müddət ərzində işləyərək bu sahəni mənimsədiyindən o, Aftandilə razılıq vermişdir. 2015-ci ilin sonlarından sonra "xxxx" MMC-yə faktiki rəhbərliyi, habelə yataqda hasilatı Aftandil aparmış, onun MMC və hasilatla bağlı heç bir əlaqəsi və bağlılığı olmamışdır. Bildiyi qədərilə 2021-ci ilin yanvar ayında Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X12 X3 tərəfindən ərazidə baxış keçirilərək akt tərtib edilmişdir. Hasilat üçün ərazidə üç ədəddaş kəsən kombayn, iki ədəd şırımaçan yerləşdirildiyi qeyd edilmişdir. 2015-ci ilin sonlarından etibarən MMC-yə faktiki olaraq Aftandil rəhbərlik etmiş və sonuncu idarə etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, təqsirləndirilən şəxslə heç bir qohumluq və düşmənçiliyi olmamışdır. O 2017-ci il tarixdə "xxxx" MMC-də cızvuran kimi işləmişdir. 2020-2021-ci il tarixdə işdən çıxmışdır. Abdullayev Afdandil onlar kimi işçi olmuşdur, sadəcə həm də işçilərə nəzarəti həyata keçirmişdir. Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, o, 2010-cu il tarixdən 2021-ci ilin əvvələrinədək əmək müqaviləsi əsasında Şahid2 direktoru olduğu "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində (VÖEN: **********) şırımaçan avadanlığı üzrə maşinist işləmişdir. "xxxx" MMC 2007-ci ildə Şahid2 tərəfindən təsis edilmişdir. "xxxx" MMC 2012-ci ildən 2021-ci ilin əvvəllərinədək Bakı şəhəri, Qaradağ rayonu ərazisində "xxxx" əhəngdaşı yatağında əhəngdaşı hasilatı ilə məşğul olmuşdur. "xxxx" MMC-ni 2015-ci ilin sonlarınadək Şahid2 idarə etmiş, 2015-ci ilin sonlarında səhhətində problemlər yarandıqdan sonra MMC-yə isə onlarla birlikdə həmin ərazidə sahə rəisi işləyən Təqsirləndirilən şəxs faktiki rəhbərlik etmiş və idarə etmişdir. O, işlədiyi müddət ərzində 2012-ci ildən 2015-ci ilin sonlarınadək hasilat üzrə fəaliyyətlə bağlı göstərişləri Şahid2, 2015-ci ilin sonlarından 2021-ci ilin əvvəllərinədək isə Təqsirləndirilən şəxs vermiş, sonuncunun göstərdiyi ərazilərdə hasilat aparılaraq əhəngdaşı çıxarılmışdır. Qanunsuz hasilatın aparıldığı müəyyən edildiyi ərazidə o, şırımaçan maşinisti kimi fəaliyyət göstərmiş və vəzifəsi yalnız ərazidə şırımların açılmasından ibarət olmuşdur. xx.xx.2017-ci il tarixdən etibarən xx.xx.2021-ci il tarixədək Bakı şəhəri, Qaradağ rayonu ərazisində "xxxx" əhəngdaşı yatağında əhəngdaşı hasilatı Aftandilin "xxxx" MMC-yə faktiki rəhbərlik etdiyi dövrə təsadüf etmiş və hasilat Aftandilin göstərişi əsasında sonuncunun göstərdiyi ərazidə aparılmışdır. Ərazidə həmin dövrdə 3 kombayn, 2 şırımaçan işləmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, təqsirləndirilən şəxslə heç bir qohumluq və düşmənçilik əlaqəsi olmamışdır. O, həmin ərazidə kombayn işlədirdi. O, Abdullayev Afdandillə birgə işləmiş, Afdandili iş yerindən tanımışdır. İşləyəndən sonra əmək haqlarını Afdandil vermişdir və Afdandili belə tanımışlar. Başqasına məxsus olan torpaq sahəsində əkin-biçin işləri həyata keçirməmişlər. Faktiki olaraq işçilərə rəhbərliyi Abdulayev Afdandil həyata keçirmişdir. O, həmin şirkətdə qeyri-rəsmi çalışmışdır. Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, o, 2010-cu il tarixdən 2021-ci ilin əvvələrinədək əmək müqaviləsi əsasında Şahid2 direktoru olduğu "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində (VÖEN: **********) şırımaçan avadanlığı üzrə maşinist işləmişdir. "xxxx" MMC 2007-ci ildə Şahid2 tərəfindən təsis edilmişdir. "xxxx" MMC 2012-ci ildən 2021-ci ilin əvvəllərinədək Bakı şəhəri, Qaradağ rayonu ərazisində "xxxx" əhəngdaşı yatağında əhəngdaşı hasilatı ilə məşğul olmuşdur. "xxxx" MMC-ni 2015-ci ilin sonlarınadək Şahid2 idarə etmiş, 2015-ci ilin sonlarında səhhətində problemlər yarandıqdan sonra MMC-yə isə onlarla birlikdə həmin ərazidə sahə rəisi işləyən Təqsirləndirilən şəxs faktiki rəhbərlik etmiş və idarə etmişdir. O, işlədiyi müddət ərzində 2012-ci ildən 2015-ci ilin sonlarınadək hasilat üzrə fəaliyyətlə bağlı göstərişləri Şahid2, 2015-ci ilin sonlarından 2021-ci ilin əvvəllərinədək isə Təqsirləndirilən şəxs vermiş, sonuncunun göstərdiyi ərazilərdə hasilat aparılaraq əhəngdaşı çıxarılmışdır. Qanunsuz hasilatın aparıldığı müəyyən edildiyi ərazidə o, şırımaçan maşinisti kimi fəaliyyət göstərmiş və vəzifəsi yalnız ərazidə şırımların açılmasından ibarət olmuşdur. xx.xx.2017-ci il tarixdən etibarən xx.xx.2021-ci il tarixədək Bakı şəhəri, Qaradağ rayonu ərazisində "xxxx" əhəngdaşı yatağında əhəngdaşı hasilatı Aftandilin "xxxx" MMC-yə faktiki rəhbərlik etdiyi dövrə təsadüf etmiş və hasilat Aftandilin göstərişi əsasında sonuncunun göstərdiyi ərazidə aparılmışdır. Ərazidə həmin dövrdə 3 kombayn, 2 şırımaçan işləmişdir. Məhkəmə baxışı zamanı tədqiq edilmiş və iş materiallarında olan X12 X1 xx.xx.2021ci il tarixli, 000151 nömrəli aktına əsasən, Bakı şəhəri, Qaradağ rayonu ərazisində "xxxx" əhəngdaşı yatağındakı karxana sahəsinə həmin tarixdə baxış keçirilmiş, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə 5 il müddətinə ayrılmış 2 hektar torpaq sahəsindən istifadə hüququnun xx.xx.2017-ci il tarixdə bitməsinə baxmayaraq qanunsuz hasilat aparılması müəyyən edilmişdir. Belə ki, ərazidə üç ədəd daş kəsən kombayn, iki ədəd şırımaçan müşahidə edilmiş, ölçmə zamanı orta istismar dərinliyi 2 metr olmaqla 24.435 m² ölçüdə şərti olaraq 1-ci sahə adlandırılmış ərazidə 48.870 m³, orta istismar dərinliyi 2,9 metr olmaqla 6.579 m² ölçüdə şərti olaraq 2-ci sahə adlandırılmış ərazidə 19.079,1 m³ həcmində, ümumilikdə 31.014 m² ölçüdə iki ərazidə 67.949,1 m³ həcmində əhəngdaşı hasilatı aparıldığı aşkar olunmuşdur. Məhkəmə baxışı zamanı tədqiq edilmiş və iş materiallarında olan hadisə yerinə baxış keçirilməsi haqqında 19 yanvar 2025-ci il tarixli protokoldan görünür ki, şərti olaraq 1-ci sahə adlandırılan ərazinin cənub hissəsində əhəngdaşı hasilatı zamanı əmələ gəlmiş pillələr mövcuddur. Eyni zamanda sahənin qərb istiqamətində bir hissə dik divarlarla, bir hissə tullantı daşları ilə digər sahədən ayrılmışdır. Digər istiqamətlərdə boş sahələrlə qonşuluq təşkil edir. Ümumilikdə təqdim olunan ərazi dağlıq sahədə yerləşməklə şimal istiqamətində sahənin mailliliyinin artdığı müşahidə olunmuşdur. Belə ki, cənub tərəfdə pillələr nəticəsində yaranmış divarın hündürlüyü 3 metr olsa da şimal istiqamətində 1 metrə qədər təşkil edir. Ərazinin daxilində və digər kənarında isə pərakəndə şəkildə, xırda təpəciklər formasında tullantı daşlar yığılmışdır. Sahənin daxilində həmçinin şırımaçan avadanlıq vasitəsilə açılmış izlər aydın şəkildə müşahidə edilmişdir. 1-ci sahənin koordinatları GPS vasitəsi ilə ölçülmüş və koordinatlar X-374112.39 - Y-4459211.96, X- 374108.03 – Y- 4459439.68, X-374013.63 – Y-4459321.39, X-373995.92 – Y-4459333.84, X-373972.02 – Y-4459251.56 olaraq müəyyən olunmuşdur. Daha sonra şərti olaraq 2-ci sahəyə baxış keçirilərkən müəyyən olunmuşdur ki, həmin sahə 1-ci sahənin cənub tərəfində yerləşməklə 1-ci sahədən hündürlüyünə görə nisbətən yuxarı səviyyədə yerləşir. Sahənin daxilində hasilat zamanı əmələ gəlmiş bir pillə, kənarlarında isə əhəngdaşı hasilatı zamanı əmələ gəlmiş beş pillə müşahidə olunmuşdur. Ərazinin qərb istiqamətində mövcud olan pillələrin üzərinə tullantı daşları yığılmışdır. 2-ci sahənin koordinatları GPS vasitəsi ilə ölçülmüş və koordinatlar X-373963.17 – Y- 4459223.85, X-373949.94 – Y- 4459128.01, 374012.21 - Y- 4459117.71, X-374023.47 – Y- 4459215.85 olaraq müəyyən olunmuşdur. Məhkəmə baxışı zamanı tədqiq edilmiş və iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2025-ci il tarixli, 10/10053 nömrəli məhkəmə mühəndis-texniki ekspertizasının rəyindən görünür ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekspertiza İdarəsi tərəfindən verilmiş xx.xx.2012-ci il tarixli, 00589 nömrəli "xxxx" əsasında Bakı şəhəri, Qaradağ rayonu ərazisində yerləşən "xxxx" əhəngdaşı yatağında əhəngdaşı hasilatının aparılması məqsədilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə 5 il müddətinə ayrılmış 2 hektar torpaq sahəsindən istifadə hüququnun xx.xx.2017-ci il tarixdə bitməsinə baxmayaraq qanunsuz hasilat aparılmasının aşkar edildiyini nəzərə alaraq, “Yerin təki haqqında” Azərbaycan Respublikası Qanununun 9, 10, 21, 46 və "Ümumi yayılmış faydalı qazıntı yataqlarının işlənməsi üçün yer təkinin verilməsi Qaydaları"nın 1.2 bəndinin tələbləri pozulmuşdur. xx.xx.2024-cü il tarixdə keçirilmiş baxış zamanı Bakı şəhəri, Qaradağ rayonu ərazisində yerləşən "xxxx" əhəngdaşı yatağında "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus karxana tərəfindən hasilat aparılmış sahələr kimi təqdim olunan birinci sahədə xx.xx.2013-cü il tarixdən xx.xx.2021-ci il tarixədək 79 ay müddətində itki faizləri hesablanmaqla ümumi 5.124 m3 həcmində, orta aylıq 64,86 m3 həcmində hasilat aparılması, ikinci sahədə xx.xx.2012-ci il tarixdən xx.xx.2021-ci il tarixədək 100 ay müddətində itki faizləri hesablanmaqla ümumi 10.500 m3 həcmində, orta aylıq 105 m3 həcmində hasilat aparılması müəyyən olunmuşdur. Bakı şəhəri, Qaradağ rayonu ərazisində yerləşən "xxxx" əhəngdaşı yatağında "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus karxana tərəfindən müvafiq icazə sənədi olan "xxxx" sənədinin istifadə hüququnun xx.xx.2017-ci il tarixdə bitməsinə baxmayaraq birinci sahədə 33 ay müddətinə 2.140,38 m3 (64,86x33) həcmində, ikinci sahədə 43 ay müddətində 4.515 m3 (105x43) həcmində əhəngdaşı hasilatının aparılması müəyyən edilmişdir. Birinci sahədə müvafiq icazə sənədi olan "xxxx"nın müddəti xx.xx.2017-ci il tarixdə bitdikdən sonra aparılmış 2.140,38 m3 həcmində hasilatın Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 dekabr 1998-ci il tarixli, 239 nömrəli qərarının qüvvədə olması dövründə aparılmasını nəzərə alaraq, həmin hasilata görə dəymiş ziyan 16.480,92 manat (2.140,38x7,7) müəyyən edilir. İkinci sahədə müvafiq icazə sənədi olan "xxxx"nın müddəti xx.xx.2017-ci il tarixdə bitdikdən sonra aparılmış hasilatın 10 müddətində aparılmış 1.050 m3 (105x10) həcmində hissəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 mart 2020-ci il tarixli, 119 nömrəli qərarının qüvvədə olması müddətində aparıldığından həmin hissəyə görə dəymiş ziyan 25.725 manat (1.050x35x0,7), 33 ay müddətində aparılmış 3.465 m3 (105x33) hissəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 dekabr 1998-ci il tarixli, 239 nömrəli qərarının qüvvədə olması dövründə aparıldığından həmin hissəyə görə dəymiş ziyan 26.680,5 manat (26.680,5) müəyyən olunur. Beləliklə, "xxxx" əhəngdaşı yatağında "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus karxana tərəfindən "xxxx"nın müddəti xx.xx.2017-ci il tarixdə bitdikdən sonra ümumilikdə 6.655,38 m3 həcmində əhəngdaşı hasilatının aparılması və aparılmış hasilata görə ümumilikdə 68.886,42 manat məbləğində ziyan vurulması müəyyən edilmişdir. Ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat təşkil edir. Məhkəmə baxışı zamanı tədqiq edilmiş və iş materiallarında olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin 23 may 2025-ci il tarixli, 13-13/2-1/16-827/2025 nömrəli məktubuna əlavə edilmiş məlumatlardan görünür ki, "xxxx" MMC tərəfindən 2017-ci ilin iyul ayından 2021-ci ilin yanvar ayınadək olan dövr ərzində ümumilikdə istifadə edilmiş 1.782.641 kVt/S elektrik enerjisi istehlak edilmişdir. İş materiallarında olan Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyətindən daxil olmuş xx.xx.2024-cü il tarixli, 5-13/2-1079/2024 nömrəli məktubdan görünür ki, "xxxx" MMC-yə torpaq sahəsinin ayrılması ilə bağlı rayon icra hakimiyyətində məlumat yoxdur. İş materiallarında olan X12 X1 xx.xx.2024-ci il tarixli, 3-14-19/2-1608/2024 nömrəli məktubuna əlavə edilmiş arayışdan görünür ki, "xxxx" MMC tərəfindən qanunsuz əhəngdaşı hasilatı daşkəsən kombayn və şırımaçan avadanlıq vasitəsilə həyata keçirilmiş, 28 iyun 2012-ci il tarixli, 00589 nömrəli "xxxx"nın qüvvədə olduğu müddət ərzində MMC tərəfindən razılaşdırılması üçün Agentliyə “Dağ-mədən işlərinin inkişafı planı” təqdim edilməmişdir. "xxxx" əhəngdaşı yatağı üzrə itki 65% təşkil edir. İş materiallarında olan X12 X1 13 may 2025-ci il tarixli, 3-14-19/2-563/2025 nömrəli məktubuna əlavə edilmiş arayışdan görünür ki, "xxxx" MMC tərəfindən hasilat aparılmış əhəngdaşı ümumi yayılmış faydalı qazıntı olmaqla, təbii bərpası mümkün olmayan (əmələgəlmə prosesi əsrlərlə gedir) faydalı qazıntı növüdür. “Ümumi yayılmış faydalı qazıntı yataqlarının işlənməsi” mövcud norma və standartlara uyğun aparılmadıqda yerin təkinin bütövlüyünün pozulması və ərazinin hidrogeoekoloji şəraitində əlavə dəyişikliklər baş verə bilər. "xxxx" MMC tərəfindən qanunsuz aparılan hasilat işləri norma və standartlardan kənar aparılmış, nəticədə litosferdə baş verən təbii geoloji proseslərin gedişatının pozulması, ətraf mühitə mənfi təsir göstərməsi, aparılmış nizamsız hasilat nəticəsində süxurlarda yüksək çatlar əmələ gəlməsi, təbii mühit elementlərinin pozulması nəticəsində ilkin süxurların parçalanmasından onların öz dayanıqlığını itirməsi və aşınmaya məruz qalması, yatağın işlənməsi nəticəsində Yer səthinin relyefinin deformasiyası, massivin geoloji strukturunun, torpaqaltı qruntun və torpağın dəyişməsi, eləcə də torpağın mexaniki zədələnməsinə (deformasiyasına) səbəb ola bilər. Sözügedən faydalı qazıntı yatağının yerləşdiyi torpaqları əvvəlki yararlı vəziyyətinə qaytarmaq üçün ərazinin texniki bərpa və rekultivasiya olunması zəruridir. İş materillarında olan 20 fevral 2025-ci il tarixli, 24 fevral 2025-ci il tarixli və 03 mart 2025-ci il tarixli "xxxx" ASC tərəfindən verilmiş mədaxil qəbzlərindən aydın olur ki, yuxarıda qeyd olunan cinayət hadisəsi ilə əlaqədar dövlətə və təbiətə vurulmuş 68886,42 manat məbləğində ziyan tam şəkildə ödənilmişdir. Məhkəmə baxışı zamanı tədqiq edilmiş və iş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən daxil olmuş 21 iyun 2025-ci il tarixli, 3-21-3-02/2-664/2025 nömrəli məktubdan görünür ki, qanunsuz hasilatın aparıldığı torpaq sahələri Qaradağ rayonu, Qızıldaş qəsəbəsinin hüdudları daxilində yerləşir. Torpaq sahələri “kənd təsərrüfatı təyinatlı torpaqlar” kateqoriyasına aid olmaqla, dövlət mülkiyyətindədir. Həmçinin sahənin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı barədə hər hansı məlumat aşkar edilməmişdir. Məhkəmə baxışı zamanı tədqiq edilmiş və iş materiallarında olan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Sənayedə X9 və X10 Agentliyinin 27 sentyabr 2024-cü il tarixli, 3-18-3/2-12008/24 nömrəli məktubuna əsasən "xxxx" MMC-yə məxsus daş karxanası 2019-cu il tarixdə Agentlikdə dövlət reyesr qeydiyyatından keçirilmiş, karxanada 2020-ci ildə yoxlamalar aparılmış, aşkar olunmuş pozuntulara dair aktlar tərtib olunmuşdur. MMC tərəfindən “Dağ işlərinin inkişaf planı” Agentliklə razılaşdırılmamışdır. Məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X14 İdarəsinin 06 oktyabr 2025-ci il tarixli, 3-13-16/2-199206 saylı məktubundan aydın olur ki, DİN-in Baş X14 İdarəsi Qeydiyyat-imtahan İdarəsinin kompüter uçot bazasının məlumatlarına əsasən "xxxx" MMC-nin (VÖEN: **********) adında qeydiyyatda olan nəqliyyat vasitəsi yoxdur. Məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən daxil olmuş 17 oktyabr 2025-ci il tarixli, 3-21-3-30/2-48828/2025 saylı məktubdan aydın olur ki, "xxxx" MMC-nin mülkiyyətində daşınmaz əmlak aşkar edilməmişdir. Məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 05 dekabr 2025-ci il tarixli, 3-21-2-3/2-1368645/2025 saylı məktubdan aydın olur ki, vergi ödəyicisi tərəfindən sonuncu təqdim edilmiş, 2023-cü il üzrə mənfəət vergisi bəyannaməsinin 1 nömrəli əlavəsinin “Maşın və avadanlıqlar” sətiri üzrə hesabat dövrünün sonuna olan əsas vəsaitlərin ümumi qalıq dəyəri 20408,6 manat təşkil etmişdir. Məhkəmə baxışı zamanı tədqiq edilmiş "xxxx" QSC tərəfindən verilmiş 29 sentyabr 2025-ci il tarixli hesabdan çıxarışdan məlum olur ki, ″Vüqar-N″ MMC-nin 01 yanvar 2025-ci tarixdən 26 sentyabr 2025-ci il tarixədək olan müddətdə ümumi mədaxili 5292,01 AZN, ümumi məxarici 5283,2 AZN olmaqla, ümumi balansı 8,81 AZN məbləğində təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-i tərəfindən tərtib edilmiş tələbnamədən aydın olur ki, təqsirləndirilən şəxs X5 məhkumluğu barədə heç bir məlumat yoxdur. İş materiallarında olan Bakı şəhəri Qaradağ rayon İcra Hakimiyyəti başçısının Korgöz qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəlikdən verilmiş 17 iyun 2025-ci il tarixli xasiyyətnamədə X8 barəsində nümayəndəliyə heç bir şikayət və ərizəsinin daxil olmadığı qeyd edilmişdir. Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin 11 dekabr 2025-ci il tarixli, 1(002)- 132/2025 nömrəli qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-6.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində cinayət-hüquqi xarakterli tədbir tətbiq edilməməklə icraata xitam verilmişdir. Məhkəmə, təqsirləndirilən şəxsin, zərərçəkmiş hüquqi şəxslərin nümayəndələrinin və şahidlərin ifadələrini dinləyərək, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxs X5 əməlində CM-nın 308.2-ci maddəsinin tərkibi olmadığına görə həmin maddə ittihamdan xaric edilməli, X5 CM-nın 188.3 və 247-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməli mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən sübutlarla təsdiq edildiyindən həmin maddələrlə təqsirli bilinərək cəza təyin edilməlidir. Məhkəmə, təqsirləndirilən şəxs X5 məhkəmə istintaqı zamanı verdiyi ifadəsini məsuliyyətdən azad olmaqla özünümüdafiə xarakterli verilmiş ifadə kimi qiymətləndirir. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə tədqiq edilmiş sübutların tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq belə nəticəyə gəlir ki, X5 törətmiş olduğu cinayət əməli tam sübuta yetir və onun əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 188.3 və 247-ci maddələri ilə tövsif edilmişdir. X5 əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə X6 CM-nın 308.2-ci maddəsi ilə verilmiş ittiham üzrə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: “İşlərin yerinə yetirilməsi zamanı ətraf mühitin mühafizəsi (qorunması) qaydalarını pozma” adlanan CM-nin 247-ci maddəsinin dispozisiyasında həmin maddədə nəzərdə tutulmuş cinayət aşağıdakı qaydada təsbit edilmişdir: “Sənaye, kənd təsərrufatı, elmi və digər obyektlərin layihəl əşdirilməsi, yerləşdirilməsi, tikintisi, istismara buraxılması və istismarı zamanı ətraf mühitin mühafizəsi qaydalarina riayət olunması üçün cavabdeh şəxslər tərəfindən bu qaydalarin pozulması radioaktiv fonun əhəmiyyətli dərəcədə dəyişməsinə, insan sağlamlığına zərər vurulmasına heyvanların kütləvi məhvinə və ya digər ağır nəticələrə səbəb olduqda-....” CM-nin 247-ci maddəsinin Təqsirləndirilən şəxs tərəfindən törədilmiş əməllə müqayisə təhlili göstərir ki, o, həmin maddədə nəzərdə tutulmuş cinayətin obyektiv cəhətinə aid olan hərəkətləri etmiş və onun əməli qeyd edilən maddə ilə təvsif edilmişdir. Bununla yanasi, Təqsirləndirilən şəxs törətdiyi eyni əməl həm də vəzifə cinayəti kimi də qiymətləndirilərək CM-nin 308.2-ci maddəsi ilə təvsif edilmiş və o, bu maddə ilə təqsirli bilinərək cəzalandırılmışdır. CM-nin 308.2-ci maddəsinə əsasən, vəzifəli şəxsin vəzifə səlahiyyətlərindən suiistifadə, yəni onun xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və ya üçüncü şəxslər üçün qanunsuz istifadə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsi və ya qulluq mənafeyi tələb etdiyi halda istifadə etməməsi, fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə ağır nəticələrin baş verməsinə səbəb olduqda belə əməli törəfmiş şəxs həmin maddə ilə cinayət məsuliyyətinə cəlb edilir. Məhkəmə kollegiyası qeyd etməyi zəruri bilir ki, CM-nin Xüsusi hissəsinin kifayət qədər normalar var ki, həmin normalarda nəzərdə tutulmuş əməllərini vəzifəli şəxs tərəfindən öz vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə törədilməsinə görə məsuliyyət müəyyən edilmişdir. Belə normalarda cinayətin bu əlaməti ya tövsifedici normalarda nəzərdə tutulmuşdur, yaxud da əməlin məhz vəzifəli şəxs tərəfindən öz vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə törədilməsi halı normalı dispozisyada əks etdirilmişdir. Belə normalara CM-nin 178.2.3, 179.2.3, 188.4.2, 190.1, 193-1.2.3-cü və bir çox sair maddələri aid etmək olar. Formalaşmış vahid istintaq və məhkəmə təcrübəsinin öyrənilməsi göstərir ki, vəzifəli şəxs qulluq səlahiyyətlərindən sui-istifadə etməklə sadalanan maddələrdə nəzərdə tutulmuş hər hansı cinayəti (dələduzluq, özgənin əmlakını mənimsəmə və ya israf etmə, torpaq üzərində mülkiyyət, istifadə və ya icara hüququnu pozma və s.) törətdikdə (həmin şəxsin qulluq mənafeyi əleyhinə cinayət xarakterli başqa əməl törətmış şəxslərin və ya törədilmiş əməlin əlavə olaraq CM-nin 308-ci maddəsi ilə təvsif edilməsinə ehtiyac olmur. Yəni bu kimi hallarda cinayətlərin məcmusu yaranmır və xüsusi norma tətbiq edilir, çünki CM-nin 17.4-cü maddəsinin tələblərinə görə, bu Məcəllənin xüsusi hissəsində həmin ümumi, həм də xüsusi normada nəzərdə tutulmuş cinayətin törədilməsi cinayətlərin məcmusunu yaratmır və bu halda xüsusi norma tətbiq olunur. Digər tərəfdən məhkəmə kollegiyası “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308-ci maddəsinin “Qeyd” hissəsində nəzərdə tutulmuş “vəzifəli şəxs” anlayışının şərhi olunmasina dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 iyul 2013-cü il tarixli Qərarında nümayiş etdirdiyi hüquqi mövgeye də müraciət etməyi zəruri bilir. Həmin Qərara əsasən, vəzifə səlahiyyətlərindən sui-istifadənin obyekti dövlət, yerli özünuidarə orqanlarının, kommersiya və qeyri-kommersiya təşkilatlarının normal fəaliyyətidir. Əlavə obyekt qismində fiziki və ya hüquqi şəxslərin hüquqları və qanuni mənəfələri, cəmiyyətin və dövlətin qanunla qorunan mənafeləri çıxış edir. Vəzifə səlahiyyətlərindən sui-istifadə etmə obyektiv cəhətdən aşağıdakı zəruri əlamətləri məcmusu ilə xarakterizə olunur: - Vəzifəli şəxsin qulluq səlahiyyətlərindən qulluq mənafeyinə zidd olaraq istifadə etməsi növsündə əməl; - fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurulmasından ibarət nəticənin baş verməsi; - əməllə nəticə arasında səbəbli əlaqənin olması. Vəzifə səlahiyyətlərindən sui-istifadə şəxsin qulluq səlahiyyətlərindən irəli gələn və tutduğu vəzifəyə görə ona verilmiş hüququ və vəzifələrin həyata keçirilməsi ilə qəsdən zidd olaraq həyata keçirildikdə yaranır. Vəzifəli şəxsin fəaliyyət dairəsi geniş olduğundan, vəzifə səlahiyyətlərindən suiistifadənin konkret formalari da müxtəlif ola bilər. Sui-istifadə həm hərəkət, həm də hərəkətsizliklə edilə bilər. CM-in 308-ci maddəsinin məzmununa əsasən vəzifə səlahiyyətlərindən suiistifadənin obyektiv cəhətinə daxil olan hərəkət və ya hərəkətsizlik vəzifəli şəxsin qanuni səlahiyyətlərindən irəli gəlməlidir. Vəzifəli şəxsin qulluq mənafeyinə zidd olaraq istifadə etdiyi qulluq səlahiyyətləri müvafiq normativ aktlarla və qanunvericiliyə müvafiq fəaliyyət göstərən dövlət və bələdiyyə idarə, müəssisə və təşkilatları, kommersiya və qeyrikommersiya təşkilatları ilə bağlanan əmək müqaviləsində əks olunan vəzifələrin həcmi ilə müəyyən olunur. Vəzifə səlahiyyətlərindən sui-istifadənin subyektiv cəhətlərindən biri fiziki və hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurmağa ifadə olunan ictimai təhlükəni nəzərə alır. Şəxs qulluq səlahiyyətlərindən sui-istifadə subyektiv cəhətdən qəsdən cinayətdir. Bunun fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurmağa ifadə olunan ictimai təhlükənin baş verməsinə şüurlu surətdə yol verir (dolayı qəsd). Vəzifə səlahiyyətlərindən sui-istifadə cinayətinin subyektiv cəhətinə daha bir zəruri əməli cinayətin motividir. CM-nin 308-ci maddəsində bu cinayətin motivi vəzifəli şəxsin özü və ya üçüncu şəxslər üçün qanunsuz üstünlüyün əldə edilməsi kimi müəyyən olunmuşdur. Vəzifə səlahiyyətlərindən sui-istifadə etmənin subyekti yalnız vəzifəli şəxs ola bilər. CM-nin 247-ci maddəsinə gəldikdə, məhkəmə kollegiyası vurğulamağı lazım bilir ki, vəzifəli şəxsin qulluq səlahiyyətlərindən sui-istifadə cinayətinin obyektiv cəhəti ətraf mühitə ziyan verməsi ilə bağlı olan ictimai münasibətlərdir. Həmin cinayət tərkibi əks olunur. Qeyd olunan maddəni CM-də nəzərdə tutmaqda qanunvericinin əsas məqsədi sənaye, kənd təsərrüfatı, elmi və ya istismarı zamanı ətraf mühitin mühafizəsi üçün texnoloji nizamintizamı təmin etməkdir. CM-nin 308-ci maddəsindən fərqli olaraq CM-nin 247-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin obyekti təsərrüfat və ya digər fəaliyyət prosesində təbiət obyektlərinin qorunub saxlanılmasının, ətraf mühitin sağlamlaşdırılmasının, əhalinin radiasiya təhlükəsizliyinin təmin olunması ilə bağlı olan ictimai münasibətlərdir. Həmin cinayət əməlinin obyektiv cəhəti isə sənaye, kənd təsərrüfatı, elmi və digər obyektlərin layihələşdirilməsi, yerləşdirilməsi, tikintisi, istismara buraxılması və istismarı zamanı ətraf mühitin mühafizəsi qaydalarına riayət olunması üçün cavabdeh şəxslər tərəfindən vurulmasına və ya heyvanların kütləvi mähvinə və ya digər ağır nəticələrə səbəb olan dərəcədə pozulmasına ifadə olunur. Digər ağır nəticələr dedikdə, ətraf mühitin keyfiyyətinin, yaxud təbiət obyektlərinin vəziyyətinin müşahidə olunan dövrdə adadan qaldırılması mümkün olmayan və ya bunun üçün xeyli miqdarda maliyyə və maddi xərclərin tələb olunduğu dərəcədə pisləşməsi, ayrıayrı obyektlərin məhv olması, torpaqların deqradasiyası və ətraf mühitin təbiət istifadənin qanuni növlərinin, təbiətin qorunub saxlanılması vəzifələrinin həyata keçirilməsinə mane olan digər neqativ xarakterli dəyişilmələri başa düşülür. Nəzərdən keçirilən cinayət subyektiv cəhətdən dolayı qəsdlə törədilir, yəni təqsirkar mühafizəsi qaydalarını pozduğunu dərk edir, ictimai təhlükəli nəticələrin baş verəcəyini qabaqcadan görür, bunları arzu etməsə də belə nəticələrin baş verməsinə şüurlu surətdə yol verir. Təhlil olunan cinayətin subyekti 16 yaşı tamam olmuş istənilən anlaqlı şəxs, o cümlədən üzərinə ətraf mühitin mühafizəsi qaydalarına riayət olunması vəzifələri qoyulmuş şəxs, həmçinin belə vəzifələri yerinə yetirməli olan vəzifəli şəxs (maddənin özündə göstərildiyi kimi - cavabdeh şəxs) ola bilər. Məhkəmə kollegiyası onu da qeyd edir ki, şəxsin istər CM-nin 308, istərsə də CM-nin 247-ci maddəsi ilə (hər ikisi blanket normalardır) cinayət məsuliyyətinə cəlb olunması məsələsi həll edilərkən ona qarşı irəli sürülmüş ittihamda hüquqi və ya pey normal ard isə ətraf mühitin mühafizəsi hallarında ona qarşı irəli sürülmüş ittihamda birinci halda hansı normativi- hüquqi aktların hansı tələblərinin pozulmasına istinad olunmalıdır. Təqsirləndirilən şəxs elan olunmuş ittihamın məzmunundan görünür ki, ibtidai araşdırma orqanı onunla birlikdə məhkəmələr tərəfindan ətraf mühitin mühafizəsi ilə bağlı “Yerin tək haqqında” 13 fevral 1998-ci il tarixli 439-İQ nömrəli Azərbaycan Respublikası Qanununun 9, 10, 21 və 46-cı maddələrinin, eləcə də Ətraf mühitin mühafizəsi haqqında” 8 iyun 1999-cu il tarixli 678-İQ nömrəli Azərbaycan Respublikası Qanununun 6 və 41-ci maddələrinin tələblərini pozmasını qeyd etsələr də, onun vəzifə səlahiyyətlərinin yerinə yetirilməsi ilə əlaqədər hansı normativ-hüquqi aktlarla müəyyən edilmiş xidməti vəzifələrindən sui-istifadə etməsini göstərməmiş, hətta belə aktlara istinad da etməmişdir. Digər tərəfdən, CM-nin 247 və 308-ci maddələrinin yuxarıda göstərilən qaydada təhlili belə nəticəyə gəlmək üçün əsas verir ki, vəzifəli şəxs tərəfindən yalnız CM-nin 247-ci maddəsində nəzərdə tutulmuş cinayət törədildikdə onun həmin əməlinin eyni zamanda vəzifə səlahiyyətlərindən sui-istifadə etməsi kimi qiymətləndirilməsinə və bu əməlin əlavə olaraq CM-nin 308-ci maddəsi ilə təvsif edilməsinə heç bir ehtiyac yoxdur, çünki bu kimi hallarda cinayətlərin məcmusu yaranmır və CM-nin 247-ci maddəsi CM-nin 308-ci maddəsinə münasibətdə xüsusi norma kimi çıxış edir. Göründüyü kimi, burada normaların rəqabəti meydana gəlir, yəni şəxsin törətdiyi bir əməl CM-nin Xüsusi hissəsinin normalarının bir neçəsinin əlamətlərinə uyğun gəlir, bu halda isə, CM-nin 17.4-cü maddəsi tələb etdiyi kimi, həmin normalar sırasında xüsusi norma seçilərək həmin norma tətbiq olunur. Belə olan halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs yuxarıda törətdiyi əməlinin həm də CM-nın 308.2-ci maddəsi ilə tövsif edilməsinə zərurət yoxdur. Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsində göstərilir ki, məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Məhkəmə, X5 himayəsində bir azyaşlı uşağının olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, cinayət işi üzrə dövlətə və təbiətə vurulmuş zərərin tam ödənilməsini və zərərçəkmiş hüquqi şəxslərin nümayəndələrinin ona qarşı şikayət və tələblərinin olmamasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. X5 əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinin tələblərinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən halları, təqsirkarın şəxsiyyətini, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, X6 CMnin 46.2-ci maddəsinə əsasən müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə əlavə cəzası təyin edilməklə təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi daha məqsədə müvafiq, həmdə cəzanın məqsədlərinə nail olunması baxımdan daha ədalətlidir. Həmin Məcəllənin 46.2-ci maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə alaraq, məhkəmə onun müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququnun saxlanılmasını qeyri-mümkün hesab edərsə, həmin şəxsə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmayan hallarda da müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünü əlavə cəza kimi təyin edə bilər. İş üzrə 100 (yüz) manat məbləğində ekspertiza xərci X4 tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1, 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: X8 barəsində Azərbaycan Respublikası CM-nin 308.2-ci maddəsi ittihamdan xaric edilsin. X8 Azərbaycan Respublikası CM-nin 188.3 və 247-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, CM-nin 188.3-cü maddəsinə əsasən həmin Məcəllənin 46.2-ci maddəsi tətbiq edilməklə 02 (iki) il müddətə tikinti və dağ-mədən sahəsində rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 03 (üç) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına, CM-nin 247-ci maddəsinə əsasən həmin Məcəllənin 46.2-ci maddəsi tətbiq edilməklə 02 (iki) il müddətə tikinti və dağ-mədən sahəsində rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.2 və 66.4-cü maddələrinə əsasən təyin olunmuş cəzalar qismən toplanılmaqla X8 03 (üç) il müddətə tikinti və dağ-mədən sahəsində rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 04 (dörd) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. X8 barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. X5 üzərinə: yaşadığı Bakı şəhəri, Qaradağ rayonu, Korgöz qəsəbəsində yerləşən fərdi həyət evini hər gün gecə saat 23:00-dan növbəti gün səhər saat 07:00-dək, habelə gün ərzində Bakı şəhərinin, Sumqayıt şəhərinin və Abşeron rayonunun ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. X8 cəzasını yaşayış yeri üzrə çəksin, bu cəzanın icrası müddəti onun cəzanı icra edən - probasiya nəzarətini həyata keçirən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrasına nəzarət X5 yaşayış yeri üzrə Bakı şəhər probasiya idarəsinə həvalə edilsin. İş üzrə 100 (yüz) manat məhkəmə xərci təqsirləndirilən şəxs X4 tutularaq dövlət nəfinə ödənilsin. İş üzrə mülki iddia yoxdur. İş üzrə maddi sübut yoxdur. Hökmdən elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətinə Qaradağ rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar