Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(002)-135/2021 17.02.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Məmmədova Ülviyyə Nizami qızının katibliyi, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Müdafiəçi, Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs iştirakları ilə, Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs xx xxxx 1994-cü ildə Bərdə rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Laçın rayonu, Laçın kəndində qeydiyyatda olmaqla ünvan 1 mənzil 108 ünvanında yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materiallarına məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə saat 00:15 radələrində yaşadığı ünvan 1 mənzil 108 ünvanının qarşısında, blokda qonşusu Zərərçəkmiş şəxs ilə şəxsi münasibətlərin pozulması zəmnində, aralarında yaranmış münaqişə zamanı sonuncunu əl zərbələri ilə qəsdən vuraraq alt dodağın selikli qişasının əzilmiş yarası və sol əlin birinci barmağının sıyrığı müəyyən edilmiş, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid bədən xəsarəti yetirmişdir. Məhkəmə iclasında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, yuxarıda qeyd olunan ünvanda ailə üzvləri ilə birlikdə yaşayır. Rəsmi olaraq heç bir yerə işləmədiyi üçün ailəsini dolandırmaq məqsədilə günəmuzd işlərdə çalışır. Səhər tezdən işinə gedib axşam evinə qayıdır. Elvin qonşusudur. Əvvəllər münasibətləri yaxşı olub, aralarında mübahisə olmayıb. Son zamanlar Elvin çox dəyişilmişdir. Ona və bütün qonşulara qarşı aqressiv münasibət bəsləyir, böyük-kiçiyin yerini bilmir, mütəmadi olaraq qonşularla mübahisə edir. xx.xx.2021-ci il tarixdə saat 00:15 radələrində o, evində oturub kinoya baxırmış. Həmin vaxt qonşulardan kimsə evində iş görürmüş. Buna görə də blokdan səs gəlirmiş. Bu zaman onların evinin qapısı döyülmüş, o güzgüyə baxmış və görmüşdür ki, Elvin qapının qarşısında durmuşdur. Qapını açmış, Elvinlə salamlaşmış və nə üçün gəldiyini soruşmuşdur. Elvin ona demişdir ki “gecənin vaxtı sənsən drel işlədən?” o da Elvinə bildirmişdir ki: - “yox mən drel işlətmirəm, yəqin başqa qonşudur drel işlədən, eybi yox vacib olmasa bu saatda işlətməz”. O bu sözü demiş və qapını bağlamışdır. Həmin vaxt Elvin dəhlizdə uca səslə nalayiq söyüşlər söymüşdür. O da onun qarşısını almaq üçün evdən çıxmış və Elvinə demişdir ki, ayıbdır, qonşular eşidir, camaat yatıb, söyüş söymə. Onun bu sözündən sonra Elvin nalayiq ifadələrlə onu söyməyə başlamışdır. O çox əsəbiləşmiş və Elvinin ağzının üstündən bir sillə vurmuşdur. Bundan sonra evə girmişdir. Elvin ondan əl çəkmirmiş. Dəfələrlə ona təkidlə demişdir ki, “gəl düşək həyətdə söhbət edək”. O mübahisənin böyüməməsi üçün onunla söhbətə getməmişdir. Hal-hazırda zərərçəkmiş şəxs ilə barışdığını, törətdiyi əməldən peşman olduğunu və bir daha belə hərəkətlərə yol verməyəcəyini bildirmişdir. Məhkəmə iclasında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ərizə ilə məhkəməyə müraciət edərək özünü təqsirli bildiyini, zərərçəkmiş şəxslə barışdığını, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirərək cinayət məsuliyyətindən azad edilərək cinayət təqibi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs öz ifadəsində təhqiqat zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, rəsmi olaraq heç bir yerdə işləmir. Bəhruz qonşusudur, əvvəllər münasibətləri yaxşı olub aralarında heç bir dava dalaş olmayıb. Vaxtı-vaxtında istirahət etməyi xoşlayır, biraz əsəbi adam olduğu üçün yatdığı vaxt blokda səs olanda ona çox pis təsir edir. Əsəbləri çox gərgindir. Buna görə də yatan vaxtı hər hansı bir səs olsa yuxudan oyanır, sonra yata bilmir, bu ona çox mənfi təsir edir. Elə bu vəziyyətinə görə ailədən ayrı mənzildə tək yaşayır. xx.xx.2021-ci il tarixdə saat 00:10 radələrində o evdə yatıbmış, bu vaxt blokdan təmir səsi gəlirmiş. O həmin səsə yuxudan oyanmış, sonra bir müddət yatmağa çalışmış, yata bilməmiş və əsəbiləşmişdir. Səs yuxarı mərtəbədən gəlirmiş. Belə qərara gəlmişdir ki, yuxarı qalxsın, qonşuya öz iradını bildirsin və səsi kəsməsini desin. Bundan sonra o yuxarı mərtəbəyə qalxmışdır. Belə güman edirmiş ki, həmin səs Bəhruzgilin evindən gəlir. Bu zaman Bəhruzu bloka çağırmışdır. Bəhruza demişdir ki “təmir üçün vaxt tapmırsan? Bəhruzda cavab olaraq ona demişdir ki, o heç nəyi təmir etmir, ümumiyyətlə onlardan səs gəlmir. Sonra Bəhruz evə girmiş, o da öz-özünə danışa-danışa pilləkana yaxınlaşmışdır. Bu vaxt Bəhruz təkrar evdən çıxıb ona irad bildirmişdir ki: -“camaat yatıb burda ailə var, söyüş söymə”. O da cavab olaraq Bəhruza demişdir ki, “mən söyüş söymürəm”. Bu zaman aralarında söz mübahisəsi yaranmışdır. Bəhruz ona yaxınlaşıb və sifətinə bir neçə yumruq zərbəsi vurmuş, o barmağından və dodağından xəsarət almışdır. Zərərçəkmiş şəxs məhkəməyə yazılı ərizə təqdim edərək cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ilə barışmaqla ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirərək cinayət təqibi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. İşdə olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X4-Təcrübi və X6 X5 rayon şöbəsinin xx xxxxxx 2021-ci il tarixli, 23 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs aşkar edilmiş xəsarətlər alt dodağın selikli qişasının əzilmiş yarası və sol əlin birinci barmağının sıyrığı bərk küt əşya (əşyalar) təsirindən müayinədən 1 günə qədər əvvəl törənmişlər, qərarın təsviri hissəsində göstərildiyi kimi xx.xx.2021-ci il tarixdə əmələ gələ bilərdilər və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir.
2. Vət. Zərərçəkmiş şəxs almış olduğu xəsarətin xarakter və lokalizasiyasını nəzərə alıb demək olar ki, həmin xəsarətlər qərarın təsviri hissəsində göstərilən şəraitdə yəni, kənar şəxs tərəfindən yetirilə bilərdi. İş materiallarında olan tələbnamədən aydın olur ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə heç bir məlumat yoxdur. Məhkəmə tərəflərin ifadəsini və iş materiallarını araşdıraraq hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməklə cinayət təqibi üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73.2-ci maddəsində göstərilir ki, bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1,134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ilk dəfə olaraq böyük ictimai təhlükə törətməyən cinayət əməli törətməsini, törətdiyi əməldən səmimi peşmançılıq hissi keçirməsini, zərərçəkmiş şəxslə barışmasını və zərərçəkmişin xahişini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməklə barəsində olan cinayət təqibinə xitam verilməlidir. Təhqiqat zamanı və məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. Təhqiqat zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili X2 tərəfindən 20 saat, məhkəmə baxışı zamanı isə Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 14 saat sərf olunmuşdur. Odur ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 120 (yüz iyirmi) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X1 və 84 (səksən dörd) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Bürosunun hesabına ödənilməlidir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Odur ki, yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının CMnin 73, CPM-nin 43 və 321-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilməklə barəsində olan cinayət təqibi üzrə icraata xitam verilsin. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs təhqiqat zamanı göstərilmiş hüquqi yardımla bağlı 120 (yüz iyirmi) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X1 vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Bürosunun və məhkəmə baxışı zamanı göstərilmiş hüquqi yardımla bağlı 84 (səksən dörd) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Bürosunun (“Kapitalbank” Qaradağ rayon filialı H/h ********************, kod 200220, VÖEN **********) hesabına ödənilsin. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Qərardan, onun surətinin tərəfə rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan, apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qərar qanuni qüvvəyə minir.
Sədrlik edən: Rufan Mürsəlov