Məhkəmə qərarları › İş №1(002)-134/2022

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-134/2022

11.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-134/2022 11.05.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədova Ülviyyə Nizami qızının katibliyi, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Zərərçəkmiş şəxs, Zərərçəkmiş hüquqi şəxsin vəkili X2, Müdafiəçilər Müdafiəçi3, Müdafiəçi2 və Müdafiəçi1 iştirakları ilə, Təqsirləndirilən şəxslər xx xxxx 1978-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli (himayəsində bir azyaşlı və bir yetkinlik yaşına çatmayan uşağı olan), işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş və hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 xx xxxxxx 1971-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli (himayəsində bir yetkinlik yaşına çatmayan uşağı olan), işləməyən, əvvəllər məhkum edilmiş, məhkumluğu ödənilməmiş və ya götürülməmiş, ünvan 2 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş və hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs3 xx xxxxxx 1993-cü il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli (himayəsində bir azyaşlı uşağı olan), işləməyən, 2-ci Qarabağ müharibəsinin iştirakçısı, əvvəllər məhkum edilməmiş, ünvan 3 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-2-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında dövlət əhəmiyyətli əmlakı gizli yolla talayaraq oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs2 dövlət əhəmiyyətli əmlakı gizli olaraq talama məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək 19 noyabr 2021-ci il tarixdə saat 00:15-də Təqsirləndirilən şəxs3 məxsus 01 ədəd “Yamaha-55” markalı asma mühərriklə, 1 ədəd lövbər ilə, 2 ədəd alüminium materialdan olan avarla, içərisində 1 ədəd kəlbətin və 3 ədəd açar olan 1 ədəd açar ləvazimatları üçün nəzərdə tutulmuş plastik materialdan olan qutu və 2 ədəd plastik materialdan olan yanacaq qabları ilə təchiz edilmiş bort nömrəsi “AMA 50-15” olan alüminium materialdan hazırlanmış özüüzən qayıqdan istifadə edib, Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsində yerləşən Hərbi şəhərcik istiqamətində Xəzər dənizinə girərək özləri ilə gətirdikləri bir ədəd kabel kəsən qayçı və iki ədəd kəndirdən istifadə etməklə X3 N.Nərimanov adına Neft və Qazçıxarma İdarəsinin (NQÇİ) 2 saylı Neft və Qazçıxarma sahəsinin (NQÇS) “Ələt” yatağında yerləşən 17-23 saylı Stasionar dəniz özülləri arasında olan meydançadan bir metrəsi 26 manat 56 qəpik dəyərində, istifadəyə yararlı, uzunluğu 6,683 metr olan “PK-6” markalı sualtı elektrik xətti kimi istifadə olunan, elektrik ötürücü kabel xəttini kəsərək, meydançaya bərkidildiyi yerdən qopardıb qayığa çıxarmış, həmin qayıqda kabeli izolyasiya olunduğu tellərdən təmizləyərək içindən 3 ədəd uzunluqları 6.60, 6.65 və 6.80 metr təşkil edən kabel damarlarını dairə formasında bükərək qayığa yerləşdirib, həmin tarixdə saat 06:00-da sahilə çıxmış və X3 N.Nərimanov adına Neft və Qazçıxarma İdarəsinə ümumilikdə 178 (yüz yetmiş səkkiz) manat dəyərində maddi ziyan vurmaqla qəsdən oğurluq etmişdir. Təqsirləndirilən şəxs3 qabaqcadan əlbir olan bir qrup şəxs halında dövlət əhəmiyyətli əmlakı gizli yolla talayaraq oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs3 dövlət əhəmiyyətli əmlakı gizli olaraq talama məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək 19 noyabr 2021-ci il tarixdə saat 00:15-də özünə məxsus 01 ədəd “Yamaha-55” markalı asma mühərriklə, 1 ədəd lövbər ilə, 2 ədəd alüminium materialdan olan avarla, içərisində 1 ədəd kəlbətin və 3 ədəd açar olan 1 ədəd açar ləvazimatları üçün nəzərdə tutulmuş plastik materialdan olan qutu ilə və 2 ədəd plastik materialdan olan yanacaq qabları ilə təchiz edilmiş bort nömrəsi “AMA 50-15” olan alüminium materialdan hazırlanmış özüüzən qayıqdan istifadə edib, Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsində yerləşən Hərbi şəhərcik istiqamətində Xəzər dənizinə girərək özləri ilə gətirdikləri bir ədəd kabel kəsən qayçı və iki ədəd kəndirdən istifadə etməklə X3 N.Nərimanov adına Neft və Qazçıxarma İdarəsinin (NQÇİ) 2 saylı Neft və Qazçıxarma sahəsinin (NQÇS) “Ələt” yatağında yerləşən 17-23 saylı Stasionar dəniz özülləri arasında olan meydançadan bir metrəsi 26 manat 56 qəpik dəyərində, istifadəyə yararlı, uzunluğu 6,683 metr olan “PK-6” markalı sualtı elektrik xətti kimi istifadə olunan elektrik ötürücü kabel xəttini kəsərək, meydançaya bərkidildiyi yerdən qopardıb qayığa çıxarmış, həmin qayıqda kabeli izolyasiya olunduğu tellərdən təmizləyərək içindən 3 ədəd uzunluqları 6.60, 6.65 və 6.80 metr təşkil edən kabel damarlarını dairə formasında bükərək qayığa yerləşdirib həmin tarixdə saat 06:00-da sahilə çıxmış və X3 N.Nərimanov adına Neft və Qazçıxarma İdarəsinə ümumilikdə 178 (yüz yetmiş səkkiz) manat dəyərində maddi ziyan vurmaqla qəsdən oğurluq etmişdir. Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında dövlət əhəmiyyətli əmlakı gizli yolla talayaraq oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs1 dövlət əhəmiyyətli əmlakı gizli olaraq talama məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək 19 noyabr 2021-ci il tarixdə saat 00:15-də Təqsirləndirilən şəxs3 məxsus 01 ədəd “Yamaha-55” markalı asma mühərriklə, 1 ədəd lövbər ilə, 2 ədəd alüminium materialdan olan avarla, içərisində 1 ədəd kəlbətin və 3 ədəd açar olan 1 ədəd açar ləvazimatları üçün nəzərdə tutulmuş plastik materialdan olan qutu ilə və 2 ədəd plastik materialdan olan yanacaq qabları ilə təchiz edilmiş, bort nömrəsi “AMA 50-15” olan alüminium materialdan hazırlanmış özüüzən qayıqdan istifadə edib, Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsində yerləşən Hərbi şəhərcik istiqamətində Xəzər dənizinə girərək özləri ilə gətirdikləri bir ədəd kabel kəsən qayçı və iki ədəd kəndirdən istifadə etməklə X3 N.Nərimanov adına Neft və Qazçıxarma İdarəsinin (NQÇİ) 2 saylı Neft və Qazçıxarma Sahəsinin (NQÇS) “Ələt” yatağında yerləşən 17-23 saylı Stasionar dəniz özülləri arasında olan meydançadan bir metrəsi 26 manat 56 qəpik dəyərində, istifadəyə yararlı, uzunluğu 6,683 metr olan “PK-6” markalı sualtı elektrik xətti kimi istifadə olunan elektrik ötürücü kabel xəttini kəsərək, meydançaya bərkidildiyi yerdən qopardıb qayığa çıxarmış, həmin qayıqda kabeli izolyasiya olunduğu tellərdən təmizləyərək içindən 3 ədəd uzunluqları 6.60, 6.65 və 6.80 metr təşkil edən kabel damarlarını dairə formasında bükərək qayığa yerləşdirib, həmin tarixdə saat 06:00-da sahilə çıxmış və X3 N.Nərimanov adına Neft və Qazçıxarma İdarəsinə ümumilikdə 178 (yüz yetmiş səkkiz) manat dəyərində maddi ziyan vurmaqla qəsdən oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-2-ci maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, balıqçılıq fəaliyyəti ilə məşğul olur. Təqsirləndirilən şəxs1 ilə Təqsirləndirilən şəxs3 çoxdan tanıyır, İlqar onun qonşusudur. 18.11.2021-ci il tarixdə saat 17:00 radələrində İlqarın evində olmuşdur. Onlar balıqçılıqla məşğul olduqları üçün dənizə gedib balıq tutmaq qərarına gəlmişlər. Buna görə də İlqar bu zaman Fuada zəng edib onu da dəvət etmişdir. Həmin tarixdə saat 19:00 radələrində Qaradağ rayonu, Ələt qəsəbəsi istiqamətində Hərbi şəhərcik deyilən yerdə Xəzər dənizinin sahilində görüşməli imişlər. Lakin 19.11.2021-ci il tarixdə saat təxminən 00:10-da Xəzər dənizinin sahilinə gəlmiş, İlqar ilə Fuadı Xəzər dənizinin sahilində İlqarın öz qayığının içində gözlədiklərini görüb onlara yaxınlaşıb qayığa minmişdir. İlqara məxsus qayıq “YAMAHA-55” markalı mühərrik ilə təchiz qayıq olmuşdur. Onlar birlikdə dənizə çıxmışlar, biraz getdikdən sonra N.Nərimanov NQÇİ-nin sahildən aralıda yerləşən meydançasının yanında keçərkən bir ucu meydançaya bərkidilmiş bir ucu isə dənizə sallanmış vəziyyətdə qalan kabeli görmüşlər. Bundan sonra həmin kabelin yararsız olduğunu düşünüb kəndir bağlamış və həmin kabelin bərkidildiyi xomutu iki tərəfdən qayçı ilə kəsərək, həmin kəndirin digər başlığını isə qayığa bağlayıb arxaya doğru hərəkət edərək dartıldıqda kabel meydançaya bərkidildiyi yerdən qoparaq suya düşmüşdür. Fuad İlqar ilə həmin kəndirdən dartaraq kabeli sudan çıxartmışlar. Kabel qayığa yerləşmədiyi üçün bir hissəsi suda qalmış, sonra onlar bərabər həmin kabelin üzərindəki telləri (izolyasiyanı) açdıqda içindən 3 ədəd hər birinin uzunluğu təxminən 6 metr olan kabel damarları çıxmışdır. Həmin damarları dairə formasında bükərək qayığa yerləşdirib sahilə tərəf hərəkət etmişlər. Sahilə yan almağa təxminən 1 km qalmış, şübhə yaratmamaq üçün qayığın mühərrikini söndürərək qayıqda olan avar vasitəsilə sahilə doğru hərəkət etmişlər və 19.11.2021-ci il tarixdə saat təxminən 06 radələrində Hərbi şəhərcik adlanan tərəfdə yerləşən İlqarın daim qayığını saxladığı taxtadan düzəldilmiş yan alma körpüsünə çatmışlar. İlqar ilə o, kabelləri götürərək evə doğru hərəkət etmişlər, Fuad isə paltarları yaş olduğu üçün qayığı saxladıqları yerdən təxminən 100 metr aralıda, sahildən isə təxminən 15 metr dənizin içində olan Samir adlı şəxsə məxsus taxta tikiliyə girib paltarını qurutmaq istəmişdir. Samir adlı şəxsi tanımır və Samirin onların oğurluq etmələrindən xəbəri olmamışdır. Sahildə piyada hərəkət edən zaman kabelləri İlqar götürmüş və onlar evlərinə getmişlər. İlqar kabelləri öz evinə aparmışdır. Oğurluq edəcəkləri barədə heç kimə məlumat verməmişlər, dənizə çıxarkən və dənizdəki meydançada olarkən onları heç kim görməmişdir. İstintaqa təqdim edilmiş 01 ədəd “Yamaha-55” markalı asma mühərriklə, 1 ədəd lövbər ilə, 2 ədəd alüminium materialdan olan avarla, 1 ədəd açar ləvazimatları üçün nəzərdə tutulmuş plastik materialdan olan qutu ilə və 2 ədəd plastik materialdan olan yanacaq qabları ilə təchiz edilmiş bort nömrəsi “AMA 50-15” olan alüminium materialdan hazırlanmış özüüzən qayıq, 1 ədəd kabel kəsən qayçı və 2 ədəd kəndir Təqsirləndirilən şəxs3 məxsus olmuşdur. O öz ifadəsində daha sonra törətdiyi əməldən peşman olduğunu, hal-hazırda zərərçəkmiş hüquqi şəxsə vurulmuş ziyanı ödədiklərini, himayəsində bir azyaşlı və bir yetkinlik yaşına çatmayan uşağının olduğunu nəzərə alaraq məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs3 ona Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-2-ci maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, balıqçılıq fəaliyyəti ilə məşğul olur. Təqsirləndirilən şəxs1 ilə Təqsirləndirilən şəxs2 çoxdan tanıyır, aralarında əvvəllər heç bir ədavət olmamışdır. 18.11.2021-ci il tarixdə saat 17 radələrində Rövşən onun evində olmuşdur. Bu zaman onlar balıqçılıqla məşğul olduqları üçün dənizdə balıq tutmaq qərarına gəlmişlər. O, bu zaman Fuada da zəng edib onu da dəvət etmişdir. 19.11.2021-ci il tarixdə saat təxminən 00:10-da Xəzər dənizinin sahilində ona məxsus “YAMAHA-55” markalı mühərrik ilə təchiz edilmiş “AMA 50-15” nömrəli qayıq ilə Fuad və Rövşən ilə birlikdə dənizə çıxmışdır. Onlar birlikdə dənizdə balıq ovlamaq üçün hərəkət etdikdə N.Nərimanov NQÇİ-nin sahildən aralıda yerləşən meydançanı görərək ora tərəf hərəkət etmişlər. Onlar meydançaya yaxınlaşdıqda bir ədəd yararsız kabelin kəsilmiş vəziyyətdə sallandığını görmüşlər. Bundan sonra onlar həmin kabeli götürmək qərarına gəlmişlər. Rövşən meydançaya bərkidilmiş kabelə kəndir bağlamış və həmin kabelin bərkidildiyi xomutu iki tərəfdən qayçı ilə kəsərək, həmin kəndirin digər başlığın isə qayığa bağlayıb arxaya doğru hərəkət edərək dartıldıqda kabel meydançaya bərkidildiyi yerdən qoparaq suya düşmüşdür. Qayığı o, idarə etmişdir. Sonra Fuad ilə o, həmin kəndirdən dartaraq kabeli sudan çıxartmışlar. Kabel qayığa yerləşmədiyi üçün bir hissəsi suda qalmış, sonra onlar birlikdə həmin kabelin üzərindəki telləri (izolyasiyanı) açdıqda içindən 3 ədəd hər birinin uzunluğu təxminən 6 metr olan kabel damarları çıxmışdır. Həmin damarları dairə formasında bükərək qayığa yerləşdirib sahilə tərəf hərəkət etmişlər. Sahilə yan almağa təxminən 1 km qalmış, şübhə yaratmamaq üçün qayığın mühərrikini söndürərək qayıqda olan avar vasitəsilə sahilə doğru hərəkət etmişlər və 19.11.2021-ci il tarixdə saat təxminən 06 radələrində Hərbi şəhərcik adlanan tərəfdə yerləşən onun daim qayığını saxladığı taxtadan düzəldilmiş yan alma körpüsünə çatmışlar. Rövşən ilə o, kabelləri götürərək evə doğru hərəkət etmişlər, Fuad isə paltarları yaş olduğu üçün qayığı saxladıqları yerdən təxminən 100 metr aralıda, sahildən isə təxminən 15 metr dənizin içində olan Samir adlı şəxsə məxsus taxta tikiliyə girib paltarını qurutmaq istəmişdir. Samir adlı şəxsi tanımır və Samirin onların oğurluq etməsindən heç bir xəbəri olmamışdır. Sahildə piyada evinə hərəkət edən zaman kabelləri götürmüş və evinə aparmışdır. Oğurluq edəcəkləri barədə heç kimə məlumat verməmişlər, dənizə çıxarkən və dənizdəki meydançada olarkən onları heç kim görməmişdir. İstintaqa təqdim edilmiş 01 ədəd “Yamaha-55” markalı asma mühərriklə, 1 ədəd lövbər ilə, 2 ədəd alüminium materialdan olan avarla, 1 ədəd açar ləvazimatları üçün nəzərdə tutulmuş plastik materialdan olan qutu ilə və 2 ədəd plastik materialdan olan yanacaq qabları ilə təchiz edilmiş bort nömrəsi “AMA 50-15” olan alüminium materialdan hazırlanmış özüüzən qayıq, 1 ədəd kabel kəsən qayçı və 2 ədəd kəndir ona məxsus olmuşdur. O öz ifadəsində daha sonra törətdiyi əməldən peşman olduğunu, hal-hazırda zərərçəkmiş hüquqi şəxsə vurulmuş ziyanı ödədiklərini və himayəsində bir yetkinlik yaşına çatmayan uşağının olmasını nəzərə alaraq məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-2-ci maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, balıqçılıq fəaliyyəti ilə məşğuldur, 2014-cü ildə “BOS ŞELF” şirkətində qaynaqçı vəzifəsində işləmiş, lakin 2-ci Qarabağ müharibəsində könüllü iştirak edib qayıtdıqdan sonra öz xahişi ilə işdən azad olmuşdur. Hal-hazırda heç bir yerdə rəsmi işləmir, fərdi işlərlə məşğul olur. 18.11.2021-ci il tarixdə saat 17:00 radələrində Ələt qəsəbəsində hərbi şəhərcikdə kafedə olarkən Ələt qəsəbəsində yaşayan əvvəllər tanıdığı İlqar adlı şəxs ***-***-**-** saylı mobil nömrəsindən ona məxsus olan ***-***-**-** saylı mobil nömrəsinə zəng edərək dənizə balıq ovlamağa gedəcəklərini, onu da dəvət etdiklərini bildirmişdir. Həmin tarixdə saat 19:00 radələrində Qaradağ rayonu Ələt qəsəbəsi istiqamətində “hərbi şəhərcik” deyilən yerdə Xəzər dənizinin sahilinə gələrək orada İlqarı gözləmiş, saat təxminən 23:30-da İlqar Xəzər dənizinin sahilinə öz qayığının yanına gələrək onu çağırmış və onlar birlikdə İlqara məxsus “YAMAHA-55” markalı mühərrik ilə təchiz edilmiş “AMA 50-15” nömrəli qayığı suya atıb Ələt qəsəbə sakini Rövşən adlı şəxsin gəlməsini gözləmişlər. 19.11.2021-ci il tarixdə saat 00:15 radələrində Rövşən gələrək İlqarın qayığına minmiş və onlar birlikdə dənizə çıxaraq balıq ovlamaq məqsədilə N.Nərimanov NQÇİ-nin sahildən təxminən 5-6 km aralıda yerləşən işıqlandırılması olmayan meydançasına tərəf getmişlər. Qayığı meydançaya yaxınlaşdırdıqda bu zaman yararsız vəziyyətdə olan kəsilmiş kabel olduğunu görmüşlər. Rövşən meydançaya bərkidilmiş kabelə kəndir bağlamış, həmin kəndirin digər başlığın isə qayıqa bağlayıb arxaya doğru hərəkət edərək dartıldıqda kabel meydançaya bərkidildiyi yerdən qoparaq suya düşmüşdür, o, həmin kəndirdən dartaraq kabeli sudan çıxartmışdır, kabel qayığa yerləşmədiyi üçün bir hissəsi suda qalmış, sonra onlar birlikdə həmin kabelin üzərindəki telləri (izolyasiyanı) açdıqda içindən 3 ədəd hər birinin uzunluğu təxminən 6 metr olan kabel damarı çıxmışdır. Həmin damarları dairə formasında bükərək qayığa yerləşdirib sahilə tərəf hərəkət etmişlər. Sahilə yan almağa təxminən 1 km qalmış, şübhə yaratmamaq üçün qayığın mühərrikini söndürərək qayıqda olan avar vasitəsilə sahilə doğru hərəkət etmişlər və saat təxminən 06:00 radələrində “hərbi şəhərcik” adlanan tərəfdə yerləşən İlqarın daim qayığını saxladığı taxtadan düzəldilmiş yan alma körpüsünə çatmışlar. İlqar ilə Rövşən kabelləri götürərək evə doğru hərəkət etmişlər, o isə paltarları yaş olduğu üçün qayığı saxladıqları yerdən təxminən 100 metr aralıda, sahildən isə təxminən 15 metr dənizin içində olan Samir adlı şəxsə məxsus taxta tikiliyə girib paltarını qurutmaq istəmişdir. Samir adlı şəxsi tanımır və onların oğurluğa getmələrindən heç bir xəbəri olmamışdır. Bu zaman 19.11.2021-ci il tarixdə saat təxminən 07:00 radələrində X11 İdarəsinin əməkdaşları tərəfindən saxlanılmışdır. Polis əməkdaşları tərəfindən şifahi sorğu sual edildikdə İlqar və Rövşən adlı şəxslərlə birlikdə N.Nərimanov adına NQÇİ-nin ərazisindən kabel oğurluğu törətdiyini, oğurluq zamanı əldə etdikləri kabeli İlqarın özü ilə yaşadığı ünvana apardığını səmimi şəkildə etiraf etmiş və İlqarın yaşadığı ünvanıda həmin kabeli göstərə biləcəyini bildirmişdir. Oğurluqda istifadə etdikləri İlqara məxsus 01 ədəd “Yamaha-55” markalı asma mühərriklə, 2 ədəd alüminium materialdan olan avarla və 2 ədəd plastik materialdan olan yanacaq qabları ilə təchiz edilmiş bort nömrəsi “AMA 50-15” olan alüminium materialdan hazırlanmış qayığı və həmin qayığın içərisində olan 1 ədəd lövbəri, 1 ədəd açar ləvazimatları üçün nəzərdə tutulmuş plastik materialdan olan qutunu, sintetik materialdan hazırlanmış 2 ədəd kəndiri, 1 ədəd kabel kəsən qayçını polis əməkdaşlarına təqdim etmişdir. Sonra polis əməkdaşları ilə birlikdə İlqarın yaşadığı ünvana getmiş və İlqarı evdən çağırmışdır. İlqarın darvazasının giriş qapısının açıq olduğunu gördüyündən və İlqarı çağırmaq üçün həyətə daxil olduqda, İlqar və Rövşənlə bərabər oğurladıqları 3 ədəd sualtı kabel damarlarının dairə formasında bükülərək darvazanın qarşısında yerə qoyulduğunu görmüş və həmin kabelləri İlqarın həyətindən bayıra çıxardaraq polis əməkdaşlarına təqdim etmişdir. Polis əməkdaşları darvazadan həyətə daxil olub İlqarı çağırsalarda səsə cavab verən olmamış, İlqar evdə olmadığından həmin kabelləri təhvil vermək üçün götürüb polis əməkdaşlarının müşahidəsi ilə İlqara məxsus qayıqla Bakı Beyəlxalq Dəniz Ticarət Limanının yan alma körpüsünə gəlmişdir. Orada onun iştirakı ilə qayığa və qayıqda olan əşyalara baxış keçirilib protokol tərtib edilmiş, həmin protokol tərəfindən imzalanmışdır. Oğurluq edəcəkləri barədə heç kimə məlumat verməmişlər, dənizə çıxarkən və dənizdəki meydançada olarkən onları heç kim görməmişdir. O öz ifadəsində daha sonra törətdiyi əməldən peşman olduğunu, hal-hazırda zərərçəkmiş hüquqi şəxsə vurulmuş ziyanı ödədiklərini və himayəsində bir yetkinlik yaşına çatmayan uşağının olmasını nəzərə alaraq məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Zərərçəkmiş şəxs öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, 2009-cu il tarixdən etibarən “Azneft” İstehsalat Birliyinin N.Nərimanov adına Neft, Qaz çıxartma İdarəsində elektrik təchizatı və elektrik avadanlıqları sahəsinin rəis müavini vəzifəsində işləyir. 19 noyabr 2021-ci il tarixdə, “Azneft” İstehsalat Birliyinin N.Nərimanov adına NQÇİyə məxsus “Ələt” yatağında 17 saylı SDÖ-dən 23 saylı SDÖ-yə gələn uzunluqları 6,8, 6.65 və 6.6 metr olan 3 ədəd kabel damarlarından ibarət “PK-6” markalı sualtı kabel xəttinin ümumilikdə 6,683 metr uzunluğunda elektrik ötürücü kabel xətti oğurlanmışdır. Oğurluqla bağlı “N.Nərimanov adına Neft Qazçıxarma İdarəsinə ümumilikdə 178 manat maddi ziyan dəymişdir. Oğurlanan kabel 6,683 metr uzunluğunda “PK-6” markalı elektrik ötürücü kabel xətti olmaqla 3 ədəd damardan ibarət olmuşdur. Oğurlanan kabel xəttinin bir ədəd damarı 6,6 metr, bir ədəd damarı 6,8 metr, bir ədəd damarı isə 6,65 metr təşkil edirmiş. Lakin ümumi kabel xəttinin hər metrəsi 26 manat 56 qəpik təşkil edir. Ümumi kabel xəttinin uzunluğu həmin 3 ədəd damarların uzunluğunu nəzərə alaraq 6,683 metrə təşkil etdiyindən NQÇİ-yə 178 manat ziyan dəymişdir. Kabelin balans dəyərinə əsasən həmin kabelin dəyəri dəqiqliklə 2021-ci ilin noyabr ayı üçün 1 metri 26 manat 56 qəpik təşkil etmişdir. Oğurlanmış 6,683 metr uzunluğunda “PK-6” markalı elektrik ötürücü kabel xətti “Azneft” İstehsalat Birliyinin N.Nərimanov adına Neft, Qaz çıxartma İdarəsin gündəlik fəaliyyətini təmin etdiyindən dövlət əhəmiyyəti kəsb edir. Həmin kəsilərək oğurlanmış kabel xətti həmişə gərginlik altında olurmuş. Həmin kabel xəttinin damarlarını bir-birindən ayırıb ayrı-ayrılıqda kəsdikdə heç bir gərginlik ötürmür və bu səbəbdən gərginlik altında olmasına baxmayaraq kabel kəsən qayçı ilə kəsilməsi mümkündür. O, öz ifadəsində son olaraq təqsirləndirilən şəxslər tərəfindən vurulmuş ziyanın ödənildiyini bildirmişdir. Məhkəmə iclasında şahid X11 İdarəsinin Bakı Beynəlxalq Dəniz Ticarəti limanında xətt polis bölməsinin Cinayət axtarış qrupunun baş əməliyyat müvəkkili, polis mayoru Şahid1 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, 2005-ci il tarixdən DİO-da, 2019-cu il tarixdən isə X11 İdarəsinin Bakı Beynəlxalq Dəniz Ticarəti Limanında xətt polis bölməsinin Cinayət axtarış qrupunun baş əməliyyat müvəkkili vəzifəsində xidmət edir. 18.11.2021-ci il tarixdə saat 18 radələrində ona daxil olmuş əməliyyat məlumatından məlum olmuşdur ki, Qaradağ rayonu, Ələt qəsəbə sakinləri Təqsirləndirilən şəxs1, İlqar və Rövşən adlı şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında “Azneft” İstehsalat birliyinin Nəriman Nərimanov adına Neft və Qazçıxarma İdarəsinin 2 saylı Neft və Qazçıxarma İdarəsinin (NQÇS) “Ələt” yatağında yerləşən Stasionar dəniz özülləri arası gedən sualtı kabel xəttini kəsmələri və kəsdikləri kabelləri götürüb qayıqla Qaradağ rayonu, Ələt qəsəbəsi ərazisində Hərbi şəhərcik istiqamətində Xəzər dənizinin sahilinə çıxarmaqda şübhəlidirlər. O, məlumatı yoxlamaq məqsədi ilə rəhbərliyə məruzə edib təxirəsalınmaz əməliyyat axtarış tədbirləri keçirməsi üçün icazə istəmişdir. Rəhbərliyin icazəsi ilə qrupun rəhbəri özü olmaqla, üzvləri isə Bakı BDTL-da XPB-nin polis nəfərləri Şahid2, Şahid3 və Şahid4 olmaqla əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupunun üzvləri daxil olmuş məlumatın yoxlanılması və tədbirin həyata keçirilməsi məqsədi ilə tərəfindən davranış xəttləri izah olunmuş, oğurluqda şübhəli şəxslərin sayı və xarici görkəmləri barədə məlumatlandırılmışlar. 18.11.2021-ci il tarixdə saat 19 radələrində əməliyyat qrupunun üzvləri ilə birlikdə Ələt qəsəbəsi ərazisində Hərbi şəhərcik istiqamətində Xəzər dənizinin sahilinə gələrək sahil boyu müşahidə aparmışlar. Bu zaman sonradan tanıdığı Təqsirləndirilən şəxs1 sahilə gəlib gözləməsini müşahidə etmişlər. Həmin tarixdə saat 23:30-da sonradan tanıdığı “Peti” ləqəbli İlqar adlı şəxsin sahilə gəlib Fuad ilə görüşməsini və bir ədəd mühərriklə təchiz edilmiş qayığı suya salmalarını və qayıqda gözləmələrini müşahidə etmişlər. 19.11.2021-ci il tarixdə saat 00:15-də sonradan tanıdığı “Coni” ləqəbli Rövşən adlı şəxs sahilə gəlib həmin qayığa minmiş. Onlar qayığın mühərrikini yandırmadan, 2 ədəd avardan istifadə edərək sahildən uzaqlaşıb qayığın mühərrikini işə salıb gözdən itmişlər. O, polis nəfərlərinə sahilboyu yerlərini tutması barədə göstəriş vermiş və onların geri qayıtmasını gözləmişlər. 19.11.2021-ci il tarixdə saat 06:00-da sahildən təxminən 1-2 kilometr məsafədə Xəzər dənizindən bir ədəd qayığın gəldiyini və sahilə yaxınlaşan zaman mühərrikinin söndürdüyünü müşahidə etmişlər. Sahilə çatmaq üçün onlar avarlardan istifadə edirmişlər. Sahilə çatanda onlar görmüşdür ki, qayıqda olanlar Təqsirləndirilən şəxs1, Peti” ləqəbli İlqar və “Coni” ləqəbli Rövşəndir. Onlar həmin şəxslərin qayıqdan enməsini gözləmişlər ki, onları görüb dənizə qayıtmasınlar. Qayığı tamamilə saxladıqdan sonra Fuad qayıqdan enmiş və dənizin içində olan taxta tikiliyə girmişdir. Rövşən ilə İlqar isə İlqarın əlində uzun kabelə oxşar əşya ilə sahil istiqamətində piyada hərəkət etmişdir. Düşünmüşdür ki, həmin şəxslərin oğurladığı kabellər qayıqda ola bilər və həmin dənizin içində olan taxta tikilidə saxlaya bilərlər. Bu səbəbdən onlar saat 07:00-da Təqsirləndirilən şəxs1 girdiyi taxta tikiliyə daxil olub onu saxlamışlar. Onlar fikirləşmişlər ki, digər iki nəfərdə oraya gələcək. Şifahi sorğu zamanı Fuad onlara bildirmişdir ki, Rövşən ilə İlqar evlərinə getmiş, 19.11.2021-ci il tarixdə İlqar və Rövşən ilə birlikdə “Azneft” İstehsalat birliyinin Nəriman Nərimanov adına Neft və Qazçıxarma İdarəsinə məxsus Xəzər dənizində olan kabel oğurluğu etmişlər və oğurluq zamanı əldə etdikləri kabel xəttini İlqar özü ilə evinə aparmışdır. Fuad İlqarın evində həmin kabeli göstərə biləcəyini bildirmişdir. Fuad oğurluq etmək üçün istifadə etdikləri 01 ədəd “Yamaha-55” markalı asma mühərriklə, 2 ədəd alüminium materialdan olan avarla və 2 ədəd plastik materialdan olan yanacaq qabları ilə təchiz edilmiş bort nömrəsi “AMA 50-15” olan alüminium materialdan hazırlanmış qayığın İlqara məxsus olmasını bildirib, həmin qayığı və içərisində olan 1 ədəd lövbəri, 1 ədəd açar ləvazimatları üçün nəzərdə tutulmuş plastik materialdan olan qutunu, sintetik materialdan hazırlanmış 2 ədəd kəndiri, bir ədəd kabel kəsən qayçını onlara təqdim etmişdir. Bakı BDTL-da XPB-nin polis nəfərləri Şahid2 qayığın yanında gözləməsini demiş və onlar Fuad ilə birlikdə İlqarın yaşadığı ünvana getmişlər. Fuada İlqarı çağırmasını demiş. Fuad qapının açıq olduğunu görüb İlqarı çağırmaq üçün həyətə daxil olmuşdur. İlqarı nə qədər çağırsa səsə çıxan və cavab verən olmamışdır. Bu zaman Fuad əlində 3 ədəd sualtı kabel damarları ilə İlqarın həyətindən çıxıb həmin kabel damarlarını onlara təqdim edərək bildirmişdir ki, həmin kabel damarlarını İlqar və Rövşən ilə NQÇİ-nin ərazisindən oğurlamışdır. Sonra onlar İlqarı çağırmaq üçün həyətə daxil olmuşlar və nə qədər İlqarı çağırsalarda onlara da səs verən olmamışdır. Həyətdə başqa kabel və ya kabel damarı görməmişlər. Fuadın onlara təqdim etdiyi kabelləri götürüb qayığın yanına qayıtmışlar və İlqara məxsus qayıqla Bakı Beynəlxalq Dəniz Ticarəti Limanının yan alma körpüsünə getmişlər. Qayığın içərisində olan əşyalarla və Fuad ilə birlikdə Bakı Beynəlxalq Dəniz Ticarəti Limanında xətt polis bölməsinin TQ-na təqdim etmişlər. Onun iştirakı ilə qayığa baxış keçirilmiş və keçirilmiş baxışın nəticəsi olaraq protokol tərtib edilmişdir. Həmin protokol o, Təqsirləndirilən şəxs1 və baxışda iştirak edən şəxslər tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X11 İdarəsinin Bakı Beynəlxalq Dəniz Ticarəti limanında xətt polis bölməsinin polis nəfərləri Şahid2 və Şahid4 öz ifadələrində ibtidai istintaq zamanı verdikləri ifadələrini təsdiq edərək Şahid1 ilə eyni məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etmişlər. Şahid3 məhkəmə iclasının vaxtı və yeri barəsində rəsmi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə teleqram ünvanlayaraq ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etdiyini bildirmişdir. Məhkəmə iclasında şahidin ifadəsi elan edilmişdir. Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, o, X11 İdarəsinin Bakı Beynəlxalq Dəniz Ticarəti limanında xətt polis bölməsinin polis nəfəri vəzifəsində xidmət edir.Mahiyyəti üzrə bildirmişdir ki, 18.11.2021-ci il tarixdə saat 18 radələrində X11 İdarəsinin Bakı Beynəlxalq Dəniz Ticarəti limanında xətt polis bölməsinin Cinayət axtarış qrupunun baş əməliyyat müvəkkili, polis mayoru Şahid1 onlara bildirmişdir ki, Qaradağ rayonu, Ələt qəsəbə sakinləri Təqsirləndirilən şəxs1, “Peti” ləqəbli İlqar və “Coni” ləqəbli Rövşən adlı şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında “Azneft” İstehsalat birliyinin Nəriman Nərimanov adına Neft və Qazçıxarma İdarəsinin 2 saylı Neft və Qazçıxarma İdarəsinin (NQÇS) “Ələt” yatağında yerləşən Stasionar dəniz özülləri arası gedən sualtı kabel xəttini kəsmələri və kəsdikləri kabelləri götürüb qayıqla Qaradağ rayonu, Ələt qəsəbəsi ərazisində Hərbi şəhərcik istiqamətində Xəzər dənizinin sahilinə çıxarmaqda şübhəlidirlər. Təxirəsalınmaz əməliyyat axtarış tədbirləri keçirməsindən ötrü əməliyyat qrupu yaradılmış, qrupun rəhbəri X11 İdarəsinin Bakı Beynəlxalq Dəniz Ticarəti limanında xətt polis bölməsinin Cinayət axtarış qrupunun baş əməliyyat müvəkkili, polis mayoru Şahid1, üzvləri isə Bakı BDTL-da XPB-nin polis nəfərləri Şahid2, Şahid4 və o olmuşdur. Əməliyyat qrupunun üzvlərinə daxil olmuş məlumatın yoxlanılması və tədbirin həyata keçirilməsi məqsədi ilə davranış xəttləri izah olunmuş və Təqsirləndirilən şəxs1, “Peti” ləqəbli İlqar və “Coni” ləqəbli Rövşən adlı şəxslərin xarici görkəmləri barədə məlumatlandırılmışlar. 18.11.2021-ci il tarixdə saat 19 radələrində əməliyyat qrupunun üzvləri ilə birlikdə Ələt qəsəbəsi ərazisində Hərbi şəhərcik istiqamətində Xəzər dənizinin sahilinə gələrək sahil boyu müşahidə aparmışlar. Bu zaman sonradan tanıdığı Təqsirləndirilən şəxs1 sahilə gəlib gözləməsini müşahidə etmişlər. Həmin tarixdə saat 23:30-da sonradan tanıdığı “Peti” ləqəbli İlqar adlı şəxsin sahilə gəlib Fuad ilə görüşməsini və bir ədəd mühərriklə təchiz edilmiş qayığı suya salmalarını və qayıqda gözləmələrini müşahidə etmişlər. 19.11.2021-ci il tarixdə saat 00:15-də sonradan tanıdığı “Coni” ləqəbli Rövşən adlı şəxs sahilə gəlib həmin qayığa minmiş. Onlar qayığın mühərrikini yandırmadan, 2 ədəd avardan istifadə edərək sahildən uzaqlaşıb qayığın mühərrikini işə salıb gözdən itmişlər. Onlar Şahid1 göstərişi ilə sahilboyu yerlərini tutub və onların geri qayıtmasını gözləmişlər. 19.11.2021-ci il tarixdə saat 06:00-da sahildən təxminən 1-2 kilometr məsafədə Xəzər dənizindən bir ədəd qayığın gəldiyini və sahilə yaxınlaşan zaman mühərrikinin söndürdüyünü müşahidə etmişlər. Sahilə çatmaq üçün onlar avarlardan istifadə edirmişlər. Sahilə çatanda onlar görmüşdür ki, qayıqda olanlar Təqsirləndirilən şəxs1, Peti” ləqəbli İlqar və “Coni” ləqəbli Rövşəndir. Onlar həmin şəxslərin qayıqdan enməsini gözləmişlər ki, onları görüb dənizə qayıtmasınlar. Qayığı tamamilə saxladıqdan sonra Fuad qayıqdan enmiş və dənizin içində olan taxta tikiliyə girmişdir. Rövşən ilə İlqar isə İlqarın əlində uzun kabelə oxşar əşya ilə sahil istiqamətində piyada hərəkət etmişdir. Düşünmüşləre ki, həmin şəxslərin oğurladığı kabellər qayıqda ola bilər və həmin dənizin içində olan taxta tikilidə saxlaya bilərlər. Bu səbəbdən onlar saat 07:00-da Təqsirləndirilən şəxs1 girdiyi taxta tikiliyə daxil olub onu saxlamışlar. Onlar fikirləşmişlər ki, digər iki nəfərdə oraya gələcək. Şifahi sorğu zamanı Fuad onlara bildirmişdir ki, Rövşən ilə İlqar evlərinə getmiş, 19.11.2021-ci il tarixdə İlqar və Rövşən ilə birlikdə “Azneft” İstehsalat birliyinin Nəriman Nərimanov adına Neft və Qazçıxarma İdarəsinə məxsus Xəzər dənizində olan kabel oğurluğu etmişlər və oğurluq zamanı əldə etdikləri kabel xəttini İlqar özü ilə evinə aparmışdır. Fuad İlqarın evində həmin kabeli göstərə biləcəyini bildirmişdir. Fuad oğurluq etmək üçün istifadə etdikləri 01 ədəd “Yamaha-55” markalı asma mühərriklə, 2 ədəd alüminium materialdan olan avarla və 2 ədəd plastik materialdan olan yanacaq qabları ilə təchiz edilmiş bort nömrəsi “AMA 50-15” olan alüminium materialdan hazırlanmış qayığın İlqara məxsus olmasını bildirib, həmin qayığı və içərisində olan 1 ədəd lövbəri, 1 ədəd açar ləvazimatları üçün nəzərdə tutulmuş plastik materialdan olan qutunu, sintetik materialdan hazırlanmış 2 ədəd kəndiri, bir ədəd kabel kəsən qayçını onlara təqdim etmişdir. Bakı BDTL-da XPB-nin polis nəfəri Şahid2 qayığın yanında gözləmişdir. Onlar isə Fuad ilə birlikdə İlqarın yaşadığı ünvana getmişlər. Fuada İlqarı çağırmasını demiş. Fuad qapının açıq olduğunu görüb İlqarı çağırmaq üçün həyətə daxil olmuşdur. İlqarı nə qədər çağırsa səsə çıxan və cavab verən olmamışdır. Bu zaman Fuad əlində 3 ədəd sualtı kabel damarları ilə İlqarın həyətindən çıxıb həmin kabel damarlarını onlara təqdim edərək bildirmişdir ki, həmin kabel damarlarını İlqar və Rövşən ilə NQÇİ-nin ərazisindən oğurlamışdır. Sonra onlar İlqarı çağırmaq üçün həyətə daxil olmuşlar və nə qədər İlqarı çağırsalarda onlara da səs verən olmamışdır. Həyətdə başqa kabel və ya kabel damarı görməmişlər. Fuadın onlara təqdim etdiyi kabelləri götürüb qayığın yanına qayıtmışlar və İlqara məxsus qayıqla Bakı Beynəlxalq Dəniz Ticarəti Limanının yan alma körpüsünə getmişlər. Qayığın içərisində olan əşyalarla və Fuad ilə birlikdə Bakı Beynəlxalq Dəniz Ticarəti Limanında xətt polis bölməsinin TQ-na təqdim etmişlər. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 15 dekabr 2021-ci il tarixli, 3/1967 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 03 ədəd kabel kəsiyinin üzərində rəyin təsviri hissəsində qeyd olunan zədələrin yerləşdiyi yeri verilib. Həmin 03 ədəd kabel kəsiyinin son kənarlarındakı zədələr kəsici xassəyə malik olan alətin təsiri nəticəsində kəsilməyə xarakterikdir. Belə alətə (iti ağız kəlbətin və kabel kəsən qayçı) aiddir. Tədqiqata təqdim edilmiş 03 ədəd kabel kəsiyinin üzərində olan zədələr, təqdim edilmiş kabel kəsən qayçı ilə kəsilmə nəticəsində yaranmışdır. Ekspertiza tədqiqatının dəyəri 64 (altmış dörd) manat təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 16 dekabr 2021-ci il tarixli, 6/5343-9/8656 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş boz rəngli, rezinəoxşar izolyasiya təbəqəsindən, qırmızımtıl-sarı rəngli simlərdən ibarət, ümumi diametri 22,4 mm, qırmızımtıl-sarı rəngli simlərdən bir ədədinin diametri təxminən 2,5 mm olan 3 ədəd kabel damarı nümunələri mis əsaslı ərintidən hazırlanmışdır. Bir-birinə çarpaz sıxılmış qəhvəyi rəngli rezinəoxşar izolyasiya təbəqəsindən, qara rəngli rezinəoxşar izolyasiya təbəqəsindən, 3 ədəd damardan və qırmızımtıl-sarı rəngli simlərdən ibarət, ümumi diametri təxminən 48 mm, damarlardan hər birinin diametri təxminən 22,4 mm, qırmızımtıl-sarı rəngli simlərdən hər birinin diametri təxminən 2,5 mm olan 1 ədəd kabel nümunəsi mis əsaslı ərintidən hazırlanmışdır. Tədqiqata təqdim edilmiş 1 ədəd kabel nümunəsi ilə 3 ədəd kabel damarı nümunələri tərkibinə, damarların və simlərin diametrinə görə eynilik təşkil edir. Tədqiqata təqdim edilmiş kabel nümunəsinin qərarın təsviri hissəsində göstərilən mexanism üzrə bərkidilmə yerindən qopardılmasının müəyyən edilməsi üçün lazım olunan fiziki parametrlər (kabelin kəsildiyi yerin sıxlığı və kabelin bərkidilmə üsulu, tətbiq olunan qüvvə qollarının uzunluqları, qayığın su tutumu, bərkidilmə yerləri ilə qayıq arasındakı məsafələr, bərkidilmə vasitələrinin dağılma əmsalı və s.) məlum olmadığından tədqiqat aparmaq mümkün olmadı. Təqdim edilmiş kabel nümunələrinin istifadəyə yararlı olub-olmaması və təyinatı materialların məhkəmə ekspertizasının həll etdiyi məsələlərə aid deyildir. Aparılmış fiziki kimyəvi tədqiqatın nəticələrini nəzərə alaraq təqdim edilmiş bir-birinə çarpaz sıxılmış qəhvəyi rəngli rezinəoxşar izolyasiya təbəqəsindən, qara rəngli rezinəoxşar izolyasiya təbəqəsindən, 03 ədəd damardan və qırmızımtıl-sarı rəngli simlərdən ibarət, ümumi diametri təxminən 48 mm, damarlardan hər birinin diametri təxminən 22,4mm, qırmızımtıl-sarı rəngli simlərdən hər birinin diametri təxminən 2.5 mm olan 01 ədəd kabelin istifadədə olması nəzərə alınmaqla 2021-cilin noyabr ayına orta bazar qiyməti 1 metri üçün təxminən 25,00 manat kimi müəyyən edilir. Ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat təşkil edir. İş materiallarında olan “Azneft” İstehsalat Birliyinin N.Nərimanov adına Neft Qaz çıxartma İdarəsinin 11.01.2022-ci il tarixli, SOCAR**********30490089X00001 saylı məktubundan görünür ki, “Azneft” İstehsalat Birliyinin N.Nərimanov adına NQÇİ-yə məxsus “Ələt” yatağında 17 saylı SDÖ-dən 23 saylı SDÖ-yə gələn uzunluqları 6,8, 6.65 və 6.6 metr olan 3 ədəd kabel damarlarından ibarət “PK-6” markalı sualtı kabel xəttinin ümumilikdə 6,683 metr uzunluğunda hissəsi naməlum şəxs (şəxslər) tərəfindən oğurlanmış, həmin “PK-6” markalı sualtı kabel xəttinin 1 (bir) metrinin balans qiyməti 26 manat 56 qəpik təşkil etdiyindən “Azneft” İstehsalat Birliyinin N.Nərimanov adına NQÇİ-yə 178 manat ziyan dəymişdir. İş materiallarında olan “Azneft” İstehsalat Birliyinin N.Nərimanov adına Neft Qaz çıxartma İdarəsinin 11.01.2022-ci il tarixli, SOCAR**********30490089X00001 saylı məktubundan görünür ki, oğurlanmış “PK-6” markalı sualtı kabel xətti N.Nərimanov adına NQÇİ-nin fəaliyyətini təmin edən elektrik xəttinə aid olduğundan dövlət əhəmiyyətlidir. İş materiallarında olan "xxxx" ASC-nin Yasamal filialının 11.03.2022-ci il tarixli BPM**********175 nömrəli mədaxil qəbzindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 “Azneft” İB-nin Nəriman Nərimanov adına NQÇİ-yə məxsus kabeli oğurladıqlarına görə idarəyə dəyən 178 manat məbləğində ziyanı tamamilə ödəmişlər. İş materiallarında olan nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs1 ilə X7 arasında 09.01.2018-ci il tarixdə nikah bağlanmışdır. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 01.02.2018-ci il tarixdə doğulmuş X5 atası Təqsirləndirilən şəxs1dur. İş materiallarında olan Qaradağ RİHB-nin Ələt qəsəbə İƏD-üzrə nümayəndəliyi tərəfindən 27.01.2022-ci il tarixdə verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 barəsində nümayəndəliyə heç bir şikayət tərkibli ərizə və müraciətlər daxil olmamışdır. İş materiallarında olan Qaradağ RİHB-nin Ələt qəsəbə İƏD-üzrə nümayəndəliyi tərəfindən verilmiş 15.01.2022-ci il tarixli arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs3 ailə tərkibi arvadından və 03 oğlundan ibarətdir. Təqsirləndirilən şəxs3 barəsində nümayəndəliyə heç bir şikayət tərkibli ərizə və müraciətlər daxil olmamışdır. İş materiallarında olan Qaradağ RİHB-nin Ələt qəsəbə İƏD-üzrə nümayəndəliyi tərəfindən verilmiş 15.01.2022-ci il tarixli arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 ailə tərkibi anasından və qardaşından ibarətdir. Təqsirləndirilən şəxs2 barəsində nümayəndəliyə heç bir şikayət tərkibli ərizə və müraciətlər daxil olmamışdır. İş materiallarında olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, 01.07.2007-ci il tarixdə doğulmuş İmanova Nigarın atası Təqsirləndirilən şəxs3dır. İş materiallarında olan şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, 28.11.2006-cı il tarixdə doğulmuş Fərzəliyev Əmirin və 25.05.2008-ci il tarixdə doğulmuş Fərzəliyev Tunarın atası Təqsirləndirilən şəxs2dir. İş materiallarına əlavə edilmiş Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Qaradağ rayon idarəsi tərəfindən 04 may 2022-ci il tarixdə verilmiş arayışdan görünür ki, Abbasov X9 və Qubadlı rayonları uğrundan gedən döyüşlərdə iştirak etmişdir. 19.11.2021-ci il tarixdə Təqsirləndirilən şəxs1 götürülmüş 01 ədəd “Yamaha-55” markalı asma mühərriklə, 2 ədəd alüminium materialdan olan avarla, 1 ədəd lövbərlə, içərisində 1 ədəd kəlbətin və 3 ədəd açar olan 1 ədəd açar ləvazimatları üçün nəzərdə tutulmuş plastik materialdan olan qutu ilə və 2 ədəd plastik materialdan olan yanacaq qabları ilə təchiz edilmiş, bort nömrəsi “AMA 50-15” olan özüüzən, alüminium materialdan hazırlanmış qayıq, 1 ədəd kabel kəsən qayçı, 2 ədəd kəndir, 3 ədəd uzunluqları 6.60, 6.65 və 6.80 metr təşkil edən kabel damarlarından ibarət ümumi uzunluğu 6,683 metr olan “PK- 6” markalı sualtı elektrik xətti kimi istifadə olunan elektrik ötürücü kabel xətti və 07.12.2021-ci il tarixdə Su NPİ-nin BDTL-da XPB-nin təhqiqatçısı, polis kapitanı X4 tərəfindən nümunə üçün götürülmüş 37 sm uzunluqda, 3 damarlı “PK-6” markalı sualtı elektrik kabel nümunəsi iş üzrə əhəmiyyət kəsb etdiyindən 27.01.2022-ci il tarixdə maddi sübut kimi tanınmışdır. 19.11.2021-ci il tarixdə Təqsirləndirilən şəxs1 götürülmüş 01 ədəd “Yamaha-55” markalı asma mühərriklə, 2 ədəd alüminium materialdan olan avarla, 1 ədəd lövbərlə, içərisində 1 ədəd kəlbətin və 3 ədəd açar olan 1 ədəd açar ləvazimatları üçün nəzərdə tutulmuş plastik materialdan olan qutu ilə və 2 ədəd plastik materialdan olan yanacaq qabları ilə təchiz edilmiş, bort nömrəsi “AMA 50-15” olan özüüzən, alüminium materialdan hazırlanmış qayıq saxlanılması üçün Bakı BDTL-da XPB-nin CAQ-un baş əməliyyat müvəkkili, polis mayoru Şahid1 təhvil verilməsi, 1 ədəd kabel kəsən qayçı, 2 ədəd kəndir, 3 ədəd uzunluqları 6.60, 6.65 və 6.80 metr təşkil edən kabel damarlarından ibarət ümumi uzunluğu 6,683 metr olan “PK-6” markalı sualtı elektrik xətti kimi istifadə olunan elektrik ötürücü kabel xətti və 07.12.2021-ci il tarixdə Su NPİ-nin BDTL-da XPB-nin təhqiqatçısı, polis kapitanı X4 tərəfindən nümunə üçün götürülmüş 37 sm uzunluqda, 3 damarlı “PK-6” markalı sualtı elektrik kabel nümunəsi saxlanılması üçün Su NPİ-nin Təminat Hissəsinin komandiri, polis baş serjantı X8 təhvil verilməsi nəzərə alınmışdır. İş materiallarında olan tələbnamədən, hökmün, qərarın surətindən və Bakı şəhər Probasiya İdarəsinin məktubundan görünür ki, Təqsirləndirilən şəxs2 Bakı şəhər Qaradağ rayon Məhkəməsinin 15 noyabr 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 08 (səkkiz) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-nin 67.1 və 69.3-cü maddələrinə əsasən ona təyin olunmuş hazırkı cəza, Bakı şəhəri, Qaradağ rayon Məhkəməsinin 03 iyul 2017-ci il tarixli 1(002)-19/2017 nömrəli hökmü ilə təyin edilmiş 3000 manat cərimə cəzası ilə tam birləşdirilərək ona qəti olaraq 07 ay 29 gün müddətə azadlıqdan məhrum etmə cəzası və 3000 (üç min) manat cərimə cəzası təyin edilmişdir. Bakı şəhər Qaradağ rayon Məhkəməsinin 03 iyul 2019-cu il tarixli qərarı ilə hökmdə baş vermiş yanlışlıq aradan qaldırılmış və Təqsirləndirilən şəxs2 Qaradağ rayon Məhkəməsinin 15.11.2018-ci il tarixli hökmü ilə qəti olaraq təyin edilmiş cəza dəyişdirilərək, ona qəti olaraq 07 (yeddi) ay 29 gün müddətə azadlıqdan məhrum etmə cəzası və 1500 (min beş yüz) manat cərimə cəzası təyin edilmişdir. 13.07.2019-cu il tarixdə cəzasının sonu ilə azad olmuş və cərimə cəzası “8 Noyabr-Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 2.11-ci bəndinin təsiri altına düşdüyü üçün cərimə cəzasından azad edilərək 17.02.2022-ci il tarixdə qeydiyyatdan çıxarılmışdır. 8 Noyabr-Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 7-ci bəndində göstərilir ki, Bu Qərar əsasında əsas və əlavə cəzanı çəkməkdən azad edilən böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş şəxslərin üzərindən məhkumluq götürülür. İş materiallarında olan tələbnamədən, hökmün və Bakı şəhər Probasiya İdarəsinin məktubundan surətindən görünür ki, Təqsirləndirilən şəxs3 Bakı şəhər Qaradağ rayon Məhkəməsinin 29 oktyabr 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən ona təyin olunmuş cəza, Bakı şəhəri, Qaradağ rayon Məhkəməsinin 03 iyul 2017-ci il tarixli hökmü ilə təyin edilmiş cərimə cəzasının ödənilməmiş qalmış hissəsi ilə tam birləşdirilərək Təqsirləndirilən şəxs3 qəti olaraq 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası və 1250 (min iki yüz əlli) manat cərimə cəzası təyin edilmişdir. 14.05.2020-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Cərimə cəzası “8 Noyabr-Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli qərarının 2.11-ci bəndinin təsiri altına düşdüyü üçün cərimə cəzasından azad edilərək 13.01.2022-ci il tarixdə qeydiyyatdan çıxarılmışdır. Göründüyü kimi Təqsirləndirilən şəxs3 hazırki əməli cinayətin residivini yaratmışdır. İş materiallarında olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 məhkumluğu barədə heç bir məlumat yoxdur. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə tədqiq edilmiş sübutların tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 törətmiş olduqları cinayət əməli tam sübuta yetir və onların əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-2-ci maddələri ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs2 əməlini etiraf edərək səmimi peşiman olmasını, zərərçəkmiş şəxsə vurulmuş ziyanı ödəməsini, himayəsində bir azyaşlı və bir yetkinlik yaşına çatmayan uşağının olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs2 əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, Təqsirləndirilən şəxs3 əməlini etiraf edərək səmimi peşiman olmasını, zərərçəkmiş şəxsə vurulmuş ziyanı ödəməsini və himayəsində bir azyaşlı uşağının olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs3 əməlində cinayətin residivinin olması cəzanı ağırlaşdıran haldır. Məhkəmə, Təqsirləndirilən şəxs1 əməlini etiraf edərək səmimi peşiman olmasını, zərərçəkmiş şəxsə vurulmuş ziyanı ödəməsini, himayəsində bir azyaşlı uşağının olmasını və 2-ci Qarabağ müharibəsində iştirak etməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs1 əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinin tələblərinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Beləliklə, məhkəmə, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onların ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 təqsirli bilindikləri maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi, Təqsirləndirilən şəxs3 isə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi daha məqsədə müvafiq, həmdə cəzanın məqsədlərinə nail olunması baxımından daha ədalətli və düzgündür. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinin tələbindən aydın olur ki, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsində nəzərdə tutulmuş vəzifələrin yerinə yetirilməsi Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs3 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət işinin materiallarından aydın olur ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 qeyd olunan cinayət işi ilə əlaqədar faktiki olaraq 28 fevral 2022-ci il tarixdən tutulmuş barələrində “həbs” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarından aydın olur ki, Təqsirləndirilən şəxs1 qeyd olunan cinayət işi ilə əlaqədar olaraq 08 mart 2022-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, elə həmin gün də barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. İş üzrə 164 (yüz altmış dörd) manat ekspertiza xərci təqsirləndirilən şəxslərdən müştərək qaydada tutularaq dövlət nəfinə ödənilməlidir. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd “Yamaha-55” markalı asma mühərrikli bort nömrəsi “AMA 50-15” olan özüüzən, alüminium materialdan hazırlanmış qayıq və 2 ədəd alüminium materialdan olan avarlar sahibi Təqsirləndirilən şəxs3 qaytarılmalıdır. İş üzrə maddi sübut kimi tanınmış 3 ədəd uzunluqları 6.60, 6.65 və 6.80 metr təşkil edən kabel damarlarından ibarət ümumi uzunluğu 6,683 metr olan “PK-6” markalı sualtı elektrik xətti kimi istifadə olunan elektrik ötürücü kabel xətti və 07.12.2021-ci il tarixdə Su NPİ-nin BDTL-da XPB-nin təhqiqatçısı, polis kapitanı X4 tərəfindən nümunə üçün götürülmüş 37 sm uzunluqda, 3 damarlı “PK-6” markalı sualtı elektrik kabel nümunəsi sahibi “Azneft” İstehsalat Birliyinin N.Nərimanov adına Neft və Qazçıxarma İdarəsinə qaytarılmalıdır. İş üzrə maddi sübut kimi tanınmış 1 ədəd kabel kəsən qayçı, 2 ədəd kəndir, 1 ədəd lövbər, içərisində 1 ədəd kəlbətin və 3 ədəd açar olan 1 ədəd açar ləvazimatları üçün nəzərdə tutulmuş plastik materialdan olan qutu və 2 ədəd plastik materialdan olan yanacaq qabları hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanları olmadığı üçün onlara dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. Məhkəmə baxışı zamanı onların hüquqlarının müdafiəsi üçün Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi3, Müdafiəçi2 və Müdafiəçi1 tərəfindən 25 iş saatı sərf olunmuşdur. Odur ki, təqsirləndirilən şəxslərə göstərilmiş hüquqi yardımla bağlı 150 manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi3, 150 manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi2 və 150 manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi1 vəkil işlədikləri Bakı şəhər 10 saylı Vəkil Bürosunun hesabına ödənilməlidir. Odur ki, yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının CPMnin 344-347, 349, 351-353, 356, 358, 381 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 28 fevral 2022-ci il tarixdən tutulduğu və həbsdə qaldığı 02 (iki) ay 13 (on üç) gün müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesabı ilə hesablanmaqla, hazırkı hökmlə təyin olunmuş cəzadan çıxılsın və ona qəti olaraq 02 (iki) il 01 (bir) ay 04 (dörd) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalından dərhal həbsdən azad edilsin. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 üzərinə: yaşadığı ünvan 4 ünvanını hər gün gecə saat 24:00dan növbəti gün səhər saat 06:00-dək, habelə gün ərzində Bakı şəhərinin inzibati ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs2 cəzasını yaşayış yeri üzrə çəksin, bu cəzanın icrası müddəti onun cəzanı icra edən - probasiya nəzarətini həyata keçirən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrası Bakı şəhər Probasiya İdarəsinə tapşırılsın. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək 02 (iki) il 08 (səkkiz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzasının əvvəli 28 fevral 2022-ci il tarixdən hesablansın. Cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 üzərinə yaşadığı ünvan 3 ünvanını hər gün gecə saat 24:00dan növbəti gün səhər saat 06:00-dək, habelə gün ərzində Bakı şəhərinin inzibati ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs1 cəzasını yaşayış yeri üzrə çəksin, bu cəzanın icrası müddəti onun cəzanı icra edən - probasiya nəzarətini həyata keçirən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrası Bakı şəhər Probasiya İdarəsinə tapşırılsın. İş üzrə 164 (yüz altmış dörd) manat ekspertiza xərci təqsirləndirilən şəxslərdən müştərək qaydada tutularaq dövlət nəfinə ödənilsin. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd “Yamaha-55” markalı asma mühərrikli bort nömrəsi “AMA 50-15” olan özüüzən, alüminium materialdan hazırlanmış qayıq və 2 ədəd alüminium materialdan olan avarlar sahibi Təqsirləndirilən şəxs3 qaytarılsın. İş üzrə maddi sübut kimi tanınmış 3 ədəd uzunluqları 6.60, 6.65 və 6.80 metr təşkil edən kabel damarlarından ibarət ümumi uzunluğu 6,683 metr olan “PK-6” markalı sualtı elektrik xətti kimi istifadə olunan elektrik ötürücü kabel xətti və 07.12.2021-ci il tarixdə Su NPİ-nin BDTL-da XPB-nin təhqiqatçısı, polis kapitanı X4 tərəfindən nümunə üçün götürülmüş 37 sm uzunluqda, 3 damarlı “PK-6” markalı sualtı elektrik kabel nümunəsi “Azneft” İstehsalat Birliyinin N.Nərimanov adına Neft və Qazçıxarma İdarəsinə qaytarılsın. İş üzrə maddi sübut kimi tanınmış 1 ədəd kabel kəsən qayçı, 2 ədəd kəndir, 1 ədəd lövbər, içərisində 1 ədəd kəlbətin və 3 ədəd açar olan 1 ədəd açar ləvazimatları üçün nəzərdə tutulmuş plastik materialdan olan qutu və 2 ədəd plastik materialdan olan yanacaq qabları hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxslərə göstərilmiş hüquqi yardımla bağlı 150 (yüz əlli) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi3, 150 (yüz əlli) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi2 və 150 (yüz əlli) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi1 vəkil işlədikləri Bakı şəhər 10 saylı Vəkil Bürosunun hesabına ödənilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs3 tərəfindən isə hökmün surəti ona təqdim edildiyi vaxtdan 20 (iyirmi) gün müddətinə Qaradağ rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar